Press "Enter" to skip to content

Azərbaycanlı İŞİD-çilərə hökm oxundu (SİYAHI)

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Külli miqdarda pul və qızıl mənimsəyən lombard işçisinə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə dələduzluqda təqsirləndirilən Azər Sevindik oğlu Şıxverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-i buradan izləyin

Bakı. Samir Əli – Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə dələduzluqda təqsirləndirilən Azər Sevindik oğlu Şıxverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Şıxverdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Lalə Saleh qızı İbrahimova polisə ərizə ilə müraciət edərək bildirib ki, Yasamal rayonu Nizami küçəsi 63-də yerləşən “Turan Bank”ın nəzdində olan lombardda işləyən Azər Sevindik oğlu Şıxverdiyevə bir gün saxlamaq adı ilə 14 840 manat və qızıl zinət əşyalarını verib. A.Şıxverdiyev müxtəlif bəhanələrlə pulu və qızılı geri qaytarmayıb. Daha sonra A.Şıxverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Azərbaycanlı İŞİD-çilərə hökm oxundu (SİYAHI)


BAKU.WS
–in məlumatına görə, məhkəmədə Bəhruz Rəsulov, Nadir Əlixanov, Elşən Qurbanlı, Kamran Əizov və Tural Məmmədova hökm oxunub.
Bəhruz Rəsulov 12 il, Nadir Əlixanov, 13 il, Elşən Qurbanlı, Kamran Əizov və Tural Məmmədov 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, ötən il Milli Təhlükəsizlik Nazirliyi Suriyaya döyüşə yollandıqları bildirilən 26 nəfəri saxlamışdı. Həbs edilən digər şəxslərə gəlincə, Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov, Maarif Mərdanov və Elşən Qurbanlı 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriyadakı radikal silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak ediblər.

Həbs edilən Elşən Qurbanlı qeyriləri ilə birlikdə Suriya və İraq ərazilərində qanunsuz silahlı birləşmələrə qoşulmaq məqsədilə 2014-cü ilin may ayında Türkiyəyə, oradan isə “Əbu-Bəkr” ləqəbli şəxsin vasitəsilə qanunsuz yolla Suriyaya gedib. Elşən Qurbanlı İŞİD-in özünün paytaxtı elan etdiyi Suriyanın Raqqa şəhərində radikal dini və hərbi təlimlərdə iştirak edib. Təlimlər bitdikdən sonra E.Qurbanlı öz istəyi ilə şəxsiyyəti istintaqla araşdırılan “Xattab” ləqəbli “əmir”in rəhbərlik etdiyi “Azəri camaatı” adlı qanunsuz silahlı dəstənin tərkibinə daxil olub. Bundan sonra E.Qurbanlı və digərləri İŞİD-in tərkibində 2014-cü ilin avqust ayında İraqın Anbar vilayətinin Hədisə şəhəri ətrafındakı hərbi əməliyyatlarda iştirak ediblər. Silahlı dəstə hücum planlaşdırarkən baş vermiş partlayış nəticəsində 35 nəfər ölüb, E.Qurbanlı isə yaralanaraq Suriya ərazisinə qayıdıb.

Ziya Səccad
BAKU.WS

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.