Press "Enter" to skip to content

2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını kontekstə uyğun dəqiq-ləşdirməklə şərh edir.

Metodiki Tövsiyə

Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.

  • Əsas Səhifə
  • Bloqdan Istifadə Qaydası
  • Əlaqə

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

27 Eylül 2015 Pazar

Azərbaycan Dili Kurikulumu

Paylaşıldı 04:17 by Leyla Bayramova
1.4. Fəaliyyət xətləri

Azərbaycan dili üzrə məzmun standartları müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət istiqamətləri ilə əlaqəlilik nəzərə alınmışdır:

 Problemin həlli
 Mühakiməyürütmə və əsaslandırma
 Tədqiqetmə
 Tətbiqetmə
1.5. Məzmun standartları
I sinif
I sinfin sonunda şagird:
 dinlədiyi sadə fikrə münasibət bildirir;

 müşahidələrə əsaslanan danışığında, dialoji nitqində sadə nitq etiketlərindən və mimikalardan istifadə edir;

 mətndəki yaxınmənalı sözləri izah edir və cümlədə işlədir;
 kiçikhəcmli mətni düzgün oxumaqla məzmununu nəql edir, əsas fikri müəyyənləşdirir;
 nəzm və nəsri fərqləndirir;

 hərfləri sözləri və kiçikhəcmli mətnləri hüsnxət qaydalarına uyğun yazır, müşahidə xarakterli mətn qurur əməli yazılar yazır;

 səs və hərfi fərqləndirir, sözləri hecalara ayırır, böyük və kiçik hərfi fərqləndirir, ad, əlamət, hərəkət bildirən sözləri, məqsəd və intonasiyaya görə cümlələri tanıyır və fərqləndirir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi sadə fikrin mahiyyətini şərh edir.
1.1.2. Dinlədiyi fikrə münasibətini bildirir.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1. Müşahidə etdiyi əşya, hadisələr haqqında və şəkillər üzrə danışır.
1.2.2. Dialoqlarda sadə nitq etiketlərindən istifadə edir.
1.2.3. Nitqini müvafiq mimika və jestlərlə müşayiət edir.
Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələri adlandırır.
2.1.2. Mətndəki müəyyən olunmuş sözləri yaxınmənalı sözlərin köməyi ilə izah edir.
2.1.3. Mətndə öyrəndiyi yaxınmənalı sözləri cümlədə işlədir.
2.1.4. Mətndən sadə bədii ifadələri seçir.
2.2. Oxu texnikası və ilkin oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
2.2.1. Kiçikhəcmli mətnləri düzgün tələffüz etməklə oxuyur.
2.2.2. Müxtəlif bədii mətnləri (nəzm, nəsr) fərqləndirir.
2.2.3. Mətnin şəkilli planını tutur.
2.2.4. Mətndəki əsas fikri müəyyənləşdirir və sadə formada ifadə edir.
2.2.5. Mətnnin məzmununu nəql edir.
3. Yazı
Şagird:
3.1. Yazı texnikasına və ilkin yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.

3.1.1. Hərflərin elementlərini və konfiqurasiyasını müəyyən olunmuş xətt boyunca düzgün yazır və bitişdirir.

3.1.2. Əl yazısı şəklində olan sözləri və kiçikhəcmli mətnləri üzündən köçürür.
3.1.3. Şəklə uyğun cümlələr qurub yazır.
3.1.4. Bir neçə cümlədən ibarət müşahidə xarakterli rabitəli mətn yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən sadə əməli yazılar (açıqca) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Səs və hərfi fərqləndirir.
4.1.2. Sözləri hecalara ayırır.
4.1.3. Böyük və kiçik hərfləri fərqləndirir.
4.1.4. Hərfləri əlifba sırası ilə sadalayır.
4.1.5. Ad, əlamət və hərəkət bildirən sözləri tanıyır və fərqləndirir.
4.1.6. Cümləni tanıyır və əsas əlamətlərini sadalayır.
4.1.7. Məqsəd və intonasiyaya görə cümlələri fərqləndirir.
II sinif
II sinfin sonunda şagird:
 dinlədiyi fikirlə bağlı münasibətini əsaslandırır;

