Azərbaycan dili Dİl nəDİR? DİLİn funksiyalari. DİLÇİLİk və onun diGƏr elmləR İÇƏRİSİNDƏ yeri. Yazi
Fonetikada danışıq səsləri, heca, vurğu, ahəng qanunu və fonetik hadisələr öyrənilir.
Azərbaycan dil tarixi
Dilin meydana gəlməsi ən qədim dövrlərə aiddir və o insanların bircə yaşayış və əmək fəaliyyətində bir-birinə söz demək ehtiyacından yaranmışdır. İnsanlar məhz dil vasitəsi ilə adi məişətdə, istehsal prossesində, ictimayi həyatda bir-biri ilə ünsiyyətdə olur, öz fikirlərini, istək və arzularını, hiss və həyəcanlarını ifadə edirlər.
Təfəkkürlə sıx bağlı olan dil həm insanın əhatə edən varlığı, dərk etmə aləti, həmdə insan cəmiyyətinin inkişaf prosesində əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsi vasitəsidir, başqa sözlə təfəkkür fəaliyyətinin müvəffəqiyyətlərini dil sözlər və sözlərin birləşməsindən əmələ gəlmiş cümləllər şəklində ifadə edir, məhz bu yolla cəmiyyət üzvləri arasında fikir mübadiləsi mümkün olur.
İnsan cəmiyyəti ilə birlikdə yaranan dil heçdə donuq halda qalmır. O cəmiyyətlə birlikdə dayim inkişaf edir. Hər dilin inkişaf tarixi o dildə danışan xalqın inkişaf tarixi ilə bağlıdır. Deməli dil insan cəmiyyəti ilə birlikdə yaranır, inkişaf edir. Bə`zəndə həmin dildə danışan xalqlar birlikdə məhv olur, ölür ( məsələm Sümer, Urarto və sayirə dillər). Hər dil inkişaf yolu keçir, dəyişir, təkmilləşir. Bu onun lüğət tərkibində özünü tez büruzə verir. Ona görəki, dilin lüğət tərkibi dəyişgənliyə dah həssasdır.
Dilin qrammatik quruluşu, xüsusən səs tərkibi olduqca yavaş dəyişir. Buradakı dəyişmələri ancaq dilin tarixini öyrənmək yolu ilə müşahidə etmək olar. Məsələn müasir Azırbaycan dilində işlətdiyimiz “H” səsi dilimizdə işlənməmişdir. Təsadüfi deyil ki indi “hamı”, “hansı”, “hanı” və s. Kimi işlətdiyimiz sözlərə Dədəqorqud dastanlarında, Nəsimi, Xətayi, Füzuli şe`rlərində “qamu/xamu”, “qansı/xansı”, “qanı/xanı” şəklində rast gəlirik.
Azərbaycan dili öz tərkibi e`tibari ilə yekcins deyil, o ədəbi dili və ədəbi dilə daxil olmayan dil qatlarını – diyalekt və şivələri, danışıq dili və jar qonları ihatə edir.
Ədəbi dil milli dilin yüksək formasındadır, ədəbi dil cəmiyyətimizin mdəni-siyasi və iqtisadi, elmi və texniki tə`lim və tərbiyə, incə sənət və s. ehtiyacını ödəməyə xidmət göstərir. Bundan başqa ədəbi dildən insanlar məişətdə adi danışıqda istifadə edirlər. Ədəbi dil cəmiyyətin bütün üzvlərinə ictimayi mənşəinə, ərazi ayrılığına fərq qoymadan eyni dərəcədə xidmət edir, ədəbi dilin fonetik, orfopik, orfoqrafik, leksik, qrammatik və üslubi normaları olur və bunlara rüayət etmək hamının borcudur.
Fonetika
Fonetikada danışıq səsləri, heca, vurğu, ahəng qanunu və fonetik hadisələr öyrənilir.
Danışıq Səsləri
Ciyərlərdən gələn hava axını ağız boşluğunda danışıq səsi yaradır. Dil, dodaq, dilçək və səs telləri danışıq vaxtı müəyyən vəziyyətə düşərək hər hansı bir səsin qalibini əmələ gətirir. Hər danışıq səsinin öz qalibi olur və ağız boşluğundaki bu qalibdən keçən hava həmin danışıq səsini yaradır.
Azərbaycan dilində 35 danışıq səsi var. Dilimizdəki sözlər bu səslər vasitəsi ilə qurulur. Sözlərin tərkibində bir, iki, üç və daha artıq danışıq səsi ola bilir. Məsələn: o, il, saz, qapı, polad, kəklik, dəmirçi, məktəbli, günəbaxan və s.
Oxşar və fərqli əlamətlərinə görə danışıq səsləri iki əsas qrupa ayrılır: a. sayitlər b. samitlər
a. Sayitlər: 1. sərbəst tələffüz olur 2. avazlı olur 3. heca yaradır
b. Samitlər: 1. tələffüzdə mane`ə rast gəlir 2. avazlı-küylü olur 3. heca əmələ gətirə bilmir
Sayitlər:
Azərbaycan dilində 9 sayit səsi var. Əlifbada səslərin işarəsi bunlardır: a, e, ə,o, i, ı, u, ö, ü
Ağız boşluğunda dodaqların və dilin müəyyən vəziyyətlərə düşməsi ilə sayitlərin qalibi formalaşır. Sayitləri tələffüz edərkən səs telləri titrəyir. Sayitlərin qalibi əsasən üç əlamətlə qurulur və buna görə hər sayitin üç əlaməri olur:
1. dil önü və ya dil arxası (incə və ya qalın) 2. gen və ya dar 3. dodaqlanan və ya dodaqlanmayan
birinci əlamət dilin üfüqi vəziyyəti ilə, ikinci əlamət dilin şaquli vəziyyəti ilə, üçüncü əlamət isə dodaqların vəziyyəti ilə yaranır. Deməli, sayit qalibinin qurulmasında dil və dodaqlar aktiv iştirak edir.
1. Dilin üfüqi vəziyyətinə görə qruplaşan sayitlər:
Ağız boşluğunda dilin üfüqi istiqamətdə irəliyə və geriyə hərəkəti “dil önü” və “dil arxası” sayitləri formalaşdırır.
ə, e, i, ö, ü sayitlərini tələffüz etmək üçün dil ön tərəfə hərəkət edir və səs qalibində dil önü əlamət yaranır. a, ı, o, u sayitlərini tələffüz etmək üçün dil arxaya çəkilir və səs qalibində dil arxası əlamət yaranır.
Dil önü sayitlər: ə, e, i, ö, ü Dil arxası sayitlər: a, ı, o, u
2. Dodaqların vəziyyətinə görə qruplaşan sayitlər:
o, ö, u, ü səslərini tələffüz etmək üçün dodaqlar irəli uzanır və həmin səslərin qalibində əlamət yaranır. a, e, ə, i, ı səslərinin tələffüzündə dodaqlar irəli uzanmır və həmin səsləri qalibində dodaqlanmayan əlamət yaranır.
Dodaqlanan sayitlər: o, ö, u, ü Dodaqlanmayan sayitlər: a, e, ə, i, ı
3. Dilin şaquli vəziyyətinə görə qruplaşan sayitlər:
Şaquli istiqamətdə dilin yuxarı və aşağı hərəkəti damaqla dil arasındakı keçidin dar və ya gen əlamət yaradır.
i, ı, u, ü səslərini tələffüz etmək üçün dil üst damağa yaxınlaşır və aradakı keçid daralır. Ona görədə bu səslər dar sayit adlanır. a, ə, o, ö səslərini tələffüz etmək üçün alt çənə aşağı düşür və dilidə aşağı çəkir, beləliklə, dil üst damaqdan çox aralanır və aradakı keçid gen olur, bu səslər gen sayit adlanır. e sayitin tələffüz edərkən dil orta mövqe tutur, ona görədə bu səsin əlamətini yarımçıq, yaxud yarım qapalı adlandırmaq olar.
