Press "Enter" to skip to content

Azərbaycan beynəlxalq aləmdə

E.Şahinoğlu Gürcüstan prezidentinin Rusiyaya qarşı birləşmək haqqında fikirlərinə də münasibət bildirib: “Gürcüstan prezidenti Giorgi Marqvelaşvili deyib ki, Rusiyaya qarşı ümumi strategiya hazırlanmalıdır. Gürcüstan prezidenti bu təşəbbüsünü belə əsaslandırıb ki, Rusiyanın siyasəti qonşu dövlətlərə təhlükə yaradır. Ona görə də bu təhlükədən qorunmağın yolu beynəlxalq aləmin Rusiyaya qarşı ortaq siyasəti formalaşdırmasıdır.

Putin MDB-ni SSRİ-yə çevirmək istəyir?

“Oktyabrın 11-də Rusiyanın Soçi şəhərində Müstəqil Dövlət Birliyi (MDB) dövlət başçılarının və xarici işlər nazirlərinin görüşü keçirildi. Prezidentlərdən əvvəl Soçidə MDB xarici işlər nazirləri görüşdülər. Rusiya pezidenti Vladimir Putinin görüşdə əsas fikri bundan ibarət oldu ki, MDB-ni gücləndirmək lazımdır. Təsadüfi deyil ki, Soçidə prezidentlər MDB-nin strukturlarının effektivliyinin artırılması barədə müzakirə apardılar. Bundan başqa, toplantıda üzv dövlətlər arasında ticarətin artırılması və investisiya əlaqələrinin dərinləşməsi də müzakirə edildi”.

Milli.Az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu MDB dövlət başçılarının Soçidə keçirilmiş son sammitinin nəticələrini təhlil edərkən bildirib.

Onun fikrincə, son illər MDB-yə o qədər də maraq göstərməyən iki dövlətin bu təşkilatda fəallığı hiss olunur: “Gürcüstan 2008-ci ildə Rusiya ilə müharibədən sonra MDB-dən çıxdı. Ukraynanın iştirakı simvolik mahiyyət daşıyır. Çünki Rusiya 2004-cü ildə Krımı işğal etdikdən sonra Ukrayna prezidenti və xarici işlər naziri MDB-nin toplantılaırnda iştirak etmirlər. Buna baxmayaraq, MDB-də fəaliyyətini gücləndirən ölkələr də var. Bu, Özbəkistan və Türkmənistandır. Bu iki dövlət keçmiş illərdə MDB-nin toplantılarına maraq göstərmirdilər. Lakin hakimiyyətə yeni prezidentlər gəldikdən sonra Daşkəndin və Aqabadın MDB-yə marağı artdı. Halbuki, keçmiş illərdə həm Özbəkistan, həm də Türkmənistan xarici siyasətdə “bloklara qoşulmamaq” siyasətindən çıxış edir və bir çox hallarda MDB toplantılarına qatılmırdılar”.

Ekspert qeyd edib ki, MDB ilə bağlı digər maraqlı məqam ondan ibarətdir ki, illərdir MDB-nin İcraiyyə Komitəsinin sədri vəzifəsini Rusiya təmsilçiləri daşıyırlar: “Hazırda İcraiyyə Komitəsinin sədri Sergey Lebedevdir. O, 2007-ci ildən bu vəzifədədir. Bundan əvvəl də sədrlər Rusiyanı təmsil edirdilər – Boris Berezovski, Yuri Yarov, Vladimir Ruşaylo. Görünür, Moskva MDB üzərindən nəzarəti əlində saxlamaq üçün başqa ölkənin təmsilçisinin İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmasını istəmir. Halbuki, Moskvanın müttəfiqi Astana belə sədrlikdə rotasiya prinspinin həyata keçirilməsinə tərəfdardır”.

Lakin politoloq hesab edir ki, Moskvanın səylərinə baxmayaraq, MDB-ni işlək təşkilata çevirmək mümkün deyil: “Çünki üzv dövlətlərinin fərqli maraqları var. Bu təşkilatı hətta Rusiyanın iki yaxın müttəfiqi – Qazaxıstan və Belarus da tənqid edir. Məsələn, Soçi görüşündə Qazaxıstan nümayəndə heyəti təşkilatın ciddi islahatlara ehtiyacı olduğunu bildirdi, bir-birini təkrarlayan strukturların çox olduğu vurğuladı. Belarus prezidenti Aleksandr Lukaşenko isə MDB Parlamentlərarası Assambleyanın işinin faydasız və lazımsız olduğunu bildirdi. O, fikrini belə əsaslandırdı ki, bu strukturun işi nəticə vermir, ona görə də Assambleyaya pul ayrılmasının doğru olmadığını dedi. Onun bu fikrini Qazaxıstan prezidenti Nursultan Nazarbayev də dəstəklədi. Beləliklə, MDB-nin Soçi toplantısı da nəticə vermədi. Azərbaycanla Ermənistanın MDB-də əməkdaşlıq edəcəyini gözləmək olmaz. Rusiyanın bölgədə həyata keçirdiyi xarici və təhlükəsizlik siyasəti MDB ölkələrinin də gizli narahatlığına səbəb olur”.

