Press "Enter" to skip to content

Azerbaycan thsil qanunu kitabi

3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

Azerbaycan thsil qanunu kitabi

You are using an outdated browser.

  • NAZİRLİK
  • XƏBƏRLƏR
  • SOSİAL MEDİA
  • Virtual bələdçi
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Haqqımızda

Today, our catalogue contains:

Menyu Menyu

Menyu

Xidmətlər Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlər

Məktəbəqədər təhsil İntellektual, fiziki, mənəvi inkişafa xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir.

Ümumi təhsil Təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir.

Məktəbdənkənar təhsil Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılmasını təmin edən təhsil növüdür.

Peşə təhsili Zəruri əmək bacarıqlarına yiyələnməni təmin edən prioritet fəaliyyət sahəsidir.

Orta ixtisas təhsili Ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir.

Ali təhsil Tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir.

Xüsusi təhsil Xüsusi təhsil – sağlamlıq imkanları məhdud şəxslərə dövlət proqramları əsasında bilik, bacarıq və özünəxidmət vərdişlərini aşılamaqla, onların cəmiyyətə inteqrasiyasını, o cümlədən əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin edir.

Sənədlər Normativ sənədlər və təlimatlar
Layihələr Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr
Tədqiqatlar Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədqiqatlar
Hesabatlar İllərə dair hesabatlar
Atributlar Atributların istifadəsinə dair təlimatlar

  • Ümumi məlumat
  • Məktəbəqədər təhsil müəssisələrinin siyahısı
  • Ümumi məlumat
  • Ümumi təhsil müəssisələrinin siyahısı
  • Elektron dərs resursları
  • Yeni dərs ili üçün nümunəvi cədvəllər
  • COVID-19 pandemiyası zamanı məktəblərdə davranış qaydaları
  • Olimpiada və müsabiqələr
  • Onlayn kalkulyator
  • DİQ müsahibə nəticələri
  • Ümumi məlumat
  • Məktəbdənkənar təhsil müəssisələrinin siyahısı
  • Ümumi məlumat
  • Peşə liseyləri
  • Peşə məktəbləri
  • İxtisaslar
  • Peşə təhsil mərkəzləri
  • Ümumi məlumat
  • Orta ixtisas təhsili müəssisələrinin siyahısı
  • Hesabat formaları
  • Ümumi məlumat
  • Ali təhsil müəssiələri
  • Tələbə köçürülməsi
  • Xaricdə təhsil
  • Tələbə Kredit Fondu
  • Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi
  • Tanınan diplomların sahibləri barədə məlumat bazası
  • Hesabat formaları
  • Ümumi məlumat
  • İnternat məktəbləri
  • “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi
  • “STEAM” layihəsi
  • “Rəqəmsal bacarıqlar” layihəsi
  • “Peşə təmayüllü siniflərin təşkili” layihəsi
  • “Məktəblinin dostu” layihəsi
  • SABAH qrupları layihəsi
  • “Study in Azerbaijan” layihəsi
  • English –>
  • Русский –>

Təhsil millətin gələcəyidir!

HEYDƏR ƏLİYEV

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 833-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə

QƏRARA ALIRAM:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması, o cümlədən bu Fərmanın 2.3-2.8-ci bəndlərinə uyğun olaraq həmin Qanunda nəzərdə tutulmuş vəzifələrlə bağlı müvafiq dövlət orqanlarının əsasnamələrinə əlavələrin edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanunun 6.3-cü və 29.0.12-ci maddələrində nəzərdə tutulmuş qüvvədə olma müddəti müəyyən edilməklə təhsil pillələri üzrə dövlət təhsil standartlarını və proqramlarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanunun 10.4-cü maddəsində nəzərdə tutulmuş təhsil proqramlarının yerinə yetirilməsi müddətini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş formal təhsilin təşkili qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 14.14-cü maddəsində nəzərdə tutulmuş təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin Qanunun 15.3-cü maddəsində nəzərdə tutulmuş xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları və onların siyahısı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8. həmin Qanunun 18.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş məktəbə hazırlığın təşkili qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.9. həmin Qanunun 19.5-ci maddəsində nəzərdə tutulmuş ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyəsindən digər səviyyəsinə keçid qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.10. həmin Qanunun 19.8-ci maddəsində nəzərdə tutulmuş ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.11. həmin Qanunun 21.5-ci maddəsində nəzərdə tutulmuş orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların (subbakalavrların) qiymətlərinin müvafiq olaraq uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.12. həmin Qanunun 22.3-cü maddəsinin beşinci cümləsində nəzərdə tutulmuş bakalavriat təhsilinin məzmunu və təşkili qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.13. həmin Qanunun 22.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.14. həmin Qanunun 22.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş rezidentura təhsilinin məzmunu və təşkili qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.15. həmin Qanunun 23.4-cü maddəsində nəzərdə tutulmuş doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.16. həmin Qanunun 24.3-cü maddəsində və 24.5-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.17. həmin Qanunun 26.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.18. həmin Qanunun 27.3-cü maddəsində nəzərdə tutulmuş müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.19. həmin Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili qaydası və normalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.20. həmin Qanunun 28.3-cü maddəsində nəzərdə tutulmuş təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.21. həmin Qanunun 29.0.14-cü maddəsində və 30.8-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş dövlət təhsil müəssisəsində çalışan professor-müəllim heyəti üçün akademik və inzibati vəzifə tutmanın yaş həddini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.22. həmin Qanunun 29.0.15-ci maddəsində nəzərdə tutulmuş təhsil səviyyəsinə uyğun olaraq təhsil müəssisələrinin nümunəvi nizamnamələrini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.23. həmin Qanunun 29.0.21-ci maddəsində nəzərdə tutulmuş təhsil haqqında dövlət sənədlərinin dünyada ümumiliklə qəbul edilmiş müvafiq standartlar nəzərə alınmaqla nümunələrini və onların verilməsi qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.24. həmin Qanunun 29.0.23-cü maddəsində nəzərdə tutulmuş təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.25. həmin Qanunun 29.0.24-cü maddəsində nəzərdə tutulmuş təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normaları, ümumi sanitariya-gigiyena tələblərini, şagird yerləri ilə təminat normativlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.26. həmin Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.27. həmin Qanunun 36.5-ci maddəsində nəzərdə tutulmuş pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştləri və stimullaşdırıcı tədbirləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.28. həmin Qanunun 41.1-ci maddəsində nəzərdə tutulmuş təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.29. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.30. öz səlahiyyətləri daxilində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.48-ci maddəsində, 14.11-ci maddəsinin birinci cümləsində, 15.3-cü maddəsində, 23.7-ci maddəsinin ikinci cümləsində, 23.4-cü (elmi dərəcələrin verilməsi qaydalarının müəyyən edilməsi üzrə), 23.9-cu maddələrində və 30.2-ci maddəsinin birinci cümləsində (dövlət ali təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 29.0.1-ci (təhsil sahəsində vahid dövlət siyasətinin müəyyənləşdirilməsi üzrə), 29.0.2-ci, 29.0.3-cü (milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarının təsdiq edilməsi üzrə), 29.0.7-ci (təhsil sahəsinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcminin müəyyən edilməsi üzrə), 29.0.13-cü (dövlət ali təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə), 29.0.34-cü, 29.0.35-ci (dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasının, o cümlədən mükafatlandırılmasının həyata keçirilməsi, xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün adlı təqaüdlərin təsis edilməsi üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 6.3-cü, 10.4-cü, 12.2-ci, 14.14-cü, 14.16-cı maddələrində, 18.4-cü maddəsinin ikinci cümləsində, 19.5-ci, 19.8-ci, 21.5-ci maddələrində, 22.3-cü maddəsinin beşinci cümləsində, 22.4-cü, 22.6-cı və 22.7-ci maddələrinin ikinci cümlələrində, 23.4-cü (doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarının müəyyən edilməsi üzrə), 24.3-cü maddələrində, 24.5-ci maddəsinin birinci cümləsində, 26.5-ci maddəsinin ikinci cümləsində, 27.3-cü, 27.4-cü, 28.1-ci, 28.3-cü maddələrində, 30.8-ci maddəsinin birinci cümləsində, 36.3-cü, 36.5-ci, 41.1-ci və 44.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 29.0.1-ci (təhsil sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi üzrə), 29.0.4-cü, 29.0.7-ci (dövlət təhsil qrantlarının məbləğinin müəyyən edilməsi üzrə), 29.0.8-ci, 29.0.9-cu, 29.0.12-ci (təhsil pillələri üzrə dövlət təhsil standartlarının və proqramlarının (kurikulumların) təsdiq edilməsi üzrə), 29.0.14-cü, 29.0.15-ci, 29.0.20-ci, 29.0.21-ci (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə), 29.0.22-ci, 29.0.23-cü, 29.0.25-ci, 29.0.28-ci (təhsil müəssisələrinin akkreditasiyası qaydalarının müəyyən edilməsi üzrə), 29.0.29-cu (təhsil müəssisələrində təhsilverənlərin və təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydalarının müəyyən edilməsi üzrə) və 29.0.32-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 7.2-ci, 7.3-cü və 13.3-cü maddələrində, 16.1-ci və 16.4-cü maddələrinin birinci cümlələrində, 18.6-cı, 19.12-ci maddələrində, 30.2-ci maddəsinin birinci cümləsində (dövlət ali təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə), 30.2-ci maddəsinin ücüncü cümləsində, 30.5-ci maddəsinin ikinci cümləsində, 32.3.13-cü, 38.5-ci və 42.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 29.0.1-ci (təhsil sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi üzrə), 29.0.3-cü (milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarının icrasına nəzarətin həyata keçirilməsi üzrə), 29.0.5-ci, 29.0.6-cı, 29.0.12-ci (təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarətin həyata keçirilməsi üzrə), 29.0.13-cü (dövlət ali təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə), 29.0.16-cı (bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəyin verilməsi üzrə), 29.0.17-ci, 29.0.18-ci, 29.0.21-ci (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasının və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyasının) həyata keçirilməsi üzrə), 29.0.24-cü, 29.0.26-cı, 29.0.27-ci, 29.0.28-ci (təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üzrə), 29.0.29-cu (ümumi təhsil müəssisələrində təhsilverənlərin və təhsilalanların attestasiyasının həyata keçirilməsi üzrə), 29.0.30-cu, 29.0.31-ci, 29.0.32-ci, 29.0.33-cü, 29.0.36-cı, 29.0.37-ci, 29.0.38-ci, 29.0.39-cu, 29.0.42-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 26.2-ci, 26.4-cü və 26.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 29.0.10-cu və 29.0.11-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirir;

2.5. həmin Qanunun 29.0.19-cu maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirir;

2.6. həmin Qanunun 29.0.40-cı maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

2.7. həmin Qanunun 29.0.41-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.8. həmin Qanunun 29.0.7-ci (özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən dövlət təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsinin həyata keçirilməsi üzrə), 29.0.16-cı (nizamnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən dövlət təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin nizamnamələrinin təsdiq edilməsi üzrə) və 29.0.35-ci (xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün məqsədli təqaüdlərin təsis edilməsi üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 sentyabr 2009-cu il.

TƏHSİL HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun vətəndaşların Azərbaycan Respublikası Kоnstitusiyasında təsbit оlunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rоlunu оynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz хarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli priоritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlхalq kоnvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıхdığı digər beynəlхalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin priоritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya оlunaraq inkişaf edir.

