Press "Enter" to skip to content

Ağcabədi rayon Heydər Əliyev Mərkəzi

Barmaq salıb oyaram.

Haqqinda.az

Hacıyev Cövdət İsmayıl oğlu —
azərbaycanlı bəstəkar, Bakı Musiqi
Akademiyasının professoru, SSRİ Dövlət
mükafatları laureatı, əməkdar incəsənət
xadimi, Azərbaycanın xalq artisti.
Həyatı
Cövdət Hacıyev 1917-ci ildə
Azərbaycanın Şəki şəhərində anadan
оlmuşdur. О, оrta təhsilini başa
vurduqdan sоnra 1935-1938-ci illərdə
Azərbaycan Dövlət Kоnservatоriyasında,
1938–1941-ci illərdə isə Mоskva
Kоnservatоriyasında оxumuş və
müharibə illərində yarımçıq qalmış
təhsilini sоnralar davam etdirərək,
1947-ci ildə bəstəkar Dmitri
Şоstakоviçin sinfini bitirmişdir. 1947-ci
ildən ömrünün sоnuna qədər
bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Bakı
Musiqi Akademiyasında dərs demiş,
1957-1969-cu illərdə isə bu ali musiqi
təhsil оcağının rektоru vəzifəsində
çalışmışdır.
Azərbaycan bəstəkarlıq məktəbinin
inkişafında böyük rol oynamış Cövdət
Hacıyev ölkəmizdə peşəkar musiqi
kadrlarının hazırlamasında da misilsiz
xidmətlər göstərmişdir. O, Azərbaycan
bəstəkarlarının bir neçə nəslini
yetişdirmiş gözəl pedaqoq olmuşdur.
Cövdət Hacıyevin Azərbaycan musiqi
mədəniyyətinin inkişafı və təbliğindəki
xidmətləri yüksək qiymətləndirilmişdir.
O, iki dəfə SSRİ Dövlət mükafatına layiq
görülmüş, bir çox orden və medallarla, о
cümlədən Azərbaycan Respublikasının
ali mükafatı – “Şöhrət” ordeni ilə təltif
olunmuşdur.
Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-
də ömrünün 85-ci ilində vəfat etmişdir.
Rəqqasə Əminə Dilbazinin həyat
yoldaşıdır.
↑Bir bölüm geriyə dön
Fəaliyyəti
Azərbaycanda musiqi simfoniyasının
banilərindən biri olan C.Hacıyev yaratdığı
simfoniyalarda, “Sülh uğrunda” simfonik
poemasında öz dövrünün ən mühüm
problemlərinə toxunaraq onları lirik-
dramatik tərzdə əks etdirmişdir. Qara
Qarayevlə birgə bəstələdiyi “Vətən”
operası, kamera-instrumental və
fortopiano əsərləri də C.Hacıyev
yaradıcılığında əhəmiyyətli yer tutur. O,
hələ tələbəlik illərində ilk böyük əsəri
olan bir hissəli “Simfoniya”nı, iki
simfonik poemasını, “Azərbaycan
süitası”nı simli kvartet və sair əsərlərini
bəstələmişdir. 1945-ci ildə Qara
Qarayevlə birlikdə yazdığı “Vətən”
operasına görə SSRİ Dövət mükafatına
layiq görülmüşdür.
Cövdət Hacıyev ümumilikdə səkkiz
simfoniya müəllifidir. Onun simfonik
musiqisini qəhrəmanlıq motivləri,
humanizm, insanın mənəvi gözəlliyinin
tərənnümü səciyyələndirir. Bəstəkar bu
simfoniyalarda Azərbaycan xalq
musiqisinin müxtəlif janrlarının bədii
ifadə vasitələrindən, inkişaf
prinsiplərindən məharətlə istifadə
etmişdir. Cövdət Hacıyev həmçinin
simfoniyetta, oratoriya, ballada, sonata,
skerso və kvartet poemanın, xor üçün
bir sıra dəyərli əsərlərin müəllifıdir.
Cövdət Hacıyevin “Zirvələrə” adlanan
altıncı və “Şəhidlər” adlı yeddinci
simfoniyaları sənətkarın vətəndaşlıq
mövqeyinin parlaq ifadəsidir. “Şəhidlər”
simfoniyası Azərbaycanın müstəqilliyi
uğrunda canlarını qurban vermiş
şəhidlərin xatirəsinə həsr olunub.
Cövdət Hacıyevin “Onu zaman seçib” adlı
səkkizinci simfoniyası Azərbaycanın
prezidenti Heydər Əliyevə həsr olunub.
↑Bir bölüm geriyə dön
Filmoqrafiya
1. Ordenli Azərbaycan (film, 1938)
2. Prima (film, 1992)
3. Həqiqətin özü (film, 2008)
4. Bir ovuc torpaq (film, 2009)
↑Bir bölüm geriyə dön

