Press "Enter" to skip to content

Azrbaycan dili 1-ci sinif eşitmsind çtinliyi olan uşaqlar üçün drslik

Oğuz qrupundan olan dillərin formalaşması eramızın birinci minilliyində başa çatır. Deməli, bu qrupa daxil olan Azərbaycan dilinin də fonetik sistemi, əsas lüğət fondu (leksikası) və qrammatik quruluşu həmin dövrdə formalaşmışdır.

Azərbaycan dilinin qrammatikası – incə məqamlar

3) -da, -də bağlayıcısı aid olduğu sözdən ayrı yazılır.

Sən də, mən də bunu bilirik.

1) -ki bağlayıcısından sonra vergül qoyulur.

Məsələn: Düşünürəm ki, bu ədəbiyyatdır.

2) -ki ədatından sonra vergül qoyulmur.

Məsələn: Bu ki ədəbiyyatdır!

Diqqət! “o ki, qaldı ədəbiyyata” yox, “o ki qaldı ədəbiyyata, … ” olmalıdır.

3) -ki şəkilçisindən sonra vergül qoyulmur.

Məsələn: Dünənki hadisə …

-mı, -mi, -mu, -mü ədatı aid olduğu sözə bitişik yazılır.

Məsələn: Gəldinmi? Gördünmü?

-mı, -mi, -mu, -mü ədatı yalnız -da, -də ədatından sonra gəldikdə ayrı yazılır.

Məsələn: Sən də mi gəldin?

Share this:

Bunu bəyən:

Bəyən Yüklənir.

Oxşar

Öğretmenim növbəti dərsimiz nə vaxt olacaq?
sadə adların qaydası necedir
Sadə adlar? Bu kateqoriya ilə tanış deyiləm. Bəlkə “mürəkkəb adlar”ı nəzərdə tutursunuz?

Torpaq uğrunda ölən varsa Vətəndir şerin bu misrasındakı vergüllər haqda həmişə mübahisə edirdik sinif yoldaşlarımla. Mənim versiyam: Torpaq, uğrunda ölən varsa, Vətəndir – idi. Yəni, – Uğrunda ölən varsa, torpaq Vətən olur. uşaqlar iddia edirdilər ki, Torpaq uğrunda ölən varsa, Vətəndir – mən bu versiyanı belə başa düşürəm, kim torpaq uğrunda ölsə O vətəndir. Sizcə bəs?

İkivuriki, senin versiyanda torpaqdan sonra vergul qoyulub bu da onu xitaba chevirir. “Torpagh”in xitab olmasinda bir problem yoxdu o halda ki, “Veten” sozu “Vetensen” yazilsin. Yeni: “Torpaq, ughrunda olen varsa Vetensen!” Oxshar cumle ile desek: Natiq, ughrunda olen varsa oghulsan!” ves. Amma Torpaq ughrunda olen varsa, Vetendir!” Achilishi torpaghin ughrunda olen varsa, Vetendir (Vetene chevrilir)… Umumi cumlenin menasi bosh torpaq parchasi ile Fexr edilen Veten sozlerinin ferqinden behs edir… Ona gore de, duzgun versiya seni chadirmasin! Yeni burda torpaq ughrunda olen adam veten olmur, hemin adam öıüb torpaghi Veten chevirir. Umid edirem komek oldu…
Ureyim achildi lap. ��

Salam. Xeyr, mənim versiyamda “Torpaq” xitab deyil.
Uğrunda ölən varsa, Torpaq Vətəndir. İndi Torpaq sözünü önə keçirsək, gərək cümlələri bir-birindən ayıraq…. Amma götürsək ki, torpaq uğrunda ölən (adam) Vətən olur, onda düzdür �� hərçənd ki, hər torpaq uğrunda ölən də vətən olmur :)))

Torpaq uğrunda ölən varsa,vətənrir Şair burda ,məncə, demək istəyir ki, torpağı vətən edən şəhid qanıdır.Şair torpağa XİTAB etməyib. -SA felin şərt şəklinin şəkilçısındən istıfadə edib .