 müşahidə etdikləri, eşitdikləri, oxuduqları haqqında danışığında, dialoji nitqində situasiyaya uyğun nitq etiketlərindən, jest və mimikalardan istifadə edir;

 mətndəki yaxınmənalı və əksmənalı sözləri fərqləndirir, frazeoloji ifadələrin mənasını izah edir;

 kiçikhəcmli mətni düzgün və sürətli oxuyur, əsas fikrə münasibət bildirir, mətni hissələrə ayırır, bədii mətni janrlara görə fərqləndirir;

 hüsnxət və orfoqrafiya qaydalarına əməl etməklə müşahidə və təəssüratlar əsasında kiçikhəcmli esse və sadə əməli yazılar yazır;

 sait və samit səsləri fərqləndirir, sözlərin sətirdən-sətrə keçirilməsi, böyük hərflə yazılması qaydalarını tətbiq edir, ad, əlamət, hərəkət bildirən sözləri qruplaşdırır, onların yazılış və tələffüzünü müəyyənləşdirmək üçün lüğətdən

istifadə edir, cümləni digər nitq vahidlərindən fərqləndirir, məqsəd və intonasiyaya görə qurduğu cümlələri müvafiq durğu işarələri ilə tamamlayır.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib- anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Sual verməklə dinlədiyi fikrin mahiyyətini aydınlaşdırır.
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini əsaslandırır.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və oxuduqları haqqında danışır.
1.2.2. Dialoqlarda vəziyyətə uyğun nitq etiketlərindən istifadə edir.
1.2.3. Nitq situasiyalarından asılı olaraq müvafiq jest və mimikalardan istifadə edir.
Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələrin adlarını müvafiq məna qrupuna aid edir.
2.1.2. Mətndə verilmiş yaxınmənalı və əksmənalı sözləri fərqləndirir.
2.1.3. Mətndə frazeoloji ifadələrin mənasını izah edir.
2. 2. Oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri tələffüz normalarına uyğun düzgün və sürətli oxuyur.
2.2.2. Kiçikhəcmli bədii mətnləri janrlara görə fərqləndirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə məzmununa aid sadə plan tutur.
2.2.4. Mətnin məzmununu tərtib etdiyi plana uyğun nəql edir.
2.2.5. Mətndəki əsas fikri həyatla əlaqələndirir.
Şagird:
3.1. Yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
3.1.1. Yazısında sadə hüsnxət və orfoqrafiya normalarına riayət edir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni üzündən köçürür.
3.1.3. Marağına uyğun seçdiyi nəzm nümunəsini əzbərdən yazır.
3.1.4. Müşahidə və təəssüratlar əsasında kiçikhəcmli esse yazır.

3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən sadə əməli yazılar (məktub, açıqca, elan) yazır.

4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sait və samit səsləri fərqləndirir.
4.1.2. Sözlərin sətirdən-sətrə keçirilməsi qaydalarını tətbiq edir.

4.1.3. Sözlərin böyük hərflə yazılışına dair qaydaları (şəxs və coğrafi adlar) məqamına uyğun tətbiq edir.

4.1.4. Mətndə rast gəldiyi yeni sözlərin yazılış və tələffüzünü müəyyənləşdirmək üçün lüğətdən istifadə edir.

4.1.5. Ad, əlamət, hərəkət bildirən sözləri qruplaşdırır.
4.1.6. Cümləni digər nitq vahidlərindən fərqləndirir.

4.1.7. Tələb olunan məqsəd və intonasiyaya görə cümlə qurur və müvafiq durğu işarələri ilə tamamlayır.

III sinif
III sinfin sonunda şagird:
 dinlədiyi fikirləri müqayisəli təhlil etməklə mövqeyini şərh edir;

 müşahidə etdiklərinə, eşitdiklərinə, oxuduqlarına münasibət bildirməklə nəql edir, dialoqlarda iştirak edir, situasiyaya uyğun jest və mimikalardan istifadə edir;

 sözlərin həqiqi və məcazi mənasını, çoxmənalı sözləri fərqləndirir;