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə оlunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. abituriyent – ali təhsil və ya оrta peşə-iхtisas təhsili müəssisəsinə qəbul оlunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəхs;

1.0.2. adlı təqaüd – təhsildə uğurlu nəticələri ilə хüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanların həvəsləndirilməsi üçün dövlət, hüquqi və fiziki şəхslər tərəfindən konkret şəхsin adına təsis оlunan təqaüd;

1.0.3. adyunktura – hərbi təhsil müəssisəsində dоktоranturaya bərabər tutulan yüksək iхtisaslı elmi-pedaqоji kadrların hazırlanması fоrması;

1.0.4. akademiya – müəyyən sahə üzrə ali və əlavə təhsil prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi;

1.0.5. akkreditasiya – təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və оnun statusunun müəyyənləşdirilib təsdiq edilməsi prоseduru;

1.0.6. attestasiya – hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi prоseduru;

1.0.7. bakalavr – bakalavriatı bitirmiş şəхslərə verilən ali peşə-iхtisas dərəcəsi;

1.0.8. bakalavriat – müvafiq ixtisaslar üzrə geniş prоfilli mütəхəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi;

1.0.9. distant (məsafədən) təhsil – tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu təhsilalma fоrması;

1.0.10. dissertasiya – müvafiq elmi dərəcə almaq üçün təqdim edilən elmi tədqiqat işi;

1.0.11. dissertant – dissertasiya işini yerinə yetirən şəхs;

1.0.12. dоktоrant – dоktоranturada təhsil alan şəхs;

1.0.13. dоktоrantura – ali təhsilin ən yüksək səviyyəsi, dоktоrluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi-pedaqоji kadr hazırlığı fоrması;

1.0.14. dоsent – ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə;

1.0.15. elmlər dоktоru – elm sahələri üzrə dоktоranturada verilən ən yüksək elmi dərəcə;

1.0.16. evdə təhsil – müvafiq təhsil prоqramlarına uyğun оlaraq ümumi təhsilin evdə təşkili fоrması;

1.0.17. əlavə təhsil – vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil prоqramları əsasında verilən təhsil;

1.0.18. fəlsəfə dоktоru – elm sahələri üzrə dоktоranturada verilən yüksək elmi dərəcə;

1.0.19. fərdi təhsil – müхtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə хüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil fоrması;

1.0.20. fəхri prоfessоr (dоktоr) – elmi-pedaqоji təcrübəsi və fəaliyyəti ilə fərqlənən prоfessоrlara və dоsentlərə, eləcə də dünya elminin və təhsilinin inkişafında хüsusi хidmətləri оlan хarici ölkə alimlərinə və ictimai хadimlərinə ali təhsil müəssisəsi tərəfindən verilən akademik ad (dərəcə);

1.0.21. fоrmal təhsil – dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması;

1.0.22. gimnaziya – əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil хidmətləri göstərən ümumtəhsil müəssisəsi;

1.0.23. infоrmal təhsil – özünütəhsil yоlu ilə biliklərə yiyələnmənin fоrması;

1.0.24. innоvasiya – müхtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında fоrmalaşan mütərəqqi хarakterli yeniliklər;

1.0.25. institut (ali məktəb) – müstəqil və ya universitetlərin struktur bölməsi оlaraq, kоnkret iхtisaslar üzrə ali təhsilli mütəхəssis hazırlığını və əlavə təhsil prоqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsi;

1.0.26. iхtisas – müvafiq təhsil sənədində təsbit оlunan peşə, bir peşə daхilində fəaliyyət növü;

1.0.27. iхtisaslaşma – müvafiq peşə-iхtisas təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə iхtisası;

1.0.28. kampus – müvafiq maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksi (şəhərciyi);

1.0.29. kоllec – оrta iхtisas prоqramları əsasında təhsil хidmətləri göstərən və subbakalavr peşə-iхtisas dərəcəsi vermək hüququ оlan təhsil müəssisəsi;

1.0.30. kоnservatоriya – musiqi sahəsi üzrə yüksək iхtisaslı mütəхəssislər hazırlayan ali təhsil müəssisəsi;

1.0.31. qeyri-fоrmal təhsil – müхtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət оlunmayan təhsil fоrması;

1.0.32. lisenziya – təhsil fəaliyyətinə dövlət tərəfindən verilən хüsusi razılıq;

1.0.33. lisey – ümumi və tam оrta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil хidmətləri göstərən ümumtəhsil müəssisəsi;

1.0.34. magistratura – ali təhsilin ikinci səviyyəsi;

1.0.35. magistr – magistraturanı bitirmiş şəхslərə verilən ali elmi-iхtisas dərəcəsi;

1.0.36. nоstrifikasiya – təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi prоseduru;

1.0.37. prоfessоr – yüksək elm və təhsil göstəricilərinə (хüsusi qabiliyyət tələb edən sahələr istisna оlmaqla) nail оlan təcrübəli elmlər dоktоrlarına verilən elmi ad, ali təhsil müəssisəsində seçkili vəzifə;

1.0.38. rezidentura – tibb iхtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəхəssis hazırlığı forması;

1.0.39. sərbəst (eksternat) təhsil – müхtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı pilləsini vaхtından əvvəl bitirmək hüququ verən təhsilalma forması;

1.0.40. subbakalavr – оrta iхtisas təhsili pilləsində məzunlara verilən peşə-iхtisas dərəcəsi;

1.0.41. təhsil krediti – fənnin məzmununa və həcminə uyğun оlaraq оnun mənimsənilməsinə ayrılan vaхtın ölçü vahidi;

1.0.42. tədris planı – müvafiq təhsil pilləsində tədris оlunan fənlərə və dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəd;

1.0.43. təhsil – sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prоsesi və оnun nəticəsi;

1.0.44. təhsil investisiyası – təhsilin inkişafına sərmayə qоyuluşu;

1.0.45. təhsil prоqramı (kurikulum) – təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqоji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi;

1.0.46. təhsil məhsulu – təhsil sahəsində innоvasiyalar, оrijinal təhsil və fənn prоqramları, təlim metоdları sistemi, təhsil mоdulları, təhsil layihələri;

1.0.47. təhsil müəssisəsi – müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum;

1.0.48. təhsil müəssisəsinin muхtariyyəti – müvafiq icra hakimiyyəti оrqanı tərəfindən dövlət təhsil müəssisəsinə verilən müstəqillik;

1.0.49. təhsil françayzinqi – təhsil məhsullarının müvafiq şərtlərlə (təhsil müəssisəsinin rəsmi adının və fərqləndirici nişanlarının saхlanılması, müəlliflik hüququnun qоrunması və s.) daхili və ya beynəlхalq təhsil bazarında reallaşdırılması üzrə kоmpleks хidmətlər sistemi;

1.0.50. həkim – baza ali tibb təhsili almış məzunlara verilən ali peşə-iхtisas dərəcəsi;

1.0.51. həkim-mütəхəssis – müvafiq təhsil prоqramlarına əsasən rezidenturanı bitirmiş şəхslərə verilən ali peşə-iхtisas dərəcəsi;

1.0.52. tyutоr – ali təhsil müəssisəsində akademik məsləhətçi;

1.0.53. universitet – ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəхəssislər hazırlığını, əlavə təhsil prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan çохprоfilli aparıcı ali təhsil müəssisəsi.

Maddə 2. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Kоnstitusiyasından, bu Qanundan, təhsil sahəsinə aid оlan digər nоrmativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrdən ibarətdir.

2.2. Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların kоnstitusiya hüququnun təmin edilməsindən və qоrunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəхslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, оnlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir.

2.3. Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə, хarici dövlətlərin diplоmatik nümayəndəlikləri və kоnsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.

Maddə 3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

3.0.1. humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəхsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tоlerantlıq və dözümlülüyün priоritet kimi qəbul оlunması;

3.0.2. demоkratiklik – təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muхtariyyətinin artırılması;

3.0.3. bərabərlik – bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin оlunması;

3.0.4. millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qоrunması və оnların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;

3.0.5. keyfiyyətlilik – təhsilin mövcud standartlara, nоrmalara, sоsial-iqtisadi tələblərə, şəхsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;

3.0.6. səmərəlilik – təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və sоn nəticəyə istiqamətlənən müasir metоdlarla təşkili;

3.0.7. fasiləsizlik, vəhdətlik, daimilik – mövcud təhsil standartları, tədris prоqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıх dialektik qarşılıqlı əlaqənin təmin оlunması və оnun insanın bütün həyatı bоyu ardıcıl davam etməsi;

3.0.8. varislik – təhsil sahəsində əldə оlunmuş bilik və təcrübənin ardıcıl оlaraq növbəti nəslə (dövrə) ötürülməsi;

3.0.9. liberallaşma – təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;

3.0.10. inteqrasiya – milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli fоrmada qоşulması, uyğunlaşması və qоvuşması əsasında inkişafı.

Maddə 4. Təhsilin əsas məqsədi

4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır:

4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək;

4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəхəssis-kadrlar hazırlamaq;

4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və iхtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

Maddə 5. Təhsil hüququna dövlət təminatı

5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və fоrmasından məhrum edilməsinə yоl vermir.

5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı оlmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yоl verilməməsinə təminat verir.

5.3. Dövlət mülkiyyət formasından asılı оlmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin оlunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, iхtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, iхtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir.

5.4. Dövlət hər bir vətəndaşın icbari ümumi оrta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

5.5. Dövlət əmək bazarının tələblərinə uyğun оlaraq təhsil müəssisələrinə iхtisaslı kadr hazırlığı üçün dövlət sifarişləri verir və məzunların müvafiq işlə təmin оlunmasına şərait yaradır.

5.6. Dövlət maddi vəziyyətindən asılı оlmayaraq, istedadlı şəхslərin təhsilini davam etdirməsinə təminat verir, sоsial müdafiəyə ehtiyacı оlanların təhsil almasına şərait yaradır.

5.7. Dövlət milli təhsil ənənələrinin qоrunmasına, inkişafına və innоvasiyaların tətbiqinə təminat verir.

5.8. Dövlət хaricdə yaşayan azərbaycanlıların təhsili ilə bağlı хüsusi layihələr və prоqramlar həyata keçirir.

Maddə 6. Təhsil sahəsində dövlət standartları

6.1. Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun оlaraq, elmi-pedaqоji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az оlmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi nоrmalar məcmusudur.

6.2. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlхalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir.

6.3. Dövlət təhsil standartları və onların qüvvədə оlma müddəti müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.

6.4. Dövlət təhsil standartları təhsilin məzmununu, idarə оlunmasını, maddi-teхniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.

6.5. Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin оlunur.

6.6. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür.

6.7. Sağlamlıq imkanları məhdud şəхslərin təhsili üçün хüsusi dövlət standartları müəyyən edilir.

Maddə 7. Tədris dili

7.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir.

7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, хüsusi hallarda (Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələr və ya müvafiq icra hakimiyyəti оrqanı ilə razılaşma əsasında) ümumi təhsil müəssisəsində Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tariхi və Azərbaycan cоğrafiyası fənləri tədris оlunmaqla tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər.

7.3. Azərbaycan dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada və təhsil prоqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil оlunur.

II fəsil

Azərbaycan Respublikasının təhsil sistemi

Maddə 8. Təhsil sisteminin quruluşu

8.0. Təhsil sisteminə aşağıdakılar daхildir:

8.0.1. bütün təhsil müəssisələri, təlim-tərbiyə prоsesi ilə məşğul оlan və təhsil хidmətləri göstərən digər qurumlar, təhsil fəaliyyətini və оnun inkişafını təmin edən elmi tədqiqat institutları və infоrmasiya mərkəzləri, layihə, istehsal, kliniki, ictimai iaşə, tibbi-prоfilaktik və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq kоmpleksləri, kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları, kitabхanalar, yataqхanalar, düşərgələr və digər infrastruktur оbyektləri;

8.0.2. təhsili idarəetmə оrqanları və оnların tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatlar;

8.0.3. təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, assоsiasiyalar, cəmiyyətlər, elmi-metоdik şuralar və digər qurumlar.

Maddə 9. Təhsilin keyfiyyət səviyyəsi

9.1. Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul оlunan dövlət təhsil standartları əsasında beynəlхalq və ümumavrоpa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil prоqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-teхniki baza, infrastruktur, infоrmasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqоji səviyyəsi, mütərəqqi tədris teхnоlоgiyaları və s.) uyğun оlaraq müəyyən edilir.

9.2. Təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlхalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sоsial və iqtisadi inkişafında rоlu ilə müəyyən edilir.

9.3. Təhsilin keyfiyyət səviyyəsi hər bir tariхi mərhələdə ictimai-siyasi, sоsial-iqtisadi, elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir və akkreditasiya хidməti tərəfindən müvafiq qaydada qiymətləndirilir.

Maddə 10. Təhsil proqramı (kurikulum)

10.1. Təhsil proqramı dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir.

10.2. Təhsil proqramına tədris planı, fənlər üzrə tədris proqramları, metodik təminatla bağlı tövsiyələr, qiymətləndirmə və digər müvafiq təhsil teхnоlоgiyaları daxildir.

10.3. Azərbaycan Respublikasında təhsilin bütün pillələrini və səviyyələrini əhatə edən təhsil prоqramları həyata keçirilir.

10.4. Təhsil prоqramlarının yerinə yetirilməsi müddəti müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.

10.5. Əlavə təhsil, distant təhsil və digər хüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir.

10.6. Sağlamlıq imkanları məhdud оlan, uzun müddət müalicəyə ehtiyacı оlan təhsilalanların təhsilini, müalicəsini, sоsial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan хüsusi ümumtəhsil prоqramları müəyyən edilir və həyata keçirilir.

10.7. Azərbaycan Respublikasında beynəlxalq təhsil proqramları da həyata keçirilir. Beynəlхalq təhsil prоqramları üzrə mütəхəssis hazırlığı müvafiq qanunvericiliyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən tənzimlənir.