Dar sayitlər: i, ı, u, ü Gen sayitlər: a, ə, o, ö Yarımçıq sayit: e
Beləliklə hər sayit səsin qalibindəki üç əlamət onu digər sayitlərdən fərqləndirən əlamət olur:
A: dil arxası, gen, dodaqlanmayan Ə: dil önü, gen, dodaqlanmayan E: dil önü, yarım qapalı, dodaqlanmayan O: dil arxası, gen, dodaqlanan İ: dil önü, dar, dodaqlanmayan I: dil arxası, dar, dodaqlanmayan U: dil arxası, dar, dodaqlanan Ö: dil önü, gen, dodaqlanan Ü: dil önü, dar, dodaqlanan
Samitlər:
Azərbaycan dilində samit səslərin sayı 26 dır, lakin əlifbada bunlardan 23-nün xüsusi işarəsi var:
b, p, t, c, ç, h, d, r, z, j, s, ş, ğ, f, k, g, m, n, v, y, q, l, x
Üç samit isə əlifbada xüsusi işarəsi yoxdur. Bunlardan biri səğir “n” vaxtilə əlifbadan çıxarılmışdır. Ayrıca işarəsi olmayan və “komitə” və “inək” kimi sözlərdə işlənən “k” və “i” səsləri isə yazıda k və i hərfi ilə verilir. Ona görədə “k” hərfi üç səsi bildirir:
1. kitab, iki, əkin 2. tank, traktor 3. çörək, çiçək, inək
Danışıq vaxtı həmin səslər aydın fərqlənir məsələn: iki, tank, inək.
Samitlər səs telləriniln iştirakına görə iki yerə bölünür. Tələffüz vaxtı səs telləri titrəyəndə cingiltili samitlər, titrəməyəndə kar samitlər yaranır
Cingiltili samitlər: b, c, d, g, ğ, j, l, m, n, q, r, v, y, z, “səğir n”
Kar samitlər: p, t, s, ş, x, k, f, ç, h, “k”.
Heca
tələffüz vaxtı sözün asanlıqla ayrıla bilən hissəsinə heca deyilir. Sözlər bit, iki, üç və daha artıq hecadan ibarət ola bilər. Məsələn: ot, a-na, mək-təb, mək-təb-li, ya-zı-çı-lıq, a-zər-bay-can-lı Heca əsasını sayitlər təşkil edir. Sözdə neçə sayit varsa, o qədər də heca olur. Hecanın quruluşu isə sayit səsləri iştitaki ilə müəyyənləşir. Təzəkkür: dilçilikdə hecanın quruluşun təsvir etmək üçün burda V və C işarələrindən istifadə olunur. V işarəsi latınca sayit (Vocal) sözünün, C isə samit (Consonant) sözünün ilk hərfləridir.
Azərbaycan dilində sözlərimizin 6 heca quruluşu vardır:
1. V: (o), (i)+nək = inək, (a)+na = ana 2. VC: (on), (or)+(ta) = orta, (ar)+tıq = artıq 3. VCC: (alt), (üst) 4. CV: (nə), (bu), o+dun+(çu) = odunçu 5. CVC: (daş), (qar)+(maq) = qarmaq, ar+(tıq) = artıq 6. CVCC: (bərk), (dörd), (dinc)
Dilimizdə başqa dillərdən keçən sözlərin bir qismində CCVC, CCVCC, CCV, CCVCCC və s. Heca quruluşuda vardır, məsələn: (plan), (sport), (pro)+fes+sor = professor və s.
Samitlə başlanan heca örtülü, sayitlə başlanan heca örtüsüz adlanır:
Örtülü heca: CV, CVC, CVCC, CCV, CCVCC Örtüsüz heca: V, VC, VCC
Heca samitlə bitəndə qapalı, sayitlə bitəndə açıq olur:
Qapalı heca: VC, CVC, CVCC, CCVCC, VCC Açıq heca: CV, CCV, V
Beləliklə, dörd heca növ`ü, muxtəlif heca quruluşlarını əhatə edir, yəni sayit yaxud samirlə başlanması və ya qurtarması, hecanın növ`ü sayit və samitlərin sayı isə hecanın quruluşunu bildirir.
1. Örtülü – açıq heca: CV, CCV 2. Örtülü – bağlı heca: CVC, CVCC, CCVCC 3. Örtüsüz – açıq heca: V 4. Örtüsüz – bağlı heca: VC, VCC
Vurğu
Sözün tərkibində danışıq səslərindən biri digərlərinə nisbətən daha quvvətli deyilir və bu vurğu adlanır. Vurğu sait səsin üzərinə düşür və həmin sait hansı hecanın tərkibindədirsə, o, vurğulu heca adlanır: torpãq, atã, məktũb, faytõn, telefõn və s. sözlərdə (üstündə ̃ əlaməti olan sözlər vurğunu daşıyır.) Azərbaycan dilndəki sözlərin əksəriyyətində vurğu son heca üzərinə düşür. Hətta sözə şəkilçi artırılanda vurğuda sözün sonuna doğru hərəkət edir: vũr, vurũş, vuruşãn, vuruşanlãr və s. Sözə qoşulan bəzi şəkilçilər vurğu qəbul etmədiyi üçün vurğu əvvəlki yerində qalır, son hecaya keçmir: (onũn – onũnla), (üşãq – üşãqdır), (qãç – qãçın) və s. dilimizə başqa dillərdən keçən bəzi sözlərdə vurğu son hecada deyil və əvvəlki hecalarda olur, məsələn: opẽra, poẽma və s.
Fonetik Hadisələr
Danışıq vaxtı bəzi sözlərin asan tələffüz olunması üçün onların səs tərkibi dəyişir və belə sözlərdə fonetik hadisələr baş verir. Azərbaycan dilində müxtəlif fonetik hadisələr var:
1. Səs Uyğunlaşması
Bu fonetik hadisə iki şəkildə olur: sözün tərkibindəki hər hansı bir danışıq səsi ya özündən sonra, yada özündən əvvəl işlənən danışıq səsinə tə`sir edir, onu öz qalibinə ya uyğunlaşdırır, yada yaxınlaşdırır. Məsələn: A. (məndən = mənnən), (qarlar = qarrar), (dinməz = dimməz), (yavaşca= yavacca) B. (atlar = atdar), (gözlük = gözdük), (biçaq = piçaq), (zənbil = zəmbil)
2. Səs Fərqləşməsi
Sözün tərkibində yaxın və ya eyni qalibə malik olan iki danışıq səsindən biri öz qalibindən uzaqlaşırsa, səs fərqləşməsi fonetik hadisəsi baş verir. Məsələn: (əlbəttə = əlbətdə), (səkkiz = səkgiz), (müşkül = müşgül)
Bir sıra sözlərin deyilişində əlavə danışıq səsi artır. Bu hal adətən iki sayit yanaşı gəldikdə onların arasına samit artırılması və söz əvvəlinsə iki samit yanaşı gəldikdə onların əvvəlinə sayit artırılması şəklində özünü göstərir. Məsələn:
a. (dayrə = dayirə), (saat = sahat) b. (şkaf = işkaf), (stəkan = istəkan)
Tələffüz zamanı sözün tərkibindən bə`zi danışıq səsləri düşür. Bu fonetik hadisə danışıq dilində geniş yayılmışdır. Məsələn: (Əli ağa = Əlağa), (gəlmiş idi = gəlmişdi), (qəbiristanlıq = qəbristanlıq).
Tələffüz zamanı sözün tərkibində bə`zi danışıq səslərinin yeri dəyişilir. Məsələn: (Fərhad = Fəhrad), (göstər = görsət), (yanlış = yalnış), (məşhur = məhşur).
6- Səs Uyuşması (Ahəng) Qanunu
Sözdə eyni cinsli danışıq səslərinin bir-birin izləməsinə səs uyuşması qanunu deyilir. Azərbaycan dilində bu qanun sayit səslərə ayiddir. Sayitlərin uyuşması iki şəkildə özünü göstərir:
a. Damaq Uyuşması
Damaq uyuşmasına görə sözdə ya dil önü ya dil arxası sayitlər, bir-birini izləməlidir. Məsələn: (nənə, nənələr, nənələrimiz), (iş, işçi, işçilərin), (at, atçı, atçıların), (qum, qumluq, qumluqdan)
b. Dodaq Uyuşması
Dodaq uyuşmasına görə, sözdə ya dodaqlanan, yada dodaqlanmayan sayitlər bir-birini izləməlidir. Məsələn: (öz, özü, özümüz, özümüzündür), (odun, odunçuluq), (əkin, əkinçi, əkinçilərimiz), (kitab, kitablar, kitablarda)
Səs uyuşması qanunu kök və şəkilçi arasında daha möhkəm olur. Yəni bu qanunu görə sözün kökündə olan son sayit həmin sözə qoşulan şəkilçinin sayitin müəyyənləşdirir. Məsələn: (nağılçı, qisasçı), (odunçu, traxtorçu) (evlər, dəlilər, gözlər, nənələr, ütülər), ( quşlar, qızlar, atalar, toplar) (çörəkçi, dəmirçi), (sözçü, üzümçü)
Azərbaycan dilində bir sıra alınma sözlərdə səs uyuşması qanunu pozulur. Məsələn: kitab, tacir, kimiyagər, akademik, maliyə, qəhrəman və s.
