Azərbaycan ədəbiyyat tarixi ııı cild
Əzilmiş xürrəmilərin 14 min nəfərdən ibarət olan qalıqları Bizansa qaçdılar. Mənbələrin məlumatından görünür ki, onlar Bizansda xristianlığı qəbul edərək ərəblərə qarşı aparılan hərbi əməliyyatlarda fəal iştirak etməyə başladılar. Həmədan yaxınlığında əldə edilən uğurdan sonra xəlifə əl-Mütəsim başa düşdü ki, xürrəmilər üzərində qələbə qazanmaq üçün Bizansa qarşı aparılan fasiləsiz müharibəni dayandırmaq lazımdır. Bizans-ərəb sərhədində əldə edilmiş dörd illik (833-837-ci illər) sakitlik Babəkə qarşı bütün Xilafət qüvvələrini səfərbər etmək imkanı verdi. Əl-Mütəsim başa düşürdü ki, sürətli qələbəyə ümid bəsləmək əbəsdir, bütün ehtiyatları səfərbər etmək, uzunmüddətli müharibəyə hazırlaşmaq lazımdır. Xəlifə ilk növbədə Babəkin Zəncanla xəlifə ordusunun qərargahı olan Ərdəbil arasında dağıtdığı bütün qalaları yenidən bərpa etmək tapşırığı almış əmiri Əbu Səid Məhəmmədi gələcək döyüş bölgələrinə göndərdi. Əl-Mütəsim Zəncan – Ərdəbil yolu boyunca hərbi hissələrin yerləşdirilməsini də əmr etmişdi. Ərdəbil və Samirə şəhərləri arasındakı rabitə sistemi yenidən bərpa olundu. Bu yolun hər fərsəxində istənilən məlumatı lazımi ünvana çatdırmağa hazır olan atlı qasidlər yerləşdirildi. Yüksəkliklərdə duran gözətçilər bir-birlərini görə və atlı qasidlərin hərəkəti haqqındakı xəbəri bir-birlərini səsləməklə çatdıra bilirdilər. Bu yolla göndərilən xəbər cəmi dörd günə baş komandanın qərargahından xəlifə sarayına çatdırılırdı. Xilafət tarixində ilk dəfə olaraq məhz bu müharibə zamanı rabitə vasitəsi kimi poçt göyərçinlərindən istifadə edilmişdir. Yalnız bu hazırlıq tədbirlərindən sonra, 835-ci ildə, xəlifə bizanslılara qarşı Misirdə aparılan vuruşlarda özünü istedadlı sərkərdə kimi göstərmiş Afşin Heydər ibn Kavusu xürrəmilərlə döyüşəcək bütün xəlifə qoşunlarının baş komandanı təyin etdi. Mənbələrdən görünür ki, təkcə 837-ci ildə Babəklə müharibəyə bir milyon dirhəm xərcləmiş xəlifə əl-Mütəsim, hərbi əməliyyatlar olmayan günlərdə Afşinin özünə xəzinədən hər gün 5 min dirhəm, “ata oturduğu”, yəni döyüş günlərində 10 min dirhəm ödənilməsini təmin etmişdi. Ərdəbilə gələn Afşin xürrəmilərin dağıtdığı strateji əhəmiyyətli qalaların bərpasının sürətləndirməsini, öz qərargahının isə Bəzzə daha yaxın yerə – Bərzəndə köçürülməsini əmr etdi. Bütün bu vaxt ərzində xürrəmi dəstələri tez-tez ərəb hərbi hissələrinə hücumlar edirdilər. Müaviyənin başçılıq etdiyi bu dəstələrdən biri xeyli ərəb əsgərini əsir aldı, sonra isə Bəzz qalasına doğru yönəldi. Öz qoşunlarını yenidən toplayan Əbu Səid, Sindəbəyə adlanan yerdə Müaviyənin dəstəsini haqladı və xürrəmilər ilk dəfə olaraq Xilafətin nizami qoşunları tərəfindən məğlub edildilər. Ələ keçmiş xürrəmilər edam edildilər, başları isə Samirəyə göndərildi. Bu hadisə öz mülkləri üçün ehtiyat edən, xürrəmilərin tezliklə darmadağın olunacağını hiss edən bir çox müttəfiqləri Babəkdən uzaqlaşdırdı. Onlardan Məhəmməd ibn əl-Bəis hətta öz qayınatası, Babəkin sərkərdəsi İsma ibn əl-Kürdinin dəstəsini darmadağın etdi, İsmanın özünü isə xəlifənin hüzuruna göndərdi. Verilən işgəncələrin təsiri altında İsma ibn əl-Kürdi Babəklə müharibədə ərəblərə kömək edəcək qiymətli məlumatlar verdi. Ət-Təbərinin fikrincə, bu, Babəkə endirilmiş ikinci məğlubiyyət zərbəsi idi.
Azərbaycan tarixi/Babəkin başçılığı altında xalq azadlıq mübarizəsi
Xürrəmilər hərəkatının başçısı, Bəzz qalasının hakimi Cavidan ibn Sührək təsadüfən rastlaşdığı Babək adlı bir gənci özü ilə Bəzz qalasına gətirir. Babək buradakı işlədiyi az bir vaxtda Cavidanın və yoldaşlarının böyük hörmət və rəğbətini qazanır. Belə ki, Cavidan Əbu İmranla toqquşmalarının birində həlak olarkən onun xanımı döyüşçülərin hamısını toplayaraq, Cavidanın vəsiyyətini çatdırır. Ərəb tarixçisi Məhəmməd ibn İshaq baş verənləri belə təsvir edir: “Döyüşçülər xanımdan soruşdular: “Nəyə görə ölümqabağı o, bunları özü bizə söyləmədi?” O cavab verdi: “Siz hərəniz bir kəndə səpələnmişdiniz. Əgər o hər birinizin ardınca çapar göndərsəydi, ərəblər bundan xəbər tutar və onun can üstə olmasından istifadə edərdilər. Buna görə də o, mənə tapşırdı ki, sizi yığım, vəsiyyəti eşidəsiniz və əməl edəsiniz.” Kəndlilər dedilər: “Danış, sağikən biz ona tabe olmuşuq, öləndən sonra da onun iradəsinin ziddinə getməyəcəyik.” Dul qadın sözünə davam etdi: “Onun son sözləri budur: mən bu gecə ölməliyəm, ruhum bu gəncin, qulluqçumun (Babəki göstərdi) cisminə qovuşacaq. Mən rəhbərliyi ona vermək qərarına gəlmişəm. Kim buna qarşı çıxsa və mənim iradəmə zidd getsə, qoy ona lənət olsun.” Onda hamı bir ağızdan dedi: “Biz razıyıq”. O, hamını bir-bir çağıraraq, dedi: “Bir tikə çörək götür, suya batırıb ye və söylə: -Ey Bəbəkin ruhu, mən sənə əvvəllər Cavidanın ruhuna inandığım qədər inanıram. Sonra Babəkin əlini əlinə al, əyil və öp”. Hamı belə etdi. Bu hadisə 816-cı ildə baş verdi. Xürrəmilər icmasına rəhbərliyi qəbul etmiş Babək Cavidanın vəsiyyəti adlandırdığı müqəddəs vəzifəni elan etdi: xürrəmilər Babəkin rəhbərliyi altında “torpağa sahib olmalı, zalımları məhv etməli və məzdəkiliyi dirçəltməli” idilər.