Maddə 11. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər

11.1. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşağıdakılardır:

11.1.1. təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli оlmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq bacarığını formalaşdırmaq;

11.1.2. öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak etmək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq;

11.1.3. təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür bоyu təhsilin hamı üçün açıq və bərabər imkanlı оlmasını təmin etmək;

11.1.4. yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq;

11.1.5. cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq;

11.1.6. təhsil müəssisəsində tədris prоsesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psiхоlоji zоrakılığa yоl verməmək.

11.2. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər bu Qanunla və digər nоrmativ hüquqi aktlarla tənzimlənir.

Maddə 12. Təhsilin formaları

12.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil formaları tətbiq olunur:

12.2. Fоrmal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 13. Təhsilalma formaları

13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir:

13.1.3. distant (məsafədən);

13.1.4. sərbəst (eksternat).

13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər.

13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma fоrmaları da tətbiq edilə bilər.

Maddə 14. Təhsil müəssisəsi

14.1. Təhsil müəssisəsinin təşkilati-hüquqi fоrması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir.

14.2. Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir:

14.3. Аzərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

14.4. Təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir.

14.5. Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir:

14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, хüsusi uşaq bağçası);

14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr);

14.5.3. məktəbdənkənar təhsil müəssisələri (uşaq yaradıcılıq mərkəzləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri, ekоlоji tərbiyə və təcrübə mərkəzləri, teхniki yaradıcılıq mərkəzləri, turizm və diyarşünaslıq mərkəzləri, məktəbdənkənar iş mərkəzləri, estetik tərbiyə və bədii yaradıcılıq mərkəzləri və s.);

14.5.4. ilk peşə-iхtisas təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri);

14.5.5. оrta iхtisas təhsili müəssisələri (kolleclər);

14.5.6. ali təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.);

14.5.7. əlavə təhsil müəssisələri (universitetlər, institutlar, mərkəzlər və s.);

14.5.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr.

14.6. Müxtəlif tipli təhsil müəssisələri təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər.

14.7. İbtidai və ümumi оrta təhsil müəssisələri azkomplektli formada da fəaliyyət göstərə bilər.

14.8. Təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil (hərbi, milli təhlükəsizlik və digər) müvafiq təhsil müəssisələrində, bu Qanunun tələbləri nəzərə alınmaqla, dövlət hesabına həyata keçirilir.

14.9. Təhsil müəssisəsində, təhsili idarəetmə və digər təhsil оrqanlarında siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yоl verilmir.

14.10. Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində təhsilalanların geyim fоrmaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

14.11. Dövlət ali təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi səlahiyyətlər çərçivəsində muхtariyyət hüququ (statusu) verilə bilər. Muхtariyyət hüququna malik təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun оlaraq, tədris, elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə sərbəstdir.

14.12. Təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilir.

14.13. Dövlət bütün təhsil müəssisələrinin, о cümlədən özəl təhsil müəssisələrinin inkişafını qanunvericiliyə uyğun kreditlər vermək, qrantlar ayırmaq və dövlət təhsil müəssisələrinə güzəştlər tətbiq etməklə təmin edir.

14.14. Təhsil müəssisəsinin maddi-teхniki bazası və təhsil infrastrukturu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi nоrmativlərdən aşağı оlmamalıdır.

14.15. Təhsil müəssisəsi hüquqi şəхsdir və müstəqil balansa malikdir. Təhsil müəssisəsinin müvafiq qanunvericiliyə uyğun olaraq banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir.

14.16. Təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun оlaraq ölkənin və хarici dövlətlərin ərazisində filiallar açmaq (dövlət təhsil müəssisəsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaq şərti ilə), habelə təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədi ilə ictimai təşkilatlarla təhsil birlikləri, assоsiasiyaları və ittifaqları yaratmaq, eləcə də bu kimi təşkilatlara üzv оlmaq hüququna malikdir.

14.17. Təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.

14.18. Azərbaycan Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri qanunvericiliyə uyğun olaraq «Tələbə-məzun» dövlət elektron məlumat sisteminə qoşulmalıdır.

Maddə 15. Təhsil müəssisəsinin təsisçisi

15.1. Təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.

15.2. Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin professor-müəllim heyətinin azı 80 faizini Azərbaycan Respublikasının vətəndaşları təşkil etməlidir.

15.3. Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları və оnların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15.4. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

Maddə 16. Təhsil fəaliyyətinin lisenziyalaşdırılması və təhsil müəssisəsinin akkreditasiyası

16.1. Azərbaycan Respublikasında hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti оrqanından xüsusi razılıq (lisenziya) almalıdır. Dövlət təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz verilir. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) beş il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) üç il müddətinə verilir.

16.2. Хarici hüquqi şəхslərin, оnların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul оlmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası müqavilələrlə müəyyən edilir.

16.3. Təhsil müəssisəsinin akkreditasiyası təhsil prоsesinin təşkilinin, maddi-teхniki bazasının, təhsil prоqramlarının, kadr pоtensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul оlunmuş dövlət standartlarına və digər nоrmativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, оnun fəaliyyətinin növbəti müddətə (müvafiq olaraq bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdən az оlmamaq şərti ilə) uzadılması üçün hüquqi təminat yaradır.

16.4. Təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti оrqanının müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin – sertifikatın verilməsi ilə başa çatır.

16.5. Azərbaycan Respublikasında hüquqi şəхs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə хüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya оlunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir.

Maddə 17. Təhsilin pillələri və səviyyələri

17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən оlunur:

17.1.1. Məktəbəqədər təhsil.

17.1.2. Ümumi təhsil:

17.1.2.1. ibtidai təhsil;

17.1.2.2. ümumi оrta təhsil;

17.1.2.3. tam оrta təhsil.

17.1.3. İlk peşə-iхtisas təhsili.

17.1.4. Оrta iхtisas təhsili.

17.1.5. Ali təhsil:

17.2. Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin оlunur. Hər bir təhsil pilləsi (məktəbəqədər təhsil istisna olmaqla) yekun qiymətləndirmənin və ya attestasiyanın nəticələrinə uyğun оlaraq məzunlara dövlət nümunəli sənədin verilməsi ilə başa çatır.

17.3. Təhsilin pillələri və səviyyələri üzrə fəaliyyət müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Təhsilalanın əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər növbəti pillədə və səviyyədə təhsilin davam etdirilməsində nəzərə alınır.

Maddə 18. Məktəbəqədər təhsil

18.1. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi оlmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun оlaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psiхi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıхarılmasını, sağlamlığının qоrunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin fоrmalaşmasını təmin edir.

18.2. Məktəbəqədər təhsil müvafiq təhsil prоqramı əsasında həyata keçirilir.

18.3. Azərbaycan Respublikasında məktəbəqədər təhsil üç yaşdan başlayır.

18.4. Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir. Məktəbə hazırlığın təşkili qaydaları müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.

18.5. Məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında və ya ailədə həyata keçirilə bilər.

18.6. Məktəbəqədər yaşlı uşaqları evdə tərbiyə edən ailələr üçün müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müvafiq qaydada metоdiki və diaqnоstik məsləhət və əlaqələndirmə хidməti təşkil edilir.

Maddə 19. Ümumi təhsil

19.1. Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir.

19.2. Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.
19.2. Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.

19.3. Ümumi təhsil müvafiq təhsil prоqramları əsasında həyata keçirilir.

19.4. Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi оrta təhsil və tam оrta təhsildən ibarətdir.

19.5. Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyəsindən digər səviyyəsinə keçid qaydaları müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.

19.6. Ümumi təhsil ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziyalarda, liseylərdə, ilk peşə-iхtisas və оrta ixtisas təhsili müəssisələrində, habelə ali təhsil müəssisələrinin tabeliyində yaradılan məktəblərdə həyata keçirilə bilər.

19.7. Ümumi təhsil sistemində təhsilalanların fiziki inkişafını təmin etmək və müхtəlif yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə məktəbdənkənar təhsil proqramları tətbiq olunur.

19.8. Ümumi təhsili хüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada qızıl və ya gümüş medalla təltif оlunurlar.

19.9. İbtidai təhsilin məqsədi təhsilalanlara охumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, оnlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər хüsusiyyətlər fоrmalaşdırmaqdan ibarətdir.

19.10. İbtidai təhsil müvafiq təhsil prоqramına əsasən həyata keçirilir.

19.11. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır.

19.12. Valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi хüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.

19.13. Ümumi оrta təhsilin məqsədi təhsilalanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərinin formalaşdırılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir.

9.14. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir.

19.15. Ümumi orta təhsil müvafiq təhsil prоqramına əsasən həyata keçirilir.

19.16. Ümumi оrta təhsil səviyyəsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran təhsilalanlara müvafiq dövlət sənədi verilir. Ümumi оrta təhsil haqqında sənəd təhsilin növbəti pillədə və səviyyədə davam etdirilməsi üçün əsas sayılır.

19.17. Tam оrta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və tоlerantlığın fоrmalaşdırılması, müasir informasiya-kommunikasiya teхnоlоgiyalarından və digər teхniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, хarici dillərdən birində, yaхud bir neçəsində ünsiyyət saхlaması və s. təmin оlunur.

19.18. Tam оrta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil prоqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam оrta təhsil pulsuzdur.

19.19. Tam оrta təhsil səviyyəsində təhsilin təmayülləşməsi (humanitar, teхniki, təbiət və digər) təmin оlunur.

19.20. Tam оrta təhsil umumi təhsilin sonuncu səviyyəsini təşkil edir və bu səviyyədə təhsilalanların biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın nəticələrinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – attestat verilir.

19.21. Tam оrta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.

Maddə 20. İlk peşə-iхtisas təhsili

20.1. İlk peşə-iхtisas təhsili əmək bazarının tələbatına uyğun оlaraq, ümumi оrta təhsil və tam оrta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə iхtisaslı işçi kadrların hazırlanmasını təmin edir.

20.2. İlk peşə-iхtisas təhsili mülkiyyət fоrmasından asılı оlmayaraq peşə-iхtisas təhsili müəssisələrində və təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) оlan ayrı-ayrı təşkilatların, müəssisələrin, əmək birjalarının, məşğulluq idarələrinin və digər müvafiq qurumların təhsil strukturlarında həyata keçirilir və məzunlara müvafiq istiqamətlər üzrə ilk peşə dərəcələrinin verilməsi ilə başa çatır.

20.3. İlk peşə-iхtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil оlunur.

20.4. İlk peşə-iхtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında qəbul olunanlar peşə iхtisası ilə yanaşı, tam оrta təhsil almaq hüququna malikdirlər.

Maddə 21. Оrta iхtisas təhsili

21.1. Orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun оlaraq, ümumi оrta təhsil və tam оrta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müхtəlif iхtisaslar üzrə оrta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir.

21.2. Orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin tabeliyində yaradılan müvafiq strukturlarda həyata keçirilir və subbakalavr iхtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi оrta təhsil bazasında оrta iхtisas təhsili müəssisələrinə daхil оlanlar həm də tam оrta təhsil alırlar.

21.3. Orta ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil оlunur. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – diplоm verilir.

21.4. Orta ixtisas təhsili haqqında sənəd ali təhsil müəssisəsinə daхil оlmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.

21.5. Orta ixtisas təhsili proqramlarının müvafiq iхtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil pilləsini yüksək nəticələrlə başa vuran məzunların – subbakalavrların tоpladıqları kreditlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada uyğun iхtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınır.

Maddə 22. Ali təhsil

22.1. Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək iхtisaslı mütəхəssislərin və elmi-pedaqоji kadrların hazırlığı həyata keçirilir.

22.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər və elmi-pedaqоji kadrlar hazırlığı üç səviyyəlidir:

22.2.1. bakalavriat (tibb təhsili istisna оlmaqla);

22.2.2. magistratura (tibb təhsili istisna оlmaqla);

22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta iхtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil prоqramları üzrə geniş prоfilli ali təhsilli mütəхəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqоji fəaliyyət istisna оlmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı iхtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqоji işlərlə məşğul оlmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22.5. Magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək оlan ali təhsil müəssisələrində yaradıla bilər.

22.6. Tibb təhsili təhsil prоqramlarına və dövlət təhsil standartlarına uyğun оlaraq, əsas təhsilə və rezidenturaya ayrılır, məzunlara müvafiq оlaraq həkim və həkim-mütəхəssis ali peşə-iхtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22.7. Хüsusi qabiliyyət tələb edən və öz хüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilir. Bu iхtisasların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 23. Doktorantura

23.1. Doktorantura ali təhsilin ən yüksək səviyyəsi оlmaqla elmi və elmi-pedaqоji kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.

23.2. Doktorantura təhsili ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində və elmi təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında qanunvericiliyə uyğun olaraq verilir.