[Azəbaycan dilində səs uyuşması qanunu çox önəmli yer tutur, onun yaxşı yaddaşda saxlaması üçün İbrahim Rəfrəfin “Ana Dil” kitabından iki ibarəti diqqətizə çatdirmaq istəyirəm ki onlarda bir-birin izləməli sayitlər dalbadala düzülür: enli kürək iri göz qabığı qalın boyunu yoğun ]
Orfoepiya
Dilçilikdə ədəbi tələffüz normalarını öyrədən bölmə orfoepiya adlanır. Orfoepiya dildə qəbul olunmuş tələffüz normalarını tənzim edən qaydalardan bəhs edir.
Düzgün danışıq qaydalarını müəyyənləşdirən orfoepiya danışıq səslərini söz əvvəli, söz ortası və söz sonu mövqe`də fonetik hadisələr, intonasia və vurğu məsələlərini əhatə edir.
Azərbaycan dilinin orfoepiya qaydalarına əsasən iki və çox hecalı sözlərin sonunda cingiltili samit öz avazını itirir və kar samit kimi tələffüz olur: ağac (ç), polad (t), pələng (k), corab (p)
İki kar samit yanaşı işləndikdə ikincisi, cingiltili samit kimi tələffüz olunur: (səkkiz = səkgiz), (əlbəttə = əlbətdə), (hətta = hətda)
t və d samitlərindən əvvəl işlənən k, ç və c samitləri novlaşır: (məktəb = məytəb), (vicdan = vijdan), (içdi = işdi)
Orfoepiya dildə əsasən zərif və düzgüz tələffüzə xidmət etdigi üçün bir sıra sözlərin deyiliş qaydası sonralar həmin sözlərin yazılış qaydasına çevrilə bilir: (dutsaq = dustaq), (yapraq = yarpaq), (topraq = torpaq), (dəngiz = dəniz), (sən`ət = sənət), (xəl`ət = xələt)
Orfoqrafiya
Yazıda nitqin düzgün əks olunmasını tənzim edən qaydalar sistemi orfoqrafiya adlanır. Orfoqrafiya danışıq səslərinin hərflə ifadəsi, sözlərin ayrı bitişik və defislə (-) yazılması, sətirdən sətirə keçirmə, sözün ilk səsinin böyük yaxud kiçik hərflə yazılması, kök və şəkilçilərin, ixtisarların, idarə və təşkilat adlarının yazılması kimi qaydaları əhatə edir. Dilin düzgün yazı qaydalarını yaratmaq üçün muxtəlif yollardan istifadə olunur ki bu da orfoqrafiyanın morfoloji rəmzi, ənənəvi, fonematik, fonetik və etimoloji prinsiplərini təşkil edir.
Azərbaycan dilinin orfoqrafiyası fonetik, morfoloji və ənənəvi prinsiplərə əsaslanır:
1. Fonetik prinsip sözlərin deyiliş formasını əks etdirir. Məsələn, beş, ata, odun, qara sözləri necə deyilirsə elə də yazılır.
2. Morfoloji prinsip muxtəlif şəkildə deyilən kök və şəkilçilərin vahid formada yazılmasını tənzim edir. Məsələn, cəm şəkilçisi “lar” muxtəlif şəkildə tələffüz olunsa da (qarrar, sular, qızdar, bunnar) bir formada yazılır.
3. Ənənəvi prinsip isə əsasən alınma sözlərin yazılmasında özünü göstərir. Məsələn, komandor, cürət, təəccüb.
Orfoqrafiyanın təkmilləşməsi dilin inkişafı və xalqın mədəni səviyyəsinin yüksəlməsi ilə bağlıdır.
Söz
Zaman keçdiklə sözlər dəyişilir, məsələn: şaman –> ozan –> yanşaq –> aşıq Yaxud zaman keçdiklə sözlərin mə`nasıda dəyişikliyə uğrayır, məsələn əvvəllər alçaq sözünün bir mə`nası təvazokarlıq idi (hazırda həmin mə`na yalnız “alçaq könül” birləşməsində qalıb). İndi alçaq adam dedikdə həmin söz mənfi xüsusiyyət bildirir. Qədim inanışa görə qurd müqəddəs varlıq sayılırdı, indi isə ziyan verici mə`nada içlənən qurd sözü əvvəlki məfhumunun əksini bildirir.
Aydındır ki yeni yaranan əşya və hadisələri içarə etmək üçün dildəki mövcud sözlərdən istifadə olunur və dilimizdə olan bir sıra sözlərin əsas (ilkin) mə`nasından əlavə, törəmə mə`nasıda vardır. Əsas mə`na həqiqi, törəmə mə`na isə məcazi şəkildə olur, məsələn soyuq hava, soyuq su ifadəsində üoyuq sözü öz həqiqi mə`nasında, soyuq adam, soyuq münasibət ifasəsində isə məcazi mə`nasında işlənir.
Hansı sözlər ki, öz əsas mə`nasından əlavə məcazi mə`nasında işlənə bilmir onlar tək mə`nalı sözlər adlanır; məsələn traxtor, doqquz, sığırçın və … sözlər tək mə`nalıdır. Çox mə`nalı sözlərin dildəki geniş yaylıması dili zənginləşdirir. Azərbaycan dilində daha çox isimlər, sifətlər və fe`llər çox mə`nalı sözlər kimi çıxış edir. Aşağıda bir neçə sözün həqiqi və törəmə mə`naları verilmişdir:
1. göz əsas mə`nada: insanın gözü, balığın gözü, quşun gözü törəmə mə`nada: bulağın gözü, yaranın gözü, şikafın gözü, yeddi göz, gözə gəlmək, göz oxşamaq
2. baş əsas mə`nada: insanın başı, balığın başı, quşun başı törəmə mə`nada: kəndin başı, beş baş qoyun, baş buğ, arxın başı, baş nazir
3. düşmək əsas mə`nada: yerə düşmək, maşından düşmək, nərdibandan düşmək törəmə mə`nada: başa düşmək, göydən düşmək, işə düşmək, əsir düşmək, dərdə düşmək, əldən düşmək
Omonimlər (Oxşarlar)
Fonetik tərkibi eyni olub, lakin muxtəlif məzmun daşıyan, bir birindən fərqli mə`nası olan sözlərə omonim deyilir. Məsələn: “yaş yer” və “üç yaş” ifadələrində “yaş” sözü muxtəlif məfhum bildirir. Deməli hər iki ifadədə işlənən “yaş” sözünün deyilişi eyni olsada mə`naca başqa sözlərdir. Dilimizdə omonimlər iki yolla yaranır: çox mə`nalı sözlər və alınma sözlər hesabına.
Çox mə`nalı sözün törəmə mə`nalarından biri zaman keçdikdə əvvəlki əsas mə`nasından uzaqlaşır və əvvəlki mə`na ilə əlaqəsi itəndə yeni mə`na kəsb edir. Məsələn: Yer kürəsi peykinin adını bildirən “ay” sözündən 30 gün mə`nasında işlənən “ay” sözü törəmədir.
Alınma sözlər hesabına omonimlərin yaranması belə olur:
Özgə dillərdən dilimizə keçən bir sözün fonetik tərkibi dilimizdə olan hər hansı bir sözün fonetik tərkibi ilə eyni olur. Məsələn: Qol – futbol oyununda topun dərvazaya vurulması (ayrı dildə) Qol – insanın bədən üzvü
Yalnız iki muxtəlif məfhumları bildirən sözlər deyil, daha artıq məfhumları bildirən sözlərdə omonim ola bilər. Məsələn deyilişi və yazılışı eyni, lakin muxtəlif məfhumu bildirən “bal” sözü isə 4 mə`nada, “qaz” sözü isə 5 mə`nada işlənir: Bal – arıların əməl etdigi maddə Bal – qiymətlərin cəmi Bal – küləyin, dalğanın gücünü bildirən ölçü vahidi Bal – musiqi ilə keçiriləcək gecə, şənlik
Qaz – ev quşlarının biri Qaz – fiziki maddə Qaz – metan qazı Qaz – sürət Qaz – hər hansı bir yerin qazılması (fe`l)
Sinonimlər (Anlamdaşlar)
Dilimizdə elə məfhumlar varki, onlar bir sözlə deyil, bir neçə sözlə ifadə olunur. Məsələn: ürək, könül, qəlb Eyni anlayışın, məfhumun, məzmunun bir-birinə yaxın mə`nada bildirən sözlər sinonimlər deyilir.
