Press "Enter" to skip to content

Azrbaycan dbiyyatı tarixi:

Eramızdan əvvəl I minillikdə və bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olub. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəlməsində, ölkənin iqtisadi-mədəni, etnik-siyasi tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayıblar.

Hoş Geldiniz

Azerbaycan sivilizasiyanin en qedim merkezlerinden biri olmaqla zengin ve qedim tarixe malikdir. Min iller erzinde onun erazisinde dunyanin medeniyyet xezinesine daxil olmush zengin medeni irs yaradilmishdir.

Dunyada en qedim insan meskenlerinden olan Azix magarasinin,qedim dash dovrune aid bir sira insan meskenlerinin keshfi subut edir ki,Azerbaycan antropogenez zonasina daxildir,besheriyyatin ilkin beshiklerindendir. Azerbaycanda sivilizasiyanin inkishafinin esas merheleleri mueyyen edilmishdir. Eramizdan evvel III minillikde burada qebilelerin formalashmasi prosesi getmish, eramizdan evvel I minillikde ise ilk siyasi qurumlar meydana gelmishdir. Eramizdan evvel IX esrde Azerbaycan dovletchiliyi teshekkul tapir: yuksek iqtisadi ve medeni seviyyeye malik Manna charligi yaranir.Mannalilar tebiet hadiselerine, guneshe ve aya inanirdilar. Eramizdan evvel VI esrin evvelerinde Manna Midiya dovleti terefinden feth edilmishdir. Bu dovrde Zerdushtilik resmi din idi ve onunburada yayilmasinin sebebi oz-ozune yanan neft ve qaz menbelerinin movcudlugu idi. Antik dovrde Azerbaycan erazisinde musteqil dovletchiliyin berqerar olmasinda Atropatena ve Albaniya dovletleri boyuk rol oynamishdilar. Olkenin adi Atropatena chari Atropatin adi ile baglidir. Sonralar o deyishikliklere ugrayaraq “Azerbaycan” shekline dushmushdur. Atropatenada Azerbaycan xalqinin teshekkulu prosesi bashlamishdir. III-V esrde Azerbaycan dovleti mohkemlenir. Azerbaycanda xristianliq yayilmaga bashlayir, Zaqafqaziyada ilk apostol veavtokefal xristian kilselerinden hesab edilen kilseler meydana gelir,menevi ve dunyevi medeniyyetinkishaf edir. VIII esrin evvellerindeAzerbaycan erebler terefinden ishgala meruz qaldi ve Arran vilayeti adi altinda Ereb Xilafetinin terkibine daxil oldu. Islam Azerbaycanda hakim dine chevrildi. Yeni eneneler ve medeniyyet teshekkul tapdi.Orta esrlerde Azerbaycanin erazisinde dovletchilikde varislik saxlanmaqda idi: Qaraqoyunlu, Agqoyunlu, Sefeviler. Azerbaycanin esrler boyu yaratdigi medeniyyet ve edebiyyat numuneleri heyat eshqi, azadliq ve musteqillik duygulari ileashilanmishdir. Xalqimizin “Kitabi Dede-Qorqud”, ” Koroglu” dastanlari kimi mohteshem senet abideleri, dunya sivilizasiya tarixinde silinmeziz qoymush Nizami Gencevi, Efzeleddin Xaqani, Xetib Tebrizi, Qetran Tebrizi, Imadeddin Nesimi,Mehemmed Fuzuli kimi korifeylerinin yaradiciligi besheri ideyalarin terennumune, haqqin, edaletin, humanist ideyalarin