Azərbaycan Dillər Universitetində yeni ixtisaslar tədris olunacaq
Azərbaycan Dillər Universiteti üzrə yeni ixtisasların siyahısı
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
8 Kasım 2015 Pazar
Ədəbiyyat Tədrisi Metodikası- Doktorontura Sualları
Paylaşıldı 01:10 by Leyla Bayramova
ƏDƏBİYYATIN TƏDRİSİ METODİKASI (5801.01) İXTİSASI ÜZRƏ
DOKTORANTURAYA QƏBUL İMTAHANININ SUALLARI
1. Ümumtəhsil məktəblərində ədəbiyyat tədrisinin məqsəd və vəzifələri.
2. Ədəbiyyat tədrisinin elmi əsasları.
3. Ədəbiyyatı başqa incəsənət növlərindən fərqləndirən cəhətlər (müqayisə yolu ilə).
4. Ədəbiyyatın söz sənəti olması və onun şagirdlərə çatdırılması yolları.
5. Ədəbiyyatın başqa elm sahələri ilə əlaqəsi.
6. Ədəbiyyat tədrisində fəndaxili əlaqə və onun şagirdlərə çatdırılması yolları.
7. Ədəbiyyat həyat hadisələrinin bədii obrazlı inikası kimi (nümunələr üzərində iş).
8. Ədəbiyyatın növlərə və şəkillərə bölünməsi.
9. Ədəbiyyat tərbiyə vastəsidir (nümunələr üzərində iş).
10. Ədəbiyyatın tərbiyə vasitəsi olması haqqında klassiklərin fikirləri.
11. Nəzm əsərlərinin xüsusiyyətləri və onlar üzərində işin təşkili.
12. Heca vəzninin xüsusiyyətləri və onlar üzərində işin təşkili.
13. Heca vəznində bölgü prinsipi (11-lik şeir nümunəsi üzərində iş aparmaqla).
14. Azərbaycan klassik şeir nümunələri üzərində işin təşkili.
15. Əruz vəzninin xüsusiyyətləri və onlar üzərində işin təşkili.
16. Əruz vəznində bölgü prinsipi(bir şeir nümunəsi üzərində işlə əsaslandırılmalı).
17. Ədəbiyyat dərslərində yeni təlim texnologiyalarından istifadə.
18. İcmal mövzularının öyrədilməsində əsas məqsəd və onlar üzərində işin təşkili.
19. Tərcümeyi-hal materiallarının öyrədilməsinə verilən tələblər (kompyuterdən istifadə yolu ilə).
20. Ədəbiyyatın tarixlə əlaqəli tədrisinə dair.
21. Ümumtəhsil məktəblərində ədəbiyyat nəzəriyyəsi anlayışları üzərində şagirdlərin müstəqil işi.
22. Azərbaycan məktəblərndə ədəbiyyat tədrisi metodikasının bir elm kimi formalaşmasında professor Ə. Qarabağlının rolu.
23. Ədəbiyyat tədrisi metodikası üzrə aparılan tədqiqatlar.
24. Lirik əsərlərin öyrədilməsində mətn üzərində iş.
25. M. Füzulinin “Leyli və Məcnun ” poemasının öyrədilməsində yeni təlim metodlarından istifadə.
26. Klassik şeir növlərindən olan qitəni qəzəldən fərqləndirən cəhətlər və onların öyrədilməsində müqayisədən istifadə.
27. Epik əsərlərin öyrədilməsi üzrə aparılan tədqiqatlar.
28. Epik əsərlərin öyrənilməsində “Klaster ”dən istifadə səmərəli yol kimi.
29. Ümumtəhsil məktəblərində dramaturgiyanın öyrədilməsi sahəsində aparılan tədqiqatlar.
30. Ədəbiyyatın tərbiyə vasitəsi olması problemi üzrə aparılan tədqiqatlar.
31. Azərbaycan şifahi xalq ədəbiyyatı sahəsində aparılan tədqiqatlar.
32. M. Füzulinin “Məni candan usandırdı. ” qəzəli üzərində aparılan metodik iş.
33. İfadəli oxu və ona verilən tələblər.
34. Əruzun rəməl bəhri və onun müxtəlif növlərinin əmələ gəlməsi yolları.
35. N. Gəncəvinin “İskəndərnamə” əsəri üzərində işin təşkili.
36. “İskəndərnamə” əsərinin ölçüsünün müəyyənləşdirilməsi üzərində aparılan metodik iş.