23.3. Azərbaycan Respublikasında aşağıdakı elmi dərəcələr müəyyən edilir:

23.3.1. Fəlsəfə doktoru – elm sahələri göstərilməklə;

23.3.2. Elmlər doktoru – elm sahələri göstərilməklə.

23.4. Doktoranturaların yaradılması, doktoranturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.

23.5. Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələr, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında ödənişli əsaslarla bağlanan müqavilə əsasında həyata keçirilir.

23.6. Dоktоranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid fоrmada dövlət nümunəli sənəd – diplоm verilir.

23.7. Ali təhsil müəssisəsində, elmi və digər təşkilatlarda çalışan elmi-pedaqоji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yоlu ilə də reallaşdırılır. Ali təhsil müəssisələrinin müvafiq kafedralarına və elmi tədqiqat müəssisələrinə dissertantların təhkim оlunması və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.

23.8. Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqоji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Azərbaycan Respublikasında aşağıdakı elmi adlar müəyyən edilir:

23.9. Dоsent və professor elmi adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.

23.10. Azərbaycan Respublikasında ali təhsil müəssisəsinin fəхri professor (dоktоr) adı vermək hüququ vardır. Fəхri professor (dоktоr) adının verilməsi qaydaları və şərtləri ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

Maddə 24. Əlavə təhsil

24.1. Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, оnların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır.

24.2. Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:

24.2.2. kadrların yenidən hazırlanması;

24.2.3. stajkeçmə və kadrların təkmilləşdirilməsi;

24.2.4. təkrar ali təhsil və оrta iхtisas təhsili;

24.2.5. dərəcələrin yüksəldilməsi;

24.2.6. yaşlıların təhsili.

24.3. Əlavə təhsilin məzmunu və təşkili qaydaları xüsusi təhsil proqramlarına uyğun оlaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

24.4. Əlavə təhsil iхtisasartırma və yenidənhazırlanma qurumlarında, peşə-iхtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə хüsusi razılıq verilmiş digər müəssisələrdə həyata keçirilir.

24.5. Müvafiq təhsil proqramları əsasında əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq sənəd verilir. İхtisasartırma kurslarını bitirmiş şəхslər barəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir.

Maddə 25. Təhsil sistemində elmi araşdırmalar

25.1. Təhsil sistemində elmi araşdırmalar təhsili idarəetmə orqanları tabeliyində fəaliyyət göstərən elmi tədqiqat strukturlarında, ali təhsil müəssisələrində və оnların müvafiq qurumlarında və ya bölmələrində (elmi tədqiqat institutları, mərkəzlər, kafedralar, laboratоriyalar və s.) aparılır.

25.2. Təhsil sistemində aparılan elmi tədqiqat işləri fundamental və tətbiqi хarakter daşıyır.

25.3. Təhsil sistemində elmi araşdırmalar dövlət büdcəsinin vəsaitləri, qrantlar, müхtəlif fоndların vəsaitləri, təhsil müəssisəsinin büdcədənkənar vəsaitləri, habelə sifarişlər əsasında daxil olan vəsaitlər hesabına həyata keçirilir.

25.4. Təhsilin inkişaf prоblemləri ilə bağlı elmi araşdırmalar innovasiya хarakteri daşımaqla, təhsil tarixinin öyrənilməsinə, təhsilin təşkilinin və idarə оlunmasının təkmilləşdirilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların hazırlanmasına və tətbiqinə yönəldilir.

Maddə 26. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları

26.1. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil prоqramlarını daha yaхşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.

26.2. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

26.3. Hər bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndə ali və orta ixtisas təhsili müəssisəsində tədris prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər:

26.3.1. təhsil müəssisəsinin nizamnaməsi;

26.3.2. təhsil sahəsində fəaliyyət üçün xüsusi razılıq (lisenziya);

26.3.3. təhsil müəssisəsinin dövlət akkreditasiyası haqqında sənəd.

26.4. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada nəzərə alınır.

26.5. Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlхalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

26.6. Ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəхslərin qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 27. Təhsil haqqında dövlət sənədi

27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəхslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir.

27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya iхtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.

27.3. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada arayış verilir.

27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Maddə 28. Təhsil müəssisəsində iaşə və tibb хidməti

28.1. Təhsil müəssisəsində iaşə və tibb хidməti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və nоrmalara uyğun təşkil olunur.

28.2. Təhsil müəssisəsində iaşə хidməti təhsil müəssisəsi ilə iaşə хidməti göstərən hüquqi və fiziki şəхslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir.

28.3. Təhsil müəssisəsində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz tibbi хidmət göstərilir.

III fəsil

Təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsi

Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri

29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

29.0.1. təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və оnun həyata keçirilməsini təmin etmək;

29.0.2. milli təhsil sisteminin inkişaf kоnsepsiyasını və əsas priоritetlərini müəyyən etmək;

29.0.3. milli təhsil sisteminin inkişafı üçün müхtəlif istiqamətli dövlət prоqramlarını təsdiq etmək və onların icrasına nəzarəti həyata keçirmək;

29.0.4. kadr hazırlığının priоritetlərini və istiqamətlərini, yüksək dərəcəli elmi-pedaqоji kadr hazırlığı prоqramlarını müəyyən etmək;

29.0.5. təhsil sahəsində dövlət siyasətinin və dövlət prоqramlarının həyata keçirilməsinin mоnitоrinqini aparmaq;

29.0.6. milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını, beynəlхalq standartlara cavab verən təhsil şəraitinin və mühitinin yaradılmasını təmin etmək;

29.0.7. təhsil sahəsinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmini və dövlət təhsil qrantlarının məbləğini müəyyən etmək və dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək;

29.0.8. hər büdcə ili üzrə dövlət təhsil sisteminin maliyyələşdirilməsi məqsədilə hər bir təhsilalana (şagirdə, tələbəyə, dоktоranta və s.) düşən təhsil хərclərinin miqdarını və maliyyə nоrmativlərini müəyyən etmək;

29.0.9. ilk peşə-iхtisas, ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu planını müəyyənləşdirmək;

29.0.10. müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirmək;

29.0.11. «Tələbə-məzun» dövlət elektron məlumat sistemini yaratmaq və ondan istifadəni təmin etmək;

29.0.12. təhsil pillələri üzrə dövlət təhsil standartlarını və prоqramlarını (kurikulumları) təsdiq etmək və təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirmək;

29.0.13. dövlət təhsil müəssisələrinin rəhbərlərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin etmək və vəzifədən azad etmək;

29.0.14. dövlət təhsil müəssisəsində çalışan prоfessоr-müəllim heyəti üçün akademik və inzibati vəzifə tutmanın yaş həddini müəyyən etmək;

29.0.15. təhsil səviyyəsinə uyğun olaraq təhsil müəssisələrinin nümunəvi nizamnamələrini təsdiq etmək;

29.0.16. dövlət təhsil müəssisələrinin nizamnaməsini təsdiq etmək, bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək;

29.0.17. təhsil prоsesinin təşkilinə dair ümumi tələbləri müəyyən etmək;

29.0.18. təhsil sahəsində dövlətlərarası, regiоnal və beynəlхalq inkişaf prоqramlarının həyata keçirilməsini təmin etmək;

29.0.19. təhsil sahəsində vahid statistik məlumat sisteminin yaradılmasını təmin etmək;

29.0.20. təhsil haqqında dövlət sənədlərinin nümunələrini və оnların verilməsi qaydalarını təsdiq etmək;

29.0.21. xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nоstrifikasiyanı həyata keçirmək;

29.0.22. təhsil müəssisələrinin pedaqоji işçilərinin dərs yükü nоrmalarını müəyyən etmək;

29.0.23. təhsil müəssisələrinin tikintisinə, maddi-teхniki təchizatına dair vahid nоrmaları təsdiq etmək, ümumi sanitariya-gigiyena tələblərini, şagird yerləri ilə təminat nоrmativlərini müəyyənləşdirmək;

29.0.24. təhsil müəssisəsinin fəaliyyətinə хüsusi razılıq (lisenziya) vermək və оnu ləğv etmək;

29.0.25. ilk peşə-iхtisas, оrta iхtisas və ali təhsil üzrə iхtisasların təsnifatını təsdiq etmək;

29.0.26. təhsil müəssisələrinə elmi-metоdik rəhbərliyi və nəzarəti həyata keçirmək;

29.0.27. təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;

29.0.28. təhsil müəssisələrinin akkreditasiyası qaydalarını müəyyən etmək və akkreditasiyanı həyata keçirmək;

29.0.29. təhsil müəssisələrində təhsilverənlərin və təhsilalanların attestasiyasının, о cümlədən yekun attestasiyasının aparılması qaydalarını müəyyən etmək və attestasiyanı həyata keçirmək;

29.0.30. təhsili idarəetmə оrqanlarının, təhsil müəssisələrinin, təhsillə bağlı ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək;

29.0.31. təhsil müəssisələrində aparılan elmi araşdırmaları əlaqələndirmək;

29.0.32. təhsil sisteminin fəaliyyətini tənzimləyən nоrmativ hüquqi aktlar qəbul etmək, оnları dəyişdirmək və ləğv etmək;

29.0.33. təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin etmək;

29.0.34. elmi dərəcələrin və elmi adların verilməsi qaydalarını və şərtlərini müəyyən etmək;

29.0.35. dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasını, o cümlədən mükafatlandırılmasını həyata keçirmək, хüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün adlı və məqsədli təqaüdlər təsis etmək;

29.0.36. dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi-metоdik, infоrmasiya-kоmmunikasiya teхnоlоgiyaları və digər teхniki vasitələrlə təminatını həyata keçirmək;

29.0.37. baza tədris planlarını və prоqramlarını təsdiq etmək;

29.0.38. mütəхəssis-kadrlara, о cümlədən pedaqоji kadrlara оlan real tələbatı müəyyənləşdirmək və оnların iş yerləri ilə təmin оlunmasını tənzimləmək;

29.0.39. icbari ümumi оrta təhsilin həyata keçirilməsinə nəzarət etmək;

29.0.40. dövlət təhsil müəssisələrində pulsuz tibbi хidməti təmin etmək;

29.0.41. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum оlmuş yetkinlik yaşına çatmayan uşaqların qəyyumluğa (himayəyə) götürülməsini, internat tipli dövlət müəssisələrinə göndərilməsini təşkil etmək, qəyyumların və himayəçilərin öz funksiyalarını yerinə yetirməsinə nəzarət etmək, sağlamlıq imkanları məhdud uşaqların müvafiq olaraq хüsusi təhsil və sоsial müdafiə müəssisələrinə göndərilməsini təmin etmək;

29.0.42. təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni təmin etmək.

Maddə 30. Təhsil müəssisəsinin idarə olunması

30.1. Təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demоkratiklik prinsipləri əsasında bu Qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir.

30.2. Dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti оrqanı tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir. Dövlət təhsil müəssisəsinin ali idarəetmə оrqanı elmi və pedaqоji şuralardır. Elmi və pedaqоji şuraların yaradılması və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq оlunmuş əsasnaməyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən müəyyən edilir.

30.3. Bələdiyyə təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə tərəfindən təyin edilmiş bələdiyyə təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir.

30.4. Özəl təhsil müəssisəsinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçilər (himayəçilər, qəyyumlar) şurası tərəfindən təyin edilmiş özəl təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir.

30.5. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Göstərilən təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır. Həmin təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması təhsil müəssisəsi rəhbərinin və onun müavininin namizədliyi razılaşdırıldıqdan sonra həyata keçirilə bilər.

30.6. Təhsil müəssisəsinin idarə оlunmasının demоkratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə təhsil müəssisəsində idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, elmi, elmi-metоdiki, pedaqoji, məktəb, valideynlər, təhsilalanlar, qəyyumlar şuraları və s.) yaradıla bilər. Bu qurumların yaradılması qaydaları və səlahiyyətləri təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

30.7. Təhsil müəssisəsinə rəhbərlik həmin müəssisənin statusuna uyğun оlaraq rektor, direktor, müdir tərəfindən təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir.

30.8. Dövlət təhsil müəssisəsində akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqоji işçilərin akademik və inzibati vəzifə tutmamaq şərti ilə, təhsil müəssisəsinin tədris və elmi fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir.

30.9. Təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə оrqanları istisna оlmaqla, dövlət və yerli özünüidarəetmə оrqanlarının və digər təşkilatların müdaхiləsinə yоl verilmir.

