Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi” nin təsdiq edilməsi barədə
1.“Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
Tarixi
Mil düzü rayonları qrupuna daxil olan Beyləqan rayonu 24 noyabr 1939-cu ildə yaranmış və Jdanov rayonu adlandırılmışdır. Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək Beyləqan rayonu adlandırılmışdır.
Beyləqan rayonunda adı verilmiş Beyləqan şəhərinin adı tarixi mənbələrdə fərqli adlarla verilmişdir.Paytakaran, Balasakan, Bilgan, Bilaqan, Millər, Beyləqan.Adı fərqli olduğu kimi, adının mənası ilə də bağlı müxtəlif fikirlər mövcuddur.Mənbəyə görə toponim (əsl qədim və yerli adı Biləqan) Altay dillərində olan “pilə” (düzən açıq yer) və “qan” (məkan) sozlərinin birləşməsindən yaranmışdır, və “düzənlik yer, çöl” mənasını verir və vaxtilə Mil düzünün adı olmuşdur.Digər mənbəyə görə, Beyləqan şəhəri Bərdə-Ərdəbil karvan yolunun üstündə yerləşdiyi üçün burada ticarət inkişaf etmiş, şəhər mühüm ticarət mərkəzlərindən bir olmuşdur (IX – XII əsrlər). Beyləqan adının yaranmasıda bu yolla əlaqəlidir.Belə ki, Beyləqan – bel yolu, ticarət yolu və yaxud ticarət aparılan yer anlamındadır.Digər fikirlərə görə, Beyləqan sözü burada vaxtı ilə yaşayan “bel” tayfasının adı ilə bağlıdır, yəni “bel” tayfasının məskunlaşdığı, yaşadığı yer anlamındadır.Mənbələrdə insanların ən çox istifadə etdiyi yol “Bel yolu” mühüm karvan yolu olduğu qeyd olunmuş və bu yolun dayanacaq yeri göstərilmiş, hətta karvan yolunun xəritəsi verilmişdir.Beləki Nailə Vəlixanlının “IX-XII əsr ərəb coğrafiyaşünas səyahlarının Azərbaycanda olan orta əsr ticarət karvan yolları haqqında məlumat verilir.””Yollar və məmləkətlər kitabında” isə yazılır: “Bərdədən Yunana 7 Fərsəx (1 fərsəx – təxminən 6 -8 km dir.), Yunandan Beyləqan şəhərinə 7 fərsəxdir” Mənbələrdəndə göründüyü kimi, Beyləqan şəhəri Dərbənd – Bərdə – Beyləqan – Ərdəbil karvan ticarət yolunun üstündə yerləşirdi.Hətta böyük ipək yolunun şimal-cənub xətti (Dərbənd Ərdəbil yolu) qədim Beyləqandan keçmişdir.Beyləqan tacirləri bu yol vasitəsiilə Çin, Hindistan, İran, Bizans, Gürcüstan və başqa ölkələrlə ticarət əlaqəsi qurmuşlar.
Maddi-Mədəni irsi :Beyləqan rayonunda bir neçə tarixi abidə mövcuddur. Bunlar Həzrəti Cərgiz Peyğəmbər ziyarətgahı, orta əsrlər dövrünü əhatə edən qədim Beyləqan şəhər xarabalığı (Örənqala) və Soltanbud təpəsidir.
Həzrəti Cərcis Peyğəmbər ziyarətgahı XVII-XVIII əsrlərdə tikilmişdir. Hal-hazırda bu ziyarətgah Azərbaycanın bütün bölgələrindən, eləcə də İrandan, Gürcüstandan, Dağıstandan və Orta Asiya ölkələrindən gələn müsəlmanların inam və səcdə yeridir.
Beyləqan şəhər xarabalığı Örənqala tarixi abidəsi rayondan 18 km aralıda yerləşən Kəbirli kəndinin yaxınlığındadır. Burada qədim Beyləqan şəhəri mövcud olmuşdur. Tarixi məlumatlara görə əsası V əsrdə qoyulmuş Beyləqan şəhəri dövrünün ən iri ticarət və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu şəhər XIII əsrdə monqol-tatarların işğalına məruz qalaraq tamamilə dağılmışdır. XIV əsrdə Əmir Teymur tərəfindən şəhərin yenidən inşasına başlansa da, onun ölümü ilə əlaqədar olaraq başlanmış işlər yarımçıq qalmışdır. XVI əsrdən bəri şəhər xarabalığa çevrilmiş və bir daha bərpa olunmamışdır.