Təyin edilmiş vaxtda xürrəmilər Bəzz qalasına yaxın olan kəndlərdə ərəblərə hücum edib hamısını qırdılar. Tədricən üsyan Bəzzin hüdudlarını aşaraq, ətraf nahiyə və kəndlərə keçdi. Beləliklə məzdəkiliyin zəminində təşəkkül tapmış xürrəmi ideologiyası Babəkin başçılığı ilə yeni siyasi rəng alır. X yüzilin ərəb tarixçisi İbn ən-Nədim yazırdı ki, Babəkə qədər xürrəmilərin əqidəsində qətlə və müharibələrə yer yox idi. Babək üsyanın başına keçdikdən sonra, xürrəmi icmasında qarşıya qoyulan məqsədə uyğun olaraq dəyişikliklər baş verdi. Azərbaycanın və Arranın bütün guşələrindən ərəblərdən narazı kəndlilər Babəkin yanına axışmağa başladılar. Qaynağın məlumatına görə, “Babəkin qoşunlarının sayı o dərəcədə artdı ki, piyadalar istisna olunmaqla yalnız süvarilər 20 min nəfərə çatdı”. Çox keçmədən üsyan dalğası qonşu vilayətlərə də yayılaraq azadlıq müharibəsi şəklini aldı. İlk növbədə Beyləqan əhalisi üsyançılara qoşuldu. Bu yerlərə Babəkin adamları göndərildi. Deyləm vilayəti əhalisinin əksəriyyəti və “dağlıq yerlərdə yaşayan kürdlər” də babəkilərə qoşuldular. Ərəb tarixçisi Əbu Mənsur əl-Bağdadinin məlumatına görə, yalnız Azərbaycanda və Deyləmdə Babək tərəfdarlarının sayı 300 min nəfər idi. Ərəblərə qarşı mübarizədə məzlum kəndlilər, bir sıra mülkədarlarla yanaşı, Xilafətin bəzi tanınmış xadimləri və əmirləri də Babəkə müttəfiqlik edirdilər. Bunlardan Babəklə məktublaşan Təbəristan hakimi Məzyər, xürrəmilərin yardımından istifadə edən Mərənd hakimi İsma əl-Kürdi və başqa kürd əmirləri siyasi məqsədlər naminə hərəkata qoşulmuşdular. Onların arasında ərəblərin Cənubi Qafqazdakı hakimi, Xilafətdən ayrılmağa cəhd edən Xatim ibn Hərsəmə (815 -818) də vardı. Dövrün tarixçisi əl-Yəqubinin yazdığına görə, o, Babək və xürrəmilərə məktub yollayıb, onları inandırmağa çalışdı ki, burada (yəni Arranda) “müsəlmanların öhdəsindən asanlıqla gəlmək olar. Bu, Babəkin Azərbaycan vilayətində qələbəsinə səbəb oldu”. Hadisələrin gedişi xəlifə əl-Məmunu 819-cu ildə Yəhya ibn Müəz ibn Müslim başda olmaqla, Xilafətin ilk nizami ordusunu Babəkə qarşı göndərməyə məcbur etdi. Ərəblərlə xürrəmilər arasındakı döyüşlər gah bu, gah da digər tərəfin üstünlüyü ilə başa çatırdı. 820-ci ildə xəlifə, İsa ibn Məhəmmədi Azərbaycanın və Ərminiyənin hakimi, habelə Qafqazdakı ərəb qoşunlarının sərkərdəsi təyin etdi. Lakin 821-ci ildə baş vermiş elə ilk döyüşdə o, basılaraq qaçmağa məcbur oldu. Elə həmin il Arranın yerli hakimləri Babəkdən yardım istədilər. Xürrəmilərin böyük uğurları bu hakimlərin separatizmini gücləndirmişdi. Babəkə qarşı mübarizədə Xilafətin uğursuzluğu Arran və Ermənistanda yurd salmış “mütəğəllib” adlandırılan ərəblərin (“qalib gəlmiş” mənasını daşıyan ərəb sözüdür) mərkəzi hakimiyyətə qarşı çıxışlarına səbəb oldu. Xürrəmilərin ələ keçirdiyi geniş torpaqlarla Xilafət ərazisindən uzaq düşmüş mütəğəlliblər də separatçılıq nümayiş etdirməyə başladılar. Onların arasında ərəb mənşəli Cəhhafilər nəslindən olan, yerli qaynaqlarda avaranşan (“quldur”) ləqəbilə qeyd edilən Savada əl-Cəhhaf xüsusilə fərqlənirdi. 821-ci ildə o, qarışıqlıqdan istifadə edərək vilayətin yerli hakimlərinə qarşı çıxış etdi; sonra isə, Moisey Kalankatlının məlumatına görə, “bütün ölkəni qarət edərək, Sünikə qayıtdı”. Sünik hakimi Vasaq kömək üçün Babəkə müraciət etdi, o da Savadanı Sünikdən qovdu. Həmin il Vasaq vəfat etdi, Babək isə onun qızı ilə evləndi. Bu zamandan etibarən Sünik, Beyləqan, Arsax və Uti əraziləri xürrəmilərə tabe oldular. 824-cü ildə Əhməd əl-Əskafinin başçılıq etdiyi hərbi dəstə ərəblərin yeni təyin olunmuş sərkərdəsi Zureyq əl-Əzdinin köməyinə göndərildi. Lakin Babək Əhməd əl-Əskafini əsir aldı, Zureyqin ordusu isə xürrəmilərə müqavimət göstərə bilmədi. Onda xəlifə Zureyqin yerinə Məhəmməd ət-Tusini təyin etdi. Bu qərarla razılaşmayan Zureyq yeni hakimə qarşı çıxdı.
Buna görə də Məhəmməd ət-Tusi əvvəl Zureyqi ram etməli və yalnız bundan sonra Babəkə qarşı müharibəyə hazırlıq görməli oldu. Ət-Tusinin qoşunları iki il xürrəmilərə qarşı müvəffəqiyyətlə döyüşdülər. Bu uğura Arranda baş verən hadisələr də şərait yaratdı. 827-ci ildə Babək Gekarkuni vilayətini ələ keçirdi. 829-cu il iyunun 3-də Həştadsər dağı yaxınlığında xürrəmilərin Bəzz qalası uğrunda ərəblərlə həlledici döyüş baş verdi. Vuruşma xürrəmilərin qələbəsi ilə başa çatdı. Xürrəmilər 30 minədək ərəb döyüşçüsünü, o cümlədən Məhəmməd ət-Tusini məhv etdilər. Elə həmin il ərəb qoşunlarının yeni komandanı təyin olunmuş İbrahim əl-Fədl də Babək tərəfindən məğlub edildi. Yenə həmin il xəlifə əl-Məmun öz sərkərdəsi Əli ibn Hişamı Azərbaycan, Cibəl və İsfahanın hakimi təyin etdi. Babəkin yanına qaçmağa cəhd göstərən Əli ələ keçirilib, Bağdada göndərildi və 830-cu ildə orada edam edildi. IX əsrin 20-ci illərinin sonlarına yaxın üsyan etmiş beyləqanlılar Arsaxın bir sıra kəndlərinə hücum etdilər, lakin Stepannos Ablasadın dəvətilə yenidən Albaniyaya gələn Babək tərəfindən məğlub olundular (mütəxəssislər – Ziya Bünyadov və b., haqlı olaraq, beyləqanlıların bu çıxışlarını hələ VII əsrdə meydana çıxmış bidətçi xristian “pavlikianlar” hərəkatının hələ də davam etməkdə olan təzahürü hesab edirlər. VII yüzildən Kiçik Asiyanın bir çox ölkələrində (Albaniya, Ermənistan, Suriya, Bizans və b.) yayılmış pavlikianlar hərəkatı artıq IX yüzildə feodallara qarşı çevrilmiş ideologiya oldu. Onların ilkin təlimində xeyir dünyası ilə şər dünyası arasında mübarizə təsəvvürü əsas yer tuturdu. Allahı onlar yalnız mənəvi dünyanın – xeyir dünyasının yaradıcısı hesab edir, bütün maddi aləmi şeytan əməli – şər dünyası adlandırırdılar. Dövlətin dayağı olan kilsəni də onlar şeytan yuvası hesab edirdilər. Mütəxəssislərin bilavasitə Beyləqanla əlaqələndirdikləri bu təriqət haqqında ərəb mənbələrində maraqlı məlumat vardır. Həmin mənbələrdə bu təriqət haqqında əl-Məsudi yazırdı: “Bu təriqət xristianlıq və atəşpərəstlik arasında orta mövqe tutur. Hazırda onlar köçüb yunanlar (rumlar) arasında yaşayırlar”).
