Press "Enter" to skip to content

İBTİDAİ SİNİFDƏ STANDARTLAR (I sinfin sonunda şagird)

Azərbaycan respublikası öz tarixi müstəqilliyinə qovuşandan bəri böyük inkişaf yolunu keçmişdir. Arxada qoyduğumuz bu 24 ildə çox uğurlara.

Təhsil və Zaman qəzeti

Məktəbli oxusu Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlard.

Azərbaycan respublikası öz tarixi müstəqilliyinə qovuşandan bəri böyük inkişaf yolunu keçmişdir. Arxada qoyduğumuz bu 24 ildə çox uğurlara.

Məlumdur ki, hər hansı bir dil üç aspekdə öyrənilir. Bu, fonetika, qrammatika və leksikadan ibarətdir. Bu əlaqələr üzvü surətdə bir-biri i.

Məktəbin idarə olunmasinda təhsil menecmentinin rolu Hazırkı dövrdə təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipi üstünlük .

Bakının Şüvəlan qəsəbəsində yerləşən Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəblə tanışlığım yeni olsa da, bu təhsil ocağı haqqın.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respu.

Böyük potensiala, dərin məzmuna malik olan hikmətli sözlər, ilahi kəlamlar insanda yüksək mənəvi- əxlaqi keyfiyyətlər yaradır. Müxtəlif ta.

Yazı Bakı şəhəri Nəsimi rayonu 164 saylı tam orta məktəbin müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Qafilə Əliyevaya həsr olunur.

Tərbiyə prosesi ziddiyyətli və uzun sürən prosesdir. O, məktəbəqədər dövrdən başlanır və əmək fəaliyyəti prosesində davam edir. Yeniyetm.

Hər bir təhsil ocağının siması, mənəvi mühiti orada çalışan müəllimlərin hansı peşəkarlıq, intellektual, pedaqoji-psixoloji hazırlı.

Daimi oxucu

Tərcümə

Haqqımda

Sevinc. Powered by Blogger.

Metodik tövsiyyə

Xüsusən, direktor müavinləri üçün:

