Press "Enter" to skip to content

Naxçıvanda rəssamlıq sənəti inkişaf yolundadır – FOTOLAR

�� Bütün yaradıcılığı dövründə rəssamın nə qədər eskiz çəkdiyinin say-hesabını heç kəs bilmir. Bu gün az sayda tək-tək eskizlər rəssamın emalatxanasında saxlanılır. Eskizlərin əsas hissəsi məhv olmuşdur, lakin az miqdarda bizə gəlib çatmış bu eskizlər Kamil Nəcəfzadənin həssas bədii intuisiyasına və yüksək peşəkarlığına əsaslı surətdə dəlalət edir.

Azərbaycan boyakarlığı

� � � � Qəlblərdə yaşayacaq rəssam

� � Azərbaycan boyakarlığı özünün zənginliyi və yaradıcı şəxsiyyətlərinin çoxcəhətliliyi, həmçinin mövzu və janr diapazonunun genişliyi ilə fərqlənir. Azərbaycanın Xalq rəssamı Kamil Nəcəfzadənin yaradıcılığı buna parlaq misaldır. Bu rəssam müharibədən sonra yaradıcılıq yoluna qədəm qoymuş Azərbaycan rəssamlarındandır.

�� Kamil Nəcəf oğlu Nəcəfzadə 1929-cu il dekabr ayının 29-da Lənkəranda tacir ailəsində anadan olmuşdur. 1948-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmiş, 1949-cu ildə professional təhsilini Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirmişdir. İnstitutun rəssamlıq fakültəsini bitirdikdən sonra – 1955-ci ildə vətənə dönən Nəcəfzadə C.Cabbarlı adına �Azərbaycanfilm� kinostudiyasında quruluşçu-rəssam kimi çalışmağa başlamışdır. 40 ildən artıq yaradıcılıq ömrünü kinoya həsr edən rəssam �Azərbaycanfilm�-in fəxri olan bir çox filmlərin yaradılmasında iştirak etmişdir.

�� Elə vaxt olurdu ki, o, eyni zamanda iki film üzərində işləməli olurdu. Bəllidir ki, quruluşçu rəssamın kinodakı işi həm məsuliyyətli, həm də olduqca diqqət və dəqiqlik tələb edir. Kamil Nəcəfzadə böyük professional idi. O, kinostudiyada işlədiyi son illərədək nə şəxsən özünə, nə də onun işinin nəticələrinə cavabdeh olan şəxslərə azacıq da olsa, güzəştə yol vermirdi.

�� Bütün yaradıcılığı dövründə rəssamın nə qədər eskiz çəkdiyinin say-hesabını heç kəs bilmir. Bu gün az sayda tək-tək eskizlər rəssamın emalatxanasında saxlanılır. Eskizlərin əsas hissəsi məhv olmuşdur, lakin az miqdarda bizə gəlib çatmış bu eskizlər Kamil Nəcəfzadənin həssas bədii intuisiyasına və yüksək peşəkarlığına əsaslı surətdə dəlalət edir.

�� K.Nəcəfzadənin kinostudiyadakı ilk işi Azərbaycan kinematoqrafı tarixində bir mərhələ filmi olmuşdur. Bu – 1957-ci ildə M.Qorki adına kinostudiya ilə müştərək çəkilmiş �Bir məhəlləli iki oğlan� filmidir. Ssenari müəllifləri Alla Beqiçeva və türk yazıçısı və dramaturqu Nazim Hikmətdir.

�� K.Nəcəfzadənin kinodakı növbəti işi Azərbaycan kinematoqrafında ən məşhur ekran əsərlərindən biri – rejissor Tofiq Tağızadənin �Uzaq sahillərdə� (1958) filmidir. İ.Qasımovun eyniadlı povestinin motivləri əsasında çəkilmiş film II Dünya müharibəsi zamanı, İtaliyada partizan dəstəsində döyüşən Mehdi Hüseynzadənin qəhrəmanlıqları haqqındadır. Demək olar ki, bu filmdən başlayaraq, rəssamın eskizləri müstəqil bədii dəyər kəsb etməyə başlamışdır. Başqa sözlə, bu eskizlər bitkin qrafika əsərləri kimi qəbul oluna bilər.