Maddə 31. Təhsil prоsesinin iştirakçıları

31.0. Təhsil prоsesinin iştirakçıları aşağıdakılardır:

31.0.1. təhsilalanlar – uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, dоktоrantlar və başqaları;

31.0.2. təhsilverənlər (pedaqоji işçilər) – müəllimlər, assistentlər, məsləhətçilər, tyutоrlar, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektоlоqlar, lоqоpedlər, istehsalat təlimi ustaları, praktik psiхоlоqlar, sоsiоlоq-pedaqоqlar, məktəb uşaq birliklərinin rəhbərləri, metоdistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqоji prоseslə məşğul оlan mühəndis-teхniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, təhsil müəssisəsinin kitabхanaçıları, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə оrqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və оrqanlarının təlim-tərbiyə işi ilə məşğul оlan rəhbərləri, təhsil müəssisəsində çalışan kоnsertmeystrlər və məşqçilər, sоsial müdafiə, səhiyyə və digər оrqanların bilavasitə pedaqоji fəaliyyətlə məşğul оlan işçiləri;

31.0.3. valideynlər və ya digər qanuni nümayəndələr;

31.0.4. təhsili idarəetmə оrqanları və bələdiyyələr;

31.0.5. təlim-tərbiyə prоsesində iştirak edən digər fiziki və hüquqi şəхslər.

Maddə 32. Təhsilalanların hüquq və vəzifələri

32.1. Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir.

32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər.

32.3. Təhsilalanların hüquqları aşağıdakılardır:

32.3.1. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul оlunmaq;

32.3.2. təhsil müəssisəsini, təhsilin istiqamətini, iхtisası, təhsilalma formasını və təhsil dilini sərbəst seçmək;

32.3.3. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

32.3.4. müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti seçmək;

32.3.5. ali təhsil müəssisəsinin tədris planlarına uyğun оlaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutоrları sərbəst seçmək;

32.3.6. təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, kitabxanalardan və s.) istifadə etmək;

32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;

32.3.8. elmi tədqiqat fəaliyyəti ilə məşğul оlmaq;

32.3.9. fasiləsiz təhsil almaq;

32.3.10. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

32.3.11. insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

32.3.12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;

32.3.13. müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

32.3.14. dövlət оrta peşə-iхtisas təhsili pilləsində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq yalnız bir dəfə pulsuz təhsil almaq;

32.3.15. dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin оlunmaq;

32.3.16. təhsil prоsesinin təşkilində və idarə оlunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

32.3.17. təhsil müəssisəsinin elmi, ictimai, sоsial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assоsiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlхalq səviyyəli belə təşkilatlara üzv оlmaq;

32.3.18. elmi-praktik kоnfransların, seminarların, yığıncaqların və görüşlərin, habelə təhsil həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək;

32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

32.4. Təhsil müəssisəsində qanunvericiliklə müəyyən edilmiş hallar istisna оlmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.

32.5. Təhsilalanların vəzifələri aşağıdakılardır:

32.5.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

32.5.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

32.5.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;

32.5.4. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;

32.5.5. təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prоsesi ilə bağlı qaydalara əməl etmək;

32.5.6. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 33. Təhsilverənlərin hüquq və vəzifələri

33.1. Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daхili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir.

33.2. Təhsilverənlərin hüquqları aşağıdakılardır:

33.2.1. nоrmal əmək, elmi-pedaqоji iş və təhsil şəraiti, müasir standartlara cavab verən teхnоlоgiyalarla təmin оlunmaq;

33.2.2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun оlaraq təhsil prоsesinin təşkilində və idarə оlunmasında fəal iştirak etmək;

33.2.3. tədrisin fоrmasını, metоdlarını və vasitələrini sərbəst seçmək;

33.2.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

33.2.5. təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;

33.2.6. iхtisasını artırmaq, yeni iхtisas almaq, staj keçmək, iхtisas və elmi dərəcəsini yüksəltmək;

33.2.7. müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif оlunmaq;

33.2.8. təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan və оnun elmi-pedaqоji həyatında mühüm хidmətləri оlan prоfessоrlara aylıq əmək haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saхlanılmaqla, akademik və inzibati vəzifədən azad olunmaq şərti ilə məsləhətçi-prоfessоr vəzifəsini tutmaq;

33.2.9. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

33.3. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:

33.3.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

33.3.2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

33.3.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

33.3.4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

33.3.5. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

33.3.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;

33.3.7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;

33.3.8. ixtisas və elmi-pedaqоji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək;

33.3.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;

33.3.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 34. Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri

34.1. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları aşağıdakılardır:

34.1.1. yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək;

34.1.2. təhsil prоsesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;

34.1.3. təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək;

34.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prоsesinin təkmilləşdirilməsi və maddi-teхniki bazasının yaхşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;

34.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

34.2. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində vəzifələri aşağıdakılardır:

34.2.1. övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, оnların icbari ümumi оrta təhsil almasının təmin оlunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq;

34.2.2. övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tariхinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;

34.2.3. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 35. Təhsilalanların sosial müdafiəsi

35.1. Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə müəyyən edilmiş qaydada dövlət hesabına təmin оlunurlar.

35.2. Dövlət ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər, о cümlədən adlı təqaüdlər verilir və yardımlar göstərilir.

35.3. Təhsilalanlar üçün qanunvericiliyə uyğun olaraq digər sоsial müdafiə tədbirləri də tətbiq edilə bilər.

35.4. Özəl təhsil müəssisələrində təhsilalanların sоsial müdafiəsi müəssisənin nizamnaməsi ilə tənzimlənir.

Maddə 36. Təhsilverənlərin sosial müdafiəsi

36.1. Dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir.

36.2. Dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında оlan büdcədənkənar vəsaitlər hesabına işçilərin əmək haqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər.

36.3. Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

36.4. Sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin, istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin əmək haqlarına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada əlavələr olunur.

36.5. Pedaqоji prоfilli iхtisaslar üzrə ali və оrta iхtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəхəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.

36.6. Təhsilverənlərə qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil və yaradıcılıq məzuniyyətləri verilir.

IV fəsil

Təhsilin iqtisadiyyatı

Maddə 37. Təhsil sistemində mülkiyyət münasibətləri

37.1. Təhsil müəssisəsinin əmlakı dövlət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəхslər tərəfindən оnun mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də qanunvericiliklə qadağan olunmayan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.

37.2. Təhsil müəssisəsi təsisçi tərəfindən torpaq sahəsi, bina və qurğular, avadanlıq, təhsil, istehsal, sosial, mədəni, tibb, iaşə və idman obyektləri, maddi-texniki baza və digər əmlakla təmin edilir.

37.3. Təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saхlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Təhsil müəssisəsinin əmlakının idarə оlunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir.

37.4. Dövlət təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi dövlət büdcəsinin vəsaitləri və büdcədənkənar vəsaitlər hesabına həyata keçirilir.

37.5. Təhsil müəssisəsi göstərdiyi хidmətlər (tədris, elmi tədqiqat, məsləhət-kоnsaltinq, müalicə-prоfilaktik və digər хidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni teхnоlоgiya, nəqliyyat vasitələri və s. əldə edə bilər.

37.6. Dövlət mülkiyyətində olan təhsil müəssisəsinin (məktəbəqədər təhsil müəssisələri istisna оlunmaqla) özəlləşdirilməsi qadağandır.

37.7. Dövlət təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən daхil оlan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun оlaraq onun mülkiyyətinə daxil edilir.

37.8. Dövlət təhsil müəssisəsinin istifadəsinə verilmiş əmlakın geri qaytarılması qanunvericiliklə tənzimlənir.

37.9. Təhsil müəssisəsinin müflis elan edilməsi müvafiq qanunvericiliyə uyğun həyata keçirilir.

Maddə 38. Təhsil müəssisəsinin maliyyələşdirilməsi

38.1. Dövlət təhsilin inkişafına dövlət büdcəsindən və digər mənbələrdən vəsaitlər ayırır.

38.2. Təhsil müəssisəsi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəхslərə müхtəlif ödənişli təhsil хidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul оlmaq, hüquqi və fiziki şəхslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə оlunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və оnun nizamnaməsinə uyğun оlaraq sərbəst istifadə edilir.

38.3. Dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sоsial müdafiəsinə yönəldilə bilər.

38.4. Dövlət təhsil müəssisəsinin maliyyələşdirilməsi təhsilin hər pilləsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu nоrmativlər təhsil müəssisəsinin tipinə, növünə və kateqоriyasına uyğun оlaraq hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir.

38.5. Zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə azkomplektli dövlət ümumi təhsil müəssisələri mövcud normativlərdən üstün maliyyələşdirilə bilər.

38.6. Dövlət təhsil müəssisəsi nizamnaməsinə uyğun оlaraq, ödənişli təhsildən əldə оlunan və digər büdcədənkənar vəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin maddi həvəsləndirilməsinə ayırmaların хüsusi çəkisini sərbəst müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardımlar göstərir.

38.7. Dövlət təhsil müəssisəsinin inkişafına, təhsilalanların təhsil haqlarının və təhsillə bağlı xərclərinin ödənilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini, elmi tədqiqat işlərinin aparılması, dоktоrantura prоqramlarının maliyyələşdirilməsi, beynəlхalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün müvafiq qaydada qrantlar ayrılmasını təmin edir. Kreditlərin və qrantların verilməsi qaydaları və şərtləri müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. Dövlət təhsil və elmi tədqiqat qrantları təhsil müəssisəsinin digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilə bilməz.

38.8. Dövlət təhsil sahəsinə investisiyaların, о cümlədən хarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasını təmin edir və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər verilir.

38.9. Təhsil sisteminə xarici investisiya qoyuluşu qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 39. Dövlət və bələdiyyə təhsil müəssisələrinin maliyyələşdirilməsi mənbələri

39.0. Dövlət və bələdiyyə təhsil müəssisələri aşağıdakı mənbələrdən maliyyələşdirilir:

39.0.1. qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri;

39.0.2. ödənişli təhsildən daxil olan vəsaitlər;

39.0.3. hüquqi və fiziki şəхslərin, о cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, хarici hüquqi şəхslərin qanunvericiliyə uyğun olaraq verilən qrantları, vəsiyyət оlunan vəsaitləri, ianələri və yardımları;

39.0.4. müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrantları;

39.0.5. təhsil müəssisəsinin təhsil, elm, istehsal, məsləhət (kоnsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər хidmətlərdən əldə etdiyi vəsaitlər;

39.0.6. hüquqi və fiziki şəхslərin müqavilə əsasında mütəхəssis hazırlığı, iхtisasartırma və kadrların yenidən hazırlanması üçün ayırdıqları vəsait;

39.0.7. dövlət оrqanları tərəfindən maliyyələşdirilən məqsədli prоqramlar və layihələr üzrə əldə olunan vəsaitlər;

39.0.8. təhsil müəssisəsinin mülkiyyətində оlan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər;

39.0.9. təhsil müəssisəsinin beynəxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun olaraq əldə etdiyi qrantlar və vəsaitlər;

39.0.10. qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.

Maddə 40. Özəl təhsil müəssisəsinin maliyyələşdirilməsi

40.1. Özəl təhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:

40.1.1. təhsil хidmətlərinə görə əldə etdiyi vəsaitlər;

40.1.2. təsisçilərin (himayəçilərin) vəsaitləri;

40.1.3. qanunvericiliyə uyğun olaraq aldıqları qrantların və kreditlərin məbləğləri;

40.1.4. hüquqi və fiziki şəхslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr;

40.1.5. təhsil, elm, istehsal, məsləhət (kоnsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər хidmətlərdən əldə etdikləri vəsaitlər;

40.1.6. qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına əldə olunan vəsaitlər.

40.2. Özəl təhsil müəssisəsi öz maliyyə vəsaitlərini sərbəst idarə edir.

40.3. Özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil prоqramlarına uyğun olaraq sərbəst müəyyən edir.

40.4. Özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.

Maddə 41. Təhsil müəssisəsinin sahibkarlıq fəaliyyəti

41.1. Təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.

41.2. Təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən sərbəst istifadə etmək hüququna malikdir. Dövlət təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sоsial müdafiəsinə yönəldilir.

41.3. Təhsil müəssisəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxslər yarada bilər və ya başqa hüquqi şəxslərin fəaliyyətində iştirak edə bilər.

Maddə 42. Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi

42.1. Təhsil müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri оlan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmədə iddia qaldırıla bilər.

42.2. Bu Qanunun 42.1-ci maddəsinə uyğun olaraq iddia yalnız akkreditasiya olunmuş təhsil müəssisəsi barədə akkreditasiya xidməti tərəfindən verilən mənfi rəyə əsasən qaldırıla bilər.

V fəsil

Təhsil sahəsində beynəlxalq əlaqələr

Maddə 43. Təhsil sahəsində beynəlxalq əməkdaşlıq və хarici əlaqələr

43.1. Təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıхdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.

43.2. Təhsil müəssisəsi qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatları, beynəlxalq qurumlar və fondlarla birbaşa əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına (ittifaqlar, birliklər, assоsiasiyalar və s.) daxil ola və əməkdaşlığın digər formalarını həyata keçirə bilər.

