Azrbaycan dbiyyatı tarixi 2 ci cild
XIX yüzilliyin ikinci yarısında Azərbaycanda yeni sosial-iqtisadi münasibətlərin inkişafı. XIX yüzilliyin 60-70-ci illərində Azərbaycanda iqtisadi irəliləyiş. Kəndli, məhkəmə, şəhər və inzibati islahatlar.
Azərbaycan tarixi – 2
7. M.Ə.Rəsulzadə və ictimai-siyasi ideallar. Bakı, Xəzər Universitəsi, 2005.
8. Hüseyn Baykara. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı 1992.
9. Tadeuş Svyatoçovski. Rusiya və Azərbaycan . Bakı, Xəzər Universitəsi, 2000.
10.*Qafqazda Sovet totalitarizmi (1920-30-cu illərdə). Elmi konfrans. Xəzər Universitəsi, 1998.
11. *Bakı Neftinin və yerli icmalarının tarixi. Elmi red. Leyla Əliyeva. Bakı 2009
12.* Nəsiman Yaqublu. Azərbaycan legionları. Bakı 2005
13.Əli Həsənov. Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ (1991-1996). Bakı 1998
14.*Araz Aslanlı. Qarabağ problemi, (tarixi, mahiyyəti, həll prosesi). Bakı, 2009.
15. *Oqtay Əsədov. Heydər Əliyev. Bakı, 2008.
Kitabları Universitetin kitabxanasından və “Tarix və Arxeologiya departamenti”ndən əldə etmək olar.
İnternet saytları
- mühazirələr
- mövzu ətrafında müzakirələr
- xəritələr, video və digər əyani materiallardan istifadə
- müəyyən mövzularla əlaqədar olaraq muzey və qoruqlara ekskursiyaların təşkil edilməsi (Azərbaycan tarixi muzeyi, İstiqlal muzeyi və s.)
və mütəxəssislərin dərslərə dəvət edilməsi
- Şimali Azərbaycanda Çar Rusiyasının müstəmləkə siyasəti ( mart)
- Azərbaycan Xalq Cümhuriyyətinin irsi (mart)
- Azərbaycanda totalitarizmin nəticəsi (aprel)
- Azərbaycanın milli legionları: vətən xainləri və ya vətənsevərlər (may)
- M.C.Bağırov (və ya N.Nərimanov) ideal və gerçəklik (may)
1. İş ayrıca vərəqlərdə yazılmalıdır.
2. Vərəqin bir üzü yazılmalı, vərəqin kənarında sahələr qoyulmalıdır.
3. İş aydın yazılmalı, fikirlərin abzaslara bölünməsi məntiqi olmalıdır, hər yeni fikirdə abzasdan istifadə edilməlidir. İşin girişi və nəticəsi olmalıdır.
4. İş savadlı yazılmalı, lazım gəldikdə orfoqrafik lüğətdən istifadə edilməlidir.
5. Sonda istifadə olunmuş mənbələrin və ədəbiyyatın siyahısı əlavə edilməlidir.
6. İşin titul vərəqi olmalıdır: mövzunun adı, tələbənin adı, soyadı, fakultəsi, işin yerinə yetirildiyi department göstərilməlidir.
7. Şrift 12, interval 1,5 olmalıdır
- Azərbaycan tarixi haqqında bitkin, dolğun və obyektiv təsəvvür yaranacaq
- Azərbaycanın qədim dünya sivilizasiyasının ocaqlarından biri və Şərq dünyasının ayrılmaz hissəsi olmağı haqda məlumatları daha da genişlənəcək
- Azərbaycan etnosunun təkraredilməz və avtoxton olduğuna dair geniş təsəvvür yaranacaq
- Vətən tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə sevgi və hörmət hissini daha da artıracaq və vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir
- tarixi hadisələrin analizi
- tarixi hadisələrə tənqidi və obyektiv yanaşma
- Azərbaycanın mədəni-tarixi inkişaf mərhələlərinin araşdırılması və Azərbaycanın müasir dövrdə dünya miqyasında rolu və yerinin müəyyənləşdirilməsi
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.
Dərsə gecikmələr və ya digər dərs pozuntuları
Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.
Yoxlama işi
Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.
Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.
Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmırlar.
İmtahan qaydalarının pozuntuları
Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.