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesi tədris planları əsasında qurulsa da, bu prosesin normal təşkilini təmin edən əsas sənəd dərs cədvəlidir. Məhz buna görə də dərs cədvəlinin tərtibinə ciddi diqqət yetirmək lazımdır.
Ümumtəhsil məktəblərində aparılan müşahidələr göstərir ki, bəzi hallarda dərs cədvəllərinə verilən metodiki, pedaqoji, gigiyenik tələblərə düzgün əməl olunmur. Bu isə müəllimlərin iş qabiliyyətinin aşağı düşməsinə, şagirdlərin isə həddindən artıq yorulmalarına gətirib çıxardır Ona görə də ümumtəhsil məktəblərinin dərs cədvəllərinin tərtibində aşağıdakı tələblərə maksimum dərəcədə əməl olunması tövsiyə edilir.
Dərs cədvəllərinə verilən başlıca tələb, hər şeydən əvvəl dərslərin həm tədris həftəsinin günləri üzrə, həm də bir təlim günü daxilində düzgün yerləşdirilməsidir.
Müşahidələr göstərir ki, həftə ərzində şagirdlərin təlim fəaliyyətinin keyfiyyəti eyni səviyyədə olmur. Belə ki, ikinci, üçüncü dördüncü və beşinci günlərdə onların iş qabiyyəti çox yüksək olur, birinci gün isə aşağı düşür. Çünki şagirdlər istirahət günündən sonra işə başlayırlar. Axrıncı təlim günü şənbə isə şagirdlərin ixtiyarı diqqəti zəifləyir. Onlar, yorulduqlarından qeyri-ixtiyarı olaraq istirahətə hazırlaşırlar.
Təlim günü ərzində dərs məşğələləri üçün iş qabiliyyəti, ən yaxşı diqqət, fəaliyyət, maraq ancaq ikinci, üçüncü və dördüncü məşğələ saatlarında yaranır. Birinci məşğələ saatında, beşinci, altıncı saatlarda isə aşağı olur. Axırıncı dərslərdə şagirdlər yorğun olur-lar.
Həftəlik dərs cədvəlini tərtib edərkən aşağıdakı metodik tələbləri gözləmək məqsədəuyğun hesab edilir.
● Fənlərin çətin tədris edildiyi günlərdən onları təsviri incəsənət, rəsmxət, fiziki hazırlıq, musiqi və nəğmə, əmək təlimi kimi nisbətən asan fənlərlə növbələşdirmək lazımdır. Çətin fənlər üzrə dərslər 2-ci, 3-cü və 4-cü məşğələ saatlarında olmalıdır. Yazılı çalışmaların yerinə yetirildiyi dərslərdən əvvəl bədən tərbiyəsi dərslərinin keçirilməsi məqsədəuyğun deyil, çünki hərəkətlərlə orqanizmin əzələ sisteminin həddindən artıq yüksəlməsi kalliqrafiyaya təsir göstərir;
● Çətin fənlər üzrə ikidən artıq dərsin cədvəllə ardıcıl salınmasından çəkinmək lazımdır. O qədər də çətin olmayan, lakin böyük həcmli ev tapşırıqları ilə fərqlənən bir neçə fənnin (məsələn, ədəbiyyat, tarix, coğrafiya) eyni günə salınması məsləhət deyil. Hər bir sinifdə dərslər xarakter və məzmunca müxtəlif olmalıdır, yəni dəqiq fənlər, dillər, ədəbiyyat və ictimai fənlərlə növbələşdirilməlidir.
● Tədrisinə həftədə iki saat vaxt ayrılan fənlər üzrə dərslər cədvələ elə salınmalıdır ki, onların aralarında iki-üç gün, tədrisinə həftədə üç saat verilən fənlər üzrə isə dərslər arasındakı fasilə hər gün olsun. Hər hansı fənn üzrə dərslərə uzun müddət fasilə verilməsi, cədvəldəki saatların bərabər bölüşdürülməməsi şagirdlərin fənnə müntəzəm diqqət yetirməmələri imkan verir.
● Pedaqoji mülahizələrə əsasən, lazım gəldikdə, cədvəldə bir fənn üzrə qoşa dərslərin salınmasına icazə verilir.
Yuxarı siniflərdə fizika və kimyadan qoşa dərslər laboratoriya işlərini düzgün təşkil etməyə imkan verir. Ədəbiyyatdan qoşa dərslər inşa yazıları üçün, böyük həcmli bədii əsərləri daha dərindən araşdırmaq üçün istifadə edilə bilər. Yuxarı siniflərdə riyaziyyat və informatika təhsil sahələri üzrə qoşa dərslər nəzəri materialları daha yaxşı möhkəmləndirməyə kömək edir. Riyaziyyat üzrə həmin saatlardan iki saatlıq yoxlama yazı işləri üçün də istifadə etmək olar. Fiziki tərbiyə və əmək təlimi üzrə də qoşa dərslərin təşkili tələb olunur. Bazar ertəsi və şənbə günlərində qoşa dərslərin cədvələ salınması didaktik cəhətdən əhəmiyyətli hesab edilmir. Bu məqsədlə,
● Müəllimin eyni fənn üzrə dərslərini paralel siniflərdə eyni bir dərs gününə salmaq məsləhətdir. Bu müəllimin məşğələlərə hazırlaşmasını yüngülləşdirir, siniflər üzrə şagirdlərin biliyində olan kəsrləri müəyyənləşdirməyə, dərhal təhlil aparmağa və geriləyənlərə vaxtında kömək etməyə imkan yaradır;
● Müəllimə hər bir təlim günündə bir növbədə işləməsinə, hətta əgər o, birinci və ikinci növbədə işləsə belə dərslərini ardıcıl keçməyə imkan verilməlidir. Əgər müəllim bu gün birinci növbədə oxuyan sinifdə dərs deyirsə, onda o, sabah ikinci növbədəki sinifdə dərs deməlidir. Bu işdə dil və riyaziyyat müəllimləri istisna edilir, çünki onlar demək olar ki, hər gün tədris edilir. Müəllim üçün birnövbəli məşğələlər mümkün olmadıqda həmin günlərdə dərsləri elə bölüşdürmək lazımdır ki, növbələr arasında fasilə əmələ gəlməsin.
Fasiləsiz mümkün olmadıqda, fasilənin müddəti minumum olmalıdır;
● Həftəlik dərs yükünü müəllimlər arasında günlər üzrə bərabər surətdə bölüşdürmək, cədvəldə müəllimin dərs ardıcıllığını gözləmək (dərslər arasında boş saat saxlamaq) lazımdır. Bu direktor və ya təlim-tərbiyə üzrə direktor müavini üçün istisna edilir, çünkü onlara başqa müəllimlərin dərslərini dinləmək, işlərini yoxlamaq lazım gəlir;
● Dərs cədvəllərində siniflərdə müəllimlər tərəfindən əyani vəsait və mövcud kabinetlərdən (fizika, kimya, biologiya, informatika, idman zalı və s.) istifadə edilməsi imkanları nəzərdə tutulmalıdır. Əgər əyani vəsaitlərin komplekti paralel siniflərdə dərs deyən eyni fənn müəllimlərini təmin etmirsə, onda onların dərsləri cədvəldə müxtəlif saatlara düşməlidir;
● Pedaqoji təhsil müəssisələrinin qiyabi təhsil alan müəllimlərinə zəruri məşğələlər üçün həftədə azad günlər ayrılmalıdır;
● Dərs cədvəllərinə yeni işə başlayan gənc müəllimlərin təcrübəli müəllimlərin dərslərində iştirak etmələri imkanları nəzərdə tutulmalıdır;
● Həm birinci, həm də ikinci növbələrdə sinif rəhbərlərinin dərsdən sonra iclas və söhbət keçirmələri üçün bazar ertəsində dərs cədvəlində sonuncu saatlara sinif rəhbərlərinin dərslərinin salınması tövsiyə edilir. Həmin günlərdə sinif rəhbərlərinin siniflə işləmələri üçün başqa məşğələlərdən azad olunmaları məsləhətdir.
Dərs cədvəllərinə verilən başlıca tələb, hər şeydən əvvəl dərslərin həm tədris həftəsinin günləri üzrə, həm də bir təlim günü daxilində düzgün yerləşdirilməsidir.
Müşahidələr göstərir ki, həftə ərzində şagirdlərin təlim fəaliyyətinin keyfiyyəti eyni səviyyədə olmur. Belə ki, ikinci, üçüncü dördüncü və beşinci günlərdə onların iş qabiyyəti çox yüksək olur, birinci gün isə aşağı düşür. Çünki şagirdlər istirahət günündən sonra işə başlayırlar. Axrıncı təlim günü şənbə isə şagirdlərin ixtiyarı diqqəti zəifləyir. Onlar, yorulduqlarından qeyri-ixtiyarı olaraq istirahətə hazırlaşırlar.
Təlim günü ərzində dərs məşğələləri üçün iş qabiliyyəti, ən yaxşı diqqət, fəaliyyət, maraq ancaq ikinci, üçüncü və dördüncü məşğələ saatlarında yaranır. Birinci məşğələ saatında, beşinci, altıncı saatlarda isə aşağı olur. Axırıncı dərslərdə şagirdlər yorğun olur-lar.
Həftəlik dərs cədvəlini tərtib edərkən aşağıdakı metodik tələbləri gözləmək məqsədəuyğun hesab edilir.
● Fənlərin çətin tədris edildiyi günlərdən onları təsviri incəsənət, rəsmxət, fiziki hazırlıq, musiqi və nəğmə, əmək təlimi kimi nisbətən asan fənlərlə növbələşdirmək lazımdır. Çətin fənlər üzrə dərslər 2-ci, 3-cü və 4-cü məşğələ saatlarında olmalıdır. Yazılı çalışmaların yerinə yetirildiyi dərslərdən əvvəl bədən tərbiyəsi dərslərinin keçirilməsi məqsədəuyğun deyil, çünki hərəkətlərlə orqanizmin əzələ sisteminin həddindən artıq yüksəlməsi kalliqrafiyaya təsir göstərir;
● Çətin fənlər üzrə ikidən artıq dərsin cədvəllə ardıcıl salınmasından çəkinmək lazımdır. O qədər də çətin olmayan, lakin böyük həcmli ev tapşırıqları ilə fərqlənən bir neçə fənnin (məsələn, ədəbiyyat, tarix, coğrafiya) eyni günə salınması məsləhət deyil. Hər bir sinifdə dərslər xarakter və məzmunca müxtəlif olmalıdır, yəni dəqiq fənlər, dillər, ədəbiyyat və ictimai fənlərlə növbələşdirilməlidir.
● Tədrisinə həftədə iki saat vaxt ayrılan fənlər üzrə dərslər cədvələ elə salınmalıdır ki, onların aralarında iki-üç gün, tədrisinə həftədə üç saat verilən fənlər üzrə isə dərslər arasındakı fasilə hər gün olsun. Hər hansı fənn üzrə dərslərə uzun müddət fasilə verilməsi, cədvəldəki saatların bərabər bölüşdürülməməsi şagirdlərin fənnə müntəzəm diqqət yetirməmələri imkan verir.
● Pedaqoji mülahizələrə əsasən, lazım gəldikdə, cədvəldə bir fənn üzrə qoşa dərslərin salınmasına icazə verilir.
Yuxarı siniflərdə fizika və kimyadan qoşa dərslər laboratoriya işlərini düzgün təşkil etməyə imkan verir. Ədəbiyyatdan qoşa dərslər inşa yazıları üçün, böyük həcmli bədii əsərləri daha dərindən araşdırmaq üçün istifadə edilə bilər. Yuxarı siniflərdə riyaziyyat və informatika təhsil sahələri üzrə qoşa dərslər nəzəri materialları daha yaxşı möhkəmləndirməyə kömək edir. Riyaziyyat üzrə həmin saatlardan iki saatlıq yoxlama yazı işləri üçün də istifadə etmək olar. Fiziki tərbiyə və əmək təlimi üzrə də qoşa dərslərin təşkili tələb olunur. Bazar ertəsi və şənbə günlərində qoşa dərslərin cədvələ salınması didaktik cəhətdən əhəmiyyətli hesab edilmir. Bu məqsədlə,
● Müəllimin eyni fənn üzrə dərslərini paralel siniflərdə eyni bir dərs gününə salmaq məsləhətdir. Bu müəllimin məşğələlərə hazırlaşmasını yüngülləşdirir, siniflər üzrə şagirdlərin biliyində olan kəsrləri müəyyənləşdirməyə, dərhal təhlil aparmağa və geriləyənlərə vaxtında kömək etməyə imkan yaradır;
● Müəllimə hər bir təlim günündə bir növbədə işləməsinə, hətta əgər o, birinci və ikinci növbədə işləsə belə dərslərini ardıcıl keçməyə imkan verilməlidir. Əgər müəllim bu gün birinci növbədə oxuyan sinifdə dərs deyirsə, onda o, sabah ikinci növbədəki sinifdə dərs deməlidir. Bu işdə dil və riyaziyyat müəllimləri istisna edilir, çünki onlar demək olar ki, hər gün tədris edilir. Müəllim üçün birnövbəli məşğələlər mümkün olmadıqda həmin günlərdə dərsləri elə bölüşdürmək lazımdır ki, növbələr arasında fasilə əmələ gəlməsin.
Fasiləsiz mümkün olmadıqda, fasilənin müddəti minumum olmalıdır;
● Həftəlik dərs yükünü müəllimlər arasında günlər üzrə bərabər surətdə bölüşdürmək, cədvəldə müəllimin dərs ardıcıllığını gözləmək (dərslər arasında boş saat saxlamaq) lazımdır. Bu direktor və ya təlim-tərbiyə üzrə direktor müavini üçün istisna edilir, çünkü onlara başqa müəllimlərin dərslərini dinləmək, işlərini yoxlamaq lazım gəlir;
● Dərs cədvəllərində siniflərdə müəllimlər tərəfindən əyani vəsait və mövcud kabinetlərdən (fizika, kimya, biologiya, informatika, idman zalı və s.) istifadə edilməsi imkanları nəzərdə tutulmalıdır. Əgər əyani vəsaitlərin komplekti paralel siniflərdə dərs deyən eyni fənn müəllimlərini təmin etmirsə, onda onların dərsləri cədvəldə müxtəlif saatlara düşməlidir;
● Pedaqoji təhsil müəssisələrinin qiyabi təhsil alan müəllimlərinə zəruri məşğələlər üçün həftədə azad günlər ayrılmalıdır;
● Dərs cədvəllərinə yeni işə başlayan gənc müəllimlərin təcrübəli müəllimlərin dərslərində iştirak etmələri imkanları nəzərdə tutulmalıdır;
● Həm birinci, həm də ikinci növbələrdə sinif rəhbərlərinin dərsdən sonra iclas və söhbət keçirmələri üçün bazar ertəsində dərs cədvəlində sonuncu saatlara sinif rəhbərlərinin dərslərinin salınması tövsiyə edilir. Həmin günlərdə sinif rəhbərlərinin siniflə işləmələri üçün başqa məşğələlərdən azad olunmaları məsləhətdir.

Sinif rəhbərinin iş formaları
Sinif rəhbərinin iş formaları yaran mış pedaqoji vəziyyətdən asılı olaraq müəyyənləşdirilir.
– sinif kollektivinin dərsdənkənar, məktəbdənkənar işinin, asudə və tətil vaxtı tədbirlərin (kollektiv yaradıcılıq işləri, söhbətlər, debatlar, müşavirələr, tamaşalar, konsertlər, treninqlər, yarışlar, yürüşlər və ekskursiyalar, müsabiqələr, ictimai-faydalı və yaradıcı əmək) təşkili;
– fərdi iş (söhbətlər, məsləhətlər, fərdi köməyİn göstərilməsi, problemlərin həllinin birgə axtarışı);
– qruplarla (yaradıcı qruplar, uşaq parlamentləri, özünüidarəetmə orqanları, şuralar) iş.
Dərs saatı müəllim və şagirdlərin ünsiyyətinin təşkili formasıdır və onun gedişində mühüm əxlaqi, mənəvi və etik problemlər qaldırıla və həlledilə bilər. Şagirdlərlə iş formalarının seçimində aşağıdakıları rəhbər tutmaq məqsədəuyğundur:
– işin mövcud dövrü üçün müəyyənləşdirilmiş tərbiyə məsələlərinin nəzərə alınması;
– tərbiyə prosesinin təşkili prinsiplərinin, uşaqların imkan, maraq və tələblərinin, xarici şəraitin, müəllim və valideynlərin imkanlarının nəzərə alınması;
– tərbiyə işinin metod və formalarının məzmun bütövlüyünün təmin edilməsi.

“Sinif rəhbərləri haqqinda ə s a s n a m ə”dən

İnşa yazı bacarıqlarını necə inkişaf etdirirəm?

“Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Uşaqlar hər bir insanın mənəviyyatıdır. Ona görə də dünyada, hər bir insanpərər cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərilibdir. Uşaqlar daim qayğı altında olmalıdır, onları qorumaq, müdafiə etmək, böyütmək, insan cəmiyyətinin fəal iştirakçısı, fəal üzvü etmək lazımdır. Azərbaycan Prezidenti kimi mən bu gün bəyan edirəm ki, uşaqlara, körpələrə olan qayğı bütün qayğılardan üstündür.” Heydər Əliyev. Ulu öndərimizin dəyərli davamçısı olan ölkəmizin prezidentı İlham Əliyev də uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşır.

O, deyir: “Uşaqlarımızın tərbiyə olunması, vətənpərvərlik ruhunda böyüməsi çox mühüm amildir. Eyni zamanda bizim gənc nəslimiz bilikli, savadlı olmalı, dünyada baş verən bütün yeniliklərə bələd olmalıdırlar.” Bu gün ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondu da ulu öndərimizin yolunu uğurla davam etdirərək uşaqlara çoxsaylı qayğısı ilə çox böyük işlər görür. Bütün bunları nəzərə alaraq bu gün hər bir müəllim də öz üzərinə düşən vəzifələri başa düşür və bütün imkanlarını uşaqların savadlı, bilikli, bacarıqlı, fərdi düşüncəli böyüməsinə sərf etməkdən yorulmur. Ölkəmizdə son zamanlar təhsilə yetirilən diqqət biz müəllimləri bir az da həvəsləndirir, daha da çox axtarışlar aparmağa, yeniliklərdən bəhrələnməyə yönəldir. Biz bilirik ki, ibtidai sinif təhsilin baza hissəsidir. Demək olar ki, bütün fənnlərin təməli ibtidai sinifdə qoyulur. Ona görə də elmin, texnikanın belə inkişaf etdiyi bir dövrdə biz şagirdlərimizi daha da inkişaf etdirməli, onlarda, eyni zamanda, mütaliəyə maraq yaratmalı, yaradıcılığa, fərqli düşüncəyə malik bir fərd kimi böyütməliyik. Ancaq bunu elə etməliyik ki, şagirdlər bilikləri yorulmadan,s evə-sevə qazansınlar. Evdən, anadan ayrılan uşaq birdən –birə məktəbə gəlir və ibtidai sinif müəllimi ilə qarşılaşır. Müəllim həm ana, həm də müəllim rolunu ifa etməlidir. Məktəbi sevdirməli, müəllimi sevdirməli, səbrlə, sevgilərlə bilikləri şagirdlərə aşımalıdır. Elektron informasiyalarının inkişaf etdiyi bir dövrdə biz şagirdlərimizə mütaliəyə də maraq yaratmağı bacarmalıyıq. Mən bu sahədə öz təcrübəmdən danışmaq istəyirəm. Şagirdlərim birinci sinfi qurtarandan sonra mən onların yaşına uyğun (tətillərdə) kitabları oxumağı tapşırıram. Məsələn, Abdulla Şaiqin “Yaxşı yoldaş”, ”Tülkü həccə gedir”, ”Tıq-tıq xanım” və s. İlk oxunan kitablara çox diqqət edirəm ki, çox maraqlı, rəngli, şəkilli olsun. Uşaqlar yorulmadan, sevə-sevə kitabı oxusunlar. Tədricən yaş səviyyəsinə uyğun müəllifləri dəyişirəm. 3-cü sinifdən başlayaraq isə sinfimdəki şagirdlər tədris ili ərzində bir kitabı (həftədə bir nəfər) təqdimat etməlidirlər. Ancaq burada bir neçə meyarı nəzərə alıram. 1. Kitab seçimi sərbəstdir. 2. Məhz bu kitabı nə üçün seçdiyini izah etməlidir. 3. Kitabın müəllifi haqqında məlumat verməlidir. 4. Kitabın ən maraqlı bildiyi hissəsini sinif yoldaşlarına oxumalıdır. 5. 15 dəqiqəlik kitab haqqında təqdimat etməlidir. Təqdimatı sinif yoldaşları bəyənməlidirlər. Uşaqlar təkcə müəllimdən yox, həm də bir-birindən öyrənməlidirlər. Şagirdlərim çox maraqlı kitablar seçib mənimlə məsləhətləşirlər. İlin əvvəlindən şagirdlərin siyahısı tutulur və hər bir şagird təqdim edəcəyi kitabın adını və müəllifini siyahıda qeyd elətdirir. Və hər kəs nə vaxt təqdimat edəcəyini bilir. Siyahı “Sinfin pasportu”ndan asılır. Şagirdlərin bu formada təqdimatı onlarda mütaliəyə böyük maraq yaradır. Çox vaxt çıxışın qiymətləndirilməsi sinifdəki uşaqlar tərəfindən yerinə yetirilir. Əgər onlar çıxışdan narazı qalarlarsa yaxşı qiymət almaq mümkün deyil. Ona görə də bu işə uşaqlar məsuliyyətlə yanaşmalıdırlar. Bu vaxt şagirdlərdə başqalarını dinləmək və dəyərləndirmək keyfiyyəti formalaşır. Onlar təqdimat edəcəkləri günü səbirsizliklə gözləyirlər. Artıq dördüncü sinfi bitirəndə xeyli kitab oxumuş olurlar. Əgər bu, yuxarı siniflərdə də davam etdirilərsə elə bilirəm ki, vərdişə çevrilər. İnşa yazıları da şagirdlərin yaradıcılığını çox gözəl inkişaf etdirir. Amma elə etmək lazımdır ki, şagirdlər bunu sevə-sevə etsinlər. Həftədə iki dəfə şagirdlərimə inşa yazdırıram. Bunu necə edirəm? Məsələn: Bir neçə açar söz deyirəm: yağış, külək, payız, sarı yarpaqlar, qara buludlar və s. Şagirdlərimə tapşırıram ki, elə mətn qurun ki, bu sözlər orada işlənsin. Yaxud, verilən atalar sözünə elə mətn qurun ki, həmin atalar sözünu tamamlasın, ya da əksinə qurduğunuz mətndən məsələn, ”Özgəsinə quyu qazan özü düşər”atalar sözü anlanılsın. Yaxud, mən bir neçə cümlə ilə mətni başlayıram, siz tamamlayın. Şagirdlərim bu tapşırıqları məmnuniyyətlə yerinə yetirirlər. Bəzən soruşuram,”Yorulmursunuz”?, ”Xeyr müəllim, xoşumuza gəlir”cavabını alıram. Əlbəttə mən həm oxunan kitabların, həm də belə inşaların yaş səviyyəsinə uyğun olmasına daim nəzarət edirəm. Belə hekayələr uydurmaq (tez-tez) uşaqlarda sərbəst yazmaq qabiliyyətini inkişaf etdirir. Sərbəst danışmaq, özünü ifadə etmək üçün üçüncü sinifdən başlayaraq verilmiş mövzuda plakatlar hazırlamaq və onu sinif qarşısında təqdim etmək də maraqla qarşılanır. Çalışıram ki, uşaqlar öz sağlamlığı və təhlükəsizliyi üçün məsuliyyət daşıdıqlarını da dərk etsinlər. Ona həm məktəb daxilində,h əm də kənarda əməl etsinlər. Şeirlərin seçimini də çox vaxt şagirdlərimin ixtiyarına buraxıram. Onlara mövzunu verirəm. (Məsələn, Payızın gəlişi). Uşaqlar internet və ya digər mənbələrdən çox xoşlarına gələn şeiri seçib əzbərləyirlər. Tapşırıq şeiri deməklə bitmir. Öncə şagirdlər niyə bu şeiri seçdiyini əsaslandırmalı, müəllif haqqında məlumat verməli və şeir demək texnikasını nümayiş etdirməlidir. Şeiri deyən zaman özünə inamlı olmalıdırlar. Bu keyfiyyətlər olmadan əla qiymət almaq müşkül məsələdir.

Şəcahan RAMAZANOVA, Səttar Bəhlülzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi

Azərbaycan dilində alınma sözlər

Əsl Azərbaycan (türk) sözləri və alınma sözlər haqqında ilkin məlumatla şagirdlər orta məktəb kursunda V sinifdə tanış olurlar. X sinifdə isə bu məlumat bir qədər də dərinləşmiş şəkildə yenidən tədris olunur. Çox zaman şagirdləri maraqlandıran bir sıra suallar meydana çıxır: İndi belə zəngin olan dilimiz qədimdə necə olmuşdur? Onun keçmişini, daha doğrusu, qədim mənzərəsini öyrənmək olarmı? O, necə zənginləşmiş və inkişaf etmişdir? Dilin tarixi ilə insan cəmiyyətinin tarixi arasındakı əlaqə nə ilə izah olunur? Şagirdlərlə birgə apardığım araşdırmaları sizinlə də bölüşmək istəyirəm. Vaxtilə dilimiz yoxsul olmuşdur. Qədimdə ana dilimiz bu gün işlətməkdə olduğumuz sözlərin bir qismindən məhrum idi.

