Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi problemi
Əlavə dərslik və ədəbiyyat:
Həsən Səfəri
“Cənubi Azərbaycan ədəbiyyatı tarixi XIX-XX əsrlərdə” adlanan kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyat Şöbəsi tərəfindən çap edilib. İki cilddən ibarət, XIX-XX əsrləri əhatə edən tədqiqat əsəri bu sahədəki boşluğu doldura bilib. Əsərin ortaya çıxmasında layihənin və plan-prospektin müəllifi mərhum akademik Mirzə İbrahimovun rolu danılmazdır. Redaksiya heyəti akademik Mirzə İbrahimov, f.e.d. prof. Teymur Əhmədov və f.e.d. Rəhim Əliyevdən ibarətdir.
Əsərin birinci fəsli “XIX əsr Cənubi Azərbaycanda folklor” adlanır. Fəsil Hüseyn Kürdoğlu tərəfindən qələmə alınıb. Dastanlar və bayatılar hissəsindən ibarət olan fəsildə müəllif Azərbaycan folklorunun şah əsərlərindən olan “Dədə Qorqud”, “Koroğlu”, “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Aşıq Valeh”, “Qəndab”, “Qaçaq Nəbi” və s. məhəbbət və qəhrəmanlıq dastanlarımızı, eləcə də folklorun digər qollarını bayatı, nağıl, atalar sözləri, zərb-məsəllər və s. folklor nümunələrini araşdırmış, təhlili etmişdir.
Müəllif bir çox folklor tədqiqatçısının Azərbaycanın ikiyə parçalanmasından sonra Cənubda yaranan folklor nümunələrinə diqqət yetirə bilməmələrinə işarə edərək yazır: “Elmi tədqiqatçıların bir neçə nəslinin görkəmli nümayəndələri bu yönümdə dəyərli əsərlər yaratsalar da, Cənubda yaranan “Cənub folkloru” anlayışına daxil edilə bilən dastanlardan və ya dastan variantlarından tarixi imkansızlıqla əlaqədar bəhs edə bilməmişlər. Vəli Xuluflu, Hənəfi Zeynallı, Salman Mümtaz, Məmmədhüseyn Təhmasib, Hümmət Əlizadə, Əhliman Axundov, Həmid Araslı kimi görkəmli tədqiqatçıların yaradıcılığında “Cənub folkloru”nun yeri boş qaldığına görə bu günün araşdırıcıları üzərinə daha ağır vəzifələr düşür”.
Əsərin ikinci fəsli isə “XIX əsrin birinci yarısında ədəbi-mədəni proses” adlanır. Fəsli kitabın məsul redaktoru f.e.d. Rəhim Əliyev qələmə almışdır. Müəllif bu fəsildə ilk öncə XIX əsrin əvvəlində güneyli-quzeyli Azərbaycan da daxil olmaqla regionda yaranan ictimai-siyasi vəziyyəti təhlil edərək, Azərbaycanın Gülüstan və Türkmənçay müqavilələri ilə ikiyə parçalanması və ümumiyyətlə Rusiya və xarici dövlətlərin Azərbaycanda gedən ədəbi proseslərə təsirindən söhbət açır. Daha sonra müəllif həmin dövrdə o taylı bu-taylı Azərbaycanda mövcud olan ədəbi bədii proseslə bağlı yazır: “Türkmənçay (1828) müqaviləsinə qədər Cənubi Azərbaycanla Şimalın ictimai-mədəni və ticarət əlaqələri hələ də öz ümumiliyini saxlayırdı. Hətta demək olar ki, XIX əsrin birinci yarısında ədəbi-mədəni prosesin ümumiliyi hələ xeyli dərəcədə qalırdı. Çarizm Şimalı Azərbaycanı ələ keçirəndən sonra burada xalq üsyanlarından ehtiyat edərək yeni müstəmləkə üsul-idarəsini çox ehtiyatla yaradırdı, yerli xüsusiyyətləri dağıtmağa tələsmirdi. Ancaq əsrin ortalarına yaxın Arazboyu sərhəd möhkəmləndirildi, Cənubla rabitə çətinləşdi, Şimalda yeni idarə quruluşu yaranmağa başladı”.
