Azərbaycan atropatena
Ermənilərin saxtakar tarixçiləri daim iddia edirlər ki, guya ermənilər qədimdən Qafqazda məskunlaşıb və bu torpaqlarda olan qədim mədəniyyət, tarixi abidələr, dini məbədlər onlıara məxsusdur. Halbuki, tarix elmi bunun tam əksini göstərir. Ermənilər son əsrlərədək Qafqazda yaşamayıblar, onlar indiki Türkiyə, İran və Suriya ərazilərində yaşamış və köçəri tayfa kimi Asiyanı gəzib dolanmışlar. Əvvəlki yazılarımızda, Qafqaz Albaniyanın qədim tarixi, mədəniyyəti, dini və etnik tərkibi haqda məlumat vermişik. Bu yazıda isə, hazırda adını daşıdığımız qədim Azərbaycan dövləti olan Atropatenadakı etnik, dini, mədəni proseslər haqda məlumat verəcəyik.
Atropatena: qədim dövlətimizin etnik, dini, mədəni tarixi – ANALİZ
Ermənilərin saxtakar tarixçiləri daim iddia edirlər ki, guya ermənilər qədimdən Qafqazda məskunlaşıb və bu torpaqlarda olan qədim mədəniyyət, tarixi abidələr, dini məbədlər onlıara məxsusdur. Halbuki, tarix elmi bunun tam əksini göstərir. Ermənilər son əsrlərədək Qafqazda yaşamayıblar, onlar indiki Türkiyə, İran və Suriya ərazilərində yaşamış və köçəri tayfa kimi Asiyanı gəzib dolanmışlar. Əvvəlki yazılarımızda, Qafqaz Albaniyanın qədim tarixi, mədəniyyəti, dini və etnik tərkibi haqda məlumat vermişik. Bu yazıda isə, hazırda adını daşıdığımız qədim Azərbaycan dövləti olan Atropatenadakı etnik, dini, mədəni proseslər haqda məlumat verəcəyik.
2500 illik Azərbaycan dövləti- Atropatena
Atropatena (Azərbaycan adının qədim variantı)- tarixi Azərbaycan torpaqlarının bir hissəsində mövcüd olmuş qədim dövlətimiz. Dünyanın ən qədim mədəniyyətlərindən birini, ən qədim dövlətçilik sistemlərindən birini bərqərar edən ölkə. Bu gün tarixi torpaqlarımızın kiçik bir hissəsində yaradılmış və adını daşıdığı respublikamızın sələfi olan qədim dövlətimiz.
Əslən, midiyalı olan Atropat e.ə. IV əsrin 20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə antik qaynaqlarda özünün ilk hökmdarının adı ilə Atropatena adlandırılır.
Atropatenanın ərazisi hazırki İranın şimal-qərb vilayətlərini, Azərbaycan Respublikasının cənub ərazilərini əhatə edib. Ərəb coğrafiyaşünası İstəxriyə görə, Atropatena Şərqdən Guhistan (Gilan) və Xəzər dənizi, Qərbdən Ərməniyyə (Şərqi Anadolu), Şimaldan Allan Böyük Qafqaz dağları, Cənubdan İraq Cəzirəsi ilə həmsərhəddir.
Cənubi Azərbaycanın bütün ərazisi və Şimali Azərbaycan torpaqlarının xeyli hissəsi bu və ya digər dərəcədə Atropatenaya daxil idi. Atropatena əhalisinin atropaten dili və yazı ənənələri olan bir ölkə idi.
Atropatenanın adı müxtəlif dilli mənbələrdə fərqli şəkildə qeyd edilib. Əksər tarixçilərə görə, Azərbaycan öz adını Atropatenadan alıb. Antik müəlliflərdən Plutarx, Ammian Marselin bu ölkəni Atropat Midiyası adlandırıblar. Strabon isə Atropatena ərazisini Kiçik Midiya adlandırıb, Atropatın başçılığı ilə Kiçik Midiya ərazisində Atropatena dövlətinin təşkil edildiyini göstərib. Sasani hakimiyyəti dövründə ölkə Adərbadaqan, ərəbdilli mənbələrdə isə Adərbican kimi qeyd olunur.
Atropatena ərazisi ərəblər tərəfindən fəth edildikdən sonra isə Atropatenanın adı erkən ərəbdilli mənbələrdə “Adabarqan”, “Azərbaycan” kimi işlənməyə başlanıb. Daha sonrakı dövr ərəb tarixçilərin əsərlərində isə həmin ad ancaq “Azərbaycan” kimi göstərilib.
