Press "Enter" to skip to content

ALİ TƏHSİL haqqında fikirlərim

İnanırıq ki, dünyanın ən yaxşı təhsil resurslarından istifadə imkanı yaratmaqla biz ali təhsil sektorunda tədrisin keyfiyyətinin artırılması və modernləşdirilməsi istiqamətində ölkədə görülən ümumi səylərə dəstək oluruq. Bu məqsədlə, biz ali təhsil müəssisələri üçün əhəmiyyətli olan on beynəlxalq dərslik və tədris materialının siyahısını müəyyənləşdirmişik. Qalan yeddi kitabın 2020-ci ilin sonunadək Azərbaycan dilinə tərcümə edilərək nəşr edilməsini planlaşdırırıq.”

BP ali təhsil üçün beynəlxalq miqyasda tanınmış üç dərsliyin Azərbaycan dilində nəşrini təmin edib

Bu gün BP idarəetmə, siyasət elmi və keys menecment sahələri üzrə ali təhsil üçün beynəlxalq miqyasda tanınmış üç dərsliyin Azərbaycan dilində nəşrini təqdim edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, bunlar BP-nin Azərbaycan dilində yerli universitetlərə gətirməyi öhdəsinə götürdüyü on beynəlxalq təhsil vəsaitindən ilk üç dərsliyin tərcüməsidir.

Bu üç dərslik beynəlxalq miqyasda ən geniş yayılmış kitablar arasındadır. Onlar yerli universitetlərdən və ekspertlərdən alınmış tövsiyələr əsasında seçilmişdir. Bu kitabların seçilməsində başqa bir mühüm meyar isə bu dərsliklərin aparıcı beynəlxalq universitetlərin proqramlarında icbari təhsil vəsaiti kimi istifadə edilməsidir.

Sözügedən üç kitab aşağıdakılardır:

İdarəetmənin əsasları – müəlliflər: Stiven P. Robbins, Meri Koulter və Devid A. DeSenzo. Bu dərslikdə dərin təcrübəyə söykənən idarəetmə üzrə praktiki vasitələr təqdim edilib. İdarəetmənin əsas konsepsiyalarını əhatə edən bu kitab mühüm problemlərin başa düşülməsi üçün əsaslı bilikləri özündə ehtiva edir və güclü, praktiki istiqamət verməklə menecerlər üçün hansı üsulların müvafiq olub-olmadığı barədə sonuncu araşdırmaları özündə əks etdirir.
Siyasət Elmi: Giriş – müəlliflər: Maykl Rozkin, Robert L. Kord, Ceyms A. Mideyros və Valter S. Cons. Bu kitabda siyasət elminin fundamental prinsiplərinin əsrlər boyunca mühüm liderlərin qərar verməsinə necə yardım etdiyi göstərilib. Müəlliflər nəzəri fikirlər və tətbiqi əsaslandırma arasında balans təqdim edirlər ki, bu da tələbələrin siyasi manipulyasiya üçün necə sakit, rasional seçimlər edilə biləcəyini başa düşməsinə yardım edir.
Keys menecment – müəllif: Artur C. Frankel və Şeldon R. Gelman. Keys menecerlər öz müştəriləri üçün geniş növdə xidmətlər, resurslar və imkanlar üzrə həm ekspert, həm də əlaqələndirici qismində çıxış etməklə əvəzsiz xidmət göstərirlər. Müəlliflər bu kitabda öz geniş praktiki, auditoriya və araşdırma təcrübələrindən istifadə etməklə keys menecment prosesinin mərhələlərini aydın şəkildə bir-birindən fərqləndirir və keys menecerlərin müxtəlif praktiki vəziyyətlərdə yerinə yetirdiyi saysız vəzifələri nəzərdən keçirirlər.

Bu gün üç kitabın təqdimat mərasimində çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Təhsilə dəstək bizim sosial fəaliyyətlərimizdə həmişə prioritet sahə olub. Biz başa düşürük ki, yerli universitetlərin tələbələri və müəllim heyətinə öz ana dilində dünyanın ən yaxşı akademik kitablarından istifadə edə bilmək imkanının yaradılması mühüm əhəmiyyət kəsb edir. Ötən il biz dünyanın ən yaxşı üç iqtisadiyyat kitabının təqdimatını keçirdik və onlara olan yüksək maraq və tələbat bizi daha da həvəsləndirdi. Nəticədə biz qərara gəldik ki, ən yaxşı beynəlxalq ali təhsil materiallarının Azərbaycana gətirilməsi səylərimizi davam etdirək.

İnanırıq ki, dünyanın ən yaxşı təhsil resurslarından istifadə imkanı yaratmaqla biz ali təhsil sektorunda tədrisin keyfiyyətinin artırılması və modernləşdirilməsi istiqamətində ölkədə görülən ümumi səylərə dəstək oluruq. Bu məqsədlə, biz ali təhsil müəssisələri üçün əhəmiyyətli olan on beynəlxalq dərslik və tədris materialının siyahısını müəyyənləşdirmişik. Qalan yeddi kitabın 2020-ci ilin sonunadək Azərbaycan dilinə tərcümə edilərək nəşr edilməsini planlaşdırırıq.”

