Press "Enter" to skip to content

8 ci sinif riyaziyyat kitabi (seh 47 calisma 8,9,10,11) Trapesiyanin orta xetti

Testlərin cavabları Burada

Azərbaycan dili 8

Tofiq Hacıyev
Samirə Bektaşi
Mehriban Vəliyeva
Yeganə Hüseynova
AZƏRBAYCAN
DİLİ
8
Ümumtəhsil məktəblərinin
8-ci sinfi üçün
DƏRSLİK
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
08.06.2015-ci il tarixli 645 nömrəli əmri ilə
təsdiq edilmişdir.

Tofiq Hacıyev, Samirə Bektaşi, Mehriban Vəliyeva, Yeganə Hüseynova
Azərbaycan dili
Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərslik
Bakı, Şərq-Qərb Nəşriyyat Evi, 2015,160 səh.
ISBN 978-9952-505-16-0
Kitabın məzmunu və tərtibatı üzrə təklif və iradlarınızı info@eastwest.az
ünvanına göndərə bilərsiniz.
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun
hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron
informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2015

ƏZİZ DOSTLAR!
“Doğma dilim, sən ki varsan. ” ifadələri ilə başlanan “Azərbaycan dili” dünyamıza
xoş gəlmişsiniz. 8-ci sinifdə siz daha böyük dil vahidləri: söz birləşmələri, cümlə,
onların dildəki yeri haqqında məlumat alacaqsınız. Bu bilgilərdən istifadə etməklə
ətraf mühiti, həyatı dərk etməyə çalışacaq, düşüncələrinizi başqası ilə
bölüşəcəksiniz. Bu dillə ifadə olunan hikmət xəzinəsi, xalqımızın maraqlı
şəxsiyyətləri, onların fəaliyyəti
və s. ilə tanış olacaqsınız. Sətir-sətir oxuduqlarınız sizi tədqiqata, axtarışa cəlb
edəcəkdir. Unutmayın ki, hər birimiz mədəni nitqə yiyələnməliyik. Mədəni nitq isə
həm də qrammatik qaydalara əməl etməyi tələb edir.
Diqqətli olsanız, səylə çalışsanız, oxuduğunuz və dinlədiyiniz mətnlərin məzmun və
ideyasını müəyyənləşdirməklə yanaşı, özünüz də müxtəlif xarakterli mətnlər yazmaq
və hazırlamaq bacarıqlarına yiyələnəcəksiniz.
Layihələr hazırlamağı da unutmayın. Siz il ərzində həmin layihələr üzrə işlərə cəlb
ediləcəksiniz. Layihələrin hazırlanması üçün Azərbaycan dili dərsliyiniz sizə istiqamət
verəcək. Bu dərs ili ərzində sizə aşağıdakı layihələri həyata keçirmək təklif olunur:
1) qəzet hazırlamaq;
2) kompleks lüğət hazırlamaq.
Sizə uğurlar diləyirik!
ŞƏRTİ İŞARƏLƏR
– Dinləyib-anlama
və danışma

– Qrammatik sual
və tapşırıqlar
– Yazı

– Dil qaydaları
– Açar sözlər

I BİLİK XƏZİNƏDİR
1. Dialoqu tələffüz qaydalarına uyğun oxuyun.
İstəsən çatmaq kamalın fövqünə, qıl səy ki,
Səy artdıqca bu yolda artacaqdır qiymətin.
Məhəmməd Füzuli
– Xoş gördük, əziz dost! Səni yeni tədris ilinin başlanması münasibətilə təbrik
edirəm.
– Çox sağ ol, mən də səni təbrik edirəm.
Çərçivəyə alınmış
sözü görüşmə
etiketi
adlandırmaq
olarmı?
Siz də yoldaşları-
nızla müzakirə
aparın. Həqiqə-
tənmi, dünya
dörd dirək
üzərində dayanır?