Atropatenada əsas dini təlimlər
Qədim atropatenalılar Zərdüştün yaratdığı Zərdüştülük dininə sitayiş edirdilər. Artıq e.ə. I minilliyin ilk əsrlərində
Qərbi Madada (Midiya), xüsusilə gələcək Atropatenada müxtəlif mazdaist təlimlər yayılmışdı. Burada və ona qonşu olan ərazilərdə təxminən həmin minilliyin başlanğıcında Avesta ocaqlarının mövcud olduğunu bir çox müəlliflər qeyd ediblər.
Avestaya gəldikdə göstərmək lazımdır ki, bu müqəddəs kitabın bizə gəlib çatmış nüsxəsi Sasanilər dövründə dövlət dini kimi elan olunmuş “Avesta” məcmuəsinin bir hissəsidir.
Belə güman edirlər ki, Sasanilər sülaləsinin hakimiyyəti dövründə, Avesta bir neçə dəfə – III, IV, hətta VI və VII əsrlərdə kodifikasiya edilib. Hesab edirlər ki, məhz zərdüştiliyin intibahı dövrü olan Sasanilər hakimiyyəti zamanında Avestanın müqəddəs mətnlərinin daha dəqiq, incə çalarlarını ifadə edən yazılışı üçün pəhləvi əlifbası (öz mənşəyi etibarilə arami yazısına gedib çıxır) əsasında xeyli miqdarda işarələri olan xüsusi şrift yaradılmışdı (bu isə tələffüzü daha dəqiq çatdırmağa imkan verirdi). Nüfuzlu tədqiqatçıların fikrincə, bu şrift birdəfəlik fərdi yaradıcılığın nəticəsi idi. Maraqlıdır ki, bu hadisə gürcü, erməni və alban əlifbalarının meydana gəldiyi bir zamanda baş verib
Avestanın kanonlaşdırılmış mətni pəhləvi (Sasani İranının yazı dili– orta fars dili) dilinə tərcümə və şərhlə təchiz edilmişdi.
Atropatenada bəzi tayfalar bütpərəstlik dinlərinə sitayiş edirdilər ki, bunların da bir çoxu yunan-roma məıdəniyyətinin təsiri ilə formalaşmışdı. Eramızın ilk əsrlərində burada xristianlıq da yayılmağa başlayırdı. Bu barədə yazımızın 2-ci hissəsində danışacağıq.
Atropatenanın etnik tərkibi necə olub?
Eramızdan 5-6 yüz il əvvəl Müasir İranın şimalında yaşayan tayfaların və xalqların– kuti, lullubi, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos- madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı.
Atropatena tayfaları arasında maqlar xüsusi yer tuturdular. Onlar Zərdüşt dini ayinlərinin əsas icraçısı olub, xalq içərisində böyük nüfuza malik idilər. Maq dedikdə, təkcə bu adı daşıyan tayfa deyil, eyni zamanda Zərdüşt dininin kahini nəzərdə tutulurdu. Maqlar Zərdüştün varisləri sayılırdı. Muğam sözünün mənasının da maqların (muğların) müqəddəs mahnıları demək olduğunu bir çox fiololqlar təsdiq edir.
Ərəbdilli qaynaqlarda ilk orta əsrlərdə Cənubi Azərbaycan əhalisinin böyük bir hissəsinin azərilərdən ibarət olduğu göstərilir.
Mənbələrdə adları keçən Atropatena tayfalarından biri də Qafqaz albanlarıdır. I əsr müəllifi Strabonun verdiyi məlumatdan aydın olur ki, Qafqaz albanları təkcə Azərbaycanın Arazdan şimaldakı ərazisində deyil, həm də Arazdan cənubdakı ərazilərində yaşayıblar. Strabon albanların Atropatenada, Midiya dağlarında yaşamasını qeyd edir. Müəllif yazır ki, albanlar kellər, kaduslar, utilər və mardların qonşuluğunda yaşayırlar.
Atropatenada tatlar, yəhudilər, gurganlar, parslar və mardlar da yaşayırdılar. Onların bir hissəsi Sasanilər vaxtında şimala köçürülüb. Erkən orta əsrlərdə Cənubi Azərbaycan ərazisinə bir sıra yeni türk tayfaları gəlib məskunlaşmışdı.
Atropatenada (yəni, cənubi Qafqaz və Şimali İran əraziləri) ermənilər yaşamayıb, onlar bu ölkənin cənub-qərb sərhədlərindən o tərəflərdə yaşamış və kiçik çarlıq yaratmış davakar tayfa olublar.
Atropatena və Ermənistan əlaqələri
Bu ərəfədə Ermənistan yaylasında meydana gələn erməni çarlıqları, xüsusilə Artaşesin çarlığı lap əvvəldən özlərini çox təcavüzkar aparır, qonşularına qarşı fəal qəsbkarlıq siyasəti yeridirdilər.