Sinonim sözlər bir anlayışın muxtəlif mə`na incəliklərini bildirir. Buna görədə bədii ədəbiyyatda hər hansı bir ifadənin tə`sirini, bədii gözəlliyini artırmaq üçün sinonim sözlərdən geniş istifadə olunur.
Fikrin daha quvvətli çıxması üçün bə`zi sinonim sözlər dalbadal işlənir. Məsələn: Bu dünyanın varı, malı, dövləti Hanı süleymanın qalmadı, getdi (Azərbaycan dastanları)
Sinonim sözlərin mə`nası ümumi bir məfhumla bağlı olur. Məsələn: nəm, yaş, islanmış, höyüş sözlərin mə`naları üçün ortaq olan “sulu” məfhumudur. Ona görədə həmin sözlər mə`naca bir-birinə yaxındır.
Belə sözlərdə varki onların məzmunu eyni məfhumu bildirir. Belə sözlərə dublet deyilir. Bu sözlərin biri öz dilmizə, qalanı isə başqa dilə məxsus olur. Məsələn: (çeşmək, gözlük, eynək) – (qara, siyah) – (ürək, qəlb) – (səksən, həştad) Sinonimlərdən fərqli olaraq, dubletlər dilin ahəngdarlığını, gözəlligini pozur.
Sinonim sözlər eyni nütq hissəsinə ayid olur. Məsələn: nə vaxt, haçan, nə zaman (əvəzlik) amma, ancaq, lakin, fəqət (bağlayıcı)
Biri biri ilə sinonim münasibətdə olan sözlərə “sinonim cərgə” deyilir. Sinonim cərgədə iki və daha artıq söz olur: (qurd, canvar) – (bərk, möhkəm) – (arxa, dal, geri) – (qəm, kədər, qussə) – (qabaq, ön, irəli, qarşı) – (var, dövlət, sərvət, əmlak) – (vahid, tək, bir, yalqız, yeganə) – (vaxt, dövr, zaman, çağ, və`də) – (igid, cəsur, qoçaq, qəhrəman, qorxmaz, şücaətli)
Ədəbi dilimizin sinonimlərini üç qrupa ayırmaq olar:
Leksik Sinonimlər: (gözəl, göyçək, qəşəng), (igid, qoçaq, qəhrəman), (ürək, qəlb, könül), (güc, taqət, quvvət), (sevgi, məhəbbət), (əmək, zəhmət), (alçaq, qısa, gödə) və …
Frazeoloji Sinonimlər: (rəhmətə getmək, gözlərinin əbədi yummaq, bu dünyanı tərk etmək, gor ba gor olmaq), (həyat yoldaşı, ömür-gün yoldaşı, baş yoldaşı), (gözləri dörd olmaq, gözləri kəlləsinə çıxmaq), (yumağa dönmək, beli bükülmək, əldən düşmək) və …
Qrammatik Sinonimlər: Buraya morfoloji və sintaktik sinonimlər daxildir. İsmin hallarının, sifətin çoxaltma və azaltma dərəcəsini göstərən əlamətlərin, fe`lin zamanlarının və sayirə müxtəlif üslubi məqamlarda bir-birinin əvəz etməsi morfoloji sinonimləri; sadə və mürəkkəb cümlələrin bir-birinin əvəz etməsi isə sintaktik sinonimləri yaradır. Eyni fikri həm sadə, həmdə mürəkkəb cümlə ilə ifadə etmək mümkündür. Məsələn: Gül ətirlidir. Mə`lumdur ki, gül ətirlidir. Kim bilir ki, gül ətirlidir! Ətirli gül və …
Antonimlər (Qarşılıqlar, tərsələr)
Əks mə`nalı olan sözlərə antonim deyilir. Məsələn: (yaxşı, pis), (acı, şirin), (gecə, gündüz), (ağlamaq, gülmək)
Bədii ədəbiyyatda təzad yaradan vasitə kimi antonimlərdən çox istifadə olunur. Məsələn: Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol. (atalar sözü) Dəvə yaxını otlar, uzağı gözlər. (atalar sözü) Bədəni yerdə, saqqalı göydə. (tapmaca) Aşmağa asan dağlar – Qar başın basan dağlar Yetim çox çətin gülər – Ağlasa, hasan ağlar (bayatı) Gündüzlər oxşayır məni saraylar Gecələr sırdaşım ulduzlar, aylar (Səməd Vurğun) Az getdi, üz getdi, dərə-təpə düz getdi (nağıllardan)
Antonimlər çox mə`nalı sözlər arasında da mövcuddur. Çox mə`nalı sözlərin əsas mə`naları da antonim ola bilir. Məsələn: Ayaq-baş (əsas mə`nada) Tülkü-aslan (törəmə mə`nada)
Alınma Sözlər
Azərbaycan xalqı min illər boyu qonşu xalqlar və bir sıra digər ölkələrlə həmişə siyasi-iqtisadi və mədəni əlaqədə olmuşdur. Ona görədə başqa xalqların dilindən Azərbaycan dilinə çoxlu sözlər keçmişdir; bu sözlər dilçilikdə alınma sözlər adlanır.
Azərbaycan dilinin lüğət tərkibindəki alınma sözlər muxtəlif dillərdən keçmişdir; məsələn: fincan (Fars), aqibət (Ərəb), atuşgə (Rus), filsuf (Yunan), çay (Çin), futbol (İngiliz), depo (Fransa), kansert (İtalian), qavat (Gürcü) və …
Dilimizdəki alınma sözlərin çox hissəsi Fars-Ərəb, az hissəsi başqa dillərə məxsus sözlər təşkil edir. Elə alınma sözlərdə var ki, sözün yarısı bir dilə yarısı başqa dilə məxsusdur. Bunlara calaq (hibrid) sözlər deyilir; məsələn: qanunpərəst (Ərəb və Fars), çayxana (Çin və Fars). Alınma sözlərin bəzisi dildə özünə möhkəm yer tutur və dilin öz sözünə çevrilir; məsələn: kitab, tiyatr, sükür
Dilimizdə muxtəlif dillərdən söz keçdigi kimi, bizim çoxlu sözlərdə başqa dillərə keçir; məsələn: ordu, elçi Ərəb və Fars dilinə, kərpic sözü Slav dillərinə, ocaq və al sözü Fars, Rus və Erməni dillərinə, xan sözü dünyanın əksər dillərinə keçərək, həmin dillərdə geniş işlənir.
Köhnə Sözlər
Cəmiyyət inkişaf etdikcə əksər məfhumlar dəyişilir. Bə`ziləri köhnəlir, yaddan çıxır və belə məfhumları bildirən sözlər zaman keçdikcə yaddaşımızdan silinib gedir. Keçmiş məişət tərzi ilə bağlı, köhnəlmiş məfhumları bildirən sözlər tariximiz adlanır; məsələn: töyçü, girvanka, utur (maşın) və …
Köhnəlmiş sözlərin bir qismi isə arxaizm (arxaik) adlanır. Sözlərin arxaikləşməsi iki səbəbdən olur: bə`zisi öz mə`nasını tamam dəyişir; məsələn: dəli (köhnə mə`nası igid), kəpənək (köhnə mə`nası yapıncı), aş (köhnə mə`nası buğda). Bə`zisi isə başqa sözlə (çox vaxt alınma sözlə) əvəz olunur; məsələn: şölən (qonaqlıq), əsrük (sərxoş), kəsim (qərar), yanşaq (aşıq), tanrı (allah), ağız (sərhəd), ud (həya), us (ağıl), suç (günah), tanıq (şahid), görklü (müqəddəs), alp (cəsur), düş (röya)
Azərbaycan dili Dİl nəDİR? DİLİn funksiyalari. DİLÇİLİk və onun diGƏr elmləR İÇƏRİSİNDƏ yeri. Yazi
“Dil nədir, necə yaranıb, dilsiz cəmiyyət yaşaya bilərmi?” sualları ta qədimdən insanları düşündürmüşdür. Çox qədimlərdən, insanlar bu qənaətə gəliblər ki, dilsiz cəmiyyət ola bilmədiyi kimi, cəmiyyət olmadan da dil yarana bilməzdi.
