Azerbaycan xalq rqslri
“Xalq rəssamı”
Azərbaycanın yeni xalq artistləri (SİYAHI)
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
ANS PRESS-in məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Xalq artisti”
Abasəliyev Ağa Cəbrayıl Ağasaleh oğlu
Kərimov Fəxrəddin Nuri oğlu
“Xalq rəssamı”
İbadullayev Əli Əziz oğlu
Yunusov Qəyyur Habil oğlu
Ağa Cəbrayıl Abasəliyev
“Əməkdar incəsənət xadimi”
Əmirov Əli Məmməd oğlu
Şəfiyeva Nərgiz Mahmud qızı
Talıbzadə Aydın Ağa Yunus oğlu
“Əməkdar artist”
Bunyatova Tamilla Faiq qızı
Camalzadə Vüqar Vaqif oğlu
Cəfərov Əlvida Məhərrəm oğlu
Eyyubov Musa Eyyub oğlu
Əliyev Sərvər Bəhlul oğlu
Həşimzadə Xanlar Allahverdi oğlu
İbrahimova Nigar Rəfael qızı
İsmayılov Salamulla Xeyrulla oğlu
Nəcəfova Röyalə Yaqub qızı
Nəcəfova Zemfira Musabala qızı
Yaqubov Şıxı Miriş oğlu
“Əməkdar rəssam”
Ağamalov Məlik Arif oğlu
Eldarova İrina Nikolayevna
Kostina İnna Valentinovna
Mehdiyev Rəşad Rafiq oğlu
Rzayev Asif Hüseyn oğlu
“Əməkdar jurnalist”
Cəmilov Adil Savalan oğlu
İbrahimova Solmaz Mirzə qızı
Zeynalov Qulu Ağsəs oğlu
“Əməkdar mədəniyyət işçisi”
Abbasova Olqa Aleksandrovna
Çobanov Musa Nəbi oğlu
Əsgərov İlham Elxan oğlu
Həsənov Vidadi Allahverdi oğlu
Azerbaycan xalq rqslri
Azərbaycan xalq Cümhuriyyəti və onun Parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyda Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar. Zaqafqaziiya Seymində və hökumətində fəaliyyət göstərən hər üç millətin nümayəndələrindən hər biri öz millətinin mənafeni ümumzaqafqaz mənafeyindən üstün tuturdu. Ümumi bir platforma yox idi. Bir sözlə yenidən parçalanma məsələsi labüd idi. Nəhayət 1918-ci il may ayının 25-də Zaqafqaziiya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqafqaziiya Seymindən çıxaraq may ayının 26–da öz istiqlaliyyətini elan edir. Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər. M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir. 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədirliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir.
İstiqlaliyyət Bəyannaməsi Böyük Rusiya inqilabının cəryanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcub bir vəziyyəti-siyasiyyə hasil oldu. Kəndi qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cumhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cumhuriyyəti cuzindən çıxıb öz müstəqil Gürcü Xalq Cumhuriyyəti təsisini səlah gördü. Rusiya ilə osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarxiya Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana, dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor. Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurai milliyeyi-islamiyyəsi bütün cəmaətə elan ediyor ki: 1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cumhuriyyəti olaraq təqərrür ediyor.
3. Azərbaycan Xalq Cumhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti-Həsənə təsisinə əzm edər.
4. Azərbaycan Xalq Cumhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi ğözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vatəniyyə təmin elər.
5. Azərbaycan Xalq Cumhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün ğeniş meydan buraxır.
6.Məclisi-müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai-Milli və Şurai-Milliyə qarşı məsul höküməti-müvəqqəti durur.