Dil və dilçilik.Azərbaycan dili

Dil çox-çox qədim zamanlarda toplu halında yaşayan insanların bir-birinə söz demək ehtiyacından, bir-biri ilə ünsiyyət saxlamaq zərurətindən ortaya çıxmışdır. Deməli, dil insanlar arasında ünsiyyət vasitəsidir. Dil ünsiyyət vasitəsi kimi yalnız müəyyən şəraitdə – insan cəmiyyətində yaranır və fəaliyyət göstərir. Buna görə də dil ictimai hadisə sayılır. Dilin varlığı üçün bəşər cəmiyyətinin olması mühüm şərtdir. Insan cəmiyyəti olmayan yerdə dil mövcud ola bilməz. Belə ki, yeni doğulan uşaq insanlarla ünsiyyət saxlamasa, yəni insan yaşamayan mühitdə böyüsə (və ya lal adamlar arasında tərbiyə olunsa), o danışa bilməz.

Dil ancaq insana məxsusdur, heyvanlar yalnız münasibəti duya bilirlər.

Dil irqi və irsi cəhətlərlə bağlı deyil. Buna sübut olaraq, belə bir nümunə göstərmək olar: bir zənci balası körpəlik çağından valideynlərindən ayrı düşərək Azərbaycan ailəsində böyüyərsə, o, Azərbaycan dilində danışmağa başlayacaq.

Dil mənsub olduğu xalqın həyatı ilə sıx bağlıdır. Hər hansı bir xalqın milli şüuru, mədəni səviyyəsi inkişaf etdikcə onun dili də inkişaf edir, təkmilləşir.

Dil haqqında kəlamlar: “İnsan öz dilinin altında gizlənmişdir, danışmağa başlayandan sonra ağıllı və ya ağılsız olduğu bilinir. (Hz. Əli əleyhissəlam). “Dil fikri açmaq üçün yox, gizlətmək üçündür. (Taleyran).

Yazı haqqında

İnsanlar şifahi dilin köməyi ilə yalnız müəyyən yaxın məsafədə, bir-birləri ilə ünsiyyət saxlaya bilmişlər. Zaman keçdikcə insanlar səsin çatmadığı yerlərlə də əlaqə saxlamağa ehtiyac duymuşlar. Bu ehtiyacın nəticəsi olaraq yazı yaranmışdır. Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir.

Yazının ilkin növü əşyaların köməyi ilə olmuşdur. İnsanlar uzaq yerlərə öz fikirlərini əşyaların köməyi ilə çatdırmışlar. Buna görə də həmin yazı əşyavi yazı adlanır.

Bir sıra nağıllarımızda əşyavi yazı ilə bağlı maraqlı epizodlar vardır. Məsələn: “Daşdəmirin nağılı”nda Mirzə Möhsün Nardana “məktub” daş, dəmir, əl dəyirmanı, armud və gavalı göndərir. Nardan daşla dəmirin Daşdəmir, əl dəyirmanının isə ovdan olduğunu bilir. Daşdəmir isə armudun Abasbəyi armudu adlandığına görə şahın qoşun başçısı Abas bəyə, gavalının isə vəzir Alı adlandığına görə vəzirə işarə edildiyini oxuyur.

Müasir həyatımızda da əşyavi yazının izlərinə rast gəlmək mümkündür. Məsələn, yas saxlayan şəxsin qara paltar geyməsi onun yaxın bir adamının vəfat etdiyini bildirir.

Yazının ikinci növü şəkli (piktoqrafik) yazıdır. Bu yazıda nəzərdə tutulan əşyanın şəkli çəkilir. Piktoqrafik yazıya aid nümunələr də bugünkü həyatımızda öz varlığını qoruyub saxlamışdır. Məsələn, ayaqqabı dükanının şüşəsində ayaqqabı şəklinin çəkilməsi piktoqrafik yazı nümunəsidir.