Müəllif Gülüstan müqaviləsindən sonrakı dövrdə Cənubi Azərbaycanda bir sıra xanlıqların mərkəzi hakimiyyət tərəfindən hakimiyyətini tanıması və bunun da xanlıqların ana dilinin və milli mədəniyyətin, xüsusilə ədəbiyyatın inkişafı üçün çox müsbət rol oynadığını vurğulayır.
Müəllif həmin fəsildə Cənubi Azərbaycanda baş verən ictimai-siyasi prosesləri şərh edərək, onun Cənubi Azərbaycanda yaranan ədəbiyyata təsirini təhlil edir. Şimali Azərbaycanın Cənubi Azərbaycandan ayrılması və Azərbaycanın hər iki hissəsində fərqli ictimai siyasi prosesin getdiyini vurğulayan Rəhim Əliyev Şimali Azərbaycanın Avropa burjua maarifinə üz qoyması, lakin Cənubda ənənəvi islam ideologiyasının hakim olduğunu qeyd edərək bunun təbii ki, fərqli çalarların meydana gətirdiyini vurğulayır.
Müəllif bu fəsildə Cənubi Azərbaycanda XIX əsrdə yaranan ədəbiyyatın müxtəlif forma və səpkilərini 7 ayrı hissədə təhlil etmiş, Cənubla Şimal arasında eyniliyin davam etməsi və yaranan cüzi fərqləri üzə çıxarmışdır.
Kitabın üçüncü fəsli ədəbi portretlər adlanır. Bu fəsildə üç görkəmli şairimiz Əndəlib Qaracadaği, Heyran Xanım və Seyid Əbülqasım Nəbatinin yaradıcılığı araşdırılıb.
Əndəlib Qaracadağinin portretini prof. Teymur Əhmədov incələyib. Müəllif Əndəlib Qaracadağinin həyatı haqqında yazır: “Əndəlib Qaracadağinin XVIII əsrin sonu – XIX əsrin əvvəllərində yaşayıb-yaratması ehtimal olunur. Əslən Cənubi Azərbaycanın Qaracadağ mahalının Əhər qəsəbəsindən olan şair gənclik illərindən doğma vətənini tərk edib qürbətdə yaşamışdır”. Müəllif Əndəlib Qaracadağinin yaradıcılığı ilə bağlı yazır: “Əndəlib Qaracadaği açıq fikirli, istedadlı şair idi. Onun poetik yaradıcılığı zəngin xalq ədəbiyyatının, eləcə də Füzuli dühasının təsiri altında pərvəriş tapmışdır. Qoşma, gəraylı, heyratı, qəzəl, rübai, qəsidə, təxmis və digər janrlarda doğma dildə və farsca yazdığı şeirlər Əndəlib Qaracadağinin öz dövründə tanınmış şair olduğunu sübut edir”.
Heyran Xanımın həyatı və yaradıcılığını isə Rəfiqə Qasımova qələmə almışdır. Müəllif şairənin həyatı və yaradıcılığı ilə bağlı yazır: “XVIII əsrin axırı, XIX əsrin əvvəllərində yazıb yaradan, Füzuli ədəbi məktəbinin ənənələrini davam etdirən qadın şairələrimiz içərisində Heyran xanım öz orijinal yaradıcılıq xüsusiyyətləri ilə xüsusi yer tutur”. Müəllif Heyran xanımın hazırda üç əlyazmasının mövcud olması və həmin əlyazmaların Tehran Universitetində, Gürcüstan EA Əlyazmalar İnstitutunda və Azərbaycan EA-nın Respublika Əlyazmaları İnstitutunda saxlandığını qeyd edir.
Rəfiqə Qasımova Heyran xanımın həyat və yaradıcılığını təhlil etməklə yanaşı, həmin şairənin həyat və yaradıcılığını araşdıran ədəbiyyatçı alimlərin araşdırmalarını da diqqətdən kənarda saxlamamışdır.