 müvafiq mətni düzgün sürətli və intonasiya ilə oxuyur, bədii və elmi-kütləvi mətnləri fərqləndirir, mətnin məzmununu tərtib etdiyi plana uyğun nəql edir, əsas fikri həyatla əlaqələndirir;

 hüsnxət və orfoqrafiya qaydalarına əməl etməklə təsvir və nəqli xarakterli inşa və sadə əməli yazılar yazır;

 sait və samit səsləri xüsusiyyətinə görə fərqləndirir, sözlərin böyük hərflə yazılmasına dair qaydaları tətbiq edir,

 yeni sözlərin mənasını müəyyənləşdirmək üçün lüğət və sorğu kitablarından istifadə edir;
 qrammatik mənalarına görə sözləri qruplaşdırır;

 cümlədə sözlərin düzgün ardıcıllığını müəyyənləşdirir, baş və ikinci dərəcəli üzvlərin rolunu sadə şəkildə izah edir;

 məqsəd və intonasiyanı dəyişməklə cümləni müxtəlif məqamlarda işlədir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi fikirləri müqyaisəli təhlil edir.
1.1.2. Dinlədiyi fikirləri təhlil etməklə mövqeyini şərh edir.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1. Müşahidə etdiklərini, eşitdiklərini və oxuduqlarını müqayisə etməklə nəql edir.
1.2.2. Eşitdiyi, oxuduğu bədii nümunələri dialoq şəklində təqdim edir.

1.2.3. Ədəbi-bədii nümunələri ifa edərkən müvafiq situasiyaya uyğun jest və mimikalardan istifadə edir.

Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələrin xarakterik əlamətlərini adlandırır.
2.1.2.Mətndəki çoxmənalı sözləri fərqləndirir.
2.1.3. Sözlərin həqiqi və məcazi mənasını fərqləndirir
2.2. Oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (cümlə növlərinə görə) oxuyur.
2.2.2. Bədii və elmi-kütləvi mətnləri fərqləndirir.
2.2.3. Mətnin geniş planını tutur.
2.2.4. Mətndəki əsas fikrə münasibətini bildirir.
2.2.5. Mətnin əsas hissələrini seçib nəql edir.
3. Yazı
Şagird:
3.1. Yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
3.1.1. Hüsnxət və orfoqrafiya qaydalarına riayət etməklə səliqəli və sürətlə yazır.
3.1.2. Sadə redaktə işləri aparmaqla mətni köçürür.
3.1.3. Verilmiş mətnin planını tutur və məzmununu yazır.
3.1.4. Təsvir və nəqli xarakterli inşalar yazır.

3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən əməli yazılar (məktub, elan, anket, dəvətnamə) yazır.

4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sait və samit səsləri xüsusiyyətlərinə görə fərqləndirir.

4.1.2.Sözlərin böyük hərflə yazılışına dair qaydaları (bayramlar və tarixi günlər) məqamına uyğun tətbiq edir.

4.1.3.Rast gəldiyi yeni sözlərin mənasını, yazılış və tələffüzünü müəyyənləşdirmək üçün lüğət və sorğu kitablarından istifadə edir.

4.1.4. Qrammatik mənalarına görə (isim, sifət, fel, say) sözləri qruplaşdırır.
4.1.5. Cümlənin formalaşmasında baş və ikinci dərəcəli üzvlərin rolunu sadə şəkildə izah edir.
4.1.6. Cümlədə sözlərin düzgün ardıcıllığını müəyyən edir.
4.1.7. Məqsəd və intonasiyanı dəyişməklə verilmiş cümləni müxtəlif məqamlarda işlədir.
IV sinif
IV sinfin sonunda şagird:
 dinlədiyi fikirlər barədə yekun rəy bildirir və onu əlavələrlə inkişaf etdirir;

 müşahidə etdikləri, eşitdikləri, oxuduqları fakt və hadisələr haqqında məzmuna uyğun jest və mimikalardan istifadə etməklə təqdimatlar edir, dialoji mətnlər qurur;

 mətndəki terminləri, obrazlı ifadələri fərqləndirir;

