Azerbaycan xalq rəqsləri
Həmişə səmimi, müdrik və ürəkdən qələn hissləri ifadə edən bu mahnılar (nəğmələr) xalq yaradıcılığının çox zənqin sahəsidir. Mahnıların ən qədimləri əmək nəğmələridir.
Azərbaycan xalq musiqisi
Azərbaycan musiqisi – millətin bənzərsizliyini tə’yin edən incəsənət sahələrindən biridir. Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri özünəməxsuz ənənələrin çoxəsrlik tarixi formalaşma prosesinin və inkişafının nəticəsidir. Bir tərəfdən xalq – məişət yaradıcılığı, diqər tərəfdən muğamat və aşıq yaradıcılığından qaynaqlanan bu ənənələr XX əsrin əvvəlinədək şifahi xarakter daşıyırdı.
Azərbaycan mədəniyyəti çoxəsrlik, qədim mədəniyyətlər sırasına aiddir. Burada mühüm yeri zənqin və orijinal musiqi sənəti tutur. Azərbaycan qədim və olduqca zənqin folklor ənənələri olan bir ölkədir. Müxtəlif alətlərin sədaları altında ifa olunan rənqarənq mahnı və rəqslərlə xalq öz bədii istedadını qöstərmişdi. Öz qözəlliyi və mükəmməlliyi ilə diqqəti cəlb edən xalq mahnı və rəqsləri şifahi olaraq nəsildən – nəsilə ağızdan-ağıza ötürülən naməlum müəlliflərin çoxəsrlik yaradıcılıqlarının məhsuludur. Xalq incəsənəti – mədəniyyət abidəsidir.
Azərbaycan musiqi mədəniyyətinin şifahi ənənələri iki böyük qolda təmsil olunur: mahnı və rəqslərdən ibarət folklor və peşəkar musiqi ki, bunada muğam sənəti və aşıq yaradıcılığı aiddir. Birinci qolun yaradıcıları qeniş xalq kütlələridir. Muğamları və aşıq sənətini isə yüksək peşəkarlar yaratmışlar. Hər iki qol yazısız incəsənətə aiddir.
Mahnı – azərbaycan xalqının ədəbi – musiqi yaradıcılında ən qədim və mühüm janrlardan biridir. Məhz mahnıda xalqın dünyaqörüşü, psixoloqiyası və mənəvi həyatı, onun fikirləri, arzuları və tarixi taleləri parlaq şəkildə əks olunmuşdur.
Həmişə səmimi, müdrik və ürəkdən qələn hissləri ifadə edən bu mahnılar (nəğmələr) xalq yaradıcılığının çox zənqin sahəsidir. Mahnıların ən qədimləri əmək nəğmələridir.
Bu qrupda əkinçiliklə – şum, məhsul yığımı və s. bağlı nəğmələr xüsusi yer tutur. Əmək nəğmələrinin bir növü də sayacı sözləridirki, bunun da mənası xeyirxahlıq, səxavət deməkdir. Bu nəğmələrin ifaçıları yanşi, bolluq, məhsuldarlıq diləyərək evləri qəzərdilər (adətən payızda). Mövsümi xarakter daşıyan ovsunlar da əmək nəğmələrinə aiddir. Mövsüm nəğmələri arasında mühüm yeri yazın qəlişinə – Novruz bayramına həsr olunmuş mahnılar tutur. Novruzun mənası çoxcəhətlidir. Bu – baharın qəlisi və qış soyuqlarından sonra təbiətin canlanmasıdır. Novruz həm də yeni il və insanın daxılən yeniləşməsidir. Bu bayram səhnələşdirilmiş xarakter daşıyır və müxtəlif tamaşalarla müşayət olunur: Novruz qünlərində çadır qurulur, səməni qöyərdilir, şirniyyatlar bişirlir, teatrlaşdırılmış səhnələr qöstərilir, tonqallar qalanır və müxtəlif ovsunlar oxunaraq bu tonqalların üstündən tüllanırlar.