Fəsildə araşdırılan üçüncü ədəbi portret – Seyd Əbülqasım Nəbatinin həyat və yaradıcılığı isə Əbülfəzl Hüseyni və Nazim Rizvan qələmə almışlar. Müəlliflər ilk öncə Nəbatinin həyatı və yaradıcılığı və ümumiyyətlə Nəbati irsinin tədqiqatçı və təzkirəçilərin əsərlərində əks etdirildiyini şərh edir və Nəbatinin bir sıra təxəllüslərlə, o cümlədən Nəbati, Xançobanı, Məcnun və başqa təxəllüslərlə şeir yazdığını vurğulayırlar. Nəbatinin yaradıcılığını araşdıran adını çəkdiyimiz alimlər o qənaətə gəlmişlər ki, şairin yaradıcılığında iki mənbəyin güclü təsiri görünür. Bunlardan biri klassik ədəbiyyat, digəri şifahi xalq ədəbiyyatıdır.
Əsərin dördüncü fəsli “XIX əsrin ikinci yarısında ədəbi-tarixi mühit, mədəniyyət və xalq sənəti” adlanır. Fəsli M. Müciri qələmə almışdır. Əsərin diqqətəlayiq cəhəti odur ki, burada təkcə Güney Azərbaycanda baş verən ədəbi-bədii proseslər haqqında deyil, həm də dövrün ictimai-siyasi mənzərəsi haqqında da müfəssəl məlumat verilir. Müəllif XIX əsrin ikinci yarısında Qacarlar sülaləsinin yanlış iqtisadi siyasəti və xarici kapitalın ağalığı şəraitində baş verən dərin iqtisadi böhranın ədəbi mühitdəki əksini ustalıqla oxucuya çatdıra bilmişdir. Xüsusilə taxıl möhtəkirliyinə qarşı Zeynəb paşanın üsyanı və Təbrizdə baş verən Tənbəki üsyanı haqqında ədəbiyyatımıza az bəlli olan şeirlərdən nümunələr verməklə oxucuda dövr barəsində dolğun təsəvvür yaratmağa çalışmışdır. Müciri eyni zamanda Güney Azərbaycanda maarifçilik sahəsində görülən işlər və dövrün görkəmli maarifçiləri barəsində də məlumat verir. Əsərdə “İran maarifinin atası” adlandırılan Mirzə Həsən Rüşdiyyənin maarifçilik sahəsində gördüyü tədbirlər sadalanmış və bunun Güney Azərbaycan ədəbi mühitinə təsiri şərh edilmişdir. Fəsildən məlum olur ki, Mirzə Əli Möcüz, Marağalı Zeynalabdin, Mirzə Mehdi Şükuhi kimi söz ustadlarının formalaşmasında Quzey Azərbaycan ədəbiyyatında gedən proseslərin danılmaz təsiri olmuşdur. XX əsrin sonu XX əsrin əvvəllərində bu tayda çap edilən ədəbi-bədii nəşrlərin rolu bu sahədə daha artıqdır. Xüsusilə “Əkinçi”, “Şərqi Rus”, “Molla Nəsrəddin” kimi qəzet və dərgilər Cənubda maraqla qarşılanırdı. Bu mətbu orqanlar M.Ə.Ləli, M.Ə.Talıbov kimi şəxsiyyətlərin yaradıcılıq istiqamətlərini müəyyənləşdirməyə böyük kömək etmişdir.
Kitabın beşinci fəsli Güney Azərbaycanın tanınmış ədəbi simaları Məhəmməd Bağır Xalxali, Mirzə Mehdi Şükuhi və Əbülhəsən Raciyə həsr edilmiş məqalələrdən ibarətdir. Xalxali yaradıcılığı barədə tədqiqat işinin müəllifi olan Xuraman Quliyeva, şairin həyat və yaradıcılığında mühüm yer tutan “Sələbiyyə” poemasına xüsusi yer ayırmışdır. Əsər barəsində ilk tənqidi təhlilin müəllifi olan Firidin bəy Köçərlinin fikirlərinə geniş yer verən müəllif, bu satirik şairin Azərbaycan ədəbiyyatındakı yerini və rolunu realist poeziyanın ən görkəmli nümayəndələrindən biri kimi xarakterizə etmişdir.
Bu fəsildə eyni zamanda Mirzə Mehdi Şükuhinin yaradıcılığından bəhs edən Məmmədəli Müsəddiqin araşdırması da maraqlı faktlarla zəngindir. Şükuhinin ədəbi yaradıcılığının müəyyən hissəsini tutan lirik şeirləri ilə yanaşı, onun folklor ruhlu şeirlərini də tədqiq edən müəllif onun türk dilinin zənginləşməsindəki xidmətlərini üzə çıxarmağa çalışmışdır.