Dilimizdə işlənməkdə olan pəncərə sözünü götürək. Uzaq keçmişdə evlər pəncərəsiz olduğu üzündən həmin sözü babalarımız işlətməmişlər. O zaman insanlara ev və qapı sözləri məlum idi. Bütün xalqlarda ibtidai evlərin ancaq qapısı vardı. Sonralar pəncərəyə kəskin ehtiyac hiss olunduğundan pəncərə və onu ifadə etmək üçün müstəqil söz yaranır. Fars dilində bu söz pənc (beş) və arə (ara) kimi müstəqil sözlərə parçalanır. Əvvəllər istiot insanlara məlum deyildi. O, xalqın məişətinə girəndən sonra həmin mədəni bitkini adlandırmaq üçün ehtiyac doğur. Burada sözün özünün xüsusiyyəti köməyə gəlir, yəni acı, yandırıcı olduğu üçün ona məlum olan isti sifətini əlavə etməklə yeni məfhum alınır. Deməli, dil meydana çıxmaqda olan yenilikləri əks etdirir. Qədimdən bu günə qədər xalqımız bir sıra xalqlarla əlaqə və münasibətdə olmuşdur. Buna uyğun olaraq dilimizə başqa dillərdən bir sıra sözlər keçmişdir. Samovar sözü rus dilindən alınmışdır. Rus dilində onun mənası öz-özünə qaynayan (само-вар) deməkdir. Dilimiz başqa dillərdən söz almaqla zənginləşir. Sual yaranır ki, niyə biz başqa dillərdən sözlər götürürük? Məgər dilimizdə onları ifadə etmək üçün sözlər əmələ gələ bilməzdimi? Bəli, əmələ gələ bilərdi. Vaxtilə torpaqlarımızda zəfəran yetişmirdi. Onu tacirlər Ərəbistandan gətirərdilər. Zəfəranla bərabər onu bildirən söz də hazır şəkildə dilimizə gəlir. Xalq onu ifadə etmək üçün başqa bir sözə ehtiyac hiss etmir. Beləliklə, zəfəran sözü dilimizə daxil olur. Bizim ana dilimizdə ən çox ərəb, fars və rus dillərindən keçmiş sözlər vardır. Onlar xalqımız tərəfindən qəbul olunaraq işlənir. Alınma sözlər dilə daxil olan ilk dövrlərdən dilimizin xüsusiyyətlərinə uyğunlaşmışdır. Bizdə olan adam (adəm), mağaza (maqazin), qəzet (qazeta), maşın (maşina), rezin (rezina), vedrə (vedro), fayda (faidə), qayda (qaidə) və s. kimi sözlər dilimizin quruluşuna uyğun şəkildə tələffüz olunur. Bu sözlər get-gedə işlənərək dilimizin doğma sözlərinə çevrilir, daha doğrusu, dilimizdə vətəndaşlıq hüququ qazanır. Dilimizdə ilk baxışda bizə rus sözləri kimi görünən, lakin əslində rus sözləri olmayan bir sıra sözlər də vardır. Məsələn: “курорт “ sözü alman dilinə məxsus kur və ort sözlərinin birləşməsindən əmələ gəlmişdir ki, bunun da mənası müalicə yeri deməkdir. Alman dilində belə bir sadə mənası olan bu söz rus dilində və bizim dilimizdə başqa mənada işlənir, yəni onun mənası bir qədər genişlənmişdir. Dilimizdə işlənməkdə olan pomidor sözünün rus dilindən alındığına şübhə yoxdur. Təəccüblü burasıdır ki, həmin söz rus dilinə italyanlardan keçmişdir. İtalyanların dilində pomidor sözü vaxtilə iki sadə və müxtəlif mənalı pomi (qırmızı) və doro (alma) sözlərinin birləşməsindən alınmışdır, yəni qırmızı alma. Həm bizim dilimizdə, həm də rus dilində karandaş sözünün işləndiyini hamımız bilirik. Keçmişinə görə karandaş mürəkkəb sözdür. O, qara və daş sözlərinin birləşməsindən əmələ gəlmişdir. Vaxtilə ruslar karandaş ixtira edildiyi zaman bizim dilimizdən qara daş ifadəsini götürərək işlətmişlər. Həmin sözlərdən alınan söz onların dilində yeni məna vermişdir. Ay adları ilə də bağlı maraqlı mülahizələr var. Onlar əvvəllər Roma təqviminə aid olmuş, sonralar bütün dünyaya yayılmışdır. Yanvar ayını bildirən söz Romada hər bir başlanğıcın allahı Yanusun adından alınmışdır. Bu ayın birinci günü Yanusa həsr edilərdi. Fevralın adını bildirən sözün mənası təmizlik ayı deməkdir. Həmin ayın ortasında romalılar yazın gəldiyi üçün bayram keçirərdi. Mart Romanın müharıbə allahı Marsın adındandır. Aprel ayının adı latın dilindəki aparire felindən əmələ gəlmişdir ki, bu da açmaq mənasını verir. Həmin ayda Romada yaz açılarmış. May romalıların yaz ilahəsi Mayinin adından götürülmüşdür. İyun adının əmələ gəlməsi haqqında iki rəvayət var. Birinci rəvayətə görə, o, kəbin və doğum hamisi olan Roma ilahəsi Yunonun adındandır. İkinci rəvayətə görə, iyunun adı ilk Roma konsullarından biri olan Yuni Brutun adı ilə əlaqələndirilir. İyul ilk dəfə köhnə təqvimi islah etmiş Roma imperatoru Yuli Sezarın adı ilə bağlıdır. Yuli Sezar həmin ayda anadan olmuşdu. Avqust ayını bildirən söz Roma imperatoru Avqustun adındandır. Sentyabr ayının adı latın dilində yeddini bildirən septem sözündəndir. Sentyabr mart ayından başlayan qədim Roma təqviminin yeddinci ayı idi. Oktyabr latın sözü olan okto (səkkiz) sözündən əmələ gəlmişdir. Həmin ay qədim Roma təqvimində səkkizinci ay sayılırdı. Noyabr latınca doqquzu bildirən novem sözündəndir. Vaxtilə noyabr ilin doqquzuncu ayını bildirərdi. Dekabr ayının adı isə latın dilində desem (on) sözündəndir. Keçmişdə həmin ayda ilin onuncu ayı bildirilirdi. Dünyada elə bir dil yoxdur ki, onun lüğət tərkibində bu və ya digər dərəcədə alınma sözlər olmasın. Bütün dillərdə alınma sözlərə təsadüf edilir. Eyni zamanda bir sıra dillər dolayı yollarla öz sözlərini başqa dillərə verir. Söz götürmə və söz vermə ancaq bir-birilə qonşuluqda və münasibətdə olan dillərə deyil, uzaq dillərə də aiddir. Bəzi sözlər başqa dillərdən gələrkən dilimizdə öz ilk mənalarında deyil, yeni mənada işlənir. Dilimizdə olan afərin sözü fars dilindəki afəridən felindəndir, mənası yaratmaq, xəlq etmək deməkdir. Fars dilində afərin sözü yaradan, xaliq mənalarını verir. Bizim dilimizdə isə o, başqa mənada işlənir. Azar sözü fars dilində azurdən felinin köküdür. Həmin dildə o, təhqir, qəm, qüssə mənalarında işlənir. Bizim dilimizdə isə azar sözü xəstəlik mənasını verir. Azərbaycan dilində ləyaqət, bacarıq mənasında işlənən dəyanət sözünün kökü din sözü sayılır. Dəyanət sözü ərəb dilində isə dini qaydaları düzgün və dəqiq yerinə yetirməyi bildirir. Bizim dilimizdə isə o, yeni məna ifadə edir. Belə qəribə keçmişi olan sözlər dilimizdə çoxdur. Bir dildə müəyyən məna verən söz başqa dilə keçdikdə bəzən ilk mənasını itirir. Rus dilinə keçmiş elə türk sözləri var ki, onların izah edilməsinə ehtiyac duyulmur. Məsələn: айва – heyva, арбуз – qarpız, караул – qaravul, очак – ocaq, туман – duman, кочевать– köç etmək və s. Bunlar özlüyündə aydındır. İndi isə geniş açıqlama tələb edən sözlərin izahına başlayırıq. 1. Rusca “таскать” sözü türkcə “taşımaq” (daşımaq) sözü ilə bağlıdır. Rusca “тащи”, türkcə “daşı” (“taşı”) – “çək apar” sözlərini tutuşduraq. “Dəyirmana dən daşı” deyimi bəllidir. 2. Rusca “сунуть” sözü türkcə “sunmaq” (uzatmaq, təqdim etmək, vermək) sözü ilə bağlıdır. Böyük Füzuli deyir: “Saqiya, cam sun ol aşiqə kim, qayğuludur”. 3. Rusca “тыль” sözü türkcə “arxa” mənasında işlədilən “dal” (tal, tıl) sözü ilə bağlıdır. “Daldan atılan daş topuğa dəyər” məsəli bəllidir. 4. Rusca “толстый” sözü türkcə “dolu-tolu” (kök, dolğun, yoğun) sözü ilə bağlıdır. 5. Rusca “сыпать” sözü türkcə “səpmək” sözü ilə bağlıdır. 6. Rusca “бок “ sözü türkcə “bögür”(əsli: bokur) “böyür” sözü ilə bağlıdır. 7. Rusca “искра” (qığılcım) sözü türkcə “isti sözünün qədim şəkli sayılan “issık” (issıkraq –isticə, ən isti) sözü ilə bağlıdır: issıkraq – iskra. Qığılcım odun zərrəsi, çınqasıdır. Qırğızıstandakı İssıkkul (İstigöl) gölünün adı bəllidir.

