Press "Enter" to skip to content

Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” kitabı nəşr olunub

Kitab tarixçilər, etnoloqlar, politoloqlar və Azərbaycan milli tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Aydın Balayevin Xalq Cümhuriyyəti ilə bağlı yeni kitabı nəşr edilib

Aydın Balayevin Xalq Cümhuriyyəti ilə bağlı yeni kitabı nəşr edilib Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104-cü idönümü ərəfəsində tarix elmləri doktoru Aydın Balayevin “Azərbaycan Cümhuriyyətinin doğuşu: 1917-1918-ci illər milli mücadiləsi” adlı kitabı nəşr edilib.

21 May , 2022 12:42
https://static.report.az/photo/26dc0df2-30ca-303e-9cd7-62c96ed394c0.jpg

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104-cü ildönümü ərəfəsində tarix elmləri doktoru Aydın Balayevin “Azərbaycan Cümhuriyyətinin doğuşu: 1917-1918-ci illər milli mücadiləsi” adlı kitabı nəşr edilib. “Report” xəbər verir ki, bu yaradıcılığını əsasən Azərbaycan tarixinin AXC dövrünə həsr etmiş alimin ömrünün son günlərində yazdığı amma çap edə bilmədiyi 3 əsərindən ikincisidir. Tədqiqatda Azərbaycan milli hərəkatının müstəqil bir siyasi qüvvə kimi formalaşmasının ilkin tarixi şərtləri təhlil edilir və onun inkişafının əsas mərhələləri müəyyənləşdirilir. Əsərdə həmçinin milli hərəkatın formalaşması və təkamülü prosesi haqqında bir sıra polemik müddəalar irəli sürülür.

Kitab tarixçilər, etnoloqlar, politoloqlar və Azərbaycan milli tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, tarix elmləri doktoru Aydın Balayev Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışıb. O, 90-dək elmi əsərin müəllifidir. Alimin xarici dillərdə 25-dən çox əsəri dərc edilib.

“Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” kitabı nəşr olunub

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” kitabı çap edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, üç fəsildən ibarət olan kitabın birinci fəslində XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş ictimai-siyasi, xüsusilə də dini vəziyyət, ermənilərin 1905-1906-cı və 1918-ci illərdə törətdikləri soyqırımları haqqında ətraflı danışılır. Həmçinin bir qrup ziyalımızın o dövrdə apardığı maarifçilik mübarizəsi və bu mübarizənin bazasında formalaşan milli müstəqillik ideologiyasının formalaşmasından bəhs edilir.

Kitabın ikinci fəsli bütövlükdə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə həsr edilib. Bu fəsildə müstəqilliyin elan edildiyi gündən işğal gününədək din sahəsində görülən işlər, dinin cəmiyyət həyatındakı rolu, Dini Etiqad Nazirliyinin təşəkkül tapması, ölkənin ictimai həyatında fəal iştirak etmiş görkəmli din xadimləri, habelə parlamentdə təmsil olunan müsəlman fraksiyalar, müsəlman və qeyri-müsəlman xeyriyyə cəmiyyətləri və s. haqqında oxuculara geniş məlumat təqdim olunur.

Nəşrin üçüncü fəslində isə Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi olan müstəqil Azərbaycanda həyata keçirilən din siyasəti haqqında söhbət açılır. Bundan başqa, ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Xalq Cümhuriyyətinin zəngin mənəvi irsinə olan hörmət, bu irsin geniş şəkildə araşdırılması, eyni zamanda onun qurucularının adlarının əbədiləşdirilməsi istiqamətində atılan ardıcıl addımlar və görülən işlər əyani şəkildə göstərilir.

Kitab hazırlanarkən Azərbaycan Xalq Cümhuriyyəti dövrünü geniş şəkildə araşdıran mütəxəssislər, görkəmli tarixçilər və elm xadimləri ilə geniş məsləhətləşmələr aparılıb, onların əsərlərindən istifadə olunub, çoxsaylı arxiv materiallarından istifadə olunub. Ümid edirik ki, bu nəşr Cümhuriyyət dövründə mövcud olmuş dövlət-din münasibətlərinin doğru-düzgün öyrənilməsi istiqamətində gənclərimiz və Azərbaycan Xalq Cümhuriyyətinin zəngin tarixi ilə maraqlanan geniş oxucu auditoriyası üçün dəyərli vəsait olacaqdır.

Qeyd edək ki, kitabın müəllifləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Elnarə Kərimova, Aqşin Axundov, Azad Nəhmədov, Turan Nəsirova və Saleh Arslandır.

Похожие статьи

  • Azerbaycan xalq cumhuriyyeti

    Azerbaycan xalq cumhuriyyeti 15 iyul 1918 – Xalq Cümhuriyyəti hökuməti azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırılması üçün Fövqəladə…

  • Azerbaycan xalq cumhuriyyetinin yaranmasi

    Azerbaycan xalq cumhuriyyetinin yaranmasi Əkbər Ağa Şeyxülislamov – əkinçilik naziri və əmək naziri Azerbaycan xalq cumhuriyyetinin yaranmasi Bu gün…

  • Azerbaycan sifahi xalq ədəbiyyatı

    Azərbaycan şifahi xalq ədəbiyyatı Paşa Əfəndiyev (аудиокнига) Редкостная хрень, наполненная самолюбованием автора и повторением Солжевских страшилок об…

  • Azerbaycan sifahi xalq edebiyyati

    Ifahi xalq ədəbiyyatında ədəbi növlər və janrlar Sabah aparırıq bizə. Şifahi xalq ədəbiyyatı. Bədii ədəbiyyat şifahi və yazılı olaraq 2 yolla formalaşır….

  • Azerbaycan tarixi kitabi

    Azərbaycan tarixi kitabı Sonrakı hissədə dirijor və bəstəkar Niyazinin həyat və yaradıcılığı, “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası, “Çitra”…

Comments are closed, but trackbacks and pingbacks are open.