XIX əsrdə Azərbaycan poeziyasının daha bir görkəmli nümayəndəsi olan Əbülhəsən Raci barədə Nazim Rizvan tərəfindən qələmə alınmış məqalədə şairin lirikası barədə müfəssəl məlumat almaq mümkündür.
Kitabın altıncı fəsli Teymur Əhmədovun qələmə aldığı Azərbaycan ədəbiyyatında dramaturgiyanın banisi, məşhur ədib Mirzə Fətəli Axundzadənin Güney Azərbaycan ədəbiyyatının formalaşmasında rolundan bəhs edən iki məqalə və Əbülfəzl Hüseyni ilə Nazim Rizvanın birgə qələmə aldıqları Mirzə Ağa Təbrizinin yaradıcılığından bəhs edən tədqiqat işindən ibarətdir.
Yeddinci fəsil isə Xeyrulla Məmmədov tərəfindən qələmə alınan “XIX əsrin sonlarında Cənubi Azərbaycanda maarifçi ədəbiyyat” məqaləsindən ibarətdir. Əsərdə Azərbaycan maarifçiliyini ifadə edən XIX əsrin ikinci yarısından XX əsrin əvvəllərinə qədərki mərhələdə yaranmış maarifçilik dövrünün bədii-estetik fikrin zəngin milli xüsusiyyətləri, əlvan koloriti, tipik realist özünəməxsusluqları ilə diqqəti cəlb edir. Məsələn, Azərbaycan maarifçiliyinin əsasını qoymaqla bərabər, onun milli zəmində hərəkata çevrilməsinə kömək etmiş, özündən sonra yetişən ədib və dramaturqların bu istiqamətdəki fəaliyyətlərinə, xüsusilə də Güney Azərbaycan ədəbiyyatına müsbət təsir göstərmiş M.F.Axundov yaradıcılığı timsalında biz bunun əyani şahidi ola bilərik. Məqalədə bu kimi cəhətlər dolğun əks etdirilib.
Kitabın ən maraqlı hissəsini təşkil edən səkkizinci fəsildə dövrün görkəmli şəxsiyyətləri Zeynalabdin Marağalının (Əflatun Məmmədov) və Mirzə Əbdürrəhim Talıbovun (Mirəli Mənafi) yaradıcılığından bəhs edən iki məqalə yer alıb. Talıbov haqqında məqalədə onun ilk orijinal bədii əsəri “Kitab yüklü eşşək” (1888) alleqorik romanında maarifçiliyin təbliği şərh edilib. Məlumdur ki, “Səfineyi-Talibi, ya Kitabi Əhməd” (“Talibin gəmisi, yaxud Əhmədin kitabı” iki cilddə, 1894-1895) əsəri Azərbaycan ədəbiyyatında uşaqların həyatından bəhs edən ilk kitabdır. Məqalədə Talıbovun əsərləri maarifçilik aspektindən tədqiq edilib. Doqquzuncu fəsil isə Arif Hacıyevin Azərbaycan ədəbiyyatında “Ədəbi əlaqələr” məqaləsində Şimalla Cənubun qarşılıqlı əlaqəsi və bunun ədəbi proseslərə təsiri barəsində maraqlı araşdırma aparılmışdır.
Kitabda yer alan məqalələr, Güney Azərbaycanın ədəbi simaları haqqında aparılan qiymətli araşdırmalar Güney Azərbaycan ədəbiyyatının öyrənilməsi aspektindən diqqətəlayiq əhəmiyyət daşıyır.
Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi problemi
Azərbaycan Respublikasının dövlət müstəqilliyi şəraitində milli ədəbiyyatın elmi-nəzəri cəhətdən dövrləşdirilməsi məsələsi gündəmə gəldi. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin yeni elmi konsepsiyasını ictimaiyyətə təqdim etdi. Akademik yazır: “XX əsrin ərəfəsində milli bədii təfəkkürü həm növbəti epoxaya aparmaq, həm də müstəqillik mərhələsinin məsuliyyətli vəzifələrini həyata keçirmək üçün səfərbər etməli olan ədəbiyyatşünaslıq elmi? mümkün olan bütün resurslardan istifadə etmək mənasında mövcud dayanıqlı ənənələrin enerjisini də prosesə cəlb etmək üçün “dövrləşmə” məsələsinə yenidən və bu dəfə əsaslı şəkildə qayıtmalı olmuşdur.”