Fənni bitirmək qaydası
Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.
Tələbələrin davranış qaydaları
Dərs zamanı dərs prosesini pozmaq və etik qaydaları pozmaq qadağandır. Həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.
Azərbaycan beynəlxalq münasibətlərdə (XVIII-XIX yüzilliyin başlanğıcı). Azərbaycan xanlıqlarında ictimai-siyasi durum.
Azərbaycanın Rusiya və İran tərəfindən işğalı və bölüşdürülməsi.
Birinci Rusiya-İran (1804-1813), Rusiya-Türkiyə (1806-1812) müharibələri və nəticələri. Gülüstan müqaviləsi.
XIX yüzilliyin birinci yarısında Şimali Azərbaycanda Rusiyanın siyasəti: Azərbaycanın idarəçiliyində dəyişikliklər, sosial-iqtisadi vəziyyət, zülmə qarşı xalq hərəkatı (1830-cu il Car-Balakən, 1831-ci il Talış, 1837-ci il Quba üsyanları). XIX yüzilliyin 40-cı illərində Şimali Azərbaycanda inzibati islahatlar.
XIX yüzilliyin birinci yarısında mədəniyyət. Dini və dünyəvi məktəblər, maarif, elm, ədəbiyyat, incəsənət.
[3, XVI-XVII fəsil]
XIX yüzilliyin ikinci yarısında Azərbaycanda yeni sosial-iqtisadi münasibətlərin inkişafı. XIX yüzilliyin 60-70-ci illərində Azərbaycanda iqtisadi irəliləyiş. Kəndli, məhkəmə, şəhər və inzibati islahatlar.
Neft sənayesinin tərəqqisi. Bakının sənaye şəhərinə çevrilməsi. Neft sənayesinə kapitalın axını. Sənayenin digər sahələri. Ticarət. Azərbaycan burjuaziyasının formalaşması. Azərbaycan fəhlələri. Azərbaycan kəndində ictimai təbəqələşmə.
İctima-siyasi həyatda cərəyanlar. Milli hərəkatın ilk addımları. Azərbaycanda çarizm zülmünə qarşı fəhlə və kəndli hərəkatının başlanması.
XIX yüzilliyin ikinci yarısında mədəniyyət. Maarif, elm, ədəbiyyat, ictimai-siyasi fikirlər, mətbuat, teatr, musiqi, memarlıq.
[3, XVIII-XXI fəsil]
Azərbaycan birinci dünya müharibəsi illərində. Azərbaycan müharibə edən dövlətlərin planlarında. Siyasi partiyaların müharibəyə münasibəti və mövqeləri. Azərbaycanlıların bu müharibədə iştirakı. Cənubi Azərbaycanda demokratik və milli hərəkat. Təbrizdə silahlı üsyan. Səttarxan və Bağıxan hərəkatı. Milli azadlıq hərəkatının boğulması.
Azərbaycan Rus inqilabları illərində. Azərbaycan Rusiyadakı Fevral inqilabı günlərində. Xüsusi Zaqafqaziya komitəsi və onun siyasəti. Bakı Soveti. “Müsavat” partiyası. “Azərbaycan muxtariyyəti” uğrunda hərəkatın genişlənməsi.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması. İlk addımlar. AXC Gəncə dövrü, Bakıda Sovet hakimiyyətinin süqutu. Qafqaz İslam ordusu və Bakının azad edilməsi uğrunda hərbi əməliyyatlar. Bakının azad edilməsi və AXC hökümətinin Bakıya köçməsi. Azərbaycan Cümhuriyyətinin təşkili və demokratik dəyişikliklərin başlanması. Azərbaycan parlamentinin fəaliyyəti.
AXC-nin daxili və xarici siyasəti. İqtisadi siyasəti. Ordunun qurulması. Mədəni qurulucuq. AXC-nin ərazi bütövlüyü uğrunda mübarizə. Azərbaycanın qonşu dövlətlərlə münasibətləri. Paris sülh konfransında AXC höküməti nümayəndə heyətinin iştirakı. Xarici dövlətlərlə diplomatik əlaqələrin yaradılması.
Azərbaycan SSR 1920-1940-cı illərdə. Yerlərdə bolşevik hakimiyyətinin qurulması. Müqavimət hərəkatı. Azərbaycandan siyasi mühacirət.
