Azrbaycan dili haqında tdbir
Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər.
Heydər Əliyev Azərbaycan dili haqqında
Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir.
Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.
Gənclərimiz tariximizi, dilimizi, mədəniyyətimizi və dini dəyərlərimizi yaxşı bilməlidirlər.
Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır. Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür. Şəxsən mən bu dili sevirəm.
Məhəmməd Füzulinin ən böyük xidmətlərindən biri də dövrünün və ondan sonrakı dövrün mürəkkəb proseslərinə baxmayaraq türk dilini, ana dilini yaşatmasından, onu yüksəklərə qaldırmasından ibarətdir.
Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini bilməlidir.
Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.
Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik.
İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur.
Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik.
Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir.
Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə – Azərbaycan dili ilə fəxr edirik.
Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir.
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.
Öz ana dilini bilməyən adamlar şikəst adamlardır.
Biz əcdadlarımıza daim minnətdar olmalıyıq, ona görə ki torpaqlarımız, ərazimiz cürbəcür şahlıqların, sultanlıqların, xəlifələrin, dövlətlərin əlinə keçdiyi vaxtlarda da dilimiz ölməyib, yaşayıb. Onu xalq yaşadıbdır.
Biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur.
Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər.
Azrbaycan dili haqında tdbir
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür” adlı tədbir keçirilib.
Kitabxanadan bildirilib ki, qurumun direktor müavini Ədibə İsmayılova çıxış edərək milli varlığımızın əsas atributlarından biri, milli sərvətimiz, milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan ana dilimizin saflığı haqqında danışıb.
Natiq dilin qorunmasına yönələn düşünülmüş siyasətdən bəhs edərək bu əlamətdar günün ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladığı müvafiq Fərmanına əsasən qeyd edildiyini söyləyib.
Direktor müavini deyib ki, Ulu Öndərin 2002-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununda ana dilimiz dili müstəqil dövlətçiliyin əsaslarından biri olaraq qəbul edilib, onun digər dillər arasında yaşaması və təkmilləşdirilməsi sahəsində konseptual ideyalar irəli sürülüb.
Vurğulanıb ki, ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi hamımız üçün qürurverici haldır və dövlət başçımızın müxtəlif vaxtlarda imzaladığı sərəncamları, ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl strategiyasını sübut edən qanunvericilik aktları və bu istiqamətdə görülən bütün işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” imzalanmış müvafiq sərəncama əsasən, klassik və müasir Azərbaycan və dünya ədəbiyyatının əvəzsiz incilərinin latın qrafikası ilə yenidən nəşrinə başlanmış, nəfis və zərif tərtibatla nəşr olunan bu kitablar çoxmilyonlu oxucu kütləsinin istifadəsinə verilib.
Direktor müavini söyləyib ki, milli mədəniyyətimizin sarsılmaz sütunu, varlığımızın və bütövlüyümüzün təcəssümü, təsdiqi olan doğma ana dilimizə hörmət və ehtiramımız, məhəbbətimiz daimidir və onun saflığını qorumaq, gələcək nəsillərə dilimizi mükəmməl formada, ləyaqətlə ötürmək üçün dayanmadan çalışmalıyıq.
Milli Kitabxananın böyük kitabxanaçısı Şahnaz Tahirova çıxış edərək millətin dilinin onun milliliyini ən birinci təsdiq edən amil olduğunu söyləyib, Nəsimilər, Füzulilər, Xətailər, Zərdabilər, Vaqiflər, Vidadilər, Sabirlər, Müşfiqlərin dili olan Azərbaycan dilinin dünyanın ən gözəl, qədim dillərindən biri olduğunu və xalqımızın zəngin dil mədəniyyətinə sahib olduğunu bildirib.
Sonra qonaqlar “1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür” adlı kitab sərgisinə baxıblar Sərgidə Azərbaycan, rus və xarici dillərdə Azərbaycan dilinin tarixindən, dövlətimiz tərəfindən dilimizə göstərilən qayğıdan bəhs edən 300-dən çox kitab və dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Comments are closed, but trackbacks and pingbacks are open.