Bundan əlavə, rayon Mədəniyyət şöbəsinin mühafizəsində olan aşağıdakı tarixi, memarlıq və incəsənət abidələri mövcuddur :
Tarix diyarşünaslıq muzeyi,
Qədim Beyləqan şəhər xarabalığı (Örənqala)
Mücirəddin Beyləqaninin heykəli,
Həzrəti Cərgiz Peyğəmbər ziyarətgahı,
Həzrəti Cərgiz Peyğəmbər ziyarətgahında Məscid kompleksi
Saray təpəsi,
Soltanbud qəbristanlığı,
Seyid Əminə Xatın türbəsi,
Əminə Xatın məscidi,
Kərbəlayı Seyid Ağa türbəsi,
Hacı Seyid Əli Ağa türbəsi,
Gəray Əsədovun ev muzeyi,
Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə kompleksi,
Sevil Qazıyevanın ev muzeyi və büstü,
Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun xatirəsində ucaldılmış abidə,
Türklər məscidi,
Əmək birliyi abidəsi,
Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü.,
Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə abidə kompleksi,
31 Mart azərbaycanlıların soyqırımı abidə kompleksi,
Ümummilli liderimiz Heydər Əliyevin heykəli,
Heydər Əliyev mərkəzi,
Gənclər mərkəzi,
Şahmat məktəbi
Tarixi və Memarlıq abidələri :Beyləqan rayonu ərazisində çoxlu sayda həm arxeoloji, həmdə memarlıq abidələri mövcuddur.Onların tədqiqi bu ərazidə yaşayanın 6000 ildən çox yaşı olduğunu sübuta yetirir.
Tarixi-arxeoloji abidələr.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfində qeydə alınan respublika əhəmiyyətli tarixi-arxeoloji abidələr bunlardır.Beyləqan yaşayış yeri(Örənqala), I-Çardaxlı yaşayış yeri, Çatal təpə, Kültəpə yaşayış yeri, Sarıtəpə qəbiristanlğı, Qaratəpə yaşayış yeri, Saraytəpə yaşayış yeri, Təzəkənd yaşayış yeri, Küp qəbirləri nekropolu, Birinci Sultanbud yaşayış yeri, İkinci Sultanbud yaşayış yeri, Sultanbud qəbiristanlığı, Beyləqan qalası.
Tarixi-memarlıq və incəsənət abidələri.Beyləqan ərazisindəki tarixi-memarlıq və incəsənət abidələri bunlardır: Əmək birliyi abidəsi, Akif Əkbərovun büstü, Böyük vətən müharibəsində həlak olanların şərəfinə ucaldılmış abidə, Cərcis Peyğəmbər türbəsi, Dünyamallar məscidi, “Əmək birliyi”abidəsi, Gəray Əsədovun büstü, Gəray Əsədovun ev muzeyi, Hacı Seyid Əli Ağa məscidi, Heydər Əliyev muzeyi, Heydər Əliyev adına mədəniyət və istirahət parkı, Heydər Əliyevin abidəsi, Həzi Aslanovun büstü, İlham Quliyevin büstü, İlqar Qurbanovun büstü, Kərbəlayi Seyid Ağa türbəsi, Qala təpə, Qarabağ müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə, Qədim Əliyevin büstü, Mehdi Mehdizadənin büstü, Mücirəddin Beyləqaninin heykəli, Mücirəddin Beyləqani parkı, Namiq Allahverdiyevin büstü, Nazim Quliyevin büstü, Nəriman Nərimanovun büstü, Rizvan Nəsirovun büstü, Seyid ağa türbəsi, Seyid Aminə Xatun məscidi, Seyid Aminə Xatun türbəsi, Seyid Miryusif Ağa türbəsi, Sevil Qazıyevanın büstü və ev muzeyi, Saray təpəsi, Türklər məscidi, Soltanbud təpəsi və sair..
