Press "Enter" to skip to content

Azerbaycanin daxil oldugu beynelxalq teskilatlar

Koronavirus

Azerbaycanin daxil oldugu beynelxalq teskilatlar

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Siyasət Beynəlxalq təşkilatlardan Azərbaycana dəstək

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – İyul 22, 2020 – 20:17

!Reklam – Yazi

Ermənistanın iyulun 12-də Tovuz istiqamətində törətdiyi növbəti hərbi-siyasi təxribatından sonra aparıcı dünya dövlətlərinin, beynəlxalq təşkilatların, xüsusən də yaxın qonşularımızın reaksiyası həm ölkəmiz, həm də düşmənimiz üçün əlahiddə önəm daşıyırdı. Təxribatı törətməkdə Ermənistanın əsas məqsədlərindən biri üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), əsasən də Rusiyanı öz qanlı oyunun iştirakçısına çevirmək idi. Məhz bu təşkilatın vasitəsi ilə həmin ərazidən keçən strateji, beynəlxalq əhəmiyyətli neft-qaz, dəmiryolu infrastrukturunu hədəfə götürüb ölkəmizi təzyiq altında saxlamaq cəhdi idi.

2016-cı ilin aprelində işğalçı Ermənistan Qarabağ ərazisində belə bir cəhdə çalışmışdı. Lakin o zaman təxribatçının bu niyyəti baş tutmamışdı. Bu dəfə də alınmadı. İlk növbədə ona görə ki, Aprel döyüşlərindən sonra düşmən Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Milli Ordumuzdan haqq etdiyi cavabı aldı. Ermənistanın dayaq idarəetmə məntəqələri və digər hərbi infrasturukturu məhv edildi, dəqiq sayını bu günün özündə də erməni cəmiyyətindən gizlətməyə çalışdıqları çoxsaylı canlı itkiyə məruz qaldı. Ermənistanın kömək gözlədiyi, hərbi-siyasi təxribatında alətə çevirmək istədiyi KTMT ermənilərin bu niyyətində açıq şəkildə iştirakdan kənarda qalmağa üstünlük verdi. Bu təşkilata daxil olan altı ölkədən ikisi – Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində Azərbaycana dəstək verdilər. Belarus isə Qoşulmama Hərəkatının xətti ilə bunu etdi. Ukraynanın ölkəmizə dəstəyi ona səbəb oldu ki, Ukrayna səfirliyinin binası önündə etiraz aksiyası keçirildi, ədəbsiz hərəkətlər edildi. Həlledici dəstək qardaş Türkiyədən gəldi. İlk dəfə idi ki, Türkiyə rəsmiləri açıq şəkildə bəyan etdilər ki, onlar artıq növbəti erməni təxribatını kənardan pisləməklə kifayətlənməyəcəklər. Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “bu hücum Ermənistanın çapını aşan bir hadisədir” bəyanatı yalnız Ermənistana ünvanlanmamışdı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk PA, QUAM kimi nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın hərbi təxribatını qətiyyətlə qınayan bəyənatlarla dərhal çıxış etdilər. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, işğal edilmiş ərazilər üzərində ölkəmizin suverenliyinin bərpasının qaçılmaz olduğunu bir daha elan etdilər. Ermənilər lobbi təşkilatlarının xüsusilə güclü olduğu ABŞ-dan dəstək gözləyirdi, orada Daşnak partiyasını təmsil edən Amerikanın erməni milli komitəsi (ANCA) konqresmenlər arasında ciddi iş aparırdı. Onların bu səyi də alınmadı, əksinə Ermənistan növbəti məğlubiyyətlə üzləşdi. Onlardan biri postsovet ölkələrində işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş bu ölkələrin vətəndaşları barədə hesabatın dövlət katibi tərəfindən müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim edilməsi barədədir: 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul edildi. Bu o deməkdir ki, Ermənistanın işğalı nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş həmvətənlərimiz barədə məlumatlar Konqresə təqdim olunacaq. Bununla da ölkəmizdəki məcburi köçkünlərin Ermənistanın işğalının nəticəsi olduğu növbəti dəfə təsdiq ediləcək. Erməni lobbisi, xüsusən də Daşnak partiyası ABŞ Konqresində başqa bir məğlubiyyətlə də üzləşdi. Onlar çalışırdılar ki, ABŞ tərəfindən Azərbaycana müdafiə məhsullarının və xidmətlərinin qadağasına nail olsunlar. Başqa bir cəhdləri isə ondan ibarət idi ki, xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı çərçivəsində Azərbaycan və Ermənistana yardımlarda paritet əldə edə bilsinlər. Erməni lobbisinin bu cəhdləri də ABŞ Konqresində fiaskoya uğradı. Bizlərə yaxşı məlumdur ki, ermənilər öz məqsədlərinə çatmaq üçün hər cür vasitəyə əl ata, vasitə və üsul seçimində hər cür güzəştə gedə bilirlər. Erməni lobbisinin bu dəfə ən fəal şəkildə istifadə etdikləri “vasitələrdən” biri də dünyaca məşhur Kim Kardaşyan idi. Lakin o da kömək ola bilmədi. Yuxarıda qeyd etdiklərim Prezident cənab İlham Əliyevin tələb etdiyi hücum diplomatiyasının hələ ki, bilinən ilk nəticələridir. İnanıram ki, ölkəmizin əsas uğuru irəlidədir və bu, Qarabağı işğaldan azad edəcəyimiz gündür. Ülvi Quliyev
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Azerbaycanin daxil oldugu beynelxalq teskilatlar