1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür. Bu zaman Gəncədə real hakimiyyət Türkiyənin Qafqaz ordusu baş komandanı Nuru paşanın əlində idi. Azərbaycan Milli Şurası və hökumətinin həyata keçirməyə çalışdıqları tədbirlərin “həddindən artıq demokratik istiqamətindən” narazı qalan bəzi qüvvələrin təsiri ilə Nuru paşa Azərbaycan Milli Şurası və hökumətini şübhə ilə qarşılayır. Uzun danışıqlardan sonra qarşılıqlı güzəştlər əsasında razılıq əldə olunur. Təklif olunur ki, Milli Şura buraxılsın və bütün hakimiyyət yeni yaradılacaq hökumətə həvalə olunsun. Bu məsələlərin müzakirə olunması üçün 1918-ci il iyunun 17-də M.Ə.Rəsulzadənin sədirliyi ilə Milli Şuranın növbəti (yeddinci) iclası keçirilir. Həmin iclasda Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin F.X.Xoyskinin sədrlik etdiyi Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul edildi. İclasda çıxış edən F.X.Xoyski bildirir ki onun yaratdığı yeni hökumətin başlıca vəzifəsi Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə olacaqdır. Paralel olaraq Azərbaycan hökuməti Gəncədə dövlət aparatının təşkili işini də davam etdirir. Azərbaycan dili dövlət dili elan olunur. Ən mühüm tədbirlərdən biri də 15 iyul 1918-ci ildə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqındakı qərarıdı. Ümumiyyətlə paytaxt Bakıya köçürülənə qədər Azərbaycan hökuməti Gəncədə ölkənin ayrı-ayrı sahələrində bir sıra mühüm tədbirlər həyata keçirmişdi. Azərbaycan hökumətinin ən böyük vəzifələrindən biri Bakı şəhərini 1918-ci il iyulun axırlarında süqut etmiş Bakı kommunasından sonra şəhəri ələ keçirmiş eser-menşevik və daşnak nümayəndələrindən ibarət “Sentrokaspi diktaturası”ndan təmizləmək idi. Qızğın döyüşlər nəticəsində 1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam ordusu tərəfindən azad olunur. Sentyabrın 17-də F.X.Xoyski hökuməti Gəncədən Bakıya köçür. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur. 1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa edir. Bu iclasda F.X.Xoyskinin müraciəti ilə Milli Şura Müəssisələr Məclisini çağırmaq üçün görülməli olan işləri öz öhdəsinə götürür. Noyabrın 19-da Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə keçən iclasında qeyd olunurdu ki, Azərbaycan Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir. Beləliklə hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə olmaqla Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Bu məslə ilə bağlı Milli Şuranın qəbul etdiyi qanunda göstərilirdi ki, azlıqda qalan millətlərin bütün nümayəndələri olacaq. Müsəlmanlardan isə 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün yeni Parlamentə üzv daxil olurlar. Qalan 36 nəfər isə əlavə şəxslər cəlb olunur. Qanunda Azərbaycanın ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə göndəriləcək nümayəndələrin sayı da müəyyən edilmişdir. Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından, onun sədri, M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” Müraciətnaməsi dərc edilir. Parlamentin açılışı 1918-ci il dekabrın 3-ə təyin olunsa da, lakin Bakıda fəaliyyət göstərən rus və erməni Milli Şuraları əleyhinə olduqları Azərbaycan Parlamentinin açılmasına hərtərəfli mane olmaq üçün bu ərəfədə Bakıya gəlmiş Müttəfiq qoşunlarının baş komandanı general Tomsondan istifadə etməyə çalışırdılar. General Tomsonla aparılan danışıqlarla əlaqədar olaraq və qəzalardan bütün deputatların Bakıya gələ bilməsini nəzərə alaraq Parlamentin ilk iclasının açılışı dekabrın 7-ə keçirilir. 