Ziyarətgahlar.Beyləqan rayonunun əhalisi müqəddəs dinimizə bağlı, inanclı, imanlı insanlardır.Ta qədimdən Allaha tapınmış bu insanlar zaman zaman öz istək və arzularını müqəddəs ziyarətgahlarda dilə gətirmiş, burada ibadət etmişlər.Əhalinin ən çox üz tutduğu belə məknalardan biri Həzrəti Cərcis peyğəmbər ziyarətgahıdır.Bu ziyarətgah Həzrəti Cərcis peyğəmbərin məzarı üzərində tikilmiş türbədən ibarətdir. Azərbaycan ərazisində yeganə peyğəmbər məzarı Beyləqan ərazisindədir.Elə ona görədə Beyləqanı Peyğəmbər yurdu Peyğəmbər diyarı adlandırırlar.Rayon ərazisində bir sıra ziyarətgahlar var : Cərcis Peyğəmbər ziyarətgahı, Seyid Ağa ziyarətgahı, Seyid Aminə Xatun ziyarətgahı, Seyid Xırda ziyarətgahı, Seyid Miryusif Ağa ziyarətgahı, Hacı Seyid Əli Ağa ziyarətgahı.
Qəbirüstü daş abidələr.Ölən insanın xatirəsini əbədiləşdirmək üçün ötən əsrlərdə qəbir üzərində ucaldılmış daş abidədir.Bu cür qədim daş abidələrə Beyləqan ərazisində sıx sıx rast gəlinir.Qəbirüstü daş abidələrin bir hissəsi Cərcis Peyğəmbər ziyarətgahı ərazisində, digər hissəsi isə rayon Tarix Diyarşünaslıq həyətində yerləşdirilmişdir.
Bu yurdun ad-san qazanmış oğul və qızları.Qədim Beyləqan diyarının adını tarixə yazan, ona ad san qazandıran bu yurdun dəyərli, qəhrəman oğul və qızları olmuşdur.Onların əməyi, dəyanəti, sücəti olmasaydı, bu gün yəqinki, nə indiki Beyləqan olardı nə də onun tarixindəi şərəfli adı.Tarixu və ədəbi qaynaqlarda onların haqqında söhbətlər açılmış, qəhrəmanlıq yollarından, sənətkarlıq məharətlərindən elmdə və ədəbiyyatda qazandıqları uğurlardan danışılmışdır.Tarixi keçmişimizin dəyərli isimləri bu yurda şöhrət gətirmişlər.Məsud Ibn Namndar, Mücirəddin Beyləqani, Nəcməddin Beyləqani, Şihabəddin Beyləqani, Qəssab Müsafir, Əbu Musa, Həsən İbn Zəki-əl Beyləqani, Qaçaq Kazım. Tarix və Ədəbiyyat kitablarından oxuyub bildiyimiz, rəvayətlərdən eşitdiyimiz, yaxud bizim müasirimiz olan insanlar olmuşlar.Onlardan bir çoxu tək bu yurdun deyil, bütün Azərbaycanın şərəf salnaməsində yer tuturlar.
Elm xadimləri: Əsgər Abdullayev, Tahir Ağayev, Əbiş Allahverdiyev, Vaqif Allahverdiyev, Rəvan Babayev, Kənan Bəşirov, Asif Cavadov, Hidayət Cəfərov, Sədi Cəfərov, İltifat Əliyarlı, Süleyman Əliyarlı, Dursun Əliyeva, Məhərrəm Əliyev, Ələmdar Fərzəliyev, Mahmud Fətiyev, Səməd Hacıyev, Eldar Hüseynov, Babakişi Kərimov, Nazir Kərimov, Alış Qasımov, Kərəm Quliyev, Vilayət Quliyev, Xalidə Quliyeva, Əyyub Məmmədov, Yunis Salahov, Nizami Seyidəliyev, Kamil Məmmədov, Yavər Vəliyev, Elmira Zeynalova və.s.
Sovet ittifaqı Qəhrəmanı: Gəray Əsədov .