Tarix: 17.01.2013 / 16:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 805 Bölmə: Bəstəkarlar Və Müğənnilər

Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti

Əsrlər, qərinələrdir ki, xalqımıza, o taylı-bu taylı Azərbaycana xidmət edən dilimiz qədim tarixə malik olan, min illərin növbənöv burulğanlarından üzüağ çıxaraq dövrümüzə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Azərbaycan dili tarixi-genetik dəyərlərimizi, ruhumuzu, həyatımızın psixoloji-fəlsəfi cizgilərini yaşadan milli varlıqdır. Vaxtilə Azərbaycanın böyük şairi Süleyman Rüstəmin: “Mən sənin dilinə dəymirəm, cəllad, Gəl sən də bu ana dilimə dəymə, Sənin də bağın var, gülün var, çəkin, Bağıma əkdiyim gülümə dəymə.” Yaxud, istiqlal şairimiz Xəlil Rza Ulutürkün: “Yad məktəbə verilir umudumun qalası, O qaraqaş, qaragöz Azərbaycan balası”, – deməsi dilimizin sabahını düşünən böyük şairin vətəndaş etirazı idi. Bu gün dünyada 50 milyondan çox azərbaycanlı bu dildə danışır, öz milli mədəniyyəti, tarixi ilə haqlı olaraq qürur hissi keçirir, millətinin sabahı, gələcəyi barədə düşünür, müstəqil Azərbaycanla fəxr edir, qürur duyur. İnsan, vətəndaş kimi borcunu başa düşür, dolayısı ilə Azərbaycan dilinə borclu olduğunu dərk edir. Bu dillə ruhunu, fikrini, istək və arzusunu, böyük ideallarını ifadə edir. Xalqımızın laylalarını, nəğmələrini, nağıllarını, dastanlarını bu dillə qəlbinə hopdurur. Azərbaycan dilinə olan sevgi, bağlılıq, doğmalıq onun qüdrətini torpaq və Vətən qədər müqəddəs zirvəyə çatdırır.

Mən aşiq dilim-dilim,

Qovun kəs, dilim-dilim,

Öz dilimdən dönmərəm,

Doğransam dilim-dilim.

Haçan yaranıb görəsən bu bayatı?! Yaxud:

O yaram…

Köz-köz olub o yaram,

Sənə yad bir göz baxsa,

Barmaq salıb oyaram.

Mümkünmü bu bayatıların, xalq müdrikliyini ifadə edən bu deyimlərin tarixini araşdırmaq. Bizcə xalqımızın yaranışıyla bu cür gözəl misralar yaranıb, fikrin, hissin ifadəsinə çevrilib.

Tarixin dolanbaclarından, sərt sınaqlarından üzüağ çıxan dilimiz bu gün dünyanın ən inkişaf etmiş, zəngin dillərindən biridir. Azərbaycan dili ulu babalarımızdan bizə miras qalan milli sərvətimizdir. Bu sərvəti dədə-babalarımız göz bəbəyi kimi qorumuş, klassiklərimiz Azərbaycan dilinin mövqelərinin möhkəmlənməsində əllərindən gələni əsirgəməmiş, tarixi şəxsiyyətlərimiz isə dövlət dili kimi rəsmiləşməsinə, daha da inkişafına qayğı göstərmişlər.