830/31-ci ildə beyləqanlıların rəhbərləri Davon və Şapuh “dostluq və sülh” şərtlərini pozaraq Babəki Arrana dəvət etdikləri üçün Stepannos Ablasadı qətlə yetirdilər. Bundan sonra artıq üçüncü dəfə ayağa qalxmış beyləqanlılar Qoroz (müasir Gorus olduğu ehtimal edilir) qalasında möhkəmlənərək, bir neçə il Babəkin hərbi qüvvələrinə müqavimət göstərdilər. Moisey Kalankatlının məlumatından aydın olur ki, beyləqanlılar Ablasadın qohumları tərəfindən öldürülmüş rəhbərlərini itirmələrinə baxmayaraq, bir il Arsax və Utinin bəzi vilayətlərini öz nəzarətləri altında saxlaya bilmişdilər. Babək üsyançıların əllərində qalmış Qoroz qalasını tutmaq məqsədilə Arazı adlayaraq, Amaras vilayətində qərarlaşdı. Qalanın alınmaz olduğunu görən Babək üsyançılarla sülhə gəlməyə çalışdı, buna nail olmadıqda sərkərdəsi Rüstəmə qalanın yanında qalmaq əmrini verərək, Bəzz qalasına qayıtdı. Babəkin üsyançıları xoşluqla yola gətirmək tapşırığına əməl etməyən Rüstəm qalanı ələ keçirməyə cəhd etdi və məğlubiyyətə uğradı. Tədqiqatçıların fikrincə, bu hadisə və Babəkin bidətçi beyləqanlılarla barışıq cəhdləri alban knyazları Səhl ibn Sumbat və Yesai Əbu Musanın ondan uzaqlaşmasında mühüm rol oynadı. İşin gedişatı sübut edirdi ki, Bizansadək geniş ərazini əhatə etmiş xürrəmilər hərəkatı hakim dairələrə bir elə xeyir verməyəcək. 833-cü ildə xəlifə əl-Məmunun ölümündən sonra xürrəmilər hərəkatı yeni qüvvə ilə alovlandı. Nizamülmülkün məlumatına görə, üsyan İsfahan, Fars və bütün Kuhistanı bürüdü. İyirmi illik hakimiyyəti ərzində xürrəmilərə qarşı daim mübarizə aparan xəlifə əl-Məmun taxt-tacın varisi, qardaşı əl-Mütəsimə qoyub getdiyi vəsiyyətində xürrəmilərdən ehtiyat etməyi tövsiyə edirdi: “Xürrəmilərə gəldikdə isə, onlara qarşı müharibəyə qətiyyətli və amansız adam göndər, ona pulla, silahla, atlı və piyada qoşunlarla səbrlə yardım et. Müharibə uzanarsa, tərəfdarların və yaxınlarınla özün onlara qarşı get”. Beləliklə, Xilafət taxtına çıxmış yeni xəlifə mərhum qardaşının vəsiyyətinə əməl edərək xürrəmilərlə müharibəyə ciddi hazırlaşmağa başladı. ƏlMütəsim anlayırdı ki, bu hərəkata qarşı mübarizənin boş buraxılması Xilafətin öz varlığı üçün təhlükə törədə bilər. Həmədan yaxınlığında döyüşdə isə ərəblər 60 min üsyançını həlak etdilər.
Əzilmiş xürrəmilərin 14 min nəfərdən ibarət olan qalıqları Bizansa qaçdılar. Mənbələrin məlumatından görünür ki, onlar Bizansda xristianlığı qəbul edərək ərəblərə qarşı aparılan hərbi əməliyyatlarda fəal iştirak etməyə başladılar. Həmədan yaxınlığında əldə edilən uğurdan sonra xəlifə əl-Mütəsim başa düşdü ki, xürrəmilər üzərində qələbə qazanmaq üçün Bizansa qarşı aparılan fasiləsiz müharibəni dayandırmaq lazımdır. Bizans-ərəb sərhədində əldə edilmiş dörd illik (833-837-ci illər) sakitlik Babəkə qarşı bütün Xilafət qüvvələrini səfərbər etmək imkanı verdi. Əl-Mütəsim başa düşürdü ki, sürətli qələbəyə ümid bəsləmək əbəsdir, bütün ehtiyatları səfərbər etmək, uzunmüddətli müharibəyə hazırlaşmaq lazımdır. Xəlifə ilk növbədə Babəkin Zəncanla xəlifə ordusunun qərargahı olan Ərdəbil arasında dağıtdığı bütün qalaları yenidən bərpa etmək tapşırığı almış əmiri Əbu Səid Məhəmmədi gələcək döyüş bölgələrinə göndərdi. Əl-Mütəsim Zəncan – Ərdəbil yolu boyunca hərbi hissələrin yerləşdirilməsini də əmr etmişdi. Ərdəbil və Samirə şəhərləri arasındakı rabitə sistemi yenidən bərpa olundu. Bu yolun hər fərsəxində istənilən məlumatı lazımi ünvana çatdırmağa hazır olan atlı qasidlər yerləşdirildi. Yüksəkliklərdə duran gözətçilər bir-birlərini görə və atlı qasidlərin hərəkəti haqqındakı xəbəri bir-birlərini səsləməklə çatdıra bilirdilər. Bu yolla göndərilən xəbər cəmi dörd günə baş komandanın qərargahından xəlifə sarayına çatdırılırdı. Xilafət tarixində ilk dəfə olaraq məhz bu müharibə zamanı rabitə vasitəsi kimi poçt göyərçinlərindən istifadə edilmişdir. Yalnız bu hazırlıq tədbirlərindən sonra, 835-ci ildə, xəlifə bizanslılara qarşı Misirdə aparılan vuruşlarda özünü istedadlı sərkərdə kimi göstərmiş Afşin Heydər ibn Kavusu xürrəmilərlə döyüşəcək bütün xəlifə qoşunlarının baş komandanı təyin etdi. Mənbələrdən görünür ki, təkcə 837-ci ildə Babəklə müharibəyə bir milyon dirhəm xərcləmiş xəlifə əl-Mütəsim, hərbi əməliyyatlar olmayan günlərdə Afşinin özünə xəzinədən hər gün 5 min dirhəm, “ata oturduğu”, yəni döyüş günlərində 10 min dirhəm ödənilməsini təmin etmişdi. Ərdəbilə gələn Afşin xürrəmilərin dağıtdığı strateji əhəmiyyətli qalaların bərpasının sürətləndirməsini, öz qərargahının isə Bəzzə daha yaxın yerə – Bərzəndə köçürülməsini əmr etdi. Bütün bu vaxt ərzində xürrəmi dəstələri tez-tez ərəb hərbi hissələrinə hücumlar edirdilər. Müaviyənin başçılıq etdiyi bu dəstələrdən biri xeyli ərəb əsgərini əsir aldı, sonra isə Bəzz qalasına doğru yönəldi. Öz qoşunlarını yenidən toplayan Əbu Səid, Sindəbəyə adlanan yerdə Müaviyənin dəstəsini haqladı və xürrəmilər ilk dəfə olaraq Xilafətin nizami qoşunları tərəfindən məğlub edildilər. Ələ keçmiş xürrəmilər edam edildilər, başları isə Samirəyə göndərildi. Bu hadisə öz mülkləri üçün ehtiyat edən, xürrəmilərin tezliklə darmadağın olunacağını hiss edən bir çox müttəfiqləri Babəkdən uzaqlaşdırdı. Onlardan Məhəmməd ibn əl-Bəis hətta öz qayınatası, Babəkin sərkərdəsi İsma ibn əl-Kürdinin dəstəsini darmadağın etdi, İsmanın özünü isə xəlifənin hüzuruna göndərdi. Verilən işgəncələrin təsiri altında İsma ibn əl-Kürdi Babəklə müharibədə ərəblərə kömək edəcək qiymətli məlumatlar verdi. Ət-Təbərinin fikrincə, bu, Babəkə endirilmiş ikinci məğlubiyyət zərbəsi idi.
