Press "Enter" to skip to content

Azərbaycan 2020 gələcəyə baxış inkişaf konsepsiyası

hazırlanıb çap edilməsi;

«AZƏrbaycan 2020: GƏLƏCƏYƏ baxiş» İNKİŞaf konsepsiyasi çƏRÇİVƏSİNDƏ ƏDƏBİyyatşÜnasliq elmiNİn perspektiV İNKİŞaf iSTİqaməTLƏRİ

ənənələri Azərbaycanın dövlət müstəqilliyi şəraitində davam etdirməsindədir.

Humanitar elmimizin başqa sahələri kimi, ədəbiyyatşünaslığın da başlıca məq-

sədi – müstəqil dövlətçiliyimizin möhkəmlənməsində öz rolunu oynamaq, bu

Bu başlıca məqsədi gerçəkləşdirmək üçün ədəbiyyatşünaslıq elmi qarşısında

duran perspektiv inkişaf istiqamətlərini aşağıdakı kimi təxmin etmək olar:

Qloballaşma və mədəni inteqrasiya dövründə Azərbaycan xalqının milli

mentalitetinin qorunub gücləndirilməsinə xidmət edən istər klassik, istərsə də, müasir

ədəbi əsərlərin, özəlliklə Azərbaycan xalqının mədəni-mənəvi problemlərini yüksək

sənətkarlıqla əks etdirən bədii nümunələrin çağdaş elmi səviyyədə tədqiqi və təqdimi;

Dövlət müstəqilliyi kontekstində ədəbi-nəzəri fikrin yeni obyektiv statusu-

nun və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

Elmlərin konvergensiyası şəraitində ədəbiyyatşünaslıq elminin başqa elm

sahələri ilə əlaqələrinin gücləndirilməsi yollarının axtarılması;

Komparativist ədəbiyyatşünaslıq çərçivələrində Azərbaycan ədəbiyyatşünas-

lıq elminin qlobal mövqelərinin müəyyənləşdirilməsi;

Klassik Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı kontekstində layiqli

yerinin müəyyən edilməsi və həqiqi dəyərinin verilməsi barədə yeni, fundamental

elmi-tədqiqat əsərləri yazaraq, bunların tərcümə edilib, çağdaş informasiya vasitələri

ilə dünya xalqlarına çatdırılması;

Senzurasızlıq şəraitində həqiqi sənət əsərlərinin ədəbi ballastdan ayırd

edilməsi və istedadlı sənətkarların yaradıcılığının stimullaşdırılması;

Kadr hazırlığı sahəsində seçim edərkən həm Şərq, həm də Avropa dillərini

bilən, klassik ədəbiyyata yaxşı bələd olan hərtərəfli hazırlıqlı gənclərə üstünlük

Şərq poetika elminin və fəlsəfəsinin tətbiq edilməsi hesabına Azərbaycan

ədəbiyyatşünaslıq elminin milli simasının daha aydın cizgilərlə təzahürünə nail olun-

Ədəbiyyatşünaslıq elminin elektron informasiya bazasının yaradılması və

Bu vəzifələrin öhdəsindən gəlmək üçün akademik ədəbiyyatşünaslıq elmi öz

fəaliyyətini 5 istiqamətdə qurmağı planlaşdırır:

1. Azərbaycan ədəbiyyatı tarixçiliyi – bu istiqamətdə:

4 cildi nəşr olunmuş 6 cildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin qalan

cildlərinin 2012-2013-cü illərdə nəşri;

Farsdilli ədəbiyyatda Azərbaycan poeziya məktəbi problemi barədə

monoqrafik araşdırmaların davam etdirilməsi;

Əsərləri humanist və fəlsəfi-didaktik fikirlər aşılayan dünya şöhrətli klassiklə-

rimiz Xətib Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi və başqalarının həyatı, yaradı-

cılığı, tədqiqi haqqında ensiklopediyaların hazırlanması

İslami təsəvvüf və bədii yaradıcılıq probleminin (Xaqani Şirvani, Nizami

Gəncəvi, Şəbüstəri, Marağalı Övhədi, Nəsimi və Füzulinin yaradıcılığı əsasında)

tədqiqində yaxın elm sahələri ilə (tarix, fəlsəfə, dilçilik, incəsənət, psixologiya,

iqtisadiyyat və s.) birgə fəaliyyət göstərilməsi və bu məqsədlə Humanitar və İctimai

