Sərbəst İşlər
Elmi üslub bədii üslub qədər kütləvi xarakter daşımır. Belə ki, bədii üslubda yazılan hər bir parçanı hamı oxuyanda və ya eşidəndə başa düşür, lakin elmi üslubda müxtəlif sahələrə aid yazılan əsərləri hamı dərk edə bilmir.
Azərbaycan ədəbi dilinin ÜSLUBLARI
Ədəbi dilin xarakterik cəhətlərindən biri də onun müxtəlif üslublara malik olmasıdir.
Üslub nədir? Üslub sözü bir çox mənalarda işlənir. Məsələn: dilin üslubu, yazıçının üslubu və s. Dilin üslubu ilə yazıçının üslubu eyni anlayış deyildir. Ona görə bu anlayışlari bir-biri ilə qarışdırmaq olmaz.
Dilin üslubu dedikdə ümumi üslublar nəzərdə tutulur. Lakin yazıçının üslubu onun ümumxalq dilindən, dil vasitələrindən öz arzu və zövqünə, mövzu və məqsədinə görə necə seçib işlətməsi üsulları ilə bağlıdır. Hər bir yazıçının üslubu onun həyata münasibəti, elmi və siyasi biliyi, mədəniyyəti və bacarığı əsasında yaranır. Buna görə də yazıçının dünyagörüşü ilə ifadə tərzinin vəhdəti onun üslubudur. Lakin yazıçının üslubu ümumdil xaricində mövcud deyildir. Bu ümumidən asılı olaraq onun bir hissəsidir. Bədii yaradıcılıqda hər bir sənətkarın öz üslubunun olması əsas şərtlərdəndir. Çünki fərdi üslub sənətkarın yaradıcılıq orijinallıgını müəyyən edir və onu başqalarından fərqli bir sənətkar kimi tanıdır. Elə buna görədir ki, Səməd Vurğun demişdir: —öz üslubunu təyin etmək və ona daima sadiq yaşayıb yaratmaq şair üçün səadətdir! Başqalarından söz, düşüncə və duyğu pərdələri altında gizlənib qalmaq isə şair üçün fəlakətdir.”
Dilin üslubları müxtəlif səbəblər nəticəsində əmələ gəlir. Bu hər şeydən əvvəl, insan fəaliyyətinin müxtəlif sahələri ilə əlaqədar olaraq bu və ya başqa şəraitdə fikrin ifadə olunması üçün dil vasitələrindən istifadə edilərkən yaranır. Hər bir üslub dilin milli xüsusiyyətləri əsasında qurulur. Bunların yaranmasında həm yazıçıların, həm də alim-müəllim və digər qrup ziyalıların böyük xidməti olur.
Dildəki üslubların əmələ gəlməsi və digər cəhətlərindən bəhs edən xüsusi elm sahəsi vardır. Buna dilçilikdə üslubiyyat deyilir. Üslubiyyatda dilin ifadə vasitələrinin müxtəlif üslublarda işlənilmə üsulları geniş şəkildə öyrənilir.
Azərbaycan ədəbi dilində, qədim dövrlərdən başlayaraq, zəngin üslubi sistem yaranmışdir. Ədəbi dilimizin ayrı-ayrı inkişaf mərhələlərində müxtəlif üslublar olmuşdur. Zaman keçdikcə bu üslublar daha da artmış, zənginləşmiş və təkmilləşmişdir. Hazırda Azərbaycan ədəbi dilinin aşağıdakı üslubları vardır. Bədii üslub, elmi üslub, ictimai-publisistik üslub, rəsmi üslub. Bu üslubların həm ümumi, həm də hər birinin özünəməxsus fərqli xarakterik cəhətləri vardır.
1.Ədəbi dilin bədii üslubu
Fikrin bədii ifadə və təsvir vasitələri ilə ifadə olunmasına bədii üslub deyilir. Bədii üslub eyni zamanda bədii dil də adlanır.
Azərbaycan ədəbi dilində bədii üslub xüsusi yer tutur. Bu üslub tarixən qədim, mahiyyətinə görə isə çox kütləvidir. Bədii üslub ədəbi dilimizin ilk formalaşdığı dövrdən onun əsasını təşkil etmişdir.
Bədii üslubun iki forması vardır: nəzm üslubu və nəsr üslubu.
Bədii üslubun bu formaları bir sıra cəhətlərinə və əlamətlərinə görə bir-birindən fərqlənir. Məsələn, şeirlə yazılan əsərlərdə müəyyən ölçü olur; belə ki, şeirdə hecalara fikir verilir, qafiyə nəzərə alınır və s. Lakin nəsr əsərlərində isə bu ölçülər hazırkı dövrdə nəzərə alınmır (ədəbiyyatımızda qafiyəli nəsr də olmuşdur).
Bədii üslubun hər iki formasında janrlarla əlaqədar bir sıra üslublar da olur; məsələn, qəzəl üslubu; qoşma üslubu; hekayə üslubu; dram üslubu; satira üslubu və s.
Ədəbi dilin bədii üslubunun özünəməxsus bir sıra xüsusiyyətləri vardır ki, bunlar onu başqalarından fərqləndirir. Həmin fərqlər, əsasən, aşağıdakı sahələrdə özünü göstərir.
- Söz seçməkdə. Bədii üslubda yazılan əsərlərdə müxtəlif söz qruplarına müraciət olunur və oradan rəngarəng sözlər seçilib işlədilir. Dildə elə bir söz qrupu ola bilməz ki, bədii üslub oradan istifadə etməsin. Dildə hər nə varsa bədii üslubun ixtiyarındadır. Bədii üslubda bu və ya başqa üslubi məqam, yaxud surətin nitqini fərdiləşdirmək üçün sənət, peşə ilə əlaqədar və ya dialekt sözlərindən istifadə edilir. Bununla bərabər həmin üslubda sözlərin məna qruplarından — eyni səslənməyə malik müxtəlif sözlərdən (omonim); müxtəlif formalı, lakin yaxın məna ifadə edən sözlərdən (antonom) bədii ifadə vasitəsi kimi çox geniş istifadə olunur. Bütün bunlar isə oxucu və ya dinləyicinin bədii zövqünü oxşamağa qüvvətli təsir göstərir.
- Sözlərin işlədilməsində. Bədii ədəbiyyat dil sahəsində geniş novatorluq meydanıdır. Burada mövcud sözlərə yeni məna vermək, sözə emosional çalarlıq gətirmək və bunları çox müxtəlif formalarda və müxtəlif məqam və vəziyyətdə işlətmək olur.
- Bədii ədəbiyyatda ayrı-ayrı sözlərdən yeni mənalarda istifadə olunması. Onların məcazi məna kəsb etməsi imkanları ilə bağlıdır. Hər bir sözün məcazi mənası dildə müəyyən obrazlılıq əmələ gətirir. Bədii ədəbiyyatda məcazların müxtəlif formalarından olduqca geniş şəkildə istifadə edilir. Buna görə də bədii üslub obrazlı olur və bu cəhətinə əsasən digər üslublardan fərqlənir.
- Qrammatik vasitələrin istifadəsində. Bədii üslubda bəzi dil vasitələrinə bədii meyarla yanaşılır. Bu və ya başqa bir vasitə bədii qanunlara müvafiq olaraq bədii zərurət əsasında işlənilir. Bədii üslubda sintaktik fiqurlar — ritorik suallar, bədii nidalar və xitablar çox işlənir. Bu da öz növbəsində onu başqa üslublardan fərqləndirir.