1918-ci il dekabrın 7-i H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qız məktəbinin binasında müsəlman şərqində ilk parlamentin birinci iclasının açılışı oldu. Parlamenti açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi söyləyir. Ə.Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilirlər. Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy Hacıniski baş katib seçilir. Sonra Azərbaycan Cümhuriyyəti müvəqqəti hökumətinin sədri F.X.Xoyski hökumətin fəaliyyəti haqqında hesabat verir və hökumətin istefasını qəbul etməyi Parlamentdən xahiş edir. Parlament F.X.Xoyski hökumətinin istefasını qəbul edir və yeni hökumətin tərkibini formalaşdırmağı yenə də ona tapşırır. Dekabrın 26-da F.X.Xoyski hökumət proqramı və hökumətin tərkibi barədə Parlamentdə məruzə edir. Proqram bəyənilir, yeni tərkibdə hökumətin tərkibinə etimad göstərilir. Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur. Artıq 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Bütün partiya fraksiya və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirlər. Bu bəyanatlarda ümumi bir məqsəd var idi – gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət qruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq. Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətnin Parlamenti özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman şərqində yeganə parlamentli respublika idi. Bu dövr ərzində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olmuşdur. Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir. Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolunu oynayan “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” ilə tənzimlənirdi. Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi. Maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssisələr Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər: sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyaları idi. Azərbaycan Xalq Cümhuriyyəti hüquqi Dövlət yaratmaq üçün hakimiyyətin qanunvericilik, icraedicilik və məhkəmə orqanlarına bölünməsi prinsipini də nəzərdə tuturdu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin bütövlükdə fəaliyyəti daha çox ölkənin sosial-iqtisadi və maliyyə problemlərinin həllinə, ölkənin siyasi və ərazi toxunulmazlığını təmin etməyə, vətəndaşların hüquqlarını qorumaq, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirmək, Azərbaycan Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması üçün şərait yaratmaq, onun xarici ölkələr, ilk növbədə isə yaxın qonşuları ilə, siyasi, iqtisadi və ticarət əlaqələrini yaratmağa yönəlmişdi. Eyni zamanda bu dövr ərzində vətəndaşlıq haqqında, ümumi hərbi mükəlləfiyyət haqqında, mətbuat haqqında, Milli Bankın təsisi haqqında, Bakı dövlət Universitetinin yaradılması haqqında, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi haqqında, məhkəmə qanunvericiliyi haqqında və s. Sənədlər də parlamentdə müzakirə edilib və qəbul edilmişdi. Azərbaycan Parlamentinin və hökumətinin qarşısında duran ən mühüm vəzifələrdən biri də Azərbaycan istiqlaliyyətinin beynəlxalq aləmdə tanınması idi. Xarici siyasətdə ilk addım olaraq Azərbaycan Respublikasının yaranması barədə dünya ölkələrinin