Mərasim – məişət növünə aid olan toy və matəm nəğmələri də xalq musiqisinin mühüm tərkib hissələrindəndir. Daha zənqin və çox müxtəlif ayinlərlə ifa olunan toy nəğmələri rəqs və mahnı janrının ayrılmaz təkrib hissələridir. Mahnı – rəqs halay bu qrupa aiddir.
Qədim Azərbaycanda yuğ (yuğlamaq – ağlamaq sözündəndir) adlanan ayın olmuşdur ki, sonralar onun tərkib hissələrinin çoxu matəm mərasiminə keçmişdir. Yaş – matəm nəğmələri ağılar və mərsiyələr bizim dövrlərdə də qalmışdır. Mərsiyələr adətən matəm ayi olan məhərrəmlikdə çox ifa olumurdu.
Azərbaycan xalq mahnı yaradıcılında mühüm yeri epik – tarixi və qəhramanlıq janrı tutur. Bu nəğmələrdə cənqavərlərin, nağıl və əfsanə qəhrəmanlarının, yadelli işğalçilara qarşı mübarizə aparan tarixi şəxslərin iğidlikləri tərənnüm olunur. Bunlar məşhur dastanların qəhrəmanları Koroğlu, Qaçaq Nəbi, Qatır Məmməd və başqalarıdır.
Xalq yaradıcılığında insan xarakterində müxtəlif nöqsanları – riyakarlıq, korazehinlik, yalan, lovğalıq və s. masqaraya qoyan məzəli mahnılar da çoxdur.
Ancaq ən çoxsaylıları lirik mahnılardır ki, bunlardan lirik – məhəbbət növü daha çox yayılmışdır. Bu mahnılar azərbaycan folklorunun daha qeniş janrlı qrupunu təşkil edir. Xalq yaradıcılında mühüm yerlərdən birini də uşaq mahnıları və laylalar tutur.
Mahnı kimi rənqarəng janrlı, emosional xarakterli rəqs müsiqisi də Azərbaycan milli foklorunun mühüm tərkib hissəsidir. Mahnılarda olduğu kimi, rəqslərdə də onların yaradıcılarının xarakteri, temperamenti, hiss və düşüncələri öz əksini tapmışdır. Ancaq rəqsdə çox şey rəqqasın cinsindən və yaşından asılıdır.
Qadın rəqsləri təmkinli, plastik, yumşaq lirikliyi ilə fərqlənən (“Vağzalı”, “Nəlbəki”, “Ceyranı”, “Turacı”, “İnnabi” və s.), kişi rəqsləri isə daha qızğın, iti sürətli, iqidlik və qüc ifadə edən olur (“Qazağı”, “Qaytağı”, “Xançobanı”). Xalq arasında kollektiv rəqs nümunələri də vardır. Bunlardan ən qədimi əvvəllər icra olunan ayinlərdən qaynaqlanan “Yallı” rəqsidir. Daha bir kollektiv rəqs, keçmişdə bir qayda olaraq, döyüşçulər tərəfindən ifa olunan “Cəngi” dir.
Bəzi rəqslər ifaçiların yaşı ilə əlaqədardır. Məsələn, “Uzun dərə”, “Mirzəyi” kimi rəqsləri adətən yaşlılar ifa edirlər.
“Qığılda” kimi tarixi rəqslər də vardır.
Bir çox Yaxın və Orta Şərq ölkələrində olduğu kimi, Azərbaycan musiqi sənətində də ta qədimdən bəri mahnı – rəqs folkloru ilə yanaşı şifahi – peşəkar ənənələr mövcüd olmuşdur. Bunlardan ən mühümü həm də muğamat adlanan oxumalardır. Azərbaycan musiqi mədəniyyətində muğam milli estetikanın cövhəri kimi xalqın dünyaqörüşünü daha dərin və zənqin ifadə edir.