Elmlər Bölməsinin təşəbbüsü ilə yaradılacaq «Sufizm laboratoriyası»nın işində

yaxından iştirak etmək;

Klassik Azərbaycan ədəbiyyatı və islami dəyərlər mövzusunda tədqiqatların

Nizami Gəncəvi irsinin dünya ədəbiyyatşünaslığında öyrənilməsi problemlərini

izləmək və köhnə stereotiplərin aradan qaldırılması üçün lazımi tədbirləri görmək;

Müasir elmi-nəzəri fikrin tələbləri baxımından Azərbaycan ədəbiyyatı

klassiklərinin irsinin tədqiqini genişləndirmək üçün onların müasir Azərbaycan dilinə

filoloji tərcüməsini yerinə yetirmək. Burada İsmayıl ibn Yəsar, Musa Şəhəvat,

Əbulabbas əl-Əma, Mənsur Təbrizi, Məsud Namdar oğlu, Eynəlqüzat Miyanəçi,

Xətib Təbrizi, Şihabəddin Suhrəvərdi, Xaqani Şirvani, Mücirəddin Beyləqani, Fələki

Şirvaninin əsərləri nəzərdə tutulur;

Klassik Azərbaycan ədəbi-bədii irsini təbliğ etmək və geniş yayılmış dünya

dillərinə onları tərcümə etmək üçün klassiklərimiz haqqında seriya şəklində yazılan

Orta əsrlər Azərbaycan ədəbi abidələrinin indiyə qədər diqqətdən kənarda

qalmış mətnlərinin çapa hazırlanması və monoqrafik tədqiqi;

Yazılı ədəbiyyatda «Kitabi-Dədə Qorqud» ənənələrinin araşdırılması;

«Ozan-aşıq ensiklopediyası»nın hazırlanması;

Yeni dövr Azərbaycan ədəbiyyatının müasir dövrün tələbləri baxımından

araşdırılması, bu dövrün görkəmli şair və yazıçılarının yaradıcılığının monoqrafik

Sovet dövrü Azərbaycan ədəbiyyatının azərbaycançılıq məfkurəsi baxımından

XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatının tədqiqi və nəşri, farsdilli

sənətkarların əsərlərinin tərcüməsi;

XX əsr Azərbaycan mühacirət ədəbiyyatının tədqiqi və nəşri;

Müasir ədəbi prosesin izlənilməsi, inkişaf xüsusiyyətlərinin tədqiqi, ədəbi

Dövrün aktual problemlərinin və cəmiyyətdə qazanılan uğurların ədəbiyyatda

əks etdirilməsi məsələlərinin tədqiqinin gücləndirilməsi;

İki əsrin konflikti: problem və ədəbi proses. Bu mövzuda elmi müşavirənin

təşkili və ədəbi icmalın hazırlanması

Ədəbiyyatın daha da sosial-psixolojiləşməsi, cəmiyyətin ədəbiyyata və ədə-

biyyatın cəmiyyətə təsiri problemlərinin öyrənilməsi;

Elmi-tədqiqat işlərinə, onların müasirlik keyfiyyətinə tələblərin artırılması;

Ədəbi tənqidin canlandırılması istiqamətində mütəmadi iş aparılması;

Yeniyetmə və gənclərdə vətənpərvərlik və milli qüruru duyğularının gücləndi-

rilməsini stimullaşdıran bədii əsərlər haqqında monoqrafik araşdırmaların aparılma-

sına və nəşrinə diqqətin artırılması.