xarici işlər nazirliklərinə məlumat verilməsi oldu. Lakin paytaxtın Gəncədə yerləşməsi və xarici dövlətlərdə nümayəndəliklər yaradılması ilə əlaqədar olan çətinliklər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı Osmanlı dövlətinə müraciət etməsinə səbəb oldu. Cənubi Qafqaz hökuməti tərəfindən yaradılan Türkiyə ilə münasibətlərdə əhəmiyyət kəsb edən Batumi danışıqları artıq müstəqil respublikaların xarici siyasətində mühüm mərhələ oldu. 4 iyun 1918-ci il “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi” imzalandı. Bu müqavilə Azərbaycan Respublikasının xarici dövlətlərlə imzaladığı ilk rəsmi sənəd hesab olunur. 11 maddədən ibarət müqavilənin mühüm əhəmiyyətə malik 4-cü maddəsində “dinclik və asayişi möhkəmləndirmək ölkənin təhlükəsizliyinin təmini üçün əgər zərurət olarsa Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür” müddəası öz əksini tapırdı. Bu müqaviləyə əlavə olaraq, Bakı-Batum neft kəməri, Cənubi Qafqaz dəmir yolu haqqında olan saziş və protokollar imzalandı. “Bakı-Batum neft kəməri” ilə bağlı sazişdə Gürcüstan, Türkiyə və Azərbaycan öz ərazilərində neft kəmərinin fəaliyyətinin təmin olunmasını razılaşdırırdılar. Dəmir yoluna dair imzalanmış ikinci sazişdə Qafqaz və Osmanlı dövləti razılaşdırırdılar ki, keçmiş Rusiya mülkiyyətində olan dəmiryol nəqliyyat vasitələri tərəflər arasında bölüşdürüləcək. 14 iyun Batumda “Sülh və dostluq” müqaviləsinə əlavə olaraq iki saziş imzalandı Birinci sazişdə 4 iyun müqavilənin Almaniya və Avstriya-Macarıstana da aid olduğu bildirilirdi və Azərbaycanın müstəqilliyinin müttəfiqlər tərəfindən tanınmasını Türkiyə öhdəlik kimi üzərinə götürürdü. Almaniya, Avstriya-Macarıstan, Türkiyə, Bolqarıstan və Qafqaz dövlətlərinin iştirakı ilə keçirilən İstanbul konfransında Azərbaycan hökumətini təmsil edən nümayəndələrə iştirakçı dövlətlərlə siyasi, iqtisadi və hərbi məsələlərlə bağlı müqavilələr imzalamaq səlahiyyəti verildi. Almaniya və Sovet Rusiyası arasında aparılan gizli danışıqlar nəticəsində Brest müqaviləsinə əlavə olaraq 27 avqust sazişi imzalandı. Sazişin VI fəsli Qafqaza aid idi. 13-cü maddədə Gürcüstanın müstəqilliyinin Almaniya tərəfindən tanınmasına Rusiya öz razılığını bildirdi. Azərbaycana dair 14-cü maddədə Azərbaycana Almaniyanın heç bir şəkildə yardım etməməsi və bu ərazilərdə üçüncü qüvvənin yerləşməsinə razı olmaması, eyni zamanda Bakı neftinin müəyyən hissəsinin Almaniyaya verilməsi razılaşdırılırdı. Sazişin bu hissəsi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmişdi. Bununla bağlı Azərbaycan hökuməti Alman nümayəndəsi qraf Valdburqa nota təqdim etmişdi. Beynəlxalq aləmdə vəziyyətin Antanta dövlətlərinin xeyrinə dəyişməsi və bəzi diplomatik cəhdlər nəticəsində sentyabrda Almaniya 27 avqust müqaviləsindən rəsmi olaraq imtina etdi. Eyni zamanda Azərbaycanda diplomatik münasibətlər baxımından əlaqə quracağını və rəsmən tanıyacağını bildirdi. Həmçinin Almaniya Azərbaycanın Sovet Rusiyası tərəfindən də tanınacağına vəd verdi. 1918-ci il oktyabrın 30-da imzalanan Mudros barışığı Azərbaycan üçün də çox ağır siyasi iz buraxmış oldu. Müqavilənin 11-ci maddəsi Türkiyənin Cənubi Azərbaycan və Cənubi Qafqazdan çıxarılmasını nəzərdə tuturdu. 