37. Bədii əsərin məzmununun mənimsədilməsində ifadəli oxunun rolu.
38. Bədii əsərin təhlili üzərində işin təşkili.
39. M. Füzulinin “Leyli və Məcnun ” əsərinin süjet xətti üzərində aparılan metodik iş.
40. S. Vurğunun bioqrafiyasının öyrədilməsində kompyuterdən istifadə.
41. M.F.Axundovun “Müsyö-Jordan. ” əsərin nümunəsində dramaturgiyanın komediya növü üzərində iş.
42. A. Şaiqin “Köç” hekayəsi üzərində işin təşkili.
43. A. Şaiqin “Köç” hekayəsinin tədrisinin biologiya ilə əlaqələndirilməsi.
44. S. Vurğunun “Ceyran” şeirinin tədrisində yeni təlim metodlarından istifadə.
45. S. Vurğunun “Azərbaycan” şeirinin kompyuterdən istifadə yolu ilə tədrisi.
46. S. S. Axundovun “Qaraca qız” hekayəsi üzərində şagirdlərin müstəqil işi.
47. Qoşma şeir şəklinin poetik xüsusiyyətləri üzərində şagirdlərin müstəqil işlədilməsi yolları.
48. M. Füzulinin “Padişahi-mülk” qitəsi üzərində aparılan metodik iş.
49. “Koroğlu” dastanında verilən parçalar ( Koroğlu ilə Bolu bəy) üzərində iş və ondan çıxarılan nəticə.
50. Ə. Haqverdiyevin “Mirzə Səfər” hekayəsi nümunəsində kiçik həcmli epik əsərlərin üzərində metodik işin təşkili.
51. V-IX siniflərdə ədəbiyyat tədrisinin xüsusiyyətləri.
52. X-XI siniflərdə ədəbiyyat tədrisinin xüsusiyyətləri.
53. Ədəbiyyat tədrisi metodikası elminin inkişaf tarixi.
54. V-IX siniflər üçün ədəbiyyatdan proqram və dərsliklərin tərtibi prinsipləri.
55. X-XI siniflər üçün ədəbiyyatdan proqram və dərsliklərin tərtibi prinsipləri.
56. M. F. Axundovun “Hacı Qara” əsəri üzərində şagirdlərin müstəqil işinin təşkili.
57. Dramatik oxuya verilən tələblər.
58. “Koroğlu” dastanında “Həmzənin Qiratı aparması” qolu üzərində aparılan metodik iş.
59. “ Kitabi-Dədə Qorqud” dastanından “Salur Qazanın evinin yağmalanması” boyu üzərində metodik işin təşkili.
60. N. Vəzirovun “Müsibəti-Fəxrəddin” əsəri nümunəsində dram janrının faciə növü üzərində şagirdlərin müstəqil işi.
61. N. Gəncəvinin “İskəndərnamə” əsərinin digər təlim fənləri ilə (tarix, coğrafiya) əlaqəli tədrisinə dair.
62. Nəzm əsərlərinin ifadəli oxusunda ölçünün nəzərə alınması əsas şərt kimi.
63. İri həcmli bədii əsərlərin öyrədilməsində kompyuterdən istifadə.
64. “Klaster” ( şaxələndirmə) bədii əsərlərin öyrədilməsində əsas üsullardan biri kimi.
65. “Dədə Qorqud” dastanlarının ondan sonra yaranan türk xalq dastanlarına təsiri (nümunələrlə).
66. N. Gəncəvinin “Xosrov və Şirin” əsərinin öyrədilməsində tarixi məlumatlardan istifadə.
67. Klassik şeir şəkillərinin tədrisində fəndaxili əlaqədən istifadə.
68. Tərcümeyi-hal materiallarının öyrədilməsində inteqrasiyadan istifadə.
69. Ş. Xətainin “Dəhnamə” əsəri üzərində şagirdlərin müstəqil işi.
70. Bədii əsərlər vasitəsilə şagirdlərin nitq inkişafı.
71. Ədəbiyyat şagirdlərdə bədii nitqin inkişaf etdirilməsi vasitəsi kimi.