berqerar olmasina xidmet etmishdir. Sefiyyeddin Urmevinin, Ecemi Naxchivaninin, Sultan Mehemmed Tebrizinin dunya medeniyyeti xezinesine verdikleri inciler senetseverleri indi de heyran qoyur. Xalqimizin dunyaelmine bexshetdiyi tohfelerle fexr etmeye haqqi var. Nesirreddin Tusinin, Ebulhesen Behmenyarin, Mirze Feteli Axundovun, Abbasqulu aga Bakixanovun ve diger mutefekkirlerinadlari dunya elm alemine yaxshi tanishdir. Cavanshir ve Babek kimi serkerdelerin qehremanliqlari boyukvetenperverlik mektebinechevrilmish, Vetenin butovluyu, xalqin birliyinintecessumu olmushdur. Mehemmed Cahan Pehlevanin, Qizil Arslanin, Uzun Hesenin, Shah Ismayil Xetainin ve bashqa dovlet xadimlerimizin heyat ve fealiyyeti xalqin Veten sevgisi ve dovletchilik hissini daha da inkishaf etdirmish, onu heyatin en vacib, enumde meqsedine chevirmishdir. Azerbaycani oz tesir dairesinesalmaq ugrunda bezi dovletlerin reqabeti XVIII esrde olkededaxili sabitliyin keskin shekilde pozulmasina getirib chixardi, neticede bir neche musteqil veyarimusteqil dovlet qurumlari – xanliqlar meydana geldi. XVIII esrin sonu XIX esrin evvellerinde Iran, Turkiye ve Rusiya arasindaziddiyetler guclenmeye bashlayir, Azerbaycan ugrunda muharibeler shiddetlenir. 1828-ci ilde Rusiya ile Iran arasinda imzalanmish Turkmenchay muqavilesine gore Shimali Azerbaycan Rusiyanin, Cenubi Azerbaycan ise Iranin terkibine daxil olur. XX esrde Azerbaycanda faydali qazintilarinchixarilmasi ve emal edilmesi ile bagli senayenin muxtelif saheleri intensiv shekilde inkishaf edir. Esrin evvelinde dunya neftinin yaridan choxunu ve Rusiya neftinin 95 faizini vermekle Baki dunyanin neft merkezlerinden birine chevrilmishdi. Medeni heyatda canlanma hiss edilirdi. Elmin muxtelif saheleri inkishaf etmeye, qezet ve jurnallar chap olunmaga bashladi. Siyasi cemiyyetlerin, teshkilatlarin, partiyalarin yaradilmasi demokratik ideyalarin inkishafina, azadliq mubarizesinin yukselishine zemin yaradirdi. 1917-ci ilde Rusiyada monarxiyaninsuqutu eyaletlerde azadliq herekatlarinin inkishafinaelverishli sheraityaratdi. 1918-ci il mayin 28-de Azerbaycan oz dovlet musteqilliyini berpa etdi ve Memmed Emin Resulzadenin bashchiligi altinda Azerbaycan Xalq Cumhuriyyeti elan edildi. 23 ay yashadiqdan sonra bu respublika 1920-ci il aprelin 28-de XI rus ordusunun Bakiya daxilolmasi ile suqut etdi. 1922-ci il dekabr ayindan Azerbaycan dovlet atributlarina malik- konstitusiyali, bayraqli, himn ve gerbli muttefiq respublika kimi SSRI-nin terkibine daxil edildi. Xalqin uzun suren azadliq herekatlari ve SSRI-nin dagilmasi neticesinde 1991-ci il oktyabrin 18-de Azerbaycanin dovlet musteqilliyi berpa edildi.
Hal-hazirda musteqil Azerbaycan Respublikasi her cehetden boyuk potensiala malik ve yuksek inkishafa qadir bir olkedir.

