Azərbaycanda turizmin inkişaf istiqamətləri geniş və çoxsahəlidir
Qeyd etmək lazımdır ki, ölkəmizdə turizmin müxtəlif növlərinin inkişafına, turizm sahəsində çalışan kadrların maarifləndirilməsinə yeni təkan verəcək “Azərbaycan Respublikasında 2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət Proqramı” qəbul edilmişdir.
İqti̇sadi̇yyat
Orxan Fikrətoğlu: Azərbaycanın milli “street food”u hazırlanacaq
10 mart 2023
Azərbaycan yeməklərinin reyestri hazırlanacaq
10 mart 2023
Milli kulinarların Avropada qalib gələn menyularının təqdimatı keçirilib
10 mart 2023
Azərbaycan Milli Kulinariya Mərkəzinin yeni loqosu hazırlanıb
10 mart 2023
Fevralda Azərbaycana gələn turistlərin sayı açıqlanıb
7 mart 2023
Şuşaya turist səfərlərinin qiyməti açıqlanıb
3 mart 2023
Bu ay Şuşaya ilk turist səfərləri başlayır
3 mart 2023
AQEM: Dağ turizminin inkişaf etdirilməsi Azərbaycan üçün də çox vacibdir
3 mart 2023
Ötən il ərəb ölkələrindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb
2 mart 2023
Ötən il Azərbaycana 22 min küveytli turist səfər edib
22 fevral 2023
Yanvarda Azərbaycana ötən illə müqayisədə 1,6 dəfə çox əcnəbi gəlib
20 fevral 2023
Ötən il Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı açıqlanıb
14 fevral 2023
Dubay-Mahaçqala təyyarəsi güclü duman səbəbindən Bakı hava limanına enib
12 fevral 2023
Xarici səyyahlar Azıx mağarasında olub – YENİLƏNİB – FOTO
4 fevral 2023
Ötən il turistlərə bilet satışından 2 mln. manata yaxın vəsait əldə edilib
2 fevral 2023
Ötən il mehmanxanalardakı gecələmələrin sayı açıqlanıb
26 yanvar 2023
Ötən il turistlərin yerləşdirilməsi və ictimai iaşədə 60 faizə yaxın artım qeydə alınıb
25 yanvar 2023
Gürcüstan beynəlxalq səfərlərdən 3,5 milyard dollar əldə edib
23 yanvar 2023
Parlamentdə turizmlə bağlı müzakirələrin keçirilməsi təklif olunub
23 yanvar 2023
Dünya şöhrətli aşpaz Tomas Quqler Şuşada “master-klass” keçib, hazırladığı milli yeməyə “Şuşalı” adını verib – FOTO
18 yanvar 2023
Azərbaycanın milli kulinariya komandası yaradılıb
17 yanvar 2023
İstanbul-Bakı təyyarəsi texniki səbəbdən havaya qalxmayıb: Uçuş sabah reallaşacaq
15 yanvar 2023
İstanbul-Tokio reysini həyata keçirən təyyarə Bakı aeroportunda məcburi eniş edib
15 yanvar 2023
PIN Travel şirkəti ATAA-nın üzvlüyünə qəbul olunub
12 yanvar 2023
DİQQƏT!
Hörmətli istifadəçi, ödənişli xəbərləri əldə etmək üçün qeydiyyatdan keçin
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
© 2004 – 2021 Bütün müəllif hüquqları qorunur.
Azərbaycanda turizmin inkişaf istiqamətləri geniş və çoxsahəlidir
Bakı, 24 yanvar (AZƏRTAC). Dünya ölkələri arasında xarici iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi müasir dünyada beynəlxalq turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən birinə çevrilmişdir.
Ümumiyyətlə, turizm xidmətin xüsusi bir sahəsi olmaqla, insanların beynəlxalq hərəkəti və yaxud səyahəti ilə bağlıdır və bu sahənin inkişafı XX əsrin ikinci yarısından başlayaraq geniş vüsət almışdır.
Müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoyan, açıq bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf edən Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Ölkəmizdə bu əlaqələrin bir qolu olan beynəlxalq turizm münasibətlərinin inkişafı istiqmətində də təqdirəlayiq işlər görülmüşdür.
Ümummilli lider Heydər Əliyev ölkəmizdə turizmin inkişafına xüsusi önəm verirdi. 1999-cu ildə ulu öndərin müvafiq Fərmanı əsasında qəbul edilmiş “Turizm haqqında qanun” və 2002-ci ildə həyata vəsiqə almış “2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı” sonrakı dövrlərdə Azərbaycanda turizm sektorunun inkişafına təkan vermişdir.