2. Türk xalqları ədəbiyyatı – bu istiqamətdə:

Təkrarlara yol verməmək, elmi əhəmiyyətinə və aktuallığına təminat yaratmaq

məqsədi ilə bu yöndə aparılacaq tədqiqatların türk xalqları ədəbiyyatının

Azərbaycan filoloji fikrindən kənarda ciddi planda və sistematik şəkildə

araşdırılmasını nəzərə almaqla planlaşdırılması;

Türk xalqları ədəbiyyatının (o cümlədən Azərbaycan ədəbiyyatının) uzun

müddətli inkişaf tarixi üçün səciyyəvi olan ortaq ədəbi-mədəni, bədii-estetik, nəzəri-

fəlsəfi problemlərinin araşdırılması:

– türk sufizmi: tarixi ənənəsi, inkişaf meylləri, ortaq və fərqli cəhətlərinin üzə

– türk xalqları ədəbiyyatında divan poeziyasının tədqiqi və dəyərləndirilməsi;

– türk xalqlarının yazılı ədəbiyyatının formalaşmasında folklorun, xalq şeiri

ənənələrinin, aşıq poeziyasının rolu və əhəmiyyəti barədə monoqrafik tədqiqatların

– etnik şüurdan milli şüura keçidin ədəbi abidələr kontekstində izlənilməsi və türk

xalqları ədəbiyyatlarının özünəməxsusluqlarının müəyyənləşdirilməsi;

– türk xalqları ədəbiyyatında yeni mərhələ olan XIX əsr ədəbiyyatının yeni

rakursdan tədqiqi və dəyərləndirilməsi;

– türk maarifçiliyi probleminin qoyuluşu və Avropa maarifçiliyi ilə müqayisədə

– XX əsr türk xalqları ədəbiyyatının inkişaf meyllərinin (yeni mövzular, ideyalar,

problemlər, ədəbi cərəyanlar, sənətkarlıq vasitələri və s.) tədqiqi;

Türk xalqları ədəbiyyatının Azərbaycan ədəbiyyatı ilə qarşılıqlı əlaqələr

Türk xalqları ədəbiyyatı tarixinin hazırlanması, dərsliklərin, dərs vəsaitlərinin

Türk xalqları ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılıqla-

rının araşdırılması və təbliği;

Türk xalqları ədəbiyyatına aid yubileylərin, elmi konfransların, simpoziumların

Türk xalqları ədəbiyyatına aid informasiya bazasının (bədii tərcümələr, mo-

noqrafiyalar, dərsliklər, dərs vəsaitləri, məqalələr, resenziyalar və s.) yaradılması.

3. Xarici ölkələr Ədəbiyyatı və ədəbi əlaqələr – bu istiqamətdə:

Azərbaycan – Avropa, Azərbaycan – Slavyan, Azərbaycan – Şərq ədəbi əlaqə-

lərinin inkişaf və qarşılıqlı zənginləşmə yollarının araşdırılması;

Xarici ölkə ədəbiyyatlarının ən görkəmli nümayəndələri barədə oçerklərin ya-

zılması və elmi informasiyanın təqdimi;

«Ədəbi əlaqələr Ensiklopediyası»nın hazırlanması.

4. Ədəbiyyat nəzəriyyəsi – bu istiqamətdə:

İndiyə qədər əsasən təbdil və tərcümə xarakteri daşımış ədəbiyyat nəzəriyyələ-

rinin Şərq-Qərb sintezi əsasında milli ədəbiyyatın da inkişaf qanunauyğunluqlarını

obyektiv şəkildə əks etdirən fundamental ədəbiyyat nəzəriyyəsi qaynaqlarının

hazırlanıb çap edilməsi;

Klassik Azərbaycan ədəbiyyatında öz əksini tapmış milli poetik düşüncə

örnəklərinin toplanması, şərhi və nəşr edilməsi;

Azərbaycan ədəbiyyatı tarixinin bədii-fəlsəfi cərəyanların nəzəri-poetik sistemi

kimi öyrənilməsi və dövrləşdirmədə yeni obyektiv elmi prinsiplərin tətbiq edilməsi

ilə köhnə stereotiplərin aradan qaldırılması;

Tənqid və ədəbi prosesin qarşılıqlı münasibətlərinin metodologiyasının işlənib

Bədii mətnin bərpası və nəzəri-tekstoloji tədqiqlərə diqqətin artırılması;

5. Ədəbi tənqid – bu istiqamətdə:

İnstitutun istedadlı tənqidçilərinin əlavə maddi stimullaşdırılması hesabına çox-

saylı bədii materialın saf-çürük edilməsi və ədəbi inkişafa təkan verən, insan mənə-

viyyatının kamilləşməsinə, humanist ideyaların tərənnümünə, dövlətçilik prinsip-

lərimizin, vətənpərvərlik duyğularının yüksək poetik səviyyədə təbliğinə cavab verən

