Azrbaycan dili abituriyentlr üçün drs vsaiti
28. Hansı sözlər qarşılıq-birgəlik növdə deyil?
Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.
Azərbaycan Dillər Universitetinin rəsmi səhifəsi на Facebook. Если вам интересны новости Azərbaycan Dillər Universitetinin rəsmi səhifəsi, регистрируйтесь на Facebook сегодня!
Azərbaycan Dillər Universitetinin rəsmi səhifəsi на Facebook. Если вам интересны новости Azərbaycan Dillər Universitetinin rəsmi səhifəsi, регистрируйтесь на Facebook сегодня!
Azərbaycan Dillər Universitetinin rəsmi səhifəsi
@adu.edu.az
О пользователе Azərbaycan Dillər Universitetinin rəsmi səhifəsi
Azərbaycanın ali məktəblərində xarici dillərin tədrisinə keçən əsrin 20-ci illərində başlanmış, 1936/1937-ci tədris ilində isə ilk dəfə olaraq Azərbaycan Pedaqoji İnstitutunda (APİ) müstəqil Xarici dillər kafedrası yaradılmışdır. Lakin xarici dilləri tədris edən milli pedaqoji kadrlar çatışmadığından Azərbaycan Xalq Komissarlar Soveti 1937-ci il oktyabr ayının 9-da “Azərbaycan Pedaqoji İnstitutunda Xarici dillər fakültəsinin təşkil edilməsi haqqında” qərar qəbul etdi. II Dünya müharibəsi başlandıqdan sonra xarici dil mütəxəssislərinə ehtiyac artdığından Azərbaycan SSR XKS-in 1940-cı ilin oktyabrında “Azərbaycan SSR-in ali və orta məktəblərində alman, fransız və ingilis dillərinin tədrisi haqqında” qəbul etdiyi qərar əsasında V.İ.Lenin adına APİ-nin Xarici dillər fakültəsi 1941/42-ci tədris ilindən Pedaqoji Xarici Dillər İnstitutuna çevrildi və həmin il instituta 150 nəfər qəbul edildi.
Lakin 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq institut yalnız taşkilatlanma prosesini həyata keçirə bildi və XMK-nın əmri ilə sentyabr ayının 1-dən yenidən APİ-nin fakültəsi kimi öz fəaliyyətini davam etdirdi.
Müharibədən sonrakı dövrdə xarici dil mütəxəssislərinin hazırlanmasını yaxşılaşdırmaq məqsədilə respublika maarif nazirinin əmri ilə 1948/1949-cu tədris ilindən Bakı şəhərində APİ-nin Xarici dillər fakültəsinin bazasında Pedaqoji Xarici Dillər İnstitutu yaradıldı.
Respublika maarif nazirinin 14 may 1959-cu il tarixli əmrilə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutu ilə birləşdirildi.
Azərbaycan SSR Nazirlər Soveti 4 noyabr 1972-ci ildə “M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun yenidən təşkil olunması haqqında” qərar qəbul etdi. Həmin qərar əsasında Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu yenidən müstəqil ali məktəb kimi fəaliyyətə başladı.
İnstitutun inkişafına həmişə böyük qayğı göstərmiş ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Dillər İnstitutu fəaliyyəti genişləndirilməklə Azərbaycan Dillər Universitetinə çevrildi.
Respublikanın təhsil sistemində aparılan islahatlara çevik reaksiya verən ADU dövlət ali məktəbləri arasında ilk dəfə bütünlüklə kredit sistemli təhsilə keçib. Xarici ölkələrin qabaqcıl ali məktəbləri ilə əlaqələr günü-gündən genişləndirilir. Türkiyənin, ABŞ-ın, Böyük Britaniyanın, Fransanın və Avropanın digər ali məktəbləri ilə əlaqələr daha intensiv şəkil alır, qarşılıqlı müqavilələr bağlanır, müəllim və tələbə mübadiləsi genişlənir, diplomların tanınması istiqamətində intensiv iş aparılır.
Azərbaycan dili fənnindən testlər (ümumi)
3. Aşağıdakılardan hansında orfoqrafik qayda pozulmuşdur?
a) Nəzir b) desert c) dosent d) təhkiyə e) kərkədan
4. Bəndlərdən birində məntiq pozulmuşdur:
a) Tibb b) fənn c) sirr d) kənd e) hiss
5. Hansılar milli mənşəli sözlərdir?
a) Kitab b) pəncərə c) ata d) fikir e) opera
6. Neftçi sözünün fonetik təhlili ilə bağlı səhvləri göstərin :
1. 6 səs, 6 hərfdən ibarətdir
2. 4 samit, 2 sait səs var
3.Ahəng qanunu pozulmayıb
4. Saitlərin biri açıq, biri qapalıdır
5.Vurğu birinci hecaya düşür
a) 1, 2, 5 b) 2, 4 c) 1, 3 d) 3, 4, 5 e) 2, 3
7. Gecənin qulağına gündüz gəlir, qaç dedim,
Sevgilim, günəş doğur, pəncərəni aç dedim (S. Rüstəm) nümunəsindəki işarələnmiş sözlər nədir?