 müvafiq mətni düzgün sürətli və intonasiya ilə oxuyur, bədii və elmi-kütləvi mətnlər haqqında kiçik təqdimatlar edir, verilmiş mətnə dair yaradıcı plan tərtib edir, məzmununu yaradıcı şəkildə davam etdirir, mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir;

 orfoqrafiya qaydalarına riayət edir, sadə əməli və kiçikhəcmli mühakimə xarakterli yazılar yazır;

 sadə fonetik təhlil aparır, sözlərin böyük hərflə yazılışına dair qaydaları tətbiq edir, sözlərin mənasını müəyyənləşdirmək üçün lüğətdən, ensiklopediyadan istifadə edir, sözləri qrammatik mənalarına görə qruplaşdırır;

 cümlənin düzgün qurulmasında baş və ikinci dərəcəli üzvlərin yerini müəyyən edir, məqsəd və intonasiyaya görə cümlənin növlərinə aid təqdimatlar edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi eyni məsələlər barədə müxtəlif fikirləri ümumiləşdirməklə yekun rəy bildirir.
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf etdirir.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1.Müşahidə etdiyi, oxuduğu, eşitdiyi fakt və hadisələr haqqında kiçik təqdimatlar edir.
1.2.2. Dialoji mətnlər qurur və təqdimatlar edir.

1.2.4. Nitqini canlı və obrazlı etmək məqsədi ilə məzmuna müvafiq jest və mimikalardan istifadə edir.

Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndəki hadisələri həyat hadisələri ilə müqayisə edir.
2.1.2. Mətndəki terminləri fərqləndirir.
2.1.3. Mətndəki obrazlı ifadələri fərqləndirir.
2.2. Oxu vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (obrazların xarakterinə uyğun) oxuyur.
2.2.2. Bədii və elmi-kütləvi mətnlər haqqında kiçik təqdimatlar edir.

2.2.3. Verilmiş mətni genişləndirmək, dəyişdirmək və ya davam etdirmək məqsədi ilə yaradıcı plan tutur.

2.2.4. Mətnin məzmununu genişləndirir, dəyişdirir, yaradıcı şəkildə davam etdirir.
2.2.5. Mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir.
3. Yazı
Şagird:
3.1. Yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.

3.1.1. Yazısında orfoqrafiya normalarına riayət edir və əsas durğu işarələrindən yerində istifadə edir.

3.1.2. İxtisar və əlavələr etməklə mətni üzündən köçürür.
3.1.3. Verilmiş mətni genişləndirərək məzmununu yazır.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy, esse, inşa yazır.

3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən əməli yazılar (məktub, elan, ərizə, dəvətnamə) yazır.

4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sadə fonetik təhlil aparır.

4.1.2. Sözlərin böyük hərflə yazılışına dair qaydaları (bəzi mürəkkəb adlar) məqamına uyğun tətbiq edir.

4.1.3. Mətndəki yeni sözlərin və adların mənasını, yazılışını müəyyənləşdirmək üçün lüğətdən, ensiklopediyadan istifadə edir.

4.1.4. Sözləri qrammatik mənalarına görə (bağlayıcı, qoşma) fərqləndirir.
4.1.5.Cümlənin düzgün qurulmasında baş və ikinci dərəcəli üzvlərin yerini müəyyən edir.
4.1.6. Cümlə və onun növləri ilə əlaqədar kiçik təqdimatlar edir.
4.1.7. Cümlənin məqsəd və intonasiyasına görə növünü müəyyənləşdirir.
V sinif
V sinfin sonunda şagird:
 dinlədiyi məlumatlarda əsas fakt və hadisələri müəyyənləşdirir;
 dediyi fikri fakt və nümunələrlə əsaslandırır;
 lüğətdən istifadə etməklə tanış olmayan sözlərin mənasını müəyyənləşdirir;
 mətni tələffüz qaydalarına uyğun oxuyur;
 mətndəki əsas fikri müəyyənləşdirir;
 mövzu ilə bağlı topladığı materialları ümumiləşdirir;
 mətnin tərkib hissələrini fərqləndirir;
 müxtəlif əməli yazılar (elan, məktub) yazır;