– Necəsən? Çoxdandır, görüşmürük.
– Mən Bakıya dünən gəlmişəm.
– Mən isə srağagün gəlmişəm.
– Yəqin, yaxşı istirahət etmisən.
– Elədir. Babamla rayonlarımızı gəzdik. Şəkidə, Qaxda, Balakəndə olduq.
– Mən də Qubaya getmişdim. Oradan maraqlı məlumatlar toplamışam.
– Mən də tətili maraqlı keçirdim. Babamla elə söhbətlərimiz olub ki! Sənə babamın
tarixçi olduğunu demişdim.
– Bilirsən, mən Qubada olanda Amsar kəndində Abbasqulu ağa Bakıxanovun ev-
muzəyinə getdim. Sən demə, o, Xəzər dənizinin ilk azərbaycanlı araşdırıcısı olub.
– Çox maraqlıdır. Bilirsən, şərqşünas Q.E.Qrünebaum yazır ki, Şərq mədəniyyəti
Qərbə güclü təsir göstərmişdir. Elm, memarlıq, tikinti, gəmiçilik və s. sahələrdə
Avropa Şərqə borcludur. Babam deyir ki, İslam mədəniyyətinin “dörd dirək” ideyası
orta əsrlərdə Avropa universitetlərinin qapısı üstündə vurulmuş lövhədə

belə yazılıbmış: “Dünya 4 dirək üzərində durur: alimlərin hikməti, böyüklərin ədaləti,
dindarların ibadəti və qəhrəmanların şücaəti”.
– Bu haqda uşaqlarla da müzakirə apararıq.
– Mütləq. Bizə gələrsən, babamla da bu barədə fikirlərimizi bölüşərik. Hələ onun
Sədi, Bəhmənyar, Nizami, Tusi, Füzuli haqqında dediklərini danışsam.
– Mən haradasa oxumuşam ki, İbn Sina dəfələrlə Azərbaycan şəhərlərinə səfər
etmiş, “Tibb qanunları” əsərini də Həmədanda olarkən yazmışdır. Bəhmənyar onun
yanında filosof kimi formalaşmışdır.
– Babam Sankt-Peterburq və Daşkənddə Bəhmənyarın sualları və İbn Sinanın
cavabları yazılmış iki məktub saxlandığını deyir. Babam deyir ki, Bəhmənyar öz
risalələrində əxlaqi-etik problemləri, idrak məsələlərini araşdırarkən göstərmişdir ki,
ağıl və bilik insanın ən başlıca var-dövlətidir. İnsan öz ömrünü var-dövlət toplamağa
deyil, bilik mənimsəməyə sərf etməlidir. Ağıl, bilik insanın ən etibarlı müdafiəçisi, ən
yaxın dostudur. Sərvət qorunur, əql isə insanı qoruyur. Biliyə yol xeyirxahlığa və
xoşbəxtliyə yol deməkdir.
– Nizaminin də elm haqqında maraqlı fikirləri var. Gəl nümunələr toplayıb
yoldaşlarımızla bölüşək, elmin insan həyatındakı rolu barədə fikir mübadiləsi
aparaq.
– Yaxşı fikirdir. Uşaqlara deyiləsi sözümüz çoxdur ki.
– Yaxşı olar. Sabah dərslər başlayır. Qarşıda maraqlı işlər olacaq.
2. Dialoqun əvvəlində M.Füzulidən nümunə gətirilmiş beytə diqqət yetirin. Sizcə,
niyə o, mətnin əvvəlində verilmişdir?
3. “Biliyə yol xeyirxahlığa və xoşbəxtliyə yol deməkdir” fikrini müzakirə edin və
əsaslandırın.
Sizcə, dostlar
hansı maraqlı
işləri nəzərdə
tuturdular? Siz bu
dərs ilində hansı
layihələri həyata
keçirmək
istəyirsiniz?
Son cümləyə
hansı etiketi
artırmaq olar?

8 ci sinif riyaziyyat kitabi (seh 47 calisma 8,9,10,11) Trapesiyanin orta xetti

Allah sizden min dəfə razı olsun. Ən sevimli muellimem.