Dil ünsiyyət vasitəsidir. İnsanlar bir-birini dilin vasitəsilə başa düşür, məhz dillə əlaqə saxlayırlar. İnsanlar bir-biri ilə əlaqə saxlamaq üçün müəyyən kollektiv şəklində, toplu halında yaşamalıdırlar. Artıq bu, cəmiyyət deməkdir. Bir halda ki, dil insan cəmiyyətində meydana gəlir, ona görə də ictimai hadisə sayılır.
Dilin yaranması üçün insan orqanizminin fizioloji cəhətdən müəyyən şəkildə, bugünkü vəziyyətdə formalaşması da vacib şərtlərdəndir.
İnsan orqanizminin məhz gördüyümüz şaquli şəklə düşməsi ilə danışıq üzvləri, səs aparatı formalaşır, səslərin tələffüzü üçün tənəffüzü ağciyər müntəzəm təmin edir. Həmçinin başın (sifət quruluşu, çənə və s.) və onun içində yerləşən, dil üçün çox vacib sayılan, şüurun-təfəkkürün akkumulyatoru rolunu oynayan beyinin bu biçimdə müəyyənləşməsi də bədənin şaquli quruluşu ilə bağlıdır. Beləliklə insan bədənin şaquli vəziyyətə keçməsi insanın əməklə məşğul olmasının buna təsiri, eyni zamanda dilin və şüurun yaranması bütöv halda vahid bir ictimai prosesdir.
Dili bioloji hadisə sayanlar var. Bu fikrin tərəfdarları onu nəzərə alırlar ki, insanın orqanizmində başqa üzvlər kimi danışıq üzvləri də mövcuddur. Həmin üzvlərin vasitəsilə hava axını danışıq səslərini yaradır. Ancaq nəzərə alınmır ki, insanın tənəffüs üçün alıb-verdiyi hava axını yalnız beyindən gələn siqnallarla idarə olunub, danışıq səsinə çevrilir. Dil orqanizmdə ikinci siqnal sisteminin nəticəsidir ki, bu da canlılardan ancaq insana aiddir. Halbuki başqa bioloji təzahürlər, məsələn, yemək, içmək, tənəffüs etmək, yerimək, yatıb-durmaq və s. vərdişlər insan və heyvanlarda eyni siqnalla baş verir. Yaxud irqi əlamətlər (üzün, saçın rəngi və forması, gözün, sifətin quruluşu və başqa zahiri antropoloji cizgilər) kimi dil irsi xarakter daşımır. Bioloji varlıq kimi uşaq öz valideynlərinə bənzəyir, ancaq valideynlərinin dilində danışmaya bilər: doğulan uşağı ata-anasından ayırıb başqa milli-irqi şəraitdə böyütsən, öz əhatəsindəki dildə danışacaqdır. Deməli, dil bioloji yox, ictimai hadisədir, bilavasitə cəmiyyətdə formalaşır və məhz cəmiyyətə xidmət edir.
Beləliklə, dilin birinci funksiyası (vəzifəsi) insanlar arasında əlaqə yaratmaq, cəmiyyətdə ünsiyyət vəzifəsi olmaqdır. Dilin ikinci vəzifəsi insanı əhatə edən əşya və hadisələri əks etdirmək, onların adlarını bildirməkdir. Bu baxımdan sözlər obyektiv-tarixi səciyyə daşıyır və subyektiv faktorlardan asılı deyil. Dilin üçüncü vəzifəsi isə fikir ifadə etməkdir, yəni o, insanın təfəkkür fəaliyyəti ilə bağlıdır. İnsanlar dilin vasitəsilə öz düşüncələrini, fikirlərini, arzu-istəklərini bildirirlər.
DİLÇİLİK VƏ ONUN DİGƏR ELMLƏR İÇƏRİSİNDƏ YERİ
Dil müxtəlif baxımlardan öyrənilir. Buna görə də dilçiliyin müxtəlif sahələri – şöbələri var. Bunlardan fonetika, leksikologiya, frazeologiya, morfologiya və sintaksisə bələdsiniz. Dilçiliyin gündəlik fəaliyyətdə ehtiyac duyulan daha bir neçə sahəsi haqqında da məlumat veriləcək: etimologiya, lüğətçilik, dialektologiya, ilə bağlı ümumi təsəvvür yaradılacaq, Azərbaycan dilinin tarixi barədə nisbətən geniş söhbət aparılacaq, gündəlik yazılı və şifahi ünsiyyətdə təcrübi baxımdan çox gərəkli olan nitq mədəniyyəti və üslubiyyat isə geniş öyrəniləcəkdir. Etimologiya. Etimologiya sözü yunanca etimon (əsl, həqiqət, sözün əsl mənası) və logos (təlim, elm) hissələrindən təşkil olunub. Dilçiliyin bu sahəsi sözün mənşəyini, nədən törəməsini öyrənir (etimologiya həm də mənşə sözünün sinonimi kimi işlənir). Elə sözlər var ki, çox qədimlərdə yaranıb, bu gün dildə işlənir, ancaq indiki halında onun ilkin lüğəvi məzmunu qavranmır, kökü izah oluna bilmir. Belə halda etimologiya elmi köməyə çatır. Ya elmi əsaslara söykənən elmi etimologiyanın, ya da xalqın məntiqinə əsaslanan xalq etimologiyasının (yalançı etimologiyanın) imkanlarından istifadə olunur.
Sözün əslini bərpa etmək, onun başqa söz və mənalarla əlaqəsini öyrənmək üçün aparılan dilçilik araşdırmasına etimoloji təhlil deyilir. Etimoloji təhlillərdə nəticə həmişə eyni dəqiqlikdə olmur. Ona görə də ayrı-ayrı sözlərin etimologiyası haqqında bəzən bir neçə fikir olur (yalançı, uydurma etimologiyanı elmi etimologiyadan fərqləndirmək vacibdir).
Bu baxımdan bəzi sözlərin etimoloji təhlilinə diqqət yetirək:
Arsak. İndiki Qarabağın qədim adı Arsakdır. Arsak sözü bugünkü dilimizdə işlənmir və lüğət tərkibimizin hazırkı materialı ilə onu şərh etmək mümkün deyil. Etimoloji təhlil aşkar edir ki, bu yer adı (toponim), iki sözdən – hissədən ibarətdir: ar və sak. Sak qədim türk tayfalarının birinin adıdır. Ar isə ər sözünün fonetik cəhətdən dəyişməsinin, ahəng qanunun tələbi ilə sak sözünə uyğunlaşmasının nəticəsidir. Ər sözü qədim dilimizdə igid, cəngavər, qoçaq mənalarında olub. Beləliklə, həmin ərazidə yerləşmiş sak tayfası öz cəngavərliyi ilə səciyyələndiyi üçün bu yer Ərsak-Arsak adlanmışdır. Maraqlıdır ki, yerin bugünkü adı Qarabağ da iki qədim sözdən ibarətdir: yenə bağ qədim türk tayfasıdır, qara isə dilimizin keçmişində “böyük” mənasında işlənib. Deməli, baqlar kəmiyyətcə çox və nüfuzca böyük olduğundan qara baqlar adlanmışlar. Görünür, bu ərazidə ərsaklarla qarabaqlar birləşmiş, qarabaqlar üstünlük təşkil etdiyi üçün yer onların adı ilə adlanmağa başlamışdır. Yəqin, burada o cəhətin də rolu olub ki, arsak sözü arxaikləşmiş, insanlar qarabaq sözünü bugünkü anlayışda mənalandırmış (qara – rəng və baq – bağ) və toponimi bildikləri məna ilə yaşatmışlar.
Lüğətçilik. Lüğətçilik dilçiliyin təcrübi sahələrindən biridir. Bu, lüğətlərin tərtib olunma, yaranma prinsiplərini öyrənir və öyrədir. Lüğətlərin yaradılması ilə məşğul olan mütəxəssis lüğətçi adlanır (ümumi dilçilikdə lüğətçiliyə leksikoqrafiya, lüğətçiyə leksikoqraf deyirlər).