Bütün 835-ci il boyu Afşin Bəzz qalası ətrafındakı məntəqələrin möhkəmləndirilməsi işini davam etdirdi. O, vaxtaşırı xürrəmilərə qarşı həmlələr edir, döyüşlər gah ərəblərin, gah da üsyançıların qələbəsilə başa çatırdı. Doğma yerlərə yaxşı bələd olan xürrəmilər ərəb qoşunlarını sursatla təchiz edən yollarda maneələr yaradır, cənubdan gələn karvanları ələ keçirirdilər. Afşinin Bərzənddə möhkəmlənmiş, lakin aclıq və susuzluqdan əziyyət çəkən adamları, mənbənin məlumatına görə “cismən və mənən zəifləmişdilər”. Yalnız Sarvan hakiminin göndərdiyi ərzaq karvanı Afşinin qoşunlarını aclıqdan xilas etdi. 836-cı ildə Həştadsər dağı yaxınlığında babəkilərlə ərəblər arasında yeni döyüş baş verdi. Ərəb ordusuna özündən xeyli razı olan Buğa əl-Kəbir başçılıq edirdi. O, Afşinin əmrini gözləmədən xürrəmiləri məğlub etməyi qərara almışdı. Lakin döyüş ərəblərin uğursuzluğu ilə başa çatmış, Buğa özü canını zorla xilas edə bilmişdi. 836-cı ilin qışında Babək ən yaxşı sərkərdəsini, öz malikanəsində öldürülmüş Tarxanı itirdi. Onun ölümündən sonra hərəkat iştirakçıları bircə dəfə də qələbə qazana bilmədilər. 837-ci ildə xəlifə özünün türk sərkərdələrini Afşinin köməyinə göndərdi. Vəziyyətlə tanış olan sərkərdələr Afşinin Babəkə qarşı mübarizə üsullarını kəskin tənqid etdilər. Onu ləng hərəkət etməkdə təqsirləndirdilər; belə ki, ərəb ordusunu Bəzz qalasından ayıran son dörd fərsəx məsafə (təqribən 25 km) yalnız bir ilə qət edilmişdi. Mənbələrdə məlumat verilir ki, xürrəmilərlə müharibənin son ilində Afşin Babəklə və Məzyərlə danışıqlara girməyə cəhdlər göstərdi. Bu, sonralar Məzyərin və Afşinin məhkəmə proseslərində aşkara çıxdı. Lakin separatçı məqsədlərə xidmət edən bu danışıqlar və yazışmalar uğursuzluqla nəticələndi. Yalnız bundan sonra Afşin Bəzz qalasına qəti hücum haqqında əmr verdi. Babəkin dəstələri qaladan çıxaraq həmlələr edir və ərəblərə gözlənilməz zərbələr endirirdilər. Lakin qüvvələr bərabər deyildi. Lakin xürrəmilərin cəsurluğu Bəzz qalasını mühasirədən qurtara bilmədi. Məğlubiyyətin labüd olduğunu anlayan Babək Afşinlə şəxsi danışıqlara girdi. Afşin Babəkə aman vəd etdi. Babək daha bir gün gözləməyi xahiş etdi; görünür, o, hələ də qalanı möhkəmləndirmək və ərəblərə müqavimət göstərmək ümidini itirməmişdi. Elə ona görə də Babək Afşinin ikinci aman təklifini də rədd etdi. Öncə aman təklifini rədd edən Babək bu dəfə Afşinə müraciət edərək, ona və ailəsinə aman verilməsini xahiş etdi. Afşin razılaşdı, qabaqcadan qərarlaşdırıldığı kimi, girovların göndərilməsi şərtini irəli sürdü. Lakin Babək həmin məqamda döyüş meydanında olan və Afşinin girov kimi tələb etdiyi şəxsləri təslim etmək iqtidarında deyildi. Ət-Təbərinin məlumatına görə, 837-ci il avqustun 26-da (dövrün məşhur şairi Əbu Təmmama görə avqustun 31-də) xürrəmilərin istinadgahı ələ keçirildi. Afşin Bəzz qalasının yerlə yeksan olunması haqqında sərəncam verdi. Salamat qalmış əhali əsir alınır. Babəkin oğulları və onların ailə üzvləri də əsir alınanlar arasında idilər. Babəkin özü isə tacir paltarı geyərək, Həştadsər dağının yanında dərəyə endi və gizləndi. Afşin Babəki və onun adamlarını tutub verənə böyük mükafat vəd etdi. Elə bu vaxt Babəkə aman verilməsi haqqında xəlifə əl-Mütəsimin məktubu gəlib çıxdı. Afşinin düşərgəsində əsir saxlanılan Babəkin böyük oğlu atasına məktub yazaraq aman üçün gəlməsini xahiş etdi. Bu təklifi rədd edən Babək oğluna aşağıdakı cavab məktubunu göndərir: “Əgər sən mənim davamçım olsaydın, öz sülalənin varisi olardın, çünki varislik irsən sənə keçərdi. Bir neçə gün əvvəl sən doğrudan da mənim oğlum sayılırdın. Ola bilər ki, mən bu gündən sonra çox yaşamayım. Lakin mən “məlik” adını daşıyıram, harada oluramsa olsun, məndən harada danışırlarsa danışsınlar, mən məlik olaraq qalacağam. Hamıya elan edirəm: sən mənim oğlum deyilsən. Çünki bircə gün başçı kimi yaşamaq qırx il aciz qul olmaqdan yaxşıdır”. Babək ərzağı qurtaranadək bu dərədə qaldı. Anası, qardaşları Müaviyə və Abdullah, axırıncı arvadı, Sünik hakimi Vasaqın qızı İbnət əl-Kələndəniyə də onunla idi. Babək buradan Bizansa keçmək istəyirdi. Hələ Bəzz qalasının mühasirəsi ərəfəsində o, imperator Feofilə məktub yazmış, xəlifə qoşunlarını zəiflətmək məqsədilə Bizansın Xilafətə qarşı çıxış etməsini israrla xahiş etmiş, gələcəkdə bütün tərəfdarlarını xristianlığa döndərəcəyini vəd etmişdi. Lakin bizanslılar ərəblərə hücum vaxtlarını qəsdən uzatmış, yalnız Babək edam edildikdən sonra Xilafətə qarşı növbəti çıxış etmişdilər. Təqib olunduğunu bilməyən Babək bataqlığı tərk etdi. Kəşfiyyatçıları tərəfindən xəbərdar edilən Afşin, o zamanlar xəlifənin ən yaxşı sərkərdələrindən olan Əbu-Sacı Babəkin ardınca göndərdi. Babək və onun qardaşı Abdullah aradan çıxa bildilər. Onlar gizli yollarla Səhl ibn Sumbatın torpaqlarına yetişirlər. Onları görmüş adamlar Səhl ibn Sumbata dağlarda naməlum şəxslərə rast gəldikləri barədə məlumat verirlər. Vaxtilə Babəklə müttəfiq olmuş Səhl onu öz qalasına dəvət edir, yazda Bizansa yola salacağını vəd verir. Yorğun və ac Babək Səhlə inanaraq razılaşır, lakin qardaşı Abdullahı keçmiş müttəfiqi, Beyləqan hakimi Yesai Əbu Musanın yanına göndərir. Səhl Babəkin və qardaşının yerini Afşinə bildirir, lakin Babəkin qorxusundan ərəblər gələnədək ona qarşı heç bir tədbir görmür.