- Fonetik materialın istifadəsində. Bədii üslubda dilin səs sistemi bir növ estetik təsir vasitəsinə çevrilir. Xüsusən poeziyada gözəl ahəng, musiqilik səslərlə yaradılır. Eyni zamanda, səslərin fonetik sıralanması vasitəsi ilə bəzən ifadənin təsiri də qüvvətləndirilir. Belə bir vəziyyət, əsasən, bədii üslub üçün xarakterikdir.
- Sitatlardan istifadə. Bədii üslubda sitatlardan geniş istifadə olunur. Burada işlənilən hər bir poetik sitat öz vəzifəsinə görə elmi sitatdan fərqlənir. Poetik sitatlar bədii surətlərin nitqini fərdiləşdirmək və s. kimi üslubi cəhətlər üçün işlənilir.
- Epiqrafların verilməsində. Bədii üslubda epiqraflara tez-tez müraciət olunur. Hər bir epiqraf mətnin əvvəlində verilərək həmin mətnin məzmunu ilə uyğun gəlir. Bunların vasitəsilə müəllif ifadə olunan fikrin təsirini daha da artırır.
Bədii üslub bütün öz xüsusiyyətləri ilə olduqca obrazlı, emosional və ekspressivdir. Bu üslub başqa üslublara nisbətən xalq danışıq dilinə daha yaxındır. Hazırda Azərbaycan ədəbi dilinin bədii üslubu çox inkişaf etmişdir. Bu üslub ədəbi dilin və xalq danışıq dilinin xüsusiyyətləri əsasında get-gedə daha da təkmilləşir.
2.Ədəbi dilin elmi üslubu
Fikrin elmi şəkildə ifadə olunması elmi üslub adlanır. Elmi üsluba eyni zamanda elmi dil də deyilir. Elmi üslubda obrazlılıq, emosionallıq olmur. Buraya bütün elmi və metodik əsərlərin dili daxildir.
Azərbaycan ədəbi dilində elmi üslub bədii üslubdan sonra formalaşmağa başlamışdır. Bu üslub tarix boyu geniş təkmilləşmə və inkişaf yolu keçirmişdir. Hazırda elmin bütün sahələrinə dair bu üslubda mükəmməl elmi əsərlər yaradılır. Elmi üslubu digər üslublardan fərqləndirən bir sıra xüsusiyyətlər vardır. Həmin xüsusiyyətlər, əsasən, aşağıdakılarla müəyyənləşir.
- Fikrin elmi izahı. Elm — təbiət və cəmiyyət qanunlarını aydınlaşdırır. Buna görə də elm mövcud anlayışlara dair dəqiq izahat tələb edir; müəyyən məsələ şərh olunarkən elmi təfəkkür əsas götürülür. Bu xüsusiyyət elmi üslubu digər üslublardan fərqləndirir.
- Terminlərin çox işlənməsi. Məlum olduğu kimi termin elmin əlifbasıdır. Elə buna görə də elmi üslubda elmin müxtəlif sahələrinə dair aparılan tədqiqatla əlaqədar terminlərdən geniş istifadə olunur.
- Sözün həqiqi mənada işlənməsi. Elmi üslub üçün əsas əlamətlərdən biri sözü ilk mənasında işlətməkdir. Bu üslubda sözlərin məcazi, yaxud bir neçə mənada işlədilməsinə əsasən yol verilmir. Çünki elmi üslubda sözlərin çoxmənalılığı bəzən do-laşıqlığa, anlaşılmazlığa səbəb ola bilir.
- Xüsusi ifadələrin işlənilməsi. Elmi üslubda bu və ya digər məsələ şərh olunarkən “tədqiqat göstərir ki, ” “belə nəticəyə gəlmək olur ki”, “bu nöqteyi — nəzərdən” və s. kimi xüsusi ifadələrdən tez-tez istifadə olunur. Bunlar elmi üslubun xüsusiyyətləri ilə bağlı ifadələrdir.
- Mürəkkəb sintaktik konstruksiyaların tələb olunması. Elmi üslubda bu və ya digər anlayışı dəqiq və düzgün ifadə etmək üçün dilin bütün qrammatik vasitələrindən, o cümlədən mürəkkəb sintaktik quruluşlu cümlələrdən istifadə edilir.
- Müxtəlif işarələrin işlədilməsi. Ayrı-ayrı elm sahələri ilə əlaqədar olaraq elmi üslubda yazılan əsərlərdə müxtəlif işarələr sistemindən istifadə edilir. Dialektlərə aid yazılmış əsərlərdə transkripsiya ilə əlaqədar işarələr buna misal ola bilər.
- Qədim yunan və latın əlifbalarından istifadə olunması. Bəzi elm sahələrində yunan və latın hərflərinə müraciət olunur.Məsələn, iks (x), iqrik (y) və s.
Bu və ya digər tədqiqat işi elmi üslubda şərh olunarkən hər bir müəllifin fərdi üslubu yaranır. Lakin bu fərdi üslub bədii üslubda yaranan fərdi üslub kimi xüsusi mahiyyətə malik olmur.
Elmi üslub bədii üslub qədər kütləvi xarakter daşımır. Belə ki, bədii üslubda yazılan hər bir parçanı hamı oxuyanda və ya eşidəndə başa düşür, lakin elmi üslubda müxtəlif sahələrə aid yazılan əsərləri hamı dərk edə bilmir.
Qeyd etmək lazımdır ki, ədəbi-tənqidi əsərlər də eyni üslubda yazılır. Bu növ əsərlər elmi üslubu ictimai-publisistik üsluba yaxınlaşdırır.
3. Ədəbi dilin ictimai-publisistik üslubu
İctimai və siyasi məsələlərin geniş xalq kütləsinin anlayacağı şəkildə izah edilməsi ictimai-publisistik üslub adlanır. Bu üsluba eyni zamanda kütləvi üslub, kütləvi dil də deyilir. Buraya təbliğat, təşviqat məzmunlu, adi məlumat xarakterli və tənqidi məqalələrin, yazılı məruzələrin, qəzet xülasələrinin və s.dili daxildir.
İctimai-publisistik üslubun əmələ gəlməsində mətbuatın xüsusi rolu vardır. Buna görə də bu üslubu çox zaman mətbuat üslubu da adlandırırlar. Lakin qeyd etməliyik ki, qəzet və jurnallar-dakı məqalələrin hamısı publisistik üslubda yazılmır; orada müxtəlif üslubda yazılan materiallar olur. Elə buna görə də bütün məqalələri mətbuat üslubu adı altında başa düşmək düzgün deyildir: mətbuat üslubu başqa anlayışdır. Bunun özü iki yerə bölünür: a) qəzet üslubu b) jurnal üslubu. Bunların isə fərqli cəhətləri vardır. Bu fərqlər hər şeydən əvvəl ondadır ki, qəzetdə mənası gec başa düşülən sözlərə, tərkiblərə yer verilmir. Ancaq jurnalda yeni terminlər, tərkiblər, qısaltmalar və sairə çox işlədilir.
Azərbaycan ədəbi dilinin ictimai-publisistik üslubu əsasən XIX əsrdə milli mətbuatın meydana çıxdığı dövrdən formalaşmağa başlamışdır.
İctimai-publisistik üslubun janrlara görə müxtəlif qolları olmasına baxmayaraq, bunların hamısının ümumi və digər üslublardan fərqli xüsusiyyətləri vardır. İctimai publisistik üslubun səciyyəvi cəhətləri aşağıdakılardan ibarətdir:
- Sözün istehza ilə işlədilməsi;
- Sarkazmlar yaradılması;
- Frazeoloji vahidlərdən geniş istifadə olunması;
- Bədii ədəbiyyatdan sitatlar verilməsi;
- İfşa və tənqid üçün ən kəskin sözlər işlədilməsi.