E.Şahinoğlu Gürcüstan prezidentinin Rusiyaya qarşı birləşmək haqqında fikirlərinə də münasibət bildirib: “Gürcüstan prezidenti Giorgi Marqvelaşvili deyib ki, Rusiyaya qarşı ümumi strategiya hazırlanmalıdır. Gürcüstan prezidenti bu təşəbbüsünü belə əsaslandırıb ki, Rusiyanın siyasəti qonşu dövlətlərə təhlükə yaradır. Ona görə də bu təhlükədən qorunmağın yolu beynəlxalq aləmin Rusiyaya qarşı ortaq siyasəti formalaşdırmasıdır.

Rusiyaya qonşu olan ölkələr Gürcüstan prezidentinin təşəbbüsünə qoşulmayacaqlar. Bəzi ölkələr Rusiyanın siyasətindən ehtiyatlansa da, onunla münasibətləri korlamaq istəmir. Ancaq Giorgi Marqvelaşvilinin sözlərində həqiqət var. Rusiya keçmiş SSRİ-yə bənzəyir. Moskva onun siyasətini qəbul etməyən qonşularına qarşı təzyiq siyasəti həyata keçirir, separatçılara dəstək verir və lokal müharibələrdə iştirak edir. Yaxın illərdə Rusiyanın bu siyasəti dəyişməyəcək. MDB Rusiya üçün vacib formatlardan biridir. Elə digər dövlətlər də MDB formatından öz məqsədləri üçün istifadə edir, bir sıra mövzuları müzakirə etmək məqsədilə təşkilatın imkanlarından yararlanırlar”.

Qeyd edək ki, oktyabrın 11-də Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi iclasda MDB-nin fəaliyyəti ilə bağlı ümumilikdə, 18 sənəd imzalanıb.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azərbaycan beynəlxalq aləmdə

Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixində MDB dövlət başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunmuşdur.

MDB çərçivəsində əsasən 9 əməkdaşlıq istiqaməti mövcuddur və təşkilatın ümdə məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.

Hal-hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir.

Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır.

MDB-nin gələcək inkişaf Konsepsiyasına dair dövlət başçıları Şurasının 5 oktyabr 2007-ci il tarixli qərarı ölkəmiz tərəfindən xüsusi rəylə imzalanmış və həmin xüsusi rəydə Azərbaycan Respublikasının MDB çərçivəsində fəaliyyətinin əsas prinsipləri öz əksini tapmışdır.

MDB Dövlət Başçıları Şurasının 2011-ci il oktyabrın 18-də Sankt-Peterburqda keçirilən iclasında MDB azad ticarət zonası ilə bağlı müqavilə imzalansa da, Azərbaycan bu müqaviləni imzalamamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il oktyabrın 16-da MDB Dövlət Başçıları Şurasının iclasında iştirak və çıxış etmişdir. O, çıxışında Azərbaycanın Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin bir parçası kimi oynadığı əhəmiyyətli rola toxunmuş, digər MDB dövlətlərini layihələrə qoşulmağa dəvət etmişdir.

MDB ilə bağlı gözləntilərin tam reallaşmamasına baxmayaraq, yenə də Azərbaycan MDB çərçivəsində fəallığını davam etdirməyi məqsədəuyğun hesab edir. Azərbaycanın bu quruma daxil olması bütün məqsədlərə çatmağa gətirib çıxarmasa da, Ermənistanın müəyyən planlarının qarşısını almaq baxımından əhəmiyyətli olmuşdur. Çünki Azərbaycanın razılığı olmadan MDB heç bir ciddi sənəd qəbul edə bilməmişdir. Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistan amilini nəzərə alaraq arasında mövcud olmuş münaqişəyə görə veto qoya bilmişdir. Xüsusilə təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan vermişdir. Azərbaycan MDB çərçivəsində inteqrasiyanın respublikaların müstəqilliyini məhdudlaşdıra biləcək şəkildə getməsinə mane olmuş, mane ola bilmədiyi proseslərdən isə özünü kənarda saxlamağı bacarmışdır.

14 oktyabr 2022-ci il tarixində Prezident İlham Əliyev Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Dövlət Başçıları Şurasının iclasında birlik ölkələrinin təhlükəsizliyinin təmin edilməsi sahəsində bir sıra qərarlar qəbul edilib. Dövlət başçıları korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Bu sənədə əsasən, MDB ölkələri korrupsiya ilə bağlı hüquqpozuntuları zamanı bir-birinə hüquqi yardım göstərəcək, operativ məlumatların, normativ sənədlərin mübadiləsini həyata keçirəcək, müvafiq proqramlar hazırlayacaq, kadrların hazırlanması və ixtisasının artırılmasını həyata keçirəcək.

MDB Dövlət Başçıları Şurası həmçinin 2023-2025-ci illər üçün Terrorizm və Ekstremizmlə Mübarizə üzrə Əməkdaşlıq Proqramını təsdiqləyib.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.