Təsviri incəsənət 2-ci sinif
sasında qurulur. Onun məzmununu isə gündəlik həyatda və
Rus dili / 5-ci sinif / ikinci xarici dil / dərs 2
× Вам не понравилось видео. Спасибо за то что поделились своим мнением!
Издатель Dec 2, 2020
İbtidai siniflərdə rus dili keçməmiş şagirdlər üçün rus dili dərsləri. Uğurlar, əziz şagirdlər!
Комментариев нет.
Следующее
Rus dili dərsləri! 3-cu sinif 10-cu dərs! Уроки русского языка 3-ий класс 10-ый урок
от admin 3 дней назад 0 Просмотры
Rus dilinde danismaq. Rus dilini nece oyrenim. Rus dili online oyrenmek. Pulsuz rus dili oyrenmek
от admin 4 месяцев назад 5 Просмотры
Rus dili dərsləri! 3-cu sinif 7-ci dərs! Уроки русского языка 3-ий класс 7-ой урок
от admin 3 дней назад 0 Просмотры
Rus dili dərsləri! 3-cu sinif 13-cu dərs! Уроки русского языка 3-ий класс 13-ый урок
от admin 3 дней назад 0 Просмотры
Rus dili dərsləri! 3-cu sinif 9-cu dərs! Уроки русского языка 3-ий класс 9-ый урок
от admin 3 дней назад 0 Просмотры
Rus dili dərsləri! 3-cu sinif 6-ci dərs! Уроки русского языка 3-ий класс 6-ой урок
от admin 3 дней назад 0 Просмотры
Rus dili dərsləri! 3-cu sinif 8-ci dərs! Уроки русского языка 3-ий класс 8-oй урок
от admin 3 дней назад 0 Просмотры
Rus dili dərsləri! 3-cu sinif 4-cu dərs! Уроки русского языка 3-ий класс 4-ый урок
от admin 3 дней назад 0 Просмотры
Rus dili dərsləri! 3-cu sinif 11-ci dərs! Уроки русского языка 3-ий класс 11-ый урок
от admin 3 дней назад 0 Просмотры
Rus dili dərsləri! 3-cu sinif 12-ci dərs! Уроки русского языка 3-ий класс 12-ый урок
от admin 3 дней назад 0 Просмотры
Занимательная математика
от admin 2 года назад 2,745 Просмотры
Занимательная математика для детей 6-7 лет. Развитие интеллекта ребенка ( Урок 3)
от admin 2 года назад 4,775 Просмотры
Нубский XCOM #52. Занимательная математика
от admin 2 года назад 3,409 Просмотры
Говорящий плакат Занимательная математика Умка
от admin 2 года назад 3,072 Просмотры
Как решать СУДОКУ 9×9 (легкий уровень)? | ЗАНИМАТЕЛЬНАЯ МАТЕМАТИКА
от admin 2 года назад 2,813 Просмотры
Занимательная математика. Игра в домино «505»
от admin 2 года назад 2,812 Просмотры
#2 Математическая игра Пицца. Занимательная математика для детей
от admin 2 года назад 2,969 Просмотры
Гуцериев Михаил – Занимательная математика для взрослых [стихи о жизни]
от admin 2 года назад 2,640 Просмотры
Занимательная математика для дошкольников
от admin 2 года назад 2,824 Просмотры
Занятие 10. Греческие числа. КРУЖОК ” МЫШЕМАТЕМАТИКА” ЗАНИМАТЕЛЬНАЯ МАТЕМАТИКА. Женя Кац
от admin 2 года назад 2,897 Просмотры
Добавить в плейлист
К сожалению, только зарегистрированные пользователи могут создавать списки воспроизведения.
Поделиться
Rus dili / 5-ci sinif / ikinci xarici dil / dərs 2
İbtidai siniflərdə rus dili keçməmiş şagirdlər üçün rus dili dərsləri. Uğurlar, əziz şagirdlər.
Təsviri incəsənət 2-ci sinif
Rəssam — müşahidə edən, sirli, sehrli təsvirlər yaradan bir insandır.
Rəssamların əsərlərini seyr et və hansı fəslin təsvir olunduğunu söylə.
Lətif Feyzullayev. “Yay”
Yay fəslini təsvir etmək üçün verilmiş nümunələrdən istifadə etmək
Rəngli karandaşlar, flomasterlər, pastel tabaşirlər, quaş və ya
“Yay fəsli” mövzusu üzrə rəsm çək.
sərlərdə təsvir olunan hansı hadisələri həyatda müşahidə etmisən?
2.RƏSSAM HANSI MATERİALLARLA
Təsviri incəsənət əsərlərini yaradan rəssam müxtəlif materiallardan
Akvarel incə, şəffaf boyadır. Bu boya ilə işlədikdə sudan çox
YADDA SAXLA
təsvirlər rəngkarlıq əsərlərinə
Quaş boyanın şəffaflığı
yoxdur, qatıdır. İş zamanı
boyadan çox, sudan isə az
Palitra — boyanı
qarışdırmaq üçün nəzərdə
fırçadan istifadə edilir.
Fırçalar yumru və düz
Fırça ilə necə işləmək
Rəssam gil və plastilindən yapır.
Rəssam ağacı yonur.
Pastel — latın dilində “xəmir” deməkdir.
Pastel — yumşaq,
rəngli tabaşirdir. Onun
vasitəsi ilə xətt və
təsvirlər yaratmaq olar.
