Press "Enter" to skip to content

Azerbaycan turizm statistikasi

“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov açıb.

Azərbaycanda turizm statistikası sistemi inkişaf etdiriləcək

Bu gün Bakıda “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” adlı tvinninq (Twinning) layihəsi ilə bağlı konfrans işə başlayıb.

“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov açıb.

Tvinninq layihəsi haqqında məlumat verən T.Budaqov deyib ki, statistik məlumatların hazırlanması sahəsində Avropa təcrübəsini öyrənmək üçün Dövlət Statistika Komitəsinin əməkdaşları Avropanın bir çox ölkələrinə səfərlər edəcəklər: “Ölkədə turizm statistikası sahəsində işlərin inkişaf etdirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlıq edilir. Qarşıdakı iki ildə turizmlə əlaqəli digər sahələrlə bağlı statistik məlumatların hazırlanması üçün işlərimizi davam etdirəcəyik”.

Qeyd edək ki, tədbirdə Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Temple, Almaniya Federal Statistika Xidmətinin prezidenti Diter Sarreyter (Dieter Sarreither), Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard və başqa qonaqlar iştirak edib.

Xatırladaq ki, Almaniyanın Federal Statistika İdarəsi və Bolqarıstan Milli Statistika İnstitutu layihənin icrası ilə bağlı əsas tərəfdaşlardır. Əlavə dəstək və töhfə Niderland, Sloveniya, Danimarka, Latviya, Çexiya və Xorvatiyanın milli statistika idarələrinin mütəxəssisləri tərəfindən təmin olunacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Turizm

“Azərbaycanda turizm” məcmuəsi Azərbaycan Respublikasında fəaliyyət göstərən turagentlər və turoperatorların, mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin iqtisadi göstəriciləri, xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşları və ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı, iaşə dövriyyəsi haqqında statistik məlumatların əks olunduğu illik nəşrdir.
Məcmuədə turagentlər və turoperatorların, mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin və onlarda çalışan işçilərin sayı, müəssisələrin gəlir və xərcləri, ölkə daxilində və xarici ölkələrə səyahət etmək üçün Azərbaycan vətəndaşlarına və Azərbaycanda səyahət etmək üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə satılmış turizm yollayışlarının sayı və dəyəri, həmçinin xarici ölkələrə səyahət edən Azərbaycan vətəndaşlarının və Azərbaycana səyahət edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkələr üzrə sayı, mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə gecələmiş şəxslərin və gecələmələrin sayı, bu müəssisələr tərəfindən xidmət göstərilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkələr üzrə sayı, iaşə dövriyyəsi və s. haqqında məlumatlar əks olunmuşdur.
Turagent və turoperatorlar, mehmanxana (hotel) və mehmanxana tipli obyektlər, iaşə üzrə statistik göstəricilər həmçinin iqtisadi rayonlar və mülkiyyət formaları üzrə də verilmişdir.
Məcmuə iqtisadçılar, statistiklər, elmi işçilər və digər istifadəçilər üçün nəzərdə tutulmuşdur.

Elektron xəritə
Demoqrafik və sosial statistika
İqtisadi statistika
Ətraf mühit və digər sahələr
Statistik məlumatlar sizi qane edirmi?

Bəli
Qismən
Xeyr

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Ünvan: AZ 1136 Azərbaycan Respublikası, Bakı, İnşaatçılar prospekti, 81

Tel: (+994 12) 377 10 70
Faks: (+994 12) 538 24 42
E-poçt: sc@stat.gov.az
Qaynar xətt:
(+994 12) 377 10 70, 33-00
Mətbuat xidməti:
(+994 12) 377 10 70, 22-66
Vətəndaşların müraciətləri ilə bağlı əlaqə:
(+994 12) 377 10 70, 22-38
Saytdakı məlumatlardan istifadə edərkən
istinad etmək zəruridir.
İstifadə sayğacı

© 2002-2023. Saytın idarə olunması Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsi tərəfindən həyata keçirilir.

Comments are closed, but trackbacks and pingbacks are open.