Cildlik Azərbaycan dilçiliyi müntəxəbatı
neyrolinqvistika, etnolinqvistika, psixolinqvistika və uşaq dilçiliyi kimi yeni elm sahələri
Azərbaycanda ümumi dilçilik dərsləri – Nizami CƏFƏROV yazır – Nizami CƏFƏROV
Dil haqqında elmin tarixini yazının meydana çıxdığı dövrlərdən başlamaq, əlbəttə, ona görə tamamilə özünü doğruldur ki, ən qədim dilçilər şifahi nitqi bu və ya digər miqyasda üzvlərinə ayıraraq yazılı nitqə çevirmişlər. Və bu, dilin (daha doğru olar ki, deyək: nitqin) quruluşu barədə müəyyən təsəvvürlərin yaranmasına elə əhəmiyyətli təkan vermişdi ki, sonralar dil barəsindəki elm, bir qayda olaraq, şifahi deyil, yazılı nitqin tədqiqinə əsaslanmalı olmuşdur.
Ferdinand de Sössür XX əsrin əvvəllərində “Ümumi dilçilik kursu”nda deyirdi:
“Dilçilik özünün əsl və yeganə obyektinin nə olduğunu dərk edənə qədər üç ardıcıl inkişaf mərhələsindən keçmişdir.
Dilçiliyin əsası, əgər belə demək mümkünsə, “qrammatika” ilə qoyulmuşdur. Əvvəlcə yunanlarda meydana çıxan, sonra əsas etibarilə Fransada inkişaf edən bu fənn məntiqə əsaslandığı üçün dilə elmi və obyektiv baxışdan məhrum idi.
. Sonralar filologiya meydana çıxdı. Onun məqsədi, hər şeydən əvvəl, mətnləri izah və şərh etməkdir.
. Üçüncü mərhələ dilləri bir-birilə müqayisə etmək imkanının kəşfi ilə başladı. Lakin təkcə müqayisə ilə düzgün nəticələrə gəlib çıxmaq olmaz”.
Məsələ burasındadır ki, dilçilik, demək olar ki, bütün tarixi boyu dil ətrafında “dolanaraq” həm praktik müşahidələri, həm də az-çox nəzəri mühakimələri ilə bu və ya digər səviyyədə “dil nədir” sualına cavab verməli olmuşlar. Və əslində, dilin nə olduğu məsələsinə müdaxilə edən digər elmlər içərisində dil haqqındakı elmin mövqeyini, ilk növbədə, “dil nədir” sualına verdiyi cavabın nə dərəcədə əsaslı olub-olmaması müəyyənləşdirmişdir.
Elmi dilçiliyin meydana çıxdığı XIX əsrin əvvəllərindən ta XX əsrin əvvəllərinə qədər “dil nədir” sualına verilmiş ən mötəbər cavabları nəzərdən keçirsək görərik ki, onların biri digərini, prinsip etibarilə, istisna etmir:
“Dil – fikir formalaşdıran orqandır. Tamamilə ruhi, dərinliklərinə qədər daxili və heç bir iz qoymadan keçən əqli fəaliyyət nitq səsləri vasitəsilə maddiləşir və hissi qavrama üçün əlçatan olur. Ona görə də təfəkkür fəaliyyəti və dil qırılmaz şəkildə əlaqədə təqdim edilir. Dil xalq ruhunun, sanki xarici təzahürüdür; xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir – bundan daha çox eynilik təsəvvür etmək çətindir. Dil ruhun elə bir davamlı fəaliyyətini təqdim edir ki, həmin fəaliyyət səsi, nəticə etibarilə, fikrin ifadəsinə çevirə bilsin” (Vilhelm fon Humboldt).
“Dil fikrin səsli ifadəsidir, səslərdə təzahür edən təfəkkür prosesidir” (Avqust Slayxer).
“Dil. dərk olunmuş daxili, psixi və ruhi hərəkətlərin vəziyyət və münasibətlərinin tələffüz olunan səslər vasitəsilə ifadəsidir” (Haynrix Ştayntal).
“Dilin mahiyyəti ünsiyyətlə müəyyən olunur” (Hüqo Şuxardt).
“Dil ruhi ifadədir. Dilin tarixi ifadənin ruhi formalarının, eyni zamanda, sözün ən geniş mənasında incəsənətin tarixindən başqa bir şey deyil” (Karl Fossler) və b.
“Dil nədir” sualına dilçilik ən çox maraq doğuran cavabı Ferdinand de Sössürün şəxsində XX əsrin əvvəllərində verdi. Dahi dilçi, hər şeydən əvvəl, insanın nitq fəaliyyətində dillə nitqi bir-birindən fərqləndirərək dilçiliyin yeganə obyektinin o zamana qədər əsasən “dil” adı altında sinkretik (mücərrəd) şəkildə öyrənilən hadisə deyil, “iyerarxik işarələr sistemi” olduğunu sübut etdi. Və bu kəşf tezliklə ən azı üç struktur dilçilik məktəbinin – Praqa funksional dilçiliyinin, Amerika deskriptivizminin və Kopenhagen qlossematikasının yaranmasına gətirib çıxardı.
Azərbaycanda ümumi dilçiliyin öyrənilməsinə 1919-cu ildə Bakı Dövlət Universitetinin (və onun tərkibində Ümumi dilçilik kafedrasının) yaradılması ilə başlanılmışdır. “Dilçiliyimizin məbədi (BDU-nun Ümumi dilçilik kafedrasının tarixi)” kitabının müəllifi professor Adil Babayev göstərir ki, “Ümumi dilçilikdən dərs deyən V.B.Tomaşevskinin, M.V.Belyayevin, P.O.Piloşevskinin xidmətlərini kiçiltmədən demək olar ki, onlar bu fənn üçün. B.Çobanzadə və başqaları qədər can yandırmamışlar. Bəkir Çobanzadə Bakıya gələn kimi 1924-cü ildə türkologiyada ümumi dilçiliyə aid “Türk- tatar lisaniyyatına mədxəl”. yarada bildi”.
Professor Bəkir Çobanzadə “Mədxəl”də dilçiliyin mövzusu, vəzifələri və üsulları barədə bəhs edərkən yazır:
“Lisan elmində tədqiq mövzusu insanların nitqi, lisanıdır. Lisan isə ən ümumi və geniş mənada hiss və fikirlərimizi ifadə edən işarətlərin öylə bir məcmusudur ki, bunları hassələrimiz vasitəsilə fəhm və tələqqi etmək və eyni zamanda, iradəmizlə təkrar istehsal etmək mümkün olur”.