Mənbələrdə Babəkin ələ keçirilməsi hadisəsi müxtəlif şəkildə təsvir olunur. Səhlin xəyanətini Xilafət yüksək qiymətləndirdi: böyük pul mükafatı ilə təltif edildi, Moisey Kalankatlının məlumatına görə “Ermənistan, İberiya və Albaniya üzərində ali hakimiyyəti aldı”. Lakin Tovma Artsrurinin qeydinə görə, Səhl işdə yalnız “Şəki hakimi” olaraq qalmışdı. Ərəb mənbələri 222-ci il şəvval ayının 10-da (15.9.837) Babəkin Bərzənd şəhərinə gətirilməsi haqqında məlumat verirlər. Babəkin və onun qardaşının ələ keçirilməsi barədə əl-Mütəsimə xəbər göndərən Afşin çox keçmədən əsirlərin Samirə şəhərinə aparılması haqqında əmr alır. Lakin İraqa yola düşməzdən əvvəl Afşin Babəkin son xahişini yerinə yetirir: dağıdılmış və yandırılmış Bəzz qalasını ona göstərir. Mənbələrin əksəriyyəti Babəkin 223-cü il səfər ayının 3-də (4.1.838) Samirəyə gətirildiyi, elə həmin gün də edam edildiyi haqqında məlumat versələr də, bəzi orta çağ müəllifləri bu hadisənin bir qədər fərqli tarixini qeyd edirlər. Edam yerinə fil üstündə, şahlara layiq paltarda gətirilən Babək qısa sorğusualdan sonra ağır əzablarla edam edilir. Əvvəl əl-ayaqları, sonra başı kəsilir. Mənbələrin yazdığına görə, xalqı qorxutmaq üçün edam olunmuş Babəkin başı Xorasana göndərilir, bədəni isə Xilafət paytaxtında çarmıxa çəkilir. Hətta ərəb müəllifləri də edam zamanı Babəkin nümayiş etdirdiyi mərdlik və mətanətə heyran olduqlarını gizlədə bilməmişlər. Sağ əli kəsildikdən sonra Babək həmin əli ilə sifətini başdan-başa qana boyamışdı. Nə üçün belə etdiyini soruşduqda, o, belə cavab vermişdi: “Sən (yəni xəlifə) əmr etdin ki, məni çarmıxa çəksinlər, mənim edamını sənin boynundadır. Lakin başım bədənimdən ayrılanadək məndən axacaq qanın kəsilməyəcəyinə şübhə yoxdur. Qorxuram ki, bütün qanım axıb gedər, sifətim solar, adamlar elə əvvəldən ölümdən qorxduğumu zənn edərlər. Qanım axdığına görə deyil, bax elə buna görə mən belə etdim, sifətimi qana boyadım ki, rəngimin qaçdığı görsənməsin!”
Orta əsr ərəb müəlliflərindən əl-Məqdisinin yazdığına görə, “Babək üzərində qazanılan qələbə İslamın ən böyük qələbəsi, onun əsir alındığı gün müsəlmanların bayram günü olmuşdur”. Doğrudan da, Azərbaycan xürrəmiləri üzərindəki qələbə Xilafətə çox baha başa gəldi. 20 ildən artıq müddət ərzində babəkilər Xilafətin 225 min döyüşçüsünü və xeyli sərkərdəsini məhv etmişdilər. Xilafət tarixində baş verən dini-siyasi çıxışlardan ən əzəmətlisi olan, ərəb üsul-idarəsinə qarşı xalq azadlıq müharibəsi səviyyəsində ucalan bu hərəkat əl-Məsudinin dili ilə desək “az qala Abbasilər dövlətini məhv edəcəkdi”.
İstifadə olunmuş ədəbiyyat siyahısı [ redaktə ]
1. Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı. ” Elm”. 2007
2. Əliyarlı S. Azərbaycan tarixi. Bakı, “Çıraq”. 2009
3. İbnTəqriberdi. Ən-Nucmi əz-zahirə, səh. 577
4. Azərbaycan tarixi (yeddi cilddə), Bakı, 2007, II cild
5. Ət-Təbəri, III, səh. 1015
6. Əl-Məsudi. Muruc, VII, səh. 130
7. İbn əl-Əsir, VI, səh. 121.
8. П.К.Жузе. Папак и папакизм, стр. 209-210
Azərbaycan ədəbiyyat tarixi ııı cild
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Azərbaycan təhsil tarixi: III cild: Müstəqillik illəri
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
XX əsrdə Azərbaycan ədəbiyyatı (icmal)
30-cu illərin repressiyası öz başlanğıcını sovet hakimiyyətinin qurulduğu ilk aylardan götürmüşdü. Onun ilk ziyalı qurbanı erməni daşnaklarının Gəncə həbsxanasında güllələdikləri Qazax Müəllimlər Seminariyasının direktoru, görkəmli alim və ədəbiyyat tənqidçisi, ilk çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin müəllifi, böyük maarifpərvər Firidun bəy Köçərli (1863-1920) olmuşdur. Ümumiyyətlə repressiya Azərbaycan ədəbiyyatının sovet dövrü tarixinin qan qarışıq qara səhifələrini təşkil edir. Bu zaman əsassız təqiblərə məruz qalanlar arasında günahsız fəhlə və kəndlilər də çox idi. Lakin bolşevik-daşnak təqiblərindən ən çox zərər çəkən ziyalılar olmuşdur. Bunun da səbəbi aydın idi. Stalinçilər Azərbaycan xalqının ziyalı övladlarını qırmaq, yaxud məhbəslərdə və sürgünlərdə çürütməklə millətin özünüdərk prosesinə mane olmaq, onu öz mənəvi köklərindən ayırmaq, kommunist ehkamlarının kor-koranə icraçısına çevirmək istəyirdilər. Xalqın tarixini, fəlsəfəsini, dilini, əlifbasını, mədəniyyətini, psixologiyasını, mentalitetini yaxşı bilən, bunları tədqiq edib soydaşları arasında təbliğ edən alimlər, öz doğma dilində və xalq ruhuna yaxın olan formalarda yazılmış bədii əsərləri ilə milli təfəkkürün öləziməsinə mane olan yazıçı, şair və dramaturqlar, bütünlükdə yaradıcı ziyalılar «yuxarı»dan verilmiş sərt və amansız «xüsusi» tapşırıqları yerinə yetirənlərin ən çox qorxduqları, buna görə də ən amansız rəftar etdikləri həmvətənlərimiz idilər.