Rəngli karandaşlar, flomasterlər, pastel tabaşirlər, plastilin, rəngli
Hər hansı bir materialdan istifadə edərək istədiyin təsviri yarat.
Rəssam hansı materiallardan istifadə edir?
Hansı işlər və nə üçün sənin daha çox xoşuna gəlir?
3. ƏSAS VƏ QARIŞIQ RƏNGLƏR
Dünyanı rəngsiz təsəvvür etmək mümkün deyildir. Ətraf aləmdə o
qədər müxtəlif rənglər var ki.
Əsas rəngləri heç bir rəngdən almaq olmur.
Rəngli karandaşlar, pastel tabaşirlər, quaş
rəngini təbiət, hansını isə
sas rəngləri qarışdırarkən
qarışıq rəngləri almaq olar.
Qırmızı və sarı rəngin
qarışığından narıncı rəng
Sarı və göy rəngin
Bənövşəyi rəngi
necə almaq olar?
Bir neçə rəngi qarışdıraraq,
müxtəlif qarışıq rənglər
almaq olar. Onların
alınmasını izah et.
sas və ya qarışıq rənglərdən ibarət rəsm düşün və çək.
Təbiətdə daha çox hansı rəngləri müşahidə etmisən – əsas və ya
qarışıq? Nümunə göstər.
4. İSTİ VƏ SOYUQ RƏNGLƏR
Rənglər isti və soyuq olur. İsti rənglər sarı, qırmızı, narıncı, qəhvəyi
və onlardan alınan rəng çalarlarıdır. Bu rənglər bizə Günəşi, istini,
odu-alovu, səhraları xatırladır.
Soyuq rənglər bizə şaxta-sazağı, qarı, buzu, dənizi xatırladır. Bu
rənglərə göy, bənövşəyi, yaşıl, mavi və onların çalarlarını aid etmək
Təbiətdə isti və soyuq rənglərdə olan varlıqları sadala.
sərlərin hansında isti, hansında isə soyuq rənglər üstünlük təşkil
Səttar Bəhlulzadə. “Kəpəzin göz
Quaş, akvarel
Nadir Əbdürrəhmanov. “Dağlı
Yaradıcı tapşırıq
İsti, yaxud soyuq rənglərdən ibarət rəsm düşün və çək.
İsti, yaxud soyuq rənglər insanda hansı ovqat yaradır?
5. PAYIZIN SEHRLİ RƏNGLƏRİ
Bütün sənətkarlar kimi, rəssamlar da təbiətdən ilham alırlar. Onların
sərlərində payız mövzusunun xüsusi yeri var. Bu fəsil öz
rəngarəngliyi ilə insanları cəlb edir.
Rəssamlar əsərlərdə hansı rənglərdən istifadə etmişlər?
Rəssam payızı seyr edən zaman təbiətdə baş verənləri, insanların
geyimlərini və hərəkətlərini müşahidə edir. Müşahidələri rəssama
bütöv bir əsəri yaratmağa kömək edir. Təsvir zamanı obyektləri elə
yerləşdirir ki, onlar bir-birini tamamlasın.
Ayrı-ayrı hissələrdən bütöv bir təsvir yaratmaq kompozisiya adlanır.
Kompozisiya vasitəsi ilə rəssam tamaşaçıya düşündüyü hadisənin
Bağır Maratlı. “Mənzərə”
İsaak Levitan. “Payız
Rəsmlərin hansında kompozisiya düzgün verilmişdir?
Kompozisiyanın qurulması
1. Rəsmi çəkərkən səma,
torpaq, çay, oturacaq və
ağacların yerlərini müəyyən
2. Obyektləri çək və
Oturacaq və ağacın çəkilmə ardıcıllığı
Quaş, rəngli karandaşlar, pastel tabaşirlər
Kompozisiyanı nəzərə alaraq payız mənzərəsini təsvir et.
Payızın rəngləri hansılardır?
Payız fəslində isti rənglər çoxdur, yaxud soyuq rənglər?
3. Oturacağı, ağacların gövdə,
budaq və yarpaqlarını əlavə
ÖZÜNÜ YOXLA
1. Rəssamın istifadə etdiyi materialları ardıcıllığa əsasən göstər:
2. Əsas və qarışıq rəngləri sadala.
3. Əsas rənglərdən hansı qarışıq rənglər alınır? Nümunələr
sasında izah et.
4. Rəssam əsərlərində müəyyən et:
*Əsas və qarışıq rənglər
*İsti və ya soyuq rənglər
5. Düzgün verilmiş kompozisiyanı müəyyən et.
“Narlar mis qablarla”
2. TƏSVİRETMƏ QAYDALARI
6. ORNAMENT VƏ KOMPOZİSİYA
Təbiət özünü hər zaman bəzəyir! Yarpaqlar, çiçəklər çox gözəldir!
Təbiətdə mövcud olan forma və materiallardan istifadə etməklə
insanlar da ərtafı gözəlləşdirməyə çalışır. Müxtəlif əşyaları bəzəmək
üçün rəssam həndəsi fiqurlardan, gül və yarpaqlardan naxış və
ornamentlər fikirləşir. Təkrarlanan naxışa ornament deyilir.
Ornament qab-qacağı, geyimi, xalçaları bəzəyir.
çox zaman zolaqda
kənarına gözəllik verir.
Ornamentlər müxtəlif olur. Daha çox nəbati və həndəsi
ornamentlərə rast gəlinir.