Lüğətçilik türk dilçiliyinin qədim sahələrindəndir. Hələ XI əsrdə Mahmud Qaşğarlının yaratdığı nəhəng lüğət – “Divanü lüğatit-türk” (türk dillərinin divanı – toplusu) bu gün də dünya mədəniyyətinin qiymətli abidələrindən sayılır. Lüğətçilik sahəsində son ən böyük hadisələr 40-cı illərdə Heydər Hüseynovun rəhbərliyi ilə çıxmış dördcildlik “Rusca-azərbaycanca lüğət” və Əliheydər Orucovun müəllifliyi və rəhbərliyi – redaktəsi ilə 1964-1987-ci illərdə nəşr olunmuş “Azərbaycan dilinin izahlı lüğəti” (4 cilddə) kitablarıdır.
Lüğətçiliyin sürətli inkişafı elmi mədəni tərəqqi ilə, maarifin – məkbəbin genişlənməsi, həmçinin siyasi-diplomatik fəallaşma ilə bağlıdır. Lüğətlər, bir tərəfdən, müxtəlif dillərin öyrənilməsinə kömək edir (tərcümə lüğətləri), bir tərəfdən, dilin özündə mövcud olan sözləri qeydə alıb ümumiləşdirir, mənalarını dürüst şərh edib onların istifadəsində sistemlilik yaradır (izahlı lüğətlər), digər tərəfdən də, müxtəlif ixtisas sahələrində çalışanları professional vahidlərlə təmin edir və eyni sahənin mütəxəssislərini bir məxrəcə gətirir (terminoloji lüğətlər).
Dialektologiya. Ədəbi dildə, mətbuatda, radioteleviziyada işlənən nitqdən başqa, müəyyən ərazilərlə bağlı danışıq təzahürləri, müxtəlif regionlarda təsadüf olunan məhəlli dil xüsusiyyətləri də mövcuddur. Həmin yerli-məhəlli danışığa dialekt və ya şivə deyilir. Məsələn, ədəbi dilimizdə indiki zaman şəkilçisi –ır, -ir, -ur, -ür şəklində dörd variantda işlənir, ancaq Qazax dialektində -er, -or, -ör formalarında üç variantda söylənir. Ədəbi dildə: gəlir, alır, görür, qurur; Qazax dialektində: gəler, aler, görör, quror. Bundan başqa, şivələrdə – məhəlli danışıqlarda ədəbi dilimizdə işlənməyən xeyli söz vardır ki, onların bir qismi tarixən ana dilimizdə olub, sonra istifadədən çıxmışdır. Dialektlər həmin sözləri (hətta bəzən başqa türk dillərində indi də işlənənləri) qoruyub saxlayır. Dilimizin tarixini, onun keçdiyi inkişaf yolunu öyrənməkdə dialektlər ən etibarlı mənbədir.
Dialekt və şivəni öyrənən dilçilik sahəsi dialektologiya adlanır.
İnsanlar səsli dillə ancaq müəyyən məsafədə ünsiyyət saxlaya bilirlər. Səsin eşidilməz olduğu məsafədə dil öz əlaqə yaratmaq imkanını itirir. Şüur inkişaf etdikcə, cəmiyyətdə mədəni göstəricilər müəyyən səviyyəyə çatdıqca insanlar səsin-ünün yetmədiyi radiuslardan da danışmağa – əlaqə yaratmağa, hətta özlərindən sonra gələcək nəsillərlə də ünsiyyət saxlamağa ehtiyac hiss edirlər. Bu ehtiyac insanları ən böyük kəşflərindən birini etməyi – yazını yaratmağa gətirib çıxardı. Yazı bəşəriyyətin ən böyük mədəni dəyərlərindən biridir. Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir. Bugünkü yazıda hər səs bir işarə ilə (hərflə) ifadə olunur. Ancaq ilk yazı hərflərdən ibarət olmayıb. İnsanların ilk yazılı əlaqəsi əşyalarla olub: məktub yerinə bir-birinə müəyyən şeylər göndəriblər. Məsələn, İran hökmdarı Dara ulu babalarımız olan iskitlərin üstünə hücum edərkən onlardan belə bir “məktub” alır: bir qabda (“zərfdə”) canlı quş, siçan, qurbağa və beş dənə ox. Farslar bu “məktub”u oxuya biliblər: “Ey farslar, siz quş kimi göydə, siçan kimi yerdə, qurbağa kimi suda gizlənə bilmirsinizsə, bu oxlardan da gizlənə, canınızı qurtara bilməyəcəksiniz”. Belə yazılardan bizim nağıllarımızda tez-tez istifadə olunur. Məsələn, “Qara vəzir” nağılında hind padşahı Mələk xanıma bir qarpız və bir bıçaq göndərir. Qarpızın kənarına kiçik bir nişan qoyulmuşdu. Mələk xanım bu “məktub”u belə oxuyur: “Bütün dünya mənim əlimdədir. Sənin dövlətin bu qarpızın (yəni dünyanın) üstündəki o kiçik nişan kimi bir şeydir. İstədiyim vaxt səni məhv edərəm”.
Əşyavi yazıdan sonra şəkli (piktoqrafik) yazı meydana çıxır: hansı əşyanı yazmaq nəzərdə tutulursa, onun şəkli çəkilir. Daha sonra fikri (ideoqrafik) yazıdan istifadə olunur. Bu yazı növlərində yaxınlıq çoxdur. Məsələn, şəkli yazıda göz şəkli gözü, baş şəkli başı, günəş şəkli günəşi, it şəkli iti bildirir. Fikri yazıda isə həmin şəkillər müvafiq olaraq, görmək, düşüncə, işıq və sədaqət anlayışlarını ifadə edir. Şəkli və fikri yazı hərfi yazıya doğru əhəmiyyətli addımlar idi.
Nəhayət, yazının ən mükəmməl, ən çevik forması olan hərfi (fonoqrafik) yazı törədi. Bu yazıda yalnız bütöv söz yox, həm də sözün ayrı-ayrı səsləri ifadə olunur. Hərfi yazının da ilk mərhələsində bir neçə səsi bir neçə işarə ilə veriblər – buna heca yazısı (sillabik yazı) deyiblər. Məsələn, qədim misirlilər, assuriyalılar heca yazısından istifadə ediblər.
Dünyada ilk yazı daş, metal, ağac üstündə oyma şəklində olmuşdur.
Şəkli və fikri yazılardan bu gün də istifadə olunur. Məsələn, ayaqqabı dükanının vitrinlərində və ya qapısında ayaqqabı şəkli çəkilir. Yaxud lotereya təbliğ edən plakatda “2.500 manata udmaq olar” sözlərindən sonra maşın, fotoaparat və s. əşyaların şəkilləri verilir. Bunlar piktoqrafik yazı nümunələridir. Kimya dərslərində istifadə olunan işarələr isə ideoqrafik yazı nümunələridir. Çünki bunlar müəyyən sözlərlə ifadə olunur. Məsələn H – hidrogen, N2O – su, NaCl – xörək duzu sözlərini bildirir.
3. AZƏRBAYCAN DİLİ ANLAYIŞI. ONUN TÜRK DİLLƏRİ AİLƏSİNDƏ YERİ VƏ MORFOLOJİ QURULUŞU.
Azərbaycan dili azərbaycanlıların ana dilidir. Respublikamızda 8 milyona qədər, Cənubi Azərbaycanda 23 milyondan çox adam bu dildə danışır. Bundan başqa müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar ana dili kimi bu dili işlədirlər. Bütövlükdə bu dil 35 milyondan çox azərbaycanlıya xidmət göstərir. Azərbaycan dili Azərbaycan Respublikasında yaşayan, bu torpağın qədim sakinlərindən sayılan talış, tat, ləzgi, kürd, udi, saxur və başqa azsaylı xalqların ümumi ünsiyyət vasitəsidir. Respublikamızda yaşayan rusların, gürcülərin də xeyli qismi bu dili bilir.
ABŞ-da “Amerikanın səsi”, Avropada “Azadlıq” radiosu azərbaycanca verilişlər aparır. Bu dil respublikamızda 12 boyabr 1996-cı il səsverməsi ilə konstitusiyada Azərbaycan dili kimi təsbit olunmuşdur.
Yarandığı ilk dövrlərdə dünya dilləri çox az sayda olub. Zaman keçdikcə bu dillər arasında bölünmə getmiş, bir dildən onlarla yeni dil formalaşmış və formalaşanların da hər birindən sonralar yenə başqa dillər əmələ gəlmişdir. Beləliklə, bu gün dünyada 3.500-dən çox dil var (əlbəttə, bu törəmə prosesi ilə yanaşı, həm də onlarla dil ölmüşdür). Bir kökdən törəyən dillər qohu dillər sayılır. Qohum dillərin hamısına birlikdə bir dil ailəsi deyilir. Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur.