O dəhşətli illərdə repressiyaya məruz qalmış sənətkarlar arasında Azərbaycan ədəbiyyatı və incəsənətinin, ədəbiyyatşünaslıq və dilçilik elmlərinin çox görkəmli nümayəndələri olmuşlar: böyük dramaturq H.Cavid, parlaq istedadlı şair M.Müşfiq, görkəmli nasir və ədəbiyyat tənqidçisi S.Hüseyn, Azərbaycan Respublikasının ilk (və son) himninin müəllifi məşhur şair Ə.Cavad, məhsuldar ədib və alim Y.V.Çəmənzəminli, filologiya professoru, poliqlot alim B.Çobanzadə, Bakı Dövlət Universitetinin rektoru, yazıçı T.Ş.Simürğ, Bakıda ilk Şərq konservatoriyasını açmış Xədicə xanım Qayıbova, görkəmli teoloq-alim, Bakı qazisi Mir Məhəmməd Kazım ağa, folklorçu-alim H.Zeynallı, faciəvi rolların səhnəmizdə ən görkəmli ifaçıları A.M.Şərifzadə, Ü.Rəcəb və onlarca başqaları… Sürgündə və məhbəsdə həlak olmuş Y.V.Çəmənzəminlidən və H.Caviddən başqa bu yaradıcı ziyalıların hamısı güllələnmişdi. Qatillər öz qurbanlarının yaşına fərq qoymadan onları tələm-tələsik mühakimə və edam edirdilər. Qurani-Kərimin Azərbaycan dilinə ilk tərcüməçilərindən olan Bakı qazisi Mir Məhəmməd Kazım ağanı 83 yaşında, M.Müşfiqi isə 29 yaşında güllələmişdilər. Mikayıl Müşfiq (1908-1937) mürəkkəb və ziddiyyətli ictimai quruluş şəraitində milli poeziyanı «Oxu, tar!» qəbilindən olan ölməz əsərlərlə zənginləşdirmişdir. Şairə dünya poeziyası təcrübəsində ən qısa bir vaxt ərzində (cəmi 10 il) yazıb-yaratmaq nəsib olmuşdur. Lakin bu qısa müddətdə nəşr etdirdiyi əsərlər ədəbiyyatda silinməz izlər buraxmışdır. Çoşğun hiss və duyğular, zəmanəsinə meydan oxuyan romantik ovqat, rəvan və oynaq dil Müşfiq sənətinin bədii dəyərini, uzunömürlülüyünü təmin edən yaradıcılıq xüsusiyyətləridir.
XX əsrin ilk onilliklərindəki qlobal hadisələr və regiondakı ictimai sarsıntılarla əlaqədar olaraq, xüsusən də ADR-in devrilməsindən sonra, habelə 30-cu illərin repressiyaları zamanı Azərbaycanın yaradıcı ziyalıları dəfələrlə siyasi təqiblərə məruz qalmış, xilas olmaq və ədəbi fəaliyyətlərini davam etdirmək məqsədilə son çıxış yolu kimi mühacirətə üz tutmuşdular. Alman faşizminə qarşı müharibədə əsir alınması ucbatından vətən torpağına qədəm basması yasaq edildiyi üçün davadan sonra xaricdə sığınacaq tapanlar, şahlıq rejiminin təqibindən tərkivətən olanlar, yaxud onların övladları bu gün ölkəmizdən uzaqlarda — Asiya, Afrika, Avropa, Amerika, hətta Avstraliya qitələrində yaşayırlar.
Mühacir ziyalılarımızı bir cəhət həmişə birləşdirmişdir: onlar məskun olduqları ölkələrdə Azərbaycan milli ədəbi, mədəni mentalitetini, azərbaycançılıq ideallarını yorulmaq bilmədən qorumuş, ləyaqətlə təmsil və təbliğ etmiş, sovet imperiyası məngənəsində sıxılan Azərbaycanın dərdini-odunu həmişə hakim dairələrin və ictimaiyyətin diqqət mərkəzində saxlamaq üçün səylə çalışmışlar. Bir qismi öz yaradıcılıq fəaliyyətini bu gün də davam etdirən Azərbaycan mühacirlərinin çox geniş, sanballı ədəbi, elmi-filoloji, publisist irsi mövcuddur. Bu müəlliflərin arasında Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Əlimərdanbəy Topçubaşov, Ceyhun Hacıbəyli, Səməd Ağaoğlu, Əhməd Cəfəroğlu, Əbdülvahab Yurdsevər, Almas İldırım, Bənin (Ümmülbanu), Nağı Şeyxzamanlı, Məmməd Sadıq Aran, Hüseyn Camal Yanar, Teymur Atəşli, Musa Zəyəm, İbrahim Arslan, Əli Azərtəkin və onlarla başqaları vardır. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra Ümmülbanunun «Qafqaz günləri» romanı, A.İldırımın «Qara dastan» şeirlər toplusu, Ə.Hüseynzadənin «Siyasəti-fürusət», M.Ə.Rəsulzadənin «Azərbaycan şairi Nizami» monoqrafiyaları, C.Hacıbəylinin hekayələri, M.B.Məhəmmədzadənin publisistikası müəlliflərinə hörmət və ehtiramla Bakıda ayrıca kitablar şəklində nəşr edilmişdir.
Ədəbiyyatın sərt direktivlərdən asılı vəziyyətdə qalması, söz azadlığının dönə-dönə pozulması, ədəbiyyatın dövlət siyasətinə tabe edilməsi və s. neqativ hallar uzun illər boyu ədəbi-mədəni həyatda müəyyən məyusluğa, ruh düşkünlüyünə, durğunluğa səbəb oldu.
Amma bu dövrdə C.Cabbarlı, M.Müşfiq, S.Vurğun, O.Sarıvəlli, R.Rza kimi yüksək istedadlı və çox zaman ezop dili ilə ideoloji çərçivələrə təsir göstərən sənətkarlar da meydana çıxırdı ki, bunun özü də bütövlükdə ədəbiyyatın ictimai-siyasi şəraitdən mütləq asılılığı haqqında ifrat nəzəriyyələrin əleyhinə işləyən bir fakt idi. Vaxtilə «Qızıl qələmlər» birliyinin ideologiyası altında komsomol şairi kimi fəaliyyətə başlamış Süleyman Rüstəmin (1906-1989) əsil vətənpərvərlik ruhunda yazılmış «cənub şeirləri» silsiləsi, «Ana və poçtalyon» şeiri, saf məhəbbət duyğularının tərənnümünə həsr edilmiş qəzəlləri də bu qənaəti bir daha təsdiq etməkdədir. Qəzəlin rəsmi dairələrdə vaxtı keçmiş, məhdud janr hesab edildiyi o illərdə görkəmli şair Əliağa Vahidin (1895-1965) dərin mənalarla zəngin olan zərif qəzəllərini də məhz xalqın məhəbbəti yaşatmışdı.
Bu dövrdə Azərbaycan ədəbiyyatının roman, xüsusən tarixi roman janrını inkişaf etdirən tanınmış sənətkarlardan biri M.S.Ordubadi (1872-1950) olmuşdur. Onun Azərbaycan Atabəylər dövləti və həmin dövrdə yaşamış ən böyük sənətkarımız Nizami Gəncəvi haqqında yazdığı «Qılınc və qələm», eləcə də cənubdakı azadlıq hərəkatına həsr edilmiş «Dumanlı Təbriz» romanları bu gün də öz tarixi-estetik əhəmiyyətini itirməmişdir. Təxminən eyni dövrün nəsrində “İki od arasında” («Qan içində»), «Qızlar bulağı» kimi romanların müəllifi Y.V.Çəmənzəminlinin, “Şamo” epopeyası və «Saçlı» romanının müəllifi Süleyman Rəhimovun (1900-1983), «Açıq kitab» romanı və lakonik hekayələr yazarı Mir Cəlalın (1908-1978), «Dostluq qalası» epopeyası və «Yoxuşlar» romanlarının müəllifi Əbülhəsən Ələkbərzadənin (1904-1986), «Gələcək gün» və «Pərvanə» romanlarının müəllifi Mirzə İbrahimovun (1911-1993) da xüsusi xidmətləri qeyd olunmalıdır.
