BLOQ YAZISI
Neçə ildir ki, 8 Mart tarixi ömrümüzdə əlamətdar günlərin sırasındadır- Bayram Günüdür. Bir az ötəri nəzər saldıqda, harda və necə yaranmasına baxdıqda, bu barədə həqiqətləri öyrənir və biliyimizi xeyli maraqlı , həm tarixi, həm də sosial-siyasi məlumatlarla zənginləşdirə bilirik. Səkkiz Martın əlamətdar gün kimi olmasında müxtəlif illərin –məsələn, 1857, 1908, 1910, 1914-cü illərin mühüm əhəmiyyəti olub. İnqilabçı-nümayişçi , zəhmətkeş , işçi qadınlardan doğulan bu günün hardan-hara gəlib çıxaçağına bu gün yaşasaydılar, bəlkə özləri də inanmazdılar. ABŞ-dan Çar Rusiyasına, Qərb dünyasına qədər geniş bir ərazini əhatə edən bu mart gününə bir neçə qadınların adları həkk olunub. Onların arasında Klara Setkin adlı qadının adı xüsusi yer tutur. Nəhayət, 1975-ci ildə BMT-də ilk dəfə olaraq, Qadınlar Günü kimi qeyd olunur. Həmin gün 1977-ci ildən Qadın azadlıqları-hüquqları və Sülh gününü əsas tutaraq beynəlxalq statusa sahib olur. Beləliklə, o vaxtdan bütün dünyada 8 Mart Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Keçmiş SSRİ dövründə isə, bu gün kütləvi şəkildə qeyd olunmağa başladı, rəsmi olaraq bayram günü kimi qəbul olunmuşdu.
Xankəndi
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
Bildirilir ki, Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur.
“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”. Azərbaycanı ürəkdən sevən, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer etmişdir, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur.
Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.
Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdur.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir”, – deyə məlumatda qeyd olunub.
BLOQ YAZISI
Neçə ildir ki, 8 Mart tarixi ömrümüzdə əlamətdar günlərin sırasındadır- Bayram Günüdür. Bir az ötəri nəzər saldıqda, harda və necə yaranmasına baxdıqda, bu barədə həqiqətləri öyrənir və biliyimizi xeyli maraqlı , həm tarixi, həm də sosial-siyasi məlumatlarla zənginləşdirə bilirik. Səkkiz Martın əlamətdar gün kimi olmasında müxtəlif illərin –məsələn, 1857, 1908, 1910, 1914-cü illərin mühüm əhəmiyyəti olub. İnqilabçı-nümayişçi , zəhmətkeş , işçi qadınlardan doğulan bu günün hardan-hara gəlib çıxaçağına bu gün yaşasaydılar, bəlkə özləri də inanmazdılar. ABŞ-dan Çar Rusiyasına, Qərb dünyasına qədər geniş bir ərazini əhatə edən bu mart gününə bir neçə qadınların adları həkk olunub. Onların arasında Klara Setkin adlı qadının adı xüsusi yer tutur. Nəhayət, 1975-ci ildə BMT-də ilk dəfə olaraq, Qadınlar Günü kimi qeyd olunur. Həmin gün 1977-ci ildən Qadın azadlıqları-hüquqları və Sülh gününü əsas tutaraq beynəlxalq statusa sahib olur. Beləliklə, o vaxtdan bütün dünyada 8 Mart Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Keçmiş SSRİ dövründə isə, bu gün kütləvi şəkildə qeyd olunmağa başladı, rəsmi olaraq bayram günü kimi qəbul olunmuşdu.
“Azərbaycan Qadını” ifadəsinə tez-tez rast gəlirik. Hələ neçə əsr bundan əvvəl idarəçiliyi, zəhmətkeşliyi , yaradıcılığı və nüfuzu ilə tanınan bu qadınların yeri bir başqadır. Adına küçə salınan, qəzet-jurnal, kitablar, məqalələr, sənət əsərləri , şeirlər yazılan, heykəllər ucaldılan bu ad hamısından daha doğmadır. Adını eşidəndə, hardasa oxuyanda , rastlaşanda gözlərimizin önündə hər çətin sınaqdan əziyyətlə çıxmağı bacaran , ağrılara dözə bilən, zəhmətkeşliyi, fədakarlığıyla seçilən həm ana-bacı həm də övlad olmağı bacaran ləyaqətli bir simvol canlanır.
Son illər həm ölkəmizdə həm də bütün dünyada təqvimin elə bir günü yoxdur ki, hansısa ad altında qeyd olunmasın, saysız-hesabsız bayram, matəm və digər əlamətdar günlər gah sevindirir, gah ağladır, gah da təəccübləndirir. 8 Martı isə hər il bayram günü kimi qeyd edirik. Buna bənzər Analar günü, Qızlar günü də var, amma nədənsə 8 Mart günü onlardan daha çox sevilir.
“Ana Fəryadı”, “Ana Harayı” adlı Xocalı abidəsini görəndə dünyada bənzəri olmayan daha bir Azərbaycan qadınını görürük – bir gecədə qətlə yetirilən, itkin düşən, bir zamanlar əsirlikdə, işgəncələrdə yarı sağ yarı ölü kimi yaşamağa məhkum olmuş körpə qızların, anaların şəkli, surəti həmin daş heykəllərə hopub. Qarşılaşanda sanki “mən də varam , mən burdayam” deyir, daşdan yonulsa da, öz içində, daxilində ağlaya bilir, sızlaya bilir. Danışa bilməsə də, məni və mənim kimi neçə-neçə insanları danışdıra bilir. Heç yerə tərpənməyən, durduğu yerdə qalan bu və bu kimi daş abidələr, heykəllər, büstlər bizə yadda saxlamağı, yadda qalmağı və yada salmağı öyrətdi . Siz gözlərində nəm olan, səkkiz martda əllərində gül-çiçəklə bu kmi heykəlləri, daş abidələri ziyarət edənlərin yadındasınız. Həmin abidəni görən, eşidib-tanıyan, yaşından asılı olmayaraq, bütün qadınların, kişilərin, uşaqdan-böyüyə hamının tanıdığı bu gündə həmin abidəni xatırlamağa hamılıqla qoşuluram. Bu gün müharibələrdə ata-anasını, qardaş-bacısını, doğmalarını itirib ancaq ümidini itirməyən analarımızın bir dəstə gül və bir xoş sözlə 8 Mart gününü təbrik edək, kiçik bir təbəssüm bəxş edək.
Sağlamlığını itirən, ailə-uşaq saxlayıb böyüdən, ayaq üstə durmağı bacaran, həm işləyən, həm qurub-yaradan istedadlı, ləyaqətli qadınlarımız, xanımlarımız – Bayramınız Mübarək! Bəlkə bir gün təqvimin hansısa tarixində “Azərbaycan Qadını” adlı günümüz olacaq, həmin günü tanıyıb-tanıdarıq, birlikdə qeyd edərik .
Azərbaycan Qadını, yaxşı ki varsan!
Səkkiz Mart bayramıdır- Bayramımız mübarək!
Comments are closed, but trackbacks and pingbacks are open.