“. Lisaniyyat lisanın hadisələrini keçmiş və şimdiki – əgər bu sonuncusu var isə – dövrləri arasındakı təbəddüllər nöqteyi-nəzərindən çarpışdırmaq, qarşılaşdırmaq üsulunu tutduğundan lisaniyyatın üsulu bu təqdirdə müqayisə üsulu olmuş olur. Ancaq hər hankı bir dilin ömrü boyunca keçirdiyi dürlü dövrləri, onun şivələrini və nəhayət, nəşət etdiyi ana dili bir-birilə müqayisə etmək təriqilə bu lisanın ömründə təbəddül və təkamülündə hökm etmiş olan ruhi və üzvi qanunları bulub çıxarırız və bu surətlə qarşımızda bir-birini təqib edən müxtəlif dövrlərin geniş lövhəsi açılır ki, bu lövhədə artıq insanın ən əsrarəngiz, ən tilsimli bir şeyi olan lisanın taleyi açıqcasına gözümüz önündə tərəssüm edər.
İştə bu surətlə lisaniyyat elminin başlıca əsası bir-birinə yaxınlığı, qərabəti olan lisanların tarixi müqayisə üsulu ilə tədqiqidir. Digər tərəfdən, yalnız bir-birinə yaxın olan lisanlar deyil, ümumiyyətlə yer üzündə mövcud olan bütün lisanların təşəkkülatı, üzviyyəti arasında pək çox müsavi və müşabihə nöqtələr bulunduğundan bir-birinə yaxın olmayan lisanları bir-birilə müqayisə etmək lisaniyyat elminin ən əsaslı tələblərindən biridir”.
“Mədxəl”in nəşrindən bir neçə il keçmiş Sovet İttifaqında ümumi dilçiliyi akademik Nikolay Yakovleviç Marrın “dilçilikdə yeni təlim”i əvəz etdiyindən müqayisəli-tarixi araşdırmalar qadağan olunur. Və XX əsrin 40-cı illərinin axırlarında aparılan dilçilik müzakirələrindən sonra dövlət başçısı İ.V.Stalin təxminən iyirmi beş illik bir dövrdə sovet dilçiliyində marksizmi təmsil etmiş “yeni təlim”i məhz antimarksizmdə ittiham elədi.
Və beləliklə, sovet dilçiliyi 1950-ci illərdən etibarən ümumi dilçilik nəzəriyyələrini “əlifba”dan öyrənmək məcburiyyəti altında qaldı.
Adil Babayev yazır:
“1961-ci ildə ümumi dilçilik kafedrasının dosenti (sonra professoru) N.N.Məmmədov 1945-ci ildən oxumağa başladığı mühazirələr əsasında “Dilçiliyin əsasları” adlı dərsliyini nəşr etdirdi. Bu əsər Azərbaycan dilçiliyində B.Çobanzadənin “Mədxəl”indən sonra ilk hadisə idi”.
Sovet ideologiyasının üzvi tərkib hissəsi olan sovet, eləcə də Azərbaycan sovet dilçiliyi 60, 70 və 80-ci illərdə demək olar ki, heç bir ümumi dilçilik təlimi yarada bilmədi. Həmin illərdə tərtib olunmuş ümumi dilçilik dərsliklərində aparıcı “metod” dünyada az-çox geniş yayılmış ümumi dilçilik nəzəriyyələrinin məhz sovet ideologiyası mövqeyindən “tənqidi şərh”indən ibarət idi ki, həmin “şərhlər”, bir qayda olaraq, məsələn, Vilhelm fon Humboldt, Ferdinand de Sössür, Leonard Blumfild, Lui Yelmselev. kimi dahi dilçilərin dil haqqındakı mülahizələrini çox hallarda təhrif edirdi. Bu baxımdan Azərbaycanda, ümumən müttəfiq respublikalarda vəziyyətin daha acınacaqlı olduğunu xüsusi qeyd etmək lazımdır. Hər şeydən əvvəl ona görə ki, dünya dilçiliyi klassiklərinin əsərləri nəinki müttəfiq respublika xalqlarının dillərinə (o cümlədən Azərbaycan dilinə), eləcə də əksəriyyəti rus dilinə tərcümə edilmədiyinə görə ən populyar nəzəriyyələri belə, ilk mənbədən öyrənmək mümkün deyildi.
Dilçilik elmi biri digəri ilə əlaqədar olan (və tarixi ardıcıllıqla biri digərindən törəmiş) üç sahəyə, yaxud səviyyəyə ayrılır ki, onlardan birincisi xüsusi dilçilik, ikincisi müqayisəli dilçilik, üçüncüsü isə ümumi dilçilikdir.
Xüsusi dilçilik konkret bir dili öyrənir; məsələn, Azərbaycan dilçiliyi, rus dilçiliyi, ingilis dilçiliyi və s. Lakin nəzərə almaq lazımdır ki, bu ifadə-terminlər hər hansı bir dili (müvafiq olaraq Azərbaycan dili, rus dili, ingilis dili və s.) öyrənən elmi bildirməklə yanaşı, Azərbaycanda, Rusiyada, İngiltərədə və s. aparılan dilçilik araşdırmalarının ümumi vəziyyətini də göstərə bilir; belə ki, “Azərbaycan dilçiliyi” dedikdə Azərbaycanda rus, ingilis, ərəb və s. dilçiliyi də başa düşülür. Əlbəttə, “xüsusi dilçilik” anlayışına həmin ifadə terminlərin birinci mənası aiddir.
Dil haqqında elmin məhz bir dilin öyrənilməsindən – xüsusi dilçilikdən başlaması, prinsip etibarilə, heç bir şübhə doğurmur. Və dilçiliyin tarixi göstərir ki, dil barəsindəki ilk az-çox təsəvvürlər ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik, üslubi xüsusiyyətləri üzərində aparılmış müşahidələrdən yaranmışdır. Dilçiliyin sonrakı səviyyələri təşəkkül tapandan sonra da xüsusi dilçilik nəinki öz aktuallığını itirmiş, əksinə, ayrı- ayrı dillərin daha dərindən tədqiqi üçün geniş nəzəri-metodoloji imkanlar meydana çıxmışdır.
Müqayisəli dilçilik iki və ya daha çox dilin müqayisəli öyrənilməsinə əsaslanmaqla bir-birindən fərqli iki sahəyə ayrılır:
1) müqayisəli-tarixi dilçilik,
2) müqayisəli-tipoloji dilçilik.
Müqayisəli-tarixi dilçilik eyni mənşəli dillərin müqayisəli araşdırılması ilə məşğuldur. Və bu müqayisənin əsas məqsədi praformaları (bir neçə qohum dil üçün tarixən ortaq olmuş dil quruluşu modelləri) bərpa etmək, nəticə etibarilə, pradil (ulu dil) barəsində mümkün qədər aydın təsəvvür yaratmaqdan ibarətdir.
Müqayisəli-tipoloji dilçilik qohum olmayan dilləri müqayisəli araşdırmaqla dil tiplərinin səciyyəvi əlamətlərini aşkarlayır.