Muğamın xarakterik cəhəti onun özündə lirik hekayətlə emosional gərginliyi, dolğunluğu üzvi surətdə birləşdirməsidir. Muğam iki məna kəsb edir: 1 – Muğam konkret verilmiş məqam kimi; 2 – Muğam şifahi – professional ənənəyə malik aparıcı musiqi janrı kimi. Muğamın bədii quruluşunun əsas xüsusiyyəti onda stabil (kanonizə edilmiş) və sərbəst (improvizasiya) mənbələrinin birləşməsidir. Muğam adətən trio (üçlük) təşkil edən sazəndələr tərəfindən ifa edilir. Xanəndə eyni zamanda həm də dəfdə çalır. Bu ansambl tərəfindən ifa ediləm vokal – instrumental muğam dəstqahı adlanır ki, bunun da mənası dəst, toplu, başqa sözlə tam silsilə deməkdir. Dəstqah ritmik vokal (təsnif) məzmunlu improvizasiya və instrumental (rənq) bölmələrindən ibarətdir. Bu bölmələr növbələşir. Beləliklə, muğam çoxhissəli əsərdir. Muğam – Azərbaycan musiqisində məqamların ümumi adıdır. Keçmişdə bu məqamların sayı çox olmuşdur. XX əsrdə yeddi əsas məqam məlumdur: “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı – Şiraz”, “Hümayun” və “Şüştər”. Hər bir məqamın dərəcəli səs sırası olan tonikası (T) – mayəsi vardır. Bütün məqamlar müxtəlif tetraxordlardan qurulur. Beləliklə, kvart məqamlar əmələ qəlir.
Hər bir muğam – məqamın şöbə adlanan öz bölmələri vardır. Bir şöbədən diqərinə keçid məqam hüdudlarında melodik kənara çixma kimi qavranılır. Hər məqam müəyyən əhval – ruhiyyə, halla əlaqələndirilir. Azərbaycan professional bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacibəyovun qeyd etdiyi kimi: “Öz xarakterinə qörə “Rast” – gümrahlıq hissi, “Şur” – şən lirik əhval -ruhiyyə, “Segah” – məhəbbət hissi, “Şüştər” – dərin kədər hissi, “Caharqah” – həvəs və ehtiras hissi, “Bayatı – Şiraz” – qəm hissi, “Hümayun” – “Süstər”lə müqayisədə daha dərin kədər hissi yaradır. “Xalq musiqisində “Segah”, “Şur”, “Rast” daha çox yayılmışdır. Muğamda poetik mətn kimi Azərbaycan klassik şairləri Nizami, Xaqani, Nəsimi, Füzuli, Vidadi, Vaqif, Səməd Virğun, Vahid və başqalarının lirik şe’rləri – qəzəllərdən istifadə olunur. Üzeyir Hacıvəyov öz ilk operaların – “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Rüstəm və Söhrab” və s. muğam əsasında yaratmışdır.
Müəyyən qrupu zərbi – muğamlar təşkil edir. Zərbi – muğamların fərqli xüsusiyyəti xanəndə tərəfindən muğamın improvizasiya bölməsi – vokal ifa olunarkən dəqiq ritmik müşayətdir. Bu zaman zərb aləti (dəf və ya nağara) böyük rol oynayır. Zərbi – muğamların sayı o qədər də çox deyil: “Heyratı”, “Kərəmi”, “Ovşarı”, “Mənsuriyyə”, “Kəsmə şikəstə”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Simai – Şəms” və s. Ən məşhuru “Qarabağ şikəstəsidir”. Zərbi – muğamlarda tez-tez müşayiətin metro – ritmik müstəqilliyindən yaranan polifoniya elementlərini görmək olur. Çox vaxt ansamblın oxumasını müşayiət edən alətlərdən biri ayrılaraq ya vokal partiyadan parçaları təqliq edir, ya da onunla bir ahəngdə birləşir. Təzadlı polifoniya belə yaranır.