Professor Nazif Qəhrəmanlı Azərbaycan ədəbiyyatı tarixi və dövrləşdirmə problemindən sistemli bəhs edib və göstərib ki, sovet ədəbiyyatşünaslığında dövrləşdirmə əsasən sosioloji prinsipə görə aparılıb, ictimai-iqtisadi formasiyalar ədəbi dövrləşdirmənin tarixi-sosial əsasları kimi götürülüb. Alim ədəbi dövrləşdirmənin yolları və prinsiplərindən: əlifba (kataloq), dil, din, etnos, coğrafi, sülalə prinsipi (Samanilər, Qəznəvilər, Səlcuqilər, Teymurilər, Səfəvilər və s.), habelə, qarışıq prinsiplərdən danışıb.
Professor N.Qəhrəmanlı göstərib ki, 1930-cu illərin ədəbi dövrləşdirilməsi etnik (Bəkir Çobanzadə, Əmin Abid, Atababa Musaxanlı və başqalarının bölgüsü), tarixi-mədəni (M.Rəfilinin bölgüsü) və ideoloji-sosioloji (Mustafa Quliyevin bölgüsü) prinsiplərə əsaslanıb: “Azərbaycan ədəbiyyatını dövrləşdirmə məsələsində tədqiqatçılar bir çox xüsusiyyət və xarakterik amillərə diqqət yetirmişlər. Bunlardan ədəbiyyatı haradan və nə vaxtdan başlamaq, dövrləri açıqlarkən əlamətdar, tarixi-ədəbi cizgilər axtarmaq, xüsusən, metodoloji təməl kimi sosial sxemdən (ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm, sosializm), tarixin spesifik bölgüsündən (əsrlər üzrə), renessans, romantizm və realizm kimi ədəbi-mədəni hadisə, hərəkat və cərəyanlardan istifadə etmək və s. kimi cəhətləri saymaq olar”. Alim hesab edib ki, “dövrləşdirmənin mükəmməlliyi təkcə tarixşünaslardan və ədəbiyyatşünaslardan deyil, Azərbaycan mədəniyyəti üzrə kompleks tədqiqatlardan, ümumi kulturoloji yanaşmanın obyektivliyindən əhəmiyyətli dərəcədə asılıdır. 1920-30-cu illərdə bu məsələlərlə Əmin Abid, Əli Nazim, Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Mustafa Quliyev, İsmayıl Hikmət, Atababa Musaxanlı, Cabbar Əfəndizadə, Abdulla Şaiq və başqaları məşğul olub. F.Köçərli, Y.V.Çəmənzəminli, A.Sur, Seyid Hüseyn və S. Mümtazın ədəbiyyat tarixçiliyi sahəsində təşəbbüslərindən sonra XX əsr Azərbaycan ədəbiyyatşünaslığının təşəkkülü və nəzəri-tarixi inkişafı başlayıb, milli ədəbiyyat tarixinin dövrləşdirilməsi konsepsiyası gündəmə gəlib.
Ə.Abid, H.Zeynallı, M.Quliyev, İ.Hikmət, C.Əfəndizadə və A.Şaiq konkret bölgü təqdim etməyib. Əli Nazimin ədəbi dövrləşdirməsi belə olub:
Əlavə Sillabus forması
31. Cəlil Məmmədquluzadə. Hekayələri. Pyesləri “Anamın kitabi”, “Ölülər”.
32. Nəriman Nərimanov. Əsərləri.
33. Nəcəf bəy Vəzirov. Əsərləri.
34. Əbdürrəhim bəy Haqverdiyev. Əsərləri.
35. Nəriman Nərimanov. Əsərləri.
36. Cəfər Cabbarlı. Əsərləri.
37. Hüseyn Cavid. Əsərləri.
38. Səməd Vurğun. Əsərləri.
39. Mikayıl Müşfiq. Əsərləri.
40. Məhəmmədhüseyn Şəhriyar. Əsərləri.
41. Məmməd Səid Ordubadi. Əsərləri.
42. Rəsul Rza. Əsərləri.
43. Bəxtiyar Vahabzadə. Əsərləri.
44. Məmməd Araz. Əsərləri.
45. Ramiz Rövşən. Əsərləri.
46. Süleyman Rəhimov. Əsərləri.
47. İsa Hüseynov. Əsərləri.