10 noyabr tarixində Azərbaycan hökuməti tərəfindən ABŞ prezidentinə dünya dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması xahişi ilə müraciət olundu. Bununla yanaşı Azərbaycan nümayəndə heyəti Ənzəlidə Böyük Britaniya komandanlığı ilə danışıqlara başladı. Müttəfiq qoşunların Bakıya daxil olması ilə yaranmış çətinliklər diplomatik səylər nəticəsində müttəfiq komandanlıq tərəfindən de-fakto Azərbaycanın tanınması ilə nəticələndi. I dünya müharibəsi başa çatdıqdan sonra qalib dövlətlər öz qələbələrini razılaşdırmaq və rəsmiləşdirmək, beynəlxalq aləmdə yaranan problemləri həll etmək məqsədilə Parisdə sülh konfransı çağırmaq barədə qərar qəbul etdilər. Azərbaycan hökuməti nümayəndələri Ənzəlidə müttəfiq komandanlığın generalı Tomsonla danışıqlarda beynəlxalq sülh konfransında iştirak üçün təminat almışdılar. Sülh konfransında iştirak etməklə Azərbaycan nümayəndələri 4 mühüm vəzifəni həll etmək istəyirdilər: 1) ABŞ, Fransa, Böyük Britaniya, İtaliya müttəfiq hökumətləri və Hollandiya və İsveçrə nümayəndələri ilə görüşərək suveren dövlət kimi Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmaq; 2) Azərbaycan haqqında ictimai rəy formalaşdırmaq; 3) Tanınmış ictimai və siyasi xadimlərlə, təşkilat rəhbərləri ilə görüşərək Azərbaycan barədə məlumat vermək; 4) Xarici dövlətlərin ticarət-sənaye dairələri ilə kommersiya əlaqələrinə girərək, Azərbaycanın gələcəyi üçün zəruri materialların toplanması. Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin rəhbəri Ə.M.Topçubaşov ABŞ-ın İstanbuldakı diplomatı Naesklə görüşərək, ABŞ prezidenti V.Vilsonun 14 maddəlik prinsiplərinin Azərbaycana şamil edilməsi və müstəqilliyimizin ABŞ tərəfindən tanınmasına köməklik göstərməyi xahiş etmişdi. Hollandiya, İsveç və İngiltərənin İstanbuldakı nümayəndələri ilə görüşündə Azərbaycanın hazırki vəziyyətinə dair memorandumu təqdim etmiş və həmin dövlətlərin öz ölkələrindəki diplomatik nümayəndəlikləri bu barədə məlumatlandırmasını razılaşdırmışdılar. Ə.M.Topçubaşov Denikin hökumətinin nümayəndəsi Sazonovla görüşündə, onu “vahid və bölünməz Rusiya” uğrunda mübarizə ideyasından çəkindirməyə çalışırdı. Azərbaycanın müstəqilliyinə düşmən mövqedən yanaşan İran dövlətinin xarici işlər naziri Əliqulu xan Ənsari ilə görüşündə Ə.M.Topçubaşov bu yanaşmanı yumşaltmağa nail oldu. İran nümayəndələri sülh konfransında Azərbaycanın istiqlaliyyətini müdafiə edəcəklərinə söz verdilər. Ancaq bu, söz olaraq qaldı. Yanvarın 18-də başlayan Paris Sülh konfransının gedişi zamanı Vilson tərəfindən Rusiya ərazisindəki qarşı-qarşıya duran bütün qüvvələrə müraciət elan olundu və fevralın 15-də Mərmərə dənizindəki Şahzadə adasında konfrans keçirməyi təklif etdi. Azərbaycan öz müstəqilliyinin tanınması uğrunda mübarizə apardığından bu konfransda iştirakdan imtina etdi. Azərbaycan nümayəndələrindən fərqli olaraq, artıq Paris konfransında iştirak edən erməni və İran nümayəndələri Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdilər. Azərbaycan nümayəndə heyətinə yalnız mayın əvvəlində Parisə gəlmək mümkün oldu. ABŞ prezidenti V.Vilsonun təşəbbüsü ilə ilk dəfə Azərbaycan məsələsi ABŞ, Fransa, İtaliya və Böyük Britaniya hökumət başçılarından ibarət Dördlər Şurasının iclasında müzakirə olundu və Ə.M.Topçubaşovun nümayəndə heyətinin rəhbəri kimi tanınmasına razılığını verdi. Nümayəndə heyəti mayın 23-də ingilis nümayəndəsi ser Malletlə görüşündə 1919-dan Bakıdakı işğal rejiminin ləğvi məsələsi müzakirə olundu. Boğazlar və Qafqazda