Press "Enter" to skip to content

Azərbaycanda Beynəlxalq Sürücülük Vəsiqəsini almaq imkanı yaradıldı (FOTO)

Müasir dünyanın reallıqları elədir ki, hər kəs hərəkət azadlığını əldə etmək istəyir. Bir çoxumuz xaricdə səyahət zamanı səyahət proqramının genişləndirilməsi haqqında düşünmüşük. Axı əsas turizm yerlərindən uzaq yerlərə getmək çox daha maraqlı olur. Orada həmin ölkənin ruhunu hiss etmək olur. Bunları reallaşdırmaq üçün yalnız bir avtomobil icarəyə götürmək və yaxud almaq lazımdır. Son vaxtlara qədər bu problem sayılmazdı, ancaq Vyana Konvensiyasının 29 mart 2011 ci il tarixindən olan “Yol hərəkətləri haqqında” düzəlişlərə əsasən, Beynəlxalq Sürücülük Vəsiqəsi olmadan milli sürücülük vəsiqəsi onu verən ölkə xaricində öz qüvvəsini itirir.

YENİ AZƏRBAYCAN PARTİYASI

– Sahibə xanım, dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirildi. Siz bu seçkilərdə Yeni Azərbaycan Partiyasının müşahidəçisi kimi prosesi izləmisiniz. Bələdiyyə seçkilərini necə qiymətləndirirsiniz? – Bələdiyyə seçkilərini Azərbaycanda seçki ənənəsinin möhkəmlənməsi və ölkəmizin demokratik yolla inkişafı baxımından irəliyə doğru atılmış növbəti addım hesab edirəm. Bələdiyyə seçkilərinin yüksək demokratik standartlara uyğun, qanunverciliyin tələblərinə müvafiq şəkildə keçirilməsi üçün hər cür şərait yaradılmışdı. Həmçinin, seçkilərdə yüksək seçici fəallığı müşahidə edildi. Əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə bu seçkilərdə səsvermədə iştirak edən seçicilərin sayının artması bunu sübut edir. Vətəndaşların bələdiyyələrin fəaliyyəti və ümumiyyətlə, yerli özünüidarəetmə strukturlarının dövlətin inkişafındakı rolu haqqında əvvəlki dövrlərdən daha çox məlumatlı olması bələdiyyə seçkilərində xalqımızın daha fəal olmasını şərtləndirib. Ümumən, bu seçkilərin yüksək səviyyədə təşkil olunduğunu və demokratik standartlara tam cavab verdiyini söyləyə bilərik. Ümidvaram ki, seçkilərdə qalib gələrək bələdiyyələrə seçiləcək namizədlər onlara göstərilən etimada layiq olacaqlar. Bələdiyyələr ölkəmizin inkişafında mühüm rol oynayır. Azərbaycan gücləndikcə, imkanları artdıqca bələdiyyələrin də məsuliyyəti, işi, vəzifələri artır. Ona görə də, bələdiyyə üzvləri bu məsuliyyəti dərk edib, respublikamızın inkişafına öz töfhələrini verməlidir ki, etimadı doğrultsunlar. Yeni üzvlərin bu etimadı doğruldacaqlarına inanıram.
Mənim üçün əlamətdar olan digər məqam isə Yeni Azərbaycan Partiyasının bu seçkiləri də parlaq qələbə ilə başa vurması oldu. Bu məqam bir daha bu reallağırı təsdiqləyir ki, Azərbaycanda Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək hansısa siyasi təşkilat yoxdur. ümumxalq partiyası olan YAP gücünü hər zaman xalqdan alır. – Cari ildə Azərbaycan xarici siyasət sferasında bir çox uğurlara imza atdı. 2014-cü ili Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi prizmasından necə qiymətləndirmək olar? – Ümumiyyətlə, müasir beynəlxalq münasibətlər sisteminin suveren aktoru olan Azərbaycan Respublikası son illərdə çox mühüm və güclü regional amilə çevrilib. Burada ən önəmli faktorlardan biri ölkəmizdə hökm sürən sabitlik və vətəndaş həmrəliyi amilidir. Güclü dayaqlara malik sabitliyin bərqərar olması isə əlbəttə ki, ölkənin iqtisadi inkişafını şərtləndirir və son illərin göstəriciləri Azərbaycanın yüksək iqtisadi inkişafının konturlarını müəyyən edir. İnkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi də ildən – ilə möhkəmlənir, Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur. Bu da nəticə etibarilə ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini də şərtləndirir. Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Məlum olduğu kimi, hazırda, dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşması nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə bu proseslərin tamamilə əksini müşahidə etmək mümkündür.