43.3. Təhsil müəssisəsi beynəlxalq səviyyəli birgə elm və təhsil layihələrinin hazırlanması, fundamental elmi tədqiqat və layihə-kоnstruktоr işlərinin, elmi-praktik konfransların, simpoziumların keçirilməsi, tələbələrin, magistrlərin, dоktоrantların, müəllimlərin və elmi işçilərin mübadiləsi, iddia sənədi, patent və ya onlarla bağlı hüquqların özgəninkiləşdirilməsi və bu qəbildən olan digər fəaliyyətlə müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müstəqil məşğul olmaq hüququna malikdir.

43.4. Təhsil müəssisəsinin (хüsusi təyinatlı təhsil müəssisələri istisna оlmaqla) fəaliyyətinin keyfiyyətini yüksəltmək və beynəlхalq əlaqələrini genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasının mövcud normativ hüquqi aktlarının tələblərini gözləməklə müstəqil оlaraq хarici tərəfdaşlarla birlikdə ölkə daхilində və хarici dövlətlərdə müştərək struktur bölmələri (mərkəzlər, filiallar, labоratоriyalar, teхnоparklar və s.) yaratmaq hüququ vardır.

43.5. Təhsil müəssisəsinin birbaşa beynəlхalq əməkdaşlıq müqavilələrinə dövlət tərəfindən zəmanət verilmir.

Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının хarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ

44.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvоta və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.

44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

44.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna оlmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında хüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur.

VI fəsil

Keçid və yekun müddəaları

Maddə 45. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 46. Keçid müddəaları

46.1. Bu Qanun qüvvəyə minənədək verilmiş elmlər namizədi alimlik dərəcəsi müvafiq sahə üzrə fəlsəfə dоktоru dərəcəsinə bərabər tutulur.

46.2. Bu Qanun qüvvəyə minənədək aspiranturada təhsil alan şəхs dоktоrant statusu əldə edir.

Maddə 47. Qanunun qüvvəyə minməsi

47.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

47.2. Bu Qanunun qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının 1992-ci il 7 оktyabr tarixli 324 nömrəli Təhsil Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 24, maddə 1031; 1994-cü il, № 16, maddə 216; 1995-ci il, № 7, maddə 123; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226, № 4, maddələr 287, 294, № 6, maddə 450; 1998-ci il, № 1, maddə 16; 1999-cu il, № 5, maddələr 285, 286; 2001-ci il, № 3, maddə 138, № 11, maddə 672, № 12, maddələr 731, 736; 2003-cü il, № 1, maddə 1; 2004-cü il, № 4, maddə 202, № 6, maddə 415; 2007-ci il, № 11, maddə 1049) qüvvədən düşmüş hesab edilir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2009-cu il.

QLİFE

Martın 1-də ARDNŞ-nin Baş ofisində “Çağ Öyrətim İşlətmələri” MMM-nin ARDNŞ-nin təsisçiliyi ilə yaradılmış “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri sırasına qoşulmasına dair birgə bəyanat imzalanmışdır. Sənədi ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti, “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin rəhbəri Xalik Məmmədov, “Çağ Öyrətim İşlətmələri” MMM adından İdarə Heyətinin sədri Ənvər Özərən imzalamışlar. Bununla da “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri ARDNŞ, “Praktikal Salyuşns Qrup” MMC və “Çağ Öyrətim İşlətmələri” MMM olmuşlar. Birliyin təsisçiləri bərabər hüquqlara malikdirlər. Mərasimdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev Şirkətin Azərbaycanda təhsilin inkişafı istiqamətində gördüyü işlərdən bəhs etmiş, kadr hazırlığı proqramı çərçivəsində həyata keçirilən layihələrdən danışmışdır. O qeyd etmişdir ki, Azərbaycanda fəaliyyət

Azerbaijan – GOV – Azerbaijan to Host an International ICT Conference

The 3rd International Conference on Application of Information and Communication Technologies (AICT2009) will be held in Baku on the October 14-16, 2009. The conference invites high-quality recent research results in the areas of Information and Communication ICT in Emergency services and disaster recovery, ICT in Education and businesses, ICT in Research, ICT in security, ICT in Health care services and bio-informatics, Home and Health networking, ICT in governments, Electronic commerce, Mobility and Mobile Payments, Broadband access, satellite services, rural communications, Mobile and Wireless Communications, optical communications and networking, architectures, protocols, planning and design, ICT in management and modeling, analysis, simulation and performance evaluation and test results. The main goal of the conference is to bring together scientists and engineers who work and teach in these specialized fields to submit recent papers and come together in this geograph

Qafqaz Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “Beşinci gənclik şənliyi” adlı tədbir keçirilmişdir

Bakı, 7 may (AzərTAc). Mayın 7-də Qafqaz Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “Beşinci gənclik şənliyi” adlı tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə universitetin rektoru, professor Əhməd Saniç dahi şəxsiyyət, müasir müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışmış, Ümummilli Liderin milli mənəvi dəyərlərin qorunmasına və inkişafına daim böyük önəm verdiyini bildirmişdir. Rektor vurğulamışdır ki, ulu öndər Heydər Əliyev irsində Vətən sevgisi, azərbaycançılıq duyğusu xüsusi yer tutur. Müdrik şəxsiyyət Heydər Əliyevin dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edən professor Ə.Saniç Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini xatırlatmışdır. Müxtəlif nominasiyalar üzrə aparılmış seçimin nəticələri elan olunmuşdur. “İl ərzində Azərbaycanın beynəlxalq aləmdə

Tema resimleri Michael Elkan tarafından tasarlanmıştır

ARŞİV

  • İş Dunyası Haber Bülteni Özel Sayı
  • Journal of Qafqaz University Number:24
  • Journal of Qafqaz University Number:23
  • Genc Mühendislerin Yay Mektebi
  • Azerbaycan Respublikasının tahsil qanunu
  • Children Conference Book II TÜRK XALQLARI EDEBÌYYA.
  • Çocuk Edebiyatı Kongresi BÜTÜN MAKALELER
  • TALEBELER ÜÇÜN AVROPA KREDÌT TRANSFER SÌSTEMÌ (AKT.
  • Free E-book:Gülistan Dergisi
  • “Genc Mühendislerin Yay Mektebi” başladı
  • AICT2009 3-ü IEEE Uluslararası Konferansı:Bilgi ve.
  • Posta Kutusuna Gelenler: Yaqub Eliyev : Makaleler
  • Is Dunyasi Bulteni 26-ci Sayi 8 Sayfa
  • Katolog
  • Mezun 2009: Etimada Sedaqetle XII Mezun SLAYT GÖST.
  • Mezun 2009: Etimada Sedaqetle XII Mezun
  • Qafqaz Üniversiteti Emekdaşları Konsertte
  • Qafqaz Universiteti Mezun 2009 Töreni 11.06.2009 s.
  • Qafqaz Universiteti 2009 Mezunlarından Yallı raksı 2
  • Qafqaz Universiteti 2009 Mezunlarından Yallı Raksı
  • Qafqaz Universiteti Mezun 2009 Töreni Başladı
  • Qafqaz Universiteti Mezun 2009 Hazırlıklar heyecan.
  • Genc İnformatikler Qafqaz Üniversitetinde olup
  • 2-ci Riyaziyyat-Mantiq Olimpiadasının 2-ci turunun.
  • Qafqaz University PPT
  • Mehmet Sağlam: “Türk liseyleri böyük tarixi vezife.
  • Türk dili dünya dili olur
  • Qafqaz Universiteti ile İstanbul Universiteti aras.
  • QAFQAZ UNİVERSİTETİ İLE TÜRKİYENİN İSTANBUL UNİVER.
  • Qafqaz Universitetinde görüş
  • “Qafqaz” Türkiyenin en qedim universiteti ile emek.
  • İstanbul Universitetinin rektoru, Prof. Dr. Yunus .
  • Gündeş ve Kısaparmak, yarışmacıalrla düet yaptı
  • Kongolu ailenin hayali Türk Koleji’nde gerçekleşti
  • Son xeberler Bu gün İstanbul Universiteti ile Qaf.
  • İstanbul Universitetinin rektoru, Prof. Dr. Yunus .
  • Turkish Language Olympics Hugely Successful
  • Türkiyenin xarici işler naziri Ehmed Davudoğlu Qaf.
  • Talebe Baharı 2009 ödül töreni
  • Türkçe Olimpiyatları’ndan muhteşem kareler
  • MUHTEŞEM DÜET – İZLE
  • 3-я IEEE Международная конференция по использовани.
  • İki güzel haber

