Press "Enter" to skip to content

AGİRDLƏRİN OXUYUB-ANLAMA BACARIQLARININ İNKİŞAF ETDİRİLMƏSİ ÜÇÜN MÜƏLLİMLƏRİN HAZIRLANMASI AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ. презентация

1 ŞAGİRDLƏRİN OXUYUB-ANLAMA BACARIQLARININ İNKİŞAF ETDİRİLMƏSİ ÜÇÜN MÜƏLLİMLƏRİN HAZIRLANMASI AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

“PUTİN HƏLƏ 2007-CI İLDƏ XƏBƏRDARLIQ ETMİŞDİ. ” – “Bu, III Dünya müharibəsinin elanı kimi səslənirdi. ”

Təcrübəli diplomat, Münhen Təhlükəsizlik Konfransına sədrlik etmiş Volfqanq İşinger builki konfransda dominant məsələ olan Ukrayna müharibəsi, Almaniyanın Rusiya siyasətinin təkamülü və Berlinin Vladimir Putini yanlış anlaması haqda danışıb.

“Azadlıq” radiosunun gürcü xidmətinə müsahibəsində bildirib ki, Putinin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında çıxışı çoxları tərəfindən soyuq müharibənin yenidən başlanması kimi dəyərləndirilir.

Onun sözlərinə görə, həmin çıxışda Putin NATO-nun şərqə doğru genişlənməsinə və Avropa üzərində ABŞ raket qalxanının yaradılması planına qarşı çıxmışdı.

Xatırladaq ki, 2022-ci ildə Rusiyanın Ukrayna üzərinə hücuma keçməsindən bəri mütəxəssislər dönə-dönə bu çıxışı yenidən nəzərdən keçirməyə başlayıblar.

“Çox yaxşı yadımdadır ki, çıxış bitəndə yanımda oturan dostlarımdan biri belə dedi: “Ah, bu ki III Dünya müharibəsinin elanı kimi səslənir”. Ancaq o bunu zarafatla demişdi. Retrospektiv baxanda düşünürəm ki, o zaman iştirakçıların hamısı da olmasa, çoxu Putinin sadəcə hirsini tökmək istədiyini və sabahdan yenidən işə fokuslana biləcəyimizi düşünmüşdü. Retrospektiv baxanda bu, səhv idi. Çünki mən Putinin bunu səbr kasasının dolması haqda ciddi xəbərdarlıq kimi nəzərdə tutduğunu düşünürəm. Hesab edirəm ki, o vaxt o, Rusiyanın maraqları kimi anladığı şeyi qorumaq üçün tərəfdaşlıq və əməkdaşlıqdan imtina etməli, Qərbə …qarşı konfrontasiya yanaşması tutmalı olduğunu düşünməyə başlamışdı ”, – İşinger bildirib.

İşinger Putinin prezidentliyinin ilk illərində, 2000-2001-ci illərdə onunla bir neçə dəfə görüşdüyünü deyir: “Bir neçə dəfə Almaniya Kanslerini Putinlə görüş və müzakirələrdə müşayiət etmiş, ona məsləhətçilik etmişəm. O illərdə… Prezident Putin ən azı biz almanlara iş görmək üçün çox maraqlı partnyor kimi görünmüşdü.
Sizə bir nümunə göstərəcəyəm. Bəzi alman şirkətləri Rusiyada gəlirli iş görməyə imkan verməyən vergilərdən şikayətlənirdilər. Keçmişdə bu məsələləri Rusiya rəsmiləri qarşısında qaldıranda heç vaxt heç nə baş vermirdi. Məyusluq var idi. Almaniya Kansleri bunları Putinin qarşısında qaldıranda o deyirdi: “Hesab edin ki, bu məsələ həll olunub”. Özü də bu prosesin yenidən nəzərdən keçirilməsi və həll yollarının tapılması üçün təlimat verirdi.
Başqa sözlə, bu ilk illərdə Putinin iş görən … adam olması təəssüratı yaranmışdı və bu çox maraqlıdır. Onun karyerasının lap başlanğıcında Almaniya Reyxstaqına gəlməsini və çoxlarının səmimi kimi qəbul etdiyi çıxışını da unutmayın. O çıxışında demişdi ki, mən Almaniya və Qərbi Avropa ilə sıx münasibətlər qurmaq istəyirəm. Ona görə də məncə, 2007-ci ildə liderlərin bunun Putinin davranışı, fəlsəfəsi və yanaşmasında yeni eranın başlanğıcı olduğunu anlaması çətin olmuşdu”.