Min illər boyu ulu babalarımızın arzusu, istəyi müstəqillik illərində həyata keçmişdir. Ş.M.Xiyabani yazırdı: “Təkcə istəmək kifayət etməz, istəyi həyata keçirmək gərək”. Bu gün müstəqil Azərbaycan dövlətinin dili olan Azərbaycan dilinə istək də var, onun tətbiqi işinin təkmilləşməsinə şərait də.

Dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Müstəqil dövlətin müqəddəs atributlarına qayğı ilə yanaşmaq hamının borcudur. Xüsusilə, Azərbaycan dilinə qayğıkeşlik göstərməkdə ziyalıların, ədəbiyyatçıların, yazıçıların, dilçilərin daşıdıqları məsuliyyət daha böyükdür. Ona görə ki, cəmiyyətin bu təbəqəsi təkcə Azərbaycan dilindən istifadə etmir, həm də onun tətbiqi işinin təkmilləşməsinə, inkişaf etməsinə, lüğət tərkibinin zənginləşməsinə qayğı göstərirlər.

Böyük ictimai xadim və yazıçı Nəriman Nərimanov yazırdı: “Bir millət sözünü tanımayınca, hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır. Bunların da meydana gəlməsi və tərəqqisi bizim üçün hürriyyətə bağlıdır”.

Müasir Azərbaycan dili mütəxəssisləri bu qənaətdədir ki, türk dillərinin, o cümlədən Azərbaycan dilinin daxili enerjisinin, potensial gücünün, ifadə imkanlarının və lüğət tərkibinin zənginliyi, qrammatik quruluşunun bütövlüyü və s. xüsusiyyətlər dilimizin assimilyasiyasının qarşısını almışdır. Tarixi həqiqət çox doğru olaraq onunla əsaslandırılır ki, digər türk dilləri kimi Azərbaycan dili də ərəb, fars, Avropa dillərinin təsirinə qarşı müqavimət göstərmiş, müasir inkişaf səviyyəsinə gəlib şatmışdır.

Hər bir dilin praktik işlənməsi üçün münbit şəraitlə yanaşı, onun yad təsirlərə qarşı müqavimətli olması da böyük rol oynayır. Belə olmadıqda dil assimilyasiya olunar, gələcək nəsillərə gəlib çatmaz, bu əvəzsiz xəzinədən ulularımızdan bizə miras qalan qiymətli sərvətdən hamı məhrum olardı.

dilimiz ərəb və fars dillərinin təsirinə və təqibinə məruz qalsa da, məğlub olmamış, xalqa məxsusluğunu qoruyub saxlamışdır. Sadəcə şairlərimiz öz dilində deyil, ərəb və fars dillərində yazıb-yaratmağa məcbur olsalar da yazdıqları ilə də ümumtürk mədəniyyətinə, bəşər sivilizasiyasına xidmət etmişlər. Dilimizin daxili potensial imkanları, gücü, enerjisi və müqaviməti yad dillərin mövqeyini üstələyə bilmiş, bununla da dilimiz elm, sənət və ədəbiyyat dili kimi daim hücumçu mövqedə olmuş, qalib gəlmək və yaşamaq haqqına sahib çıxmışdır.

Dilimizə yaşam hüququ verən amillərdən biri də bu dilin olduqca həyati olmasıdır. Dünyada yaşayan 50 milyon azərbaycanlı harada olmasından asılı olmayaraq bu dili unutmurlar. Hazırda Cənubi Azərbaycanda yaşayan 30 milyon azərbaycanlı doğma dilində məktəblərin yoxluğuna baxmayaraq, Azərbaycan dilini yaşadırlar, bu dil ilə fəxr edir, bu dil ilə sevinclərini, kədərlərini bölüşürlər.

Vaxtilə ustad Xəlil Rza Ulutürk dünyanın harasında olmasından asılı olmayaraq, xalqın öz dilində təhsil almaq hüququnu müdafiə edir, onu bu hüquqdan məhrum edənlərə nifrətini şair – vətəndaş mövqeyini ortaya qoyurdu:

Danış, xəbərdar eylə Təbrizdəki valini,

Dilimə xor baxanın qopardaram dilini.