Ümumi dilçilik həm xüsusi, həm də müqayisəli dilçiliyin uğurlarına əsaslanaraq dil haqqında elmi keyfiyyətcə yeni səviyyə yüksəldir. Hər şeydən əvvəl o mənada ki, hər iki dilçilik səviyyəsinin problemlərini özündə ehtiva edən ümumi dilçilik həmin problemlərə dil adlandırılan hadisənin mahiyyəti, ən ümumi qanunauyğunluqları baxımından yanaşmaqla universal prinsiplər müəyyənləşdirməyə çalışır. Həmin prinsiplərin nə dərəcədə əsaslı olub-olmamasına isə müxtəlif dilçilik məktəbləri, təlimləri, nəzəriyyələri arasındakı polemik münasibət münsiflik edir.
Heç şübhəsiz, ümumi dilçilik dərslərində dilçiliyin bütün problemlərini əhatə etmək mümkün deyil, bununla belə, dil haqqında elmin əsaslarını təşkil edən elə fundamental mövzular vardır ki, onlar diqqət mərkəzində dayanmalıdır. Yeri gəlmişkən, ümumi dilçilik mütəxəssislərinin əsərlərində ümumi dilçiliyin bu və ya digər probleminə həmin mütəxəssisin maraq dairəsindən asılı olaraq az, yaxud çox diqqət yetirməsinə tez-tez rast gəlinir. Ancaq mümkün qədər mükəmməl şərh təcrübəsi göstərir ki, aşağıdakı məsələlər ilk növbədə əhatə olunsun: dilçiliyin tarixi; dilin mahiyyəti, quruluşu (strukturu); dil və cəmiyyət; nitqin normaları, funksional üslub texnologiyaları; dilin tarixi; dil əlaqələri; dillərin təsnifi və nəhayət, dilçiliyin metodları.
Akademik Ağamusa Axundovun neçə on illərdir ki, Azərbaycan ali məktəblərində ümumi dilçilik problemlərinin yüksək səviyyədə tədrisinə uğurla xidmət edən “Ümumi dilçilik” dərsliyində həmin problemlər üç qrupda birləşdirilir: dilçiliyin 1) tarixi, 2) nəzəriyyəsi və 3) metodları. Bu isə ona gətirib çıxarır ki, dilçiliyin tarixi, xüsusilə ayrı-ayrı dilçilik klassiklərinin nəzəriyyələri izah olunarkən nəzərdən keçirilən məsələlər bir də həm dilçilik nəzəriyyəsində, həm də dilçiliyin metodlarında istər-istəməz təkrar edilir.
Ali təhsilin bakalavr pilləsində iki ümumi dilçilik fənninin (dilçiliyə girişlə ümumi dilçiliyin) keçilməsi də metodiki baxımdan özünü doğrultmur. Və daha yaxşı olardı ki, yuxarı kurslarda yalnız bir fənn – ümumi dilçilik tədris olunsun. Fikrimizcə, bu fənnin strukturu və ya problematikası indiki dilçiliyə girişlə indiki ümumi dilçiliyin mövzularını keyfiyyətcə birləşdirməlidir. Vaxtilə həmin məsələni akademik Afad Qurbanov qaldırmış, özünün kifayət qədər populyar dərsliyini də “Ümumi dilçilik” adlandırmışdır. Lakin qeyd etmək lazımdır ki, Afad müəllimin dərsliyində təfərrüata həddindən artıq yer verilir. Və bu təfərrüat elə bir miqyas alır ki, müəllif həddindən artıq materialist mövqedən ümumi dilçilik klassiklərinin, demək olar ki, bütün nəzəriyyələrini “saf-çürük” etdiyindən dil haqqında elmin ümumi dilçilik sahəsi və ya səviyyəsinin ümumən metodiki taleyi həmin interpretasiyada, prinsip etibarilə, havadan asılı qalır.
Heç şübhəsiz, 50, 60 və 70-ci illərdə dünya dilçiliyini dünyadan geri qalmış rus-sovet dilçiliyinin özünəməxsus (çox hallarda vulqar materialist) şərh texnologiyaları əsasında mənimsəyən Azərbaycan dilçilərinin ilk mənbələrdən uzaq ümumi dilçilik dərsləri müasir dövrün tələblərinə cavab verə bilməz.
Ali təhsilin magistratura pilləsinə gəldikdə isə burada ümumi dilçiliyin öyrədilməsinə diferensial yanaşılmalı, başqa sözlə, dilçiliyin tarixi, dil nəzəriyyəsi (hətta mühüm dilçilik nəzəriyyələri, təlimləri, məktəbləri), dilçiliyin tədqiqat metodları ayrı-ayrılıqda tədris edilməlidir.
Məlum olduğu kimi, ümumi dilçilik, ilk növbədə, hind-Avropa dillərinin müqayisəli- tarixi tədqiqinin nəticəsi olaraq formalaşmışdır. Lakin düşünmək olmaz ki, ümumi dilçiliyin mövcud elmi-nəzəri prinsipləri digər dil ailələrinin, yaxud dillərin tədqiqinə ümumiyyətlə yaramır. Əvvəla ona görə ki, ümumi dilçiliyin ən müxtəlif mənşəli dillərin öyrənilməsi sahəsində artıq zəngin metodoloji təcrübə vardır; ikincisi isə unutmaq olmaz ki, ümumi dilçilik ümumən dili öyrənir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Üçcildlik Azərbaycan dilçiliyi müntəxəbatı
Beləliklə, bu dövrlərdə Azərbaycan dilçiliyi bir elm kimi tam formalaşa bildi.
Dilçiliyimizin eninə və dərininə inkişafı həmin dövrləri səciyyələndirən ən başlıca
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və
ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası
Prezidentinin sərəncamında deyildiyi kimi, “1945
ci ildə Azərbaycan Elmlər Akademiyası
təşkil olunduqdan sonra Azərbaycan dilçiliyi yeni mərhələyə qədəm qoydu. 1969
müstəqil Dilçilik İnstitutunun fəaliyyətə başlaması ilə dilşünaslıq elmimizin sürətli inkişaf
yolu tutaraq ardıcıl şəkildə müvəffəqiyyətlər qazanması
üçün möhkəm zəmin yarandı”.
Bununla belə, Azərbaycan dilçiliyinin həllini tapmamış
problemləri də mövcuddur. Bu problemlərdən biri də
Azərbaycan dilçiliyi tarixindən ayrılmaz olan dilçilik
müntəxəbatının hazırlanması və nəşri məsələsidir.
