Press "Enter" to skip to content

Azerbaycanın müstəqil dövətlər birliyi ilə əlaqələri

Azər Əliyev tərəfindən “İnşa” bolməsinə 11:32 15 oktyabr 2014 tarixində əlavə olunmuşdur

siyasielmler

Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri

Posted on Noyabr 24, 2010 by siyasielmler

Xarici iqtisadi əlaqələrin inkişafı ayrı-ayrı ölkələrin mil­li iqtisadiyyatının beynəlxalq təsərrüfat miqyasında inteqrasiyasının sürətləndirilməsinin əsas şərtidir. Ölkələr iqtisadi inteqrasiya axınlarına qoşularaq bu yolla öz istehsal güclərini, istehsalın səmərəliliyini və bütün bun­ların nəticəsində isə əhalinin ümumi rifah səviyyəsini ar­tırmağa çalışırlar. Beynəlxalq əmək bölgüsünün üs­tünlüklərindən maksimum istifadə edilmədən, xarici iq­tisadi əlaqələrin bütün formaları intensiv şəkildə geniş­ləndirilmədən ölkə iqtisadiyyatının inkişafında əsas­lı dönüş aparmaq mümkün deyildir. Dünya ölkələrindən heç biri öz inkişafını xarici ölkələrdən təcrid olunmuş şəkildə təmin edə bilmədiyinə görə öz aralarında bey­nəlxalq və regional səviyyədə iqtisadi əlaqələr yaratmağa çalışırlar.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xarici iqtisadi siyasətini artıq özü müəyyən etməyə başlamışdır. Ölkəmizin Asiya və Avropanın kəsişməsində çox əlverişli coğrafi mövqedə yerləşməsi bu siyasətin uğurla həyata keçirilməsinə müsbət təsirini göstərmişdir.

Müstəqil Azərbaycan Respublikasında müxtəlif mül­kiyyət formalarının inkişafı, iqtisadiyyatın yüksək maddi-texniki bazaya malik olması, əmək bölgüsü və kooperasiyasının geniş vüsət alması və s. milli iqti­sa­diya­tımızın beynəlxalq əməkdaşlıqda mövqeyinin daha da artmasına obyektiv zərurət yaradır.

Beləliklə, Azərbaycanın neft sənayesinin yaxın onilliklərdə inkişafı Azərbaycan Respublikası Prezidentinin Neft Strategiyası çərçivəsində imzalanmış müqavilələrlə təmin edilmişdir. Neft sektorunun bütün əhəmiyyətinə baxmayaraq, ümumi daxili məhsulun formalaşmasında onun payı hələlik 18-19 %-dir. Bundan əlavə, Azərbaycanda xarici investisiya bank sektoruna da yatırılmışdır. Belə ki, respublika ərazisində xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərməkdədir. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir. Bundan əlavə “Nabukko” layihəsinin gündəmdə olması ölkə ərazisinə xarici investorların marağını daha da artırır.

Son illərdə xarici ticarətin inkişafında yüksək göstəricilərə nail olunmuşdur. 2007-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 11766,9 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 5708,6 milyon ABŞ dolları, ixracın həcmi isə 6058,3 milyon ABŞ dolları təşkil etmişdir.

Bu dövr ərzində Azərbaycan Respublikası 137 xarici ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmişdir.

İxrac-idxal əməliyyatlarının 28,5 %-i Avropa Birliyi, 25,5 %-i MDB ölkələri ilə, 46 %-i isə digər dövlətlərlə aparılmışdır.

Xarici ticarət əlaqələrinin 47,4 %-i Avropa, 44,6 %-i Asiya, 7,7 %-i Amerika, 0,2 %-i Afrika qitəsi ölkələri, 0,1 %-i isə Okeaniya ilə aparılmışdır. Azərbaycana xarici ölkələrdən 61,4 milyon dollarlıq humanitar və texniki yardım daxil olmuşdur.

Azərbaycanın xarici ticarət dövriyyəsinin strukturuna nəzər salsaq, burada İtaliya, İngiltərə, Almaniya və Fransanın xüsusi çəkisinin böyük olduğunu görərik:

2007-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Fransa Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 110,3 milyon ABŞ dolları, o cümlədən Azərbaycan Respublikasına idxalın həcmi 35,1 milyon ABŞ dolları, Azərbaycan Respublikasından ixracın həcmi isə 75,2 milyon ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində ikitərəfli ticarətdə saldomuz 40,1 milyon ABŞ dolları olmuşdur.

2007-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 199 milyon 721 min ABŞ dolları, o cümlədən Azərbaycan Respublikasına idxalın həcmi 192 milyon 509 min ABŞ dolları, Azərbaycan Respublikasından ixracın həcmi isə 7 milyon 213 min ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində ikitərəfli ticarətdə saldomuz mənfi 185 milyon 296 min ABŞ dolları olmuşdur.