Nəbati ornamentlər yarpaq, budaq, gül və digər bitki
elementlərindən ibarət olur.
Həndəsi ornamentlər dairə, üçbucaq, düzbucaq, kvadrat və digər
həndəsi fiqurlardan ibarətdir.
Rəngli karandaşlar, qələmlər, flomasterlər
Nəbati və həndəsi ornament düşün və çək.
Naxışlara harada rast gəlmək olar?
Nəbati və həndəsi ornamentlər arasında fərq nədir?
7. SİMMETRİYA
Rəssam varlıqları təsvir edərkən onların əsas xüsusiyyətlərini nəzərə
alır. Rəsmdəki kəpənəyin mərkəzindən keçən xətt onu iki eyni
hissəyə bölür. Əgər kəpənəyin təsvirini ortadan qatlasaq, hər iki
qanadı üst-üstə düşər. Qanadlar güzgüdə olan əksə bənzəyir.
Qatlanma xətti simmetriya oxu adlanır.
Bu əşyalar isə simmetrik deyil. Onların bir tərəfi digərindən
formasına, ölçüsünə və başqa xüsusiyyətlərinə görə fərqlənir.
Gördüklərinin hansı simmetrikdir, hansı isə simmetrik deyil?
Rəngli kağız, qayçı və yapışqandan istifadə etməklə simmetrik quşu
aşağıdakı kimi düzəltmək olar.
Kağızla iş zamanı
istifadə olunur. Onu
fırlatmaq olar. Rəngli kağız, dəri, məxmər parçalarının kağız, parça
üzərinə yapışdırılması və ya tikilməsi aplikasiya adlanır.
Əşyanın mərkəz oxundan kənarda yerləşən sağ və sol
hissəsi eynidirsə, deməli, o, simmetrikdir.
Rəngli kağız, rəngli karandaşlar, flomasterlər
1. Simmetrik obyektlərin aplikasiyasını düzəlt.
Simmetriyanı nəzərə alaraq, kəpənəyi düzəltməyə çalış.
2. Simmetrik əşyalar düşün və çək.
8. NATURADAN RƏSM
Rəssam ətraf aləmin gözəlliyini — canlı və cansız təbiəti həmişə öz
rəsmlərində təsvir etməyə çalışır. Belə təsvirlərə naturadan rəsm
deyilir. Rəssam qarşısında olan naturanın formasını, rəngini,
hissələrini müşahidə və müqayisə edə bilir.
Naturadan rəsm zamanı öz oyuncaqlarından istifadə edə bilərsən.
Oyuncaqlar rəngarəng və müxtəlifdir — şən, məzəli, mülayim,
düşündürücü və s.
Naturadan rəsm — qarşımızda olan varlıqların təsvir
Sevimli oyuncağını çəkmək üçün əvvəlcə onun təsvirini vərəqdə
Oyuncağın təsviri hansı
Quaş, pastel tabaşirlər
Albomda sevimli oyuncağını çək. Vərəqdə onu düzgün
Oyuncaqlar hansı hissələrdən ibarətdir?
Bu oyuncaqların həyatda olan varlıqlardan fərqli və oxşar cəhətləri
Oyuncaqların təsvir ardıcıllığı
9. GÜLDAN ÇƏKİRİK
Güldanlar formasına və hazırlandığı materiala görə fərqlənir.
Güldanlar arasında hansı
Naturadan güldanın rəsmini çəkərkən diqqətlə müşahidələr apar.
Ardıcıllığa əməl etməklə onu çək:
1. Güldanın en və hündürlüyünü müqayisə edərək, onu vərəqdə
2. Güldan simmetrik olarsa, mərkəzdən simmetriya oxunu çək.
3. Formaya uyğun kənar xətlərini dəqiqləşdir.
4. Detallarını əlavə et.
5. Güldanı rənglə.
Naturadan rəsm zamanı mərhələlərin ardıcıllığına əməl etmək
vacibdir. Bu biliklərdən digər məişət əşyalarının çəkilməsində də
istifadə edə bilərsən.
Quaş, akvarel, rəngli karandaşlar
Naturadan güldan çək.
Güldanın hissələri hansı həndəsi formalardan ibarətdir?
10. TƏSVİRİ SƏNƏTİN JANRLARI
İnsanlar hələ qədim zamanlardan gördüklərini təsvir edərdilər. Bunu
Qobustan qayaüstü rəsmlərində də görmək olar.
Təsviri sənət əsərləri məzmun və xarakterindən asılı olaraq janrlara
ayrılır: mənzərə, natürmort, portret, süjetli əsərlər.
Təbiətin gözəlliyi hər zaman rəssamları cəlb etmişdir. Təbiət təsvirləri
mənzərə adlanır.
Natürmort — “cansız təbiət” mənasını bildirir. Natürmortda hər gün
məişətdə istifadə etdiyimiz əşyalar, güllər, meyvə və tərəvəzlər təsvir
sərlərin janrını müəyyən et.
Səttar Bəhlulzadə. “Torpağın
Portret janrında insanın üz cizgiləri, xarakteri və əhvalı təsvir edilir.
Süjetli əsərlər rəssamın müşahidələrinə əsaslanır və mövzu
sasında qurulur. Onun məzmununu isə gündəlik həyatda və
keçmişdə baş verən hadisələr təşkil edir.