Piktoqrafik yazıdan sonra fikri (ideoqrafik) yazı ortaya çıxmışdır. Bu yazıda da fikir şəklin köməyi ilə çatdırılır. Lakin piktoqrafik yazıda şəkil birbaşa əşyanın özünü bildirdiyi halda, ideoqrafik yazıda şəkil rəmzi mənada (ideya şəklində) işlənir. Məsələn, piktoqrafik yazıda günəş şəkli günəşin özünü bildirir, ideoqrafik yazıda isə bu şəkil işıq anlayışını ifadə edir.

Nəqliyyat yolunda qoyulmuş nida işarəsi və ya maşınların hərəkətini tənzimləyən qırmızı, sarı, yaşıl işıq ideoqrafik yazıya nümunə ola bilər.

Yazının ən son və müasir növü hərfi (fonoqrafik) yazıdır. Fonoqrafik yazının ilk mərhələsi heca yazısı (sillabik yazı) olmuşdur. Bu yazıda bir neçə səs bir işarə ilə ifadə olunmusdur Əsl fonoqrafik yazıda isə hər bir səs bir hərflə ifadə olunur.

Hazırda istifadə etdiyimiz latın əlifbası fonoqrafik yazıya əsaslanır.

Dilçiliyin sahələri

Dilçilik elmi dilin qayda-qanunlarını, xüsusiyyətlərini, quruluşunu öyrənir. Dil müxtəlif baxımdan öyrənildiyi üçün ayrı-ayrı sahələrə bölünür. Dilçiliyin fonetika, leksikologiya, morfologiya və sintaksis kimi bölmələrindən başqa, etimologiya, lüğətçilik, dialektologiya kimi sahələri də vardır.

Etimologiya. Sözün mənşəyini, kökünü, nədən törəməsini öyrənən dilçilik sahəsinə etimologiya deyilir. Dilimizdə yaranma tarixi çox qədim olan elə sözlər var ki, indiki şəklində daşıdığı leksik məna anlaşılmır, yəni kökü, mənşəyi izah edilə bilmir. Bu halda etimologiya elminə üz tutmaq lazım gəlir. Sözün kökünü üzə çıxarmaq, onun başqa sözlərlə bağlılığım öyrənmək üçün aparılan dilçilik araşdırmasına etimoloji təhlili deyilir.

Lüğətçilik. Dilçiliyin praktik sahəsi olub, lüğətlərin tərtibi, yaranma qaydalarını öyrənir. Lüğətçilik Azərbaycan – türk dilçiliyinin qədim sahəsidir. Mahmud Kaşğarinin məşhur “Divanu lüğətit – türku (XI əsr) buna nümunə ola bilər. Hüsam Təbrizi (XIII əsr) Hinduşah Naxçivani (XIV əsr) kimi Azərbaycan alimləri də lüğət tərtib etmişlər. XX əsrin əvvəllərində Sultan Məcid Qənizadə, Üzeyir bəy Həcıbəyov, Əliağa Şıxlınski bir sıra lüğətlər tərtib etmişlər. 1964-1987-ci illərdə Əliheydər Orucovun müəllifliyi və rəhb ərliyi ilə nəşr olunmuş 4 cildlik “Azərbaycan dilinin izahlı lüğəti” son 50 ildə lüğətçilik sahəsində görülmüş ən böyük iş sayılır. Lüğətlərin bir neçə növü var: izahlı lüğətlər, tərcümə lüğətləri (məsələn, azərbaycanca – ərəbcə və ya ingiliscə -azərbaycanca lüğətlər və s.) və terminoloji lüğətlər (məsələn, dilçilik terminləri lüğəti).

Dialektologiya. Dialekt və ya şivəni öyrənən dilçilik sahəsidir. Yerli -məhəlli danışığa dialekt və ya şivə deyilir. Bir çox şivələrimizdə elə qədim sözlər qorunub saxlanmışdır ki, vaxtilə ədəbi dilimizdə işlənmiş, lakin indi unudulmuşdur. Bu baxımdan dialektlər dilimizin tarixini, onun inkişaf mərhələrini öyrənmək üçün çox əhəmiyyətlidir. Ayrı-ayrı ərazilərdə işlənən yerli – məhəlli söz və ifadələrə dialektizm deyilir. Bədii əsərlərin dilində dialektizmlərə rast gəlmək olur.