İctimai-publisistik üslub, ümumiyyətlə, aydın üslubdur. Burada xalq danışıq ünsürləri yox olur. Məsələn, —Kirpi” jurnalın-dakı məqalələrin əksəriyyətində istənilən qədər xalq ifadə və tərkibləri, adi danışıq dilinə məxsus cümlələr və s. vardır.
İctimai-publisistik üslubda yazılan oçerklər bunu bədii üsluba, xülasə və tənqidi məqalələr elmi üsluba, bəzi materiallar isə rəsmi üsluba yaxınlaşdırılır.
4.Ədəbi dilin rəsmi üslubu
Cəmiyyətdə rəsmi münasibətləri bildirmək üçün yazılan dövlət sənədlərinin üslubu rəsmi üslub adlanır. Buraya bütün dövlət sənədlərinin — protokol, akt, nota, əmr, qərar, bəyanat, qətnamə və s. sənədlərin dili daxildir.
Azərbaycan ədəbi dilinin rəsmi üslubu əsasən XIX əsrdə, yəni milli ədəbi dilin sabitləşməsi dövründə formalaşmağa başlamışdır.
Rəsmi üslubda yazılan sənədlərdə fikrin konkret şəkildə izahı tələb olunur. Buna görə həmin üslub üçün aşağıdakı cəhətlər xarakterikdir:
- hər bir məsələ aydın və olduqca qısa izah edilir;
- artıq və lüzumsuz sözlərə, təkrarlara, bədii vasitələrə yer verilmir;
- ikimənalılığa, dolaşıqlığa yol verməmək üçün hər bir anlayışa dair dəqiq terminlər seçilir.
- hər hansı bir məfhumun izahı üçün ədəbi dilin qrammatik normalarına düzgün riayət olunur;
- ştamp xarakterli xüsusi tərkiblərdən, ifadələrdən geniş istifadə olunur.
Ədəbi dilin üslubları cəmiyyətin inkişafı ilə əlaqədar olaraq dəyişir və inkişaf edir. Sovet dövründə Azərbaycan ədəbi dilinin üslubları hər cəhətdən geniş inkişaf etmişdir və indi də bu iş davam edir.
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb tələbələri üçün dərs vəsaiti, Bakı 2015
Müəlliflər: Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa isgəndərzadə
- Teqlər:
- üslublar
- , üslubiyyat
- , Azərbaycan dili
- , üslub
- , Azərbaycan dilinin üslubları
Sərbəst İşlər
Azərbaycan ədəbi dilinin funksional üslublarına aşağıdakı üslublar daxildir; bədii üslub, publisistik üslub, məişət üslubu, rəsmi — işgüzar üslub. Bu üslubların hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Tarixi inkişaf prosesində müəyyənləşmiş həmin xüsusiyyətlər bir üslubu başqa üslubdan fərqləndirir. Məsələn, bədii üslub obrazlılığı, bədii ifadə vasitələrinin bolluğu ilə seçildiyi kimi, elmi üslubun da əsas səciyyəvi xüsusiyyəti terminlərdən istifadəyə üstünlük verilməsidir. Bu üslublar bir — birindən nə qədər fərqlənsə də, onların hamısı ədəbi dilin üslublarıdır. Buna görə də bu üslubların hər biri ədəbi dilimizin fonetik, leksik və qrammatik nornıalarına tabe olur. Rəsmi-işgüzar üslub rəsmi işgüzar sənədlərin dilidir. Üslubda fikir müəyyən qəlibə düşmüş (standart) formalarda və olduqca yığcam şəkildə verilir. Üslubun əsas səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi – işgüzar üslub hamı üçün eynidir, yəni standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinmir. Milli rəsmi-işgüzar üslub başqa funksional üslublara nisbətən gec formalaşmışdır. Bu üslubun lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəsmi-işgüzar üslubda bir sıra arxaik sözlər və köhnəlmiş sintaktik qəliblər uzun müddət qorunub saxlanılır. Rəsmi-işgüzar üslub 2 yerə ayrılır: a) rəsmi sənədlərin dili, b) işgüzar sənədlərin dili. Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan sənədlər (məsələn, Prezident fərmanları, hökumət sərəncamları, nazirlərin əmrləri, Konstitusiya və s.) rəsmi sənədlər sayılır. Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır:
– dilin maksimum mükəmməlliyi; – fikrin tam aydınlığı; – fikrin (sözlərin) birmənalılığı; – fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması) – dil yığcamlığı Rəsmi sənədin əsas şərti (həcmindən asılı olmayaraq) dil yığcamlığıdır. Rəsmi sənədlər millətin dövlətçilik mədəniyyətini əks etdirir.
Buna görə də həmin sənədlərin mükəmməl tərtibinə xüsusi diqqət yetirilir. İşgüzar sənədlər isə ayrı-ayrı vətəndaşlara aid olur. Ərizə, tərcümeyi-hal, akt, xasiyyətnamə, elan, reklam və s.
işgüzar sənədlərdir. İşgüzar sənədlər hamı üçün eyni olan standart formalarda hazırlanır. Belə
sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır. Rəsmi-işgüzar üslubun şifahi forması olmur.
İşgüzar üslub başqa üslublardan birinci növbədə leksik xüsusiyyətləri ilə fərqlənir. Burada konkret sahələrə aid sözlər, terminlər işlədilir. İşgüzar üslubun leksik xüsusiyyətlərindən
danışarkən onu da qeyd etməliyik ki, bütövlükdə bu üslubda, eləcə də onun yarımüslublarında – sahələrində dilimizdə mövcud olan bəzi standartlar, ştamp şəkli almış ifadə və 3 formalar tez-tez işlədilir. Məsələn, qərar vermək, təqdim etmək, tələb etmək, imza etmək, təmin etmək, qəbul etmək, məruzə etmək, lehinə (əleyhinə) səs vermək, tədbir görmək, müzakirə etmək, irəli sürmək, həyata keçirmək, yerinə yetirmək, cəlb etmək, istifadə etmək, təltif etmək,təsis etmək,nəzərdə tutmaq, məsuliyyət daşımaq, qüvvəyə minmək, qüvvədən düşmək, qadağan etmək, nəzərinə çatdırmaq, xəbərdarlıq etmək və s. Bu qrup hazır ifadələrin işgüzar üslubda işlənilməsi sənədlərin dilinin aydın olmasını, asan başa düşülməsini bir növ təmin edir. Yeri gəlmişkən onu da qeyd edək ki, işgüzar üslubda müəyyən sabit söz birləşmələrindən (məsələn, tədbir görmək, qüvvəyə minmək, qüvvədən düşmək, məsuliyyət daşımaq və s.) savayı, frazeoloji birləşmələrdən, məcazlardan, bədii ifadə vasitələrindən, bədii müqayisələrdən, epitetlərdən, təkrarlardan, bir qayda olaraq, istifadə olunmur. Bu da onu bədii üslubdan fərqləndirən əsas amillərdən biridir.
İşgüzar üslubun qrammatik xüsusiyyətləri. İşgüzar üsluba aid mövcud yazılarda indiyə qədər, adətən, onun leksik və sintaktik xüsusiyyətlərindən bəhs olunmuşdur. Müşahidələr göstərir ki, ədəbi dilin başqa üslubları kimi, işgüzar üslubda da bəzi morfoloji xüsusiyyətlər bu üslubun
səciyyələnməsində və formalaşmasında az əhəmiyyət kəsb etmir. Morfoloji xüsusiyyətlər.
