Azərbaycan dili acıq testlər kitabı yüklə
Uğurlu açıq dərslərin təşkil edilməsi məktəb rəhbərliyinin peşəkarlığından və səriştəsindən, təhsillə bağlı hədəfləri vaxtında görməsindən, yeniliyə və müasir dünyagörüşə malık olmasından, ölkədə və dünyada gedən təhsil proseslərinə bələdliyindən çox asılıdır.
Attestasiyaya hazırlıq testləri
Çoxsaylı müraciətləri nəzərə alaraq ibtidai sinif üçün test hazırladıq. Lakin bu hələ son deyil. İbtidai sinif üçün yaxın zamanlarda daha bir test artırılacaqdır. Buyurun. Bu yalnız ibtidai sinifin Azərbaycan dili fənni üzrə variantıdır 1. Mənsubiyyət şəkilçili sözü göstərin. A) boyunun B) ovucun C) ağılın D) burnu E) burunun 2. Cəm şəkilçisi qəbul etməyən ismi göstərin. A) müəllimlik B) gözlük C) ordu D) xalq E) meşə 3. Sifət işlənmiş cümləni tapın. A) Yanğın qonşu binaya da keçmişdi. B) Hüseyn Cavid Sibirə sürgün olunmuşdur. C) Coşqun bir dəniz kimi çağlayırdı ürəyim. D) Qar uçqunu avtomobillərin gediş-gəlişinə maneə yaratmışdı. E) Bu çayda çoxdandır ki, belə daşqın olmamışdı. 4. Vurğusu son hecaya düşən sözü göstərin? A) bayaq B) dünən C) sabahkı D) yəni E) həmişə 5. Hansı ismin qəbul etdiyi mənsubiyyət şəkilçisində yanlışlıq vardır? A) onun ütüsü B) çayın mənbəyi C) onların mənafeyi D) sizin taleniz E) sözü
- Bağlantıyı al
- E-posta
- Diğer Uygulamalar
Texnologiya (Texniki əmək)
Hansı südü kartof püresinə qatmaq olmaz? A) Pasterizə edilmiş B) Qaynar C) İsti D) Sterilizə edilmiş E) Soyuq Bol məhsulun təminatı nədən aslıdır? A) Torpağın əkinə düzgün hazırlanmasından. B) Bol gübrə verməkdən. C) Mikroiqlimdən. D) Bol suvarmadan. E) İstilikdən. Almanı uzun müddət saf və təzə saxlamaq üçün nə etmək lazımdır? A) Su ilə silmək. B) Spirtlə silmək. C) Yağla silmək. D) Qliserin ilə silmək. E) Duzlu su ilə silmək. Parça tikələrindən tikilmiş və ya yapışdırılmış şəkil və ya bəzəklər necə adlanır? A) Applikasiya B) Naxıştikmə C) Mozaika D) Vitraj E) Makrame Elektrik enerjisinin mənbəyi: A) Kondensator, diod B) Transformator, generator C) Qalvanik element, generator D) Tranzistor, transformator E) Qalvanik element, diod Elektrik tikiş maşınını işə hazırlayarkən nə etmək lazımdır? A) İynəni saplamaq. B) Oturmaq üçün rahat stul seçmək. C) İş yerini işıqlandırmaq. D) Tikiş maşınını elektrik dövrəsinə qoşmaq. E) Ülgünü hazırlamaq. Elektr
- Bağlantıyı al
- E-posta
- Diğer Uygulamalar
Azərbaycan dili acıq testlər kitabı yüklə
Açıq dərslərin təşkili məktəb rəhbərliyi və müəllimlərin üzərinə böyük məsuliyyət qoyur. İstənilən açıq dərs müəllimlə yanaşı, həm də məktəbin özünü, bir növ təqdim etməsidir. Bu təqdimatın uğurlu olması ona hazırlıq prosesində məktəb rəhbərliyi və açıq dərs verməsi planlaşdırılan müəllimin birgə əməkdaşlığından çox asılıdr. Təqdim etdiyimiz bu materialda açıq dərslərin təşkili üçün həm məktəb rəhbərliyi, həm də müəllim tərəfindən hansı hazırlıq işilərinin aparılması, onun necə təşkil edilməsi və yekunlaşdırılmasına aydınlıq gətirilmişdir.