8. Rucsa “пища” sözü türkcə “bişmə” (bişmiş) sözü ilə bağlıdır: (b-p əvəzlənməsi) Tutuşduraq: baba-papa. 9. Rusca “чертеж” sözü türkcə “çərtmək” (cızmaq) sözü ilə bağlıdır. “Çərtmək” sözünə feldən isim düzəldən “-ış” şəkilçisi artırıldıqda “çərtiş” (çertiş) sözü yaranmışdır. Ruslar “çertiş” sözünü deyilişdə “çertej” şəklinə salmışlar: чертиш- чертеж. 10. Rusca “кусок” sözü türkcə “kəsik” sözü ilə bağlıdır. 11. Rusca “гореть” (yanmaq), “горячий”(isti, qaynar) sözü türkcə “qor” (odun qoru-qığılcım) sözü ilə bağlıdır. Qədim türklər ildırım tanrısını Quar adlandırmışlar. “Quar” sözünün “qor” şəklinə düşməsi təbii sayılmalıdır. 12. Rusca “крайний” sözü türkcə “qıraq” (kırak) sözü ilə bağlıdır. 13. Rusca “платить” (ödəmək) sözü türkcə “pul atmaq” deyimi ilə bağlıdır. “Pul atmaq”, “pul saymaq” deyimlərini “ödəmək” mənasında anlamalıyıq. 14. Rusca “область” (vilayət) sözü türkcə “oba” , “obalaştı” sözü ilə bağlıdır. “Elim-obam” deyimi bəllidir. 15. Rusca “пост” sözü türkcə “pusmaq” (güdmək) sözü ilə bağlıdır. Post – “pusqu yeri”, “güdük yeri” deməkdir. Rusca “post” sözü orucluq, pəhriz (əsli:pakriz) mənası da bildirir. Oruc – post tutan adam öz nəfsi üzərində nəzarəti gücləndirir. Oruc tutan adam öz nəfsinin istəklərini cilovlamaqla Tanrıya yaxınlaşır. Alınma sözlərin əksəriyyətinin elmin müxtəlif sahələrinə aid olan terminlərdən ibarət olduğunu bilirik. Elmin inkişafı yeni anlayışların yaranmasına səbəb olur. Milli təhsilimizin beynəlxalq sistemə inteqrasiya etməsi dilimizin yeni təhsil terminləri ilə zənginləşməsinə səbəb olur. Bir sıra yeni termin və anlayışlar var ki, onlar Azərbaycan dilinin leksikasında hələ tam sabitləşməmişlər. Müasir milli təhsil prosesində istifadə edilən termin və anlayışların bəzilərinin tərcüməsi və izahını da sizlərə təqdim etmək istəyirəm. 1. Blum təsnifatı – Bilik, anlama, tətbiqetmə, təhlil, sintez və dəyərləndirmə kimi dərketmə proseslərinin iyerarxiyasını təsvir etmək üçün Benjamin Blum tərəfindən təklif edilmiş ardıcıl nizamlanmış sxem. 2. Dekonsentrasiya – səlahiyyətlər və məsuliyyətlərin idarəetmə sistemində müxtəlif səviyyələri arasında bölünməsi və yuxarıdan aşağıya doğru paylanılması. 3. Diaqnostik test – Güclü, yaxud zəif cəhətlərin müəyyənləşdirilməsi və təhlili üçün tətbiq olunan test. Təhsildə problemləri olan şagirdlərin müəyyənləşdirilməsi məqsədi güdən diaqnostik testin nəticələrinə əsaslanaraq problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

4. Didaktik təlim – Nəqletmə vasitəsilə təlim. Didaktik təlim prosesində müəllim şagirdə mövzu üzrə nə düşünməli olduğunu çatdırır. Şagirdin vəzifəsi isə müəllimin dediklərini yadda saxlamaq və tələb olunanda ondan istifadə etməyi bacarmaqdır. 5. Disleksiya – oxu qabiliyyətinin pozulması – Oxu, yazı, orfoqrafiya və s. sahəsində bir-birinə təsir edən çətinliklərin birləşməsi. Bu çətinliklər sürətdə, qısamüddətli yaddaşda, uzlaşmada, dinləmə və görmə qabiliyyətində, nitqdə və s. görünə bilər. 6. Distant təhsil – Tədris prosesinin virtual rejimdə, ayrı-ayrı məkanlardan müəllim və şagird arasında informasiya texnologiyalarının köməyi ilə yazışmalar əsasında təşkil olunduğu formal təhsil üsulu. 7. Esse (Kiçik inşa testi) – Bu janrda yazılan əsər müəyyən qədər etiraf, (xatirədəki kimi) müəyyən qədər düşüncə (məqalədəkitək) və müəyyən qədər də təhkiyəni (hekayə kimi) özündə cəmləşdirir. Esseni xarakterizə edən prinsipial cəhət onun bu cür janrdankənar xüsusiyyətidir. Göstərilən janrlara xas hər hansı əlamətin üstünlüyü essenin asanlıqla xatirəyə, məqaləyə və ya hekayəyə çevrilməsinə gətirib çıxarır. 8. Formativ qiymətləndirmə – tədris prosesi zamanı baş verən qiymətləndirmə növüdür. Formativ qiymətləndirmə müəyyən olunmuş göstəricilər əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini müəyyənləşdirməyə imkan yaradır və tədris prosesinin düzgün istiqamətləndirilməsinə kömək edir. Formativ qiymətləndirmə zamanı şagirdin daha irəliyə addım atması üçün müəllimlər tərəfindən ehtiyaclar müəyyənləşdirilir. 9. İnnovasiya – müxtəlif təşəbbüs və elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli, səmərəli yenilik və ixtiralar. 10. Kampus – müvafiq maddi-texniki baza və infrastruktura malik tələbə şəhərciyi strukturunda təhsil kompleksi. 11. Karusel metodu – Bu üsula Fırlanğıc (Karusel) Metodu adının verilməsi, bir neçə şagird və ya tələbədən ibarət işçi qrupların müəyyən bir məsələnin həlli üzərində növbə ilə işləyərək öz rəylərini ifadə etməsi ilə izah edilir. Məqsəd – müzakirələrdə bütün şagirdlərin fəal iştirakını təmin etməklə daha çox nəticələr əldə etməkdir. 12. Kommunikativ yanaşma – Səhvlərin düzəldilməsindən daha çox fəal ünsiyyətə cəlb etmə prinsirinə əsaslanan, həmçinin xarici dillərin tədrisi zamanı geniş istifadə edilən öyrətmə üsulu. 13. Kurikulum –mənşəcə latın sözü olub, lüğəvi mənası “yol”, “istiqamət” deməkdir. Kurikulum təlim-tədris prosesilə bağlı bütün fəaliyyətlərin təşkilini əks etdirən konseptual sənəddir.

14. Portfolio(Qovluq) – Dərs ili ərzində öyrənən və öyrədənin fəaliyyətinə, təhsildə və şəxsi yaradıcılıqda əldə etdiyi nailiyyətlər, eyni zamanda uğursuzluqlara dair materialları, müəyyən tapşırıqları, fərdi işləri əks etdirən sənədlər toplusu. Qiymətləndirmə alternativ üsul kimi həmin məsələlər və sənədlər üzrə də aparıla bilər. 15. Mentor – Təhsil müəssisələrində pedaqoji təcrübə keçən tələbə-müəllimlərə, həmçinin pedaqoji fəaliyyətə yeni başlayan müəllimlərə kömək üçün təhkim edilən bilikli və təcrübəli məsləhətçi-müəllim. 16. Resurs mərkəzi – Audio-vizual materialların nümayişinə imkan yaradan texniki vasitələrə, çap və digər materiallar toplusuna, müəyyən məlumat bazasına malik olan mərkəz. 17. Sertifikat – İmtahan nəticələri əsasında tədris kursunun məzununa təqdim edilən və onun təhsil nailiyyətlərini təsdiqləyən rəsmi sənəd. 18. Standartlar – Şagird nəticələrinin keyfiyyətini, təlim-tədris metodları və proqramını dəyərləndirmək üçün istifadə olunan razılaşdırılmış meyarlar və normalar. 19. Treninq (təlim) – Müəllim və ya hər hansı bir şəxsin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü təhsilvermə və tərbiyəvermə prosesi. Bu proses öyrədən və öyrənənin qarşılıqlı fəaliyyətinin vəhdətinə əsaslanır. 20. Ziqzaq – Birgə öyrənmə strategiyası. İlk mərhələdə öyrənənlər təcrübəli qrupda iştirak edərək fənnin ayrı-ayrı aspektləri haqqında öyrənir, öz komandalarına qayıdaraq əldə etdikləri məlumatı qrupun hər bir üzvü ilə paylaşır və onu ümumi məqsəd üçün tətbiq edirlər. Sınaq və qəbul imtahanlarında alınma sözlərlə bağlı test tapşırıqlarında bəzən şagirdlər çətinlik çəkirlər. Bu məqsədlə bir neşə testn izahını verməyi də məqsədəuyğun hesab edirəm. TEST 1. Alınma sözlərdən ibarət cərgəni göstərin: A) Ramiz, şahin, biz B) təşkil, duyğu, hörgü C) inanc, nəzm, bahar D) şagird, alim, pəncərə E) gömgöy, briqada, namaz İzahı: Şagird bilməlidir ki, sadə fellər, əvəzliklər (filan, bəzi və s.istisna olmaqla), rəng bildirən sifətlər, saylar (həştad, milyon, milyard və trilyon istisna olmaqla) milli mənşəlidir. A bəndində biz, B bəndində duyğu, hörgü, C bəndində inanc, E bəndində gömgöy sözləri milli mənşəli sözlər olduğu üçün həmin bəndlər kənarlaşır. D bəndindəki sözlər isə alınmadır. Şagird və alim sözlərində ahəng qanunu pozulmuşdur. Pəncərə sözü fars mənşəli, öz sözlərimizdən seçilməyən alınma sözdür. Doğru cavab: D bəndi TEST 2. Hansı misradakı sözlərin hamısı alınmadır? A) Adam gərək görsün həqqi aradə. (M.P.Vaqif) B) Mədənisən felin, nazü qəmzənin.(Q.Zakir) C) Bülbül mənim əfqanimə qatlanmadı, uçdu. (Q.Təbrizi) D) Tanrı səni xoş camala yetirmiş. (Qurbani) E) Durna uçuban həvaya düşdü. (Ş.İ.Xətai) İzahı: Bu test tapşırığında şagirdlərin fikrini fellərə yönəltmək kifayətdir. A, C, D, E variantlarında olan fellər həmin misrada milli mənşəli sözlərin olduğunu göstərir. B variantı isə tamamilə alınma sözlərdən ibarətdir. Doğru cavab: B bəndi. TEST 3. Əsl Azərbaycan sözlərindən ibarət cərgəni göstərin. A) narazı, nainsaf, naşükür B) bisavad, baməzə, narahat C) yurd, torpaq, oğul D) bixəbər, zülmkar, zalım E) katib, kitabxana, Rəna İzahı: Bu test tapşırığı da şagirddən diqqət istəyir. Belə ki, dilimizdə olan ön şəkilçili sözlər ( nakişi, nadinc və natəmiz istisna olmaqla) A, B, D variantlarında işlənib. Deməli, alınma söz var. E variantındakı katib, Rəna sözləri uzun tələffüz olunan, kitabxana isə həm ahəng qanununa tabe olmayn, həm də 1 cür yazılan alınma şəkilçisi olan sözdür. Doğru cavab: C bəndi. Alınma sözlərin bir çoxu nitqimizi zənginləşdirir, onu dəqiq və ifadəli edir. Lakin onlardan yerli-yersiz istifadə etmək dili korlamağa aparıb çıxarır. Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərini buna ən gözəl sübut kimi göstərə bilərik.