Beynəlxalq Ticarət və Logistika ixtisasının əsas yaradılma məqsədi qloballaşan dünyada olan beynəlxalq bazarları, ticarəti və xüsusilə də beynəlxalq yükdaşımanı öyrənmək, bu öyrəndiklərini biznesin müxtəlif sahələrində (beynəlxalq əlaqələr, logistika departamentlərində) praktiki olaraq tətbiq etmək bacarığı olan kadrlar yetişdirməkdir. Bu ildən əvəz etdiyi “Dünya İqtisadiyyatı” ixtisasının bir istiqamətidir və qeyd etdiyimiz kimi beynəlxalq marketin ticarət bölümünü öyrənir. “Logistika” ixtisası ilə çox yaxın olsa da, bu ixtisas özündə daha çox iqtisadiyyat yönlü məsələləri cəmləyir və bu cəhətdən akademik istiqamətdə də irəliləyərək karyera qurmaq mümkündür.

Bir şirkət mallarını xaricə satırsa, orada məhz bu ixtisas sahibi ixracı idarə edir. Məhsulların uğurlu marketinqi üçün xarici bazarı araşdırır, rəqiblərin qiymətlərini təhlil edir, istehlak xüsusiyyətlərinə və onun üçün maraqlandığı ölkədə malların keyfiyyətinə dair tələbləri öyrənir. Eyni zamanda bir logist funksiyasını yerinə yetirərək malların daşınmasını da təşkil edir. Məhsulları hansı nəqliyyatda və hansı marşrutda çatdırmaq üçün daha rahat olduğuna qərar verir. Bu ixtisas iqtisadiyyat, hüquq və xarici dillərlə maraqlananlara uyğundur.

İxtisasın tarixi

İxtisas, köhnə “Dünya İqtisadiyyatı” ixtisasının adı dəyişilərək qurulan ixtisasdır. “Dünya İqtisadiyyatı” ixtisası isə, ölkəmizin müstəqillik əldə etməsindən sonra, ölkənin planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidini sürətləndirmək üçün dünya bazar iqtisadiyyatı təcrübəsinin öyrənilməsini təmin edəcək mütəxəssislər yetişdirmək üçün 2009-cu ildə qurulmuşdur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Xarici qurumlarla işləmək;
  • ➝ Onların nümayəndələrilə danışıqlar aparmaq;
  • ➝ Müştərilərin və tərəfdaşların axtarışı;
  • ➝ Olduğu şirkətin beynəlxalq nəqliyyat və yükdaşımalarına nəzarət etmək;
  • ➝ Malların daşınması xərclərinin optimallaşdırılması;
  • ➝ Malların gömrük rəsmiləşdirilməsini həyata keçirmək;
  • ➝ Valyuta məzənnələrinin gündəlik izlənməsi;
  • ➝ Şirkət üçün beynəlxalq layihələr hazırlamaq və ya iştirak etmək;
  • ➝ Dünya bazarını araşdırmaq;
  • ➝ Şirkətə xarici ölkə və ya şirkətlərlə əlaqə yaratmaq üzrə yardımçı olmaq;
  • ➝ Şirkətin xarici iqtisadi əlaqələrinin inkişafı strategiyasının hazırlanması;
  • ➝ Müqavilələrin icrasının bütün mərhələlərinə nəzarət etmək;
  • ➝ Prezentasiya hazırlamaq;
  • ➝ Beynəlxalq sərgilərdə iştirak;
  • ➝ İş yazışmalarının və müşayiət olunan sənədlərin aparılması;
  • ➝ Tabeçiliyində olan işçilərin idarə edilməsi.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət İqtisad Universiteti;
  • ➝ Azərbaycan Dövlər Neft və Sənaye Universiteti;
  • ➝ Azərbaycan Kooperasiya Universiteti;
  • ➝ Azərbaycan Texniki Universiteti;
  • ➝ Azərbaycan Respublikası Dövlət Gömrük Akademiyası;
  • ➝ “Azərbaycan” Universiteti
  • ➝ Bakı Biznes Universiteti;
  • ➝ Bakı Dövlət Universiteti;
  • ➝ Qərbi Kaspi Universiteti;
  • ➝ Lənkəran Dövlət Universiteti;
  • ➝ Naxçıvan Dövlət Universiteti;
  • ➝ “Naxçıvan” Universiteti (Naxçıvan şəhəri)
  • ➝ Sumqayıt Dövlət Universiteti.