a) Omonim b) sinonim c) antonim d) paronim e) çoxmənalı söz
8. Müəllimlik müqəddəs sənətdir cümləsindəki altından xətt çəkilmiş söz ismin hansı halındadır?
a) Adlıq b) qeyri-müəyyən yiyəlik c) təsirlik d) yönlük e) çıxışlıq
9. Yaxınlaşdıq sözünün tərkibə görə təhlili hansı sxemə uyğundur?
10. Qarı düşmən dost olmaz cümləsindəki işarələnmiş söz nədir?
a) Omonim b) arxaizm c) sinonim d) çoxmənalı söz e) dialekt
11. əsas nitq hissələri kimi verilənlərdən biri səhvdir :
a) isim b) sifət c) ədat d) say e) fel
12. feldən düzələn sifət hansıdır?
a) Sürgün b) qırğın c) yorğun d) yanğın e) basqın
13. Təsirli fellər cərgəsini göstərin:
a) Başlamaq, ağarmaq b) yazdır, baxmaq c) göyər, yaxşılaş d) pozul, gözəlləş e) danışmaq, tanımaq
14. Düzəltmə fel hansı cərğədə işlənib?
a) O, yaxşı oxuyur
b) Işləməyən dişləməz
c) Biz onlara kömək edirik
d) Sinif otağı təmizdir
e) Müəllim əyani vəsaitdən də istifadə edirdi
15. Qayıdış növ fellər hansı cümlədədir?
1. Gül açıldı 2. qapı açıldı 3. ürəyim döyündü 4. günəş göründü 5. onlar vuruşdular
a) 1, 2, 4 b) 2, 3, 4 c) 3, 5 d) 1, 3, 4 e) 1, 3, 5
16. Sifətin əsas sintaktik vəzifəsi nədir?
a) Təyin b) tamamlıq c) mübtəda d) zərflik e) xəbər
17. Sifətlərədn neçəsi zahiri görkəm bildirir?
Sözübütöv, ürəyitəmiz, yaxşı, pis, uzunboy, gözəl, unutqan, qarabəniz
a) 1 b) 3 c) 4 d) 6 e) 2
18. Isimləşmiş say hansı cümlədədir?
a) Birinci sıra qonaqlar üçün nəzərdə tutulmuşdur
b) Bu il “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi qeyd olunur
c) Beşincilər çox uğurlu çıxış etdilər
d) O, iki güb bu haqda düşünməli oldu
e) Beş-altı nəfər etiraz etdi
19. Qeyri- müəyyən say hansıdır?
a) Bir, altı, min b) Xeyli, bir az, sıfır c) Beş-altı, on-on beş, iki-üç d) Az, çox, iyirmi e) Kim isə, nə isə
20. Təyini əvəzliklər hansı cümlədədir?
a) Bəzi, hamı, hər kəs
b) Hər biri, o, bu, elə
c) Filankəs, bəzi, biri, kimi
e) Öz, hər, bütün, filan
21. Eyniköklü sözlər cərgəsini göstərin:
a) Gülüş, güclü b) əlcək, əlvan c) bağla, bağban d) yazmaq, yazda e) çəmənlik, çəmənlikdəki
22. Aşağıdakı sözlərdən hansının tərkibində qrammatik şəkilçi yoxdur?
A) Kitabdakılar b) namərddən c) oturanların d) yolçunun e) maraqlı
23. Hansı şəkilçi omonimlik xüsusiyyətinə malikdir?
a) – iniz ⁴ b) lar² c) sız⁴ d) çı⁴ e) ma²
24. Mürəkkəb söz hansıdır?
a) Kitabça b) xəstəxana c) tarixçünas d) sirdaş e) əlüstü
25. Cərğələrin birində isimləşmiş sifət var
a) Rəhmsiz adam b) rəhmətlik atam c) ruhən duymaq d) bürünc medal e) sərxoşun baxışı
26. Hansı cərğədə mürəkkəb ad verilib?
a) Qara dəniz b) Vətəni sevmək c) Qırat d) Novruzəli e) ürəyiaçıq
27. Mənsubiyyət şəkilçisinin iştirakı ilə düzəlmiş mürəkkəb sözləri müəyyənləşdirin:
a) Sözübütöv, qəlbiaçıq, stolüstü
b) Açıqürəkli, üçtelli, istiqanlı
c) Dadlı-dadlı, tez-tez, kağız-kuğuz
d) Istiot, ağsaçlı, istedadlı
e) Bayramqabağı, şirin-şirin, üzügülər
28. Hansı sözlər qarşılıq-birgəlik növdə deyil?
1. Atışmaq 2. Ötüşmək 3. Alışmaq 4. Çəkişmək 5. Dalaşmaq 6.sözləşmək 7. Baltalaşmaq 8. Çölüşmək 9.çalışmaq
a) 1, 4, 6, 9 b) 3,5,7,8 c) 1,3,7 d) 2,3,5,8 e) 3,6,9
29. Fellərdən biri icbar növdədir:
a) Qaldır b) baxdır c) sildir d) güldür e) alışdır
30. Cümlələrin birində fel icbar növdədir:
a) Köynəyimi özüm ütülədim.
b) Qoy hələ şalvarımı ütülədim
c) Fəhlələr taxtaları ikinci mərtəbəyə qaldırdılar
d) Həkim xəstəni ehmalca çarpayıya uzandırdı.
e) Idmançılarımız bayrağımızı göyə ucaltdılar.
Comments are closed, but trackbacks and pingbacks are open.