İstifadə olunan mənbə: 1.Ş.Sədiyev . “Dil haqqında hekayələr”. 2.Təhsil lüğəti. Bakı 2011 3. ABİTYRİYENT. Azərbaycan dili. Test bankı I hissə 2001 4.Məmməd Elli “Rus dilində türk sözləri” məqaləsi.

İBTİDAİ SİNİFDƏ STANDARTLAR (I sinfin sonunda şagird)

1.2.4. Nitqində müvafiq jest və mimikalardan istifadə edir.

Lüğət ehtiyatının zənginləşdirilməsi

2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.

2.1.1. Rast gəldiyi yeni əşya və hadisələrin adlandırır.

2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını sadə formada izah edir.

2.1.3. Yaxınmənalı və əksmənalı sözləri fərqləndirir.

2.1.4. Öyrəndiyi yeni sözləri cümlə içərisində işlədir.

2.2. Oxu texnikası və ilkin oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.

2.2.1. Nitq səslərini heca daxilində və ayrıca tələffüz edir.

2.2.2. Səsləri hecalarda birləşdirir və oxuyur.

2.2.3. Sözləri hecalarla oxuyur.

2.2.4. Sözləri bütöv oxuyur.

2.2.5. Kiçikhəcmli mətnləri müəyyən olunmuş tələblərə uyğun sürətli, düzgün, şüurlu, ifadəli oxuyur.

2.2.6. Müxtəlif bədii mətnləri (nəzm,nəsr) fərqləndirir.

2.2.7. Mətni mənaca bitkin hissələrə ayırır, şəkilli planını tutur.

2.2.8. Mətndəki əsas fikri müəyyənləşdirir və sadə formada ifadə edir.

2.2.9. Mətnin məzmununu nəql edir.

3.1. Yazı texnikasına və ilkin yazı bacarqlarına yiyələndiyini nümayiş etdirir.

3.1.1. Hərflərin elementlərini və konfiqurasiyasını müəyyən olunmuş xətt boyunca düzgün yazır və bitişdirir.

3.1.2. Hərfləri kalliqrafik cəhətdən düzgün yazır və bitişdirir.

3.1.3. Əl yazısı şəklində olan sözləri və kiçikhəcmli mətnləri üzündən köçürür.

3.1.4. Marağına uyğun seçdiyi kiçikhəcmli nəzm nümunəsini əzbərdən yazır.

3.1.5. Kiçikhəcmli nəzm nümunələrinin məzmununu qısa şəkildə yazır.

3.1.6. Bir neçə cümlədən ibarət müşahidə xarakterli rabitəli mətn yazır.

3.1.7. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilmiş sadə əməli yazılar (məktub, açıqca) yazır.

4. Dil qaydaları

4.1. Şagird zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1. Səs və hərfi adlandırır və onları fərqləndirir.

4.1.2. Sait və samit səsləri tanıyır.

4.1.3. Sait səslərə görə sözləri hecalara ayırır.

4.1.4. Böyük və kiçik hərfləri fərqləndirir.

4.1.5. Hərfləri əlifba sırası ilə sadalayır.

4.1.6. Tək və cəm anlayışlarını nümunələrlə izah edir.

4.1.7. Ad, əlamət və hərəkət bildirən sözləri tanıyır və fərqləndirir.

4.1.8. Cümləni tanıyır və əsas əlamətlərini sadalayır.

4.1.9. Məqsəd və intonasiyaya görə cümlələri fərqləndirir.

İBTİDAİ SİNİFLƏRDƏ FONETİK ƏSASLARIN ÖYRƏDİLMƏ METODİKASI

  1. Fonetika təliminin məqsəd və vəzifələri
  2. Fonetik dərslərin təşkili və ona verilən tələblər
  3. Fonetik çalışmalar
  4. Fonetik təhlil

2.Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. II hissə, Maarif, 1977.

3.A.Abdullayev. İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1962.

4.B.Əhmədov. Azərbaycan dili təltiminin qanunları, prinsipləri və metodları. Bakı, 1974.

5.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı

Bakı, 2011,2015

6.Ş.Nəbiyeva Ana dili tədrisi metodikasının aktual problemləri . Bakı,2010

7.A.Məmmədov Azərbaycan dilinin tədrisi tarixi (dərs vəsaiti). Bakı,2011

8.Y.Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005

9.İbtidai siniflərdə “ Müəllim üçün metodik vəsait”I,II,III,Ivsiniflər üçün

Azərbaycan dili fənninin elmi materialı çox geniş və müxtəlifdir. Buraya fonetika, morfologiya, sintaksis, leksika, orfoqrafiya, orfoepiya, durğu işarələri və s. Kimi bir sıra bölmələr daxildir.

Qrammatika sözlərin dəyişməsi və cümlədə birləşməsi haqqında elm olmaqla dilə səlislik, mənalılıq verir. Bu baxımdan şagirdlərin nitqinin inkişafının tədrisi böyük əhəmiyyətə malikdir.

İbtidai siniflərdə qrammatikanın tədrisi sadə olmaqla praktik xarakter daşıyır və qarşısına şagirdlərə bitkin biliklər vermək məqsədi qoymur, lakin bu ilkin kurs şagirdləri dilimizin qrammatik quruluşu ilə tanış edir, onları sistematik qrammatika kursunu mənimsəməyə hazırlayır.

Qrammatikadan ibtidai kurs uşaqlarda dilin əsas elementlərinə, şüurlu münasibətin yaranmasına kömək edən məlumatların verilməsini nəzərdə tutur. Kursa dilimizin fonetika sahəsi də daxil edilmişdir.

«Fonetika» bölməsində şagirdlər səs, hərf, sait, samit, qalın, incə, dodaqlanan, dodaqlanmayan saitlər, cingiltili və kar samitlər, vurğu, ahəng qanunu, əlifba və s. dair anlayişlar öyrənirlər.

Morfologiyada sözlərin morfoloji quruluşu, kök və şəkilçi, sözdüzəldici və sözdəyişdirici şəkilçilər, nitq hissələri (isim, sifət, əvəzlik, fel) onların əmələ gəlməsi, sualları, qrammatik əlamətləri və s. əhatə edilir.

«Sintaksis» bəhsində şagirdlər cümlədə sözlərarasında əlaqə, cümlə qurmaq, onu genişləndirmək, sadə və mürəkkəb cümləni təhlil etmək, cümlənin intonasiyaya görə növlərini fərqləndirmək, onları tərtib etmək və s. Həmçinin də cümlə üzvləri: baş və II dərəcəli üzvlərə aid sadə bilik, bacarıq və vərdişlərə yiyələnirlər.

Bu baxımdan, şagirdlərin nitqinin inkişafında qrammatika tədrisinin mühüm əhəmiyyəti vardır. Qrammatikanın tədrisi prosesində şagirdlər tutuşdurma, sistemləşdirmə, sübutetmə, əqli nəticəçıxarma və s. kimi keyfiyyətlərə yiyələnirlər. Nəticə etibarilə onların məntiqi təfəkkürü, nitqinin inkişafı və ümumi inkişafı təmin edilir.

2.Qrammatika tədrisinin təşkili və ona verilən tələblər

Qrammatik materialın xarakteri, qarşıya qoyulmuş məqsəd və təlim metodlarından asılı olaraq dərsin tipləri müxtəlif olur. Dərsləri yeni materialın izah olunmasına, qazanılmış biliklərin möhkəmlənməsinə – şagirdlərdə bacarıq və vərdişlərin yaranmasına, öyrənilmiş materialın təkrarlanması və sistemə salınmasına; bilik, bacarıq və vərdişlərin hesaba alınmasına; şagirdlər tərəfindən yerinə yetirilmiş yazı işlərinin təhlilinə görə tiplərə ayırırlar. Lakin əslində onların heç biri saf olmur və hər bir tipdə digərinin elementlərindən istifadə olunur.

