Press "Enter" to skip to content

Məhəmməd Əmin Rəsulzadə – Azərbaycan Cümhuriyyəti

2023-03-07 15:22:57

Azerbaycan xalq cumhuriyyeti kitabi

2018-09-04 19:37:47

“Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab” kitabı çapdan çıxıb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab” kitabını nəşr edib. Fonddan AzEdu.az-a bildiriblər ki, nəfis tərtibatla çapdan buraxılmış kitab Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi və 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamları ilə açılır. Nəşrin tərtibçisi Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, elmi redaktoru Bakı Dövlət Universitetinin mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Anar İsgəndərlidir. “Mütərcim” Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görən 152 səhifəlik kitabda AXC-nin tarixi, qurucuları, dövlət atributları, qəbul etdiyi qanun və qərarları, ən mühüm hadisələrin xronologiyası qısa şəkildə verilməklə yanaşı, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Cümhuriyyət haqqında fikirləri də əksini tapıb. Kitabın nüsxələri respublikamızın təhsil müəssisələrinə, mədəniyyət evlərinə, kitabxanalara, bilik evlərinə paylanılır. Geniş oxucu auditoriyası, eləcə də Cümhuriyyət tarixi ilə maraqlananlar kitabın pdf variantı ilə Bilik Fondunun saytında tanış ola bilərlər.

Bu bölməyə aid digər xəbərlər

Xarici dil öyrənənlər üçün vacib- Bu METODLARI sınayın

2023-03-10 14:59:00

Füzulidə incəsənət məktəbinin təməli atıldı

2023-03-07 15:22:57

Müəllimlərin 81,9 faizi qadınlar, şagirdlərin 46,6 faizi qızlardı – RƏSMİ

2023-03-07 12:20:57

Ombudsman Milli Məclisdə məktəblərlə bağlı təkliflər VERDİ

2023-03-07 12:08:00

8 martda müəllimləri necə təbrik etmək olar? – AzEdu.az-ın VİDEOSU

2023-03-03 15:10:59

Azərbaycan komandası 70 ölkə arasında birinci oldu

2023-02-27 17:54:00

Özbəkistan XİN: Füzulidə tikilən məktəb yeni tədris ilində istifadəyə veriləcək

2023-02-24 14:25:00

Uşaqların təhsil uğurlarını artırmağın yolu-MEDİTASİYA

2023-02-18 12:10:00

Bakıda 25-ci “Puşkiniana” layihəsinə start verilib

2023-02-18 09:15:00

Azərbaycanda özəl orta məktəblər – 17 minədək şagirdi var

Məhəmməd Əmin Rəsulzadə – Azərbaycan Cümhuriyyəti

Oxuculara təqdim olunan bu kitabda tariximizin ağ səhifələri—1918-20-ci illər—dövrün ictimai-siyasi hadisələri fonunda işıqlandırılmış, Azərbaycan xalqının ADR-dən əvvəlki nə sonrakı taleyi, güzəranı yığcam şəkildə əks etdirilmişdir. Təsadüfi deyildir ki, 1923-cü ildə Türkiyənin İzmir şəhərində keçirilən «Kitab bayramı»nda yenicə nəşr olunmuş «Azərbaycan Cümhuriyyəti» Atatürk mükafatına layiq görülmüşdür.

Kitabın ayrı-ayrı fəsilləri və ya konkret məsələlərə münasibət bəzi oxucular üçün mübahisəli görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, 70 il ərzində ünvanına bircə kərə də xoş söz söylənməyən bu kitabın müəllifini indiki fikir plüralizmi şəraitində kənar təsirlərə qapılmadan dinləməliyik. Kitabda qeydlər və çətin anlaşılan sözlərin lüğəti verilmişdir. Əsər geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.

(M. Ə. Rəsulzadə Azərbaycan, hürriyyət və istiqlal haqqında).

Böyük dünya müharibəsi böyük Rusiya inqilabını doğurdu. Böyük Rusiya inqilabı isə millət hüququnu bütün genişliyi ilə meydana atdı.

İnsanlara hürriyyət, millətlərə istiqlal!

Ah, Azərbaycan! Biz sənin həqqini tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq! Azərbaycan muxtariyyəti deyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.

Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi-müqəddəsi köksümüzdə bəsləmək istəyoruq: bizə Moskvada yanacaq «məşəli» nişan veriyorlardı. Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istəyoruq: bizə Ərəbistanı göstəriyorlardı.

Comments are closed, but trackbacks and pingbacks are open.