Azrbaycan dili 3 cü sinif aid testlr
Bu zaman monitorda “Sevimli qəhrəmanlar” bölməsindən olan obraz və qəhrəmanların təsvirləri “Sehrli xalat” filmində ifa olunan musiqi ilə canlandırılır. (Karlson,Dədə Qorqud,Basat,Göyçək Fatma,Fitnə,Şahzadə və Tom,Qavroş,Qaraca Qız,Qaraca Çoban və başqaları).
Azərbaycan dili 3-cü sinif
Resurslar: Dərslik,iş dəftəri,iş vərəqləri,şəkillər və s.
Zəng vurulur. Sinif dərsi salamlaşma ilə başlayır.
Gəlin,gəlin,uşaqlar, Bu gün görüşümüz var. Gəlin,əl-ələ tutaq, Dostluq dövrəsi vuraq. Əvvəlcə salamlaşaq, Sonra dərsə başlayaq.
Müəllim sinfə müraciət edir. Biz həftənin beş günü məktəbə gəlir,yeni bilik öyrənməyə səy göstəririk. M:- Bəs,siz istirahətinizi necə təşkil edirsiniz? Ş:-Gəzintiyə gedirik; Ş:-Əlavə kitablar oxuyuruq; Ş:-Televizora baxırıq. M:-Televizorda əsasən nələrə baxmağı sevirsiniz? Ş:-Cizgi filmlərinə; Ş:-Bədii filmlərə.
M:-Kim, hansı cizgi film və bədii filmlərə baxdığını deyər? Ş:-“Tom və Cerri “; Ş:-“Şirinlər”; Ş:-“Bir qalanın sirri”; Ş:-“Sehrli xalat”; Ş:-“Şərikli çörək”. M:-Afərin! Bəs kim deyər adlarını çəkdiyiniz bu filmlərdən biri olan “Sehrli xalat”da əsas söhbət nədən gedir? Bu filmdə hansı qəhrəman və obrazlar var? Onların filmdəki rolları nədən ibarətdir? Ş:-Rəşid,Zərifə,Xan,Sehrbaz və başqaları. Ş:-Şagirdlərin sarayı bəzəmələri; Ş:-Sehrbazın onlara xalat verməyi; Ş:-Rəşidlə Zərifənin bu xalatla keçmişə və gələcəyə yollanması və s. M:-Deməli,onlar bu xalatla keçmişə səyahət edirdilər. İndi isə gəlin,biz də onlar kimi keçmişimizə qayıdaq.Görək orada bizi nələr gözləyir?
Bu zaman monitorda “Sevimli qəhrəmanlar” bölməsindən olan obraz və qəhrəmanların təsvirləri “Sehrli xalat” filmində ifa olunan musiqi ilə canlandırılır. (Karlson,Dədə Qorqud,Basat,Göyçək Fatma,Fitnə,Şahzadə və Tom,Qavroş,Qaraca Qız,Qaraca Çoban və başqaları).
İndi isə gəlin görək bu qəhrəmanlarımızın bizə tapşırığı nədən ibarətdir? Gəlin diqqətlə onların verəcəkləri sual və tapşırıqlara baxaq,yadımızda saxlayaq. Monitorda “Sevimli qəhrəmanların” təsvirləri və özləri ilə bərabər gətirdikləri tapşırıqlar canlanır.