2007-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə ümumi ticarət dövriyyəsinin həcmi 81,8 milyon ABŞ dolları, o cümlədən Azərbaycan Respublikasına idxalın həcmi 81,3 milyon ABŞ dolları, Azərbaycan Respublikasından ixracın həcmi isə 506,2 min ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində ikitərəfli ticarətdə saldomuz mənfi 80,8 milyon ABŞ dolları olmuşdur.

2007-ci ilin yanvar-dekabr ayları ərzində İtaliya Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 9,2 %, o cümlədən idxalda 2,47 %, ixracda isə 15,5 % təşkil etmişdir.

2007-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikasının İtaliya Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 82 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 141 milyon ABŞ dolları, ixracın həcmi isə 941 milyon ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində xarici ticarət saldosu müsbət 800 milyon ABŞ dolları olmuşdur.

2000-2007-ci illərdə xarici investisiyalar 6,9 dəfə artmışdır. Xarici investisiyalar ölkə üzrə bütün investisiyaların 58,3%-ni təşkil etmişdir. Azərbaycan iqtisadiyyatına qoyulmuş xarici investisiyaların mənbələrini maliyyə kreditləri, neft sənayesinə qoyuluşlar, birgə müəssisələr və xarici firmalara investisiyalar təşkil edir. Xarici investisiyaları yönəldən dövlətlər içərisində Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya üstün mövqeyə malikdirlər. Xarici investisiyalar əsasən mədənçıxarma sənayesinə (90,6%) yönəldilmişdir. Gələcəkdə qeyri-neft sektorunun payının artırılması onun səmərəliliyini yüksəldə bilər.

2009-cu ildə ölkənin həm iqtisadi həm də sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə 7358,7 mln. manat investisiya yönəldilmişdir. Bunların 5881,4 mln. manatı daxili investisiyalar, 1477,3 mln. manat isə xarici investisiyalar təşkil etmişdir. Xarici investisiyanın 73% qeyri neft, 27% isə neft sektorunun payına düşür. Xarici investisiyanın 87,3%-i Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya və Türkiyə investorlarının payına düşür.

Əli-zadə Firdovsi Cavid oğlu Qərb Universitetinin Siyasi elmlər-politologiya fakültəsinin 2-ci kurs tələbəsi (119-cu qrup)

Azerbaycanın müstəqil dövətlər birliyi ilə əlaqələri

Azər Əliyev tərəfindən “İnşa” bolməsinə 11:32 15 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Müstəqil yaşamaq,taleyinin sahibi olmaq,öz dövlətini qurmaq hər bir xalqın arzusudur.Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır.Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur.Buna misal kimi müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarında yaradılmış Şirvanşahlar, Eldəgizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin adını çəkə bilərik.Şah İsmayıl Xətainin dövründə Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını birləşdirirdi və Azərbaycan dili dövlət dili səviyyəsinə yüksəldilmişdi. Xalqımız ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanmışdı.1998-ci ildə Azərbaycanda bütün islam dünyasında ilk demokratik respublika qurulmuşdur.Lakin bu respubilikanın ömrü qısa oldu.Belə ki, xarici müdaxilə, daxili çəkişmələr və digər amillər üzündən Azərbaycan Demokratik Cümhuriyyəti az vaxtdan – cəmi 23 aydan sonra süqut etdi.Ötən əsrin son onilliyinədək davam edən sovet hakimiyyəti illərində xalqımız dövlət müstəqilliyindən məhrum qalsa da, respubilikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmiş və müstəqillik üçün lazımı əsaslar yaratmışdır. Ötən əsrin sonlarında xalqımıza yenidən dövlət müstəqilliyinə qovuşmaq səadəti nəsib oldu.Sovet İttifaqı dağildıqdan sonra 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu. Həmin vaxtdan bəri xalqımız azad yaşayır,öz milli dövlətini möhkəmlədərək inkişaf etdirir. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır. Respubilikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilmişdir.Dövlət gerbi, himn, üçrəngli bayraq müstəqil dövlətimizin rəmzləridir. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.Respubilikamızda dövlət quruculuğunun əsasları bu Konstitusiya ilə təsbit olunub. Konstitusiyamıza əsasən,Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlətdir və ölkədə hakimiyyətin yeganə mənbəyi xalqdır.Müstəqil Azərbaycanın həyatında başqa bir əlamətdar hadisə 1994-cü ilin əvvəlində baş vermişdir – milli valyutamız manatdan ölkədə yeganə ödəniş vasitəsi kimi istifadə olunmağa başlanılmışdır. Bütün bunların sayəsində respubilikamızda həyat dəyişir, insanların rifah halı yaxşılaşır, yeni-yeni sosial layihələr həyata keçirilir, paytaxda, bölgələrdə genişmiqyaslı tikinti-abadlıq işləri aparılır.Yeni tikilən göydələnlər, nəhəng körpülər, rahat yollar müstəqil Azərbaycanın getdikcə artan iqtisadi qüdrətindən xəbər verir. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir.Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi, göstərmək hər birimizin müqəddəs borcudur.

. dəfə oxunub

Qiymət: 8/10(33 səs)
[qiymət ver 1 2 3 4 5 6 7 8 9 10 ]

Comments are closed, but trackbacks and pingbacks are open.