Azərbaycanın müstəqillik qazanmasıyla bu dilə maraq daha da artıb. Dünyanın onlarla universitetində Azərbaycan dili öyrənilir. ABŞ-ın altı (Şikaqo, Los-Ancelos, Vaşinqton, Nyu-York, San-Fransisko, Harvard) universitetinin proqramında Azərbaycan dili öyrənilir. Azərbaycan dilinə Asiya, Avropa və digər qitə ölkələrində maraq artmaqdadır.

Vətənsevər, yurdsevər insanlara məmləkətin həmişə ehtiyacı olub. Bütün dilləri, bütün xalqları sevmək və həmin xalqların mədəniyyətinə hörmət etmək lazımdır. Lakin bu dil sevgisi, mədəniyyət sevgisi öz xalqının dilinə, milli ruhuna və mədəniyyətinə hörmətdən keçməlidir. Mirzə Cəlil “Anamın kitabı” əsərində rus darülfünunda təhsil almış Rüstəm bəyi, İran tərbiyəsinin tərəfdarı Mirzə Məhəmmədəlini, Osmanlı tərbiyəsinin tərəfdarı Səməd Vahidi haqlı olaraq tənqid edir. Rüstəm bəyin, Mirzə Məhəmmədəlinin, Səməd Vahidin yabancı danışığı nə anası, nə də bacısı tərəfindən qəbul olunur. Onların ən böyük günahı analarının öyrətdiyi dilə, tərbiyəyə, mədəniyyətə ögey münasibət bəsləmələridir. Böyük Mirzə Cəlil Gülbaharın dili ilə çox gözəl deyir: “Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə yenə əvvəl-axır günün başına dolanarlar; çünki bunlar hamısı qədim əzəldə gündən qopub ayrılmış parşalardır”. Mirzə Cəlil ürək ağrısı ilə bu əsəri qələmə aldığı üçündür ki, əsərin çox ciddi təsiri, dilimizin qorunması istiqamətində yazıçının mübarizəsinin səviyyəsini göstərdiyi üçün də yadda qalır, çox böyük ictimai məzmun kəsb edir.

Vaxtilə Azərbaycanın ilk Konstitusiyası qəbul olunanda, orada dövlət dili haqqında maddə təsbit edilməmişdi. 1937-ci ilin aprel ayında qəbul olunmuş Konstitusiyada da dövlət dili barəsində maddə olmayıbdır.

1956-cı il Konstitusiyasında isə “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”, maddəsi yazılmışdı. 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir. Azərbaycan dilinin inkişafı dövlət dili kimi onun inkişafına qayğı ümummilli liderimiz Heydər Əliyevin adıyla bağlıdır. Heydər Əlirza oğlu Əliyevin bu istiqamətdəki rolu, nüfuzu, cəsarəti və apardığı siyasət müstəqil Azərbaycan dövlətinə və onun dövlət dili olan Azərbaycan dilinin adının rəsmiləşməsinə gedən yolun parlaq qığılcımı, bünövrə sütunudur. Əslində müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbiti istər-istəməz 50 milyona yaxın azərbaycanlının haqqını özünə qaytarmaq, ədaləti bərpa etmək, milli təəssübkeşliyi üstün olan ziyalılarımızın ruhuna hsrmət, əməllərinə sədaqət əlamətidir.

Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov yazır ki: “Azərbaycan tarixinin yaxın keşmişində Azərbaycan dili təqib və təzyiqlərə məruz qalmış, əslində nüfuzunu, rəsmi dövlət dili kimi statusunu itirmişdi. Azərbaycan dilinə qarşı qısqanc, qərəzli və ədalətsiz münasibət 1956-cı ildə Azərbaycan Konstitusiyasında “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” maddəsi olanda da davam etmişdir. O vaxtın özündə də iclasların, qəzetlərin, rəsmi dövlət adamlarının dili Azərbaycan dili olmayıb və kargüzarlıq işləri doğma ana dilimizdə aparılmayıbdır. 1950-ci illərdəki siyasi rejim “sovet ailəsi”, “sosialist milləti”, “məzmunca sosialist, formaca milli” mahiyyət kəsb etmiş, milli təmayüllərə millətçilik damğası vurmuşdur. Bu mənada “Azərbaycan dili dövlət idarələrində”, “Yüksək dil mədəniyyəti uğrunda”, “Azərbaycan ədəbi dilinin bəzi məsələləri haqqında” və s. məqalələr 1950-ci illərdə Azərbaycan ədəbi dili və onun işləkliyi barəsində geniş təsəvvür yaradır. Ümummilli liderimiz Heydər Əliyev uzaqgörənliklə qeyd edirdi ki: “İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri ifadə etməyə qadirik. Bu, böyük nailiyyətdir. Bu, iqtisadi və başqa nailiyyətlərin hamısından üstün bir nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var və o da o qədər zəngindir ki, dünyanın hər bir hadisəsini biz öz dilimizdə ifadə edə bilirik”.

Dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına böyük qayğı göstərən böyük öndər Heydər Əliyevin 1960-cı illərin sonundan başlayaraq, sistemli, ardıcıl milli dil siyasəti aparmışdır. “Böyük öndər Heydər Əliyevin ideyaları fundamental əsaslarda, konseptual genişlikdə azərbaycançılıq məfkurəsinin bel sütunudur, hərəkətverici beyin mərkəzidir.”

Millət vəkili, professor Nizami Xudiyev yazır ki: “Azərbaycan oğuz şeirinin 1500 illik, yazılı ədəbiyyatımızın azı min illik yaddaşında Azərbaycan hökmdarlarına səmimi sənətkar sevgisiylə ithaflar, təqdir və təsdiqedici əsərlər çox yazılıb. Orxon-Yenisey kitabələrində, müxtəlif tarixi məxəzlərdə ulu Bilgə xaqanlar, Atilla və Gültiginlər tərənnüm olunub, dahi Nizami Gəncəvi fateh İskəndərlə Nüşabənin qarşılaşmasında mənəvi qələbə zirvəsini Azərbaycan hökmdarına layiq bilib, bu qələbəni vəsf edib, “poeziya peyğəmbəri” adlandırılan Məhəmməd Füzuli “Bəngi-badə” əsərində qılınc və qələm qəhrəmanı Şah İsmayıl Xətainin bütöv “Məmləkəti-Azərbaycan” istiqamətində uğurlarını alqışlayıb: “Onun dövranı behişti-bərrinə bənzər… Onun feyz camından şadlanmayanlar qoy şərab xıltı tək həmişəlik puç olsunlar!”

Nizami Cəfərovun qənaətincə: “…Hansı qiyafədə təzahür edirsə, etsin mahiyyəti etibarı ilə bir türk dövləti olan Rusiya SSRİ dövlətçilik təfəkkürü zəif rus-slavyan xadimləri tərəfindən heç zaman normal idarə edilə bilməmişdir. Türklər isə XVII əsrdən etibarən yüksək idarəçiliyə, demək olar ki, buraxılmamışlar… Ona görə də rus-slavyanlarla (az qorxulu!) qeyri-türklər arasında həmişə nə isə bir yaxınlaşma, dövlət idarəçiliyində qarşılıqlı münasibət, qeyri-rəsmi saziş özünü göstərmişdir.

Heydər Əliyev öz böyük türk ağlı ilə bunları görürdü. Və əslində çox şeyləri görürdü… Sovet türklüyü kommunizm bayrağı altında taktiki hərəkət qabiliyyətini bütünlüklə itirmişdi, rus-slavyan düşüncəsi bir kənddə qurduğu kommunizmi – kolxozu bütöv bir ölkədə qurmağa şalışırdı, azsaylı (lakin şevik) xalqlar kosmopolit mühitdə sərbəst hərəkət edir, arabir donquldanan rus ayısını sığallayırdılar ki, onları qapmasın…

…70-ci illərin sonu 80-ci illərin əvvəllərində Sov.İKP MK-nın Siyasi Bürosunda (faktiki olaraq slkə rəhbərliyində) üç türk vardı: Dinmühəmməd Kunayev (qazax), Şərəf Rəşidov (özbək) və əlli yaşlarında olan Heydər Əliyev. Zaman bu türklərdən üçüncüsünü tədricən ön msvqeyə – ruslarla təkbaşına mübarizə meydanına çıxardı…”

Tarixə dönən anlar, ötən onilliklər sübut etdi ki, ulu öndər Heydər Əliyev o mübarizə meydanında cəsarətlə döyüşdü və mənən qalib gəldi.