AZƏRBAYCAN

Azrbaycan dbiyyatı tarixi:

Burda hər daşın altında bir tarix var. Hər bir abidə tarixin ayrı-ayrı səhifələrindən xəbər verir. Gəzdikcə, gördükcə, oxuduqca nə isə kəşf edirsən və hər dəfəsində də yenidən aşiq olursan. Bura Azərbaycandır.

Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələri olan xalqlarındandır və təqribən 5 min illik dövlətçilik tarixinə sahibdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanla Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.

Eramızdan əvvəl I minillikdə və bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olub. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəlməsində, ölkənin iqtisadi-mədəni, etnik-siyasi tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayıblar.

Azərbaycanın bütün tarixi torpaqları Atropatena və Albaniya adlı iki yerli dövlətin tərkibində cəmləşmişdi. Ölkənin şimalında qurulan Albaniya dövlətinin sərhədləri Dağıstanın cənubu da (Dərbənd və ətraf ərazilərlə birlikdə) daxil olmaqla Baş Qafqaz dağlarından başlayaraq cənubda–Araz çayına qədər, qərbdə isə Göyçə gölü hövzəsi, Qabırrı (İori) və Qanıx (Alazan) çaylarının yuxarılarından başlayaraq şərqə doğru Xəzər dənizinədək uzanıb gedən Azərbaycan torpaqlarını əhatə edirdi. Bu qüdrətli Azərbaycan dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə şəhərləri olub.

Atropatena dövləti isə indiki İran İslam Respublikasının Azərbaycanla sərhəd şimal əraziləri və Azərbaycan Respublikasının cənub ərazilərini əhatə edirdi. Albaniyaya nisbətdə Atropatena daha tez süqut etdi və Sasanilərin təsiri altına düşdü. Eramızın əvvəllərində III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi.

Xilafət dağıldıqdan sonra–IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı. İslam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı.

XI əsrin ortalarında Yaxın və Orta Şərq tarixində mühüm dönüş dövrü başlandı. Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğu yarandı. Azərbaycan növbəti Oğuz-Türk dövlətinin-Səlcuq imperatorluğunun tərkibinə daxil edildi.

Böyük Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən Şirvanşahlar və Eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsində və daha da yüksəlişində mühüm rol oynadılar.

XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı.

Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı.

XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə-xanlıqlara və sultanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül dövrü başlandı. Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə cəhd etsələr də, bu, arzuolunan nəticəni vermədi.

XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı. Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə Qacarların idarə etdiyi İran şahlığına qatıldı.

Azərbaycanın bundan sonrakı tarixində “Şimali Azərbaycan” və ya “Rusiya Azərbaycanı”, “Cənubi Azərbaycan” və ya “İran Azərbaycanı” siyasi-coğrafi anlayışları meydana gəldi.

Çox çəkmədən, müstəqil yaşamaq ənənələrinə malik olan Azərbaycan xalqının həm şimalda, həm də cənubda azadlıq mübarizəsi gücləndi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika–Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Cənubi Azərbaycanda isə müstəqil və demokratik Azadıstan dövləti (“Azadıstan məmləkəti”) quruldu (1920). Şeyx Məhəmməd Xiyabani Azadıstan Milli hökumətinin başçısı oldu. Hər iki Azərbaycan dövlətinin ərazisində geniş milli-demokratik islahatlar keçirilməsinə başlandı. Azərbaycan Xalq Cümhuriyyəti dünyanın 20 dövləti, o cümlədən Paris Sülh Konfransının Ali Şurası tərəfindən müstəqil dövlət kimi tanındı.

Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Şimali Azərbaycanda müstəqil Azərbaycan dövlətçiliyinə son qoyuldu. 1920-ci il aprelin 28-də Cümhuriyyət ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu. Azərbaycanda bolşevik rejimi 70 il hökm sürdü.

1991-ci ildə Sovetlər İmperiyasının dağılması ilə Azərbaycan növbəti dəfə müstəqilliyinə qovuşdu. Hazırda 86.6 min km2 ərazisi olan Azərbaycan Respublikasının torpaqlarının 20%-i işğal altındadır. Müstəqil Respublikamız 1992-ci ildə Azərbaycan BMT-yə üzv qəbul olundu. 1995-ci il noyabrın 12-də isə müstəqil Azərbaycan Respublikasının ilk demokratik konstitusiyası qəbul edildi. Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyi kimi beynəlxalq təşkilatların üzvü olan Azərbaycan hazırda Avropa Birliyi, NATO, eləcə də digər beynəlxalq qurumlarla qarşılıqlı əməkdaşlıq edir və regionin aparıcı dövlətinə çevrilib.

  • 454 Portalda olan xidmətlərin sayı

Comments are closed, but trackbacks and pingbacks are open.