Müntəxəbatın indiyə kimi olmaması ancaq təəssüf doğura
Artıq üçcildlik “Azərbaycan dilçiliyi müntəxəbatı”
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin
ci il tarixli sərəncamına əsasən nəşr
olunmuşdur. Müntəxəbatlar Azərbaycan xalqının üm
lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr
edilmişdir. Qeyd edək ki, müntəxəbatlar akademik
K.M.Abdullayevin rəhbərliyi altında, filologiya elmləri doktoru, professor F.Y.Veysəllinin
ümumi redaktəsi ilə nəşr edilmişdir. I cildin tərtibçisi, izah və şərhlərin müəllifi, filologiya
elmləri üzrə fəlsəfə doktoru T.Quliyev, II cildin tərtibçisi, izah və şərhlərin müəllifləri
filologiya elmləri doktorları, professorlar S.Mehdiyeva, S.Sadıqova və İ.Tahirov
tərtibçisi, izah və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor İ.Kazımovdur. Nəşrin
hazırlanmasında redaktə işlərini filologiya elmləri doktoru professor M.Mahmudov, filologiya
elmləri üzrə fəlsəfə doktoru, dosent E.İnanç, professor S.Sadıqova və İ.Tahirov yerinə
yetirmişlər. Mətnlərin toplanmasında filologiya elmləri doktoru, professor İ.Məmmədlinin də
əməyini qiymətləndirmək olar.
Hər üç cilddə “Ön söz” verilmiş, burada Azərbaycan dilçiliyinin dünəni, bu günü izah
olunmuş və sabahı proqnozlaşdırılmışdır. Eyni zamanda Kamal Abdullayev və Fəxrəddin
Veysəllinin yazdıqları “ön söz”də dilimizə və dilçiliyimizə dövlət qayğısı əsaslandırılmışdır.
Burada deyilir: “Hazırda dilimizin müxtəlif aspektləri, Azərbaycan dilçiliyinin nəzəri və tətbiqi
əhəmiyyət daşıyan məsələləri müasir tədqiqat metodlarının köməyilə az və ya çox
dərəcədə işlənib hazırlanıb, fonetika və fonologiya, morfologiya və morfonologiya,
leksikoqrafiya və leksikologiya, sintaqmatika, praqmatika və semantika sahələrində
müəyyən tədqiqatlarımız və uğurlarımız danılmazdır. Azərbaycanda son 20 il ərzində
ümumdünya dilçiliyinin tərkib hissələri olan semiotika, transliterasiya, terminologiya,
neyrolinqvistika, etnolinqvistika, psixolinqvistika və uşaq dilçiliyi kimi yeni elm sahələri
formalaşmağa başlamışdır. İndi bizdə rusistika, germanistika, romanistika, mətn dilçiliyi,
funksional dilçilik və koqnitiv dilçilik sahəsində yeni istiqamətlər formalaşmaqdadır, bu
aspektlər üzrə ciddi elmi araşdırmalar aparılır” (s.6).
Qeyd edək ki, Azərbaycan dilçiliyinin inkişaf konsepsiyasına müvafiq olaraq aparılan
tədqiqatlar təkcə şəxsi karyera üçün aparılmamış, dövlətin, cəmiyyətin maraq və
ehtiyaclarına xidmət etmişdir (akademik R.Mehdiyev).
Bu gün yüksək səviyyədə hazırlanmış müntəxəbat
Müntəxəbatın I cildi Mahmud Kaşğarlıdan I Türkoloji
Qurultaya qədərki dövrü əhatə edir. Bu cild vaxtı ilə
Azərbaycan dili haqqında söylənmiş fikir və mülahizələri
özündə inikas etdirir. Həmin cilddə Mahmud Kaşğarlı,
Mirzə Kazımbəy, Bəkir Çobanzadə, Ə.Cəfəroğlu kimi
görkəmli türkoloqların elmi əsərlərindən müəyyən hissələr
və fraqmentlər verilmişdir. I cilddə eləcə də I Türkoloji
məruzələrdən seçmələr və
onlar barədə dilçilərimizin verdikləri dəyərli fikirlər, qiymət
I Türkoloji Qurultayın tarixi əhəmiyyəti bəllidir. 1926
cı ildən sonra orada deyilmiş fikirlər, oxunmuş məruzələr
bucağında qalmış, məlumatsızlıq xeyli müddət davam etmişdir. Azərbaycan
öz müstəqilliyini qazanandan sonra F.Ağazadənin, Aşmarin Nikolayın, B.Çobanzadənin,
F.Köprülüzadənin, Şerba Levin, Nikolay Yakovlevin, Hənəfi Zeynallının məruzələri əldə
edildi və bu müntəxəbatda da çap həllini tapdı. Birinci Türkoloji Qurultayın məruzələrindən
seçmələrdə Türk dilində imla qaydaları (F.Ağazadə), türkologiyanın keçmişi və onun
hazırkı vəziyyəti haqqında (Aşmarin Nikolay), türk ləhcələrinin yaxın qohumluğu haqqında;
elmi terminologiya sistemi haqqında (B.Çobanzadə), türk xalqlarında ədəbi dilin inkişafı
(F.Köprülüzadə), doğma dilin tədrisi metodikasında ən yeni cərəyanlar (Şerba Lev),
orfoqrafiyanın əsas prinsipləri və onların sosial əhəmiyyəti (Şerba Lev), türk millətlərinin
sosial və mədəni şəraiti ilə əlaqədə əlifba sisteminin qurulması proqramı (N.Yakovlev), türk
dilləri üzrə elmi terminologiya sistemi haqqında (H.Zeynallı) maraqlı tarixi məlumatlara
Müstəqillik illərində respublikamızda Birinci Türkoloji Qurultayın 80 illiyi təntənəli
şəkildə keçirildi. Dünyanın əksər ölkəsindən dəvət olunmuş alimlər bu qurultayda yaxınd
iştirak etdilər. Tarixi məruzələrə müxtəlif baxışlar formalaşdı. Müntəxəbatın I cildində
qurultaydakı məruzələrə verilmiş dəyərləndirmələr də bu baxımdan xüsusilə seçilir.
A.Axundovun “Birinci Türkoloji Qurultay və müasir türk dünyası”, T.Hacıyevin “Bir
Türkoloji Qurultayın ədəbi dil məsələləri”, S.Mehdiyevanın “Azərbaycan dili tarixi Türkoloji
Qurultay işığında”, Əbülfəz Quliyevin “80 ildə qədim türk etnonimlərinin öyrənilməsi
məsələləri”, M.Musaoğlunun “Türkoloji dilçilik Birinci Türkoloji Qurultaydan öncə və sonra”,
F.Veysəllinin “I Türkoloji Qurultay
80 il əvvəl, sonra və əlifbamızın həll olunmamış
problemləri”. Bu qiymətləndirmə meyarları da sözügedən müntəxəbatda görünür və bu
vəsaitin dəyərini bir daha artırır.
