Press "Enter" to skip to content

Azrbayca eldnizlr atabylr sülalsinin hakimiyyti düvründ

12. Orqanın fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs (nazir, sədr və s.) rəhbərlik edir. Orqanın rəhbəri Orqana həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

“Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi” nin təsdiq edilməsi barədə

1.“Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və digər mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılsın ki, mərkəzi icra hakimiyyəti orqanları haqqında əsasnamələrin layihələri hazırlanarkən bu Fərmanın 1-cı bəndi ilə təsdiq edilən Nümunəvi Əsasnamə nəzərə alınsın.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2006-cı il

Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə

Mərkəzi icra hakimiyyəti orqanlarının

NÜMUNƏVİ ƏSASNAMƏSİ

I. ÜMUMİ MÜDDƏALAR

1. Mərkəzi icra hakimiyyəti orqanı (bundan sonra – Orqan) qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirir.

2. Orqan öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və həmin Orqan haqqında Əsasnaməni rəhbər tutur.

3. Orqan öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Orqan müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Orqanın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Orqan Bakı şəhərində yerləşir.

II. ORQANIN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

7. Orqanın fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

7.2. müvafiq sahənin inkişafını təmin edir;

7.2-1. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;

7.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. ORQANIN VƏZİFƏLƏRİ

8. Orqan həmin Orqan haqqında Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

8.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.3. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;

8.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.5. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;

8.6. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquqmüəyyənedici sənədlər vermək;

8.7. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

8.8. müvafiq sahədə tələbatın ödənilməsini təmin etmək;

8.9. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

8.10. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

8.11. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;

8.12. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

8.13. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

8.14.. Orqanın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.15. Orqanın fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.16. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. ORQANIN HÜQUQLARI

9. Orqan öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

9.2. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

9.3. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.4. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

9.5. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

9.7. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.8. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq//çıxarılıb//;

9.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. ORQANIN FƏALİYYƏTİNİN TƏŞKİLİ

10. Orqanın //çıxarılıb// aparatı və onun strukturuna daxil olan qurumlar (regional orqanlar, ikili tabelikdə olan yerli bölmələr və sair) və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Orqanın vahid sistemini təşkil edir. Orqan öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

11. Orqanın işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Orqanın strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən //çıxarılıb// müəyyən edilir. Orqanın strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

12. Orqanın fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs (nazir, sədr və s.) rəhbərlik edir. Orqanın rəhbəri Orqana həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

13. Orqanın rəhbərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini (müavinləri) vardır.

Orqanın rəhbərinin müavini ona Orqanın rəhbəri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

14. Orqanın rəhbəri:

14.1. Orqanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. Orqanın aparatının struktur bölmələrinin, tabeliyində olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 17-1-ci bəndində Orqanın kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;

14.2-1. Orqanın tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini təsdiq edilmək üçün qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edir;

14.3. //çıxarılıb// müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Orqanın aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

14.4. Orqanın //çıxarılıb// aparatının işçilərini, yerli və digər orqanlarının rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, ikili tabelikdə olan yerli orqanların rəhbərlərini isə qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilməsi üçün təqdimatlar verir, həmçinin digər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

14.5. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Orqanda qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

14.6. Orqanın vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

14.7. Orqanı təmsil edir.

15. Orqanda Orqanın rəhbərindən (kollegiyanın sədri), onun müavinindən (müavinlərindən), Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının (əgər vardırsa) rəhbərindən və Orqanın rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Orqanın kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.

16. Orqanın kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

17. Orqanın kollegiyası öz iclaslarında Orqanın fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

17-1. Orqanın kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

17-1.1. Orqanla digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

17-1.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Orqana tapşırılmış konkret normativ hüquqi aktlar;

17-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;

17-1.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;

17-1.5. Orqanın rəhbərinin təşəbbüsü ilə Orqanın kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 14.2-ci yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;

17-1.6. bu Əsasnamənin 17-1.1–17-1.5-ci yarımbəndlərinə uyğun olaraq Orqanın kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklərin edilməsi.

18. Orqanın kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Orqanın kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Orqanın kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

20. Orqanın kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Orqanın rəhbəri bu barədə bu Əsasnamənin 16-cı bəndinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və ya Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Orqanın kollegiyasının üzvləri şəxsi fikirlərini bu Əsasnamənin 16-cı bəndinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və ya Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

21. Orqanın kollegiyasının iclaslarına, zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların //çıxarılıb//, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.

22. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün orqanda ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər. //çıxarılıb//

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 29 mart 2006-cı il tarixli 384 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, № 3, maddə 235 )

2. 28 sentyabr 2007-ci il tarixli 632 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 870)

3. 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970)

4. 14 may 2009-cu il tarixli 91 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 may 2009-cu il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 5, maddə 323)

5. 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)

6. 14 mart 2012-ci il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 16 mart 2012-ci il, № 61, “Azərbaycan” qəzeti 18 mart 2012-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 198)

Azrbayca eldnizlr atabylr sülalsinin hakimiyyti düvründ

Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

NOVRUZ ŞƏNLİKLƏRİNDƏ YANĞIN TƏHLÜKƏSİZLİYİ QAYDALARINA ƏMƏL EDİLMƏLİDİR!
08 mart 2023
DAŞKƏSƏN RAYON POLİS ŞÖBƏSİ 8 MART MÜNASİBƏTİLƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN QIZ ÖVLADLARINI EVLƏRİNDƏ TƏBRİK EDİB
08 mart 2023
DAŞKƏSƏNDƏ 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB
07 mart 2023

Son xəbərlərBütün xəbərlər

08 mart 2023 NOVRUZ ŞƏNLİKLƏRİNDƏ YANĞIN TƏHLÜKƏSİZLİYİ QAYDALARINA ƏMƏL EDİLMƏLİDİR!

Yurdumuza bahar gəlir. Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı ilə bağlı müxtəlif mərasimlər, o cümlədən çərşənbə axşamları təşkil olunan tədbirlər zamanı bir sıra hallarda yanğın təhlükəsizliyi qaydalarının pozulması ağır.

07 mart 2023 DAŞKƏSƏNDƏ 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

07 mart 2023 DAŞKƏSƏNDƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI İCTİMAİ MÜZAKİRƏ TƏŞKİL OLUNUB

06 mart 2023 DAŞKƏSƏNDƏ DİNİ RADİKALİZMLƏ MÜBARİZƏ MÖVZUSU MÜZAKİRƏ OLUNUB

03 mart 2023 DAŞKƏSƏNDƏ ARIÇILIĞIN İNKİŞAFINA NÖVBƏTİ DƏSTƏK LAYİHƏSİ HƏYATA KEÇİRİLƏCƏK

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ YANINDA İCTİMAİ ŞURADA ÜZVLÜYƏ NAMİZƏDLƏRƏ DAİR TƏLƏBLƏR VƏ ONLARIN QEYDİYYATI QAYDASI

“İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 6.1 maddəsinə və “İctimai Şuranın Vətəndaş Cəmiyyəti.

Comments are closed, but trackbacks and pingbacks are open.