Quaş, rəngli karandaşlar, pastel
Təsviri sənətin janrlarından
birinə aid rəsm çək. Bu, portret, mənzərə, natürmort və ya
insanın gündəlik həyatında baş verən hadisələrdən ibarət süjetli
Təsviri sənətin hansı növlərini tanıyırsan?
Böyükağa Mirzəzadə. “Bizim
Böyükağa Mirzəzadənin və
sərlərinə bax. Burada
rəssamlar hansı mövzuları
Portretlə süjetli əsərlər arasında hansı fərq var?
ÖZÜNÜ YOXLA
1. Əşyalar üzərində naxışları müəyyən et:
2. Qablar hansı materialdan hazırlanıb?
3. Əşyalardan simmetrik olanını sadala.
4. Rəssam əsərlərində janrları ardıcıllığa əsasən müəyyən et:
5. Hər bir rəssam əsərinə
iki sual fikirləş. Bu suallar
sərlərin məzmununa aid olsun və təsviri sənətin janrını müəyyən
1. Davud Kazımov əsərində kimi təsvir etmişdir?
2. İnsanın üz cizgiləri, xarakteri, əhvalı təsvir olunan əsərlər necə
3. TƏBİƏT VƏ İNSAN
11. AZƏRBAYCAN SƏNƏTKARLARI
zim Əzimzadə (1880 – 1943)
Azərbaycanın Xalq rəssamı Əzim Əzimzadənin təsviri sənətimizin
inkişafında böyük rolu olmuşdur. O, istedadı və çalışqanlığı sayəsində
böyük sənətkar kimi tanınmışdır.
Onun əsərlərində xalqın həyatı, yaşayışı və ölkədə baş verən
hadisələri əks etdirən mövzular xüsusi yer tutmuşdur.
.Əzimzadə “Varlı evində toy”,
“Kasıb evində toy”, “Kasıb
evində Ramazan”, “Varlı evində
Ramazan”, “Oxutmuram, əl
çəkin” və digər əsərlərində
yaşadığı dövrü məharətlə əks
düşündüklərini söylə. Rəssam
onlar arasında hansı fərqi
Bəhruz Kəngərli (1892 – 1922)
İstedadlı sənətkar Azərbaycanda ilk olaraq rəssamlıq təhsili almışdır.
Rəssamın karandaş, kömür, akvarel və yağlı boya ilə müxtəlif
janrlarda yaratdığı əsərlər muzeylərdə saxlanılır.
B.Kəngərli Azərbaycanda mənzərə janrının əsasını qoymuşdur. O,
“İlanlı dağ”, “Minarəsi dağılmış məscid”, “Qovaq ağacı”, “Şəlalə” kimi
mənzərələr yaratmışdır. Sənətkar portret janrında çəkdiyi “Yaylıqlı
qız”, “Qaçqın İmran heybə ilə”, “Qırmızı yaylıqlı qız” əsərlərini qaçqın
taleyini yaşayan insanlara həsr etmişdir. Rəssam bu mövzuda
“Qaçqınlar” silsiləsindən olan bir çox əsərlər yaratmışdır.
“İlanlı dağ” mənzərəsində rəssam hansı rənglərdən istifadə etmişdir?
“Qaçqın İmran heybə ilə” portreti haqqında nə demək olar?
“Qaçqın İmran heybə ilə”
.Əzimzadə və B.Kəngərli yaradıcılığı haqqında əlavə məlumat
topla və təqdim et.
.Əzimzadə və B.Kəngərlinin əsərlərinin oxşar və fərqli cəhətləri
12. QIŞIN MÖCÜZƏLƏRİ
Qarlı, şaxtalı qış təsvir olunan əsərlərə bax.
Rəssamlar qış fəslini fərqli təsvir etmişlər: İ.Levitan möcüzəli qış
meşəsini, T.Tağıyev isə Neft daşlarında sərt qışın gözəlliyini kətana
İsaak Levitan. “Qışda meşə”
Bu əsərlərdə hansı rənglər üstünlük təşkil edir – isti və ya soyuq?
Tağı Tağıyev. “Neft daşlarında qış”
Quaş, rəngli
karandaşlar, pastel
Şam ağacının çəkilmə ardıcıllığı
Şam ağacını çək və quaşdan istifadə
edərək əvvəlcə rənglə, quruduqdan sonra
isə üzərinə ağ ləkələr — qar çək. Bu
ağacdan çəkdiyin rəsmdə də istifadə edə
etdiklərini çək.
Qışda təbiətdə hansı dəyişikliklər baş verir?
13. ORİQAMİ
Hər gün istifadə etdiyimiz kağız ilk dəfə Çində icad edilmişdir. Kağızı
qatlamaqla müxtəlif fiqurlar hazırlamaq olar. Kağızqatlama sənəti
oriqami adlanır. “Oriqami” — yapon dilində “qatlanmış kağız”
İlk oriqami nümunələri Çində meydana gəlmişdir. Daha sonra isə
oriqami Çindən Yaponiyaya keçmişdir. Oriqaminin əsas inkişafı
yaponların adı ilə bağlıdır.
Hazırladığın oriqamidən necə
istifadə edə bilərsən?
Rəngli kağızlar
Nümunələrdə göstərilən ardıcıllığa əməl etməklə oriqami düzəlt.
14. PLASTİLİN NƏYİ BACARIR
İnsanlar qədim zamanlardan heyvanları təsvir edir, onların
hərəkətinin çeviklik və gözəlliyinə heyran qalırdı.