Sovet dövrü dramaturgiyası Hüseyn Cavid, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mirzə İbrahimov, Səməd Vurğun, Sabit Rəhman, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Şıxəli Qurbanov və b. adı ilə sıx bağlıdır. Hüseyn Cavid (1882-1941) 30 il davam etmiş yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını həm janr, həm də məzmunca zənginləşdirmiş qüdrətli dramaturq və şairdir. Onun əsərləri ilə ədəbiyyatımızn mövzular aləmi xeyli vüsətlənmiş, dramaturgiyamıza bəşəri konfliktlər və dərin düşüncəli, həssas ürəkli, böyük ehtiraslı parlaq xarakterlər gəlmişdir. «Ana», “Şeyx Sənan” və “İblis” əsərləri ilə dramaturq ədəbiyyatımızda mənzum faciə janrının əsasını qoymuşqdur. Sovet dövründə ədibin dramaturji yaradıcılığı «Peyğəmbər» (1922), «Topal Teymur» (1925), «Knyaz» (1929), «Səyavuş» (1933), «Xəyyam» (1935), “İblisin intiqamı” (1936) pyesləri, «Azər» (1923-1932) poeması ilə daha da zənginləşdi.
Cəfər Cabbarlı (1899-1934) M.F.Axundzadə ilə təməli qoyulan milli dramaturgiyanın sadəcə varisi, davamçısı olmamış, eyni zamanda onu «Oqtay Eloğlu», «Od gəlini», «Sevil», «Almas» əsərlərindəki problem və qəhrəmanlarla zənginləşdirmişdir.
Səməd Vurğun (1906-1956) sovet dövründə yetişmiş ən görkəmli şair-dramaturqlardan biridir. Azərbaycan təbiətinin ecazkar gözəlliklərini, xalqımızın qəhrəmanlıq tarixini, humanist dəyərlərimizi fəlsəfi dərinliklə qavrayıb romantik vüsətlə mənalandırmaq onun şeir və poemalarının əsas xüsusiyyətləridir. Keçən əsrin Azərbaycan poeziyası öz dilinin xəlqiliyi, ahəngdarlığı, obrazlılığı ilə ilk öncə S.Vurğunun yaradıcılığına, xüsusilə də onun «Azərbaycan» şeirinə, «Aygün», «Muğan» kimi epik poemalarına, «Vaqif», “İnsan” mənzum dramlarına borcludur. Sovet rejiminin hər cür təzyiqlərinə baxmayaraq Azərbaycan xalqının milli özünüdərki prosesində «Vaqif»in oynadığı rolu ancaq dahi Üzeyir Hacıbəyovun «Koroğlu» operasının bu sahədəki böyük rolu ilə müqayisə etmək olar.
Sovet dövründə Azərbaycan poetik fikrinin inkişafında Rəsul Rzanın (1910-1981) əsasən sərbəst vəzndə qələmə aldığı şeir və poemaların böyük rolu olmuşdur. Novator şair olan R.Rzanın poeziyası fəlsəfi lirizmi, fikir və emosiyaların canlılığı, orijinal poetik obrazları ilə seçilir. Onun «Rənglər» silsiləsindən fələsfi şeirləri, «Füzuli», «Qızılgül olmayaydı» və b. lirik poemaları Azərbaycan poeziyasının ən yaxşı örnəklərindəndir.
Sovet dövrü Azərbaycan ədəbiyyatının başlıca xüsusiyyətlərindən biri də müntəzəm olaraq ideoloji orqanlar tərəfindən idarə edilməsi, ədəbi fəaliyyətə direktivlərlə istiqamət verilməsi olmuşdur. Bunlardan ən başlıcaları kimi RK(b)P MK-nın «Partiyanın bədii ədəbiyyat sahəsindəki siyasəti haqqında» (1925) qətnaməsini, “Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında” (1932) ÜİK(b)P MK-nın qərarını, «Zvezda» və «Leninqrad» jurnalları haqqında” (1948) qərarını Azərbaycan KP MK-nın «Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında» (1948) qərarını Sov.İKP MK-nın “Ədəbi-bədii tənqid haqqında” (1972) qərarını və bir sıra başqa siyasi direktivləri göstərmək olar. Xüsusən 1934-cü ildə keçirilən sovet yazıçılarının Birinci Ümumittifaq qurultayı tərəfindən müəyyən edilmiş sosialist realizmi bədii metodu yaradıcı sənətkarların əl-qolunu bağlayır, onları müəyyən qəliblər çərçivəsində yazmağa məcbur edirdi. «Zvezda» və «Leninqrad» jurnallarında sovet həyat tərzinin guya təhrif edilməsinin, ictimai həyatdakı nöqsanların qabardılmasının tənqidindən sonra isə, başqa SSRİ xalqları ədəbiyyatı ilə yanaşı, Azərbaycan ədəbiyyatında da «konfliktsizlik» üzərində qurulmuş bədii örnəklər yaranmağa başladı.
Azərbaycan nəsrinin canlı, təravətli, bədii surətlər və əlvan təsvir vasitələri ilə zənginləşməsində, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafında İlyas Əfəndiyevin (1914-1996) böyük yaradıcılıq xidmətləri olmuşdur. Yarım əsr ərzində onun səhnəmizə bəxş etdiyi 15 pyesi («Sən həmişə mənimləsən», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Büllur sarayda», «Xurşidbanu Natəvan» və s.) əsasında hazırlanmış tamaşalarda aktyor və rejissor kadrların bütöv bir nəsli yetişib püxtələşmiş, “İlyas Əfəndiyev teatrı” bərqərar olmuşdur. Azərbaycan nəsrinin yeni mövzu və qəhrəmanlarla zənginləşməsində Əli Vəliyev, Hüseyn İbrahimov, Hüseyn Abbaszadə, Bayram Bayramov, Cəmil Əlibəyov, Vidadi Babanlı, Ələviyyə Babayeva, Süleyman Vəliyev, Əzizə Əhmədova, Əfqan Əsgərov, Gülhüseyn Hüseynoğlu, Əlibala Hacızadə və başqalarının da xidmətləri vardır.
60-cı illərdən başlayaraq, qlobal ictimai-siyasi atmosferin bir qədər ilıqlaşması, SSRİ-də ideoloji buxovların zəiflədilməsi nəticəsində bədii yaradıcılıq sahəsinə gələn gənc istedadlar mövcud siyasi quruluşun tənqidini verən əsərlər ərsəyə gətirməyə başladılar. Bunların arasında İsa Hüseynov, Məmməd Araz, Sabir Əhmədov, Anar, Əkrəm Əylisli, Elçin, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Fərman Kərimzadə kimi nasir və şairlər vardır. Bədii yaradıcılığa bir qədər öncə qədəm qoymuş İsmayıl Şıxlını (1919-1994) və onun «Dəli Kür» romanını xüsusi qeyd etmək lazımdır. Əlbəttə, bu sənətkarlar da sələfləri kimi bir çox hallarda simvollardan, ezop dilindən istifadə edirdilər. Ancaq bu prosesin özü artıq dönməz bir istiqamət almışdı və «sonun başlanğıcı» kimi qiymətləndirilə bilərdi. 60-cı illərə keçid hələ 40-50-ci illərdə və ondan da əvvəl ədəbiyyata gələn nəslin iştirakı ilə başlamış və davam etdirilmişdi. Bu baxımdan novator sənətkar Rəsul Rzanın (1910-1981) bir çox əsərləri, xüsusən də «Qızılgül olmayaydı» və «Rənglər» ümumi başlığı altında məşhur olan şeirlər silsiləsi, «Sarı dana», «Kefli İskəndər», «Mən torpağam» qəbilindən olan əsərləri ilk örnəklərdən sayılmalıdır. Görkəmli nasir, dramaturq və tənqidçi kimi məşhur olan Mehdi Hüseynin (1909-1965) «Yeraltı çaylar dənizə axır» romanı da eyni ovqatın həyati bədii obrazların taleləri əsasında inandırıcı təsvirinə söykənir. Bununla belə, 60-90-cı illərin ən mühüm ədəbi hadisəsi «60-cıların» yaradıcılıq aləminə gəlişi oldu. Məhz bu gəlişdən sonra ədəbiyyat öz ruhu, mahiyyəti ilə total hərbi rejimə qarşı gerçək bir mənəvi müxalifətə çevrildi və bu günün milli istiqlal və demokratiya hərəkatının fikri mənəvi cəhətdən hazırlanmasında fəal iştirak etdi.