Azərbaycan KP MK-nın 1969-cu il 14 iyul plenumunda respublikanın rəhbəri seçilən Heydər Əliyevin gündəlik fəaliyyətində, ümummilli siyasi xəttində Azərbaycan dilinə qayğı mühüm yer tuturdu. Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinə, xalq dilinin incəliklərinə, xalqımızın minillik ədəbi, bədii və fəlsəfi təfəkkür tərzinə, eyni zamanda sərt məntiqinə məhəbbətlə böyümüş bir azərbaycanlı kimi dilimizin psixoloji gücünü, mənəvi enerjisini mənimsəmiş böyük lider idi.

1969-da Bakı Dövlət Universitetinin 50 illiyinə həsr olunmuş təntənəli iclası böyük öndər Heydər Əliyev Azərbaycan dilində açdı və bu dildə parlaq bir nitq söylədi. müstəqil Azərbaycanın Prezidenti ikən ümummilli lider Heydər Əliyev BDU-nun 75 illiyinə həsr olunmuş təntənəli yubiley iclasında 25 il əvvəli yada saldı: “Xatirimdədir, universitetin 50 illik yubileyində şıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük sensasiya kimi qəbul olundu – nə cür olur ki, respublikanın rəhbəri, Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər, minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər.”

Böyük öndər Heydər Əliyev ümumrespublika tədbirlərində azərbaycanca danışmaqdan çəkinmirdi,neçə illər ərzində küncə sıxışdırılan dilimizin sabahına işıq salır, cəsarəti, şəxsi nümunəsi ilə milyonlarla insanın ürəyindən keçənlərin ifadəçisinə çevrilir, haqq sözü deyir, dilimizin ən ali mərtəbəyə layiq olduğunu bəyan edirdi.

70-ci illərin ikinci yarısında Azərbaycan SSR-in Konstitusiyası (Əsas Qanunu) hazırlanarkən, respublika rəhbəri Heydər Əliyev özü yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Nəticədə, Konstitusiyada 73-cü maddə – “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi təsdiq olundu. 1995-ci il oktyabrın 31-də Azərbaycan Elmlər Akademiyasında keçirilən ümumrespublika müzakirəsində böyük öndər Heydər Əliyev o gərgin mübarizəni və qələbəni bir daha yada salacaqdı.

Məhz aparılan gərgin, sistemli mübarizənin nəticəsi olaraq ötən əsrin 70-ci illəri Azərbaycan dili və milli dilçilik elmimizlə bağlı itirilənlərin bərpası, səhvlərin, saxtakarlıqların düzəlişi dövrü oldu. 70-ci illərdə Bakı yenidən dünya türkologiya elminin mərkəzinə çevrildi. Böyük öndər Heydər Əliyev bunu yüksək qiymətləndirərək deyirdi: “Azərbaycanda türkologiya da şox inkişaf edibdir… Təsadüfi deyildir ki, Sovetlər İttifaqında buraxılan yeganə “Türkologiya” jurnalı Azərbaycanda nəşr edilirdi.”

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət mükafatı verilməsi Azərbaycan dilinə böyük qayğının parlaq təzahürü idi.

Heydər Əliyev sənət adamlarının, yazıçı və şairlərin böyük dostu idi. 60-cı illərdə “Gülüstan” poemasına görə Bəxtiyar Vahabzadəni siyasi təqiblərdən qoruması, Xəlil Rza Ulutürkə, Məmməd Araza, digər Azərbaycan yazıçılarına, qayğı göstərməsi, neçə-neçə ustad sənətkarlarımıza SSRİ-nin ən böyük mükafatlarını, fəxri adlarını təqdim etməsi əslində ilk növbədə Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatına göstərilən böyük qayğının parlaq təzahürü idi.

