Qara müəllim vəfat etdi
Ağsu rayon MKS
Azerbaycan usaq edebiyyati qara namazov
Ağsu rayon Mərkəzi Kitabxanası
Ağsu rayon MKS
- Əsas səhifə
- Sənədlər
- Normativ hüquqi sənədlər
- Metodiki vəsaitlər
- Qanunlar, Sərəncamlar, Fərmanlar
- “Birlik” qəzeti.(1971-1984)
- 20 Yanvar Faciəsi
- Azərbaycanın Milli Qəhrəmanları
- Rayon haqqında
- Ağsu tarixi abidələr
- Prezident İlham Əliyev
- Faydalı linklər
- Diyarşünaslıq nəşrləri
- Şəxsiyyətləri
- Şəhidlərimiz
- Azərbaycanlıların soyqırımı
- Haqqımızda
- Ən çox oxunanlar
- Yeni kitablar
- Azərbaycanın kitab abidələri
Qara Namazov – AZERBAYCAN UŞAQ ƏDƏBİYYATI ANTOLOGİYASI ll Cild
21 İyun , 2016
XX əsr Azərbaycan poeziyasının həm mövzu, həm də forma, janr və sənətkarlıq xüsusiyyətləri barədə dolğun təsəvvür yaradan bir səhəsi də uşaq şeridir. Bu dövrun milli uşaq poeziyası janr baxımından da əlvandır.
“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın II cildində XX əsrin yanaşı təbiət mövzulu lirik və süjetli şeir, mənzum nağıl kimi ədəbi nümunələrə təmsil olunur. Faylı yukləQara müəllim vəfat etdi
Bakı Dövlət Universitetinin Klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru, həmin kafedranın nəzdində fəaliyyət göstərən “Dədə – Qorqud” elmi-tədqiqat laboratoriyasının müdiri, filologiya elmləri doktoru, professor Qara Mustafa oğlu Namazov vəfat edib.
BAKU.WS-in məlumatına görə, respublikanın əməkdar müəllimi, qabaqcıl təhsil işçisi, Azərbaycan Yazışılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, “Şöhrət” ordenli Qara Namazov 8 may 1930-cu ildə Qərbi Azərbaycanın Qazax qəzası Dilican rayonunun Əmirxeyir kəndində anadan olub, 1948-ci il deportasiyası ilə bağlı Ağstafaya köçərək Daşkəsəmən kəndində orta məktəbi bitirib.
1949-1950-ci illərdə ADPU-da (keçmiş Lenin adına Pedaqoji İnstitut) təhsil alsa da, ordu sıralarına çağırılıb və (1951-1955) Abxaziyanın Suxumi şəhərində hərbi hissədə əvvəlcə təyyarə mühəndisi, sonra hərbi hissənin gizli şöbəsinin rəisi vəzifəsində işləyib. 1956-1961-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alan Qara Namazov həmin illərdə şeirlə yaradıcılığa başlayıb.
Qara Namazov 1962-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu Kitabxana və arxivinin direktoru işləməklə yanaşı, elmi yaradıcılığa da meyl göstərib. O, 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Şifahi Xalq Ədəbiyyatı şöbəsi üzrə qiyabi aspiranturasında təhsilini davam etdirib, 1968-ci ildə “Azərbaycan aşıq yaradıcılğı” (1920-1940-cı illər) mövzusunda namizədlik, 1987-ci ildə isə ” Azərbaycan uşaq və gənclər ədəbiyyatının inkişaf mərhələləri (1920-1980-ci illər)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, 1989-cu ildə professor elmi adı alıb.
Qara Namazov Respublikamızda ilk dəfə olaraq ali məktəblər üçün uşaq ədəbiyyatı kursunu yaradıb, 1983-cü ildə ali məktəb tələbələri üçün “Azərbaycan uşaq ədəbiyyatı” dərsliyini çap etdirib. Professor Qara Namazov rəhbərliyi və opponentliyi ilə iki xarici vətəndaş olmaqla 25 nəfər dissertasiya işi müdafiə edərək alimlik dərəcəsi alıb. Qara müəllim 100-ə yaxın kitabın redaktoru və rəyçisi olub, onların əksəriyyətinə ön söz yazıb. O, 2002-2006-cı illərdə filologiya fakültəsinin dekanı vzəifəsində çalışıb, həmin illərdə fakültə Elmi Şurasının sədri, universitet Böyük Elmi Şurasının üzvü olub. Q.Namazov 2002-2008-ci illərdə BDU-nun Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.
Elmi fəaliyyəti əsasən Azərbaycan şifahi xalq ədəbiyyatı və aşıq yaradıcılığı, Müasir və Klassik Azərbaycan ədəbiyyatı sahələrinin əhatə edən professor Qara Namazov 10-dan çox monoqrafiya, 30-dan çox kitab, 400-dən çox elmi və publisistik məqalənin müəllifi olub. Həm elmi, həm də bədii yaradıcılığı ilə tanınan professor Qara Namazov 11 may 2016-cı ildə dünyasını dəyişib. Görkəmli alimin əziz xatirəsi onu tanıyanların xatirəsində daim yaşayacaqdır.
Похожие статьи
-
Azerbaycan usaq edebiyyatii qara namazov
Azerbaycan usaq edebiyyatii qara namazov Kəndli çörəkdən bir parça kəsdi və canavara verdi. Çörək canavarın xoşuna gəldi. О dedi: -Mən də hər gün çörək…
-
Azerbaycan sifahi xalq edebiyyati pasa efendiyev latin
P. Əfəndiyev Azərbaycan şifahi xalq ədəbiyyatı Elanınızı irəli çəkin, ana səhifədə hərkəs görsün! Paşa Əfəndiyev Paşa Əfəndiyev — filologiya üzrə elmlər…
-
Azerbaycan musiqi edebiyyati 30-cu illərin əvvəllərində simfonik orkestr üçün (Ü.Hacıbəyov “Təntənəli marş”, M.Maqomayev “Azərbaycan çöllərində”, “Azad…
-
Azerbaycan edebiyyati tarixi M.Ə.Sabir 1911-ci il iyun ayının 12-də qaraciyər xəstəliyindən vəfat etmişdir. Onun əsərləri “Hophopnamə” adı ilə kitab…
-
Azerbaycan edebiyyati tarixi 2 ci cild amea 2007
Azerbaycan edebiyyati tarixi 2 ci cild amea 2007 -Sən yaxşı elədin ki, doktorluq işini müdafiə elədikdən sonra siyasi vəzifəyə gəldin. Bəziləri işini…
Comments are closed, but trackbacks and pingbacks are open.