Açıq dərs – müəllim tərəfindən təlim–tərbiyənin keyfiyyətcə yüksəldilməsinə, yenilklərin tətbiq edilməsinə yönəlmis dərs nümunəsinin təqdim etməsidir.
Açıq dərs adi, gündəlik dərslərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Bunlar aşağıdakılardır:
- Müəllim və şagirdlərlə yanaşı sinif otağında başqa şəxs və ya şəxlər də müşahidəçi kimi iştirak edir.
- Dərsin kecirilməsi günü, saatı, yeri, mövzusu və məqsədi, həmçinin müşahidəçi kimi iştrak edəcək şəxlərin tərkibi əvvəlcədən planlaşdırılır.
- Müəllim dərsdə şagirdlərə yönəlmiş məqsədilə yanaşı, iştirak edən müşahidəçi şəxslər üçün nümunə göstərilə biləcək bir dərs keçir.
Məhz buna görə də müəyyən araşdırmalar aparmadan sıradan hər kəsin açıq dərs verməsini tələb etmək və ya istənilən hər kəsin təşəbbüsü ilə açıq dərsin verilməsi məqsədəmüvafiq deyildir.
Aşağıdakı kateqoriyadan olan şəxslərin açıq dərs verməsi məqbul hesab edilir:
- Yüksək təlim keyfiyyəti əldə edən müəllimlər;
- Hansısa kursdan,treninqdən qayıdan müəllimlər;
- Hansısa qabaqcıl təcrübəni öyrənən müəllimlər;
- Məktəbin hansısa qabaqcıl təcrübəsini ümumiləşdirən müəllimlər.
Açıq dərslərin təşkili ilə bağlı məktəb rəhbərliyinin üzərinə düşən vəzifələr
Uğurlu açıq dərslərin təşkil edilməsi məktəb rəhbərliyinin peşəkarlığından və səriştəsindən, təhsillə bağlı hədəfləri vaxtında görməsindən, yeniliyə və müasir dünyagörüşə malık olmasından, ölkədə və dünyada gedən təhsil proseslərinə bələdliyindən çox asılıdır.
Bu prizmadan baxan məktəb rəhbərliyi müəllimi özlüyündə müəyyənləşdirir və onu müəyyən müddət müşahidə edir, nəticələrini təhlil edir. Əldə olunmuş materiallar rəhbərlikdə müzakirə edilir və müsbət fikir formalaşdıqdan sonra müəllimlə məsləhətləsərək iş planına salınır.
Açıq dərslər adətən dərs ili başlamazdan qabaq(ciddi ehtiyac duyulduğu halda dərs ili ərzində də ola bilər), rəhbərlik tərəfindən məktəbin iş planı hazırlanarkən müəllimlə razılaş.
Müəllimin görəcəyi işlər.
Açıq dərs müəllim üçün həmişə çətin bir sınağa çevrilir. Təbii ki, bir məqalə çərçivəsində bu prosesin bütün cəhətlərini əhatə etmək mümkün deyildir. Çünki bir çox məsələlər fənnin özündən və onun xüsusiyyətindən, sinfin hazırlıq səviyyəsindən, texniki vasitələrdən və s.-dən asılıdır.
Amma bir sıra ümumi məslələhətlər var ki, onlar açıq dərs verməyə hazırlaşan müəllimlərə kömək edə bilər.
Açıq dərsə hazırlıq
Açıq dərsə hazırlığı aşağıdakı addımlardan başlamaq yaxşı olardı:
- Mövzunun seçimi. Yaxşı olardı ki, mövzu çox mürəkkəb olmasın. Elə etmək olar ki, mövzu sziə yaxın, maraqlı olsun. Dərs planından 2-3 dərs irəli və ya geri olan mövzunun seçilməsində elə bir qəbahət yoxdur.
- Siniflə əvvəlcədən iş aparılması. Əgər dərs öz sinifinizdədirsə və uşaqları yaxından tanıyır, onların hər birinin bacarıq və qabiliyyətinə bələdsinizsə, onda proses bir qədər rahat olacaq. Yox əgər sinfi yeni tanıyırsınızsa və bununla bağlı tərəddüd edirsinizsə, onda uşaqlarla aşağıdakı istiqamətlər.
Comments are closed, but trackbacks and pingbacks are open.