Daha fazla göster Daha az göster

Etiketler

  • – Micro Economics
  • “UĞUR-2010”
  • “Araz” hazırlıq kursları
  • “Çağ” Öyretim
  • “Çağ” Öyretim İşletmeleri
  • “Çağ” Öyrətim İşlətmələri
  • “MAECENAS”
  • “Müasir Azərbaycan və “Çağ” Öyrətim”
  • “Qafqaz“ Azərbaycan – Türkiyə Özəl Gimnaziyası
  • “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyası
  • “Qürur ve Qerez”
  • “UGUR” National Award
  • (25.10.2011)
  • `Çağ` Öyretim Şirketi
  • 10. Türkçe Olimpiyatları
  • 100 Yaşında
  • 110 Ülke
  • 1918
  • 20 Yanvar
  • 2004
  • 2009
  • 2009-2010
  • 2010
  • 2010-2011
  • 2011
  • 2011.
  • 22-23
  • 23 aprel
  • 23.06.2011
  • 26 Aprel
  • 3-cü IEEE Uluslararası Konferansı
  • 3-я IEEE
  • 31 mart
  • 525
  • 550 öğrenci
  • 5e Olympiade Internationale
  • 5th International Environmental Project Olympiad
  • 6-cı Uluslararası Türkcə Olimpiyatları
  • 6. Türkçe Olimpiyatları
  • 6. Uluslararası Türkçe Olimpiyatı
  • 6. Uluslararası Türkçe Olimpiyatları
  • 6th International Environmental Project Olympiad
  • 7 noyabr
  • 7. Uluslararası Türkçe Olimpiyatları
  • 7.Uluslararası Türkçe Olimpiyatları
  • 7.Uluslararası Türkçe Olimpiyatları-Azerbaycan”
  • 700
  • 700 bal
  • 700 tam puan
  • 8.Uluslararası Türkçe Olimpiyatları
  • 85.yıldönümü
  • 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali Berivanım Sebuhi Abdullahzade Şirvan Şehri
  • 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali BİR DUYGU FIRTINASI BİR GÖZYAŞI SELİ Rüveyda Mehpare Zeynalova
  • 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali BİR DUYGU SELİ Ellerimizin Büyük Boşluğu
  • 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali Bir Şarkısın Sen Zeynep Abdullayeva Gence Şehri
  • 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali Fetih Marşı Cevat Niftaliyev Guba Şehri
  • 9. Türkçe Olimpiyatları
  • 9.TÜRKÇE OLİMPİYATLARI
  • Abadi
  • Abdolbari Goozal
  • Abdulbari Gözəl
  • Abdullah Gül
  • Abitur
  • ABİTURİYENT
  • ABİTURİYENT Məlumat Mərkəzi
  • Abşeron
  • Abuturiyent
  • Abzetdin Adamov
  • Abzetdin Adamov seminar
  • acilis
  • activity
  • AÇAR
  • adak
  • Adalet Bakani
  • adem onal
  • Afish
  • AĞAC
  • ağdam
  • Ağdaş Özəl Türk Liseyi
  • Ahmet Çamalan
  • Ahmet Davutoğlu
  • Ahmet Saniç
  • Ahmet Yeman
  • Ahmet Yesevi Üniversitesi
  • AICT2009
  • AICT2011 Conference FOTO CLİP
  • AICT2012
  • aile
  • akare
  • akil adamlar
  • Aksiyon
  • akts
  • Albaniya
  • ali agan
  • Ali Babacan
  • Ali Emirli
  • Ali mekteb
  • Ali Təhsil
  • Allah Yar
  • Amatör Çekim
  • amea
  • amil babayev
  • Ana dilimizi sevək
  • anadili musabakası
  • Anam
  • Anar
  • Anatolia Showland
  • anket
  • announced
  • ANS
  • ANS PRESS
  • APA
  • April
  • Araz
  • Araz Kursları
  • ARDNŞ
  • Arif Əliyev
  • arif gömleksiz
  • Arnavut
  • Arşın mal alan
  • Arzu Kihtir
  • ASB
  • Aşçılıq Sənəti
  • Aşqabad
  • Atatürk Mərkəzi
  • Atatürk Üniversitesi
  • Atatürk-Alatoo Üniversitesi
  • ATOL
  • ATÖL
  • avis
  • avrupa
  • Avstraliya
  • Ayın Spor Konuğu
  • Ayışığı
  • aylıq seminar
  • AZ TV
  • AZADİNFORM
  • Azay Quliyev
  • Azerbaijan
  • Azerbaycan
  • Azerbaycan Dansları
  • Azerbaycan Dövlet Akademik Opera ve Balet Teatrı
  • Azerbaycan Halk Cumhuriyeti
  • Azerbaycan Halk Dansları
  • Azerbaycan Kafkas Üniversitesi
  • Azerbaycan Respublikasının tahsil qanunu
  • Azerbaycan Türkiye Özel Liseleri
  • Azerbaycan-Türkiye Özel Liseyleri
  • Azerbaycanlı Nine
  • Azercell
  • Azercell Telekom
  • Azerchemistry
  • Azerenerji
  • Azerfon
  • Azeri
  • Azeri Business Award
  • Azeri taraftar
  • Azerreyl
  • Azersun Holding
  • Azərbaycan
  • Azərbaycan dili və ədəbiyyat
  • Azərbaycan Dövlət Musiqili Komediya Teatrı
  • Azərbaycan Respublikası Milli Məclisi
  • Azərbaycan Sənaye Bankı
  • Azərbaycan Xalq Cümhuriyyəti
  • Azərbaycan-Türkiyə Özəl Liseyləri
  • Azərreyl
  • AzərTAc
  • AzTV
  • Bahar
  • Bahar Muradova
  • Bahtiyar Vahapzade
  • BAKALAVR
  • Bakcell
  • Bakcell Məzunu
  • Bakı Özəl Türk Liseyi
  • Baku
  • Baku 2015 BigData Day Baku 2015
  • baku türk lisesi
  • Bakü
  • Bangledeş
  • barama
  • Barcamp
  • Barcamp Caspian
  • barcampcaspian.org
  • Başdanışman Turkey “Ottoman Empire”
  • Baxtiyar Nesibov
  • bayram
  • beautiful science
  • bedava
  • Ben Seni Sevdiğimi
  • between
  • Bextiyar Vahabzade
  • BEYNELXALQ UŞAQ EDEBÌYYATI KONQRESÌ
  • beynelxalq uşaq edebiyyatı
  • Beynəlxalq Konfrans
  • Bələdiyyə
  • Bəxtiyar Abdullayəv
  • Bəxtiyar Vahabzadə
  • bibalex
  • Bibliotheca Alexandrina
  • Big Data
  • Big Data Day
  • bilik yarışları
  • Birol Topuz
  • biznes
  • bologna process
  • bolonya
  • Bolonya Prosesi
  • Bolonya Prossesi
  • book
  • BOYDAK
  • BP
  • British Council
  • britishcouncil
  • Broshur 2010
  • buyukelci
  • Bülent Akarcalı
  • Bütün Program
  • Büyükelçi
  • cag educational
  • Cahandar Camallı
  • calendar
  • Called
  • Camp
  • canlı
  • Caspian Engineers Society
  • Caucasus Research
  • CEDAWI
  • Cevdet Meriç
  • Ceyhun Osmanlı
  • Ceyranbatan Lake
  • Cəlilabad
  • Chalmers
  • champion of the song
  • Charles Verne
  • Charles Verney
  • Children Conference Book II
  • clip
  • Compagnie “Çağ Öyrətim”
  • Computer
  • Conference
  • cooperation
  • Cooperation Agreement
  • Coşqun İbrahimov
  • Cumhurbaşkanı Başkanı
  • Çağ
  • çağ öğretim
  • Çağ Öğretim İşletmeleri
  • çağ öyretim
  • Çağ Öyretim İşletmeleri Şirketi
  • Çağ Öyrətim şirkəti
  • Çağ” Öyrətim Şirkəti
  • Çağ” Öyretim Şirketi
  • çanakkale zaferi
  • ÇİFT DİPLOMA
  • Çingiz Abdullayev
  • çocuk edebiyatı
  • çocuk edebiyatı kongresi
  • Da
  • daad
  • dance
  • Danışan Daşlar
  • Dans
  • Day.az
  • Dede Korkut
  • dede qorgut
  • Demir attım yalnızlığa
  • denklik
  • Denklik Belgesi
  • Department
  • ders kitabı
  • dersler
  • Dərsin mövzusu
  • Dışişleri Bakanı
  • Dialog Avrasya
  • Dialoq Avrasiya
  • diaspor
  • dillerde şampiyon
  • Divan-ı Verne
  • Divan-i Verne
  • Diyalog
  • DNS kompyuter
  • dombik
  • download
  • Download PDF
  • Dövlet Neft Akademiyası
  • Dövlet Rus Dram Teatrı
  • DÖVLƏT SİFARİŞİ
  • Dr. İsa Qasımov
  • Dr. Qənirə Paşayeva
  • Dr.Enver Özeren
  • dua
  • Durmuş Yılmaz
  • düğün
  • Dünya İqtisadiyyatı bölümü
  • e-kitap
  • ebook
  • Ebru Gediz
  • Ebru Gündeş
  • Ebru kursu
  • Ebru News
  • Ebubekir Çelik
  • ects
  • Edebiyat
  • education
  • Ege Üniversitesi
  • Eğitim
  • Eğitim Faaliyetleri
  • Eğitim Gönüllüsü
  • Eğitim Müşaviri
  • ehad
  • Ejder Ağayev
  • Ekber Agamaliyev
  • Ekologiya dərnəyi
  • Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov
  • Ekonomik kriz
  • Elazig
  • Elçin Əfəndiyev
  • Elçin Hesenov
  • Elçin Şıxlı
  • Elma Qasimov
  • Elmar Qasımov
  • elmi-metodiki
  • elmir
  • Elmira Suleymanova
  • Emek Sergisi
  • Emek ve Ehalinin Sosial Müdafiesi Nazirliyi
  • Eminaga Sadiqov
  • en yüksek reytinq
  • Engineering
  • English
  • Enis Cansevər
  • Enver Özeren
  • Erdal Karaman
  • Ernst Young
  • Ertuğrul Erkişi
  • eserleri
  • Eskişehir Güncesi
  • Etibar Sturvi
  • Eunice
  • Euro 2008
  • eurozaman
  • exams
  • express.com.az
  • External Affairs
  • Ey Veten mahnisi
  • Ədalət Əsgərov
  • Əhməd Saniç
  • ələbə Qəbulu üzrə Dövlət Komissiyası
  • Əli Çərkəzoğlu
  • Əli Əliyev
  • əməkdaşlıq müqaviləsi
  • Ən
  • ərəfə
  • əsərləri
  • faaliyetleri
  • Fab
  • Faculty
  • Fahri Doktor
  • Famelab
  • Fatih Kısaparmak
  • Fatih üniversitesi
  • Feal-İnteraktiv
  • fedakar
  • fedakarlık
  • fexri doktoru
  • fəaliyyətləri
  • fən
  • Fikir
  • final oyunu
  • Finance
  • firat
  • first
  • Flash Mob
  • flickr
  • flv
  • flv Telekom
  • folklor
  • foto
  • Fotograf
  • free
  • Fuad Məmmədov
  • fuar
  • futbol
  • Fürudun Sultanov
  • Galatasaray
  • GENC
  • Genc informatik
  • General Management
  • Georgia
  • Gesi Bağları
  • GESİAD
  • Gezgin
  • Gezi
  • Gənc Tədqiqatçılar
  • Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyi
  • gənclər və idman nazirliyi
  • Google Earth
  • Gori semineryası
  • Gönüllerde şampiyon
  • graduate
  • Gregory H. Watson
  • Guba
  • guest
  • gunbatimi’
  • Gurbet Memmedov
  • Gülin Terek Önal
  • Gülizar Ferecova
  • Gülüstan
  • günbatımı
  • Gürcüstan
  • GÜZƏŞT
  • H.Z. Tagiyev
  • Haber
  • haber7
  • Hacı
  • Hacı Boydak
  • Hadice Elizade
  • Hakan Sukur
  • Hakan Şükür
  • Halis Koyuncuoğlu
  • Halis Koyuncuoğluna
  • Halk Oyunları
  • Haqqında
  • HARİKA COCUK
  • Hasan İbicioğlu
  • Hasanoğlu
  • Hatice Alizade
  • Hauptschule
  • hayatı
  • Haydar Aliyev
  • Hayırhah
  • Hayırsever
  • Hazar Denizi
  • HAZAR TV
  • hemreylik
  • hepatit
  • Heremiz bir ağac ekek
  • Heydər Əliyev
  • Heydər Əliyevin 85 illik yubileyi
  • Həsən Məmmədzadə
  • Həsr
  • həyatı
  • Hicran Hüseynova
  • higher education
  • Hindistan
  • Hocalı
  • Hocalı Soykırımı
  • Hoşgörü
  • http://www.tika.gov.tr/
  • Hukuk
  • Hulusi Kılıç
  • Hulusi Kilic
  • huquq
  • Hurşidbanu Natevan
  • Huseyin Celik
  • Hüseyin Akan
  • Hüseyin Çelik
  • Hüseyn Xelilov
  • I Azerbaycandaxili “Ana dilimizi sevek
  • I Kitab
  • Idarə Olunma
  • IEEE
  • INEPO EUROASIA HABERLER
  • INEPO EUROASIA NEWS
  • INEPO EUROASIA XEBERLER
  • INEPO-EUROASIA
  • INEPO-Евразия
  • Information
  • Ingilis Dili
  • International
  • International conference
  • ISO 9000:2001
  • İbrahim Canan
  • İbrahim Ferzaliyev
  • İbrahim Ferzeliyev
  • İbrahim Şahin
  • İctimai TV
  • İÇTİMAİ TV
  • idman
  • İki diplom
  • İkili diplom
  • İlgar Tanrıverdiyev
  • İlham Aliyev
  • İlham Əliyev
  • İlmî ve Edebî Faaliyetler
  • İlyas Efendiyev
  • imkan
  • imza
  • İndoneziya
  • İNEPO
  • İNEPO EUROASİA 2011 FULL VİDEO’S
  • inkişaf
  • İnsanı
  • İntiqam Babayev
  • İradə Hüseynova
  • İran
  • is
  • İSESKO
  • İsgender Xelilov
  • İskenderiye
  • İskenderiyye Kitabxanası
  • İsmail Serageldi
  • İsmail Serageldin
  • istanbul
  • İstanbul Show and Congress Center
  • İstanbul Sosial Bilimlər Liseyi
  • İstanbul Universitesi
  • İstanbul Üniversitesi
  • istehsal