İşgüzar üslubda isimlərin və fellərin işlənilməsinin bəzi cəhətləri diqqəti cəlb edir. İdarə adları bildirən sadə və mürəkkəb isimlər, vəzifə adları bildirən ümumi isimlər, bu vəzifə (direktor, müəllim, rektor, hakim, professor, nazir, müşavir) və şəxs adlarının, soyadların tez-tez
işlənilməsinin vacibliyi işgüzar üslubun morfoloji əlamətlərindən biridir. İşgüzar üslubda şəxs adlarını göstərmək üçün mötərizələrdən istifadə olunur. Doğrudur, üslubi məqsəd və əlavə
izahlar üçün başqa üslublarda da mötərizə işlədilir. Lakin burada başqa üslublardan fərqli olaraq, konkret şəkildə məsul şəxslərin adı, soyadı, idarə və təşkilat adları göstərilir. İşgüzar üslubun qanunvericilik yarımüslubunda konkret isimlərin (əsasən cəm halında) işlənilməsi xüsusi məqsəd daşıyır.
Bununla belə, qanunvericilik aktlarının xarakterindən asılı olaraq, cəza , cinayət, icra, şikayət haqqında kodekslərdə «rəhbərlik», «plan», «yoxlama», «qərar», «üsul», «istehsalat»,
«müvəffəqiyyət» və s. mücərrəd isimlər də işlədilir. Bu qrup isimlərə mətnlərin giriş hissəsində və təsvir məqamlarında daha geniş yer verilir. Dəftərxana sənədlərində, bir sıra müqavilələrdə tək və cəm halda olan 4 konkret isimlərin işlənilməsi vacibdir. Vətəndaşlıq aktlarında, ayrı-ayrı sahə kodeks və əsasnamələrində mücərrəd isimlər tez-tez müşahidə edilir. Belə isimlərin bir qrupunu feli isimlər təşkil edir. İşgüzar üslubda -lar, -lər şəkilçisi ümumiləşdirmə məqsədilə və termin yaradıcılığı məqamlarında işlədilir. Bu ən çox diplomatik sənədlərin dilində, müqavilələrdə müşahidə edilir. «Tərəflər ümumi bir rəyə gələ bilmədilər» cümləsindən göründüyü kimi, hər hansı iki dövlət və yaxud iki dövlət nümayəndəsi nəzərdə tutulur. -lar, -lər şəkilçisi sifət-isim birləşmələrində işlənərək söz birləşməsi tərkibində ismin konkretləşməsinə xidmət edir: mülki münasibətlər, hüquqi münasibətlər, mülki hüquqlar, mülki işlər, əşyavi dəlillər, prosessual müddəalar və s. İşgüzar üslubun diplomatik yarımüslubunda düzəltmə isimlərin və eləcə də eyni sözün təkrarı ilə yaranan mürəkkəb isimlərin işlənilməsinə çox az təsadüf olunur. Müşahidələrdən də aydın olur ki, isimlərin işlənilməsində termin – söz birləşmələri, ismi-dominantlar da işgüzar üslubun səciyyələndirilməsində müəyyən rol oynayır və bunlar yarımüslubların əhatə etdiyi müxtəlif sənədlərin dilinə xasdır. Məsələn, diplomatik sənədlərin dilində işlənən nota, ultimatum, attaşe, iqamətgah, saziş, müqavilə, fəxri qaravul, cənab, zati-aliləri, ATƏM-in nümayəndələri, BMT nümayəndəsi və s. İşgüzar üslubun bəzi
janrlarında (qərarlarda, qanunlarda, fərmanlarda) ad və soyadlar bütöv yazılır (diplomatik sənədlərdə adlar bəzən ixtisar edilir) və vəzifələr hər bir adın qarşısında mütləq göstərilir. Məsələn, Azərbaycan Respublikası Milli Məclisinin sədri… Azərbaycan Respublikası Təhsil naziri və.s
Azərbaycan ədəbi dilinin üslubları
Azərbaycan dili dərsi
ÜSLUBİYYAT
1. ÜSLUB HAQQINDA MƏLUMAT. Bu və ya digər bir dilin üslubi imkanlarını öyrənən dilçilik sahəsi üslubiyyat adlanır. Üslubiyyatın əsas vahidi üslubdur. «Üslub» dedikdə dil vasitələrindən məq-sədyönlü istifadə üsulu, forması nəzərdə tutulur. Dil vahid-lərindən istifadə özünü iki baxımdan göstərir:
1) ümumi, yaxud ictimai baxımdan (bu zaman funksional üslublar meydana çıxır);
2) xüsusi, yaxud şəxsi baxımdan (bu zaman fərdi üslub meydana çıxır).
Milli ictimai təfəkkürün müxtəlif sahələrini əks etdirən, dil vahidləri də həmin sahələrin tələbi ilə seçilib sistemləşən funk-sio-nal üslublar (bədii üslub, elmi üslub, publisistik üslub, məişət üs-lu-bu, rəsmi-işgüzar üslub) birlikdə ədəbi dili təşkil edir. Fərdi üs-lub funksional üslublardan fərqli olaraq, xüsusi səciyyə daşıyır və əsa-sən bir şəxsə (müəllifə) aid olur. Məs: Füzuli üslubu, Səməd Vur-ğun üslubu və s. Bə’zən bu və ya digər dil xüsusiyyətlərini ümu–milikdə daşıyan bir neçə şəxs (müəllif) də eyni üsluba aid ola bilər. Məs: molla nəsrəddinçilərin üslubu, füyuzatçıların üslubu və s.
Üslub bu və ya digər dilin üslubi imkanlarının təzahürüdür.
2. AZƏRBAYCAN ƏDƏBI DILININ ÜSLUBLARI. Azər-baycan ədəbi di-li-nin funksional üslubları milli ictimai təfəkkürümüzün əsas sahə-lərini əhatə edir. Funksional (ümumi, ictimai) üslublar sisteminə aşağıdakılar daxildir:
1) Bədii üslub. 2) Elmi üslub. 3) Publisistik üslub. 4) Məişət üslubu. 5) Rəsmi-işgüzar üslub.
3. BƏDII ÜSLUB. Bədii üslub milli bədii təfəkkürümüzün ifa-dəsi olub, obrazlı, emosional nitq formasıdır. Bu üslub dilimizin tarixində həmişə aparıcı olmuş, müəyyən mərhələlərdə isə hətta bütövlükdə ədəbi dili təmsil etmişdir. Funksional imkanlarının ge-nişliyinə görə bədii üslub çox zaman ədəbi-bədii dil də adlan-dı-rılır.
Bədii üslubun əsas və başlıca xüsusiyyəti obrazlılıqdır. Ob-ra-zlılıq hər bir sahədə bədii üslubun əsas göstəricisi olsa da, bü-töv bir hadisədir, bu və ya digər mətni ümumilikdə xarakterizə edir.
Emosionallıq (yaxud ekspresivlik), hər şeydən əvvəl, obraz-lılıqdan irəli gəlir. Obrazlı nitq eyni zamanda emosional (və ya ekspresiv) nitqdir.
Dildə müxtəlif səviyyələrdə obrazlılığın, eləcə də emosio-nal-lığın göstəriciləri, əsasən, aşağıdakılardan ibarətdir:
1) Fonetik səviyyədə: alliterasiya – samit səslərin təkrarı, həm ahəngləşməsi (məs: qapqara qaralmaq), assonans – sait səs-lərin həmahəngləşməsi (məs: qupquru qurumaq), təkrar (bunlar ritm yaradan əsas vasitələrdir), intonasiya və s.
2) Leksik səvvəyədə: epitet, təşbeh, mübaliğə, istiarə, kinayə (bunlar məcazın müxtəlif növləridir), frazeologiya, omonimlik, sinonimlik, antonimlik və s.