Azərbaycanda yeni dövlət quruculuğu; ilk dekretlər; sosial-iqtisadi, siyasi və mədəni dəyişikliklər. Bakıda Şərq xalqlarının birinci qurultayı. Azərbaycan rəhbərliyində ixtilaflar. Azərbaycan SSR-in ZSFSR tərkibində SSR İttifaqına qatılması. DQMV-nin və Naxçıvan MSSR-in təşkili.
Azərbaycan İkinci dünya müharibəsi dövründə. Müharibənin başlanması. Azərbaycan Almaniyanın işğalçılıq planlarında. Azərbaycan SSR-də hərbi-iqtisadi və mənəvi səfərbərlik. Azərbaycan döyüşçüləri müharibə cəbhələrində, partizan və antifaşist müqavimət hərəkatında. Bakı neftinin strateji əhəmiyyəti və rolu. Azərbaycan mühacirəti müharibə illərində. Milli legion və onun fəaliyyəti.
Azərbaycan mədəniyyəti müharibə illərində. Cənubi Azərbaycan ikinci dünya müharibəsi illərində. Sovet qoşunlarının İrana daxil olması.
Azərbaycan 1945-1970-ci illərdə. Müharibənin Azərbaycanın iqtisadi və mədəni həyatına ağır təsiri. Xalq təsərrüfatının bərpası və inkişafı. Yeni sənaye sahələrinin və mərkəzlərinin yaranması. Kənd təsərrüfatının bərpası. Respublikada ictimai-siyasi həyat. Totalitar rejimin güclənməsi və ona qarşı mübarizə cəhdləri. Ermənistan SSR-nin Azərbaycana qarşı yeni ərazi iddiaları.
70-ci illərdə Azərbaycanın ictima-iqtisadi və siyasi vəziyyəti və mədəni quruculuq planları. Əhalinin rifahı və məişəti. Azərbaycanın ekoloji problemləri.
Azərbaycanın beynəlxalq və mədəni əlaqələri.
İkinci dünya müharibəsindən sonra Cənubi Azərbyacanda vəziyyət. 1978-1979-cu il. İran inqilabı və Cənubi Azərbaycan.
Azərbaycan 80-90-cı illərin əvvəlində. 1980-ci illərin ikinci yarısında SSRİ rəhbərliyinin yeni siyasi kursu. “Yenidən qurma” siyasətinin iflası. Milli münasibətlər. Erməni separatçılığı. Uydurma Dağlıq Qarabağ problemi ətrafında baş verən hadisələr. Azərbaycanlıların Ermənistandan qovulması. Azərbaycanda milli-azadlıq və demokratik hərəkat, onun güclənməsi. Bu hərəkatı boğmaq cəhdləri.
Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizəsi və xarici dövlətlər tərəfindən onun tanınması. Xarici təşkilatlara qəbul olunması. Ərazi bütövlüyü uğrunda mübarizə. 1992-ci ildə cəbhədə uğursuzluqlar. Xocalı faciəsi. Şuşa və Laçının işğalı.
Azərbaycan Xalq Cəbhəsinin iqtidarı. Dövlət idarəçiliyində baş verən dəyişikliklər. Azərbaycanın sosial-iqtisadi və siyasi vəziyyəti. Gəncə qiyamı. Vətəndaş qarşıdurmasının yaranması. Respublikada növbəti hakimiyyət böhranı.
Müstəqil Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi. Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışı. Daxili stabilliyin yaranması üçün keçirilən tədbirlər. Müharibə cəbhəsində atəşkəsin təmin edilməsi. Ordu quruculuğu.
İqtisadi islahatlar. Neft siyasəti. Əsrin müqaviləsi. Sosial dirçəliş.
Heydər Əliyevin 5 illik prezidentlik fəaliyyətinin yekunları.
Yeni prezident seçkiləri. Heydər Əliyevin əvvəlki kursunun davam etdirilməsi. Daxili siyasət. Azərbaycan Respublikasının xarici siyasət xəttinin əsas istiqamətləri, beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli münasibətlərin yaranması. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi siyasəti.
Azrbaycan dbiyyatı tarixi 2 ci cild
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Azərbaycan tarixi: VII cild: 1941-2002-ci illər
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Comments are closed, but trackbacks and pingbacks are open.