Bizim Respublikamızda – Azərbaycanda təxminən 30-cu, 40-cı, 50-ci illərdə, hətta 60-cı illərə qədər Azərbaycan dili hakim bir dil deyildi. Ona görə də Azərbaycan dilinin inkişaf etməsi, zənginləşməsi üçün dövlət tərəfindən lazımi işlər görülmürdü. Ancaq bunların hamısına baxmayaraq, bizim yazıçılarımız, şairlərimiz, ədəbiyyatşünaslarımız, dilçi alimlərimiz öz işlərini görürdülər. 1978-ci ildə qəbul olunan konstitusiya haqqında danışarkən ulu öndər o günləri belə xatırlayırdı: “Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım xatirimdədir. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda, gərək biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, sizə heş kəs mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin xüsusi şəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsiniz. Ancaq siz nə üşün bizə mane olursunuz.

…Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində çox böyük hadisə oldu.”

Ulu sndər Heydər Əliyevin dil siyasəti özünəməxsus möhkəm prinsiplər əsasında qurulmuşdur. Professor Nizami Xudiyev bunları üç yerə ayırır:

“1. Bu siyasət, hər şeydən öncə, demokratiklik prinsipinə əsaslanır. Bu demokratiklik isə, birinci nsvbədə hər bir məsələnin həllində xalqın, o cümlədən geniş ziyalı kütləsinin rəyinin nəzərə alınması zəminində yaranması ilə əlamətdardır..

2. Heydər Əliyevin dil siyasətinin əsaslandığı prinsiplərdən biri də dəqiqlik, uzaqgörənlikdir.

Bütün sahələrdə olduğu kimi, dil siyasətində də o, qlobal məqsədləri əsas götürür və hər hansı bir məsələnin həllində onun bütün cəhətlərini, keçmişini, bu gününü, gələcəyini nəzərə alaraq, həll olunmasına qərar verir. Hər bir məsələni hərtərəfli götür-qoy etmək, dərindən araşdırmaq, xeyir və zərərini dəqiq müəyyənləşdirmək Heydər Əliyevin dil siyasətinin mahiyyətini təşkil edir..

3. Heydər Əliyevin dil siyasətinin əsaslandırdığı prinsiplərdən biri də dillə bağlı bütün məsələlərə münasibətdə obyektivlikdir.

Obyektivlik dil siyasətində məsələnin qıy-qışqırıqsız, hissiyyata qapılmadan, təmkinlə və ən vacibi, qanunların aliliyinə hörmətlə həll edilməsidir…”

Məlumdur ki, XXI əsr Azərbaycan dilinin inkişafında əlamətdar hadisələrlə zəngindir. Xüsusilə dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, ana dilimizin inkişafı, tətbiqi və təsir dairələrinin genişlənməsi ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin fərmanları, sərəncamları, habelə digər hüquqi-normativ aktlar, qanunlar, dilimizin daha da inkişafı üşün əlverişli şərait yaradır. Bu şərait Azərbaycan dilinin tədrisi işinin yüksək səviyyədə qurulmasına da geniş imkan və perspektivlər açır.

1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında (21-ci maddə) Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bütün bunların həyata keçirilməsində Böyük öndərimiz Heydər Əliyevin apardığı dil siyasətinin çox mühüm önəmi, əhəmiyyəti vardır. Mədəniyyətimizə, incəsənətimizə, dilimizə qayğı hər bir vətəndaşdan milli təəssübkeşlik mövqeyini nümayiş etdirməyi tələb edir. Dil məsələlərinə gəldikdə isə onu demək lazımdır ki, dilçiliyimizin Azərbaycan dilinin dəyərini, rolunu, zənginliklərini, incəliklərini və s. məsələləri üzə çıxarması üşün olduqca əlverişli şərait yaranmışdır.

Müstəqillik illərində də böyük öndər Heydər Əliyev Azərbaycan dilinə, ədəbiyyatına, mədəniyyətinə böyük qayğı göstərirdi. Türk dünyası yazıçılarının 1996-cı il noyabrın 6-da keçirilmiş III qurultayında: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik. Burada mən Azərbaycan yazıçılarının, dilçilərinin, ədəbiyyatşünaslarının xidmətlərini xüsusi qeyd edirəm. Çünki hər bir respublikada proseslər cürbəcür gedibdir” , – deyirdi böyük öndər Heydər Əliyev.