3) Qrammatik səviyyədə: söz sırasının dəyişməsi, qeyri-normativ cümlə konstruksiyalarının işlənməsi, ellipsis və s.
Bədii üslub, adətən, ümumxalq dilinə əsaslanır. Xalq təfək-kürünün məhsulu olan sözlər, hətta dialektizmlər də (müəyyən həcmdə) həmin üslubda işlənir.
Bədii üslub aşağıdakı formalarda təzahür edir:
a) Şe’r dili. Şe’r dili aydın seçilən ahəngə, vəznə, ölçü və bölgüyə malik, qafiyələnən dildir.
b) Nəsr dili: Nəsr dili müəyyən süjetə malik təhkiyyənin – hekayə, povest, roman, oçerk və s. dilidir.
c) Dramaturgiya dili monoloq və dialoqlardan ibarət səhnə dilidir.
4. SÖZÜN POETIK FUNKSIYASI (POETIZM). Sözün bədii üslubdakı əsas işinə, vəzifəsinə sözün poetik funksiyası deyilir. Mətndə bilavasitə poetik funksiya daşıyan söz, yaxud ifadə poetizmdir. Poetizm – bədii sözdür.
Bədii söz, əsasən, məcazi mə’nada işlənmiş sözdür. Məs: şirin duyğular, acı xatirələr, soyuq adam və s.
Frazeologizmlər də dilin poetik imkanları hesabına yaran-mışdır. Lakin hazırda frazeoloji birləşmələr dilin normativ va-hid-ləri sırasına daxildir.
5. BƏDII IFADƏ VASITƏLƏRI (MƏCAZLAR). Sözün poetik funksiyası ən çox bədii ifadə vasitələrində, yaxud mə-cazlarda meydana çıxır. Bədii ifadə vasitələri (məcazlar) qey-ri-müstəqil mə’nada işlənən söz və ifadələrdir. Onların əsas növləri aşağıdakılardır.
1) Epitet. Bu və ya digər predmetin qeyri-müstəqil, məcazi əlamətini göstərən tə’yinə epitet, yaxud bədii tə’yin deyilir. Epitet yunan sözü olub əlavə deməkdir. Bədii əsərdə mə’nanı qüvvət-ləndirmək, müəyyən bir cəhəti diqqətə daha qabarıq çatdırmaq üçün həmin fikri ifadə edən sözə qüvətləndirici, tə’yinedici söz artırılır. Məs: ağır söz, yuxulu torpaq, dərin zəka, şirin yuxu və s.
Aşağıdakı misallarda işlənən epitetlərə diqqət edək:
Çənlibeldən səni deyib gəlmişəm,
Alma gözlü, qız birçəkli Qırat gəl.
və ya:
Açır qızıl şahinlərim göy üzündə qanadını,
Yazır mavi üfüqlərdə ana yurdun mərd adını.
Bu misallardakı “alma gözlü”, “qız birçəkli”, “qızıl şa-hin-lə-rim” sözləri epitetidir.
Bə’zən bir sənətkarın işlətdiyi uğurlu epitetlərdən başqa sənətkarlar da istifadə edirlər ki, bunlara müqəyyəd epitetlər deyilir. Məs: kaman qaşlı, tuti dilli, sərv boylu və s.
2) Təşbeh (bənzətmə). Bu və ya digər predmetin diqqəti çə-kən əlamətinə görə başqa bir predmetə oxşadılmasına təşbeh, ya-xud bənzətmə deyilir. Təşbeh sözü ərəb mənşəli olub oxşatmaq, bənzətmək mə’nasını ifadə edir. Məcazın sadə növlərindən olan təşbehin tərkib hissələri aşağıdakılardır:
a) bənzəyən, b) bənzədilən, c) bənzətmə qoşması, ç) bən-zət-mə əlaməti. Təşbehin iki forması var:
1. Kimi, tək, elə, bil, sanki və s. qoşmalarla – qrammatik əla-mət-lərlə düzələn təşbehlər. Məs: Buz kimi soyuq adam. Əlləri san-ki qızıl idi. Elə bil damdır. Lalə tək qızarmaq üz qay-da-sı-dır və s.
Bu yolla düzələn təşbehlərə müfəssəl təşbehlər (bən-zətmə-lər) deyilir.
2. Həmin qrammatik əlamətlərin iştirakı olmadan düzələn təşbeh-lər. Məs: Dəhanın püstədir, dişlərin inci. Gözləri ahu gözüdür və s.
Bu yolla düzələn təşbehlər mükəmməl təşbehlər adlanır.
3) Metafora (istiarə) Bədii dildə geniş yayılmış məcaz növlərindən biri də metaforadır. Bu və ya digər predmetin, hadisənin əlamətinin həmin predmetin, hadisənin adı çəkilmədən başqasına (başqa predmetə, hadisəyə) köçürülməsinə metafora (istiarə) deyilir.
Metafora yunan sözü, istiarə isə ərəb sözüdür. Hər iki söz “köçürmək” mə’nasını verir. Aşağıdakı nümunələr diqqət edək:
Əzizim ulu dağlar,
Çeşməli, sulu dağlar,
Burda bir qərib ölmüş,
Göy kişnər, bulud ağlar.
Və ya:
Qış günəşi uzaqdan yorğun-yorğun
Baxırdı yamaclara.
Birinci misalda at və insana məxsus olan əlamətlər göyün və buludun, ikinci misalda isə insana xas cəhət (baxmaq) günəşin üzərinə köçürülmüşdür.
4) Metonimiya. Yunanca “metonomadro” sözündən yara-nan bu terminin mənası “ad dəyişmə” deməkdir. Fikri qüvvət-lən-dirmək üçün bir sözü başqa bir sözlə əvəz olunan bu məcaz nö-vünə ədəbi dildə və adi danışıqda tez-tez təsadüf olunur. Mə-sələn: Nəbatini təkrar-təkrar oxumuşam. Mə’lumdur ki, bu misalda söhbət Nəbatinin əsərlərinin təkrar-təkrar oxun-masın-dan gedir.
Aşağıdakı misallar metonimiyaya aid nümunələrdir:
Salon heyrət içindədir… Sükut edir başdan-başa…
Güləcəksən hər bir zaman,
Azərbaycan, Azərbaycan!
“Danışır Bakı”, “Göstərir Təbriz” və s.
5) Simvol (rəmz). Simvol yunanca “simvolon” sözündən olub şərti əlamət mə’nasını bildirir. Bu termin ədəbiyyatımızda çox zaman rəmz kimi də işlənir. Rəmz ərəb sözü olub işarə ilə müəyyən məqsəd anlatmaq, müəyyən fikir ifadə etmək mə’nasını bildirir.
Ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunmasına simvol deyilir.
Simvoldan həm yazılı, həm də şifahi ədəbiyyatda geniş is-ti-fadə olunur. Göyərçin – sülh, Leyli, Məcnun, Fərhad – sə-da-qət-li aşiq, şir – qüvvət, güc, canavar – acgözlük, tülkü – hiylə-gə-r-lik simvolu – rəmzidir.
6) Kinayə. Kinayə ədəbi dildə geniş yayılmış bədii ifadə vasitələrindəndir. Bədii təsvir vasitələrindən fərqli olaraq, ifadə vastələri cümlə, tam fikir şəklində çıxış etdiyi üçün bunlara poetik sintaksis, yaxud sintaktik fiqurlar da deyilir.
Sözün zahirən müsbət mə’nada deyilib, əslində mənfi mə’na bildirməsinə kinayə deyilir. Bu termin çox zaman ironiya adı ilə də işlədilir. Kinayə ərəb sözü olub tə’nə etmək, toxunmaq, ironiya isə yunan sözü olub hiyləgərlik, istehza deməkdir.