Müntəxəbatın II cildi I Türkoloji Qurultaydan XX əsrin 60
cı illərinə qədərki dövrü
əhatə edir. Bu mərhələni N.Ağazadə, Q.Bağırov, C.Cəfərov, S.Cəfərov, M.Cahangirov,
Ə.Dəmirçizadə, Ə.Əfəndizadə, F.Kazımov, A.Qarayev, Ə.Mahmudov, H.Mirzəzadə,
R.Məhərrəmova, Ə.Orucov, M.Hüseynzadə, Ə.Şükürlü, M.Şirəliyev, M.Tağıyev,
Z.Tağızadə, A.Vəliyev, F.Zeynalov kimi görkəmli dilçilər təmsil etmişlər. Həmin dilçilər
haqqında da müəyyən biblioqrafik məlumat verilir, onların ən lazımlı əsərlərindən parçalar
müntəxəbatın sözügedən cildində verilmişdir. Həmin parçalardan məlum olur ki,
N.Ağazadə müasir Azərbaycan ədəbi dilində şəkil kateqoriyasını ilk dəfə modallıq
kateqoriyası ilə müqayisədə öyrənmiş, Q.Bağırov dilimizdə fellərin leksik
inkişafını xalqımızın tarixi inkişafı ilə bağlı araşdırmış, C.Cəfərov tədqiqatlarını üç
metodiki, tərcüməçilik və leksikoqrafik, elmi
nəzəri yönlərdə qurmuş,
S.Cəfərov dilimizin lüğət tərkibini, söz yaradıcılığı prosesini hərtərəfli araşdırmış,
M.Cahangirov Azərbaycan milli ədəbi dilinin təşəkkülü, təkamülü, aparıcı üslubları
haqqında öz sözünü demiş, Ə.Dəmirçizadə Azərbaycan ədəbi dilinin tarixini dövrləşdirmiş,
müasir dilimizin fonetikası, üslubiyyatı, tarixi qrammatikası barədə tutarlı fikirlər demiş,
Ə.Əfəndizadə Azərbaycan dili orfoqrafiyasının prinsipləri, qaydaları və tədrisinin elmi
əsaslarını müəyyənləşdirmiş, düzgün yazı təliminin əsas problemlərini tədqiq etmiş,
F.Kazımov dilimizdə fonemi müəyyənləşdirmək üsullarını aydınlaşdırarkən dilimizin sait
fonemləri üçün güclü mövqe söz kökünü hesab etmiş, məsələyə saitlərin fonematik mənası
baxımından yanaşmış, ingilis dili ilə müqayisələr aparmış, A.Qarayev müasir Azərbaycan
dilində Avropa mənşəli sözlərin semantik
statistik təhlilini vermiş, həmin sözlərin izahlı
lüğətini yaratmış, Ə.Mahmudov Azərbaycan dilinin fonetik sisteminin və onunla əlaqədar
olan fonetik hadisə və qanunların dəqiq və hərtərəfli təhlilini aparmış, H.Mirzəzadə nəsr dili,
tarixi fonetika, tarixi morfologiya haqqında əsaslı təhlillər vermiş, R.Məhərrəmova ədəbi dil
ional üslublar, tarixi qrammatika, leksika məsələlərinə dair çoxsaylı kitablar
yazmış, Ə.Orucovun ən böyük xidməti Azərbaycan dilinin izahlı lüğətinin nəzəri əsaslarının
hazırlaması və həmin lüğətin dörd cilddə nəşr etməsi olmuş, M.Hüseynzadə Dövlət
mükafatına layiq görülmüş morfologiya yazmış, Ə.Şükürlü qədim türk yazılı abidələrinin
dilini tədqiq etmiş, dilimizə məxsus köməkçi nitq hissələrinin fonomorfoloji inkişaf tarixini
nəzərdən keçirmiş, M.Şirəliyev Azərbaycan dialektologiyasının, Bakı dialektinin əsaslarını
hazırlamış, M.Tağıyev rusca
azərbaycanca frazeoloji lüğətlərin nəzəri və praktik məsələləri
ilə məşğul olmuş, Z.Tağızadə eksperimental fonetika, mürəkkəb cümlə məsələlərinə
aydınlıq gətirmiş, A.Vəliyev Azərbaycan dilində keçid şivələrini xüsusi tədqiqat obyekti
seçmiş, F.Zeynalov türk dillərində nitq hissələrini təsnif etmiş, əsas və köməkçi nitq
hissələrinin müqayisəli qrammatikasını yaratmışdır.
Göründüyü kimi, tərtibçilər sözügedən müəlliflərin çox dəyərli və bir
konsepsiyalarını əks etdirən mətnlərə müraciət etmişlər.
Həcmcə ən böyük cild III cilddir. Müntəxəbatın III cildi XX əsrin 60
günümüzə qədərki dövrü əhatə edir. Bu mərhələni müntəxəbatda görkəmli və tanınmış
Ə.Abdullayev, M.Adilov, V.Aslanov, A.A
xundov, H.Bayramov, Z.Budaqova,
T.Hacıyev, Ə.Cavadov, A.Ələkbərov, T.Hacıyev, M.Qasımov, M.Qarayeva, A.Qurbanov,
A.Məmmədov, V.Məmmədəliyev, Y.Seyidov təmsil etmişlər. Müəllif
“Azərbaycan dilində r
n nisbəti” məqaləsini, həmçinin onun “Müasir Azərbaycan dilində
tabeli mürəkkəb cümlələr” monoqrafiyasından “Müasir Azərbaycan dilində mürəkkəb
cümlənin təkamül meyilləri” adlı parçanı, M.Adilovun M.Füzulinin poetik dili və üslubunu
əks etdirən “Semantik
üslubi xüsusiyyətlər” adlı hissəni,
V.Aslanovun Azərbaycan dilinin
tarixi leksikologiyasına dair tədqiqlərindən rekonstruksiya (bərpa) problemi kimi maraqlı
parçanı, A.Axundovun “Ümumi dilçilik” kitabından “Dilin daxili quruluşu məsələləri”, eləcə
H.Bayramovun “Azərbaycan dili frazeologiyasının nəzəri əsasları”
kitabından “Frazeoloji cümlələr”, “Azərbaycan frazeologiyasının məna quruluşu”,
Z.Budaqovanın “Müasir Azərbaycan dilində sadə cümlə” monoqrafiyasından “Cümlənin
əlamətləri”, Ə.Cavadovun “Müasir Azərbaycan ədəbi dilində sintaktik vahidlərin sırası”
monoqrafiyasından “Dil vahidlərinin sıralanması sistemi”, A.Ələkbərovun “Müasir
Azərbaycan dilinin semasiologiyası” (kollektiv) kitabında verilmiş “Leksik semantikanın bəzi
metodoloji məsələləri”, həmçinin də onun “Müasir Azərbaycan dili” əsərində verilmiş “Söz
nəzəriyyəsinə giriş”, T.Hacıyevin “Azərbaycan ədəbi dili tarixi” fundamental cildlərindən
“Azərbaycan ədəbi dilinin dövrləri”, M.Qasımovun “Azərbaycan dili terminologiyasının
əsasları” kitabından “Terminin spesifikası”, M.Qarayevanın “Sintaksariy i modelirovanie
yazıkovıx universaliy” əsərindən “İerarxiçeskaya svyaz strukturı yazıka”, A.Qurbanovun
“Azərbaycan dilinin onomalogiyası” kitabından “Giriş”, A.Məmmədovun “Tyurkskiye
soqlasnıye: anlaut i kombinatorika” kitabından “Teoretiçeskiye voprosı sravnitelno
istoriçeskoqo izuçeniya soqlasnıx tyurkskix yazıkov: anlaut i kombinatorika”,
V.Məmmədəliyevin “Ərəb dilçiliyi” kitabından “Misir qrammatika məktəbi”, “Misir ərəb
dilçiliyi” və Y.Seyidovun “Azərbaycan dilində söz birləşmələri” adlı monoqrafik tədqiqatının
mühüm hissələrini seçmişdir.