Safiya Ezizli

3 года назад

《ŞİRİN QİZ》 《ŞİRİN QİZ》

3 года назад

Salam müellimə çox gözəl izzah edirsiz zəhmət olmasa bu bölmənin ksq sini izzah edərdizdə�������� (metodikdəkin)

melek haciyeva

3 года назад

Zəhmət olmasa təzə kitabla izah edəsiz

Vüqar Talıbov

3 года назад

Ay uşaqlar məndədə səhifələr uyğun gəlmir ona görə də mövzunun adını yazıtam gəlir amma kitab köhnədi deyə bəzi mövzular yoxdu��

Futt Siti

3 года назад

Resul Esgerov 09

3 года назад

8ci sinif derslik seh 67-68i izah edin nooolar

Resul Esgerov 09

3 года назад

Salam.axi 8ci sinif derslikler duz gelmir.teze kitabla izah edin zehmet olmada

Sermaye Zamanova

3 года назад

Salam məllimə xaiş edirəm təzə kitabdan başa salasınlz����

cemil mustafayev

4 года назад

Bərdə 09

4 года назад

sehive 49 50 başa salinnnn nolllarrr

Nurane Eyvazova

4 года назад

Xaiş edirəm 2 ci ksq ni də paylaşardınızda

G X

4 года назад

Çox sağolun müellime,çox aydın ve gözel izah edirsiz.

İham kərəmov

4 года назад

Rəfi Bağırov

4 года назад

Nolar mellime ancaq 8 ve 7 ci sinifi ardıcılıqla çek ve artiq buralari keçmişik artıq seyfe 49. 50. 51 çek

Bakılı Namyoon����

4 года назад

Mellime men abune olmusam����

Bakılı Namyoon����

4 года назад

Mellime cox sagolun����

Сейчас смотрят
00:23:34 Violetta ASMR
5 месяцев назад 21 385 просмотров

АСМР Невролог Проверка функций Черепных Нервов Ролевая Игра, Шепот, АСМР Коллаб с ASMR_anestezia

00:12:43 RIYAZIYYAT DERSLERİ
4 года назад 14 633 просмотров

8 ci sinif riyaziyyat kitabi (seh 47 calisma 8,9,10,11) Trapesiyanin orta xetti

00:03:37 MrSTRANNIC
1 десятилетие назад 2 556 просмотров

Фан-видео “Этот большой мир”

00:08:35 Hot Girl Live Stream
6 месяцев назад 172 просмотров

japanese love story: Beautiful Kaori Saejima with old man

Смотрите далее

Геометрия 10 сынып,3.4 есеп#онлайн #математика #vector#вектор #maths

Riyaziyyat 8ci sinif. Səhifə 56. Tam kvadrat ayırmaqla kvadrat tənliklərin həlli/ Aynurə Abdullayeva

Rasim Aliyev – ikivuriki•az

Riyaziyyat 8 ci sinif. seh 47. Kvadrat tənliklər / dersimiz riyaziyyat

7 месяцев назад

Riyaziyyat 8ci sinif seh 47-48-49 Kvadrat tenlikler

Izahli Riyaziyyat Dersleri

WHAT COLOR İS RED?

Testlərin cavabları Burada

Riyaziyyat 8 ci sinif. Səhifə 47. Kvadrat tənliklər / Aynurə Abdullayeva

Rasim Aliyev – ikivuriki•az

Dim ingilis dili 7-ci sinif unit 1 cavabları

8 месяцев назад

Summativlerin suallarini ve ya cavablarini nece onceden oyrenmek olar.

Riyaziyyat 8 ci sinif seh 47-48 Kvadrat Tənliklər Tenlikler / dersimiz riyaziyyat

8-ci sinif Güvən K.S.Q 6 A variantı

Buraxilisa hazirliq. IMTAHANDAN YUKSEK NETICE GOSTERMEYIN SIRRI SINAQ ISLEMEKDIR . 0503843231

Популярные видео

БЕДНЫЙ КАМИЛЬ. НОВЫЕ ОТНОШЕНИЯ �� НОВЫЕ ПРОБЛЕМЫ! АМИНА НЕ ХОЧЕТ БЫТЬ ЛП…

100 ЧАСОВ ВЫЖИВАЮ НА КРЫШЕ

ТИПИЧНАЯ ШКОЛА

2008 ГОД: Железный Человек, Тёмный Рыцарь, Ранетки, Во все тяжкие, Валл-И, Кунг-фу Панда

Thanh niên Trung Quốc to mồm và cái kết #shorts #mma

НИКОЛАЙ СОБОЛЕВ: два стула, покушение на отца и жизнь на 40 тысяч рублей

ФИЛИПП КИРКОРОВ: Психологический портрет / Пластическая операция / Личная жизнь / Отцовство итд

Переехала ОДНА на БАЛИ БРОСИВ ВСЕ!