Dərsin quruluşu haqqında mülahizələr də müxtəlifdir. Əlbəttə ki, quruluş dərsin növündən asılıdır. Məsələn, yeni biliyin izahına həsr olunmuş dərsdə başlanğıcı təşkili, keçmiş dərsdə öyrənilmişlərin yoxlanması, dərsin vəzifələrinin qoyulması, yeni mövzunun izahı, təhlili və möhkəmləndirilməsi, dərsin yekunlaşdırılması və ev tapşırıqlarının verilməsi nəzərdə tutulur. Təkrar dərsdə sinfin –başlanğıcın təşkili, vəzifənin qoyulması, keçilmiş materialın təkrarı, təkrarın yekunlandırılması və tapşırıq mərhələləri olur.

  1. Ev tapşırıqlarının yoxlanması:

Ev tapşırğıının yoxlanılması şifahi və yazılı frontal və fərdi aparıla bilər.

2. Yeni mövzunun elan olunması.

Bu mərhələdə yeni mövzu elan olunur. Dərsin tədrisi qarşısında qoyulmuş vəzifələr, həmçinin də təlimedici, tərbiyələndirici və inkişafetdirici vəzifələr sadalanır. Həmin iş şagirdlərin diqqətini dərsdə öyrənəcəkləri məsələlərə yönəldir.

3. Yeni materialın izahı.

Maddi aləmin dərk edilməsi prosesi canlı şeydən başlayır. Şagirdlərin təlim materialını mənimsəmə, dərk etmə fəaliyyətidə, şübhəsiz, seyr və ya müşahidədən başlanır. Onlar müəllimin rəhbərliyi altında təqdim olunmuş mətn üzərində müşahidə aparır, lazımi faktları seçib, onlara sual verir, həmin faktlar əsasında nəticə çıxarır, ümumiləşdirmə apaprır, nəhayət, qayda üzərində düşünürlər. Bundan sonra dərslikdəki müvafiq qayda oxunur, mahiyyəti aydınlaşdırılır.

4. Yeni materialın möhkəmləndirilməsi.

Bu məqsədlə dərslikdəki çalışmalar üzrə iş aparılır. Çalışmalardan birinin müəllimin rəhbərliyi ilə şifahi yerinə yetirilməsi daha münasib sayılır. Bu işdən sonra şagirdlərin daha çox müstəqilliyini təmin edən yazılı çalışmanın verilməsi məsləhət görülür. Çalışmaların icrası prosesində müəllim işə nəzarət edir, partaların arası ilə gəzərək yazılara diqqət yetirir, seçmə yolu ilə çalışmaların necə icra edildiyini yoxlayır. Əgər uşaq mövzunu mənimsəmişsə, tapşırığı düzgün yerinə yetirəcək.

5.Ev tapşırığının verilməsi.

Evdə yerinə yetiriləcək iş mütləq şagirdlərə başa salınmalıdır. Tapşırığın yerinə yetirilmə qaydası aydınlaşdırılmalı, lazım gələrsə nümunə də göstərilməlidir. Ev tapşırığı şagirdlərə aydın olmalı, həm də onların fəallıq və müstəqilliyi təmin edliməlidir.

Dərsin yekunlaşdırılması.

Şagirdlər nəzəri və praktik cəhətdən nəyi öyrəndiklərini bildirirlər. Sinif müəllimi də şagirdlərin danışıqlarını yekunlaşdırır.

Ümumiyyətlə, dərsin hər bir hissəsi mövzu və məqsəddən asılı olaraq müxtəlif cür təşkil edilir.

Hər bir şagirdi fəallaşdırmaq, dərsdə yaradıcı iştirakını təmin etmək, problem qarşısında qoymaq, düşündürmək, müstəqil fəaliyyətə cəlb etmək müasir tələbləri ödəyən şərtlərdəndir.

Qrammatika dərslərinin təşkilinə verilən tələblər aşağıdakılardır:

1. Hər bir dərs fəaliyyətləndirici xarakterə malik olmalıdır.

2. Hər bir dərs inkişafetdirici olmalıdır.

3. Yeni qrammatik material məlum biliklər əsasında, onlara istinadən verilməlidir.

4. Dərsdə rəngarəng çalışmalardan istifadə edilməlidir.

5. Dərsdə fərdiləşməyə nail olunmalıdır.

6. Hər bir dərs də əvvəllər keçilmişlər təkrarlanmalıdır.

7. Dərsdə vaxta qənaət edilməlidir.

  1. Qrammatik çalışmalar

Çalışmaların hər biri məzmununa görə fərqlənir və dərslikdə müəyyən sistemlə verilir. Şagirdlərin fikri əməliyyatının xarakterinə görə də çalışmalar müxtəlif olur. Bir qismi təqdim olunmuş qayda və tərifi şüurlu dərketməyə, bir qismi isə söz və cümlələrin təhlil-tərkibinə, bəziləri qarşılaşdırma, qruplaşdırma və s. əməliyyata xidmət edir.

Qrammatik çalışmalar yazılı və ştfahi olur. Şifahi çalışmalar daha çox fonetika və nitq inkişafı i lə əlaqədardır, bəzən isə yazılı çalışmalara hazırlıq məqsədi ilə yerinə yetirilir. Belə çalışmalar çox zaman bütöv sinfin iştirakı ilə icra edilir.

Şagirdlərin iştirakına görə çalışmalar fərdi və kollektiv olur.

Ümumiyyətlə, çalışmalarla iş prosesində müəllim özü işə nəzarət etməli, yeri gəldikcə şagirdlərə fərdi yanaşmanı unutmamalı, həmçinin də, onları yaradıcılığa, müstəqil işləməyə istiqamətləndirməlidir.

Qrammatik çalışmalar hər bir dərs də yerinə yetirilir. Fonetikanın tədrisində çalışmalar nitq səslərinin düzgün tələffüzünü, sözlərin hecalara ayrılması, ahəng qanununun gözlənilməsinə və s. məsələlərə xidmət edir. Qrammatik vərdişlərin öyrənilməsində fonetik çalışmalar xüsusi əhəmiyyətə malikdir.

Morfoloji çalışmalar dilin morfoloji quruluşunun başa düşülməsinə xidmət edir. İstər sözün tərkibi, istərsə də nitq hissələrinin öyrənilməsi ilə əlaqədar çalışmalar şagirdlərdə orfoqrafik vərdişlərin yaranması və dil üzrə biliklərin genişlənməsinə xidmət edir.

Nitq hissələri ilə bağlı olan çalışmalar isə şagirdlərə qruplaşdırma və təsnifetmədən baş çıxarmağı öyrədir. Şagirdlər qrammatik kateqoriyaların mahiyyətini başa düşür, nitqdə sərbəst işlədə bilirlər.

Sintaktik çalışmalar şagirdlərin cümlənin quruluşu, tərkibi haqqında məlumatını artırır, onlara müstəqil söz birləşmələri və cümlə qurmağı öyrədir. Bunlar isə rabitəli nitqin inkişafını təmin edir.

İbtidai siniflrə də lüğət üzrə çalışmalara da geniş yer verilir. Bu tipli çalışmalar lüğət-qrammatik və lüğət-orfoqrafik olmaqla iki yerə ayrılır. I növ çalışmalar hər hansı sözün hansı nitq hissəsinə aid olmasını müəyyənləşdirməyi, sözə qohum sözləri, sinonim, antonim tapmağı, çoxmənalı sözlər üzərində işləməyi, sözləri qurplaşdırmağı, növ-cins əlaqələrini aydınlaşdırmağı və s. tələb edir. II növ çalışmalar yazılışı çətin sözlərin yazılması üzrə işə aid olur.

Qrammatik çalışmalar şifahi və ya yazılı olur. Şifahi çalışmalar daha çox fonetika və nitq inkişafı ilə əlaqədar aparılır. Bəzən də, yazılı çalışmalara hazırlıq məqsədilə yerinə yetirilir. Belə çalışmalarda çox zaman bütöv sinif iştirak edir. Şagirdlərin iştirakına görə çalışmalar fərdi və kollektiv olur.

Çalışmalar rəngarəng və maraqlı olmalı, yorucu olmamalı, müntəzəm aparılmalı, keçilən material mənimsənilənədək təkrarlanmalıdır. Bu iş şagirdlərdə təhlil etmək, diktəyə əsasən yazmaq, sözə sual qoymaq, mövzulara aid məlumat toplamaq kimi bacarıqlar yaratmaqla onları müstəqil fəaliyyətə hazırlamalıdır. Ümumiyyətlə, çalışmalar qayda və təriflərin şüurlu mənimsənilməsi və nitq inkişafına xidmət etməlidir.

  1. Qrammatik təhlil

Qrammatik təhlil şagirdlərə yeni qrammatik məlumatı, qayda və qanunları öyrətmək üçün istifadə olunan ən təsirli vasitələrdəndir. Qrammatik təhlil şagirdlərin diqqət və vərdişlərini nizama salır, müstəqil iş vərdişlərini artırır.