Azərbaycan dilçiliyi tarixində belə dövrləşmə yenidir və həmçinin də həqiqi inkişaf
Bu müntəxəbatlar böyük türkoloq alim Mahmud Kaşğaridən üzü bəri görkəmli və
tanınmış dilçilərin seçilmiş əsərlərinin ən yaxşı hissələrindən ibarətdir. Xrestomatiya
materiyaları keçilən dövrü tam əks etdirir. Bunları seçilmiş əsərlər məcmuəsi, eləcə də
dərslik də adlandırmaq olar. Həmin müntəxəbatlara müəlliflərin, alimlərin seçilmiş
əsərlərindən və ya onların hissələrindən ibarət dərs vəsaiti kimi də baxmaq olar. Seçilmiş
materiallar, əlbəttə, digər materiallardan öz məziyyətləri, dəyəri ilə seçilən, fərqlənən
Mütəxəssislərin, dissertant və doktorantların, tələbələrin çox çətinliklə əldə etmək
istədikləri dilçilik mətnləri bu toplularda öz əksini tapmış olduğu üçün aparılacaq tədqiqat
işlərini də asanlaşdıra bilər. Bu baxımdan da müntəxəbatlar dəyərini qoruyub saxlayır.
Çox yaxşı haldır ki, tərtibçilər bəzi müəlliflərin əsərlərinin bir çoxundan parçalar
vermişlər, bu da müntəxəbatın əhəmiyyətini bir daha artırır. Məsələn, Əhməd Cəfəroğlunun
“Azəri ləhcəsində bəzi monqol ünsürləri”, “Şərqdə və
Qərbdə Azəri ləhcəsi tədqiqləri”, “Dil
guşəsi”, “Azəri sözlüyü” bu cür parçalardandır və ayrıca məqalə təşkil edir.
Müntəxəbatda izah və şərhlər öz yığcamlığı və parçanın müəllifi barədə əsaslı
məlumat verməsi ilə fərqlənir. Mətnlər həm Azərbaycan, həm də
rus dillərindədir. Məsələn,
M.Kazımbəyin məşhur qrammatikasından (“Obşaya qrammatika turesko
yazıka” əsəri həm rus, həm də Azərbaycan dillərində verilmişdir. Həmin parçanı dilimizə
Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru
Müntəxəbatın başlıca məziyyətlərindən biri də müəlliflərin digər əsərlərinin də
siyahısının sonda verilməsidir. Bu da oxucunu həmin parça müəllifinin başqa əsərləri ilə də
tanış olmaq imkanı yaradır.
Müntəxəbatda təqdim olunan bəzi mətn hissələrinin dili sadələşdirilmişdir. Məsələn,
Bəkir Çobanzadənin 1929
cu ildə “Azərnəşr” tərəfindən çap edilmiş “Türk qrameri”
əsərindən verilmiş hissə tərtibçi T.Quliyev tərəfindən düzgün olaraq anlaşmanı təmin etmək
Müntəxəbatlarda “Ad göstəricisi”, “Özək sözlər” də yerinə görə münasibdir, vəsaitlə
daha yaxından, intensiv tanış olmaq işini yüngülləşdirir.
Müntəxəbata düşməyən dilçilərimiz də var. Bu layihə davamlı olduğu üçün gələcək
tədqiqatlarda həmin çatışmazlıq da nəzərə alınmalıdır. Belə dəyərli bir işin bəzi
səhifələrinin texniki tələblərə cavab verməməsi təəssüf doğurur. Buna baxmayaraq,
müntəxəbatlar milli dilçilik elmimizin inkişafına yeni bir töhfə kimi dəyərləndirilə bilər.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Azərbaycan dili və dilçiliyi bu gün və sabah
Hər bir xalqın iqtisadi qüdrəti, dünyagörüşü, ətrafa təsir göstərmək gücü nə qədər çox olarsa, onun dilinin yayılması üçün də münasib şərait yaranar. Təsadüfi deyil ki, bu gün dillərin əksəriyyətində, o cümlədən Azərbaycan dilində işlənən yeni söz, ifadə və söyləmələrin çoxu güclü iqtisadiyyatı, yüksək mədəniyyəti və üstün idarəetmə sisteminə yiyələnmiş xalqların dilindən gəlir. Bu gün nə qədər güclü müqavimət göstərsək də, yeniliklərin özlərilə bərabər gətirdiyi sözlərə və ifadələrə qarşı mübarizədə, purizm fəaliyyətimizdə çarəsiz görünəcəyik. 5-10 il öncə yazı makinasında yazırdıq, çox primitiv səsgücləndirmələrdən və ötürücülərdən istifadə edirdik. Bu gün isə kompyutersiz və telefonsuz keçinmək qeyri-mümkündür. Teletayp, teleqraf köhnəlib, hər kəs öz cib telefonundan ani olaraq mesaj göndərir və ya qəbul edir.
Dünyanın ən möhtəşəm dilçisi N.Xomski dilin yaradıcı olmasını xüsusi qeyd etməklə göstərmişdir ki, hər bir dil açıq, ancaq özünü idarə edən sistemdir. Hər gələn yeniliyi dil qəbul etməyə qadir olmalıdır. Ancaq bu yenilik tezliklə dilə qaynayıb-qarışmalı, hamının malına çevrilməlidir. Hazırkı dil fəlsəfəsi məhz bu cür məsələlərlə məşğul olmalıdır, dilin ontologiyasını açıb göstərməli, bu zaman istifadə etdiyi bütün vasitə və yolları ümumi metodologiya işığında öyrənməlidir. Təəssüf ki, bizim dilçiliyimiz dilə hələ də söz səviyyəsində yanaşır.
Bundan fərqli olaraq dilçilik fəlsəfəsi dil haqqında elmin – dilçiliyin başqa elmlər içərisində yerini müəyyənləşdirməlidir. Buraya ilk növbədə ehtimal və informasiya nəzəriyyəsi, fəlsəfə, semiotika, riyaziyyat, fizika və s. elmlərin köməyilə yeni elmi reallığın işlənib hazırlanması aiddir.
Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dilimizə və dilçiliyimizə böyük qayğı göstərir. Dövlət başçısının bu yaxınlarda imzaladığı iki sərəncam onun bu sahəyə olan yüksək diqqətinin təzahürü kimi dəyərləndirilir. 23 may 2012-ci il tarixdə verilən birinci sərəncam “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” adlanır. Sərəncamın adından da göründüyü kimi, söhbət təkcə Azərbaycan dilinə qayğıdan getmir, həm də diqqəti çəkən digər əsas məsələ ölkəmizdə bu elm sahəsinin inkişafı ilə bağlı tədbirlərdir.
Dilimizin yaşaması və möhkəmlənməsinə xalqımız daim həssaslıq göstərmiş, müxtəlif dövrlərdə onunla bağlı müxtəlif fərmanlar verilmiş, elmi-bədii əsərlər dövlət səviyyəsində qiymətləndirilmişdir. 1974-cü ildə dörd cildlik “Müasir Azərbaycan dili”nə verilən Dövlət Mükafatı dediklərimizə bariz nümunədir.
Müstəqillik illərində dövlətçiliyimizin başlıca rəmzlərindən olan Azərbaycan dili xalqımızın ictimai-siyasi, elmi-mədəni və sosial-iqtisadi həyatında müstəsna əhəmiyyət kəsb etmişdir. Bütün bunları nəzərə alaraq ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında” (18 iyun 2001) və “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” (2 yanvar 2003-cü il) tarixi fərmanlar imzalamışdır.
Hazırkı sərəncamda isə dilimizin və dilçiliyimizin keçdiyi şərəfli yol geniş təhlil olunur, bu sahədə yorulmadan çalışan görkəmli alimlərimizin adları və xidmətləri xüsusi vurğulanır. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultay çox haqlı olaraq Azərbaycan dilçiliyinin nailiyyəti kimi qeyd olunur. Sərəncamda Azərbaycanda dilçilik elminin yaranması və inkişafı sahəsində ötən əsrin 20-ci illərindən başlayaraq bu günə qədər keçdiyi yol araşdırılır, eyni zamanda 1969-cu ildə ayrıca Dilçilik İnstitutunun yaranması, bu institutda sanballı elmi araşdırmaların geniş vüsət alması və o zamankı SSRİ məkanında Bakının Türkoloji mərkəz kimi tanınmasını şərtləndirən “Türkologiya” jurnalının Bakıda çıxması vurğulanır.
Bütün bunlar bizim danılmaz uğurlarımızdır. Bununla yanaşı, sərəncamda bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olmasından danışılır. Çox doğru olaraq göstərilir ki, ilk növbədə dilimizin bütün imkanlarından hər zaman və hər yerdə lazımınca istifadə edilmir, yerli-yersiz yad ünsürlər dilimizə gətirilir. Təəccüb doğuran odur ki, aidiyyəti qurumlar bu yad ünsürlərə qarşı ciddi mübarizə aparmırlar, mətbuat orqanlarında baş alıb gedən ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda dilimizin adi qrammatik qaydaları gözlənilmir. Eyni zamanda dilimizin tarixi sahəsində sanballı elmi qaynaqlara əsaslanan fundamental əsərlərin olmaması, müasir dilçilik elmi irsinin dərindən və hərtərəfli öyrənilməməsi ucbatından bəsit və aktuallığını itirmiş mövzuların tədqiqat obyekti kimi götürülməsi adi hal almışdır. Dilimizin internet sahəsində tətbiqi, xaricdə yaşayan minlərlə soydaşımız üçün müasir tələblərə cavab verən dərsliklərin və dərs vəsaitlərinin olmaması da birinci sərəncamda xüsusi qeyd olunur. Dünyada türkdilli xalqlarla inteqrasiya, xalqımızın ümumtürk mədəniyyətində və elmində yeri, habelə dünyanın digər qabaqcıl xalqlarının mədəniyyətinə qovuşmaq hazırkı qloballaşma dövrünün tələbidir və biz bu tələbi nəzərə almaya bilmərik.
Dünyanın müxtəlif dillərində və müxtəlif yerlərində dilimiz və xaqımızla bağlı nadir qaynaqları tapıb üzə çıxarmalı, onları oxuyub deşifrə etmək qabiliyyətinə malik kadrlar hazırlamaqla bu işin öhdəsindən gəlmək də sərəncamda ayrıca vurğulanır.
Sərəncamda respublikamızın dillə bağlı qurumlarına – AMEA-ya, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları, Mədəniyyət və Turizm (mən deyərdim ki, Ədliyyə və Səhiyyə nazirlikləri də daxil olmaqla) nazirlikləri qarşısında dilimizin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsinə dair konkret vəzifələr qoyulur. Eyni zamanda Nazirlər Kabineti yanında Terminologiya Komissiyası və Tərcümə Mərkəzinin yaradılması da xüsusi qeyd olunur. Prezidentin 6 gün sonra, 29 may 2012-ci il tarixdə imzaladığı ikinci sərəncam “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi” adlanır. Bu sərəncamın əsas qayəsi həmin institutun maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının yaxşılaşdırılması, institutun elmi potensialının artırılması kimi vacib vəzifələrin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılmasından ibarətdir. Doğrudan da bu, vaxtında verilmiş düzgün qərardır. Çünki dilimiz və dilçiliyimiz sahəsində ciddi dönüş yaratmaq üçün müasir tələblərə cavab verən maddi-texniki baza lazımdır.
Dövlət proqramının ana məqsədi qloballaşma şəraitində dilimizin zamanın tələbinə uyğun istifadəsini və Azərbaycanda dilçiliyin inkişafını təmin etmək üçün tədbirlər planı işləyib hazırlamaqdan ibarətdir. Qloballaşma həyatın digər sahələrində olduğu kimi, dil sahəsinə də öz təsirini göstərməkdədir. İndi dünya xalqlarının əksəriyyəti qloballaşma ilə çarpışmaqdadır. Planetin 6500 dilli mənzərəsi getdikcə daralır, hər il bir neçə dil ölüb gedir. Deməli, bir tərəfdən xırda dillər yox olmaqdadır. Son illərin tədqiqatlarına görə, gələn əsrdə 3500 dil ölüb yox olmaq təhlükəsilə üzləşəcəkdir. Digər tərəfdən, qloballaşma ingilis dilinin daha da genişlənməsinə münbit şərait yaradır. Əgər ötən əsrin sonlarında planetimizdə yarım milyarda qədər adam ingilis dilindən ana dili, ikinci dil və ya xarici dil kimi istifadə edirdisə, bu gün bu rəqəm artıq 2 milyard 700000-nə çatmışdır. Düzdür, bu vəziyyət, bir tərəfdən ingilisləri və amerikanları mono dil daşıyıcısına çevirir, onlarda eqoizm və özünəvurğunluq hissləri aşılayır. Məsələn, bu gün ingilislər və amerikalılar bir qayda olaraq başqa dillərdə əsər oxumurlar, onlar heç başqa dillərdən ingilis dilinə əsərlər tərcümə etməyə həvəs də göstərmirlər. Digər tərəfdən bu, dünyanın başqa xalqlarını, xüsusilə etnik azlıqları ciddi narahat edir.