Strabon yazır: “. Artaksinin və Zariadrinin müharibələri əvvəllər kiçik bir ölkə olmuş Ermənistanı böyütdü. Onlar birlikdə qonşu xalqların torpaqlarının bir hissəsini qoparıb mənimsədilər. Onlar midiyalılardan (atropatenalılardan) Kaspiananı, Favnitidanı və Basoropedanı, iberlərden Pariadr dağlarının ətəklərini, Xorzenanı və Qoqarenanı. xaliblərdən və mossiniklərdən Karenitidanı və Kseroksenanı. kataonlardan Akilisenanı və Antitavrboyu vilayəti, suriyalılardan Taronitidanı. tutub aldılar”.
E.ə. III əsrin 20-ci illərində Atropatena taxt-tacında biz Arazın yalnız cənubunda deyil, şimalında da çox geniş əraziyə malik olan, antik yunan müəllifi Polibinin təbiri ilə desək, “ən qüdrətli və ən müdrik hökmdarı”, “atropatilər və onlarla həmsərhəd xalqlar üzərində” hökmranlıq edən Artabazanı görürük.
Polibinin yazdığına görə, Artabazanın dövləti Kaspi dənizindən Rioni çayının yuxarılarınadək uzanırdı; beləliklə, Ermənistanı və İberiyanı da, hər halda onların müəyyən bir hissəsini əhatə edirdi. Bu vilayət, yunan müəllifinin (Polibinin) təsdiq etdiyinə görə, “. Midiya ilə yanaşı olub ondan dar silsiləsi ilə ayrılır, onun bəzi hissələri Fasisdən (Rionidən) yuxarıdakı yerlərdə Pontun (Qara dənizin) üzərində yüksəlir; digər tərəfdən o, Hirkan (Xəzər) dənizinə qədər çatır. Vilayətdə əsasən at belində vuruşan və müharibə üçün daha nə lazımdırsa hamısına kifayət qədər malik olan güclü bir xalq yaşayır”.
Gürcü mənbələrinə görə, e.ə. III əsr Kartli (İber) çarlığı tarixində “fars” elementlərinin (bu adın altında Atropatena midiyalılarını nəzərdə tutulur) üstünlüyü dövrü olub. Məhz bu zaman Atropatena ilə Ermənistan arasında sıx siyasi, mədəni və digər əlaqələr yaranır. Bu dövrün erməni əyanları arasında anadangəlmə atropatenalılar az deyildi. Atropatena və erməni kübarları arasında nikah əlaqələri isə adi hal idi.
Ermənistanla münasibətlər heç də həmişə rəvan olmurdu. Dostluq, nikah əlaqələrini, ənənəvi mədəni-iqtisadi təmasları bir çox hallarda açıq düşmənçilik, bəzən hərbi toqquşmalar dərəcəsinə çatan düşmənçilik əvəz edirdi.
Atropatena mədəniyyətindən nə qalıb?
Atropatenanın antik ənənə ilə salınan bir neçə şəhəri haqqında məlumatlar var. Bunlar Qazaka, Fanaspa, Fraaspa, Aqanzana şəhərləri və Atropatena ərazisində tapılmış bir neçə qədim yaşayış yeri, o cümlədən Mil düzündəki Təzəkənd yaşayış yeridir. Qədim adlarını bilmədiyimiz, lakin ümumən antik dövrə aid olan bir neçə başqa abidə də məlumdur.
Mənbələr Atropatenanın iki- yay və yaz paytaxtlarının olmasından xəbər verir. Ölkənin yay paytaxtı Vera- indiki Marağa şəhəri, yaz paytaxtı isə farsdilli mənbələrin Qazaka, ərəbdilli mənbələrin isə Şiz adlandırdıqları Gəncək şəhəri olub. Gəncək şəhəri öz adını sak tayfalarından biri olan gəncəklərin adından alıb.1958-ci ildə İran və Almaniya arxeoloqlarının Təxti-Süleyman ərazisində arxeoloji qazıntlar aparması nəticəsində Qazaka şəhərinin xarabalıqları və möhtəşəm Azərgüşnasp məbədinin qalıqları aşkarlanıb. Burada Şiz məbədinın qalıqları tapılıb.
Bu gün həm Azərbaycan Respublikasında, həm də Şimali İranda Atropatenanın tarixi və mədəni irsinə aid xeyli sayda tikili, məbəd, qəbirüstü abidlər, həmçinin mədəni tapıntılar var.
Elçin Bayramlı
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.