Sosialist əməyi qəhrəmanları: Gülzar Abdullayeva, Gülüstan Ağayeva, Güllü Cabbarova, Maral Cəfərova, Allahqulu Hacıyev, Mülayim Həsənova, Bahadur Hüseynov, Rəşid İmanov, Sərdar İmrəliyev, Sevil Qazıyeva, Əhməd Əhmədov, Bərşad Quliyev, Mürsəl Mehrəliyev, İmran Məmmədov, Hüseyn Pənahov, Havvaxanım Rzayeva, Əlibala Şirinov, Əskinaz Usubova.
Azərbaycan Respublikasının Milli Qəhrəmanları: Namiq Allahverdiyev, Akif Əkbərov, Mətləb Quliyev, Nazim Quliyev.
Azərbaycan Respublikası Milli Məclisinin Deputatı: Şahin İsmayılov, Çingiz Qənizadə.
Yazarlar: Ağa Savalanlı, Asif Cəfərli, Bəhram Fərmanzadə, Elman İsrafiloğlu, Zakir Əliyev, Əsəd Cahangir, Faiq Dərgahov, İbrahim Kəbirli, İslam Kəbirli, Məmməd Oruc, Arif Mədətov, Oqtay Mədətov, Nigar Fətiyeva, İltizam Rüstəmov, Səxavət Sahil, Səmədxan Beyləqanlı, Şəfəq Nasir, Tamara Vəliyeva, Vaqif Cəfərli, Yusif Nəgməkar, Zəki Beyləqani, Zülfüqar Şahsevənli və.s
Fəxri adlar almış sənət sahibləri: İsfəndiyar Quliyev, Fərman Hacıyev, Cavanşir Məmmədov, Zakir Bəndəliyev, Tamara Əhmədova, Əli Əsgərov, Mustafa Hacıyev, Rəsul Hüseynov, Dadaş Xələfov, Sona Qazıyeva, Fatma Məmmədova, Mərziyyə Nəcəfova, , Mirəli Talıbov, Əlabbas Vəliyev, Vahid Quliyev, Vüqar Abbasov, Nahidə Ağayeva və.b
İdmançılar: Köçəri Beyləqanlı, Namiq Quliyev, Nurəddin Beyləqanlı, Zülfiyyə Hüseynova, Şahin Diniyev, Sevindik Əhmədov, Misir Xudaverdiyev, Eldəniz Tahirov, Sahib Nəsibov və.b
“Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi” nin təsdiq edilməsi barədə
1.“Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və digər mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılsın ki, mərkəzi icra hakimiyyəti orqanları haqqında əsasnamələrin layihələri hazırlanarkən bu Fərmanın 1-cı bəndi ilə təsdiq edilən Nümunəvi Əsasnamə nəzərə alınsın.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2006-cı il
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə
Mərkəzi icra hakimiyyəti orqanlarının
NÜMUNƏVİ ƏSASNAMƏSİ
I. ÜMUMİ MÜDDƏALAR
1. Mərkəzi icra hakimiyyəti orqanı (bundan sonra – Orqan) qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirir.
2. Orqan öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və həmin Orqan haqqında Əsasnaməni rəhbər tutur.
3. Orqan öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4. Orqan müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. Orqanın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
6. Orqan Bakı şəhərində yerləşir.
II. ORQANIN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
7. Orqanın fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
7.2. müvafiq sahənin inkişafını təmin edir;
7.2-1. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;
7.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
III. ORQANIN VƏZİFƏLƏRİ
8. Orqan həmin Orqan haqqında Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
8.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;
8.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.3. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;
8.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.5. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;
8.6. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquqmüəyyənedici sənədlər vermək;
8.7. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
8.8. müvafiq sahədə tələbatın ödənilməsini təmin etmək;
8.9. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;
8.10. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
8.11. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;
8.12. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;
8.13. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
8.14.. Orqanın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
8.15. Orqanın fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
8.16. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
IV. ORQANIN HÜQUQLARI
9. Orqan öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
9.2. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
9.3. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
9.4. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
9.5. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
9.7. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
9.8. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq//çıxarılıb//;
9.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. ORQANIN FƏALİYYƏTİNİN TƏŞKİLİ
10. Orqanın //çıxarılıb// aparatı və onun strukturuna daxil olan qurumlar (regional orqanlar, ikili tabelikdə olan yerli bölmələr və sair) və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Orqanın vahid sistemini təşkil edir. Orqan öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
11. Orqanın işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Orqanın strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən //çıxarılıb// müəyyən edilir. Orqanın strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
12. Orqanın fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs (nazir, sədr və s.) rəhbərlik edir. Orqanın rəhbəri Orqana həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