�� K.Nəcəfzadənin iştirak etdiyi ilk filmlərdə artıq rəssamın müşahidə qabiliyyəti, detallara olan dəqiq, lakin ehtiyatlı diqqəti özünü büruzə verir. �Bir məhəlləli iki oğlan� kinolentində rəssam köhnə Bakının koloritini yaratmağa müvəffəq olmuşdu. Analoji motiv digər bir əlamətdar filmdə – �Bir cənub şəhərində� (1969) meydana çıxdı. Bu kinolentdə qaldırılmış problem 1960-cı illər üçün səciyyəviydi: sadə insanın şəxsi psixoloji və mənəvi problemləri ədəbiyyatda, teatrda, təsviri incəsənətdə çox geniş yayılmış bir mövzu idi.

�� Rəssamın bilavasitə boyakarlıq texnikasını virtuoz tərzdə istifadə etməsindən az sonra daha ətraflı söhbət açılacaq. Lakin kinoeskizlərdə də boyakarlıq formasının əsl ustalıq maestriyasını görməmək mümkün deyil. K.Nəcəfzadə böyük ustalıqla bu və ya digər dövrü asanlıqla stilizə edir. Söhbət yalnız predmet sırasından getmir, hansı ki, şübhəsiz, uyğun olan �yerin və zamanın dahisi�-nin əsasını təşkil edir. Burada başqa, daha böyük mövhumdan danışılır ki, bunu müdiriyyətin sadəcə olaraq bir imzası ilə təmin etmək mümkün deyildir. Bu elə bir istedaddır ki, genetik olaraq bəzi insanlara mənsub olur və gərgin əmək bahasına müvəffəqiyyətlə inkişaf edir. Kamil Nəcəfzadə sənəti asanlıqla və çox təbii surətdə lazımi dövrə uyğunlaşır. Sanki onun üçün bu və ya digər dövrün əhval-ruhiyyəsini yaratmaq – nəfəs almaq qədər təbiidir. Məsələn, �Bizi bağışlayın� (1979) filmi üçün yaradılmış (yaxud layihələşdirilmiş) interyerlər.

�� Kamil Nəcəfzadənin kino yaradıcılığında əsl dramatizmlə dolu bir çox kompozisiyalar vardır. Bu, �Sən niyə susursan� (1966) və �Dörd bazar günü� (1975) filmlərinə aid ayrı-ayrı səhnələrdir. Rəssam dəfələrlə tarixi mövzulu filmlər üzərində işləməli olmuşdu. Bunlar �Səmt küləyi�, �Qızıl uçurum�, �Atları yəhərləmək vaxtıdır� kinolentləridir. Ölkəmizin tarixinin müxtəlif dövrlərinə həsr olunmuş bu filmlər rəssamın qarşısında yeni-yeni məsələlər qoyurdu. Bu məsələlər də çox vaxt tədqiqatçı xarakter daşıyırdı.

�� Həmçinin, nəzərə almaq lazımdır ki, özünün kinoda çox sıx məşğul olmasına baxmayaraq, K.Nəcəfzadə aktiv və məhsuldar surətdə dəzgah boyakarlığı və qrafika sahəsində işləyirdi. O, Azərbaycanda, Sovet İttifaqının müxtəlif şəhərlərində və xaricində keçirilən müxtəlif sərgilərin iştirakçısı idi.

�� Xarici tematika K.Nəcəfzadənin yaradıcılığında böyük yer tutur. 1958-ci ildən başlayaraq, rəssam dəfələrlə xarici ölkələrə səfərlər etmişdir. Sonra, o, aldığı təəssüratlara əsasən qrafika və boyakarlıq əsərlərindən ibarət silsilələr yaradırdı ki, onlar Bakıda, Moskvada və digər şəhərlərdə sərgilənirdi.

�� Rəssam bir çox ölkələrə səfər etmişdir. Onun əsərlərinin içərisində elələri vardır ki, Fransa, İngiltərə, ABŞ, Kanada, Türkiyə, Rumıniya və başqa ölkələrin adamlarını və görkəmli abidələrini əks etdirir. K.Nəcəfzadə 1982-ci ildə Vyetnama səfərini xüsusi rəğbətlə xatırlayırdı.

