Press "Enter" to skip to content

Azərbaycana gələn turistlərin STATİSTİKASI

Koronavirus

Azərbaycanda turizm statistikası sistemi inkişaf etdiriləcək

Bu gün Bakıda “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” adlı tvinninq (Twinning) layihəsi ilə bağlı konfrans işə başlayıb.

“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov açıb.

Tvinninq layihəsi haqqında məlumat verən T.Budaqov deyib ki, statistik məlumatların hazırlanması sahəsində Avropa təcrübəsini öyrənmək üçün Dövlət Statistika Komitəsinin əməkdaşları Avropanın bir çox ölkələrinə səfərlər edəcəklər: “Ölkədə turizm statistikası sahəsində işlərin inkişaf etdirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlıq edilir. Qarşıdakı iki ildə turizmlə əlaqəli digər sahələrlə bağlı statistik məlumatların hazırlanması üçün işlərimizi davam etdirəcəyik”.

Qeyd edək ki, tədbirdə Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Temple, Almaniya Federal Statistika Xidmətinin prezidenti Diter Sarreyter (Dieter Sarreither), Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard və başqa qonaqlar iştirak edib.

Azerbaycanin turizm statistikasi

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Cəmiyyət Azərbaycana gələn turistlərin STATİSTİKASI

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Avqust 14, 2018 – 00:29

!Reklam – Yazi

Ölkəmizə gələn əcnəbilərin çoxunun səfəri istirahət, əyləncə turizmidir.

Yenicag.az xəbər verir ki, Azərbaycan vətəndaşları isə xaricə daha çox işgüzar məqsədlərlə səfər edirlər. 2017-ci ildə Azərbaycana gələn 2 696,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxsin 2 454 min nəfəri ölkəyə turizm məqsədilə səfər edib. Azərbaycana turizm məqsədilə gələnlərin 839,3 min nəfəri istirahət, əyləncə turizmi, 834,4 min nəfəri işgüzar turizm, 49,1 min nəfər müalicə turizmi, 14,7 min nəfər dini turizm, 674,9 min nəfər qohumların, dostların ziyarəti üçün səfər ediblər. Turistlərin 41,6 min nəfəri Azərbaycana digər turizm məqsədilə, 242,7 min nəfər isə digər məqsədlə səfər edib. 2017-ci ildə Azərbaycana səfər edən əcnəbilərin sayı 2016-cı illə (2 248,8 min nəfər) müqayisədə artdığından ötən il qeyd edilən məqsədlərlə ölkəyə gələn bütün turistlərin sayında artım olub. Lakin ötən illər üzrə olan göstəricilərdən aydın olur ki, Azərbaycana gələn turistlərin səfərlərinin məqsədlərinin ardıcıllığı dəyişməyib. Başqa sözlə, ötən illər ərzində də Azərbaycana turistlər daha çox istirahət və əylənmək məqsədilə səfər edib. Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarına gəldikdə isə, 2017-ci ildə 4 108,9 min nəfərdən 3 447,4 mini turizm məqsədilə ölkəmizi tərk edib. Xaricə gedən Azərbaycan turistlərinin 1 054,9 min nəfəri istirahət, əyləncə turizmi, 1 306,5 min nəfəri işgüzar turizm, 189,6 min nəfər müalicə turizmi, 120,1 min nəfəri dini turizm, 586,1 min nəfəri qohumların, dostların ziyarəti, 190,2 min nəfəri digər turizm, 661,5 min nəfər isə digər məqsədlə səfər edib. Ötən il ərzində Azərbaycana gələn turistlərin arasında Rusiya, Gürcüstan, İran, Türkiyə vətəndaşları üstünlük təşkil edib. (Trend)

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Похожие статьи

  • Azerbaycan turizm statistikasi

    Azerbaycan turizm statistikasi Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı Azerbaycan turizm statistikasi…

  • Azerbaycanda turizm ve rekreasiya xidmetleri

    Turizm haqqında Azərbaycan Respublikasının Qanunu 7.3. Dövlət turizm orqanı turizm sənayesində rəqabət mühitinin inkişaf etdirilməsi məqsədilə turizm…

  • Azerbaycan statistikasi

    Azerbaycan statistikasi 2022-ci il 16 noyabr tarixində “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında…

  • Azərbaycanda turizm

    Azərbaycanda turizm Ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Müstəqil Azərbaycanın neft strategiyasının əsasını…

  • Azrbaycanda turizm inkişafı

    Azərbaycanda turizmin inkişaf istiqamətləri geniş və çoxsahəlidir 2002-ci ildən etibarən hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsinin…

Comments are closed, but trackbacks and pingbacks are open.