Qrammatik təhlil formasına görə şifahi və yazılı, həcminə görə bütöv və yarımçıq, məzmununa görə fonetik, morfoloji və sintaktik olur. Təhlilin bu növlərinin hər biri həm ayrılıqda, həm də birgə aparılır. Belə ki, morfoloji təhlil prosesində fonetik, sintaktik təhlildə isə morfolojiyə müraciət edilir.

Qrammatik təhlildən I sinifdən başlayaraq istifadə olunur. Şagirdlər savad təlimi dövründə cümləni sözlərə, sözləri hecalara ayırmaq, cümlədə sözlərin, sözdə hecaların sayını və ardıcıllığını müəyyənləşdirmək kimi bacarıqlara yiyələnirlər.

II sinifdən təhlilin həcmi və məzmunu genişlənir. Sonrakı siniflərdə keçilən qrammatik mövzulara uyğun olaraq təhlilin növlərindən istifadə olunur.

İbtidai təlimdə təhlilin hər növündən yeri gəldikcə istifadə etmək lazımdır, həm də bu iş müəllimdən də diqqətli olmağı tələb edir.

MÖVZU: 9

İBTİDAİ SİNİFLƏRDƏ FONETİK ƏSASLARIN ÖYRƏDİLMƏ METODİKASI

1.Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997.

2.Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. II hissə, Maarif, 1977.

3.A.Abdullayev. İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1962.

4.B.Əhmədov. Azərbaycan dili təltiminin qanunları, prinsipləri və metodları. Bakı, 1974.

5.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı

Bakı, 2011,2015

6.Ş.Nəbiyeva Ana dili tədrisi metodikasının aktual problemləri . Bakı,2010

7.A.Məmmədov Azərbaycan dilinin tədrisi tarixi (dərs vəsaiti). Bakı,2011

8.Y.Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005

  1. Fonetika haqqında ümumi məlumat və fonetika tədrisinin əsas məqsədi.

İbtidai siniflərdə də fonetik anlayışların öyrədilməsinə səs və hərf haqqında məluümatın verilməsi ilə başlanır. Əlifba təlimi dövründə şagirdlər heca, səs, hərf, sait və sammit kimi terminlərlə tanış olur. Bir sıra fonetik vərdişlər qazanırlar. II-III siniflərdə bir sıra orfoqrafik – orfoepik biliklər əldə edirlər.

  1. Azərbaycan əlifbası haqqında şagirdlərə məlumat vermək
  2. Danışıq səslərinin xüsusiyyətlərini – səslərin sait və sammit olması, qalın və incəliyi bildirməsi, kar və cingiltili işlənməsini, qoşa sait və qoşa samitin yanaşı gəlməsini şagirdlərə mənimsətmək.
  3. Heca, vurğu, ahəng qanunu və s. öyrətmək.
  4. Uşaqlarda orfoepik və orfoqrafik vərdişlər yaradılmasına nail olmaq və s.

Heca anlayışı da təlimin ilk mərhələsində verilir, şagirdlər hecanın tərkibi və quruluşu ilə tanış olurlar. Bu anlayış oxu və yazı texnikasının öyrədilməsində kömək göstərir.

Şagirdlər vurğu ilə praktik şəkildə II sinifdə, Ahəng qanunu haqqında sistemli işlə III sinifdə tanış olurlar. Hər iki mövzu şagirdlərin nitqinin və orfoqrafik vərdişlərinin inkişafına şərait yaradır. Fonetika üzrə praktik vərdişlər şifahi və yazılı nitqdə özünü göstərən dialektizmlərin aradan qaldırılmasında da şüurluluğu təmin edir.

  1. Danışıq səslərisaitlərin tədrisi

Oxşar və fərqli əlamətlərinə görə danışıq səsləri iki əsas qrupa ayrılır: saitlər, samitlər:

Saitləri izah edərkən sait məfhumunun mahiyyətini, onun tələffüz xüsusiyyətini aydınlaşdırmaq vasitəsidir. Saitlər sədalı olur, hava ağızdan sərbəst çıxır, heca yaradır.

Samitlər tələffüzdə maneəyə rast gəlir, avazlı, küylü olur, heca əmələ gətirə bilmir.

Azərbaycan dilində doqquz saitvar: a, ı, o, u, e, ə, i, ö, ü

Dodaqlanmayan: a, ı, e, ə, i

Dodaqlanan: o, u, ö, ü

Açıq : a, e, ə, ö, o

Belə bölgünün öyrənilməsi heca və ahəng qanununun mənimsənilməsinə bünövrə hazırlayır.

  1. Danışıq səslərisamitlərin tədrisi

Oxşar və fərqli əlamətlərinə görə danışıq səsləri iki əsas qrupa ayrılır: saitlər, samitlər.

Samitlər tələffüzdə maneəyə rast gəlir, avazlı, küylü olur, heca əmələ gətirə bilmir.

Dilimizdə 23 samit var. Kar və cingiltili samitlər haqqında anlayış tutuşdurulma əsasında verilir. Cingiltili samitlər ucadan, kar samitlər alçaqdan tələffüz edilir. Yəni tələffüz vaxtı səs telləri titrəyəndə cingiltili samitlər, titrəməyən də kar samitlər yaranır.

Cingiltili: b, v, ğ, d, j, z, g, c, q, y, l, ğ, n, r

Kar : p, f, x, t, ş, s, k, ç, k / , h / – – – – h

  1. Ahəng qanunu

Yəni sözdə eynicinsli saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir: səbət, bacı, şüyüt, qoyunvəs.

Dilimizdə ahəng qanununa tabe olmayan sözlərdə var ki, bunlar alınma sözlərdir. Belə sözlərə şəkilçi artırdıqda sözün son hecasındakı sait nəzərə alınmalıdır. Məsələn, ailə-miz, musiqi-çi, göz-lük, tələbə-lik və s.

«Ahəng qanunu» mövzusu seçilrək ənən mühüm məsələlərdən biri sözlərə şəkilçi artırarkən ahəngin gözlənilməsidir. Şagirdlər başa düşməlidirlər ki, sözə şəkilçi əlavə edərkən sonuncu hecadakı samitə baxıb hərəkət etməlidirlər. Morfologiyanın tədrisində ahəng qanunu üzrə işə daha çox imkan yaranır.

  1. «Əlifba»mövzusunun tədrisi

Əlifbanın yaranma tarixi qədimdir. Əlifbanın meydana gəlməsi öz kökünə görə qədim ölkələrə (Funigiya, Misir, Yunanıstana) gəlib çıxır.

Qədim hərfli yazılarının mükəmməli Funigiya yazısıdır. Bir çox əlifbaların əsasını təşkil edən həmin əlifbadan başqa xalqlar da istifadə etmiş və bu əlifba Şərq və Qərb istiqamtəində yayılmışdır.

Yazının əsas əlaməti hərfdir. Əlifbada hərflərin sıra ilə düzülüşüdür.

Azərbaycan əlifbasının mövcudluğu dövründə müxtəlf əlifbalardan istifadə edilmişdir. Azərbaycan ərazisində ən qədim əlifba Alban (Qafqaz) əlifbasıdır. Ərəblərin işğalından sonra azərbaycanlılar uzun müddət ərəb əlifbasından istifadə etmişlər. Ərəb əlifbasının çətinliklərinə görə 1921-ci ildə yaradılan Əlifba Komitəsi latın qrafikasına keçilməsinə aid qərar verdi. 1923-cü ildən hökumət idarələrində, iş latın əlifbası ilə aparıldı. 1929-cu ildən təlimə latın əlifbası ilə başlandı.

1939-cu il noyabrın 15-də Azərbaycan yazısının latın əlifbasından rus qrafikasına məcburi keçilməsi haqqında qəti qərar verildi. 1940-cı ildən məktəblərimizdə rus qrafikasına – Kiril əlifbasına keçildi. Uzun illər boyu məcburi tədris edilən Kiril əlifbası həyatda özünü doğrultmadığından – dilimizin qanunauyğunluqlarına uyğun gəlmədiyindən, 1991-ci ildən yenidən latın əlifbasına keçildi.

Azərbaycan Respublikasının müstəqillik qazanması və təhsil sisteminin yenidən qurulması, yeni əlifbaya keçmək zərurətini yaratdı.

25 dekabr 1991-ci il tarixdə «Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında» qərar verildi (Azərb.Resp.-sı Milli Şurası). Qərarda 32 hərfli latın qrafikalı Azərbaycan əlifbasının mərhələ-mərhələ yerinə yetirilməsi nəzərdə tutuldu.

1992-93-cü dərs ilindən məktəblərimizdə latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbası ilə sistemli təlimə başlanması işi reallaşdırıldı.

Adətən, bu mövzunun tədrisinə o qədər də əhəmiyyət verilmir. Əlifba təlimi dövründə hərflərin öyrədilməsi ardıcıllığı dərslikdəki düzülüşündən asılı olduğundan şagirdlər əlifba sırasını bilmirlər. II sinifdə onlar hərflərin sırası ilə yanaşı, hər birinin adını da öyrənirlər: Aa, Bb (be), Cc (ce) …

  1. Əlifbada mövcud 32 hərfAzərbaycan dilinin fonemlərini əhatə edir.
  2. Əlifbaya daxil olan hərflər, əsasən, latın əlifbası əsasında yaradılmışdır.
  3. Bir fonem bir hərflə ifadə olunur.
  4. K hərfi istisna olmaqla hər bir hərf bir fonemi ifadə edir.
  5. Hər hərfin çap və əlyazması şəkli mövcuddur və əlifbada hərfin adı da verilir.
  6. Hərflərin bitişdirilmə qaydası da sadədir və s.

Comments are closed, but trackbacks and pingbacks are open.