Belə bir şəraitdə biz dilimizi qoruyub saxlamalı, 50 milyonluq Azərbaycan xalqının qürur mənbəyi olan ana dilimizin yaşaması üçün qüvvələrimizi səfərbər etməli, xalqımızın milli kimliyinin başlıca rəmzi olan dilimizin və dilçilik elmimizin dünya sivilizasiyasında qabaqcıl sıralarda yer almasını təmin etməliyik. Proqramda həmçinin müasir texnologiyaların tələbatını təmin etmək üçün təşkilati və tədqiqat mexanizmlərin, elmi-texnoloji , innovasiya və informasiya mübadiləsində dilimizin fəaliyyətinin normativ hüquqi bazasının yaradılması, yüksək ixtisaslı dilçi və tərcüməçi kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi, elmi tədqiqatların və təcrübi işlərin üstün istiqamətlərinin müəyyənləşməsi, türkdilli ölkələrlə və ümumiyyətlə, beynəlxalq aləmdə əməkdaşlığın inkişaf etdirilməsi və s. məsələlər öz əksini tapacaqdır. Hazırda isə Dilçilik İnstitutu sərəncamlara uyğun şəkildə Azərbaycan dilinin və Azərbaycanda dilçiliyin inkişafının üstün istiqamətlərinin müəyyənləşməsi üzərində çalışır.
Birinci növbədə Dilçilk İnstitutunun fəaliyyətinin monitorinqini keçirmək, fundamental və tətbiqi elmi tədqiqatların geniş planını müəyyənləşdirmək nəzərdə tutulur. İnstitutun elmi-tədqiqat işlərinin respublikanın ali məktəblərində dil kafedraları ilə əlaqələndirilməsi, onların fundamental və təcrübi tədqiqatlara cəlb olunması, əldə edilən nəticələrin dövlət proqramı çərçivəsində tətbiqinə nail olunması da qarşıda duran əsas vəzifələrdəndir. Bununla bağlı elm ocağı qısa və uzunmüddətli kompleks proqramların işlənib hazırlanması üzərində çalışır. Azərbaycan dilinin və dilçiliyinin inkişafı üzrə strateji layihələrin hazırlanmasını nəzərdə tutur. Bundan başqa, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun idarəetmə sisteminin təkmilləşdirilməsi və burada qloballaşmanın tələblərinə uyğun struktur dəyişikliklərin edilməsi üçün təkliflər paketini hazırlamaq da fəaliyyət proqramına daxildir.
Hazırda xarici ölkələrdə Azərbaycan mədəniyyəti, dili, ədəbiyyatı və tarixi ilə bağlı zəngin materiallar vardır. Onların üzə çıxarılaraq araşdırılması və dilimizə tərcümə edilib yayılması azərbaycançılıq məfkurəsinin inkişafına güclü təkan verər. Dilçilik İnstitutu bu istiqamətdə də səylərini səfərbər edəcəkdir. Eyni zamanda Azərbaycan dilçilərinin fundamental əsərlərinin, o cümlədən çoxcildli nəzəri qrammatikanın, monoqrafiya, orfoqrafiya və orfofoniya lüğətlərinin, ikidilli və çoxdilli lüğətlərin dilçiliyin müasir tələblərinə uyğun olaraq tərtib olunması, dilçilik ensiklopediyasının təkmilləşmiş nəşrinin hazırlanması və çapı mühüm vəzifə kimi qarşımızda durur. Ölkəmizdə dilçiliyi inkişaf etdirmək üçün dünyada məşhur linqvistik əsərlərin Azərbaycan dilinə və Azərbaycanın zəngin dilçilik irsinin dünyanın aparıcı dillərinə tərcümə edilib çap olunması da planımızda vardır.
Azərbaycan dilinin və dialektlərinin, xüsusilə Cənubi Azərbaycan çərçivəsində müasir tədqiqat metodlarının tətbiqilə öyrənilməsi, bu zaman ən yeni akustik cihazlardan istifadə, müasir tədqiqat laboratoriyalarının və tədqiqat üsullarını tətbiq etməyə qadir strukturların yaradılması proqramda öz əksini tapacaqdır. Gənc alimlərin elmi fəaliyyətini stimullaşdırmaq, onların fundamental elmi tədqiqatların aparılmasında yaradıcılıq imkanlarının genişləndirilməsi, alimlərin, eləcə də gənc alimlərin beynəlxalq miqyasda tanınması və əsərlərinin çapının təşkili üçün yeni mexanizmlərin axtarılması, dövlətlərarası əməkdaşlıq və birgə elmi layihə və proqramların hazırlanması da yaxın gələcəkdə görəcəyimiz işlərin sırasına daxildir.
Dilçilik İnstitutunda müasir tələblərə cavab verən struktur dəyişikliklər edilməli, işçilərin attestasiyası mexanizmi təkmilləşməli, maddi-texniki baza müasirləşməli, elmi-tədqiqat işlərinin praktikaya tətbiqi sürətləndirilməlidir. Bu məqsədlə xaricdən gətiriləcək avadanlıqlara güzəştli vergi və gömrük rüsumları tətbiq olunmasına nail olmalıyıq. Müasir texnologiya və telekommunikasiya sistemlərini geniş tətbiq etməli, internetdə Azərbaycan dilinin işlənməsinə nail olmalı, dilçiliyimizin elektron kitabxanasını yaratmalı, dünya azərbaycanlıları üçün yeni elektron dərsliklər yazmalıyıq. Respublika və beynəlxalq konfrans, simpozium və sessiyalarda dilimizin və dilçiliyimizin yeni tədqiqatlardan alınan nəticələrini nümayiş etdirməliyik.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dilimiz və dilçiliyimizlə bağlı sərəncamları geniş fəaliyyət sahəsi üçün qarşımızda yeni üfüqlər açır, Azərbaycan dilinin hazırkı şəraitdə maneəsiz işlənməsində və ölkəmizdə dilçiliyin inkişafında dönüş yaranacağına tam əminliklə inanırıq.
“Azərbaycan”
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Похожие статьи
-
Azərbaycan dili və əlifbası Türk adını qədim dövrlərdən yaşadıb gətirən Turukki tay-fası olmuşdur. Turukkilər çox güclü birlik yaratmış və öz…
-
Azərbaycan Milli Elmlər Akademiyası 1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi….
-
Azərbaycan dili/Giriş Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII…
-
Azərbaycan dili toplu 2 hisse suallar
G. Ahmedzade ♫ ♩ ♬ Elmin, texnikanın inkişafı ilə əlaqədar yaranan yeni anlayışların adlarını ifadə edən sözlər yeni sözlər, yaxud neologizmlər adlanır….
-
Azərbaycan dili qaydalar 2. Daha çox osmanlı (indiki türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu “Füyuzat” və…
Comments are closed, but trackbacks and pingbacks are open.