Атропатена
наименование на древнегреческом языке (Atropatene) области Юж. Азербайджана, охватывавшей зону Талышских гор, р. Аракc и оз. Урмия. Название «А.» производят обычно от имени Атропата, сатрапа Ахеменидов, управлявшего этой областью в 4 в. до н.э. По мнению некоторых исследователей, название «А.» связано с титулом атропат — теократический правитель. Позже атропаты в качестве царей возглавили А. Сведения античных авторов об А. позволяют считать её раннерабовладельческим государством и одним из основных центров зороастрийской религии. Столицей А. был г. Газака. В 3 в. до н.э. А. во главе с Артабазаном активно участвовала в борьбе против захватнической политики Селевкидов (См. Селевкиды), а затем, особенно в последние века до н. э., — в борьбе против римской экспансии. В начале 2 в. до н.э. А. включала также территорию г. Нахичевань (на р. Араке). В 7 в. А. была завоёвана Арабским халифатом.
Лит.: История Азербайджана, т. 1, Баку, 1958.
З. И. Ямпольский.
Большая советская энциклопедия. — М.: Советская энциклопедия . 1969—1978 .
Смотреть что такое “Атропатена” в других словарях:
- АТРОПАТЕНА — раннерабовладельческое государство в Юж. Азербайджане в 4 в. до н. э. 7 в. н. э., центр зороастризма. Столица г. Газака. Боролось против Селевкидов и Римской империи. Завоевано Арабским халифатом … Большой Энциклопедический словарь
- Атропатена — История Ирана … Википедия
- Атропатена — государство в IV в. до н. э. VII в. н. э. (на территории современного Азербайджана), центр зороастризма. Столица Газака. Боролось против Селевкидов и Римской империи. Завоёвано Арабским халифатом. * * * АТРОПАТЕНА АТРОПАТЕНА (или Мидия… … Энциклопедический словарь
- Атропатена и Албания в III- I вв. до н. э. — В Южном Азербайджане, как и в Иберии, возникает в III в. до н. э. местное независимое царство. Основателем его считается персидский сатрап Атропат, один из немногих наместников азиатского происхождения, сохранивших власть ко времени смерти… … Всемирная история. Энциклопедия
- АТРОПАТЕНА — (греч. Аtropatnnn) (в пехлевийских и арм. текстах Атрпатакан, Атрапайакан, в сирийских Адурбиган, в византийских Адорбиган) назв. в древние и ср. века области в Юж. Азербайджане, составлявшей Сев. или М. Мидию (терр. в зоне Талышских гор, р.… … Советская историческая энциклопедия
- Атропатена — Атрапатакан, Атрапайакан, Адурбиган, Адорбиган назв. в древ. и ср. века обл. в Юж. Азербайджане, составлявшей Сев. или М. Мидию (терр. в зоне Талыш ских гор, р. Аракс и оз. Урмия). Наз. «А.» связывают с именем Атропата, управл. этой обл … Древний мир. Энциклопедический словарь
- II.5.1. Атропатена (Мидия) (ок. 330 до Р.Х. – 230 Р.Х.) — ⇑ II.5. Атропатена и Албания Южн. Азербайджан. Стол. Фраарта. Атропат (сатрап ок. 330 10). Артабазан (ок. 240 10). Тимарх (ок. 162). Митридат (ок. 89). Дарий (ок. 70). Ариобарзан I (ок. 50). Артавазд (ок. 50 32). Арташес II, царь Армении (32 20) … Правители Мира
- Ганзак (Атропатена) — У этого термина существуют и другие значения, см. Ганзак (значения). Ганзак[1] (также азерб. Qazaka; перс. Ганжа; греч. Газака; лат. Газа, Ганзака; араб. Джанза, Джазн … Википедия
- II.5. Атропатена и Албания — ⇑ II. ВИЗАНТИЯ И ЗАКАВКАЗЬЕ … Правители Мира
- История Азербайджана — История Азербайджана … Википедия
Похожие статьи
-
Azərbaycan mədəni irsinin qeyd alınması xalq mahnıları dastan muğam
Zbək alimlərin “Özbəkistan – Azərbaycan: qardaş xalqlar arasında mədəni mənəvi əməkdaşlığın tarixi aspekti” mövzusunda monoqrafiyaları çap olunub 2008-ci…
-
Azərbaycan tarixi mehman abdullayev bdu
Azərbaycan Respublikası Alban-Udi-Xristian İcmasının sədri, BDU-nun Kompleks geoloji və geofiziki tədqiqatlar elmi-tədqiqat laboratoriyasının böyük elmi…
-
Musiqi tarixi Bu işdə mahir mügənnilər, aşıq və xanəndələr böyük rol oynamışlar. Bunlardan Sarı Aşıq, Aşıq Ələsgər, Aşıq Əsəd Rzayev kimi sənətkarların,…
-
Azərbaycan multikulturalizmi Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan…
-
Azərbaycan fəlsəfəsi tarixi Ruhun ölməzliyi fikrinə qarşı çıxmışdır. O sübut edirdi ki, şüur, ruh materiyadan asılıdır, onun məhsuludur. M.F. Axundov…
Comments are closed, but trackbacks and pingbacks are open.