Azərbaycan çox nadir təbii, mədəni, milli, etnoqrafik obyektlər kompleksinə malikdir. Əlverişli coğrafi mövqeyi, doqquz iqlim qurşağı, flora və faunasının müxtəlifliyi və zənginliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri ölkəmizdə turizmin inkişafı üçün böyük perspektivlər açır.
Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanlar ölkəmizin bir sıra beynəlxalq təşkilatlarla turizmin inkişafı istiqamətində əməkdaşlıq etməsinə şərait yaradır. Bu beynəlxalq qurumlar arasında Dünya Turizm Təşkilatının, İslam Konfransı Təşkilatının, GUAM-ın, Müstəqil Dövlətlər Birliyinin və digər təşkilatların adlarını çəkmək olar.
Eyni zamanda, Azərbaycan turizm sahəsində zəngin təcrübəsi olan Türkiyə, Polşa, İtaliya, Gürcüstan, Ukrayna, Rumıniya, Belarus, Yunanıstan, Moldova, Qətər və digər ölkələrlə hökumətlərarası sazişlər imzalamışdır. Hazırda digər dövlətlərlə də belə sazişlərin bağlanması ilə bağlı müzakirələr aparılır.
2002-ci ildən etibarən hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsinin ənənə halını alması dövlətimizin turizm inkişafna necə böyük əhəmiyyət verməsini sübut edir. Bundan əlavə, indiyədək Azərbaycanın turizm ehtiyatlarının zənginliyindən, bu sahənin imkanlarının genişliyindən bəhs edən materiallar dünyanın İstanbul, Berlin, Moskva, London, Əl-Küveyt, Kiyev, Tbilisi, Daşkənd və digər böyük şəhərlərində keçirilmiş sərgilərdə nümayiş etdirilmişdir.
Qeyd etmək lazımdır ki, ölkəmizdə turizmin müxtəlif növlərinin inkişafına, turizm sahəsində çalışan kadrların maarifləndirilməsinə yeni təkan verəcək “Azərbaycan Respublikasında 2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət Proqramı” qəbul edilmişdir.
Dövlət Proqramının əsas məqsədi “Turizm haqqında” Qanunda, habelə digər müvafiq normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkənin sosial-iqtisadi inkişafını təmin edən vasitələrdən biri kimi turizm sərvətlərindən səmərəli istifadə olunmasını, turizmin ölkə iqtisadiyyatının öncül istiqaməti kimi tanınması və bu sahənin səmərəliliyinin artırılmasını təmin etməkdir.
Azərbaycanda turizmin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlər sırasında turizm ehtiyatlarının öyrənilməsi və onların genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan xidmətlərin, ekskursiya və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort sərvətlərinin öyrənilməsi və davamlı istismarı, mehmanxanaların və digər turizm obyektlərinin tikintisinin genişləndirilməsi, turizm marşrutlarının artırılması, turizm növlərinin inkişaf etdirilməsi, prioritet turizm növü kimi mədəni turizm, ekoloji turizm və kənd yaşıl turizmi, rekreasiya turizmi sahəsində dövlət tənzimlənməsinin gücləndirilməsi, milli adət-ənənələrimizi, Azərbaycan xalqının tarixi-mədəni irsini, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, milli sənətkarlıq və suvenir məhsullarının istehsalının və satışının genişləndirilməsi kimi istiqamətləri qeyd etmək olar.
Eyni zamanda, Azərbaycanı turizmin inkişafı üçün əlverişli şəraiti olan ölkə kimi dünyada tanıtmaq məqsədi ilə yeni Azərbaycan turizm əmtəə nişanının (loqosunun) və turizm sahəsində olan Azərbaycan brendlərinin reklam-təbliğat və məlumat-sorğu fəaliyyətinin canlandırılması, beynəlxalq proqramlar çərçivəsində regional mədəni turizm marşrutlarının yaradılması və inkişaf etdirilməsi və turizm inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdəndir.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi daim diqqətdə saxlayır. Buna ən bariz nümunə kimi Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunmasını göstərmək olar. “Turizm ili” çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Təsadüfi deyildir ki, bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində xüsusi işçi qrupu yaradılmışdır.
Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi, heç şübhəsiz, ölkəmizdə turizmin inkişafında mühüm nəticələr əldə olunmasına, əlverişli coğrafi mövqeyi, iqlimi, mədəni-tarixi irsi, qonaqpərvərliyi, daxili sabitliyi, gözəl təbiəti olan ölkəmizin tezliklə dünyanın turizm mərkəzlərinin birinə çevrilməsinə öz töhfəsini verəcəkdir.
Comments are closed, but trackbacks and pingbacks are open.