72. Bədii təsvir və ifadə vasitələri üzərində şagirdlərin müstəqil işlədilməsi ( konkret nümunə əsasında).
73. Azərbaycan ədəbiyyatında hekayə və novella epik növləri və onların müqayisəli tədrisi (nümunələr əsasında)
74. A. Səhhətin “Vətən” şeiri üzərində metodik işin təşkili və əsərdən çıxarılan nəticə.
75. Azərbaycan şifahi xalq ədəbiyyatı üzrə aparılan tədqiqatlar.
76. B. Vahabzadənin “ Şəhidlər” şeiri üzərində şagirdlərin müstəql işlədilməsi.
77. C. Məmmədquluzadənin “Anamın kitabı” əsəri üzərində şagirdlərin müstəqil işi, onun tərbiyəvi əhəmiyyəti.
78. C. Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları” əsərinin öyrədilməsində kompyuterdən istifadə.
79. İ. Şıxlının “Dəli Kür” romanında verilən parçalar üzərində işin təşkili.
80. S. Ə. Şirvaninin “Guş qıl” müxəmməsi üzərində ş.agrdlərin müstəqil işi. Əsərdən çıxarılan əsas nəticə.
81. Ə. Məmmədxanlının “Buz heykəl” əsəri üzərində şagirdlərin müstəqil işinin təşkili.
82. M. Rzaquluzadənin “Ana ürəyi, dağ çiçəyi” hekayəsi nümunəsində yazılı ədəbiyyatla şifahi xalq yaradıcılığının əlaqəsinə dair.
83. M. Hüseynin “Odlu qılınc” hekayəsi üzərində metodik iş
84. Q. Zakirin “Sədaqətli dostlar” əsəri nümunəsində təmsil ədəbil növünün xüsusiyyətləri və onun tərbiyəvi əhəmiyyəti.
85. M. Rzaquluzadənin “Babəkin andı” hekayəsinin tarixlə əlaqəli tədrisi.
86. İ. Əfəndiyevin “Xəncər” hekayəsi üzərində metodik işin təşkili.
87. F. Kərimzadə”Qələbə ”( Xudafərin körpüsü) əsərində inteqrasiyadan istifadə.
88. M. Arazın “Ayağa qalx, Azərbaycan” şeiri üzərində şagirdlərin müstəqil işi və onun çıxarılan əxlaqi nəticə.
Azərbaycan Dillər Universitetində yeni ixtisaslar tədris olunacaq
Azərbaycan Dillər Universiteti (ADU) üzrə 2020/21-ci tədris ili üçün tələbə qəbulu planı təsdiq edilib.
ADU-dan Trend-ə bildirilib ki, Аzərbаycаn təhsilinin аvrоpа təhsil məkаnınа intеqrаsiyаsı, tələbə mоbilliyinin təmin оlunmаsı, о cümlədən, qlоbаllаşаn cəmiyyətimizin əmək bаzаrının müаsir, хаricidilli mütəхəssislərə оlаn təlаbаtını ödəmək üçün hаzırdа böyük аktuаllıq dаşıyаn iхtisаslаr üzrə Аzərbаycаn Dillər Univеrsitеtində kаdr hаzırlığını həyаtа kеçirmək zərurəti yаrаnıb.
20-yə yахın хаrici dilin tədris оlunduğu univеrsitеtdə Аzərbаycаn dili ilə bağlı ixtisasların, eyni zamanda ölkədə хаrici dillərdən birinin rus dili оlmаsını və s. nəzərə аlıb bir neçə yeni ixtisasın univеrsitеtimizdə tədris оlunmаsı zəruri bilinib.
Təqdim olunan yeni ixtisaslar üzrə mütəxəssis hazırlığının müvəffəqiyyətlə aparılması istiqamətində müzakirələr aparılıb, mövcud maddi-texniki baza, kadr təminatı nəzərdən keçirilib, universitetin imkanları təhlil olunub. Yeni ixtisaslara qəbul mоbillik prinsipinin həyаtа kеçirilməsinə də kömək оlаcаq.
Əminik ki, yeni təklif olunan ixtisaslar üzrə peşəkar kadrlara təhsildə, onun inkişafında, gənc nəslin təlim-tərbiyəsində mühüm ehtiyac, Universitetin geniş beynəlxalq əlaqələri, yeniliklərə açıq olması, xaricdə təhsil almış çoxsaylı mütəxəssisin mövcudluğu, tələbələr arasında keçirilən sorğuların nəticələri, professor-müəllim heyətinin müxtəlif xarici dillərdə danışmaq imkanları ixtisaslar üzrə müasir ədəbiyyat və resurs bazalarından yararlanmağı mümkün etdiyindən, həmin ixtisaslar üzrə keyfiyyətli kadr hazırlığı təmin olunacaqdır.