Azərbaycan dilinin quruluşu və tarixi

Azərbaycan dili Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda, eləcə də bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana dilidir. Dilimiz tarixən türk dili, türki, türkcə adı ilə tanınmış, indi isə Azərbaycan dili kimi rəsmiləşdirilmisdir. Hazırda dünyanın müxtəlif yerlərində yaşayan 30 milyondan çox azərbaycanlı bu dildə danışır. Azərbaycan dili müstəqil respublikamızın dövlət dilidir.

Bir kökdən törəyən dillərə qohum dillər deyilir. Qohum dillərin hamısı birlikdə dil ailəsi adlanır.

Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Türk dilləri ailəsi bir neçə qrupa bölünür: oğuz qrupu, qıpçaq qrupu, qarluq qrupu. Dilimiz oğuz qrupuna daxildir. Türk (Türkiyə türkcəsi), türkmən, qaqauz dilləri də oğuz qrupuna daxildir. Qazax, qırğız, tatar, başqırd, qumuq dilləri qıpçaq qrupuna aiddir. Qarluq qrupuna isə aşağıdakı dillər daxildir: özbək, uyğur, salur və s.

Oğuz qrupundan olan dillərin formalaşması eramızın birinci minilliyində başa çatır. Deməli, bu qrupa daxil olan Azərbaycan dilinin də fonetik sistemi, əsas lüğət fondu (leksikası) və qrammatik quruluşu həmin dövrdə formalaşmışdır.

Azərbaycan-türk milli dili isə XVI əsrin sonlarından formalaşmışdır. Bu dövrdə çağdaş dilimizin əsas lüğət fondu (leksikası) və qrammatik quruluşu müəyyənləşir.

Azərbaycan dilinin morfoloji quruluşu

Dillər qohumluq xüsusiyyəti ilə yanaşı, morfoloji quruluşuna görə də müəyyən qruplara ayrılır. Morfoloji quruluşuna görə dünya dilləri kök dillər, flektiv dillər və iltisaqi dillər kimi qruplara bölünür. Kök (amorf) dillərdə sözün kökü dəyişmir və sözdəyişdirici (leksik) şəkilçi olmur (məsələn, Çin dili). Flektiv dillərdə sözün kökü içəridən dəyişir və şəkilçi sözün əvvəlində, axırında gəlir (məsələn, ərəb dilində).

Azərbaycan dili morfoloji quruluşuna görə iltisaqi (aqqlütinativ) dillərə daxildir. Bu tip dillərdə sözün kökü dəyişmir və həmişə müstəqil leksik məna bildirir. Şəkilçilərin (həm leksik, həm də qrammatik), bir qayda olaraq, söz kökündən sonra gəlməsi üə iltisaqi dillərin əsas xüsusiyyətlərindən biridir. Bu xüsusiyyət dilimizdəki əsl Azərbaycan sözlərinə (türk mənşəli sözlərə) aiddir. Alınma sözlərdə isə bu qaydanın pozulması halları özünü göstərir, yəni şəkilçi söz kökündən əvvəl işlənir. Məsələn: na-insaf, na-məlum, bi-vəfa, bi-şüur, la-qeyd, ba-məzə və s. (Əsl Azərbaycan sözləri olan kişi və dinc sözləri də na şəkilçisi ilə işlənir: na-kişi, na-dinc).