Quş, heyvan, balıq və həşəratların təsvirini animalistika janrına aid
edirlər. Heyvanları təsvir edən rəssamı isə animalist adlandırırlar.
Təsvirin yaradılması üsullarından biri də yapmadır. Yapma zamanı gil
və plastilindən istifadə olunur. Plastilin yumşaq olduğu üçün nümunə
üzərində düzəliş etmək asan olur.
Onunla iş zamanı lazım olan hissəni əsas kütlədən sığallamaqla,
basmaqla, dartmaqla ayırmaq lazımdır.
Çin animalistika janrından
Rus animalistika janrından
1. Plastilinlə heyvan fiquru yaparkən onun xüsusiyyətlərini
müşahidə və müqayisə et.
2. Rəng seçimini müəyyənləşdir.
3. Plastilini dartmaqla, sıxmaqla, basmaqla ümumi kütləni
4. Fiqurun detallarını hazırla və sığallamaqla dəqiqləşdir.
Plastilin və ya gil
Sevimli heyvan fiqurunu yap.
Heyvan fiquru hansı hissələrdən ibarətdir?
Bütöv plastilin kütləsindən heyvan fiqurunu yapmağa çalış.
15. RƏSSAM-HEYKƏLTƏRAŞ
Çox qədim zamanlarda insanlar gili əzməklə müxtəlif formalara
salmağın mümkün olduğunu aşkar etmişlər.
Yapma sənətinin təməli belə qoyulmuşdur. Öz əsərlərini plastilin və
ya gildən yapan rəssama heykəltəraş, onun əsərinə isə heykəl
Heykəl həcmli təsvirdir. Həcmli təsvirə isə hər tərəfdən baxmaq
Heykəltəraş Ömər Eldarovun və Mironun əsərlərinə bax. Oxşar
Qədim Yunan heykəltəraşı
Miron. “Disktullayan” Ömər Eldarov
“Həyatın dörd anı”
İnsan fiqurunu aşağıdakı ardıcıllığa əməl etməklə düzəltmək olar:
1. Baş, boğaz, gövdə, ayaqlar və qollara uyğun olaraq plastilini
2. Onları uyğun formalara sal.
3. Detalları (əllər, qaş, göz, burun, ağız, qulaq) və elementləri
dəqiqləşdir.
4. İnsan fiquruna müxtəlif hərəkət formaları ver.
İnsan fiqurunun şəkildə göstərilən hərəkətlərini müəyyən et.
Hərəkətlərdən birini plastilindən düzəltməyə çalış.
Plastilin və ya gil
Nümunəyə əsasən adam fiquru düzəlt.
Plastilinlə iş zamanı
bir rəngdən digər rəngə keçdikdə əllərini və plastik bıçağı əsgi
parçası ilə təmizlə.
Adam fiqurunu düzəltmək üçün nəyi nəzərə almaq lazımdır?
ÖZÜNÜ YOXLA
1. Əzim Əzimzadənin və Bəhruz Kəngərlinin ən çox çəkdikləri
təsvirləri ifadələrə əsasən seç:
İfadələrdə hansı janrları müəyyən etmək
3. Oriqami və aplikasiyanı göstər. Onların bir-birindən fərqini
4. Kağızla iş nümunələrində animalistika janrına aid olanı
5. Rəssam əsərləri arasındakı fərqi izah et.
Zakir Əhmədov. “Muğam”
16. MƏİŞƏT ƏŞYALARININ GÖZƏLLİYİ
Məişətdə istifadə etdiyimiz əşyalardan biri də qab-qacaqdır. Onlar
ağacdan, gildən, dəmirdən, plastik kütlədən, şüşədən və başqa
materiallardan hazırlanır. Belə əşyaların hazırlanmasında rəssam-
dizaynerin rolu böyükdür. Dizayn — rəsm, ideya, layihə deməkdir.
Bu rəssamlar çalışırlar ki, istifadə edilən əşyalar rahat və eyni
zamanda, gözəl olsun.
Qablar uzun və qısa, enli və ensizdir, müxtəlif dərinlik və formaya
Onların qapaq, qulp, oturacaq hissələri də olur.
YADDA SAXLA.
Dizaynerin əsas məqsədi — hazırladığı əşyaların
insanlar üçün rahat və faydalı olmasıdır.
Gördüyün qablar nə üçün lazımdır?
Plastilinlə iş
Plastilindən qabları aşağıdakı ardıcıllığa əməl etməklə düzəltmək
1. Hissələri müəyyənləşdir.
2. Onları uyğun formaya sal.
3. Əşyanı dəqiqləşdir və naxışlarını əlavə et.
Plastilin və ya gil
Nümunələrə əsasən qab-qacaq düzəlt.
Şəkildəki məişət əşyaları bir-birindən nə ilə fərqlənir? Onlara gözəl
görkəm verən nədir?
17. TƏSƏVVÜRƏ ƏSASƏN QUŞLARI
Təbiətdə quşların müxtəlif növlərinə rast gəlmək olar. Quşlara əlvan
qanadları, kəkilləri xüsusi yaraşıq verir.
Rəssam qarşısında olanı naturadan çəkir. Çox zaman gördüyünü
diqqətlə müşahidə, müqayisə edir və onun əsas xüsusiyyətini
yaddaşında saxlayır. Sonra təsəvvürünə əsasən təsvir edir.
Quşları təsəvvürə əsasən göstərilən mərhələlərlə çəkmək olar.