BP-nin Azərbaycana gətirməyi öhdəsinə götürdüyü on dərsliyin siyahısına biznes, menecment və iqtisadiyyat, siyasi elm və media sahəsində beynəlxalq miqyasda tanınmış kitablar daxildir.

ALİ TƏHSİL haqqında fikirlərim

Azərbaycanda iş dünyasında uzun illərdir işləyən, minlərlə insanlarla müsahibələr keçirən, işə götürən və idarəçiliyini edən insan olaraq ALİ TƏHSİL alan gənclərimizin iş dünyasında gələndə və acı reallıqlarla üzləşdiklərinin illərdir şahidi olmuşam. ALİ TƏHSİL kimi mühüm sözlər haqqında iş dünyasında olan bir insan olaraq fikirlərimi yazmışam ki, daha sonra “Azərbaycanda ali təhsilə əhəmiyyət verilmir” stereotipi gənclərimizin də d ilinə düşməsin.

ALİ TƏHSİL haqqında düşüncələrim bunlardır :
Ali təhsil karyera üçün vacibdir, amma baxır necə alınan “ali təhsil”. Əgər bu sözlərin arxasında imtahandan imtahana oxumaq, dərslərdə mövcud olmaq varsa, demək ki, diplom da sadəcə kağız parçasıdır;
4 il ərzində unutmayın ki, ancaq universitetdə alınan biliklərlə rəqabətdə uduzacaqsınız – sizin kimi ümumi biliklərə malik və ali təhsili olan minlərlə gənc məzun olur hər il;
Universitetdə oxuduğunuz illərdə yeni biliklərin alınması üçün özünüzü ac hiss edin və müəllimlər tərəfindən verilənlərlə kifayətlənməyin. Araşdırın, oxuyun, təlim və seminarlara gedin, müvəffəqiyyətli insanların uğurlarının görünməyən hissələrini görməyə çalışın;
Ali təhsil aldığınız illərdə artıq sizin karyera məqsədləriniz olmalıdır. Əslində biz hər birimiz karyeraya məhz universitet və fakültəni seçərkən başlayırıq. 4 il ərzində gələcək məqsədlərinizə görə planlarınız olsun;
Xarici dil bilgisi karyera üçün çox vacibdir – peşəkar həyatımızda biliklərin gücləndirilməsi baxımından. Universitet illərində hər gənc heç olmasa bir xarici dili mükəmməl səviyyədə öyrənməlidir;
Seçdiyiniz ixtisas və peşə nə olursa olsun, “bu sahədə ali təhsilim var” deyərək məsələyə baxmayın, şuurlu ömrünüzün sonuna qədər bu sahədə inkişafa hazır olun. Daimi inkişaf sizin həyat tərziniz və ən sadə vərdişiniz olmalıdır;
Əmin ola bilərsiniz ki, ancaq ali təhsilinə və diplomuna güvənən və özünü daim inkişaf etdirməyən insan maksimum 10 il sonra peşəkar həyatın kənarına atılma riskini artırmış olacaq;
Dürüstlüyü özünüzə həyat tərzi olaraq seçin. Azərbaycanın bütün sahələrdə bilikli və savadlı insanlara ehtiyacı var, amma DÜRÜST savadlı insanlara;
Təhsil aldığınız illərdə və iş həyatında başlamadan öncə artıq disiplin, məsuliyyət, ünsiyyət qurma və sosial vərdişlər, dinamika və aktiv həyat tərzi, sağlamlıq və sistemli düşüncə tərzi keyfiyyət və xüsusiyyətlərinə diqqət etmək və bunlar üzərində işləmək lazımdır, çünki peşəkar həyatda sahəvi biliklərə əlavə olaraq bunlar da çox vacibdir;
Diplomunuz iş dünyasına sizin üçün qapıları açan bir sənəd olacaq. İçəri daxil olduğunuzdan sonra artıq ön plana digər, üst maddədə qeyd xüsusiyyətləriniz keçəcək. Bunların üzərində işləyin;
Universitet illərində aktiv olun : könüllülük fəaliyyətiniz olsun, sosial layihələrdə iştirak edin, dərnək və klublara üzv olun və fəallığınızla seçilin.
Ən əsası isə, unutmayın ki, sizin təhsiliniz universitetlə məhdud olmamalıdır – təhsilimiz ömrümüz boyu davam etməlidir.

ALİ TƏHSİL haqqında fikirlərim
http://agaev.az/wp-content/uploads/2017/05/Мужчина_с_подзорной_трубой-150×150.jpg

Azərbaycanda iş dünyasında uzun illərdir işləyən, minlərlə insanlarla müsahibələr keçirən, işə götürən və idarəçiliyini edən insan olaraq ALİ

Comments are closed, but trackbacks and pingbacks are open.