Hər şeydən öncə, «60-cıların» insana, onun mənəvi aləminə baxışının dərinləşdiyi qeyd olunmalıdır. İnsan hər zaman ədəbiyyatın əsasını təşkil etmişdir və təsadüfi deyil ki, ədəbiyyat yüksək mənada «insanşünaslıq» adlandırılmışdır. Ancaq diqqəti çəkən ən vacib məqam «60-cıların» «insan» mövzusunu o dövrün ədəbiyyatına yeni mövzu, təzə problem olaraq əsaslı şəkildə yenidən daxil etmələridir. Onların əsərlərində bədii maraq şəxsiyyətə, fərdə, ən sadə, sıravi cəmiyyət üzvlərinin mənəvi-psixoloji aləminə, dərinliyə, içə yönəldilmişdi. Xüsusən onların povest və hekayələrində dövr, mənəvi gerçəklik «ictimai sistem və quruluş» kimi deyil, ondan daha öncə vicdani, etik səltənət kimi, bir əxlaq və mənəviyyat meyarı kimi qavranır və bədii təhlilin predmetinə çevrilirdi. Bu əsərlərdəki qəhrəman tipinin düşüncə və təsəvvürləri ədəbiyyatdakı «sovet adamı» anlayışı və ehkamı ilə heç cür uyğun gəlmirdi. Qəribəlikləri bəzən çılğınlıq kimi qəbul edilən saf ürəkli həqiqət divanələri, həyatda yerini tapmayan, bunun üçün də bəzən avara gəzən, buna baxmayaraq əsil insan və bəşəri hisslər qarşısında heyrətə gələn qeyri-adi adamlar «60-cılar» ədəbiyyatının ən populyar qəhrəmanları idi. Tarixi mövzuda yazılmış roman və povestlərdə sosialist məngənəsində öz milli köklərindən, dövlətçilik ənənələrindən uzaqlaşmağa məhkum edilmiş xalqın dövlətçilik tarixinə, qəhrəmanlıqla zəngin keçmişinə sıx-sıx müraciət olunur, azadlıq və sərbəstlik haqqında nisgil və arzuları öz əksini tapırdı.
Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat — 70-90-cı illərdə davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu.
Bu deyilənlərlə həmahəng olaraq Bəxtiyar Vahabzadə (1925), Nəbi Xəzri (1924), Nəriman Həsənzadə (1931) kimi sənətkarların poeziya və dramaturgiyasında da daha çox xalq tarixinin ibrətamiz səhifələri, bu fonda lirik-psixoloji yaşantılar üstünlük təşkil edir. Bu şairlərin, eləcə də Qabilin (1926) həmişə aktuallığı ilə seçilən şerləri, «Nəsimi» poeması, Adil Babayev, İslam Səfərli, Hüseyn Arif, Qasım Qasımzadə, Əliağa Kürçaylının bir çox əsərləri ədəbiyyatımızın qiymətli nümunələrindəndir.
Bu mərhələnin ədəbiyyatında qədim bir ənənənin — başqa dildə milli mədəniyyət yaratmaq ənənəsinin davamını rus dilində yazıb yaradan İmran Qasımov, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev, Çingiz Hüseynov, Vladimir Qafarov, Natiq Rəsulzadə, Alla Axundova və b. yazıçıların fəaliyyətində görürük. Onların Bakıda, Moskvada və Avropa ölkələrində dönə-dönə nəşr edilən əsərləri milli mədəniyyətimizi zənginləşdirən, ona olan maraq dairəsini genişləndirən qiymətli nümunələrdir.
Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında Əli Kərim (1931-1969), Xəlil Rza (1932-1994), Cabir Novruz (1933-2002), Məmməd Araz (1933-2004), Fikrət Qoca (1935), Fikrət Sadıq (1930), Ələkbər Salahzadə (1941), İsa İsmayılzadə (1941), Sabir Rüstəmxanlı (1946), Famil Mehdi (1934-2002), Tofiq Bayram (1934-1991), Arif Abdullazadə (1940-2002), Hüseyn Kürdoğlu (1934-2003), İlyas Tapdıq (1934), Musa Yaqub (1937), Çingiz Əlioğlu (1944), Nüsrət Kəsəmənli (1946-2001), Zəlimxan Yaqub (1950), Ramiz Rövşən (1946) və b. şairlər seçilirlər.
Əkrəm Əylisli (1937) 60-cı illərdə milli nəsrin yeni obraz axtarışlarını gerçəkləşdirən ilk yazıçılardan biridir. Onun lirik ovqatla qələmə aldığı «Mənim nəğməkar bibim» (1966) povesti, «Kür qırağının meşələri», «Büllur külqabının nağılı» kimi əsərlərində real həyata və insanlara səmimi yanaşmanın şahidi oluruq.
Yeni Azərbaycan nəsrinin istedadlı nümayəndələrindən biri də Anardır (1938). Anar nəsrinin ilk orijinal və uğurlu örnəklərindən biri «Ağ liman» (1967) povestidir. Anar həm də görkəmli dramaturq və kino ssenariçi kimi tanınır.
Müəllif: Şərəfxanov Yadigar (Muzeyşunaslıq-Diyarşünaslıq ixtisası üzrə əyani şöbənin üçüncü kurs tələbəsi)
Mənbə: Azərbaycan Turizm İnstitutu
“Turizm işinin təşkili və idarə edilməsi” fakultəsi “İctimai fənnlər” kafedrası
“Azərbaycan İncəsənəti” Fənnindən “Müasir dövrdə Azərbaycan İncəsənəti” mövzusunda Referatdan
Bakı – 2010
- Teqlər:
- Azərbaycan mədəniyyəti
Похожие статьи
-
Azərbaycan (tarixi ərazi) 1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair…
-
Azərbaycan tarixi 7 cilddə 1-ci cild
AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU Beləliklə, böhran illərində neft məhsulları qiymətlərinin kəskin aşağı düşməsi xırda və orta sahibkarların…
-
Azərbaycan tarixi uzaq keçmişdən 1870-ci ilə qədər
Liyarlı S. S. (red. ) Azərbaycan tarixi: uzaq keçmişdən 1870–ci ilə qədər (2009) 1160-cı ildə III Mənuçöhrün ölümü ilə Şirvanda vəziyyət yenidən…
-
V sinif. Azərbaycan tarixi. BSQ № 2 Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli…
-
Azərbaycan tarixi akademik nəşr 1ci cild
Azərbaycan tarixi akademik nəşr 1ci cild Aryailər əfv edici, isti, qonaqpərvər insanlardır və getdikləri hər yerdə dostluq, elm və sevgi toxumu əkirlər….
Comments are closed, but trackbacks and pingbacks are open.