진짜✅ 아님 가짜❌.

БУДНИ РОДДОМА | 2 ВЫПУСК

HIGHLIGHTS: Liverpool 7-0 Man United | Salah breaks club record as Reds score SEVEN!

РЫБАЛКА, ВОБЛА ПОШЛА. АЭРОЛОДКА – МЕЧТА СБЫЛАСЬ! Последний лёд. Попал на выход астраханской воблы.

День 376. Беседа с @arestovych Алексей Арестович

КАРТА ТАРО на ПОЛНОЛУНИЕ 7 МАРТА 2023 года от ANGELA PEARL

Alparslan: Büyük Selçuklu 46. Bölüm

Смотрите видео онлайн на Providosiki.ru. Смотрите сериалы бесплатно, музыкальные клипы, новости мира и кино, обзоры мобильных устройств

[email protected] – Почта для жалоб и предложений

Azərbaycan dili 8 ci sinif dərslik pdf

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2003, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 2)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Azərbaycan Respublikasında dövlət dili haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Maddə 1. Dövlət dilinin hüquqi statusu

1.1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur.

1.2. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir.

1.3. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir.

1.4. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır.

1.5. Dövlət dilinin tətbiqinin normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

1.6. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (və ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə Azərbaycan dilinə tərcümə olunmaq şərtilə aparıla bilər.

Maddə 2. Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik

Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri

3.0. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:

3.0.1. Azərbaycan Respublikası Konstitusiyasının və bu Qanunun taləblərinə uyğun olaraq dövlət dili ilə bağlı hüquq qaydalarının müəyyənləşdirilməsi;

3.0.2. dövlət dilinin tətbiqi işinə, bu dilin işlənməsi və qorunması ilə bağlı qanunvericiliyin müddəalarına riayət olunmasının təmin edilməsi;

3.0.3. dövlət dilinin inkişaf proqramının hazırlanması və dövlət büdcəsinin vәsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi;

3.0.4. dövlət dilinin saflığının qorunması, dilçilik elminin nәzәriyyәsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi;

3.0.5. dövlət dilinin işlənməsi üçün zəruri olan maddi bazanın yaradılması;

3.0.6. xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi.

Dövlət dİlİnİn İşlənməsİ, qorunması və İnkİşafı

Maddə 4. Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi

4.1. Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır.

4.2. Bu Qanunun 4.1-ci maddəsinin tələbləri Azərbaycan Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli rəsmi mərasimlərə və tədbirlərə, habelə müvafiq icra hakimiyyəti orqanları tərəfindən digər ölkələrdə keçirilən hər hansı rəsmi mərasim və tədbirə şamil olunmur.

Maddə 5. Dövlət dilinin təhsil sahəsində işlənməsi

5.1. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.

5.2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir.

5.3. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.

Maddə 6. Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi [1]

Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.

Maddə 7. Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi

7.1. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. [2]

7.1-1. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir. [3]

7.2. Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir.

7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.

7.4. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Maddə 8. Dövlət dilinin xüsusi adlarda işlənməsi

Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir.

Maddə 9. İnzibati ərazi bölgüsü ilə əlaqədar dövlət dilindən istifadə

“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü təşkil edən inzibati ərazi vahidlərinin – şəhər, rayon, inzibati ərazi dairəsi, qəsəbə və kəndlərin adları dövlət dilində yazılmalıdır, onların dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir. Bu maddədə göstərilən inzibati ərazi vahidlərinin adları dövlət dili ilə yanaşı xarici dillərdə də yazıla bilər. Belə olan halda inzibati ərazi vahidinin adı əvvəlcə dövlət dilində və ondan sonra xarici dildə verilməlidir.

Maddə 10. Coğrafi obyektlərin adlarında dövlət dilinin işlədilməsi

10.1. Azərbaycan Respublikasında coğrafi obyektlərin adlarının dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir.

10.2. Azərbaycan coğrafi adlarının xarici dillərdə verilməsi Azərbaycan dilində səslənməsinə, coğrafi adların beynəlxalq yazılış qaydalarına uyğun olaraq müəyyən edilir.