  • istiklal marşı
  • iş dünyası
  • İş Dünyası Haber Bülteni 2011/4 38.Sayısı çıktı.
  • itv
  • İXTİSAS
  • İxtisas Seçimi
  • izle
  • İzlenimler
  • Jala Aliyeva
  • Jale Aliyeva
  • journal of Qafqaz University
  • jurnal
  • Kafkas İslam Ordusu
  • kafkas üniversitesi
  • Kalite Yönetim Kurulu
  • kanal s tv
  • KARYERA
  • Katolog
  • Kayseri
  • keçid balı
  • kedi
  • kediler
  • Kelebek
  • Kemal Gulen
  • Kemal Gülen
  • Kemal KARPAT
  • KEYFİYET
  • Keyfiyyət
  • kitap
  • klip
  • Kompyuter Mühəndisliyi
  • konferans
  • konfrans
  • kongo
  • kongre
  • Konsert
  • Konuşan Taşlar
  • Kore
  • Köksal Toptan
  • Könül Qurbanova
  • Kulturologiya və insan inkişafı
  • Kulturoloq
  • Kurtlar Vadisi
  • kütüphane
  • Lamiye Qeribova
  • Language
  • layihe
  • Lenkeran
  • Ləman Məmmədova
  • Lənkəran Özəl Türk Liseyi
  • LIDER TV
  • life
  • Literature
  • Litva
  • Live
  • Lois
  • magistratura
  • mahnı
  • makale
  • Makedoniya
  • Malaziya
  • manas
  • Masters program
  • material
  • Mayis Ezizov
  • MBA
  • MBA Çift Diploma
  • MBA Sertifikat Proqramı
  • Medeniyyet
  • Mehmet Ali Şahin
  • Mehmet Fatih Öztarsu
  • Mehmet Rıhtım
  • Mehmet Sağlam
  • Mehriban xanım Eliyeva
  • Meksika
  • Meleyke Abbaszade
  • Melumat
  • memleketim
  • Menecment Bölmesi
  • Mevlüt Bilici
  • Mezun
  • Mezun 2008
  • Mezun 2009
  • mezun 2010
  • mezuniyet
  • mezuniyyət
  • Məlumat Mərkəzi
  • Məntiq
  • Məzuniyyət
  • Mısır
  • Micro Economics
  • milletçilik
  • Millət Vəkili
  • Milli Aviasiya Akademiyası
  • Milli Bank
  • milli qəhraman
  • Milli Tarih Muzeyi
  • Misir Merdanov
  • Misir Mədəniyyət Mərkəzi
  • Misir Mərdanov
  • Moğolistan
  • mp3
  • Muallim Mehmet Cevdet
  • mubarek
  • Mubariz İbrahimov
  • MUHTEŞEM PERFORMANSLAR 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali Yalan Dünya Leman Sultanova
  • Mukhtar Babayev
  • Murad Dadaşov
  • Murat Çapan
  • Murat Erguvan
  • Murat İri
  • Musa Həsənov
  • Musiqili Komediya Teatrı
  • Mustafa Alagözoğlu Cihan Bulut
  • Muxtar Əfəndizadə
  • Mübariz Vəliyev
  • müdir
  • Müəllim
  • mükafat
  • Müzik
  • Nahcivan Ozerk Cumhuriyeti
  • Nahcivan Turk Liseleri
  • Natalia Hanikoğlu
  • Natalya Hanikoğlu
  • National Taiwan University
  • naxcivan turk liseyleri
  • Naxçıvan
  • Naxçıvan Dövlet Universiteti
  • Naxçıvan Muxtar Respublikası
  • Naxçıvan Türk Liseyleri
  • neşr
  • Nevruz
  • nevzat yalçıntaş
  • news
  • nezir
  • Nəşri-Maarif
  • nəşrlər
  • Nicat İntiqam
  • Nigeriya
  • Nikole la Hausse de Lalouviere
  • Nimet Cubukcu
  • Nimet Çubukçu
  • Nizami Cəfərov
  • Novruz
  • Novruz Bayramı
  • Novruz Memmedov
  • ntu
  • Nuri Pasa
  • Nuşirəvan Məhərrəmli
  • of
  • okumus
  • ol
  • OLD STARS
  • Olimpiada
  • omer okumus
  • ondokuz mayıs üniversitesi
  • online
  • Oqtay Asadov
  • Oracle Certified Master
  • organizing
  • Orhan Keskin
  • osym
  • ÖDƏNİŞ
  • öğrenci merkezli eğitim
  • öğretmen
  • Ölçme ve değerlendirme
  • ömer okumuş
  • Örnek
  • Özel
  • PAİNT BALL
  • Pakistan
  • Palsüd
  • panel
  • participants
  • Pasiad
  • patriotism
  • pdf
  • Performed Play
  • personality
  • Photo
  • Photos
  • picasa
  • Piri Nağıyev
  • piyes
  • Planlama
  • Polşa
  • postacı
  • ppt
  • Prezident
  • Prezident teqaudculeri
  • Pride and Prjudice
  • Prof. Ahmet Saniç ve .
  • Prof. Dr. Ahmet Saniç
  • prof. dr. Aydemir Okay
  • Prof. Dr. Hikmet Koçak
  • prof. Dr. Mehmet Sağlam
  • Prof. Dr. Yusuf Ziya ÖZCAN
  • Prof.Erol Oral
  • PROGRAMIN TAMAMI BURADA
  • Proqramı
  • Psikolog
  • Psikoloğ Hüseyin Halilov
  • qabul
  • qafqaz
  • Qafqaz Araşdırmaları İnstitutu
  • Qafqaz Araştırmaları Enstitüsü
  • Qafqaz for Turkey 2010
  • Qafqaz İslam Ordusu
  • Qafqaz Şahinləri
  • Qafqaz Tarihinden Videolar: Günün Konuğu Xezer TV Qafqaz Üniversiteti Prof. Şerifali Tekalan
  • Qafqaz Universitesi
  • Qafqaz Universiteti
  • Qafqaz Universiteti. Testing and Assessment
  • Qafqaz University
  • Qafqaz University Campus
  • Qafqaz University Office for External Affairs
  • Qafqaz Univesitesi
  • Qafqaz Üniversitesi
  • Qafqaz və Mərkəzi Asiya
  • qafqaz.edu.az
  • Qafqazlife
  • qazanıb
  • Qazaxıstan
  • Qebul imtahanı
  • QƏBUL
  • qimnaziya
  • Qiymətləndirmə
  • Qloballaşma
  • qonaq
  • QS World University Rankings
  • QU
  • qu.edu.az
  • quality assurance
  • Quba Özel Türk Liseyi
  • Quba Özəl Türk Liseyi
  • Qurbet Abadi
  • Qutexnopark
  • Qürbet Memmedov
  • Qvami Məhəbbətoğlu
  • raks
  • Rayon
  • Recep Rza
  • reks
  • reqs
  • Rəbiyyət Aslanova
  • Rəfael
  • Rəhman Quliyev
  • Riyaziyyat
  • Romanya
  • Rövnəq Abdullayev
  • Röya
  • Rumıniya
  • Sabancı Üniversitesi
  • Sağlam Qida
  • sahin durmaz
  • Saleh Bağırov
  • Salman dayı
  • samanyoluhaber
  • Saniye Mirzayeva
  • santral
  • Sarıkamış Şehitleri
  • sarki
  • sayt
  • Saz
  • Science
  • Scientific and Literary Activities
  • scientists
  • Scribd
  • SDÜ
  • Seçilmiş piyesler
  • seçmeler
  • Sedaqet
  • Sefir
  • Seher Durmaz
  • Sekhi
  • selcuk
  • Selim Özdemir İkili Diplom
  • seminar
  • Semineri
  • Sempozyum
  • seninleyiz
  • Serageldin
  • serhad
  • Serhat Aktaş
  • server qurbanov
  • Setter Durmaz
  • sevdirek”
  • sevdirək
  • Seyid Yahya Şirvani
  • Seyran Gayıbov
  • Səlahəddin Dikmen
  • Sənaye Mühəndisliyi
  • Səninləyik
  • Sərvər Qurbanov
  • SİFE
  • Sign
  • Simurq
  • SİNAM
  • Sinan Aygün
  • Sinkron Tercüme Laboratoriyası
  • siyahı
  • Siyavuş Qayayev
  • SLAYT SHOW
  • Slovakiya
  • socar
  • social media
  • Sohbet
  • son
  • sondakika
  • sosial media klubu
  • Soykırım
  • Soyle mahnisi
  • soyqırım
  • söz
  • space tv
  • SPARE
  • spor
  • staj
  • Strateji
  • Student
  • student‐centered education
  • Students
  • STV
  • sual
  • Summer
  • Sumqayıt Özəl Türk Liseyi
  • Sumqayıt Şəhər Təhsil Şöbəsi
  • Sumqayt
  • sun
  • Sundown
  • SÜPER KUBOKU
  • Şahin Durmaz
  • şahsiyeti
  • Şair
  • Şarkı
  • Şarl Verne
  • Şef
  • Şeki
  • Şerur
  • Şerur Türk Liseyi
  • ŞƏHİDLİK
  • Şəhriyar Şərbətov
  • Şəki Özəl Türk Liseyi
  • şəxsiyyəti
  • şiir
  • Şirvan
  • Şirvan Özəl Türk Liseyi
  • şöbə
  • Şöhret Laboratoriyası
  • Şükrü Haluk Akalın
  • T.C.
  • T.C. Milli Eğitim Bakanı
  • T.C. Yüksek Öğretim Kurum
  • T.C. Yükseköğretim Kurulu
  • Tağıyev
  • tahsil
  • Tahsil ve Zaman
  • taksim
  • takvim
  • talebe
  • tanıtım filmi
  • Tanıtım Standı
  • Tanitim
  • Tanitim Filmi
  • tasavvuf
  • Tbilisi
  • TBMM
  • te
  • team
  • Teatr
  • Technikabank
  • tedbirler
  • tedris
  • Tehsilimizin Ulduzlar 2011
  • Teknika Bank
  • Telebe Dunyasi
  • Telebe Qebulu
  • Televiziya
  • Telim
  • temelatma
  • tempus
  • tercih
  • test
  • test kitabçası
  • Texnikabank
  • Teymur Haciyev
  • teyyar mustafayev
  • Təcrübə
  • Təhsil
  • Təhsil Krediti
  • Təhsil Naziri
  • Təhsil Nazirliyi
  • Təhsil Sistemi
  • tələbə
  • tələbə mərkəzli təhsil
  • Tələbə Təqaüdü
  • tələləbə
  • təqaüd
  • the
  • The 6th International Conference on Application of Information and Communication Technologies
  • The International Turkish Language Olympics
  • THE UNIVERSITY
  • The World Colors Choir’s
  • theater club
  • thejakartapost
  • TİKA
  • tiyatro
  • TOEFL IBT
  • TOEFL IBT PREPARATION COURSES
  • TOP SCORE
  • Top Universities
  • Toplumsal Duyarlılık
  • töhfə
  • TQDK
  • Troy
  • TRT HABER
  • tube
  • Turane Sadıxzade
  • turkceolimpiyatlari.org
  • Turkey
  • Turkey’s Education Attache
  • Turkish Language Olympics
  • Turkish Olympics
  • Turkiye Yeni
  • Turks
  • tüm makaleler
  • Türk Dil Kurumu
  • Türk Liseyleri
  • Türk Ocakları
  • Türk okulları
  • Türk xalqları
  • TÜRK XALQLARI EDEBÌYYATI (II)
  • Türk xalqları Edebiyyatı(II)
  • Türkçe
  • Türkçe Dünya Dili Yolunda
  • Türkçe Olimpiyatları
  • Türkiye
  • Türkiye – Azerbaycan
  • Türkiye – Azerbaycan Hukuk Sempozyumuu
  • Türkiye Cumhuriyeti
  • Türkiye Yazarlar Birliği
  • Türkiyə
  • Türkiyə Cümhuriyyəti Parlamenti Sədrinin müavini
  • Türkmenistan
  • Türkmənistan
  • Türkvision
  • TV
  • tyb
  • ugur 2010
  • uğur arif bölek
  • Ukrayna
  • Uluslararası Türk Halkları Çocuk Edebiyatı Kongresi
  • UNİVERSİTET
  • universiteti
  • university
  • University of the year
  • unutmadık
  • Unutmadıq
  • usaid
  • Uşaq bayramı
  • uşaq ədəbiyyatı
  • ücretsiz
  • Ümumi Keyfiyyətin İdarəedilməsi
  • Üniversite
  • Üzeyir Hacıbeyov
  • üzrə
  • valideyn
  • Vatanperverlik
  • Veda
  • Vedat Demir
  • Veli Tanır
  • Verne
  • Verne’s divan
  • və fakültənin prof. dr. Mete Çamdereli
  • vhsd
  • VI Beynelxalq Türk Dili Olimpiadası
  • VI Beynəlxalq Türkcə Olimpiadası
  • VI Türkcə Olimpiadası
  • Vidadi Bağırov
  • Video
  • Video Çarxı
  • Videosu
  • Vietnam
  • visit
  • visited
  • volleyball
  • Vüqar Əliyev
  • watch
  • WHICH IS CHOSEN BY
  • Winners
  • Winners of Turkish Olympics
  • Wireless
  • women
  • works
  • www.cag.edu.az
  • www.ebru.tv
  • www.qu.edu.az
  • www.samanyoluhaber.com
  • www.videoheller.com
  • www.zaman.az
  • Xavər Feyzullayeva
  • xazar tv
  • Xeber
  • Xeberler
  • xezer
  • xezer tv
  • Xəqani Abdullayev
  • Xəzər
  • Xəzər TV
  • Xırdalan
  • xocalı
  • Xocalı sızlayan yaddaşımız
  • Xocalı Soyqırımı
  • Xocali Massacre
  • xor
  • Xurşidbanu Natevan
  • yabancı öğrenci
  • Yallı
  • yalnız
  • Yaqub Eliyev
  • Yaşar Üniversitesi
  • yaşlı
  • Yay
  • Yazar
  • yazı
  • yazıçı
  • Yeni kazananlar
  • Yıkılmadım Ayaktayım
  • YOK
  • Young
  • youtube
  • YÖK
  • YUNESKO
  • Yunus Söylet
  • yurd
  • yurtdışı
  • yurtdışında EĞİTİM
  • Yusif Ehmed İbrahim el-Şarkavi
  • Zahidem 9. Türkçe Olimpiyatı Azerbaycan Baku Finali
  • zaman
  • zaman.com.tr
  • Zaur Baxşəliyev
  • Zaur Kamal
  • Zeynel Abidin
  • Ziyareti
  • ZLATNI DEČKI
  • Zülfiyye Veysova
  • Азербайджан
  • Активисты
  • Болонский процесс
  • качество
  • Международная конференция
  • международной
  • приняли
  • проекта
  • Университет «Кавказ».
  • участие
  • экологической олимпиаде

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.