�� Elə təsəvvür yaranır ki, rəssam Yer kürəsinin coğrafi cəhətdən bir-birindən uzaq nöqtələrində olarkən sırf görmə informasiyası ilə yanaşı, qeyri-iradi olaraq hansısa bir enerji impulsunu, bir dərəcəni tuta bilirdi. Onun köməyi ilə də müəllifin bədii təfəkkürü bu, yaxud digər yaradıcılıq növünə qoşulurdu.

�� K.Nəcəfzadə 2011-ci il iyun ayının 29-da qısa sürən xəstəlikdən sonra vəfat etdi. Bu münasibətlə Azərbaycanın Respublikası Prezidentinin imzaladığı nekroloqda deyilir: �Tanınmış rəssam, gözəl pedaqoq və qayğıkeş insan Kamil Nəcəf oğlu Nəcəfzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır�

�� sənətşünaslıq doktoru

�� Mədəniyyət.- 2011.- 1 iyul.- S. 5.

Naxçıvanda rəssamlıq sənəti inkişaf yolundadır – FOTOLAR

Muxtar respublikamızda rəssamlığın inkişafı onun ictimai qurum kimi təşkilatlanmasından xeyli əvvəlki dövrləri əhatə edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamda qeyd olunduğu kimi: “Naxçıvanda rəssamlıq sənəti böyük inkişaf yolu keçmişdir. Tarixi Gəmiqaya təsvirlərindən başlayan Naxçıvan rəssamlıq sənəti XII əsrdən etibarən memarlıq məktəbinin təsiri ilə inkişaf etmişdir. XX əsrin əvvəllərində Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli Naxçıvan rəssamlıq məktəbinə yeni ictimai məzmun qazandırmış, onu forma və təsvir vasitələri ilə zənginləşdirmişdir”.

Ötən əsrin əvvəllərində Naxçıvanda təsviri sənətin milli boyakarlıq janrının banisi Bəhruz Kəngərli kimi qüdrətli sənətkar yetişsə də, bütövlükdə, rəssamlığın inkişafına lazımi diqqət göstərilməmişdir. Hətta sərgi salonu olmadığından Bəhruz Kəngərlinin öz əsərlərini yol kənarına düzüb nümayiş etdirməsi barədə onun müasirlərinin xatirələri dövrümüzə qədər gəlib çatmışdır.

Hər bir sənət sahəsi kimi rəssamlıq da diqqət və qayğı tələb edir. Azərbaycan boyakarlığı XX əsrin 70-ci illərində görkəmli dövlət xadimi Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra bu qayğını hiss etməyə başlamışdır. Həmin tarixdən ötən dövr Azərbaycan təsviri sənətinin də inkişaf və yüksəliş dövrüdür. Ulu öndərimiz deyirdi: “Azərbaycan rəngkarlıq, təsviri sənət məktəbi dünyada layiqli yer tutmuşdur. Tarixən qısa bir vaxtda Azərbaycanda gözəl, güclü təsviri sənət məktəbi, rəngkarlıq məktəbi təşəkkül taparaq yaranmışdır”. Ümummilli liderimizin Azərbaycana rəhbərliyinin bütün dövrlərində rəssamlıq sənəti üstün istiqamət verən sahələrdən olmuş, milli mədəniyyətin və təsviri sənətin inkişafında yeni mərhələ başlamış, yaradıcılıq təşkilatlarının fəaliyyəti üçün zəruri tədbirlər görülmüş, onların maddi-texniki bazaları gücləndirilmiş, 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı yaradılmışdır.