Azərbaycan Dillər Universiteti üzrə yeni ixtisasların siyahısı
Bakalavriatura səviyyəsi üzrə
Azərbaycan dili və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə)
Təhsildə sosial-psixoloji xidmət
Ədəbiyyat müəllimi, sən bir günəşsən
Kurikulum tələbləri ilə işləyən fənn müəllimlərinə kömək məqsədi ilə belə bir bloqun yaradılmasını qarşımıza məqsəd qoyuruq. Burada müəllimlərə metodik dəstək verilməsi, onlarla müəyyən müzakirələrin açılması bir hədəf kimi götürülür.
Təlim strategiyalaraı: ədəbiyyat dərslərinin təşkili
- Получить ссылку
- Электронная почта
- Другие приложения
dos. Fəxrəddin Yusifov
TƏLİM STRATEGİYALARI [1]
Ədəbiyyat tədrisinin təşkili
Bu başlıq altında Siz ədəbiyyat tədrisinin təşkilinə dair məlumatlara, verilən əsas tələblər, ədəbiyyat dərslərinin yeni təlim texnologiyalarından istifadə ilə tədrisi(Tənqidi Təfəkkürün İnkişafında Mütaliə və Yazı və fəal(interaktiv) təlim, fəal(interaktiv) təlimin mexanizmləri), ədəbiyyat dərslərində istifadə olunan üsullar(metod və texnikalar), iş formaları(fərdi, cütlərlə, kiçik və böyük qruplarla iş), müəllimin təlim fəaliyyətinin planlaşdırılması(perspektiv və cari planlaşdırma), ədəbiyyat dərslərinin növləri(induktiv, deduktiv və qarışıq tipli), ədəbiyyat dərslərində müəllimin mövqeyini (fasilitasiya bacarıqlarını), ədəbi əsərlərin öyrədilməsi, icmalların öyrədilməsi, yazıçının həyat və yaradıcılığına dair məlumatın öyrədilməsi, ədəbiyyat nəzəriyyəsinə dair məlumatların öyrədilməsi, ədəbiyyatdan sinifdənxaric və məktəbdənkənar işlərin təşkili, ədəbiyyat dərslik komplektləri ilə işləmək bacarığı, nitq inkişafı işlərinin təşkili məsələlərini nəzərdən keçirəcəksiniz
Ə dəbiyyat tədrisinin təşkilinə verilən tələblər
Ədəbiyyatın tədrisi qarşısına qoyulan tələblər zaman dəyişdikcə yeniləşmişdir. Dövrün tələbi bu işin məzmununun yeniləşməsinə, tərkibinin dəyişməsinə səbəb olmuşdur. Məsələyə bu yönümdən yanaşsaq, 1991-ci ildə C. Əhmədovun vəsaitində [2] əksini tapan ümummetodik tələbləri diqqətinizə çatdırmaq istəyirik:
1. Qarşıya qoyulan məqsədə çatmaq üçün dəqiqlik və məqsəd aydınlığı;
2. Dərsin özündən əvvəlki və sonrakı məşğələlərlə əlaqəsi;
3. Dərsdə təlimlə tərbiyənin vəhdətinin gözlənilməsi;
4. Dərsin bütün mərhələlərində şagirdlərin fəallığının təmin olunması;
5. Şagirdlərin əmək intizamının təmin olunması;
6. Dərsdə vaxtdan maksimum səmərəli istifadə;
7. Dərsin zəruri vəsaitlə təmin olunması;
8. Dərsin faydalı yekunlarla nəticələnməsi.
Burada əksini tapan məsələlər sovetlər dönəminin tələbləri ruhunda tərtib olunsa da, öz aktuallığını qoruyur və bugünkü dərslərimiz üçün hələ də keçərlidir, amma yetərli deyil. Bunun üçün verilən tələblərə təkrar baxmaqla təsəvvürünüzdə canlanan məsələləri uzlaşdırsanız kifayət edər.