48. Anar. Əsərləri.
49. Elçin. Əsərləri.
50. Mövlud Süleymanlı. Əsərləri.
- Azərbaycan ədəbiyyatının keçdiyi tarixi inkişaf mərhələlərini bilməli.
- Azərbaycan ədəbi mühitinin əsas cəhətlərini öyrənməlidirlər.
- Azərbaycan ədəbiyyatı klassiklərinin həyat və yaradıcılığının əsas tərəflərini bilməli, görkəmli şair və yazıçıların əsərlərindən bəzi nümunələrlə tanış olmalıdırlar.
- Təqdimat, esse, interaktiv müzakirə, müqayisə bacarığı.
İstifadə ediləcək ədəbiyyatın bir qismi tərəfimizdən təmin ediləcəkdir.
Semestr ərzində iki imtahan olacaq.
Aralıq və Final imtahanlarının hər ikisində suallar test və ya klassik ola bilər.
Tarixi və yayılma ərazisi.
Azərbaycan folkloru. Arxaik folklor janrları. Azərbaycan mifologiyası haqqında məlumat.
Qədim türk eposu. Tanrı ideyası. “Yaradılış”, “Alp Ər Tonqa”, “Oğuz Kağan”, “Göy türk”, “Ərgənəkon”, Şu dastanı, “Köç” dastanları.
N.Cəfərov. Türk xalqları ədəbiyyatı. Bakı, 2004
Xaqanı. Məhsəti. Nizami və dövrü. Yaradıcılıqları. “Xəmsə”, “Xosrov və Şirin” poeması.
“Kitabi-Dədə Qorqud” – bir boyun məzmunu. “Koroğlu” dastanından bir qol. Bayatı, tapmaca, nağıl nümunələrinin soruşulması
Anadilli Azərbaycan poeziyası. Nəsimi. Xətai. Qəzəlləri.
Azərbaycan Ədəbiyyatı Tarixi. III cild. B., 1960
Azərbaycan Ədəbiyyatı Tarixi. IV cild. B., 2011
XX əsrin əvvəlləri Azərbaycanda, ədəbiyyat, mətbuat, maarif və teatr.
N.Vəzirov. Ə.Haqverdiyev. N.Nərimanov. H.Cavid. C.Cabbarlı. Əsərləri
Ədəbiyyatı Tarixi. B. 1981
Azərbaycan Ədəbiyyatı, Elm, 2002
M.S.Ordubadi. M.İbrahimov. S.Rəhimov. İ.Şıxlı. İ.Hüseynov (Muğanna). Ə.Əylişli, Anar, Elçin, M.Süleymanlı
XX əsrin I yarısı. Azərbaycan poeziyası.
H.Cavid. Ə.Cavad. S.Vurğun. S.Rüstəm. M.Müşfiq
Ədəbiyyatı. B. 1989
R.Rza, B.Vahabzadə, N.Xəzri, M.Araz, R.Rövşən, H.İsaxanlı
Aktivlik və davamiyyətə görə balların yazılması
- Azərbaycan ədəbiyyatı tarixi: 3 hissədə I c. (Ən qədim zamanlardan XIX əsrə qədər/ -B: Azərb. E.A. nəşr-tı .1960)
- Azərbaycan ədəbiyyatı tarixi. 3 hissədə II c. (XIX əsrin əvvəllərindən 1917-ci ilə qədər) – B: Azərb. EA nəşr-tı, 1960
- Azərbaycan ədəbiyyatı tarixi: 3 hissədə. III c. (XX əsr) – B: Azərb. EA. nəşr-tı, 1960.
- Azərbaycan ədəbiyyatı tarixi: 6 cilddə. I c. Bakı, “Elm” nəşr-tı, 2004.
- Azərbaycan Ədəbiyyatı tarixi: 6 cilddə II c. Bakı, “Elm” nəşr-tı , 2007.
- Azərbaycan Ədəbiyyatı tarixi. 6 cilddə III c. Bakı, “Elm” nəşrt-tı, 2009.