Ulu öndərin əsasını qoyduğu ənənələrin 1995-ci ildən etibarən Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilməsi nəticəsində təsviri sənətdə də əsaslı dönüşə nail olunmuşdur. Belə ki, Azərbaycanın ilk realist rəssamı, professional dəzgah boyakarlığının banisi Bəhruz Kəngərli Muzeyi, muxtar respublika Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonu yaradılmış, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Təsviri incəsənət və rəsmxət, Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisasları açılmışdır. Hazırda Naxçıvan Dövlət Rəsm Qalereyası, Mədəniyyət və Təhsil nazirliklərinin nəzdində 9 məktəbdənkənar təhsil ocağında və 3 uşaq incəsənət və bədii sənətkarlıq məktəbində rəsm ixtisası və dərnəklər fəaliyyət göstərir. Son illər əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq və Estetik Tərbiyə mərkəzlərində gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılmışdır.

Qeyd edək ki, artıq 1970-ci ildə muxtar respublikada kifayət qədər ittifaq üzvü olan rəssamların yaşaması onların yerli təşkilatda birləşməsi zərurəti yaratdı. Ulu öndər Heydər Əliyev 1971-ci ilin iyun ayında Naxçıvan Rəssamlar Təşkilatının yaradılmasına hazırlıq işlərinin tamamlanması barədə hökumət strukturlarına və Rəssamlar İttifaqına göstəriş verir. Yeni təşkilatın sədri vəzifəsinə gənc teatr rəssamı Məmməd Qasımovun namizədliyi irəli sürülür. Təşkilat 10 nəfər rəssamla fəaliyyətə başlayır. Sonralar Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatına respublikada fəaliyyət göstərən tanınmış rəssamlar – Şəmil Mustafayev, Abazər Qardaşbəyov, Mircəlil Seyidov, Babək Abazərli, Hüseynqulu Əliyev sədrlik etmişlər.

Ali Məclis Sədrinin qayğısı ilə 2000-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı ləğv olunaraq onun bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılmışdır. Ali Məclis Sədrinin 2001-ci il 15 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonuna Bəhruz Kəngərlinin adı verilmişdir. Bir qədər sonra Ali Məclis Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə Bəhruz Kəngərli Muzeyi yaradılmış və 18 iyun 2002-ci ildə muzeyin açılışı olmuşdur. Açılış mərasimində görkəmli dövlət xadimi Heydər Əliyev şəxsən iştirak etmiş və rəssamın həyat və yaradıcılığı, əsərlərinin tədqiqi sahəsində qarşıda duran vəzifələr haqqında geniş nitq söyləmişdir. Birliyin 2011-ci ilin mart ayında keçirilən III konfransında yeni Nizamnaməsi qəbul olunmuş, təşkilat yeni yaradıcı qüvvələr hesabına gücləndirilmiş, Rəssamlar Birliyinin fəaliyyət göstərdiyi iş otaqları və Bəhruz Kəngərli adına Sərgi Salonu əsaslı şəkildə təmir edilmişdir.

Belə qayğı müntəzəm olaraq davam etdirilmiş, Ali Məclis Sədrinin 2011-ci il 23 iyul tarixli Sərəncamı ilə birliyin 40 illik yubileyi keçirilmiş, birlik Ali Məclis Sədrinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Rəssamlar Birliyinin 26 iyul 2011-ci ildə keçirilmiş 40 illik yubiley sərgisində Ali Məclisin Sədri cənab Vasif Talıbov tövsiyə xarakterli çıxış edərək demişdir: “Bu sahəyə ona görə diqqət göstərilir ki, Rəssamlar Birliyi muxtar respublikanın ictimai həyatında fəal iştirak etsin, yeni rəssamlar yetişdirilsin, Bəhruz Kəngərli ilə başlanan yol davam etdirilsin. Bu gün muxtar respublikamızda professional rəssamlar fəaliyyət göstərir. Onlar təkcə ölkəmizdə deyil, Azərbaycandan kənarda da tanınırlar, müxtəlif ölkələrdə sərgiləri təşkil olunur. Bu sahənin daha da inkişaf etdirilməsi üçün rəssamların üzərinə mühüm vəzifələr düşür. Tarixin yaşadılması baxımından rəsm əsərləri mühüm əhəmiyyət daşıyır. Vaxtilə Bəhruz Kəngərlinin, Şamil Qazıyevin çəkdiyi rəsm əsərlərində Naxçıvanın tarixi, abidələri, adət-ənənələri öz əksini tapmışdır. Naxçıvanın təbiəti, tarixi abidələri rəssamlar üçün mövzu, hər bir guşəsi isə bir rəsm əsəridir”.