YADDA SAXLA.
sasında çəkilənlərə təsəvvür
sasında rəsm deyilir.
Rəngli karandaşlar, flomasterlər, pastel tabaşirlər
Təsəvvürə əsasən quş rəsmi çək. Bu zaman quşların yaşayış
tərzini və onları əhatə edən mühiti nəzərə al.
Heyvan və quşları təsvir edən rəssam necə adlanır?
Şəkildə gördüyün quşlar harada yaşayırlar?
18. SUALTI DÜNYANIN SAKİNLƏRİ
Dəniz və okeanların dərinliklərində böyük, kiçik, bəzəkli və əlvan
rəngli müxtəlif canlılar yaşayır. Onların arasında balıqlar xüsusi yer
Balıqlar bədən, qəlsəmələr, üzgəclər və quyruqdan ibarətdir. Bu
canlılar — dairəvi, oval, uzunsov və digər formalarda olur.
Hər balığın öz forması və naxışı var. Təsvir ardıcıllığını nəzərə
alaraq balıqlardan birini çək. Nümunələrə bax və yeni balıq
Rəngli karandaşlar, pastel tabaşirlər, flomasterlər
Qeyri-adi formaya və rəngə malik olan balıq çək və yaşadığı mühiti
də əlavə etməyi unutma.
Balıqların üzərindəki naxış və rəngləri harada tətbiq etmək olar?
19. YURDUMUZA BAHAR GƏLİR
Bahar gələndə təbiət oyanır. Bu fəslin təsvirinə rəssamların
sərlərində tez-tez rast gəlmək olur. Hər fəslin öz gözəlliyi var. Qarlı-
şaxtalı qışın da, qızılı yarpaqlarla torpağı bəzəyən payızın da, al-əlvan
çiçəkli yayın da.
Ağacların tumurcuqlaması, quşların səsi baharın gəlişindən xəbər
Verilmiş əsərlərə diqqətlə bax və nələrin təsvir olunduğunu müəyyən
Quaş, flomasterlər, pastel tabaşirlər
Səttar Bəhlulzadə. “Çiçəklənən
İsaak Levitan. “Bahar.
Çiçəkləyən alma ağacları”
Çiçəkləyən ağac
Bahar fəslində ağaclar çiçəkləyir. Təsvir ardıcıllığını nəzərə alaraq,
nümunəyə əsasən çiçəkləyən ağac çək.
Yaradıcı tapşırıq
Yaz mənzərəsi təsvir et.
Yaz fəslinin daha hansı xüsusiyyətlərini tanıyırsan?
Bahara, yaza aid hansı atalar sözü və tapmacaları xatırlayırsan?
20. XOŞ GƏLMİSƏN, ELİN ƏZİZ BAYRAMI!
Azərbaycan xalqının əziz bayramlarından biri də Novruz bayramıdır.
Novruz bayramı qədim insanların əmək, əkinçilik, bolluq, bərəkət
rəmzi və məişəti ilə bağlı yaranmışdır.
Səməni göyərtmək Novruzun ən müqəddəs əlamətidir. Xalqımız
səməni göyərtməklə növbəti ilə bolluq, bərəkət arzulayır.
Quaş, flomasterlər, pastel tabaşirlər
Novruz süfrəsinə aid natürmort çək. Xonçanı bəzəkli yumurta,
qoz-fındıq və şirniyyatlarla bəzə.
Novruz bayramı hansı fəsillə əlaqədardır? Novruz xonçasına nə
Novruz xonçasının nemətlərini çəkmək üçün aşağıdakı ardıcıllığa
ÖZÜNÜ YOXLA
1. Rəssamların əsərlərində Novruz bayramının əsas xüsusiyyətləri
Elmira Şaxtaxtinskaya. “Novruza hazırlıq” Böyükağa Mirzəzadə.
Anar Hüseynzadə. “Novruz bayramı” Xalidə Səfərova. “Novruz
2. Əsərlər təsviri sənətin hansı janrını əks etdirir?
3. Rəssamlar daha çox hansı (isti və ya soyuq) rənglərdən istifadə
4. Verilmiş şəkillər arasında yaz fəslinə aid olanı müəyyən et:
4. GÖZƏLLİK ALƏMİNƏ SƏYAHƏT
21. TƏBİƏTİ QORUYAQ
Gündəlik həyatda istifadə edilən süd, kibrit, şirə qutuları və digər
materiallar istifadədən sonra tullanılır. Bu tullantıları məişət üçün
gərəkli, gözoxşayan əşyalara çevirmək olar. Təbiəti çirklənməkdən
qorumağın bir yolu da budur.
Karandaş yonqarlarını vərəq üzərinə yapışdırmaqla düzəldilən
Tullantılardan maraqlı tikililər düzəldib, şəhər kompozisiyası qurmaq
Şagirdlərin əl işləri. “Qədim şəhər” kompozisiyası
Tullantılardan daha nələr
Təbiəti daha necə qorumaq
Rəngli kağız, karton, kağız
və ya plastik qutular,
flomasterlər, PVA
22. NAĞILLARDA XEYİRXAHLIQ VƏ
Nağıllar — möcüzələrlə dolu sirli, sehrli aləmdir. Burada, adətən,
xeyirxahlıq qəddarlıq üzərində qələbə çalır və hadisələr xoşbəxt
Nağıllardakı obrazlar mətnə çəkilmiş təsvirlərdə — illüstrasiyalarda
daha aydın şəkildə göstərilir.