Kinayənin ən kəskin forması tə’riz adlanır ki, ədəbiy-yat-şü-naslıqda buna sarkazm da deyilir.
Məzmununa görə kinayənin iki növü var:
1) Yumorlu kinayə. Məs: Ə, bu lap əjdahadır ki (Qorxaq, bacarıqsız adam haqqında). Maşallah, nə gözəlsən (Çirkin ada-ma müraciətlə) və s.
2) Satirik kinayə. Məs: Bizi ağ günə çıxartdı (işini bacar-mayan rəhbərlər haqqında) və s.
7) Bədii sual. Əsərin emosional tə’sirini artırmaq, oxucu və dinləyicidə hiss-həyəcan doğurmaq məqsədilə fikrin sual tərzin-də, formasında ifadə olunmasına bədii sual deyilir. Məs:
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, müradım şəmi yanmazmı?
8) Bədii təzad. Bədii əsərdə məzmunca bir-birinə zidd iki anlayış və ya vəziyyətin qarşılıqlı şəkildə verilməsinə təzad de-yilir. Ədəbiyyatşünaslıqda buna antiteza da deyilir. Təzad əsasən aşağıdakı yollarla yaranır:
1) Bir cümlədə bir-birinə zidd olan iki sözün işlədilməsi yolu ilə. Məs: Yaxşılığa yaxşılıq hər kişinin işidir,
Yamanlığa yaxşılıq ər kişinin işidir.
Və ya;
Tutuşdu qəm oduna şad gördüyün könlüm,
Müqəyyəd oldu ol azad gördüyün könlüm.
2) Bir-birinə zidd olan hadisə və əhval-ruhiyyənin verilməsi yolu ilə. Məs: Bomboz səhrada, istinin adamın başına qor ələdiyi susuz biyabanda məğrur görkəmi ilə təbiətə meydan oxuyan yaşıl sərvin kölgəsində iki adam baş-başa verərək söhbət edirdi.
9) Təkrir. Eyni sözün, yaxud söz qrupunun, ifadənin təkrar olunmasına təkrir deyilir. Təkrir bədii əsərin emosional tə’sirini artıran ifadə vasitələrindəndir. Məs: Qayaları sökün! Sökün!
Təkririn növlərindən biri anaforadır. Sözün mə’nası eyni başlanğıc deməkdir. Misralar, yaxud cümlələr eyni sözlə baş-la-yırsa, bu zaman anafora yaranır. Məs: Mən düşmənəm sizin qan içində üzən təxtü tacınıza! Mən düşmənəm sizin insan əti yeyən ikibaşlı qartalınıza!
Yaxud:
Alqış o boyasız, rəngsiz üzünə,
Alqış o hiyləsiz, təmiz sözünə,
Alqış əmdiyimiz halal südünə!
Təkririn növlərindən biri epifora adlanır. Anaforanın əksi-nə olaraq epiforanı misra və cümlələrin sonunda təkrarlanan söz-lər yaradır. Məs:
Ürəyimdən səslər gəlir: İngilisdir! İngilisdir!
Yaxud: Eyni süxəndanan, bu günlər bir hidayət vəqtidir,
Ülfətü ünsiyyətə dair xitabət vəqtidir.
10) Mübaliğə. Bədii əsərdə nəzərə çatdırılacaq hadisə, hiss və həyacanın qəsdən əslində olduğundan daha güclü, qabarıq ve-rilməsinə mübaliğə deyilir. Mübaliğə ərəb sözüdür və şişirtmək, üs-tünlük vermək, böyütmək, artırmaq mə’nasını bildirir. Müba-li-ğəyə bə’zən şişirtmə də deyilir. Məs: Yeddi batman düyünün plo-vu, yeddi şaqqa qoyun əti Koroğlunun bir oturumluq yeməyi idi.
Yaxud:
Kuhkən künd eyləmiş min tişəni bir dağ ilə,
Mən qoparıb atmışam min dağı bir dırnağ ilə.
11) Litota. Litota yunan sözü olub, kiçiltmək, əhəmiy-yət-siz-ləşdirmək mə’nasını bildirir. Mübaliğənin (şişirtmə) əksi olan litotadan (kiçiltmə) müəyyən hadisəni, əşyanı əsərin ideyasına uyğun olaraq, əslində olduğundan daha zəif, kiçik şəkildə nəzərə çatdırmaq üçün istifadə olunur. Məs:
Eldarın dəstəsi gəlir irəli,
Qırır sərçə kimi bizimkiləri.
Yaxud:
Qorxudan dovşan kimi tir-tir əsən Haykaz gizlənməyə siçan deşiyi axtarırdı.
12) İnversiya. Bu söz latın sözü olub, yer dəyişmək de-mək-dir. Nitqin, ifadənin bədii tə’sirini artırmaq məqsədilə sözlərin qram-matik ardıcıllığının qəsdən pozulmasına inversiya deyilir. Məs: Məhəmmədhəsən əmi olardı on-on iki yaşında ki, atası Ha-cı Rza vəfat elədi… Yaxşı dövlət qalmışdı mərhum atasından: ne-çə zəmilər, neçə ilxılar, nə qədər fərş, çoxluca pul…
Misaldakı söz sırasının pozulması inversiya əmələ gətir-miş-dir.
6. MƏTNALTI MƏ’NA HAQQINDA. Sözün, yaxud bütöv mətnin ifadə etdiyi mə’na bə’zən üzdə olmur, dərhal anla-şıl-mır, mətnin dərinliyində “gizlədilir”. Buna mətnaltı mə’na de-yilir. Mətnaltı mə’na, yaxud sətraltı mə’na aşağıdakı məq-səd-lərdən irəli gəlir:
1) Sözü, yaxud mətni daha maraqlı, daha tə’sirli etmək;
2) Mə’nanın, fikrin, müəyyən mövqeyin cəmiyyətdə doğu-ra-cağı təhlükədən qorunmaq.
Birinci məqsəd, adətən, lirik sənətkarların, ikincisi isə, bir qayda olaraq, satirik sənətkarların təcrübəsində özünü göstərir.
Məs: Bir ağılın budağından sallanıb,
Neçə-neçə ağlı dayaz yaşayır.(lirik)
Millət necə tarac olur olsun, nə işim var,
Düşmənlərə necə möhtac olur olsun, nə işim var! (satirik)
7. MÜƏLLIFIN DILI (TƏHKIYƏ) VƏ TIPIN DILI. Müəl-lifin dili (təhki-yə) yazıçının öz üslubudur, onun bədii təfəkkürünün birbaşa gös-tə-ricisidir. Müəllifin dilində ədəbi dilin normalarına əməl olun-ma-sı başlıca şərtdir. Yə’ni müəllifin dilində dialekt sözlərinə, vul-qa-rizmlərə, köhnəlmiş və ya başqa dillərdən götürülmüş, hələ ədə-bi dilimizdə vətəndaşlıq hüququ qazanmayan sözlərə yol verilə bilməz.
Tipin dili isə bədii əsərdə iştirak edən müxtəlif surətlərin da-nışıq tərzidir. Tipin dilində tipikləşdirilmə məqsədi ilə dialek-tizmlərə, loru sözlərə, söyüşlərə (vulqarizmlərə), başqa dillərdən götürülmüş sözlərə və s. yer verilir.