Təəssüf ki, Azərbaycanın əldə etdiyi bu uğurlar bir sıra dairələr tərəfindən qısqnanclıqla qarşılanır. Xüsusən, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən, həmçinin, islamafob, bəzi hallarda isə bölgədə maraqları olan imperialist dairələr Azərbaycana qarşı bu və ya başqa şəkildə təzyiq göstərməyə çalışırlar. Azərbaycanla bağlı həqiqəti əks etdirməyən, qərəzli hesabatların dərc olunmasını, ölkəmizin ünvanına reallıqdan uzaq fikirlərin səsləndirilməsini bunun göstəricisi hesab edirəm. Əlbəttə, Azərbaycan müstəqillik qazandıqdan sonra Avropaya, Qərb dəyərlərinə inteqrasiyanı özünün başlıca prioriteti elan edib. Bu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın demokratik inkişaf yolunun bir tərkib hissəsidir və ölkəmizin inkişafına yardım edir. Atılan addımlar nəticəsində Azərbaycan Avropaya daha sıx inteqrasiya edən və daha açıq olan ölkəyə çevrilib. Amma buna baxmayaraq, bəzi hallarda ikili standartların, ədalətsiz mövqeyin şahidi oluruq. Bunun səbəbləri isə həm milli etnik məsələlər, həm də bu gün ölkəmizin sahib olduğu qüdrət və müstəqil siyasət aparması ilə bağlıdır. Amma nə olursa olsun, Azərbaycan öz bildiyi yoldan, öz həqiqətlərindən geri çəkilməyəcək. Çünki Azərbaycan müstəqil, xalqımızın maraqlarına söykənən siyasət həyata keçirir. – Siz həm də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüsünüz. Bu istiqamətdə fəaliyyət göstərdiyiniz illər ərzində qurumun Azərbaycan həqiqətlərinə, Azərbaycana münasibətilə bağlı hansı qənaətə maliksiniz? – Ümumiyyətlə, Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasət doktrinasında ən önəmli istiqamətlərdən biridir. Uzun illər ərzində formalaşdırılmış bu münasibətlər artıq konkret, praktik nəticələrə gətirib çıxarır. Azərbaycan dünyanın siyasi taleyini həll edən və bu kontekstdə çox vacib paya sahib olan qurumlarda ölkəmizinin taleyüklü məsələlərinin qaldırılmasına və onun həllinə nail olmaq üçün ciddi ideoloji iş aparır.
Avropa Şurası ilə münasibətlərə gəlincə, bu qurumla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha genişspektrlərini əhatə etməsi, genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. 2014-cü il AŞPA-Azərbaycan münasibətlərində müsbət tendensiyaların davam etməsi ilə xarakterizə olunur. AŞPA daimi komitəsinin iclasının bu il paytaxtımızda keçirilməsi və orada bir çox məsələlərin müzakirəsi xüsusi əhəmiyyətli məsələlərdən biri oldu. Həmçinin, AŞPA-nın Viana, London, Paris, Strasburq, Roma və digər şəhərlərdə keçirilən tədbirlərində nümayəndə heyətimizin üzvləri fəal iştirak edərək Azərbaycanın bir sıra məsələlərlə bağlı mövqeyini, ölkəmizlə bağlı həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan dövlətinin təxribatları haqqında məlumatlar verdilər. Bu ilin yanvar ayında mən AŞPA-nın Gender bərabərliyi alt komitəsinin sədri seçildim. Bundan əvvəl iki il müddətində qurumun Rasizm və Ksenofobiya alt komitəsinin sədri olmuşdum. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyətinin üzvünün AŞPA kimi mötəbər bir təşkilatın Alt komitəsinə rəhbərlik etməsi bir neçə cəhətdən bizim üçün əhəmiyyətlidir. Əvvəla, bu, onu göstərir ki, Azərbaycanda bu sahədə çox uğurlu siyasət həyata keçirilir və bu siyasət beynəlxalq miqyasda qiymətləndirilir. Digər tərəfdən, bu onun göstəricisidir ki, Azərbaycan nümayəndə heyəti bu qurumda kifayət qədər effektiv fəaliyyət göstərir və onlara bu qurumun strukturlarına rəhbərlik etmək etimadı göstərilir. Ən nəhayət, bu bir millət vəkili olaraq, fərd olaraq, mənim üçün də çox əhəmiyyətlidir. – Sahibə xanım, ölkəmizdə qadın hüquqlarının qorunması dövlətin daim diqqət mərkəzindədir. Fikrinizcə, bu sahədə daha hansı tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur? – Ümumiyyətlə, bu gün əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq hüquqda haqlı olaraq, qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olunur. Milli dövlətlər isə bu təminatların reallaşdırılması, nəzəri cəhətdən mövcud olan yüksək dəyələrin praktikada tətbiq olunması üçün səylərini ildən ilə daha da gücləndirməlidir. Nəzərə almaq lazımdır ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması üzündən çox vaxt gerçəkləşə bilmir. Ona görə də, müasir dövrdə qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə daha geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarını təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sferalarda qadınların potensialdan səmərəli faydalanması kimi tədbirlər bu gün daha böyük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər. Hər halda Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar və əldə olunmuş nailiyyətlər bu fikri daha da qüvvətləndirir. Bu gün iqtisadi qüdrəti, geostrateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir. Hazırda ölkəmizdə qadınların hüquqlarının ən yüksək səviyyədə qorunması, onların cəmiyyətin həyatında fəal rol oynaması üçün yetərincə siyasi iradə və mükəmməl, hüquqi baza mövcuddur. Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək, hər cür ayrı-seçkiliyin qarşısını almağa imkan verir, bu istiqamətdə atılan addımlar qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait nəticə etibarilə həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir. Amma əldə olunan nailiyyətlərlə kifayətlənmək düzgün olmazdı. Cənab Prezidentin də vurğuladığı kimi, bu sahədə hələ görüləcək işlər var.
Qeyd olunduğu kimi, dövlət yetəri iradəni ortaya qoyub. Burada digər mühüm vəzifələr qeyri – dövlət təşkilatlarının, siyasi partiyaların, digər vətəndaş cəmiyyəti institutlarının üzərinə düşür. Həmin təsisatlar gender məsələlərinə diqqəti daha da artırmalı, qadınların cəmiyyət həyatında rolunun artılırılmasına yönəlmiş siyasətə daha artıq dəstək verməlidir. Bu mənada Yeni Azərbaycan Partiyasının fəaliyyəti digər təşkilatlar üçün də örnək ola bilər. Son bələdiyyə seçkilərində partiyamızın qadın və gənc namizədlərə üstünlük verməsi, onların seçkilərdən namizəd kimi irəli sürülməsi, qadınlara və gənclərə geniş meydan verməsi kifayət qədər əhəmiyyətli və dövlətin gender və gənclər siyasətinə əsaslı töfhədir. – Sahibə xanım, siz, Bilik Fondunun Himayəçilik Şurasının üzvü kimi qurumun qarşısında duran məqsəd və vəzifələrini necə şərh edərdiniz? – Təhsil elə bir sahədir ki, daim inkişafla, yeniliklə ayaqlaşmalı, innovativ dəyişikliklərə əsaslanmalıdır. Ona görə də, Azərbaycanın müasir inkişaf səviyyəsi, sahib olduğu potensial bu fondun yaradılmasını şərtləndirirdi. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyev Fondun yaradılması ilə bağlı Fərman imzaladı. Əslində, bu Fərmanda Fondun hansı zərurətdən yaradıldığı çox aydın şəkildə öz əksini tapıb. Fərmanda qeyd olunur ki, bu Fond müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə yaradılır. Əlbəttə ki, bu fondun fəaliyyətə başlaması ilk növbədə, Azərbaycanda gənclərin intellektual inkişafına, ölkəmizdə təhsilin inkişafına, elmi potensialın artırılmasına xidmət edən dövlət siyasətinin ardıcıllığını və səmərəsini ortaya qoyur.
Fondun fəaliyyət istiqamətlərinə gəlincə, Bilik Fondunun Nizamnaməsində üç əsas fəaliyyət istiqaməti göstərilib. Bunlar ölkə əhalisinin daha sistemli və dərindən maarifləndirilməsi, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin insanlara çatdırılmasından, xaricdə əldə edilən elmi nailiyyətlərin ölkəmizə gətirilməsindən ibarətdir. Bilik Fondu Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsinə, banisi olduğu azərbaycançılıq məfkurəsinin geniş təbliğinə, dövlət siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi həyatda baş verən hadisələrin mahiyyətinin açıqlanması və əhalinin bütün təbəqələrinə çatdırılmasına xüsusi önəm verir. Əlbəttə ki, fondun layihələrində ölkənin ziyalı potensialından, yeniyetmə və gənclərin gücündən məqsədəuyğun istifadə olunur və bu ümumi işin effektiv qurulmasını təmin edib.
Bilik Fondunun məqsəd və vəzifələrindən irəli gələn məsələlərin həlli üçün artıq bir sıra layihələrə start verilib. Bu sırada “Qardaşlaşmış məktəblər”, “Dini abidələrdə tarixin izləri”, “Docendo discimus”, “Ustad və şəyird”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda”, “Epizod”, “Auditoriya+” kimi layihələri göstərmək olar. Layihələrə belə uğurlu başlanğıc və bu kimi tədbirlərin ölkə ictimaiyyəti tərəfindən təqdirlə qarşılanması Fondun fəaliyyətinin səmərəsindən xəbər verir və gələcəkdə daha böyük nailiyyətlər qazanılacağını söyləməyə əsas verir.