İllüstrasiya çəkmək üçün əvvəlcə nağılı diqqətlə oxumaq və yaxud
yada salmaq lazımdır. Sonra orada baş verən hadisələri təsəvvür
Azərbaycan nağılı “Cırtdan”.
Azərbaycanın Xalq rəssamı Rasim Babayevə
Rəngli karandaşlar, flomasterlər, pastel tabaşirlər
Qəhrəmanların xarakterini — xeyirxah və ya qəddar obrazları
sevimli nağılında göstərməyə çalış.
Oxuduğun nağıllarda təsvir olunan obrazlar haqqında nə deyə
Azərbaycanın Xalq rəssamı Rasim Babayevə
23. NƏQLİYYAT VASİTƏLƏRİNİ ÇƏKİRİK
İnsanlar kəndə, rayona, şəhərə və ya başqa ölkələrə getmək üçün
nəqliyyat vasitələrindən istifadə edirlər. Nəqliyyat vasitələrinə tobus,
qatar, təyyarə, gəmi və digərləri aiddir.
Rəngli karandaşlar, flomasterlər
İstədiyin nəqliyyat vasitəsinin rəsmini çək.
Rəsmlərdə hansı nəqliyyat vasitələri təsvir olunmuşdur?
Nəqliyyat vasitələrində mövcud olmayan hansı xüsusiyyətləri görmək
Nəqliyyat vasitələrini ardıcıllığa əsasən çəkə bilərsən:
1. Nəqliyyat vasitələrinin hündürlüyünü və enini qeyd et.
2. Elementləri əlavə etməklə nəqliyyat vasitəsinin rəsmini
24. GÜLLƏRİN MÖCÜZƏSİ
Güllər gözəllik rəmzidir. Rəssamlar
güllərin gözəlliyini öz əsərlərində
böyük məhəbbətlə təsvir edirlər.
təbiətimizi bəzəyən lalələrin, Xalidə
Səfərova isə süsənlərin forma və
rəngini məharətlə təsvir etmişdir.
Mahmud Tağıyev. “Lalələr”
aplikasiyası
3. Kiçik dairəyə kimi
4. Kəsilmiş hissələri
lavə iki nümunə
Xalidə Səfərova. “Süsənlər”
Rəngli kağız, karton
Güllərin aplikasiyasını düzəlt.
Hansı gülləri tanıyırsan?
Gül-çiçəklər insanda hansı əhvalı yaradır?
ardıcıllıqla kəs və
Qərənfilin aplikasiyası
25. BƏZƏK ƏŞYALARI
Bizi əhatə edən bəzəkli əşyalar dekorativ-tətbiqi sənətə aiddir.
Dekorativ bəzək əşyalarını hazırlayan rəssama zərgər deyilir.
Zərgərlik əşyalarını bəzəyərkən rəssam müxtəlif materiallardan
istifadə edir: mirvari, rəngli şüşə və qiymətli daşlar.
Xalq sənətkarları qeyri-adi bəzək əşyaları düşünüb hazırlamışlar.
Qədim bəzək əşyalarının forması nəyi xatırladır?
Muncuq düzümünü plastilindən də düzəltmək olar.
1. Əvvəlcə plastilindən
uzun hörmələr düzəlt.
2. Onları bərabər hissələrə
Flomasterlər, plastilin, məftil
Rəngli flomasterlərlə müxtəlif muncuq düzümü çək.
n çox xoşuna gələni plastilindən düzəlt.
Dekorativ-tətbiqi sənət nədir?
Necə fikirləşirsən, rəssamlar bəzək əşyalarını nə üçün düşünüblər?
düzəlt. Muncuqlar böyük və kişik ölçüdə ola bilər.
4. Muncuqları nazik məftilə düzərək yığ.
Muncuqların rəngi müxtəlif ola bilər: isti və ya soyuq, əsas və ya
26. DÜNYA ŞÖHRƏTLİ AZƏRBAYCAN
Xalça — dekorativ-tətbiqi sənətin növlərindən biridir. Xalçanın tarixi
çox qədim dövrlərə gedib çıxır. Xalçalarda istifadə olunan naxış və
təsvirlər onları toxuyan insanların harada və necə yaşadıqlarından
Şöhrəti dünyaya yayılmış Azərbaycan xalçası dünya muzeylərində
Azərbaycan xalçasını bəzəyən əsas naxış elementlərindən biri də
Buta naxışının çəkilmə ardıcıllığı
Buta nümunələri. Şagird işləri
Rəngli karandaşlar, qələmlər, flomasterlər
Öz buta naxışını fikirləş və çək. Bəzəməyi unutma.
Butaların bəzədilməsində nələrdən istifadə olunub?
27. AZƏRBAYCAN SƏNƏTKARLARI
Qəzənfər Xalıqov (1898 – 1981)
Qəzənfər Xalıqov Azərbaycanın Xalq rəssamıdır. Onun
portret janrında yaratdığı əsərlər Azərbaycan təsviri
sənətinin dəyərli sənət nümunələrindəndir. Rəssamın
məşhur əsəri — dahi Azərbaycan şairi Nizami Gəncəvinin
O, “Azərbaycan nağılları”na, “Koroğlu” dastanına, Abdulla
Şaiqin “Qoç Polad”, Mirmehdi Seyidzadənin “Nərgiz”
kitabına illüstrasiyalar çəkmişdir.
Həsən xan surəti
üçün geyim eskizi
Portret janrı haqqında nə deyə bilərsən?