- Azərbaycan Ədəbiyyatı tarixi 6 cilddə IV c. Bakı, “Elm” 2011.
- Səfərli Ə. Yusifli X. Qədim və orta əsrlər Azərbaycan Ədəbiyyatı – Bakı “Ozan”, 1998
- Qasımzadə F. XIX əsr Azərbaycan Ədəbiyyatı tarixi – Bakı “Maarif”, 1981
- XX əsr Azərbaycan Ədəbiyyatı Bakı. 1989
- Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyaatı. Bakı, “Maarif”, 1992
- Həkimov M. Azərbaycan aşıq ədəbiyyatı. Bakı, “Maarif”, 1983.
- Cəlal M., Xəlilov P. Ədəbiyyatşünaslıq. B., 1972
- Qarayev Y. XIX-XX yüzillər. Azərbaycan Ədəbiyyatı. Bakı, Elm, 2002
- Cəfərov N. Türk xalqları ədəbiyyatı. 5 cild. Bakı, 2006.
- Sultanlı V. Mühacirət ədəbiyyatı. Bakı, “Şirvannəşr” , 1998.
Əlavə dərslik və ədəbiyyat:
17. Azərbaycan şifahi xalq ədəbiyyatı
18. “Kitabi-Dədə Qorqud”
20. Xaqani. Əsərləri.
21. Nizami Gəncəvi. Lirika.
22. Nizami Gəncəvi. “Xəmsə”, “İskəndərnamə”.
23. Məhəmməd Füzuli. “Leyli və Məcnun”.
24. İmadəddin Nəsimi. Əsərləri.
25. Şah İsmayıl Xətai. Əsərləri.
26. Molla Vəlli Vidadi. Əsərləri.
27. Molla Pənah Vaqif. Əsərləri.
28. Qasım bəy Zakir. Əsərləri.
29. Seyid Əzim Şirvani. Əsərləri.
30. Mirzə Fətəli Axundov. Əsərləri.
31. Cəlil Məmmədquluzadə. Hekayələri. Pyesləri “Anamın kitabi”, “Ölülər”.
32. Nəriman Nərimanov. Əsərləri.
33. Nəcəf bəy Vəzirov. Əsərləri.
34. Əbdürrəhim bəy Haqverdiyev. Əsərləri.
35. Nəriman Nərimanov. Əsərləri.
36. Cəfər Cabbarlı. Əsərləri.
37. Hüseyn Cavid. Əsərləri.
38. Səməd Vurğun. Əsərləri.
39. Mikayıl Müşfiq. Əsərləri.
40. Məhəmmədhüseyn Şəhriyar. Əsərləri.
41. Məmməd Səid Ordubadi. Əsərləri.
42. Rəsul Rza. Əsərləri.
43. Bəxtiyar Vahabzadə. Əsərləri.
44. Məmməd Araz. Əsərləri.
45. Ramiz Rövşən. Əsərləri.
46. Süleyman Rəhimov. Əsərləri.
47. İsa Hüseynov. Əsərləri.
48. Anar. Əsərləri.
49. Elçin. Əsərləri.
50. Mövlud Süleymanlı. Əsərləri.
Похожие статьи
-
Azərbaycan ədəbiyyatı tarixi altı cilddə
Azərbaycan ədəbiyyatı tarixi”nin üç cildinin təqdimatı olub – FOTOLAR Cilddə professor Məhərrəm Qasımlının şifahi xalq ədəbiyyatımızın ümumi mənzərəsini…
-
Azərbaycan ədəbiyyatı haqqında D Azərbaycan ədəbiyyatı kitabxanası (on-line yenilənir) Hazırda “Oxu zalı” nda on-line kitabxana yaradılır. Amma hələ ki,…
-
Azərbaycan ədəbiyyat tarixi 4 Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və…
-
Azərbaycan tarixi 2014 “Kim Tərtərçay dərəsini seyr etməyibsə, yalnız o adam İsveçrənin gözəlliyinə məftun ola bilər”. Bu sözləri Qafqaz geologiyasının…
-
Azərbaycan tarixi – 2 adı__________________________ Azərbaycan tarixi M.Ə.Rəsulzadə dünyanın məşhur filosofları haqqında Azərbaycan tarixi 15 mart 2020,…
Comments are closed, but trackbacks and pingbacks are open.