Ali Məclis Sədrinin çıxışından irəli gələn tövsiyə və tapşırıqları özünə proqram kimi qəbul edən Naxçıvan Rəssamlar Birliyi fəaliyyətini bu istiqamətdə quraraq daha böyük nailiyyətlər əldə etməyə çalışır.

Belə ki, 2011-ci ildən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin şəxsi saytı və “Facebook” səhifəsi fəaliyyətə başlamışdır. Həmin ildən Rəssamlar Birliyinin üzvlərinə muxtar respublika rəhbəri tərəfindən emalatxanalar verilmiş və ildə üç rəssam yaradıcı insanlar üçün təsis edilmiş təqaüd ilə mükafatlandırılmışdır. Rəssamlarımızın maddi durumunun yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülmüşdür.

2012-ci ildən başlayaraq qədim diyarımızda “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalına start verilmişdir. Uğurla nəticələnən və bir çox ölkələrdən xoş sədası gələn bu festivalın iki ildən bir keçirilməsi nəzərdə tutulub. Belə ki, 2014-cü ildə II, 2016-cı ildə III və 2018-ci ildə IV Beynəlxalq Rəsm Festivalı keçirilmişdir. V Festivalı isə 2020-ci ilə planlaşdırılsa da, dünyanı bürüyən COVID-19 pandemiyasına görə təxirə salınmalı olmuş, 2021-ci ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə keçirilmiş, əsl sənət bayramı kimi tarixə düşmüşdür. Festivallarda, ümumilikdə, dünyanın 16 ölkəsindən nümayəndə olmaqla, 254 rəssam iştirak edib. Ənənə olaraq hər festivalın ayrı-ayrılıqda kataloqları çap olunmuş və festival iştirakçılarına göndərilmişdir.

12 iyun 2013-cü il Naxçıvan Rəssamlar Birliyinin tarixində ən əlamətdar günlərdən biri olmuşdur. Belə ki, Naxçıvan şəhərinin mərkəzində, Heydər Əliyev prospekti 38 ünvanında birlik üçün zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət müasir tələblərə cavab verən yeni bina inşa edilmişdir.

Növbəti sevindirici hadisə isə Rəssamlar Parkının yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 noyabr tarixli Sərəncamı olmuşdur. Həmin Sərəncama əsasən Naxçıvan şəhəri “İstiqlal” küçəsi 52 ünvanında Bəhruz Kəngərlinin heykəli qoyulmaqla, görkəmli rəssamın adına Rəssamlar Parkı yaradılmışdır. Park 24 may 2016-cı ildə, III Beynəlxalq Rəsm Festivalı ərəfəsində festivala gələn qonaqların iştirakı ilə Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən açılmış və sənətsevərlərin istifadəsinə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn məsələlərdən biri kadr hazırlığına müasir yanaşma və vətəndaşın cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin etməkdir. Bu Sərəncamda qarşıya qoyulan vəzifələrdən biri kimi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun müvafiq ixtisaslarını hamiliyə götürmüş və Ali Məclis Sədri tərəfindən təsdiq olunmuş Tədbirlər Planına əsasən həmin ali məktəblərin rəssamlıq təhsili alan tələbələr ilə mütəmadi olaraq işlər aparılır, tədbir və sərgilər keçirilir. Əlavə olaraq hər ay muxtar respublikada fəaliyyət göstərən uşaq – gənclər yaradıcılıq mərkəzlərində və incəsənət məktəblərində birlik üzvləri tərəfindən ustad dərsləri təşkil edilir.

Muxtar respublikamızda yaradılan şəraitə əsasən gənc və qabiliyyətli uşaqların üzə çıxarılmasına Rəssamlar Birliyi də öz töhfəsini verməkdədir. Belə ki, 2020-ci ildə birliyin nəzdində Gənc rəssamlar bölməsi yaradılmışdır. Hazırda bölmənin 25 üzvü vardır.

