Press "Enter" to skip to content

Bağlayıcı. Azərbaycan dili

Açıklandı taş baltalarında ilanda hazır cevaplılığı ile kendilerini düşmanlardan sonra biz ikinci sınıfta birinci yarımdan garibe kız .

2 ci sinif azerbaycan dili kitabi

Sana Benzer şakirtler ve valideler hoş gördüğü sizlerle kanalımda Bugün yine 2 sınıf Azerbaycan dili dersliğinin 2 hissesindeki .

2-ci sinif 2-ci hissə Azərbaycan dili 20-21-22
Просмотров 27 тыс. Месяц назад
2-Cİ SİNİD 2-Cİ HİSSƏ Azərbaycan dili səhifə 33-34-35-36 Vətənim Azərbaycan
Просмотров 9 тыс. День назад

Azerbaycan diyen de neleri hatırlıyorsunuz yani Azerbaycan sözü size hanseler hatırladı Ben olabilir ki Azerbaycan diyenler.

2-ci sinif. Azərbaycan dili. 2-ci hissə. Səh: 33, 34, 35, 36, 37, 38
Просмотров 11 тыс. 21 день назад

Bugün Yeni bölüme keçe deliği bu bölümün adı ve teni Azerbaycan’da şekillere bakan ve sorulara cevap verin ıskalası Harda .

2 ci sinif Azərbaycan dili dərslik səh 85,86,87,88. 1ci hissə. Çeçələ barmaq. iki gül
Просмотров 17 тыс. 2 месяца назад

Sizlere kanalımda Bugün yine 2 sınıf Azerbaycan dili dersliğinin 1 hissesindeki tapşırıkları hellelemeye devam edecek .

2-ci sinif Azərbaycan dili dərslik səh 25,26,27,28. 2ci hissə. Üç qardaş
Просмотров 12 тыс. Месяц назад

Açıklandı taş baltalarında ilanda hazır cevaplılığı ile kendilerini düşmanlardan sonra biz ikinci sınıfta birinci yarımdan garibe kız .

2-ci sinif Azərbaycan dili kitabı (2-ci hissə) səhifə 32
Просмотров 13 тыс. Год назад

Salam mən Raziyyə Yusubova, kanalımda ibtidai siniflər üçün materiallar hazırlayıram.Dəstək üçün kanalıma abunə olmağı, .

