Azrbaycan dbiyyatı tarixi 4 cild
Arxeoloji materiallar, şübhəsiz ki, etnoqrafik şərh tələb edir, əks halda
Azərbaycan tarixi – 7 cild
Azərbaycan yer üzünün ən qədim mədəniyyət mərkəzlərindən biridir. Onun ərazisinin sakinləri minilliklər ərzində yaratdıqları zəngin mədəni irs qoyub getmişlər.
Bu irs müxtəlif tarixi qaynaqlar – maddi və yazılı abidələr əsasında öyrənilir.
Maddi abidələrin öyrənilməsi ilə arxeologiya məşğul olur. Torpaq özündə bu abidələrin tükənməz “arxivi”ni – əmək alətləri, məişət və bəzək əşyaları, silah, məskən qalıqları, qəbirlər, qədim mədən və metaləritmə yerləri, həmçinin başqa şeylər saxlayır.
Ona görə də ayrı-ayrı elmlərin qovuşuğunda dayanan arxeologiyanın əhəmiyyəti son dərəcə böyükdür. Müxtəlif elmlərin nümayəndələri, ilk növbədə, arxeoloq, tarixçi və filoloq, fizik və kimyaçı, etnoqraf və antropoloq, geoloq və paleontoloq, botanik, zooloq və başqaları öz biliklərini “arxeologiya mehrabı”na gətirirlər.
Axtarış zamanı aşkara çıxarılan arxeoloji abidələr qədim dövrlərdən başlamış son orta əsrlərədək Azərbaycan tarixini daha əsaslı şəkildə və daha dərindən işıqlandırmaq imkanı verir. Şübhə yoxdur ki, azərbaycanşünaslığın bir çox mühüm problemlərinin həlli birbaş arxeoloji axtarışlarla bağlıdır.
Arxeologiya təkcə öyrənilən ölkənin ilk sakinlərinin maddi və mənəvi mədəniyyət səviyyəsi haqqında mühakimə yürütməyə deyil, həm də məhsuldar qüvvələr tarixi, sinfi cəmiyyətin yaranması və inkişafı, miqrasiya, etnogenez və bir çox başqa problemlərlə bağlı olan mühüm məsələlərin bu və ya digər dərəcədə həll olunmasına imkan verir.
Arxeologiya diyar tarixinin məkan üfüqlərini, onun çərçivələrini genişləndirmiş, bizim nəsil şəcərəmizin minilliklərin dərinliklərinə gedən köklərini izləməyə imkan vermişdir.
Lakin təkcə arxeologiyanın köməyi ilə sosioloji nəticələr çıxarmaq, yazılı qaynaqlar olmayan dövrlərin, o cümlədən ibtidai icma cəmiyyətinin, necə deyərlər, canlı tarixini vermək, xüsusən də ibtidai icma dövründə sosial münasibətlərin, insanın mənəvi aləminin mənzərəsinin yaratmaq və s. qeyri-mümkündür. Maddi abidələri “canlandırmaq”, onları izah etmək üçün əlavə məlumatlar, ilk növbədə, primatoloji müşahidələr, paleoantropoloji tədqiqatlar və əlbəttə ki, etnoqrafik materialların cəlb olunması zəruridir.
Arxeoloji materiallar, şübhəsiz ki, etnoqrafik şərh tələb edir, əks halda
bölgənin ibtidai icma cəmiyyəti tarixinin dolğun mənzərəsini bərpa etmək çətindir…
www.kitab.kultaz.com
İran, rus, Avropa və bir sıra Azərbaycan dilçi və tarixçilərinin yazdıqlarına görə, şimallı-cənublu Azərbaycan ərazilərində türk tayfaları bizim eranın əvvəllərindən görünməyə başlamış, Azərbaycan xalqı və onun dili XI əsrdə səlcuqların, XIII əsrdə monqolların Cənubi Qafqaza gəlişi ilə təşəkkül tapmış, Azərbaycan dili XVI-XVIII əsrlərə qədər Anadolu türklərinin dilindən fərqlənməmişdir. Bu fikrin arxasında qeyri-elmi və qərəzli bir konsepsiya durur. Başqa neytral münasibətdə alimlərin Azərbaycan xalqının tarixinə son dərəcə səthi yanaşdıqlarını göstərir. Hər iki hal Azərbaycan dilinin mənşəyini təhrif edir, Azərbaycan xalqının, Azərbaycan dili və dövlətçiliyi tarixinin düzgün öyrənilməsi işinə əngəl törədir. Xalqın başının çörək və Qarabağ dərdi ilə qarışıq olduğundan istifadə edən bə’zi qələm sahibləri onun şanlı tarixini başqasının adına yazır, dilini kökündən qoparıb “qafqazdilli”, “irandilli” deyə boğazına yabançı dil soxmağa, onu gəlmə bir xalq kimi təqdim etməyə, ruhdan və gözdən salmağa çalışır. Tarixi gerçəkliyə zidd olan bu konsepsiya saysız yanlış müddəalar doğurur, bəşər tarixinin saxtalaşdırılmasına, etnik mənsubiyyət məsələlərinin siyasi konyunkturalar əsasında “müəyyən” edilməsinə səbəb olur.
Comments are closed, but trackbacks and pingbacks are open.