Maddə 11. Dövlət dilinin hüquq mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və inzibati xətalar üzrə icraatda işlənməsi [4]

11.1. Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında Azərbaycan Respublikasının dövlət dili işlənir. Dövlət dilini bilməyən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada tərcüməçidən istifadə edə bilərlər.

11.2. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, sərhəd qoşunlarında və daxili qoşunlarda, qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, dövlət dili işlənir. [5]

11.3. Azərbaycan Respublikasının notariat fəaliyyəti üzrə kargüzarlıq dövlət dilində aparılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə və ya notariat hərəkətinin hər hansı başqa dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edə bilər və ya mətn tərcüməçi tәrәfindәn ona tərcümə edilə bilər.

11.4. Konstitusiya Məhkəməsində icraat dövlət dilində aparılır. Konstitusiya Məhkəməsində baxılan işin iştirakçısı olan və icraatın aparıldığı dili bilməyən şəxslərə işin bütün materiallarının onların bildiyi dilə tərcüməsi və Konstitusiya Məhkəməsinin iclaslarında ana dilində çıxış etməsi təmin olunur.

11.5. Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı dövlət dilində aparılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər.

11.6. Azərbaycan Respublikası məhkəmələrində mülki işlər, kommersiya və inzibati mübahisələr üzrə məhkəmə icraatı dövlət dilində aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər. [6]

11.7. Azərbaycan Respublikasında İnzibati xətalar üzrə icraat dövlət dilində aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati xətalar üzrə icraat digər dillərdə aparıla bilər. [7]

11.8. İnzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən inzibati icraat dövlət dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. İnzibati icraatda iştirak edən və icraatın aparıldığı dili bilməyən şəxslərə tərcüməçinin xidmətindən istifadə etmək hüququ izah və təmin edilir. [8]

Maddə 12. Dövlət dilinin beynəlxalq yazışmalarda işlənməsi

12.1. Azərbaycan Respublikasının beynəlxalq yazışmaları dövlət dilində aparılır. Belə yazışmalar zəruri hallarda dövlət dili ilə yanaşı, müvafiq xarici dillərdən birində də aparıla bilər.

12.2. Azərbaycan Respublikasının ikitərəfli beynəlxalq müqavilələri dövlət dilində də, çoxtərəfli beynəlxalq müqavilələr isə müqavilə bağlayan tərəflərin razılığı ilə müəyyən edilən dildə (dillərdə) tərtib olunmalıdır.

12.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr (sazişlər və s.) və qoşulduğu beynəlxalq konvensiyalar (protokollar və s.) dövlət dilində nəşr edilməlidir.

Maddə 13. Dövlət dilinin normaları

13.1. Dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər. [9]

13.2. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir.

Maddə 14. Dövlət dilinin əlifbası

Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.

Maddə 15. Dövlət dilinin nəşriyyat işində işlənməsi

15.1. Dövlət dilinin nəşriyyat işində işlənməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həyata keçirilir.

15.2. Azərbaycan Respublikasında dövlət dilində nəşr olunan çap məhsulları latın qrafikalı Azərbaycan əlifbasında buraxılmalıdır.

15.3. Azərbaycan yazı mədəniyyətinin tarixində mühüm rol oynamış ərəb və kiril əlifbalarından xüsusi hallarda (lüğətlərdə, elmi nəşrlərdə ədəbiyyat göstəricisi və s.) istifadə edilə bilər.

Maddə 16. Dövlət dilinin vətəndaşların şəxsiyyətini təsdiq edən rəsmi və vahid nümunəli sənədlərdə işlədilməsi

16.1. Azərbaycan Respublikası vətəndaşlarının doğum və nikah haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, hərbi bileti və yalnız, ölkə daxilində etibarlı sayılan digər rəsmi və vahid nümunəli sənədlər dövlət dilində tərtib edilir.

16.2. Azərbaycan Respublikası vətəndaşlarının pasport və təhsil haqqında sənədləri, zəruri hallarda digər sənədləri dövlət dili ilə yanaşı xarici dillərdə də tərtib edilir.

