Press "Enter" to skip to content

Azərbaycan Respublikasının Konstitusiyası

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olnmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi.

Azərbaycan Respublikasının hal-hazırda qüvvədə olan Konstitusiyası suveren və müstəqil dövlətimizin ilk Konstitusiyasıdır. Bu Konstitusiya qəbul olunana kimi Azərbaycan Sovet Sosialist Respublikaının (Azərbaycan SSR-in) 1978-ci il Konstitusiyası ona edilmiş bir sıra düzəlişlərə (məsələn, respublika prezidentinin vəzifəsinin təsis edilməsi barədə və digər düzəlişlərlə) qüvvədə olmuşdur. 1978-ci il Konstitusiyası Azərbaycan SSR-in sayca üçüncü Konstitusiyası idi.
Azərbaycan SSR-in ilk (birinci) Konstitusiyası isə 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovet Qurultayında qəbul edilmişdir. Azərbaycan sosializm cəmiyyəti qurmaq bu Konstitusiyanın əsas və başlıca vəzifəsi hesab edilirdi.
Azərbaycan SSR-in ikinci Konstitusiyası 1937-ci il martın 14-də Fövqəladə Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdur. Bu Konstitusiya 1936-cı il dekabrın 5-də qəbul edilmiş SSR-in Konstitusiyasına əsaslanırdı. 1937-ci ilin Konstitusiyası o dövrün ictimai quruluşunu və dövlət quruluşunu təsbit edir, dövlət qurulucuğunu genişləndirir, Sovetlərə seçki sistemini, habelə ali və yerli dövlət hakimiyyəti orqanların təşkili və fəaliyyətinin əsas prinsiplərini müəyyən edir, respublika vətəndaşları üçün geniş hüquq və azadlıqlar élan edirdi.
Azərbaycan SSR-in üçüncü Konstitusiyası 1978-ci il aprelin 21-də 9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin növbədən kənar 7-ci sessiyasında qəbul edilmişdir.
Azərbaycan Respublikasının sayca dördüncü, müstəqil və suveren dövlətimizin ilk (birinci) Konstitusiyası isə 1995-ci il noyadrın 12-də referendum (ümumxalq səsverməsi) yolu ilə qəbul edilmişdir. Bu, Azərbaycan xalqının və dövlətin həyatında tarixi və əlamətdar hadisəyə çevrildi.
90-cı illərin əvvələrində başlayan Azərbaycan Respublikasının müstəqil dövlət olmasına doğru ilk addımlar atırdı. Belə ki, 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Ali Soveti özünü növbədənkənar sessiyasında qəbul etdi. Bu bəyannamə 1918-ci ildən 1920-ci ilədək müstəqil dövlət kimi mövcud olan, beynəlxalq birlik tərəfindən müstəqil dövlət kimi tanınan Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu élan etdi. Böyük əhəmiyyətə malik olan həmin sənəd Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda apardığı çoxillik mübarizənin yekunu oldu.
Bəyannamədən sonar Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabr ayın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etdi. Bu akt əsasında müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun siyasi və iqtisadi əsasları təsis olundu. Azərbaycan Respublikası rəsmi surətdə müstəqil dövlət élan edildi.
Əmrə əsaslanan və komanda iqtisadiyyatı hesab edilən sovet iqtisadiyyatının yerinə iqtisadiyyatın bazar modeli yaranmağa başladı. İstehsal alət və vasitələri, habelə torpaq üzərində xüsusi mülkıyyətə icazə verildi. İstehsal alət və vasitələri üzərində sosialist mülkiyyətinə və sosialist təsərrufat sisteminə son qoyuldu. İqtisadiyyat plan metodları üzrə yox, bazar münasibətləri üzrə inkişaf etdi. Mülkiyyətin müxtəlif formaları (dövlət, xüsusi və bələdiyyə mülkiyyəti) tanındı.
Ölkə demokratik konstitusiya quruluşuna keçdi. Respublikanın rəsmi adından “sovet”, “sosialist” kimi ifadələr çıxarıldı.
Hakimiyyətin bölgüsü prinsipinə əsaslanan dövlət hakimiyyəti təşkil edildi. Dövlət hakimiyyəti bu prinsip əsasında həyata keçirildi. Prezident postu təsis edildi. Dövlətin vahid (təkbaşına) başçısı olan prez ident xalq tərəfindən seçildi. Ölkədə qanunvericilik hakimiyyətini həyata keçirən parlament yarandı. Seçki sistemi demokratik əsaslar üzərində quruldu və təzələndi.
Vətəndaşlar geniş demokratik hüquq və azadlıqlardan istifadə etməyə başladılar. İnsan hüquq və azadlıqların məhkəmə müdafiəsini, şəxsiyyət və dövlətin qarşılıqlı məsuliyyəti gücləndi. Vətəndaşların hüquqi vəziyyəti (statusu) demokratik xarakter aldı.
Milli Məclis 1995-ci il mayın 2-də yeni qərar qəbul etdi. Bu qərarda Konstitusiya lahiyəsini hazırlayan komissiyanın tərkibi müəyyən olunurdu. Bu komissiyanın fəaliyyəti və gördüyü gərgin iş nəticəsində Konstitusiyanın lahiyəsi hazırlandı. Həmin layihə isə 1995-ci il oktyabrın 15-də ümumxalq müzakirəsinə çıxarıldı. 1995-ci il noyabrın 12-də respublikada referendum (ümumxalq səsverməsi) keçirildi. Bu yolla müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası qəbul edildi. Ona görə də noyabrın 12-i hər il ölkəmizdə Konstitusiya günü kimi qeyd edilir.

Fənn müəllimi: hüquqşunas, Fəls. dokt. Arıxov C.C.

Bunu paylaş:

Bunu bəyən:

Bəyən Yüklənir.

Published by minfakt

AMİ Zaqatala filialının tarix-coğrafiya fakültəsində oxuyur. minfakt tərəfindən yazılmış bütün yazılara bax

İyun 8, 2012

Cavab qoy Cavabı ləğv et

axtar

kateqoriya

  • AMİ Zaqatala filialı
  • Ana dili
  • Ümumi
  • Bürclər
  • Cebr
  • Coğrafiya
    • Azərbaycan coğrafiyası
    • Coğrafiyanın tədrisi metodikası
    • Landşaftşünaslıq
    • Materiklər coğrafiyası
    • Meteorologiya
    • Okeanların fiziki coğrafiyası
    • Regionların soial-iqtisadi coğrafiyası
    • Toponimika
    • Yerşünaslıq
    • İqtisadi coğrafiya
    • Artistlər
    • Bilirsinizmi .
    • Mahnı sözləri
    • Şəxsiyyətlər
    • Arxeologiya
    • Asiya tarixi
    • Azərbaycan tarixi
    • Konstitusiya
    • Mənbəşünaslıq
    • Qafqaz xalqlarının tarixi
    • Türk xalqlarının tarixi

    Azərbaycan Respublikasının Konstitusiyası

    Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olnmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

    Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.

    Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.

    Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

    Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib. 24 avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31, 2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik edilib. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlər, habelə yeni 6 maddə əlavə edilib.

    Ölkəmizdə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.

    Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

    – Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

    – Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

    – vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

    – xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

    – ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;

    – ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

    Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi – referendum yolu ilə bu Konstitusiya qəbul edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.