Qohum dillərin yaranması bir ağacın qol-budağa ayrılması kimidir. Məsələn, qədim ulu türk dili bu dillərə (şaxələrə) ayrılır: oğuz dili, qıpçaq dili, qarluq dili və s. Növbəti mərhələdə bu budaqlar da cavan qollara (dillərə) ayrılır.
Oğuz dilindən (budağından) türkmən dili, qaqauz dili, Azərbaycan dili və Türkiyə türkcəsi törəyir; qıpçaq dilindən (budağından) qazax, qırğız, tatar, başqırd, qumuq və s. dillər yaranır; qarluq dilindən (budağından) özbək, uyğur, salur və s. dillər meydana gəlir.
Bu bölünmə (şaxələnmə) milli dillər yaranana qədər davam edir. Dil şaxələrinə dil qrupları da deyilir. Yəni Azərbaycan dili, türkmən dili qaqauz dili, Türkiyə türkcəsi oğuz qrupunu təşkil edir.
Təbii ki, ayrılma vaxtı nisbətən yaxın olduğu üçün eyni budaqdan (qrupdan) olan dillərin lüğət tərkibi, fonetik və qrammatik quruluşları bir-birinə daha yaxın olur. Ona görə də bir qrupdan (budaqdan) olan dillərdə danışanlar bir-birlərini yaxşı başa düşürlər. Əlbəttə, bir qrupun dillərinin ayrılma vaxtının yaxınlığını çox müxtəsər düşünmək olmaz. Bu vaxt minilliklərlə ölçülür. Məsələn, oğuz qrupundan olan dillərin formalaşması eramızın birinci minilliyində başa çatır.
Yəni bugünkü Azərbaycan dilinin fonetik sistemi, əsas lüğət fondu və qrammatik quruluşu artıq ilk orta əsrlərdə (birinci minillikdə) təşəkkül tapmışdı. Bu, Azərbaycan xalqının varlığı demək idi.
Dillərin qohumluq prinsipindən başqa, bir də tipoloji bölgüsü var. Bu bölgüdə dildəki sözlərin morfoloji quruluşu əsas götürülür.
Bu baxımdan dünya dilləri bir neçə qrupa ayrılır. Bəzilərində, ümumiyyətlə, şəkilçi yoxdur və sözün kökü dəyişmir – belə dillərə kök dillər deyirlər. Başqa qrup dillərdə həm sözün kökü içəridən dəyişir, həm də şəkilçi sözün müxtəlif yerlərində (əvvəlində, axırında) gəlir. Belə dillər flektiv dillər adlanır.
Azərbaycan dilində (həmçinin bütün türk dillərində) sözün kökü sabit qalır, həmişə müstəqil lüğəvi mənaya malik olur. Həm də dilimizdə şəkilçilər (istər sözdüzəldici, istərsə də sözdəyişdirici) bir qayda olaraq söz kökündən sonra gəlir. Belə dillər iltisaqi (aqqlütinativ) dillər adlanır.
Əlbəttə, iltisaqilik tələblərini bir qanun kimi türk mənşəli sözlər yerinə yetirir. Məlumdur ki, dilimizdə çoxlu alınma sözlər var. Bu sözlər ya ərəb və fars dillərindən, ya da rus və Avropa dillərindən alınmışdır. Həmin dillər morfoloji quruluşca başqa tipdən olduqlarına görə, onlardan alınan sözlər bəzən iltisaqilik prinsipindən kənara çıxır. Məsələn, sözünəvvəlinə də şəkilçi artırılır:
ərəb və fars mənşəli sözlərdə: la-qeyd, na-məlum, bi-vəfa, ba-məzə;
Rus-Avropa sözlərində: anti-faşist, a-normal.
Belə sözlərdə bəzən şəkilçini ayırarkən kök məna vermir: məsələn, Rus-Avropa mənşəli sözlərdə: bioloji, frazeologiya sözlərində -loji və -logiya hissələri şəkilçidir, onları götürəndə bio və frazeo sözləri dilimizdə müstəqil söz kimi işlənə bilmir.
Ərəb-fars mənşəli sözlərdə: mənəvi və lüğəvi sözlərində -vi şəkilçisi aşkarca seçilir, ancaq dilimizdə mənə və lüğə sözləri yoxdur.
Əslən öz dilimizə məxsus bir neçə söz də bu baxımdan istisna təşkil edir. Məsələn, dinc və kişi xalis türk mənşəli sözlərdir. Ancaq bunlara –na ön şəkilçisi artırıla bilir: na-dinc, na-kişi.
Yaxud alçal, alçaq sözündə -l və -q, kiçik, kiçil sözündə -k və -l şəkilçidir, ancaq dilimizdə alça və kişi adda müstəqil köklər olmadığından alçal-alçaq; kiçik-kiçil lüğəvi vahidləri sadə söz kimi qiymətləndirilir. Belə sözlərdə hələ morfoloji sabitlik yaranmayıb. Dilimizdə bu tipli sözlər olduqca azdır. Təbii ki, on minlərlə sözün tərkibindəki belə 3-5 istisna hal dilin ümumilikdə iltisaqilik prinsipini pozmur.
4. DİL VƏ MƏDƏNİYYƏT. DİL VƏ XALQIN TARİXİ. AZƏRBAYCAN DİLİ MİLLİ VƏ DÖVLƏT DİLİ KİMİ.
İctimai hadisə olan dil başqa ictimai hadisələrlə qarşılıqlı əlaqədə inkişaf edir. Dil müstəqil inkişaf qanunlarına malik olsa da, cəmiyyətin bütün sahələrindəki dəyişikliklərə, geriləmə və irəliləyişlərə reaksiya verir. Müəyyən köhnəliklərlə bağlı dilin lüğət tərkibində bir sıra sözlər arxaikləşir. İstehsalın, sənayenin, elmin, texnikanın, bütövlükdə mədəniyyətin inkişafı yeni anlayışların yaranmasına səbəb olur ki, bunlar da dil vasitəsilə ifadə olunur.
Mədəni inkişaf geniş anlayışdır, cəmiyyətin bütün sahələrini əhatə edir. İnsanların bütün yaradıcılıq və fəaliyyət sahələri özünəməxsus mədəni davranışla müşayiət olunur. Adi məişət və ailə səviyyəsində də, yüksək əqli-intellektual inkişafda da mədəniyyət nizamlayıcı bir faktordur. Təsadüfi deyil ki, dildə mədəniyyət anlayışı ilə bağlı çoxlu ifadələr var: əmək mədəniyyəti, iş mədəniyyəti, istirahət mədəniyyəti, məişət mədəniyyəti, siyasi mədəniyyət, dövlətçilik mədəniyyəti, dil mədəniyyəti, nitq mədəniyyəti, danışıq mədəniyyəti, yazı mədəniyyəti, musiqi mədəniyyəti, teatr mədəniyyəti, hərbi mədəniyyət, idman mədəniyyəti, demokratik mədəniyyət və s. Mədəni inkişaf dildə yeni terminlərin yaranmasını şərtləndirir. Bu, dilin lüğət tərkibinin zənginləşməsi deməkdir. Müasir radio-televiziyanın kütləviləşməsi xalqda nitq mədəniyyətinin yüksəlməsinə ciddi təsir göstərir. Cəmiyyətdə insanların mədəni səviyyəsinin qalxması ədəbi dilin sferasını, fəaliyyət dairəsini genişləndirir, ədəbi dilin orfoqrafik, orfoepik və qrammatik normalarını möhkəmləndirir. Nəticədə dialektin sosial işlənməsi məhdudlaşır. İnsanların ümumi mədəni səviyyəsinin inkişafı elmin genişlənməsini şərtləndirir. Bununla da ədəbi – kitab dili ilə xalq danışıq təzahürünün yaxınlaşması, özünəməxsus şəkildə sintezi gedir və bu prosesin nəticəsi kimi dilimizdə bu gün xüsusi elmi-kütləvi üslub deyilən nitq forması müəyyənləşir. Uluslararası mədəniyyətlərin yaxınlaşması ilə müasir dilimizdə alınma sözlərin yeni dalğası görünür – bu alınma lüğətdə elmi-texniki və idman terminləri xüsusi seçilir.