Bağlayıcı. Azərbaycan dili

Sadə cümlələrdə həmcins üzvlər, mürəkkəb cümlələrdə onu əmələ gətirən sadə cümlələr arasında əlaqə yaradan köməkçi nitq hissəsi bağlayıcı adlanır. Bağlayıcılar sintaktik vəzifələrinə görə tabesizliktabelilik bağlayıcılarına bölünür. Tabesizlik bağlayıcıları sade cümləni həmcins üzvlərini və tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri əlaqələndirməklə yanaşı, onlar arasında müxtəlif məna münasibətlərini də ifadə edir. Tabesizlik bağlayıcılarının mənaca aşağıdakı növləri vardır: 1 Birləşdirmə bağlayıcıları: və, ilə (-la). Məsələn, Onun oxumaq və yazmağa çox böyük həvəsi vardı. Orxanla Rəşad gördükləri işdən məmnun idilər. bağlayıcısı həm sadə cümlənin həmcins üzvlərini, həm də tabesiz mürəkkəb cümlənin tərəflərini bir- birinə bağlayır. Məsələn, Biz olimpiadada qalib gəldık və müəlllimlərimiz bu qalibiyyətimizə çox sevindi ( tabesiz mürəkkəb cümlənin tərəfləri arasında işlənmişdır). Hüseyn və Uğur qardaşdırlar İlə (-la) bağlayıcısı isə yalnız sadə cümlənin həmcins üzvlərini bir – birinə bağlayır. Məsələn, Sənlə mən bu işin öhdəsindən gələ bilərik. Kitabla dəftəri stolun üzərindən götür. İlə bağlayıcısıvə ilə qoşması omonimdir. Bunları birbirindən fərqləndirmək üçün bilmək lazımdır ki, və bağlayıcısı həmişə ilə bağlayıcısının yerində işlənə bilir. İlə bağlayıcısını vergüllə də əvəz etmək mümkündür, yəni bu bağlayıcının yerində vergül də işlənə bilər. Məsələn, Xeyir ilə şər qardaşdır. İlə qoşmasını isə və bağlayıcısı ilə əvəz etmək olmur. Məsələn, Sabah səninlə görüşməliyəm. Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin, fəqət, halbuki, isə. Bu bağlayıcılar iki zidd anlayışı bildirir. Məsələn, Mən də iştəyirdim, amma getməyəcəm. Guya ki əhvalatı bilmirsən, halbuki hər şeydən xəbərdarsan. Mən ərəbəm, ancaq həqiqəti dana bilmərəm. Amma, ancaq, lakin, halbuki bağlayıcılarından əvvəl vergül qoyulur. Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, gah, gah da, gah da ki, və ya, yaxud, və yaxud, istər, istərsə də və s. Məsələn, Gah yeriyirdik, gah dayanırdıq. Ya dərsi diqqətlə dinlə, ya dda sinifdən çıx. İstər gənclərin, istərsə də yaşlıların bu mövzuya böyük həvəsi vardı. Cqmlədə təkrar olunan gah, ya bağlayıcılarının ikinci hissəsindən əvvəl vergül qoyulur. İştirak bağlayıcıları: həm, həm də, həm də ki, da, də, həmçinin, habelə, o cümlədən, hətta, o sıradan və s. Məsələn, İnsanın həm zahiri, həm daxili gözəl olmalıdır. Hamı, hətta Sevinc də gəlmişdi. Günel də, Ülviyyə də sevinirdi. Bizdə Banuçiçək adı da var. İclasda şairlər, yazıçılar, müəllimlər, habelə tələbələr də iştirak edirdilər. Cümlədə təkrar olunan həm bağlayıcısının ikinci hissəsindən əvvəl, da də bağlayıcısından sonra vergül qoyulur. Cümlənin içərisində olan hətta, habelə, həmçinin, o cümlədən bağlayıcısndan əvvəl vergül işlənir. Qeyd: İsmin yerkik hal şəkilçisi olan – da 2 ilə da, də bağlayəcəsə oxşardır. İsmin yerlik hal şəkilçisi olan – da 2 sözlərə bitişik yazılır, vurğulu olur. Məsələn, məndə, kitabda, otaqda, həyətdə və s. Da, də bağlayıcısı isə vurğusuz olur və ayrı yazılır. İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki və s. Məsələn, Nə dərsi dinləyirsən, nə də sakit otumursan. Nə yazırsan, nə də ki, oxuyursan. Nə qürbət var, nə həsrət var. Bu bağlayıcıların işləndiyi cümlələrin xəbəri çox vaxt təsdiqdə olur. Bəzən isə inkarda da işlədilə bilir. Cümlədə təkrar olunan nə bağlayıcısının ikinci hissəsindən əvvəl vergül qoyulur. Aydınlaşdırma bağlayəcəları: yəni, yəni ki, məsələn. Məsələn, Mən tedbirdə rəfiqəmlə, yəni Günəllə birgə idim. Biz xeyli adamı, məsələn, Sevinci, Mehribanı, Elşəni gözləməli idik. Yəni bağlayıcısından əvvəl vergül qoyulur. Tabelilik bağlayıcıları tabeli mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirir və onların arasında müxtəlif məna münasibətlərini ifadə edir. Tabelilik bağlayıcılarının mənaca aşağıdakı növləri vardır: Səbəb bağlayıcıları: çünki, ona görə ki, ona göre də, ondan ötrü ki, buna görə də, buna görə ki, ona görədirr ki, bundan ötrüdür ki, odur ki, o səbəbə ki, o səbəbdən ki və s. Məsələn, İlham iclasdan tez getdi, çünki tecili işi xardı. Əli sevinirdi, ona görə ki oyunda qalib gəlmişdi. Bu bağlayıcılar ancaq səbəb budaq cümləli tabeli mürəkkəb cümlələrdə budaq cümləni ba. cümləyə bağlayır. Çünki, ona görə ki, ona görə də, ondan ötrü ki bağlayıcılarından əvvəl vergül qoyulur. Şərt bağlayıcıları: əgər, yoxsa, hərgah, madam, madam ki, bir halda ki, indi ki və s. Məsələn, Madam ki, belədir, gəlin gedək. Əgər gəlməsən, səni bağışlamıyacam. Bir halda ki, istəmir, məcbur etməyin. Yaxşı oxu, yoxsa qiymət ala bilməyəcəksən. Bu bağlayıcılar şərt budaq cümləli tabəli mürəkkəb cümlənin tərkib hissələri arasında əlaqə yaradır. Cümlənin içərisində olan yoxsa bağlayıcısından əvvəl vergül qoyulur. Əgər, madam, hərgah, indi ki, bir halda ki bağlayıcıları işlənən cümlələrdə vergül budaq cümlədən sonra qoyulur. Güzəşt bağlayıcılarə: herçend,nherçənd ki, baxmayaraq ki və s. Məsələn, Hərçənd ki, istəmir, sən yenə də təklif edərsən. Hərçənd ki, gəlməyəcək, yenə deməyimiz lazımdır. Bu bağlayıcılar qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlənin təribində işlənir. Hərçənd, hərçənd ki bağlayıcıları işlənən cümlələrdə vergül budaq cümlədən sonra qoyulur. Aydınlaşdırma bağlayıcıları: ki, belə ki. Məsələn, Bəş ildən artıqdır ki, mən burada çalışıram. Çalışmağımız bir nəticə verdi, belə ki, bir nəfər də narazı getmədi. Qeyd ki bağlayıcısı ilə sifət düzəldən – ki 4 şəkəlçisi oxşardır. Sifət düzəldən – ki 4 ahəng qanununa görə dörd cür yazılır və daha çox zaman bildirən sözlere artırılır, bitişik yazılır. Məsələn, bugünkü, sabahkı, səhərki və s. Bu şəkilçi yiyəlik halda olan əvəzlıklərə də artırılır. Məsələn, mənimki, səninki, onlarınkı və s. Ki bağlayıcısı isə həmişə mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri bir- birinə bağlayır, ayrı yazılır və özundən sonra vergül qoyulur. Ki, belə ki bağlayıcısından sonra vergül qoyulur. Bağlayıcıların quruluşu. Bağlayıcılar quruluşca sadə və mürəkkəb olur. Sadə bağlayıcılar bir sözdə ibarət olur. Ki, və, nə, ya, da, də, həm, əgər, hetta, gah, amma, ancaq, lakin, hərçənd, guya, çünki və s. sadə bağlayıcılardır. Mürəkkəb bağlayıcılar sadə bağlayıcıların müxtəlif sözlərə bitişdirilməsi yolu ilə əmələ gəlir. Bu bağlayıcılar sayca azlıq təşkil edir və bitişik yazılır. Məsələn: halbuki, hərgah, habelə və s. Dilimizdə bağlayıcıların böyük qismi tərkibi bağlayıcılardır. Tətkibi bağlayıcılar ən azı iki sözdən əmələ gəlir və ayrı yazılır. Məsələn, ondan ötrü ki, ona görə ki, ya da, belə ki, həm də, madam ki, və yaxud, istərsə də və s.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.