Muxtar respublika rəhbərinin daim diqqətində olan rəssamlarımız böyük qayğı ilə əhatə ediliblər. Belə ki, fəaliyyətləri ilə fərqlənən rəssamlarımız fəxri adlara layiq görülür, görkəmli rəssamlarımıza yubileylər keçirilir, onların kitab, albom-kataloqları çap olunur, sərgiləri təşkil edilir. Buna misal olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə görkəmli rəssam Bəhruz Kəngərlinin 120, Əməkdar incəsənət xadimi Şamil Qazıyevin 100, görkəmli Azərbaycan rəssamı İbrahim Səfiyevin 120 illik yubileyləri təntənəli şəkildə keçirilib və albom-kataloqları çap olunub.

Hazırda Naxçıvan Rəssamlar Birliyinin 56 üzvü var. Onlardan bir nəfəri “Xalq rəssamı”, üç nəfəri “Azərbaycan Respublikasının Əməkdar rəssamı”, bir nəfəri “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi”, altı nəfəri isə “Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı” fəxri adları ilə təltif olunmuşlar.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi son illərdə beynəlxalq əlaqələrini də xeyli genişləndirmişdir. Belə ki, üzvlərimiz birlik tərəfindən bir çox xarici ölkələrdən dəvətlər almış və orada təşkil olunan sərgilərə, müsabiqələrə, festival və simpoziumlara qatılaraq belə mötəbər tədbirlərdə yurdumuzu layiqincə təmsil etmişlər. Bu ölkələrin siyahısına Bolqarıstan, Fransa, İran, Türkiyə, ABŞ, Portuqaliya, Çin, Avstriya, Rusiya, Ukrayna və digər ölkələr daxildir.

Bu il Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaradılmasından 50 il ötür. Biz Naxçıvanda yaşayıb-yaradan rəssamlar rəssamlıq tariximizlə, keçmişdə fəaliyyət göstərən rəssamlarımızla fəxr edir, daim irəliyə baxırıq. Doğma diyarımızın günü-gündən çiçəklənməsi – sosial-iqtisadi tərəqqisi, geniş vüsət alan bərpa-quruculuq işləri bizi həvəsləndirir, yeni əsərlər işləməyə sövq edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı 2021-ci il 3 mart tarixli Sərəncamı və təsdiq olunmuş Tədbirlər Planı məsuliyyət hissimizi bir qədər də artırıb. Ona görə də Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi, onun İdarə Heyəti muxtar respublika rəhbərinin diqqət və qayğısı müqabilində fəaliyyətini daha da gücləndirəcək, yaradılmış şəraitdən səmərəli istifadə etməklə mədəniyyətimizin inkişafına öz töhfəsini verəcəkdir.

Ülviyyə Həmzəyeva
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri,
Azərbaycan Respublikasının Əməkdar rəssamı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Похожие статьи

  • Azərbaycan xalq musiqisinin əsasları

    Azərbaycan xalq musiqisinin əsasları НЕКОТОРЫЕ НАПРАВЛЕНИЯ ИССЛЕДОВАНИЙ АКУСТИЧЕСКИХ СВОЙСТВ АЗЕРБАЙДЖАНСКОЙ НАРОДНОЙ МУЗЫКИ Üzeyir Hacıbəyov — müasir…

  • Azərbaycan tarixi 2ci cild

    V sinif. Azərbaycan tarixi. BSQ № 2 Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli…

  • Azərbaycan tarixi akademik nəşr 1ci cild

    Azərbaycan tarixi akademik nəşr 1ci cild Aryailər əfv edici, isti, qonaqpərvər insanlardır və getdikləri hər yerdə dostluq, elm və sevgi toxumu əkirlər….

  • Azərbaycan rəssamları

    Smər Nərimanbəyova: Azərbaycan rəssamlarının əsərlərini dünyaya tanıtdırmaqdan zövq alıram Azərbaycan Rəssamlar İttifaqı / Union of Azerbaijan Artists на…

  • Azərbaycan tarixi mehman

    Azərbaycan tarixi mehman 2016 -ci ildə avqustun 28-də axşam saatlarında Mehman Hüseynov NİDA hərəkatının üzvlərilə birgə 1 saat Sabunçu rayon polisində…

Comments are closed, but trackbacks and pingbacks are open.