Bu ixtisas üzrə harada çalışmaq olar

  • ➝ Səfirliklər;
  • ➝ Beynəlxalq Ticarət Palatası;
  • ➝ Trans Milli Şirkətlər;
  • ➝ Xarici ölkələrlə əlaqəli yerli şirkətlər;
  • ➝ Logistika şirkətləri;
  • ➝ Beynəlxalq Təşkilatlar.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ İqtisadiyyat və kommersiya yönlü fənlərdən dərin məlumatlılıq;
  • ➝ Beynəlxalq iqtisadiyyat üzrə informasiyalarla çalışmaq;
  • ➝ Texnoloji savadlılıq;
  • ➝ Dil bilikləri;
  • ➝ Danışıqlar aparma qabiliyyəti;
  • ➝ Layihələr icra etmə qabiliyyəti;
  • ➝ Araşdırma bacarığı (xüsusilə beynəlxalq bazarı);
  • ➝ Ümumi biznes savadlılığı (təməl biliklər);
  • ➝ Ünsiyyət bacarığı;
  • ➝ Stressə davamlılıq;
  • ➝ Özgüvənli olmaq;
  • ➝ Təşəbbüskarlıq;
  • ➝ Detallara diqqət yetirməyi bacarığı;
  • ➝ Nəticələrinin təqdimatını etməyi bacarmaq;
  • ➝ Məsuliyyətli olmaq.

İxtisasın gələcəyi

Müasir dünyamızın ən böyük trendlərindən biri beynəlxalq əlaqələr, ticarət, maliyyə kimi sahələr olacaq. Xüsusilə də Azərbaycanda qeyri-neft sektoru ilə əlaqədar gedən inkişaf ölkədə ümumi beynəlxalq ticarətin inkişaf etməsinə və bu sahə üzrə yetişən kadrlara ehtiyacın artmasına səbəb olacaqdır. Bacarıqlı və bilikli kadrlar üçün xarici ölkələrdə də karyera qurmaq üçün böyük imkanlar var.

Əmək haqqı

İşlədiyi qurumdan asılı olaraq orta aylıq əmək haqqı 800 – 1000 AZN və 1500-2000 AZN arasında ola bilər.

Похожие статьи

  • Azrbaycanın daxil oldugu beynlxalq tşkilatlar

    Azrbaycanın daxil oldugu beynlxalq tşkilatlar Nəqliyyat üzrə işçi qrup: VI bölmə. Azərbaycan Respublikası XIII fəsil. Müstəqilliyin bərpa olunması, onun…

  • Azerbaycanin beynelxalq elaqeleri

    Azərbaycan və Avropa Komissiyası beynəlxalq maliyyə qurumları ilə əlaqələri müzakirə edib Müştəri ilə şirkət əlaqələrinin qurulması Şirkətə müştəri ilə…

  • Azərbaycanın daxil oldugu beynəlxalq təşkilatlar

    Azərbaycanın daxil oldugu beynəlxalq təşkilatlar Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların…

  • Azerbaycanin turizm statistikasi

    Azərbaycana gələn turistlərin STATİSTİKASI Koronavirus Azərbaycanda turizm statistikası sistemi inkişaf etdiriləcək Bu gün Bakıda “Milli statistika…

  • Azerbaycanin iqtisadi ve sosial cografiyasi bdu

    Postsovet məkanı ölkələrinin iqtisadi və sosial coğrafiyası fənni tədris ediləcək 1947-ci il sentyabrın 6-da Kürdəmuirdə anadan olub. 1954-1965-ci ildə…

Comments are closed, but trackbacks and pingbacks are open.