Müəllim hazırlığı ilə 95 ildən çox məşğul olan doğma universitetimizin metodika sahəsində də öz zəngin ənənəsi və təcrübəsi olmuşdur. O, bu sahədə respublikamızın yeganə baş aparıcı müəssisəsi sayılmışdır. Ona görə də universitetimizin ədəbiyyat tədrisi metodikası proqramında verilən tələblərə də diqqəti ayrıca cəlb etmək istərdik. Tələbə və müəllimlərimizin müəyyən dövrə qədər istifadəsində olan 2005-ci il proqramında [3] oxuyuruq:
1. Ədəbiyyatın tədrisi prosesində şagirdlərə vətənpərvərlik tərbiyəsinin aşılanması müasir dövrün əsas problemi kimi;
2. Ədəbi parçaların tədrisini humanistləşdirmək müasir dərsin aktual bir keyfiyyəti kim;
3. Bədii materialın öyrədilməsində yazıçı ideyasının düzgün qiymətləndirilməsi;
4. Dərsin intensivləşdirilməsi. Akademik dərs saatının hər bir mərhələsindən maksimum dərəcədə səmərəli istifadə edilməsi;
5. Tədris materiallarının öyrədilməsində təlimin texniki vasitələrindən istifadə edilməsi;
6. Tədris prosesində fəndaxili və yaxın fənlər arasında əlaqənin ön plana çəkilməsi;
7. Ədəbiyyat dərslərində şagirdləri müstəqil fəaliyyətə alışdırmaq.
Nəzərə alsaq ki, bu proqram tərtib olunanda hələ ədəbiyyat kursu yenilənməmişdi, onda yuxarıdakı tələblərin dövrümüz üçün nə qədər aktual olduğunu aydın şəkildə görə bilərik. Amma bunları da yetərli saymaq olmaz.
Ədəbiyyat tədrisinin təhsil islahatı tələblərinə uyğunlaşdırılması bu gün ən vacib məsələlərdən biridir. Təsadüfi deyildir ki, orta məktəbin ədəbiyyat kursu artıq yenilənməni başa vurmaq üzrədir. Yeni kurs yeni tələblər ruhunda fəaliyyət göstərməkdədir. Həmin tələblər içərisində müasir təlim texnologiyalarının, elektron resursların tədris prosesinə gətirilməsi, dərslərdə fəal(interaktiv) təlim texnologiyasından istifadə, əyani vasitələrdən, internetdən, multimedianın imkanlarından istifadə yolu ilə tədrisin keyfiyyətinin yüksəldilməsi, təlim prosesində şagirdə münasibətin dəyişməsi, müəllimin bələdçi, şagirdin isə tədqiqatçı olması, yaddaş amilindən düşüncə amilinə keçilməsi, dialoqun geniş tətbiqi, nəticəyönümlü və şəxsiyyətyönümlü təhsilin həyata keçirilməsi və s. bir vəzifə kimi qarşıda durur.
Ədəbiyyat tədrisinin keyfiyyətinin yüksəldilməsində kadrların əvəzedilməz rolunu xüsusi ilə vurğulamaq istərdik. Gələcəyin ədəbiyyat müəllimi nələrdən xəbərdar olmalıdır sualına çoxlu və fərqli cavablar vermək mümkündür. Burada onun ixtisasını mükəmməl bilməsi ilə yanaşı şəxsi keyfiyyətlərinə, səriştəsinə qədər hər bir şeyi nəzərdə tutmaq olar. Biz təxmini olaraq onları aşağıdakı kimi qruplaşdırmaq qərarına gəldik. Belə hesab etdik ki, gənc ədəbiyyat müəllimi aşağıdakı məsələlərdən kifayət qədər məlumatı olmalı, müvafiq bilik və bacarıqlara yiyələnməlidir:
1. Təhsil haqqındakı rəsmi sənədlərin ondan nə istədiyini(yəni məzmununu),
2. Ümumi təhsil məktəblərində ədəbiyyatın tədrisi yollarını, məqsəd və vəzifələrini, tədris prosesinin planlaşdırılmasını, təşkilini və qiymətləndirilməsini, metodik qaydaları, üsul və vasitələri, onları praktik olaraq istifadə etməyi,
3. Ədəbiyyat dərslik komplekti ilə işləmək bacarıqlarına yiyələndiyini nümayiş etdirməyi,
4. Ən vacib, zəruri, müasir tələblərə cavab verən elmi-nəzəri, pedaqoji-psixoloji və metodik bilikləri,