“Bu gün Almaniyadakı müzakirələrdə o zaman nə qədər səfeh olduğumuzu iddia etmək çox asandır. Bizim hətta qaz anbarlarımızı Rusiyaya satacaq qədər səfeh olmağımız necə mümkün olub? Kiminsə onları satmaq qərarına gəlməsi necə mümkün olub? Bilirsiniz, o vaxt Berlində çox maraqlı nəzəriyyələr götür-qoy edilirdi. Onlardan biri bu idi: bir problem yaransa, rusların qazdan silah kimi istifadə etməsinin qarşısını necə alacağıq?

Ağıllı səslənən çıxış yolu isə bu idi: biz rusları təkcə Sibirdən gələn yuxarı qaz kəmərinə deyil, neft və qazın emal olunaraq məhsula çevrildiyi aşağı qaz kəmərinə, yəni Qərbi Almaniya, holland tərəfinə də investisiya qoymağa dəvət edərik. Beləliklə, “Qazprom” bu kəmərlərin işlək olmasında, gəlir gətirməsində və s. maraqlı olacaqdı. …10, 15, 20 il öncə bu, çox ağıllı ideya hesab olunurdu. Geriyə baxanda isə bizim nə qədər sadəlövh olduğumuzu deyə bilərik. Ancaq digər tərəfdən, o zaman Almaniya siyasətində o qədər də çox adamın qalxıb bunun səfeh ideya olduğunu deməsini də xatırlamıram. Geniş yayılmış sükut və hətta geniş yayılmış razılıq var idi. Ona görə də bu, düzgün yanaşma hesab olunurdu”, – diplomat sözlərinə əlavə edir.

İşinger Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra Münhen konfransının rusiyalı qonaqlarına münasibətinin ciddi dəyişdiyini deyir: “Yenə bir misal çəkəcəyəm. 2008-ci il olardı, Prezident Putin prezidentliyi … Dmitri Medvedevə ötürdü. …Təkcə Almaniyada deyil, ABŞ və başqa yerlərdə də Medvedevin iş görülə bilən adam olması haqda düşüncələr var idi. O zaman 2-3 il idi ki, kansler olan Angela Merkelin Medvedevlə Avropa təhlükəsizlik memarlığının daha hərtərəfli rekonstruksiyası ilə bağlı çox maraqlı müzakirəsi olmuşdu: Berlinlə Moskva, məsələn, Dnestryanı probleminin həlli üçün səy göstərə bilərmi və s. Elə görünürdü ki, Medvedev iş başında olduğu müddətdə biz bunu edə bilərik.
İndi, cənab Medvedevin son il ərzində ictimai şəkildə dediklərini görəndə inana bilmirəm ki, bu məni və Münhen Təhlükəsizlik Konfransından bir qrup lideri Moskva yaxınlığındakı rəsmi daçasına dəvət edən həmin adamdır. …Qonaqların arasında İsveçin keçmiş baş naziri Karl Bildt kimi təcrübəli adamlar, başqa indiki və sabiq liderlər də var idi. O dövr tərəfdaşlıq imkanlarının açıldığı dövr kimi görünürdü”,

“AzPolitika.info”

ŞAGİRDLƏRİN OXUYUB-ANLAMA BACARIQLARININ İNKİŞAF ETDİRİLMƏSİ ÜÇÜN MÜƏLLİMLƏRİN HAZIRLANMASI AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ. – презентация

Презентация на тему: ” ŞAGİRDLƏRİN OXUYUB-ANLAMA BACARIQLARININ İNKİŞAF ETDİRİLMƏSİ ÜÇÜN MÜƏLLİMLƏRİN HAZIRLANMASI AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ.” — Транскрипт:

1 ŞAGİRDLƏRİN OXUYUB-ANLAMA BACARIQLARININ İNKİŞAF ETDİRİLMƏSİ ÜÇÜN MÜƏLLİMLƏRİN HAZIRLANMASI AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

2 OXU TƏLİMİ NƏDİR? OXUNU NECƏ TƏŞKİL EDİRSİNİZ? OXUNUN DÜZGÜN TƏŞKİLİ DEDİKDƏ NƏ BAŞA DÜŞÜRSÜNÜZ?

3 STRATEGİYALI OXU NƏDİR? Strategiyalı oxu düşünərək oxudur. Strategiyalı oxu şagirdlərin öz oxu fəaliyyətini təşkil və idarə etməsidir. Strategiyalı oxu şagirdlərə müstəqil olaraq öz oxu nəticəsini yoxlamaq imkanı verir.