əsərlərin müəyyən edilərək qiymətləndirilməsi;

Ədəbi inkişafın prioritetlərini planlaşdıran və milli mentalitet məsələlərində

gənc yazarlara yardım edə bilən nəzəri-tənqidi yazılarla vaxtaşırı mətbuatda və

elektron informasiya vasitələrində çıxış etmək;

Hər ilin ədəbi yekunlarını özündə ehtiva edən «Ədəbi proses» toplularının ha-

zırlanıb nəşr edilməsi ilə çağdaş ədəbi əsərlərə operativ qiymət verilməsi.

Yuxarıda sadalanan məqsəd və vəzifələrin gerçəkləşdirilməsi bir çox detallara və

təfərrüatlara bağlıdır ki, bunların üzərindən vaz keçərək, yalnız bir başlıcasını qeyd

Biz istedadlı alimlərimizdən dünya səviyyəli əsərlər istəyiriksə, onların intellek-

tual əməyinin də dünya səviyyəsində, inkişaf etmiş ölkələrin örnəyi əsasında qiymət-

ləndirilməsi vacib şərtlərdən biri olmalıdır. Əks halda Azərbaycan ədəbiyyatşünaslıq

elminin dünya səviyyəsinə qalxması yalnız xoş arzu olaraq qala bilər.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Azərbaycan 2020 gələcəyə baxış inkişaf konsepsiyası

İyunun 19-da Yeni Azərbaycan Partiyası (YAP) “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar “İKT: reallıqlar və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən hazırlanmaqda olan İnkişaf Konsepsiyası nəzərdə tutulan illər ərzində Azərbaycanın daha yüksək inkişaf edən dövlətə çevrilməsinə, sosial-iqtisadi həyatın daha dinamik tərəqqisinə təkan verəcəkdir.

Konsepsiyanın hazırlanması ilə bağlı bu cür tədbirlərin mütəmadi keçirildiyini vurğulayan Ə.Əhmədov burada informasiya-kommunikasiya texnologiyalarının xüsusi diqqət mərkəzində saxlanıldığını və bu istiqamətdə mühüm layihələrin həyata keçirildiyini demişdir.

Geniş təqdimatla çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, Azərbaycan hökumətinin İKT xərcləri 2020-ci ildə 3,6 milyard ABŞ dolları təşkil edəcəkdir. Təxminən eyni məbləğdə vəsait özəl sektor tərəfindən də sərf olunacaqdır ki, nəticədə Azərbaycanda İKT sahəsinə yatırılacaq sərmayələrin həcmi 2020-ci ildə 7 milyard ABŞ dollarını keçəcəkdir.

Ə.Abbasov vurğulamışdır ki, 2020-ci ildə Azərbaycanda kosmik sənaye, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafı, elektron hökumət və kibercinayətkarlıqla mübarizə kimi sahələrin hər birinə bir milyard ABŞ dolları məbləğində vəsait ayrılacaqdır. Bundan əlavə, regional iqtisadi zonaların yaradılmasına 500 milyon, rəqəmsal televiziyanın inkişafına 100 milyon ABŞ dolları məbləğində vəsait sərf olunacaqdır.

Nazir Azərbaycan iqtisadiyyatında istehsalın İKT-dəki payının 2020-ci ildə hazırkı 9,54 faizdən 25 faizədək, İKT-nin ümumi daxili məhsuldakı (ÜDM) payının isə hazırkı 2,5 faizdən 10 faizə çatacağının gözlənildiyini bildirmişdir.

Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, Milli Məclisin deputatı, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev, AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, professor Şahlar Əsgərov da İnkişaf Konsepsiyasının əhəmiyyətindən danışmışlar. Natiqlər bildirmişlər ki, bu istiqamətdə keçirilən tədbirlərin məqsədi konsepsiyanın hazırlanmasına dair verilən təklifləri Azərbaycanın gələcək inkişafını davamlı təmin edən mükəmməl formaya salmaqdır. Konsepsiya ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının yeni modellər üzrə inkişaf etdirilməsində, insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.

Comments are closed, but trackbacks and pingbacks are open.