Dilimizin morfoloji quruluşu və ahəng qanunu

Məlum olduğu kimi, ahəng qanunu sözdə qalın və incə saitlərin bir-birini izləməsi deməkdir. Dilimizin əsas fonetik qanunu kimi, ahəng qanunu fonetikada öyrənilir. Lakin ahəng qanunu dilimizin morfoloji quruluşu ilə də birbaşa bağlıdır. Belə ki, dilimizdəki milli sözlərdə ahəng qanunu, əsasən, gözlənilsə də, bir çox alınma sözlərdə pozulur. Məsələn: kitab, alim, dünya, vəfa, radio və s. Bununla belə, bu kimi sözlərə öz dilimizə məxsus hər hansı bir şəkilçi artırdıqda həmin şəkilçi söz kökündəki son hecanın ahənginə mütləq uyuşmalıdır. Məsələn: kitab-lar, alim-lər-imiz, dünya-da, vəfa-lı, radio-ya və s. Deməli, ahəng qanunu köklə şəkilçi arasında daha möhkəm və dəyişməz olur. Köklə şəkilçi sözün morfoloji quruluşunu müəyyən edir. Ahəng qanunu isə köklə şəkilçi arasında nizamlayıcı amil rolunu oynayır. Deməli, ahəng qanunu fonetik hadisə olmaqla yanaşı, həm də morfoloji hadisədir. Məhz bu xüsusiyyətinə görə ahəng qanunu dilçilikdə morfonoloji (morfologiya və fonetikanı birləşdirən) hadisə sayılır. Morfonologiya iki sözdən ibarətdir: morfologiya, fonetika.

  • Teqlər:
  • dilçilik
  • , yazının tarixi
  • , dilçiliyin sahələri
  • , ahəng qanunu

1 ci sinif azerbaycan dili dersleri

Ben sana mesaj saklar Bugün biz sizinle Azerbaycan dilinden su alacağı bilecik’i gel Allah evvelden başlıyor her paramızın iki .

1-ci sinif Azərbaycan dili dərslik səh 30,31,32. 2ci hissə. Vətənimizi tanıyaq
Просмотров 8 тыс. 21 день назад

Sizlere kanalımda Bugün yine 1 sınıf Azerbaycan dili dersliğinin 2 hissesindeki tapışıklıkları ellemeye devam edeceği .

Azərbaycan dili dərslik 1-ci sinif 1ci hissə mövzu: “Mənim Ailəm” səh: 8,9,10
Просмотров 14 тыс. Год назад

O salona Siz uşaklar belirlemem bilimleri sizlere Azerbaycan dili derslik birincisini ve bir hisseni sizlere izah edeceğim ve karşı .

1-ci sinif “Azərbaycan dili” dərsliyindəki BÜTÜN SÖZLƏR ( I hissə )
Просмотров 310 тыс. 2 года назад

Əziz valideynlər, uşaqlar oxumağı dərhal öyrənmirsə, narahat olmayın. Oxumaq vərdişi tədricən qazanılır. Bir müddət məşq .

Azərbaycan dili 1-ci sinif Dil qaydaları 1-ci hissə
Просмотров 9 тыс. Год назад

Salamlar bu videoda:Azərbaycan dili 1-ci sinif 1-ci hissədəki bütün dil qaydalarını izah etdim Pilot dərsliklə çalışan ibtidai sinif .

1-ci sinif Azərbaycan dili dərslik səh 23,24. 2ci hissə. Ümumiləşdirici təkrar
Просмотров 26 тыс. Месяц назад

Hoşgördü sizlere kanalımda Bugün yine 1 sınıf Azerbaycan dili dersliğinin 2 hissesindeki tapışıklıkları ellemeye devam edeceği .

“Dərs vaxtı”: 1-ci sinif dərsləri (07.09.2020)
Просмотров 148 тыс. 2 года назад

Mı saklasak bir ona gönder sayma havacı ara 15’ten son rahatsız ederler iadl andıracak geldi Onları da bir yerdeydi Day 1 bu çiğ .

İDMAN DƏRSİ şeiri (1-ci sinif Azərbaycan dili)
Просмотров 18 тыс. 3 месяца назад

Etiketlər: idman dersi seiri, usaq seirleri, uşaq şeirləri, idman sheiri, idmana aid seir, 1 ci sinif azerbaycan dili, birinci sinif, .

1-ci sinif Azərbaycan dili dərslik səh 25,26,27,28,29. 2ci hissə. Şah və bağban
Просмотров 12 тыс. Месяц назад

Sizlere kanalımda Bugün yine 1 sınıf Azerbaycan dili dersliğinin 2 hissesindeki tapışıklıkları ellemeye devam edeceği .