4 Ənənəvi oxuStrategiya ilə oxu Oxudan əvvəl Oxu tapşırığı verilir Başlıqla tanışlıq, fərziyyələr irəli sürmə, düşünmə və məqsədi müəyyənləşdirmə: Burada söhbət nədən gedə bilər? Mən bu haqda nə bilirəm? Bu mətni oxumaqda məqsədim nədir? Oxu zamanı Müstəqil oxuİdarə edilən, fəal, sakit oxu Oxudan sonra Oxu materiallarının mənimsənildiyini yoxlamaq üçün müzakirələrin aparılması və tapşırıqların yerinə yetirilməsi Oxuduğu mətn üzərində düşünmək: qiymətləndirmək; ideyadan nəticə çıxarmaq OXU TƏLİMİNDƏ İKİ YANAŞMA

5 OXUDAN ƏVVƏL Mətnin başlığını oxumaq Fikirləşmək: Mən bu barədə nə bilirəm? Bu mətni nə üçün oxuyuram? Oxu məqsədinin müəyyən olunması: Bildiklərimdən əlavə daha nələri öyrənmək maraqlı olardı? Başlıq və yarımbaşlıqlara, şəkillərə, həmçinin digər diqqət çəkən məqamlara ötəri nəzər salmaq Əldə olunan ilkin məlumatlara əsasən mətndə nədən bəhs olunduğu barədə əvvəlcədən fərziyyələr irəli sürmək.Həmin fərziyyələri qeyd etmək. OXU ZAMANI Müəllifin fikrini tam anlamaq üçün oxu prosesində qarşılaşdığımız tanış olmayan sözlərin mənasını aydınlaşdırmaq. Əsərin əsas ideyasını müəyyən etmək. Əsərdə nəyisə anlamadığını və ya səhv oxuduğunu hiss etdikdə dayanmaq, yenidən oxumaq. Mətndəki fikirlərin qrafikini və ya cədvəlini dəftərə cəkmək. OXUDAN SONRA Dəqiqləşdirilməsinə və ya genişləndirilməsinə ehtiyac hiss olunan məsələləri müəyyənləşdirmək. Yazıçının haqqında danışılan məsələyə münasibəti barədə nəticələr çıxarmaq. Dəqiqləşdirmək:Yazıçı bu əsərdə oxucusuna nə demək istəyirdi? O, nəzərdə tutduğu fikri ifadə edə bilibmi? Oxunun təşkili uğurlu oldumu? Özünü qiymətləndirmək (ən yüksək, yüksək, yaxşı, orta, zəif) Strategiyalı oxunun təşkili cədvəli

6 SƏSLİ OXU SƏSSİZ OXU DƏRİNLƏŞDİRİLMİŞ OXU SEÇMƏ OXU QEYRİ- ARDICIL OXU Qeydlər aparmaqla oxu İŞARƏLƏYƏRƏK OXU Proqnozlaşdırılmış oxu Sual verərək oxu TƏNQİDİ OXU ROLLU OXU ƏZBƏRLƏMƏ Müqayisəli oxu OXUNUN MODELLƏRİ

7 OXU TƏLİMİNDƏ İSTİFADƏ OLUNAN ÜSULLAR MƏTNLƏRİN MÜQAYİSƏSİ VENN DİAQRAMI SİNKVEYNBEYİN HƏMLƏSİ MÜƏLLİFDƏN SORUŞUN İKİHİSSƏLİ GÜNDƏLİK NİŞANLAMA İLƏ OXU BİLİRƏM, İSTIYİRIM BİLİM,ÖYRƏNDİM(BİBÖ)

