Press "Enter" to skip to content

Azerbaycan xalq cumhuriyyetinin yaranmasi

Əkbər Ağa Şeyxülislamov – əkinçilik naziri və əmək naziri

Azerbaycan xalq cumhuriyyetinin yaranmasi

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 94 il ötür. 1918-ci mayın 28-də Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Bu hakimiyyət 23 aylıq faliyyətdən sonra 1920-ci ilin aprelin 27-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut edib.

Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövləti olub. Müstəqillik Bəyannaməsi Milli Şuranın ilk toplantısında Tiflisdə qəbul edilib. Milli Şuraya Məhəmməd Əmin Rəsulzadə rəhbərlik edib. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski seçilib. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb.

1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti paytaxt kimi müvəqqəti olaraq Gəncə şəhərində yerləşib. Çünki Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində idi.

1918-ci il sentyabrın 15-də baş verən ağır döyüşlərdən sonra, Azərbaycan Xalq Cümhuriyyəti milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik, erməni-daşnak və ingilis hərbi dəstələrindən azad edib və müstəqil Azərbaycan hökuməti Bakıya köçüb.

Lakin Şərqin ilk demokratik cümhuriyyətinin hakimiyyəti 23 ay sürüb. O 1920-ci il aprelin 27-də 11-ci Qızıl ordunun müdaxiləsi nəticəsində süqut edib.

Nəhayət 71 il sonra – 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edərək Xalq Cümhuriyyətinin ideyalarını davam etdirib, yeni müstəqil Azərbaycan Respublikası yaradılıb.

Azerbaycan xalq cumhuriyyetinin yaranmasi

Bu gün Respublika Günü qeyd olunur.

“Qafqazinfo” xəbər verir ki, 100 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

İlk hökumətin tərkibi belə idi:

Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri

Xosrov Paşa bəy Sultanov – hərbi nazir

Məmmədhəsən Hacınski – xarici işlər naziri

Nəsib bəy Yusifbəylı – maliyyə naziri və xalq maarif naziri

Xəlil bəy Xasməmmədov – ədliyyə naziri

Məmmədyusif Cəfərov – ticarət və sənaye naziri

Əkbər Ağa Şeyxülislamov – əkinçilik naziri və əmək naziri

Xudadat bəy Məlik-Aslanov – yollar naziri və poçt-teleqraf naziri

Camobəy Hacınski – dövlət nəzarətçisi.

AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may – 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) aiddir.

AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Qeyd edək ki, AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı imperiyası tərəfindən rəsmən tanınıb.

Hazırda AXC-nin yaranması tarixi Azərbaycanın milli bayramı-Respublika Günü kimi qeyd edilir. Bu tarix ölkəmizdə qeyri-iş günü elan olunub.
Azərbaycan prezidentinin sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb.

Eyni zamanda prezident İlham Əliyevin sərəncamı ilə AXC qurucuları Məhəmməd Əmin Rəsulzadənin, Əlimardan bəy Topşubaşovun, Fətəli xan Xoyskinin və digərlərinin yubileyləri dövlət səviyyəsində qeyd edilib, xatirələri əbədiləşdirilib.

Azərbaycan prezidenti Respublika Günü münasibətilə hər il rəsmi qəbul keçirir.

Dövlət başçısının sərəncamına əsasən, 2018-ci il Azərbaycanda “Cümhuriyyət ili” elan olunub.

Похожие статьи

  • Azerbaycan xalq cumhuriyyeti

    Azerbaycan xalq cumhuriyyeti 15 iyul 1918 – Xalq Cümhuriyyəti hökuməti azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırılması üçün Fövqəladə…

  • Azərbaycan xalq cümhuri yyəti

    Azərbaycan Xalq Cümhuriyyəti – DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİNİN DAVAMI KİMİ 27 iyun 1918 – Xalq Cümhuriyyətinin hökuməti “Dövlət dili haqqında” qərar qəbul edib….

  • Azərbaycan xalq cumhuriyyətinin 100 illiyi

    Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyidir Sonra Əməkdar Artist Turan Manafzadənin dirijorluğu ilə orkestrin konserti oldu. Daha sonra…

  • Azərbaycan xalq cümhuriyyəti ensiklopediyası

    Azərbaycan xalq cümhuriyyəti ensiklopediyası Cümhuriyyət Hökuməti dövründə Bakı, Gəncə, Şuşa, Tiflis, İrəvan və digər mədəni-inzibati mərkəzlərdə çıxan…

  • Azərbaycan xalq cümhuriyyəti dövrünün iqtisadiyyatı

    Azərbaycan Xalq Cümhuriyyəti Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və…

Comments are closed, but trackbacks and pingbacks are open.