8. BƏDII ÜSLUBUN FUNKSIONAL ÜSLUBLAR SIS-TE-MINDƏ MÖVQEYI. Bədii üslub, yaxud ədəbi-bədii dil ədəbi dilin başqa üslublarına nisbətən həm qədimliyi, həm də zənginliyi ilə seçilir. Azərbaycan ədəbi dilinin bədii üslubu onun başqa üslublarının formalaş-ma-sın-da, ümumiyyətlə, normanın müəyyənləşməsində həmişə əsas olmuşdur.
Bədii üslub (ədəbi-bədii dil) qarşılıqlı tə’sir prosesində daha fəal olduğuna görə funksional üslublar sistemində, içərisində mər-kəzi yer tutur. Bədii üslub üçün müəyyənedici əlamətlər – ob-razlılıq, emosionallıq başqa üslublara da keçir. Bu cəhətdən bədii üslubun 1) publisistik üsluba; 2) elmi üsluba; 3) məişət üslubuna tə’siri olmuş və bu tə’sir, yəni obrazlılıq və emosionallıq bu gün də davam etməkədir.
9. ELMI ÜSLUB. Elmi üslub elmi təfəkkürün ifadəsi olub, bu və ya digər elm sahəsinin dilidir. Məntiqlilik, ardıcıllıq, kon-kret-lik və s. elmi üslubun (nitqin) əsas xüsusiyyətləridir.
Elmin müxtəlif sahələrinə aid əsərlərin, monoqrafiya və dərsliklərin, elmi məqalələrin və s.dili elmi elmi üsluba aiddir.
Bədii üslubdan fərqli olaraq elmi üslubda obrazlılığa, emosionallığa, adətən təsadüf edilmir.
Elmi üslubda ancaq bu üslub üçün xarakterik, səciyyəvi elə sözlər işlənir ki, onlara termin deyilir. Hər elmin özünəməxsus terminləri, yaxud terminologiyası vardır.
Elmi üslubda çoxmə’nalılığa, mətnaltı mə’naya, fikrin müxtəlif cür anlaşılmasına yol verilmir. Elmi üslubda fikri daha yığcam, daha konkret ifadə etmək üçün müxtəlif qrafik vasitələrdən (dioqram, düstur, rəqəm və s.) istifadə olunur.
10. SÖZÜN TERMINOLOJI FUNKSIYASI. Sözün elmi üslubdakı əsas işinə, vəzifəsinə onun terminoloji funksiyası de-yi-lir. Terminoloji funksiya daşıyan söz, yaxud ifadə termin adlanır.
Terminlər (terminologiya) başqa üslublar üçün xarakterik deyil, elmi üslubları isə terminlərsiz təsəvvür etmək olmaz.
11. ELMI ÜSLUBUN MÜXTƏLIF ELM SAHƏLƏRI ÜZ-RƏ TƏZAHÜRLƏRI. Hər bir elm sahəsinin özünəməxsus terminologiyası var və terminlər müxtəlif elm sahələrində təzahür edir.
Elmlər üç böyük sahəyə ayrılırlar:
1) Humanitar elmlər. Bura fəlsəfə, filologiya, tarix, psixologiya və s. daxildir.
2) Təbiət elmləri: Bura biologiya, coğrafiya, tibb və s. da-xil-dir.
3) Texniki elmlər: Bura riyaziyyat, fizika, kimya və s. daxildir.
Qeyd: Hər elm sahəsinin özünəməxsus terminləri vardır. Dilimizdə elə sözlər vardır ki, onları həm termin, həm də ümumiş-lək sözlər kimi işlətmək olur. Məs: sifət (fil. termin), isim (üz mə’nasında), say (nitq hissəsinin adı, say (fe’l, saymaq mə’na-sın-da) və s.
12. PUBLISISTIK ÜSLUB. Publisistik üslub milli ictimai təfək-kü-rü ifadə edən nitq forması olub, mətbuatda funk-sional-laşır və ol-duqca müxtəlif mövqeləri, maraqları əks etdirir. Qəzet-lərin, küt-ləvi oxucular üçün nəzərdə tutulan jurnalların, radi-onun, tele-vi-ziyanın, elmi-kütləvi kitabların dili publisistik üsluba aiddir. “Pub-lisistik üslub” ifadəsi ilə yanaşı, bəzən də “mətbuat dili” ifa-də-si işlənir ki, bunların hər ikisi, əsasən, eyni anlayışı əks et-di-rirlər.
Publisistik üslub müxtəlif emosiyaları ifadə edir. Bu üslub kütləvi nitq forması olduğuna görə xalq dilinə çox yaxındır. Ona görə də həm ümumxalq dilində gedən proseslər, baş verən də-yiş-mə və yeniləşmələr publisistik üsluba, həm də publisistik üs-lub-da, mətbuat dilində gedən proseslər ümumxalq dilinə tə’sir edir.
13. PUBLISISTIK ÜSLUBUN DIGƏR FUNKSIONAL ÜS-LUBLARLA ƏLAQƏSI. Publisistik üslub ən ictimai nitq for-ması olduğundan digər funk-sional üslubların da bir sıra əlamətlərini daşıya bilir. Nəticədə publisistik üslubun aşağıdakı növləri meydana çıxır:
1) Bədii-publisistik dil. Bədii-publisistik dil publisistik üslu-bun əsas xüsusiyyətlərinə malik olmaqla yanaşı, müəyyən qədər obrazlı və emosional nitq formasıdır. Bədii-publisistik dildə bədii təsvir və ifadə vasitələrinə (məcazlara) tez-tez təsadüf edilir. Bir sıra qəzet və jurnallarımızda çap olunan publisistik yazılarda bunların nümunələrinə tez-tez rast gəlirik.
2) Elmi-publisistik dil. Elmi-publisistik dil dedikdə (buna elmi-kütləvi dil də deyilir) müxtəlif elm sahələrinə, siyasətə, dinə və s. həsr olunmuş publisistik məqalələrin, kitabların dili nəzərdə tutulur. Bu zaman terminlərdən istifadə məqbul hesab edilir.
3) Rəsmi-publisistik dil. Rəsmi-publisistik dil dedikdə bila-vasitə publisistik məzmun daşıyan bu və ya digər rəsmi, yaxud işgüzar sənədlərin dili nəzərdə tutulur. Dövlət və ya ictimai-siyasi təşkilatların bəyanatları bu qəbildəndir.
14. FƏRDI ÜSLUB. Nitq ümumi ictimai hadisədir. Bu-nun-la ya-naşı bu və ya digər fərdin, şəxsin, yaradıcı adamın şifa-hi, yaxud yazılı nitqində özünəməxsus xüsusiyyətlər də möv-cud olur. Hə-min xüsusiyyətlər bütövlükdə, cəm halında fərdi üs-lubu təşkil edir. Fərdi üslubun ən qabarıq ifadəsi bədii üslub-da-dır. Fun-k-sio-nal üslubların digər növlərində fərdi üslubun əlamət və göstə-rici-ləri olsa da, bu göstəricilər ən çox özünü bədii üslubda göstərir. Bədii üslub bir qayda olaraq, fərdin –müəllifin keçirdiyi ovqatın, emosiyaların təzahürü olduğundan fərdilik burada daha güclü şəkildə meydana çıxır. Məsələn, biz “Nəsiminin dili”, “Füzulinin dili”, “Sabirin dili” dedikdə həmin şəxslərin fərdi üs-lu-bunu nə-zər-də tuturuq.
Hər bir fərdi üslub mövcud ictimai-tarixi şəraitdə yetişir və fərdi üslub yaratmaq səadəti ancaq fitri iste’dad sahibi olan dahi şəxsiyyətlərə, daha çox yazıçılara nəsib olur.
15. MƏIŞƏT ÜSLUBU. Məişət üslubu gündəlik yaşayışda in-sanların bir-biri ilə ünsiyyət saxladığı dildir. Məişət üslubu ədəbi dilin məişətdə işlənən nümunəsidir.