mandatlar məsələsi ilə bağlı müzakirələr ABŞ-ın marağına səbəb oldu və mayın sonu Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Prezidentə təqdim olunan memorandum Azərbaycan barədə məlumat verirdi və buna əlavə 6 bənddən ibarət tələblər irəli sürüldü. Burada, Azərbaycanın müstəqilliyinin tanınması, Vilson prinsiplərinin Azərbaycana şamil edilməsi, MC-nə qəbul; ABŞ hərbi departamentliyi tərəfindən Azərbaycana hərbi yardım və ABŞ-Azərbaycan arasında diplomatik münasibətlər yaradılsın; fikirləri öz əksini tapmışdı. Lakin Vilson müstəqillik məsələsinə fikir bildirməyərək əvvəlcə rus məsələsinin həllinə tərəfdar olduğunu bildirdi. 1919-cu ildə iyun ayında Azərbaycan-Gürcüstan arasında hərbi müdafiə paktı imzalandı. Pakt dövlətlərdən hər hansı birinin ərazi bütövlüyü və istiqlaliyyətinə təcavüz olardısa, digər tərəfin hərbi yardımını nəzərdə tuturdu və tərəflərin separat sülh bağlamamaq öhdəliyi burada öz əksini tapmışdı. Regionda mandat almaq uğrunda mübarizədə böyük dövlətlərin maraqları toqquşurdu. Burada xüsusən ABŞ Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddialarını dəstəkləyirdi və Naxçıvan, Şərur-Dərələyəz general qubernatorluğunun yaradılmasına çalışırdı. Azərbaycan nümayəndə heyəti öz görüşlərində və vermiş olduqları etiraz notalarında bunun doğru olmadığını vurğulayırdılar. Haskelin təhlil etdiyi layihədəki müddəalara Azərbaycan hökuməti bir şərtlə razı olurdu ki, ərazi Azərbaycan tərkibində qalacaq. Noyabr ayında ABŞ missiyasının vasitəçiliyi ilə Tiflisdə Azərbaycan-Ermənistan sazişi mühüm əhəmiyyətə malik oldu. Sazişin III maddəsində tərəflər razılaşmayacaqları məsələdə ABŞ-ın münsiflər məhkəməsi rolu tanınırdı. Saziş ABŞ ordusu Qafqazı tərk etməsi ilə qüvvədən düşdü. 1919-cu ilin sentyabrında Parisdəki nümayəndə heyətinin rəhbəri Ə.M.Topçubaşov ABŞ konqresi nümayəndələr palatasının üzvü Çandlerin ABŞ-da Azərbaycanın müstəqillik və mənafe maraqlarının qorumaq üçün vəkil təyin olunması ilə bağlı saziş imzaladı. Oktyabr ayında Fransa müstəmləkə liqasının xarici siyasət bölməsinin rəhbəri Azərbaycanın de-fakto və de-yure tanınmasını müdafiə etdiyini və nümayəndə göndərmək xahişi ilə Klemanso hökumətinə müraciət etdiyini bildirmişdi. 4 maddəlik İran-Azərbaycan ittifaqı haqqında sazişin imzalanması Azərbaycan nümayəndə heyətinin İranın öz sərt mövqeyini dəyişdirmək istiqamətində diplomatik uğurun nümunəsi oldu. Saziş Azərbaycanın müstəqil dövlət olduğunun tanınması barədə idi. 1920-ci ilin yanvarında Parisdə Ali Şuranın iclası Azərbaycanın müstəqilliyini bəyan edən memorandum hazırladı. Xəzər dənizinin müdafiəsi, Azərbaycana maliyyə, hərbi və ərzaq yardımı göndərilməsi məsələləri öz əksini tapdı. Azərbaycan nümayəndə heyəti qarşısına qoyduğu məsələləri və əsasən müstəqilliyin tanınması məsələsini həll etmiş oldu. Mart ayında Azərbaycan-İran arasında imzalanan müqavilə müstəqilliyimizin de-yure tanınmasını bəyan etdi. Aprel ayında San-Remo konfransında Azərbaycanı maraqlandıran neft, Batum məsələsi, rus məsələsi, Türkiyə-Ermənistan sərhədləri müzakirə olundu. 1920-ci il 28 aprel işğalı ilə Azərbaycan müstəqil dövlət olmaq yolunda səylərini dayandırmış oldu. Uzun sürən çətinliklər nəticəsində beynəlxalq aləmdə de-fakto tanınan azərbaycan yalnız 23 ay müstəqil ola bildi.
Comments are closed, but trackbacks and pingbacks are open.