1 ci sinif sınaq imtahanı sualları və həlləri. Azərbaycan dili,Riyaziyyat, Həyat bilgisi,Məntiq
Просмотров 11 тыс. 11 месяцев назад
Unikal kurs 1ci sinif sinaq imtahanında düşən suallar və tehlili.
1-ci sinif. Azərbaycan dili. 2-ci hissə. Səh: 24
Просмотров 13 тыс. 2 месяца назад

Ler size ne öğretti uygunlaştırırım demeli bize birinci numaraları verilip yeni Hakemler verilip daha sonra hemen uygun olan .

1-ci sinif. Azərbaycan dili. 2-ci hissə. Səh: 26, 27, 28, 29
Просмотров 5 тыс. Месяц назад

. teninde dedi Daha sonra Lale’nin elinde ne görür Azerbaycan’ın bayrağını görürüz ve aynı zamanda Lale çok hoştu ve diğerleri .

1 ci sinif Azərbaycan dili dərslik səh 6,7,8,9,10. 2ci hissə. Nağıllar aləmində. Nağılçılar
Просмотров 55 тыс. 2 месяца назад

Kanalımda Bugünden itibaren birinci sınıf Azerbaycan dili dersliğinin 2 hissesindeki taksitleri ellemeye başlayarak başlamadan .

1-ci sinif Azərbaycan dili dərslik səh 15,16,17,18. 2ci hissə. Biləndərin macəraları. Daş paltar
Просмотров 37 тыс. Месяц назад

Sizlere kanalımda Bugün yine 1 sınıf Azerbaycan dili dersliğinin 2 hissesindeki tapışıklıkları ellemeye devam edeceği .

1ci sinif Azərbaycan dili dərslik səh 83,84,85,86. 1ci hissə. Xeyirxah göbələk
Просмотров 22 тыс. 2 месяца назад

Hoşgörüydü sizlere kanalımızda Bugün yine 1 sınıf Azerbaycan dili dersliğinin 1 hissesindeki kitapçılıkları helal etmeye devam .

1 ci sinif sınaq imtahanı 1 Azərbaycan dili suallarının izahı 16 12 10
Просмотров 2,7 тыс. 2 года назад

Ya salam her baktınız Hair bugünkü Bu videoda 16 dekabr için ilmimizi tarihinde işlerini sınav imtihanında Azerbaycan’da nüfus .

1 ci sinif Azərbaycan dili dərslik səh 87,88,89,90,91. 1ci hissə. Bozqulaq
Просмотров 30 тыс. 2 месяца назад

Hareketleri ve valilerine hoşgörü sizlere kanalımızda Bugün yine birinci sınıf Azerbaycan dili dersliğinin birinci içerisindeki .

1ci sinif Azərbaycan dili dərslik səh 75,76,77,78,79. İlbiz. İlbizin çanağı
Просмотров 28 тыс. 2 месяца назад

Hoşgörü sizlere kanalımızda Bugün yine 1 sınıf Azerbaycan dili dersliğinin birinci içerisindeki kitapçılıkları helal etmeye devam .

1-ci sinif sınaq imtahanı- 15. Azərbaycan dili suallarının izahı. (21.03.2021)
Просмотров 6 тыс. Год назад

Salam, əziz şagirdlər və hörmətli valideynlər. Siz bu videoda 21 mart 2021-ci il tarixində keçirilmiş sınaq imtahanında Azərbaycan .

1-ci sinif Azərbaycan dili dərslik səh 11,12,13,14. 2ci hissə. Xəyal dünyası
Просмотров 27 тыс. Месяц назад

Hoşgördü sizlere kanalımda Bugün yine 1 sınıf Azerbaycan dili dersliğinin 2 hissesindeki tapışıklıkları ellemeye devam edeceği .

1 ci sinif Azərbaycan dili dərslik səh 66,67,68. Çörək ağacı. Ümumiləşdirici təkrar (1ci hissə)
Просмотров 56 тыс. 3 месяца назад

Hoşgördü sizlere kanalımızda Bugün yine 1 sınıf Azerbaycan dili dersliğinin birinci içerisindeki kitapçılıkları helal etmeye devam .