Məişət üslubu ədəbi dilin ən geniş yayılmış üslubudur. Şi-fahi nitq zamanı bütün insanlar bu üslubdan istifadə edirlər.
Məişət üslubu danışıq dilidir. Danışıq dilinin qarşılığı isə ya-zılı dildir. Şifahi nitq ilkin, yazılı nitq isə sonra meydana gəl-mişdir.
Dialoji nitq məişət üslubunun canı, əsasıdır. Bu o deməkdir ki, gündəlik məişətdə insanlar bir-birinə canlı təmasda olduq-la-rın-dan dioloji nitqdən istifadə etmədən keçinmək mümkün deyil.
Məişət üslubunun yığcamlıq, sərbəstlik kimi mühüm əla-mətləri ən tipik şəkildə dialoq-nitq formasında üzə çıxır. Məişət-də monoloji dil ancaq daxili nitq şəklində ola bilər. Xalq ara-sında buna “ürəyində danışmaq” deyilir.
Məişət üslubunda üz-üzə ünsiyyət, birbaşa əlaqə əsas oldu-ğundan danışıq prosesində jestlər (əl-qol hərəkəti) və mimika (sifət cizgiləri), eyni zamanda intonasiya mühüm əhəmiyyət kəsb edir.
Məişət üslubuna xas olan əsas cəhətlərdən biri də düzgün tələffüzə, orfoepik qaydalara riayət olunmasıdır. Yazıldığı kimi danışmaq şifahi nitqdə, daha doğrusu məişət üslubunda məqbul hesab olunmur.
Məişət üslubu bədii ədəbiyyatın xəlqiləşməsinə təsir edən başlıca amillərdəndir. Bədii üslubun xəlqiliyi məişət üslubunun ona nə dərəcədə müdaxilə edilməsi ilə müəyyənləşir. Məişət üs-lubu həmişə öz canlı dil materialı ilə bədii üslubu tə’min edir.
16. RƏSMI-IŞGÜZAR ÜSLUB. Rəsmi-işgüzar sənədlərin dil tə-zahürünə rəsmi-işgüzar üslub deyilir. Bu üslubda fikir, ya-xud in-formasiya müəyyən standart formalarda və olduqca yığ-cam şə-kildə verilir. Rəsmi-işgüzar üslubda obrazlı ifadələr işlə-dilmir, fərdi nitq ünsürlərindən mümkün qədər az istifadə olunur.
Bu və ya digər dilin dövlət dili olması, birinci növbədə döv-lətin həmin dilin rəsmi-işgüzar üslubuna münasibəti ilə müəyyən edilir. Beynəlxalq münasibətlərdə dövlət bu dillə təmsil olunduğu kimi, dövlət təşkilatlarında, siyasi partiyalarda və digər qurum-larda rəsmi, yaxud işgüzar ünsiyyət bu dildə aparılır. Rəsmi iş-güzar üslubun lüğət tərkibi nə qədər yığcam, sintaksisi nə qədər məh-duddursa, normallığı o qədər möhkəmdir. Müəyyən tarixi tə–kamül prosesində standartlaşmış formalar vardır ki, üslub on-dan kənara çıxa bilmir. Buna görə də rəsmi-işgüzar üslubda ar-xaik leksika və sintaktik konstruksiyalar uzun zaman mühafizə olunur.
Rəsmi-işgüzar üslub a) rəsmi, b) işgüzar sənədlərin dilini əhatə edir.
17. RƏSMI SƏNƏDLƏRIN DILI. Rəsmi sənədlər de-dik-də dövlət, yaxud hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi qaydada (rəsmi şəxsin imzası, möhür və s.) təsdiq olunan sənəd-lər nəzərdə tutulur. Hər bir dövlətin ən mühüm rəsmi sənədləri onun Kons-ti-tu-siyası (Əsas Qanunu), qanunları, qərarları, höku-mətin sərən-camları, nazirlərin əmrləri və s. rəsmi sənədlərdir.
Rəsmi sənədlərdə dilin maksimum mükəmməlliyi göz-lə-nilir, fikrin aydınlığına, birmə’nalılığına, hüquqi əsasına xüsusi diq-qət yetirilir. Müxtəlif cür anlaşılan sözlərə, cümlələrə yer verilən sənəd nöqsanlı hesab olunur.
Rəsmi sənədlər mühüm hüquqi məzmuna malik olub, eyni zamanda, tarixi əhəmiyyət daşıyır. Dövlətlərarası və dövlətdaxili münasibətlər məhz bu cür sənədlərlə tənzimlənir.
18. İŞGÜZAR SƏNƏDLƏRIN DILI. Xüsusi dövlət əhə-miy-yəti daşı-ma-yan, ancaq bu və ya konkret məsələ ilə bağlı tər-tib edilən sə-nədlər işgüzar sənədlər adlanır. Bu sənədlərə, əsasən, aşağı-da-kılar daxildir: ərizə, tərcümeyi-hal, bildiriş (e’lan), pro-to-kol, iza-hat, reklam, etiket.
Rəsmi sənədlər bir qayda olaraq mütəxəssislər tərəfindən tə-rtib edildiyi halda, işgüzar sənədlərin bir çoxunu hər bir şəxs özü hazırlamağı bacarmalıdır. Bunun üçün də müəyyən forma-ları, standartları mənimsəmək tələb olunur.
Rəsmi sənədlərə nisbətən işgüzar sənədlər həcmcə, adətən kiçik olur. Bu sənədlərdə bəhs olunan məsələ barəsində daha aydın və konkret mə’lumat verilməsi tələb olunur.
Rəsmi-işgüzar üslubun təzahur formaları bədii, elmi və ya publisist üslubdakı janrları xatırladır. Həmin üslublarda hər janrın öz dili və özünəməxsus ifadə vasitələri olduğu kimi, rəsmi-işgüzar üslubun təzahur formasının da öz quruluşu və dili olur.
Rəsmi və işgüzar sənədlərin dilində ifadə qəlibləri – şab-lonlar əsas yer tutsa da, bəzən bu xüsusiyyətlər fikri daha ötkəm, obrazlı etmək xatirinə pozula da bilir. Bu zaman daha çox cümlədə söz sırasının pozulması, inversiya hadisəsi baş verir.
Похожие статьи
-
Azərbaycan dilinin üslubiyyatı
Azərbaycan dilinin üslubiyyatı Publisistik üslub milli ictimai təfəkkürü ifadə edən nitq forması olub, mətbuatda funksionallaşır, müxtəlif mövqe və…
-
Azərbaycan dilinin morfoloji quruluşu
Türk dilləri ailəsi. Azərbaycan dilinin morfoloji quruluşu Piktoqrafik yazıdan sonra fikri (ideoqrafik) yazı ortaya çıxmışdır. Bu yazıda da fikir şəklin…
-
Azərbaycan dilinin leksikası 5) Sözün tərkibində «j» samitinin işlənməsi: Əjdər, ajan, hajər və s. Leksika Söz dilin əsas vahididir. Dildəki sözlərin…
-
Azərbaycan ədəbi dili normaları
Azərbaycan ədəbi dilinin norma və üslubları İnsan ünsiyyəti yazılı və şifahi formada həyata keçirir. Hər adam çalışır ki, onun yazısı və oxusu…
-
AZƏRBAYCAN DİLİ Leksik cəhətdən mövcud olan fərqlərdən birincisi budur ki, birinci dövr Azərbaycan dilində ərəb və fars sözləri çoxdur. O dövrün dil…
Comments are closed, but trackbacks and pingbacks are open.