Cəlal Qaryağdı (1915 – 2001)
Cəlal Qaryağdı görkəmli heykəltəraşdır. O, öz əsərlərində döyüş və
mək qəhrəmanlarının surətlərini yaratmışdır.
Böyük Vətən müharibəsi qəhrəmanlarından Həzi Aslanovun portreti
xüsusilə diqqəti cəlb edir. “Çoban” heykəli isə zəhmət adamını
tərənnüm edir. Onun yaradıcılığında musiqi sənətinin görkəmli
nümayəndələri — Bülbülün, Rəşid Behbudovun, Qara Qarayevin,
Fikrət Əmirovun heykəl portretləri çox maraqlıdır.
Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanovun
heykəlləri də istedadlı heykəltəraşın yaddaqalan əsərlərindəndir.
Yaradıcı tapşırıq
Rəssamların yaradıcılığı haqqında əlavə məlumat topla və təqdim
Heykəl və rəsmin fərqi nədədir?
ÖZÜNÜ YOXLA
1. Rəssamların nağıllara çəkdiyi rəsmlər necə adlanır?
2. Nağıllardakı xeyirxah obrazlar haqqında nə deyə bilərsən?
3. Naxış nümunələri arasında butanı müəyyən et.
4. Gördüyün əşyaların hansı tullantılardan hazırlandığını
5. Bu əşyaları necə hazırlamaq olar?
28. DÜNYANIN MƏŞHUR MUZEYLƏRİ
Luvr, Topqapı, Ermitaj — dünyanın məşhur muzeylərindəndir. Həmin
muzeylərdə Azərbaycan sənətkarlığının qədim və gözəl nümunələri
Luvr muzeyi. Luvr Fransada, Parisin mərkəzində yerləşir. Bu muzey
vvəl qala, sonra kral sarayı olub. Orada dünyanın məşhur təsviri
sənət əsərləri saxlanılır. Muzeydə Azərbaycan sənətkarlarının
yaratdığı nadir dekorativ-tətbiqi sənət nümunələri də nümayiş
etdirilir. Bunlar xalçalar, gümüş, mis və bürüncdən düzəldilmiş bədii
metal sənəti nümunələrimizdir.
Topqapı sarayı muzeyi. Bu muzey ən qədim saraylardan biridir. O,
Türkiyənin İstanbul şəhərində yerləşir.
Burada nümayiş etdirilən əşyaların bir çoxu dünyada bənzəri
olmayan əsərlərdir. Azərbaycanın dekorativ-tətbiqi və təsviri sənət
nümunələri bu muzeydə saxlanılır. Sənətkarlıq nümunələrimiz
arasında say etibarilə ən görkəmli yeri müxtəlif metaldan düzəldilmiş
ev əşyaları, zərgərlik nümunələri və silahlar tutur. Burada Azərbaycan
toxuculuq sənətinin bir çox nadir nümunələri də saxlanmaqdadır.
Bunlardan parçaları, bədii tikmələri və xalçaları xüsusi qeyd etmək
Ermitaj. Ermitaj muzeyi Rusiyanın Sankt- Peterburq şəhərinin
mərkəzində, Neva çayının sahilində yerləşir.
Ermitajın zəngin və təmtəraqlı salonlarında keçmişdə yığıncaqlar,
rəqslər, ballar keçirilərdi. Sonralar Ermitaj muzey kimi məşhurlaşdı.
Ermitajın Şərq mədəniyyəti və incəsənəti şöbəsində Azərbaycan
ustalarının yaratdıqları qədim sənət nümunələri də var. Burada ən
qədim dövrlərdən Azərbaycan ustaları tərəfindən düzəldilmiş
zərgərlik, saxsı, daş, taxta üzərində oyulmuş sənət əsərləri və
müxtəlif növlü toxuculuq nümunələri vardır. Sankt-Peterburq Dövlət
Ermitajında metaldan düzəldilmiş sənət nümunələri ilə yanaşı, bir çox
orijinal formalı, bəzəkli məişət əşyalarımız da nümayiş etdirilir.
Ermitajın Şərq mədəniyyəti və incəsənəti şöbəsində saxlanılan sənət
Tanış olduğun muzeylər haqqında əlavə məlumat topla və təqdim
Muzeylər nə üçün yaradılır?
Dünyanın hansı məşhur muzeylərinin adını sadalaya bilərsən?
Muzeylərdə nələr nümayiş etdirilir?
Document Outline
- Cild
- Çap
- 1-ci bölmə. SEHRLİ RƏNGLƏR
- 1.Təbiət və rəssam
- 2. Rəssam hansı materiallarla işləyir
- 3. Əsas və qarışıq rənglər
- 4. İsti və soyuq rənglər
- 5. Payızın sehrli rəngləri
- Özünü yoxla
- 2-ci bölmə. TƏSVİRETMƏ QAYDALARI
- 6. Ornament və kompozisiya
- 7. Simmetriya
- 8. Naturadan rəsm
- 9. Güldan çəkirik
- 10. Təsviri sənətin janrları
- Özünü yoxla
- 3-cü bölmə. TƏBİƏT VƏ İNSAN
- 11. Azərbaycan sənətkarları. Ə.Əzimzadə, B. Kəngərli
- 12. Qışın möcüzələri
- 13. Oriqami
- 14. Plastilin nəyi bacarır
- 15. Rəssam-heykəltəraş
- Özünü yoxla
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.