5. İnternet resurslarından səmərəli istifadə etməyi,
6. Təqdimatlar, tədqiqatlar aparmaq, özünü inkişaf, özünü təkmilləşdirmək qaydalarını,
7. Müəllim üçün ən zəruri təşkilati, idarəetmə və ünsiyyət bacarıqlarına yiyələndiyini nümayiş etdirməyi və s.
Ədəbiyyatın tədrisi metodikası fənni gələcəyin ədəbiyyat müəllimlərində yuxarıda adı tutulan keyfiyyətlərin, bilik və bacarıqların olmasını hədəf götürməlidir. Dövlətin təhsil siyasətini bilmədən, şagirdlərlə, dərsliklərlə işləmək bacarığına sahib olmadan, tədris prosesini təşkil etmək, planlaşdırmaq, idarə etmək, qiymətləndirmə və monitorinq aparmaq, sənətinin sirlərinə yiyələnmədən, yüksək vətəndaşlıq keyfiyyətlərinə, sənət sevgisinə sahib olmadan gələcəyin yaxşı ədəbiyyat müəllimi olmaq mümkün deyil.
Hər bir ədəbiyyat müəllimi dövlətin onun qarşısında nə kimi vəzifələr qoyduğunu, ondan nə tələb olunduğunu aydın şəkildə təsəvvür etməlidir.
Dərs keçməyə başlayan hər bir ədəbiyyat müəllimi məhz həmin vəzifələrin icrasına özünü hazır hesab etməlidir. Onun tədris etdiyi hər bir mövzunun arxasında bu rəsmi sənədlərin tələb etdiyi məsələlər dayanmalıdır. Bunun üçün də öncə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu”nun aşağıdakı müddəalarını nəzərinizə çatdırırıq.
Maddə 4. Təhsilin əsas məqsədi (yəni təhsilimiz kimlərin yetişdirilməsinə xidmət göstərməlidir, fənlərimizin, mövzularımızın tədrisi zamanı biz hansı insanı yetişdirməliyik və bu insanda hansı keyfiyyətlər özünü göstərməlidir?):
4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır:
4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;
4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
Bəs ümumi təhsil qarşısına qoyulan vəzifələr nədən ibarətdir? Yenə də hamin Qanunun aşağıdakı müddəaların nəzər salmaq lazımdır:
19.1. Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir.
19.2. Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.
Ümumi təhsil müəssisələrin güddüyü əsas məqsəd nədir sualına da yenə həmin sənədin aşağıdakı bəndlərində cavab verilir. Hər bir fənn müəllimi, eləcə də ədəbiyyat müəllimi öz fəaliyyətində burdakı tələbləri əldə rəhbər tutmalıdır. Unutmayaq ki, orta məktəb dərslikləri yaradılanda da məhz həmin tələbələrin həyata keçirilməsi bir zərurət kimi qarşıya qoyulur. Biz aşağıda həm ümumi orta təhsil(V-IX siniflər), həm də tam orta təhsil(X-XI siniflər) üzrə təlim məqsədlərini təqdim edirik:
19.13. Ümumi orta təhsilin məqsədi təhsilalanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərinin formalaşdırılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir.
19.17. Tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və tolerantlığın formalaşdırılması, müasir informasiya-kommunikasiya teхnоlоgiyalarından və digər texniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur.
Dərslik komplektləri yaradılanda Qanunun bu tələbləri ilə yanaşı onun məzmununu əldə rəhbər tutan “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları(kurikulumları)” sənədinin müddəaları da nəzərə alınmalıdır. Həmin sənədin ümumi təlim nəticələri(9-cu bölmədə verilir və səviyyələr üzrə – ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər – təqdim olunur) və fənlər üzrə məzmun standartları(10-cu bölmə) ümumi təhsilin səviyyələri üzrə əldə olunacaq bilik və bacarıqları əks etdirməklə orta məktəb dərsliklərində nələrin güdüləcəyinə dair zəruri istiqamət verir. Siz əvvəlki bölmədə həmin sənədin məzmunu ilə tanış edildiniz. Yaxşı olardı ki, indi ümumi təlim nəticələri(9-cu bölmə) və məzmun standartlarında(10-cu bölmə) əksini tapan məzmunla Qanunundakı müddəaların bir-biri ilə necə uzlaşdığına diqqət yetirəsiniz. Hər bir gənc ədəbiyyat müəllimi onun qarşısında duran vəzifələrin nədən ibarət olduğunu, bu vəzifələrin haradan qaynaqlandığını bilməlidir. Biz burada diqqəti yenidən “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” sənədindəki bir məsələyə cəlb etmək istərdik. Bu da təlim prosesinin təşkilində əldə əsas götürüləcək prinsiplərdir. İş prosesində bu tələblər mütləq yerinə yetirilməlidir. Həmin sənəddən oxuyuruq:
Pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətçi, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında aşağıdakı prinsiplər nəzərə alınmaqla qurulur:
– pedaqoji prosesin tamlığı — pedaqoji prosesdə təlimin məqsədləri kompleks şəkildə (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir;
– təlimdə bərabər imkanların yaradılması — bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;
– şagirdyönümlülük — şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;
– inkişafyönümlülük — şagirdlərin əqli fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;
– fəaliyyətin stimullaşdırılması — pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;
– dəstəkləyici mühitin yaradılması — pedaqoji prosesin münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.