Müstəqillik illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı sayəsində ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi.

Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır. Hazırda ölkəmizdə cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilə bilməsin.

Azərbaycan dilinin ən geniş işləndiyi sahələrdən biri təhsil sahəsidir. Azərbaycan dilinin təhsil sahəsində işlənməsi barədə “Dövlət dili haqqında” Azərbaycan Respublikamızın Qanununda (5-ci maddə) yazılır:

“5.1. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.

5.2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir.

5.3. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir”.

Dilimizin inkişafında Heydər Əliyev qayğısının parlaq təzahürü olan fərman və sərəncamlar o cümlədən, Azərbaycan dili Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin fərmanı” (09.08.2001), Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu” (30.IX.2002), “Azərbaycan Respublikasının dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin fərmanı” (02.01.2003), “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası prezidentinin Fərmanı (04.01.2003), “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Azərbaycan Respublikası prezidentinin sərəncamı (12.01.2004), “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin sərəncamı (12.01.2004) və habelə dil və təhsil quruculuğu ilə əlaqədar olan normativ sənədlər, aktlar, təlimatlar və metodik göstərişlərdən irəli gələn tələblər ali məktəblərin fəaliyyətində və təcrübi işlərində də geniş şəkildə tətbiq edilir.

“Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanında deyilir: “On ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram:

1. Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilsin.”

Bu gün Azərbaycan dilinin tarixi, bu günü, sabahı ilə bağlı dəyərli tədqiqatların aparılmasına ehtiyac daha böyükdür. Dünyada gedən qloballaşma prosesləri müstəvisində Azərbaycan dilinin nüfuzunu, layiq olduğu yeri təmin etmək üçün dilimizin bütün incəliklərini nəzərə almaqla öyrənmək, öyrətmək, təbliğ və tədqiq etmək lazımdır. Bu mənada yeni Azərbaycan dili dərsliklərinin, Azərbaycan dilində yeni dərs vəsaitlərinin, metodik göstərişlərin yazılması olduqca aktualdır. Bu gün Azərbaycan dilini yalnız azərbaycanlılar deyil, dünyanın başqa xalqları da öyrənir. Təsadüfi deyildir ki, yaponlar, fransızlar, amerikalılar və digər xalqlar Azərbaycan dilinə maraq göstərir, bu dili öyrənməyə çalışırlar. Azərbaycan dili Amerika Birləşmiş Ştatlarının universitetlərində (Çikaqo, Los-Ancelos, Vaşinqton, San-Fransisko, Harvard, Nyu-York) tədris olunur. Dövlətimizin nüfuzu artdıqca, dilimizin rolu və mövqeyi də güclənir.

“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” böyük öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanında deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir.

Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, slməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

Azərbaycan dilinin “Kitabi-Dədə Qorqud” kimi mükəmməl eposu var. Təkcə bu kifayətdir ki, dilimizin qədim tarixi ilə öyünək. Bayatılarımızın, laylalarımızın, nağıl və dastanlarımızın tarixini isə yəqin ki, eramızdan çox-çox əvvəllərdə axtarmalıyıq.

Bu gün Azərbaycan dilini tədris edən və bu işdən şərəf duyan biz müəllimlər qarşısında şox mühüm, müqəddəs vəzifələr dayanır. İnanırıq ki, Azərbaycan dilinin işlənmə arealının, təsir dairəsinin genişləndiyi, onun tədrisinə böyük önəm verildiyi bir dönəmdə dilçi alimlərimiz, elmimizin cəfakeşləri bu şərəfli missiyanın da öhdəsindən ləyaqətlə gələcək, ulu öndərin Azərbaycan dilinin inkişafı naminə qəbul etdiyi qərarlar, imzaladığı qanunlar, fərman və sərəncamlar isə bu yolda daim işıq saçacaqdır.

Bu gün çox böyük daxili inamla demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafına, işlənmə arealının genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox böyük sevgi ilə davam etdirilir.

Hazırladı: Ağcabədi rayon Heydər Əliyev Mərkəzi

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.