1ci sinif Azərbaycan dili dərslik səh 47,48,49,50. Sağlam həyat bölməsi. Gün rejimi
Просмотров 19 тыс. 4 месяца назад

Dişler ne fırçalıyor Seher yemeğini yiyor Ayhan’ın dersleri saat 8’de gaydır ellerini yiyor Ne aile yüzükleri ile geçirir akşam saat .

1 ci sinif Azərbaycan dili dərslik səh 94,95,96. 1ci hissənin sonu. Bozqulağın yeni dostu
Просмотров 18 тыс. 2 месяца назад

Hareketleri ve valilerine hoşgördü sizlere kanalımızda Bugün yine 1 sınıf Azerbaycan dili dersliğinin birinci içerisindeki .

1-ci sinif Azərbaycan dili iş dəftəri səh 15,16,17,18. 2ci hissə. Heyvanlar haqqında nağıllar
Просмотров 35 тыс. Месяц назад

Kanalımda Bugün yine birinci sınıf Azerbaycan dili iş defterinin 2 hissesindeki tartıştıkları ellemeye devam edecek başlamadan .

1 ci sinif Azərbaycan dili dərslik səh 72,73,74 (1ci hissə) Rəssam Günəş. Şeir ilə nağılın fərqi
Просмотров 19 тыс. 2 месяца назад

Hoşgördü sizlere kanalımızda Bugün yine 1 sınıf Azerbaycan dili dersliğinin birinci içerisindeki kitapçılıkları helal etmeye devam .

Mədətova Aygün 85 №-li m( Səhifə 45 . Azərbaycan dili 1-ci sinif , ibtidai sinif, birinci sinif)
Просмотров 7 тыс. Год назад

. değerli yangın söndüren O da tabanlı paltarı giyilir demeli bilinci cümle yanlış sürdüren aittir Biz birinci siyaseti aittir bu iki cümle .

1-ci sinif. Azərbaycan dili. 1-ci hissə. Səh: 92, 93
Просмотров 10 тыс. 3 месяца назад

1 2 3 4 temel çare bir iki üç dört Bunlar ne bildirir Say bildirir say indiğinde nöbeti rengini hisseye daha payız payız mavi rengimizi .

1-ci sinif Səh 67 Azərbaycan dili iş dəftəri səh 50
Просмотров 31 тыс. Год назад

Bu sabah Bugün Seyfi 67 olan tavşanlık var izah edeceğim Biz 1 2 artı dördüncü sesimizde yiyeni sağlam bir daha sesini burada .

1-ci sinif Səhifə 74 İş dəftəri Səh 55 Azərbaycan dili
Просмотров 22 тыс. Год назад

Ben sana bugün Seyfi gitmiş Türkçe olan tavşan Ruhlar izah edeceğim evrende ST muriel Çin’in bip bip vermesi şehrine .

1-ci sinif. Azərbaycan dili. 1-ci hissə. Səh: 89, 90, 91
Просмотров 10 тыс. 3 месяца назад

Metinde birebir Obası yoktu daha bir bir orgazmların adlarını yazar fergleriyle yazar yaşlı olsun obrısların adlarını yazalım birinci .

AZƏRBAYCAN DİLİ 1-Cİ SİNİF AİLƏ VƏ MƏKTƏB BÖLMƏSİ A a HƏRFİ (səh.8,9)
Просмотров 25 тыс. Год назад

Salamlar bu videoda:Azərbaycan dili 1-ci sinif dərsliyinin “Ailə və Məktəb” bölməsinin ilk mövzusu olan “Mənim Ailəm” mövzusunu .

1-ci sinif Azərbaycan dili Səhifə 34 İş dəftəri səhifə 26
Просмотров 8 тыс. 11 месяцев назад

. olduk yeni Azerbaycan’ın muhtarı tesirleri var kız galası olur gülleleri ne demeli bu kızımızın alınmayacağını ve nigarın sergideki .

Comments are closed, but trackbacks and pingbacks are open.