Buradakı prinsiplər ədəbiyyat müəlliminin peşə fəaliyyətində bir açar rolunu oynamalıdır. Onların məğzinə dair qısa şərhlərimizi verək. Hər bir ədəbiyyat dərsində təlim-tərbiyə-inkişaf məqsədləri dəqiq şəkildə müəyyən olunmalı və onun icrası nail olunmalıdır. Təlimin bütün iştirakçıları üçün bərabər iş şəraiti yaradılmalıdır. Hər bir şagirdin dərslərdə fəal iştirakı, fikir söyləmək, münasibət bildirmək hüququ təmin olunmalıdır. Bir şagirdlə deyil, bütün siniflə birlikdə işləmək, onları dinləmək, dərsə cəlb etmək vacibdir. Bir şagird başqa birindən heç bir vəchlə üstün tutula bilməz. Dərs prosesi şagirdin maraq, tələbat və mənəvi ehtiyaclarının yüksək səviyyədə ödənilməsinə xidmət göstərməli, şagirdin inkişafı(intellektual, psixi, etik, estetik, mənəvi və s.) izlənilməli və daim diqqətdə saxlanılmalıdır.
1. Ədəbiyyat tədrisi qarşısına qoyulan tələbləri yenidən nəzərdən keçirin. Onlara sərbəst münasibət bildirin.
2. Həmin təsnifata nələri əlavə edərdiniz?
3. Proqram və ali məktəb dərsliyində irəli sürülən həmin tələbləri ümumiləşdirməyə çalışın.
4. Rəsmi sənədlər təhsilin məzmunu ilə bağlı nələri ifadə edir?
5. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu” sizə nə kimi məlumatları təqdim etdi?
6. Bu məlumatların sizin gələcək müəllimlik fəaliyyətinizlə bağlı nə kimi əlaqələri vardır?
7. Təlim prosesinin təşkili prinsiplərinə nələr daxildir?
[1] Strategiya – hədəfi, ona çatmaq üçün ən səmərəli yolu və bu yolda istifadə olunan üsul və vasitələrin cəmini əhatə edir.
[2] Bax: Əhmədov C. Ədəbiyyat tədrisi metodikası. Bakı: 1991, səh.181-186.
[3] Bax: Pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün proqram. Ədəbiyyat tədrisi metodikası. Bakı: 2005, səh. 7-8.
Похожие статьи
-
Azərbaycan dili və onun tədrisi metodikası
Azərbaycan dili və onun tədrisi metodikası 1. Eminli Böyükxanım İbrahim – kafedra müdiri, fil.f.d., 0,5 şt. dosent Azərbaycan dili və onun tədrisi…
-
Azərbaycan dili tədrisi metodikası
Azərbaycan dili və ədəbiyyat tədrisi elmi-metodik jurnalı. 2021 № 1 (267) «Azərbaycan dili və ədəbiyyat tədrisi» jurnalı Azərbaycan dili və ədəbiyyatın…
-
Azərbaycan dili və ədəbiyyatı tədrisi jurnalı
Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı mədəni-ictimai nəşr kimi maraqla oxunur Rektor qeyd edib ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən…
-
Azərbaycanda tədrisi metodikası
İbtidai siniflərdə riyaziyyat fənninin tədrisi metodikası xidmət edən metod və priyomlar (məktəb və ailədə vahid nitq reji- Azərbaycanda tədrisi…
-
Azərbaycan respublikasının müasir inkişaf strategiyası
TƏHSİLİN İNKİŞAF STRATEGİYASI: nailiyyətlər və əsas hədəflər – Nazir yazdı Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası…
Comments are closed, but trackbacks and pingbacks are open.