Beləliklə, dilin inkişafı xalqın tarixi ilə bilavasitə bağlıdır. Bu bağlılığı iki istiqamətdə görmək mümkündür. Biri odur ki, bir dövlətin ərazisində qohum tayfaların birləşməsi nəticəsində xalq formalaşdığı kimi, bu tayfaların dili də (buna dialekt dili deyirlər, yəni dialekt tayfa dilinə bərabərdir) qarışaraq – sintezləşərək həmin xalqın dilinə çevrilir. Məsələnin başqa tərəfi odur ki, müəyyən mədəni-tarixi hadisələrin aydınlaşmasında dil faktları mühüm rol oynayır. Fransız dilçisi Vandriyes (1875-1960) belə bir fikri var ki, xalqın tarixinin öyrənilməsində dil faktı ən mötəbər tarixi sənəddən daha etibarlıdır. Məsələn, Midiyanın aparıcı tayfasının adı mak olmuşdur və bu söz qədim türkcədə ilan mənasını bildirir. İlan midiyalıların totemi olduğu üçün dövlətin baş tayfasına onun adı verilmişdir. Midiya dövlətinin Şərq mənbələrindəki adı Maktadır. Sözün şərhi belədir: mak (tayfanın adı) + ta (yer anlayışı ifadə edən qrammatik əlamət) – yəni makların yaşadığı yer Xalqın tarixini aydınlaşdıran belə sözlər çoxdur.
Dilimizdə ərəb və fars sözlərinin işlənməsi Azərbaycan xalqının tarixən həmin xalqlarla olmuş əlaqəsinin nəticəsidir. Məsələn, bu islam dinini qəbul etdikdən sonra türkcə uçmaq, damu, Tanrı, yalavac sözlərinin əvəzinə müvafiq olaraq cənnət, cəhənnəm, Allah, peyğəmbər isimləri işlənməyə başlamışdır. Yaxud rus imperiyasının işğalı ilə XIX əsrdən Azərbaycan dilində rus və Avropa dillərinin sözləri istifadə olunmuşdur.
Dil faktları xalqın mədəni-tarixi səviyyəsi haqqında aydın məlumat verir. Məsələn, XI əsr uyğur ədəbiyyatının kamil nümunələrindən biri “Qutadğu bilik” (“Xoşbəxtlik elmi”) poemasında hökmdara, yüksək rütbə sahibinə “sən” yerinə “siz” deyilir (uyğurlar türk xalqlarından biridir). Halbuki məşhur Roma imperatoru Sezara hər yerdə “sən” deyə müraciət olunur. XI əsrin böyük alimi Mahmud Qaşğarlı yazırdı ki, türk və ərəb dilləri atbaşı (yəni bərabər) gedir. Bu, türkcınin ərəbcə nazil olmuş Quranın dili ilə bir səviyyədə olmasını göstərir. Quranın İxlas surəsinin “Dədə Qorqud” kitabındakı Azərbaycan türkcəsinə tərcüməsi həmi fikri əyani təsdiqləyir. Konstitusiyanın 21-ci maddəsində yazılır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. (Azərbaycan Respublikasının konstitusiyası. 1996, s.10). Bu o deməkdir ki, Azərbaycan Respublikasının bütün dövlət orqanlarında yazılı və şifahi əlaqə işləri Azərbaycan dilində aparılacaqdır. Həmin prosesin ardıcıllığına dövlət təminat verir. Bu o deməkdir ki, dövlət idarələrində vəzifə tutan müxtəlif xalqların nümayəndələri öz işlərini məhz Azərbaycan dilində icra edəcəklər. Yenə Konstitusiyada yazılır: “Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir” (yenə orada, s.11). Deməli, dövlət dilinin vahidliyi həm də öz demokratizmi ilə səciyyələnir. Belə ki, respublikamızda yaşayan azsaylı xalqların, etnik qrupların nümayəndələri öz aralarında, məişətdə, həyatlarının müxtəlif sahələrində öz ana dillərində ünsiyyət saxlamaq hüququna malikdirlər; öz dillərində və istənilən başqa dillərdə təhsil almaq hüquqları var.
5. AZƏRBAYCAN DİLİNİN QURULUŞU. FONETİKA. FONEM ANLAYIŞI.
Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.
Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]
Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: saitlər, samitlər.
Saitlər ağız boşluğunda sərbəst və maneəsiztələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazlasəslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.
Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.
Saitlərin bölgüsü
Dilimizdə 9 sait səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var.
1. Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:
Qalın saitlər: [a], [ı], [o], [u]
İncə saitlər: [e], [i], [ə], [ö], [ü]
2. Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:
Qapalı saitlər: [ı], [i], [u], [ü]
Açıq saitlər: [a], [e], [ə], [o], [ö]
Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. (Buna görə də onlara dar saitlər də deyilir). Bu saitləri asan yadda saxlamaq üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri (-çi, -çi, -çu, çü,-lıq,-lik,-luq, -lük və s) yadda saxlamaq lazımdır. belə şəkilçilərin tərkibində qapalı saitlər iştirak edir. Açıq saitlərin tələffüzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen saitlər də deyilir).
3. Dodaqların vəziyyətinə görə:
Dodaqlanan saitlər [o], [ö], [u], [ü]
Dodaqlanmayansaitlər: [a], [e], [ə], [ı], [i].
Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır. Dodaqlanmayan saitlərin tələffüzündə isə bu hal baş vermir.
Sait səslərin növlərini aşağıdakı cədvəldə daha aydın şəkildə görmək olar:
Bəzi saitlərin uzun tələffüzü
Dilimizdə, əsasən, ərəb mənşəli bir sıra sözlər var ki, onlarda bəzi saitlər bir qədər uzun tələffüz olunur.
Məsələn: Arif, alim, Sabir, şikayət, əfsanə sözlərindəki [a:] səsi; Etibar, elan, nemət sözlərindəki [e:] səsi;möcüzə, , şölə, mötəbər sözlərindəki [ö:] səsi; məna, bəzi, tətil sözlərindəki [ə:] səsi uzun tələffüz olunur. Goründüyü kimi, [e], [e], [ö] saitlərinin uzun tələffüz edildiyini bildirmək üçün yazıda çox vaxt bu saitlərdən sonra apostrof(çixarılıb) isarəsi qoyulur.
Bezi sözlərdə [i], [u] və [o] saitləri də uzun tələffüz olunur. Məsələn: vəsiqə, həqiqət, zinət sözlərində [i] saiti;Füzuli, musiqi, xüsusi sözlərində [u] saiti uzun tələffüz olunur. Dovşan, sonra, dovğa, lovğa və s. kimi sözlərdə [o] saiti uzun tələffüz olunur. belə sözlərdə o hərfindən sonra gələn v samiti (bəzən də n samiti) tələffüzdə düşür [do:vşan], [so:ra], [lo:ğa] Eyni hal tövbə, lövbər, bənövşə və s. kimi sözlərin tələffüzündə də baş verir :[tö:bə], [l:.bər], [bə:növşə].
Dilimizdəki [1] və [ü] saitləri isə uzun tələffüz olunmur.
Похожие статьи
-
Azərbaycan dili toplu 2 hisse suallar
G. Ahmedzade ♫ ♩ ♬ Elmin, texnikanın inkişafı ilə əlaqədar yaranan yeni anlayışların adlarını ifadə edən sözlər yeni sözlər, yaxud neologizmlər adlanır….
-
Azərbaycan dilinin morfoloji quruluşu
Türk dilləri ailəsi. Azərbaycan dilinin morfoloji quruluşu Piktoqrafik yazıdan sonra fikri (ideoqrafik) yazı ortaya çıxmışdır. Bu yazıda da fikir şəklin…
-
My site -> Son səsi (x) və ya (ğ) kimi tələffüz olunan çoxhecalı sözlər “q” ilə yazılır. Həmin sözlərə saitlə başlanan şəkilçilər qoşulduqda “q” samiti…
-
Azərbaycan dilli toplu 2 hisse suallar
Azərbaycan dili test toplusu 2-ci hissə Danışıq vaxtı b ə zi sözl ə rin asan t ə l ə ffüz olunması üçün onların s ə s t ə rkibi d ə yişir v ə bel ə sözl…
-
N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik Məlum olduğu kimi, ahəng qanunu sözdə qalın və incə saitlərin bir-birini izləməsi…
Comments are closed, but trackbacks and pingbacks are open.