Bu səhifəni göndər

Adınız
E-poçt
Mesajınız

Azərbaycanda Beynəlxalq Sürücülük Vəsiqəsini almaq imkanı yaradıldı (FOTO)

Azərbaycan Respublikasının vətəndaşları xaricə səyahət edərkən, qaldıqları ölkədə müstəqil olaraq nəqliyyat vasitələrindən istifadə edə biləcəklər.

Trend-i buradan izləyin

Azərbaycan Respublikasında rəsmi Beynəlxalq Sürücülük Vəsiqəsini almaq imkanı yaradılıb. Bu imkanı Beynəlxalq Sürücülük Assosiyasiyası (International Drivers Association) təqdim edir, Azərbaycan Respublikasının vətandaşları üçün Beynəlxalq Sürücülük Vəsiqəsinin alınmasına görə unikal xidmət provayderidir.

Müasir dünyanın reallıqları elədir ki, hər kəs hərəkət azadlığını əldə etmək istəyir. Bir çoxumuz xaricdə səyahət zamanı səyahət proqramının genişləndirilməsi haqqında düşünmüşük. Axı əsas turizm yerlərindən uzaq yerlərə getmək çox daha maraqlı olur. Orada həmin ölkənin ruhunu hiss etmək olur. Bunları reallaşdırmaq üçün yalnız bir avtomobil icarəyə götürmək və yaxud almaq lazımdır. Son vaxtlara qədər bu problem sayılmazdı, ancaq Vyana Konvensiyasının 29 mart 2011 ci il tarixindən olan “Yol hərəkətləri haqqında” düzəlişlərə əsasən, Beynəlxalq Sürücülük Vəsiqəsi olmadan milli sürücülük vəsiqəsi onu verən ölkə xaricində öz qüvvəsini itirir.

Beynəlxalq Sürücülük Vəsiqəsi nədir?

Bu, milli sürücülük vəsiqəsinə yol hərəkətləri haqqında beynəlxalq konvensiyalara əsasən rəsmiləşdirilən bir əlavədir, hansı ki sahibinə müstəqil olaraq Azərbaycan Respublikasından kənarda avtomobil idarə etməyə icazə verir. Bu, sürücülük bacarıqlarını yoxlamaq üçün əlavə imtahandan keçməyi tələb etmir və Milli Sürücülük Vəsiqəsinin qüvvədə olan müddətə qədər təqdim olunur.

Beynəlxalq Sürücülər Assosiyasiyasına gəldikdə isə, bu xüsusi təşkilatın əsas ixtisaslaşmış fəaliyyəti vətəndaşları və rezidentləri üçün ölkədən kənar sürücülük şərtlərinin təqdim edilmədiyi və yaxud tam həcmdə təqdim edilmədiyi ölkələrde 1968 ci il tarixindən olan “Yol hərəkətləri haqqında” Vyana Konvensiyasının və 1949-cu il tarixindən olan Cenevrə Konvensiyasının təşviq etdirilməsidir.

Beynəlxalq Sürücülər Assosiyasiyası tərəfindən verilən, Beynəlxalq Sürücülük Vəsiqəsi bütün Birləşmiş Millətlər Təşkilatına üzv olan ölkələrdə ratifikasiya edilmişdir və səlahiyyətlidir, bu isə hazırda 193 ölkə deməkdir.

Comments are closed, but trackbacks and pingbacks are open.