13. Orqanın rəhbərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini (müavinləri) vardır.
Orqanın rəhbərinin müavini ona Orqanın rəhbəri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
14. Orqanın rəhbəri:
14.1. Orqanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
14.2. Orqanın aparatının struktur bölmələrinin, tabeliyində olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 17-1-ci bəndində Orqanın kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;
14.2-1. Orqanın tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini təsdiq edilmək üçün qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edir;
14.3. //çıxarılıb// müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Orqanın aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
14.4. Orqanın //çıxarılıb// aparatının işçilərini, yerli və digər orqanlarının rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, ikili tabelikdə olan yerli orqanların rəhbərlərini isə qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilməsi üçün təqdimatlar verir, həmçinin digər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
14.5. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Orqanda qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
14.6. Orqanın vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
14.7. Orqanı təmsil edir.
15. Orqanda Orqanın rəhbərindən (kollegiyanın sədri), onun müavinindən (müavinlərindən), Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının (əgər vardırsa) rəhbərindən və Orqanın rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Orqanın kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.
16. Orqanın kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
17. Orqanın kollegiyası öz iclaslarında Orqanın fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
17-1. Orqanın kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:
17-1.1. Orqanla digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;
17-1.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Orqana tapşırılmış konkret normativ hüquqi aktlar;
17-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;
17-1.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;
17-1.5. Orqanın rəhbərinin təşəbbüsü ilə Orqanın kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 14.2-ci yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;
17-1.6. bu Əsasnamənin 17-1.1–17-1.5-ci yarımbəndlərinə uyğun olaraq Orqanın kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklərin edilməsi.
18. Orqanın kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Orqanın kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Orqanın kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
20. Orqanın kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Orqanın rəhbəri bu barədə bu Əsasnamənin 16-cı bəndinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və ya Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Orqanın kollegiyasının üzvləri şəxsi fikirlərini bu Əsasnamənin 16-cı bəndinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və ya Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
21. Orqanın kollegiyasının iclaslarına, zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların //çıxarılıb//, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.
22. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün orqanda ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər. //çıxarılıb//
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 29 mart 2006-cı il tarixli 384 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, № 3, maddə 235 )
2. 28 sentyabr 2007-ci il tarixli 632 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 870)
3. 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970)
4. 14 may 2009-cu il tarixli 91 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 may 2009-cu il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 5, maddə 323)
5. 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)
6. 14 mart 2012-ci il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 16 mart 2012-ci il, № 61, “Azərbaycan” qəzeti 18 mart 2012-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 198)
Похожие статьи
-
Azərbaycan tarixi sxemlərdə xəritələrdə
TARİX İNSTİTUTU I. Bu Qanunun tələblərinə ciddi əməl etməklə yollarda hərəkət təhlükəsizliyinə nəzarəti yalnız Azərbaycan Respublikasının müvafiq icra…
-
Azrbayca eldnizlr atabylr sülalsinin hakimiyyti düvründ z.bunyadov
Ziya Bünyadovun qətlində iştirak edən şəxsin atasından növbəti şok açıqlamalar – FOTOLAR За годы войны Зия Буниятов был несколько раз ранен и контужен,…
-
Azərbaycan respublikasının əmək məcəlləsi 2018
İlham Əliyevdən YENİ VACİB QƏRAR MƏŞĞULLUQ SAHƏSİNDƏ SOSİAL TƏMİNATLAR VERGİLƏR 2019-cu il yanvarın 1-dən məcburi dövlət sığorta haqlarının…
-
Azərbaycan respublikasının təhsil qanunu 2019 yukle
Hukuk bloğu 21.1. Orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun оlaraq, ümumi оrta təhsil və tam оrta təhsil bazasında ayrı-ayrı…
-
Azerbaycan thsil qanunu kitabi
Azerbaycan thsil qanunu kitabi 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: Azerbaycan thsil qanunu kitabi You are using an…
Comments are closed, but trackbacks and pingbacks are open.