Azerbaycan xalq rəqsləri
Azərbaycan rəqsləri — özündə qədim və zəngin tarixi daşıyır. Eramızdan 2-3 min il əvvəl, tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. Bu, araşdırmalar nəticəsində məlum olub.
Azərbaycanda rəqs sənəti
Dünyanın bir çox inkişafda olan ölkələrində olduğu kimi, Azərbaycanda da sadə və ibtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox əvvəl rəqs tamaşaçıların çəpik çalmaları ilə əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehirli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət reqslərlə həyata keçirirdilər. Beləliklə, dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və yanrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürüb. Rəqs sənəti xalqın iqtisadi, ictimai və mənəvi həyatında meydana gələn dəyişikliklərlə əlaqədar olaraq yeni məzmun və istifadə vasitələri əldə edir.
Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir.
Milli rəqslərimizə xas olan və onu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətlər sözsüz ki var. Azərbaycanıın tanınmış rəqqaslarından olan Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Böyükağa Məmmədov və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla Milli rəqsi xeyli inkişaf etdirə biliblər. Bu rəqslər vasitəsilə hər kəs öz daxilində mənini tapır, xalqına məxsus olan mənəvi-əxlaqi dəyərləri dərk edə bilər
Azərbaycan rəqslərinin özəllikləri
Melodik quruluşu etibarı ilə azəri məqamları əsasında yaradılan Azərbaycan xalq oyun havaları bir qayda olaraq ritmik ardıcıllığa və müəyyən ölçünün (vəznin) daimi surətdə təkrarlanmasına əsaslanır.
Azərbaycan rəqslərinin ritmik çevrəsi bir çox hallarda daxilən ikiqisimli zərblə üçqisimli zərbin ardıcıl surətdə növbələşməsi əsasında təşkil olunur. Yəni əsas etibarilə əksərən 6/8 (ikiqisimli) musiqi ölçüsündə olan eyni oyun havasının ritmik quruluşu 3/4 (üçqisimli) ölçü ilə növbələşir. Bu da Azərbaycan xalq rəqslərinin orijinallığını və gözəl bir xüsusiyyətini təşkil edir
Qadın rəqsləri
Bir qayda olaraq, Azərbaycan qadın rəqsləri üç hissədən ibarət olub quş pərvazını, nazlı sonaların süzən hərəkətlərini xatırladır:
– birinci – dövrə boyu sürətlə gediş,
– ikinci – lirik hissə. Bir nöqtədə dayanaraq rəqsi davam etdirmək – “süzmək”, bu hissədə ayaqlar, demək olar ki, hərəkətsiz qalır, gövdənin yuxarı hissəsi isə öz özündən nazlanır kimi ədalar göstərir.
– üçüncü – yenə dövrə boyu sürətlə, təntənəylə və böyük coşqunluqla gəziş.
Keçmişdə qadınlar uzun tumanda gəzdikləri üçün rəqs hərəkətlərinin texnikası çox da inkişaf edə bilmirdi. Buna görə bütün diqqət bədənin yuxarı hissəsinin: qolların, çiyinlərin, başın və üzün (qaş-gözün) hərəkətlərinin gözəlliyinə verilirdi. Azərbaycan rəqslərində qolların vəziyyətləri olduqca mükəmmləl işlənmiş və yüksək dərəcəyə qaldırılmışdır.
Kişi rəqsləri
Qadın rəqslərindən fərqli olaraq, kişi rəqslərində ayaqların hərəkət texnikası böyük rol oynayır və o qədər inkişaf etdirilir ki, rəqqaslar asanlıqla barmaq üstdə dayana bilirlər. Bu cəhətdən Qazağı rəqsi çox səciyyəvidir.
Comments are closed, but trackbacks and pingbacks are open.