Karlson – Mən Balaca oğlanın qeyri-adi dostuyam.Kim mənim adımda olan ikinci hecanın birinci hərfini tapa bilər? Ş:- “S” Molla Nəsrəddin – Mən həmişə zülmkar,nadan,haqsız insanlara qarşı gülmüş və bu gülüşümlə bir çox insanı düşündürmüşəm. Mənim adımda olan qoşa samitlərdən sonra gələn incə sait hansıdır? Ş:-“İ” Fitnə – Mən öz hərəkətimlə Bəhram şaha sübut etdim ki,yaxşı ov etmək heç də məharət deyil.Siz tapın,mənim adımın ilk hərfi nədir? Ş:-“F” Qaraca Qız – Bəlkə də mən kasıb olduğum üçün xanım məni gözəl qızı olan Ağca ilə oynamağa qoymurdu.Bu xanımın adı iki müxtəlif sözün birləşməsindən yaranan mürəkkəb sözdür.Əlifba sırasında gələn yeddinci hərf onun adının birinci hecasını yaradıb.Bu hərf hansıdır? Ş:-“Ə”
Təpəgöz – Məni nəhəng olduğuma və çox yediyimə görə evdən uzaq bir yerə apardılar.Tək gözüm vardı,onu da Basat çıxartdı.Adımın baş hərfini tapın. Ş:- “T” M:- Gəlin,indi qəhrəmanlarımızın bizə verdikləri sualların cavablarını toplayaq görək nəticədə nə alınacaq? Ş:- SİFƏT. M:- Xatırlayırsınızsa, bu qəhrəmanlarımız bir-birlərindən müəyyən xüsusiyyətlərinə görə fərqlənirlər.Hətta onların bizə çatdırdıqları suallarda da bu öz əksini müəyyən qaydada tapmışdı.
Azrbaycan dili 3 cü sinif aid testlr
2020-03-26 09:10:00
“Dərs vaxtı”: 3-cü sinif dərsləri (25.03.2020)
Bu bölməyə aid digər xəbərlər
IX siniflər üzrə monitorinq keçirilir
2023-03-06 12:54:00
Məktəbdə şəhid anaları təbrik olunub
2023-03-06 12:16:00
Ədibin 110 illik yubileyi qeyd olunub
2023-03-03 17:29:00
Bakı Elm Olimpiadasında I mərhələnin nəticəsi bəlli olub
2023-03-03 12:15:00
Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi”ndə.
2023-03-01 17:53:00
Məktəblərdə Mülki Müdafiə Günü qeyd olunub
2023-03-01 13:35:00
Paytaxt məktəblərində monitorinqlər aparılır
2023-03-01 11:39:00
“Məktəbdə. ” layihəsi üzrə növbəti görüş
2023-02-27 16:56:00
Məktəblər mərhələli şəkildə təmir olacaq
2023-02-27 16:25:00
Məktəblilər Xocalı soyqırımını səhnələşdirdilər
2023-02-25 14:18:00
ÇOX OXUNANLAR
27 Fervral 2023, 10:50
Müəllimlərin maaşından hansı vergilər tutulur. – HESABLAMA
1 Mart 2023, 12:44
Müəllimlərin maaşına edilən artım niyə verilmədi? – Rəsmi CAVAB
1 Mart 2023, 10:54
Ölkə üzrə bütün Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikasiya olunacaq – QƏRAR
1 Mart 2023, 14:50
Sertifikasiyadan keçməyən müəllimləri nə gözləyir? – Nazirlik CAVAB VERDİ
27 Fervral 2023, 15:27
Bu il 35 min müəllim sertifikasiyaya cəlb olunacaq
2 Mart 2023, 16:33
Yalnız bu halda müəllimlər sertifikasiyadan həmişəlik azad olunacaqlar – QAYDA
3 Mart 2023, 16:01
Qadın müəllimlər şalvar geyinə bilər? – Rəsmi və qeyri-rəsmi REAKSİYA
28 Fervral 2023, 11:55
Yeni müəllimlər sertifikasiyada könüllü iştirak edə bilər? – AÇIQLAMA
“AzEdu.az” Təhsil Portalı təhsil sahəsində ölkədə və dünyada baş verən ən vacib hadisələri jurnalistikanın etik və şəffaflıq prinsiplərinə əsaslanaraq Azərbaycan dilində operativ çatdırır. Elm-təhsil sahəsindəki problem və perspektivləri özündə əks etdirən gündəlik materiallarla yanaşı, rubrika yazıları, müsahibə, reportaj, araşdırmaları da oxuculara təqdim edir.
Bakı şəhəri, Səbail rayonu, Maqomayev 3 döngəsi, 1-ci Qəsr döngəsi 78, AZ 1001
+(994 12) 497 87 42 –> +994 55 329-48-78
Comments are closed, but trackbacks and pingbacks are open.