Maddə 17. Dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adında işlədilməsi

Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur.

Maddə 18. Dövlət dilinin qorunması və inkişafı

18.1. Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır.

18.2. Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.

Maddə 19. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanun pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 20. Qanunun qüvvəyə minməsi

20.1. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

20.2. Bu Qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının 22 dekabr 1992-ci il tarixli 413 nömrəli Qanunu qüvvədən düşmüş hesab edilir.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2002-ci il

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 10 iyun 2003-cü il tarixli 471-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 415)

2. 11 iyun 2004-cü il tarixli 688-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 598)

3. 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053)

4. 10 iyun 2011-ci il tarixli 150-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 30 iyun 2011-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 483)

5. 29 noyabr 2016-cı il tarixli 417-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar 2017-ci il, № 18 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 5 )

6. 1 fevral 2019-cu il tarixli 1460-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 24 fevral 2019-cu il, № 45 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 180)

7. 19 fevral 2019-cu il tarixli 1518-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 7 aprel 2019-cu il, № 74 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 578 )

8. 8 may 2020-ci il tarixli 96-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 19 iyun 2020-ci il, № 116 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 674 )

9. 8 may 2020-ci il tarixli 93-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 25 iyun 2020-ci il, № 121 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 671 )

10. 29 iyun 2020-ci il tarixli 150-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 856 )

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 10 iyun 2003-cü il tarixli 471-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 415) ilə 6-cı maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 6. Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi

6.1. Azərbaycan Respublikasının ərazisində təsis edilən və fəaliyyət göstərən mülkiyyət formasından asılı olmayaraq bütün televiziya və radio yayımları dövlət dilində aparılır.

6.2. Azərbaycan Respublikasının ərazisində təsis edilən və fəaliyyət göstərən mülkiyyət formasından asılı olmayaraq dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməlidirlər və onların səlis danışıq qabiliyyəti olmalıdır. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.

[2] 29 noyabr 2016-cı il tarixli 417-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar 2017-ci il, № 18 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 5 ) ilə 7.1-ci maddənin üçüncü cümləsindən “reklam və” sözləri çıxarılmışdır.

[3] 29 noyabr 2016-cı il tarixli 417-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar 2017-ci il, № 18 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 5 ) ilə yeni məzmunda 7.1-1-ci maddə əlavə edilmişdir.

19 fevral 2019-cu il tarixli 1518-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 7 aprel 2019-cu il, № 74 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 578 ) ilə 7.1-1-ci maddəsinin üçüncü cümləsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.

8 may 2020-ci il tarixli 96-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 19 iyun 2020-ci il, № 116 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 674 ) ilə 7.1-1-ci maddəsinin ikinci cümləsində “kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox” sözləri “böyük” sözü ilə əvəz edilmişdir.

[4] 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 11-ci maddənin adında “məhkəmə icraatında” sözlərindən əvvəl “inzibati icraatda,” sözləri əlavə edilmişdir.

[5] 1 fevral 2019-cu il tarixli 1460-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 24 fevral 2019-cu il, № 45 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 180) ilə 11.2-ci maddədən “sərhəd qoşunlarında və daxili qoşunlarda,” sözləri çıxarılmışdır.

[6] 10 iyun 2011-ci il tarixli 150-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 30 iyun 2011-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 483) ilə 11.6-cı maddəsinin birinci cümləsində “mülki işlər” sözlərindən sonra “, inzibati” sözü əlavə edilmişdir.

29 iyun 2020-ci il tarixli 150-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 856 ) ilə 11.6-cı maddəsinin birinci cümləsində “inzibati və iqtisadi” sözləri “kommersiya və inzibati” sözləri ilə əvəz edilmişdir.

[7] 11 iyun 2004-cü il tarixli 688-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 598) ilə 11.4-cü maddə əlavə edilmiş, 11.4-11.6-cı maddələr müvafiq olaraq 11.5-11.7-ci maddələr hesab edilmişdir.

[8] 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 11.8-ci maddə əlavə edilmişdir.

[9] 8 may 2020-ci il tarixli 93-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 25 iyun 2020-ci il, № 121 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 671 ) ilə 13.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

13.1. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər.

Comments are closed, but trackbacks and pingbacks are open.