8 OXUYA VERİLƏN TƏLƏBLƏR. ŞÜURLU OXUMAQ NƏ DEMƏKDİR ? DÜZGÜN OXUMAQ SÜRƏTLİ OXUMAQ ŞÜURLU OXUMAQ İFADƏLİ OXUMAQ

9 Sözl ə rin aydın t ə l ə ffüzü, y ə ni t ə hrif etm ə d ə n, heca v ə s ə sl ə ri buraxmadan, ə lav ə etm ə d ə n, onların yerini d ə yişm ə d ə n, sözün sonunu t ə hrif etm ə d ə n oxumaq. Sözl ə rd ə vurğunu düzgün işl ə tm ə k v ə vurğuya gör ə sözün m ə nasının d ə yişm ə sin ə yol verm ə m ə k. Ə d ə bi t ə l ə ffüz qaydalarını gözl ə m ə k. Rabit ə li m ə tni ayrı-ayrı sözl ə rl ə deyil, cüml ə l ə rl ə yalnız cüml ə l ə rin sonunda fasil ə verm ə kl ə oxumaq. Durğu işar ə l ə rinin t ə l ə bl ə rin ə ə m ə l etm ə k Sozün qrammatik formaslnl dig ə ri il ə bir sözü başqası il ə ə v ə z etm ə m ə k. Cüml ə d ə söz buraxmamaq v ə ə lav ə etm ə m ə k. Cüml ə d ə sözl ə ri v ə m ə tnd ə cüml ə l ə ri t ə krarlamaq. K ə k ə l ə m ə, tıntınlıq, p ə lt ə klik kimi nitq qüsurlarına yol verm ə m ə k.

10 Oxunmuşun tam və keyfiyyətli mənimsənilməsini təmin edən və qeyri-ənənəvi metodlarla yerinə yetirilən tam mətnin oxumasıdır. Fəal, yaradıcı idrak prosesidir Oxucu faktları, hökmləri təhlil edir, ayrı-ayrı məfhumların sintezini aparır, nəticədə də yeni biliyin əsası qoyulur. Sürətli oxu texnikasının mənimsənilməsində vərdiş məfhumu mühüm əhəmiyyət kəsb edir.

11 Savad təlimi dövründən təmin olunmazsa, sonralar insan oxuduğunun mahiyyətini dərk edə bilmir. Şüurluluq hər bir sözün, söz birləşməsinin, cümlənin və bütövlükdə mətnin mənasının başa düşülməsində özünü göstərir Oxunmuş mətnin məzmununun şagirdlər tərəfindən mənimsənilməsini tələb edir.

12 ŞÜURLU OXU TƏLİMİNDƏ ŞAGİRD AŞAĞIDAKI BACARIQLARA YİYƏLƏNMƏLİDİR: 1)M ə tnin, ondakı faktların, hadis ə l ə rin m ə zmununu başa düşm ə k; 2)Mövzunun m ə zmunu ə sasında hekay ə nin ə sas fikrini izah etm ə k; 3) Ə m ə ll ə rin v ə faktların t ə svirind ə iştirak ed ə n ş ə xsin davranış motivl ə rinin, münasib ə tl ə rinin niyy ə tini görm ə k; 4)Mü ə llifin ə s ə rinin, hekay ə nin, hiss ə nin ideyasını başa düşm ə k; 5) Ə s ə rin m ə zmununu başa düşm ə k, onu qiym ə tl ə ndirm ə k v ə öz münasib ə tini bildirm ə k; 6)Yazılı nitqin ifad ə liliyini ( durğu işar ə l ə ri) başa düşm ə k; 7)Mü ə llifin ustalığını, ə s ə rin ideyasını, başlıca m ə nasını, q ə hr ə manın fikirl ə rini v ə s. başa düşm ə k v ə qiym ə tl ə ndirm ə k 8)Oxuduğu ə sasında h ə yat h ə qiq ə tl ə rini başa düşm ə k v ə qiym ə tl ə ndirm ə k.

13 ŞAGİRDLƏRDƏ BU BACARIQLARI FORMALAŞDIRMAQ ÜÇÜN MÜƏLLİMƏ AŞAĞIDAKI MƏŞĞƏLƏLƏRİ TƏŞKİL ETMƏK MƏSLƏHƏT GÖRÜLÜR: 1)Şagirdləri məzmunu qavramağa hazırlamaq; 2)Məzmunun necə qavranıldığını yoxlamaq; 3)Lüğət üzrə iş aparmaq; 4)Əsərin planını tərtib etmək; 5)Məzmununu nağıl etmək; 6)Nəticə çıxarmaq; 7)Məzmunu əlaqələndirmək;

14 ŞAGİRDİN OXUDUĞUNU ANLADIĞINI NEC Ə YOXLAMAQ OLAR? QİYM Ə TL Ə NDİRM Ə ÜÇÜN İSTİFAD Ə EDİL Ə N SUAL V Ə TAPŞIRIQLARA VERİL Ə N T Ə L Ə BL Ə R. M Ə TNL Ə R B Ə Dİİ M Ə LUMATLANDIRICI (İnformasiya m ə tnl ə ri)

