Azərbaycan dili dim
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin daha əvvəl keçirilən imtahanlarda qeyri-məqbul qiymət alan abituriyentlərin nəzərinə çatdırırıq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən onların da qəbul (o cümlədən qabiliyyət) imtahanlarında iştirakına şərait yaradılacaq.
DİM Azərbaycan dili fənni üzrə yenidən imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 12-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yenidən imtahan keçiriləcək.
DİM-dən APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmək üçün qeydiyyat 29 iyul – 2 avqust tarixlərində aparılacaq.
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin daha əvvəl keçirilən imtahanlarda qeyri-məqbul qiymət alan abituriyentlərin nəzərinə çatdırırıq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən onların da qəbul (o cümlədən qabiliyyət) imtahanlarında iştirakına şərait yaradılacaq.
Həmin abituriyentlər qəbul imtahanlarından sonra Azərbaycan dili (dövlət dili kimi) imtahanını verəcəklər. Abituriyentlər nəzərə almalıdırlar ki, imtahanlarda neçə bal toplamaqlarından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət aldıqları təqdirdə buraxılırlar.
Avqustda keçiriləcək Azərbaycan dili (dövlət dili kimi) imtahanında ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 20-də və ya iyunun 24-də keçirilən imtahanlarda iştirak edib qeyri-məqbul qiymət alan abituriyentlər, həmçinin hər hansı səbəbdən daha əvvəl keçirilən imtahanlarda iştirak edə bilməyən abituriyentlər buraxılırlar.
Azərbaycan dili dim
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2022-ci il mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də keçirilən imtahanda iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçiriləcək.
Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahanda 1153 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur. İmtahan Bakı şəhərində 5 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tələb olunur.
İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunacaq:
– dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);
– dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;
– oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).
İmtahanın müddəti 1 saat 30 dəqiqədir.
İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 104 nəzarətçi-müəllim ayrılıb, 11 buraxılış rejimi əməkdaşı (mühafizə), 5 bina nümayəndəsi ayrılıb.
Похожие статьи
-
Azərbaycan dili ali təhsil üçün
Azərbaycan dili ali təhsil üçün Dövlət İmtahan Mərkəzi (DİM) mayın 26-da ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən…
-
TQDK rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək İmtahanda 2 min 259 (Bakıda 2246, Naxçıvanda 13 nəfər)…
-
Azərbaycan respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası
Azərbaycan respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası Beləliklə, qabaqcıl təhsil sisteminə əsaslanan strateji istiqamətdə səriştəyə…
-
Azərbaycan respublikasında təhsilin inkişafı üzrə
YENİ AZƏRBAYCAN PARTİYASI – Leyla xanım, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Siz həm bir təhsil işçisi,…
-
Azərbaycan demokratik cümhuriyyəti dövründə dil məktəb və tədris problemləri
Azərbaycan demokratik cümhuriyyəti dövründə dil məktəb və tədris problemləri Xoyski F ə t ə li xan İ sg ə nd ə r o ğ lu (7.12.1875 – 19.06.1920)…
Comments are closed, but trackbacks and pingbacks are open.