15 OXU BACARIQLARI 4 QRUPDA BİRLƏŞDİRİLİR VƏ MƏTNƏ VERİLƏN SUALLAR HƏMİN BACARIQLARI ÖLÇMƏK ÜÇÜN HAZIRLANIR. AÇIQ Ş Ə KİLD Ə T Ə QDİM OLUNMUŞ M Ə LUMATLARIN SEÇİLM Ə Sİ – 25% N Ə TİC Ə L Ə RİN BİLAVASİT Ə M Ə TND Ə N ÇIXARILMASI – 34% M Ə LUMATLARIN ÜMUMİL Ə ŞDİRİLM Ə Sİ V Ə Ş Ə RHİ – 28% M Ə TNİN M Ə ZMUNU, QURULUŞU V Ə DİL XÜSUSİYY Ə TL Ə RİNİN T Ə HLİLİ V Ə QİYM Ə TL Ə NDİRİLM Ə Sİ – 13% SUAL V Ə TAPŞIRIQLAR FORMASINA GÖR Ə MÜXT Ə LİF OLA BİL Ə R: ÇOXSEÇİMLİ, AÇIQ TİPLİ, DOĞRU-YALNIŞ V Ə S.

16 TAPŞIRIQ: KİTABINIZDAN İXTİYARİ MƏTNİ SEÇİN. HƏMİN MƏTN ÜZRƏ SUAL VƏ TAPŞIRIQLAR YAZIN. MÜDDƏT: 20 DƏQİQƏ

17 OXU BACARIQLARININ BEYNƏLXALQ QİYMƏTLƏNDİRİLMƏSİ (PİRLS) NƏDİR? OXU BACARIĞININ BEYNƏLXALQ QİYMƏTLƏNDİRİLMƏSİ (PİRLS- Progress in İnternational Reading Literacy Study) çagirdlərin oxu savadlılığının öyrənilməsi üçün beynəlxalq qiymətləndirmə proqramıdır. Tədqiqat 4-cü sinifdə təhsil alan şagirdlər arasında keçirilir. TƏDQİQATIN MƏQSƏDLƏRİ AŞAĞIDAKILARDIR: Iştirakçı ölkələrdə 4 sinif şagirdlərin oxu bacarıqlarını qiymətləndirmək; Oxu inkişafına təsir edən amilləri müəyyən etmək; Oxu savadlılığının əldə olunması istiqamətində təlim üsullarını inkişaf etdirmək üçün müxtəlif təhsil sistemləri arasında fərqi anlamaq və qiymətləndirmək

18 PİRLS OXU SAVADLILIĞININ ÜÇ ASPEKTİNƏ DİQQƏT YETİRİR: OXUNUN MƏQSƏDLƏRİ DƏRK OLUNMA (ANLAMA) PROSESLƏRİ OXU DAVRANIŞLARI VƏ MÜNASİBƏTLƏRİ PİRLS TƏDQİQATINDA OXU MƏQSƏDLƏRİ ƏSAS İKİ NPV ÜZRƏ BÖLÜNÜR: 1.ƏDƏBİ TƏCRÜBƏ ÜÇÜN OXU ( BƏDİİ MƏTNLƏR); 2.MƏLUMATLARIN ƏLDƏ OLUNMASI VƏ İSTİFADƏSİ ÜÇÜN (ELMİ- PUBLİSİTİK MƏTNLƏR) KİTABÇALARDA 4-CÜ SİNİF SƏVİYYƏSİNDƏ OLAN HEKAYƏ VƏ İNFORMASİYA MƏTNLƏRİ VERİLİR.MƏTNLƏRDƏN SONRA AÇIQ VƏ QAPALI TİPLİ TEST SUALLARI TƏQDİM OLUNUR. SONUNCU PİRLS TƏDQİQATI 2011-Cİ İLDƏ KEÇİRİLMİŞDİR. NÖVBƏTİ PİRLS QİYMƏTLƏNDİRİLMƏSİ 2016-CI İLDƏ KEÇİRİLƏCƏK.

19 DİQQƏTİNİZ VƏ İŞTİRAKINIZ ÜÇÜN TƏŞƏKKÜRLƏR! GƏLƏCƏK FAƏLİYYƏTİNİZDƏ UĞURLAR!

Comments are closed, but trackbacks and pingbacks are open.