 cümlənin məqsəd və intonasiyaya görə növləri, sözün səs tərkibi, semantikası, tərkibi, yaranma üsulları və qrammatik mənasına (ad, əlamət, hərəkət bildirməsi) aid xüsusiyyətləri mənimsədiyini nümayiş etdirir;

 sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir, cümlənin sonunda və dialoqlarda durğu işarələrini tətbiq edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Danışanın fikrini verdiyi suallar əsasında aydınlaşdırır.
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçir.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Deyəcəyi fikrə müvafiq ifadə forması seçir.
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.
1.2.3. Danışarkən mimika və jestlərdən yerli-yerində istifadə edir.
1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir.
Şagird:
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Lüğətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.
2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.
3. Yazı
Şagird:
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Müxtəlif yazı formalarını (ifadə, inşa, hekayə) fərqləndirir.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayır.
3.1.3. Mətnin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir.
3.1.4. Müxtəlif əməli yazılar (elan, məktub) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Cümləni məqsəd və intonasiyaya görə növlərinə ayırır.

4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.

4.1.3. Cümlənin sonunda və dialoqlarda durğu işarələrindən məqsədyönlü istifadə edir.
4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.
VI sinif
VI sinfin sonunda şagird:
 dinlədiyi məlumatları ümumiləşdirir;
 problemlə bağlı mülahizələrini bildirir;
 mətndəki tanış olmayan sözlərin mənasını şərh edir;
 fikir və mülahizələrə münasibət bildirir;
 müxtəlif yazı tiplərini (nəqli, təsviri, mühakimə) fərqləndirir;
 müxtəlif əməli yazılar (ərizə, tərcümeyi-hal) yazır;
 sözün qrammatik mənasını, cümlənin qrammatik əsasını müəyyənləşdirir;

 müvafiq durğu işarələrindən düzgün istifadə edir və əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Danışanın məlumatlarına əsasən onun məqsədini (məqsədlərini) şərh edir.
1.1.2. Dinlədiyi məlumatı yığcam şəkildə ümumiləşdirir.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin təqdimetmə formasını müəyyənləşdirir.

1.2.2. Dinləyən şəxsin əsas fikri və anlayışları başa düşməsinə kömək etmək üçün mühüm məqamları vurğulayır.

1.2.3. Nitqində intonasiya və ritmdən düzgün istifadə edir.
1.2.4. Problemlə bağlı mülahizələrini söyləyir.
Şagird:
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Lüğətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.
2.1.2. Sözləri həqiqi və məcazi mənada işlənməsinə görə fərqləndirir.
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədi ilə mühüm məqamları vurğulayır.
2.2.2. Mətni tərkib hissələrinə ayırır.
2.2.3. Mətndəki fikir və mülahizələrə münasibət bildirir.
3. Yazı
Şagird:
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.
3.1.2. Mətni mövzuya uyğun fakt və hadisələrlə zənginləşdirir.
3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir.
3.1.4. Müxtəlif əməli yazılar (ərizə, tərcümeyi – hal) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Cümlənin qrammatik əsasını müəyyənləşdirir.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.
4.1.3. O, bu əvəzliklərindən sonra vergüldən düzgün istifadə edir.
4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.
VII sinif
VII sinfin sonunda şagird:
 dinlədiyi fikirlərə münasibət bildirir;
 mətndəki tanış olmayan sözlərin kontekstə uyğun mənasını dəqiqləşdirir;
 səs tonu, temp və fasiləni gözləməklə mətni oxuyur;
 fikir və mülahizələrini əsaslandırır;
 plan əsasında mətnlər yazır;
 müxtəlif əməli yazılar (teleqram, izahat) yazır;
 ümumi qrammatik mənasına görə sözləri, quruluşuna görə cümlələri fərqləndirir;
 nitq hissələrinin yazılışı və durğu işarələrindən istifadə qaydalarına əməl edir.
Məzmun xətləri rə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi məlumatda ton, əhvali-ruhiyyə və emosiyanı müəyyən edir.
1.1.2. Dinlədiyi fikrin inandırıcı və əsaslandırılmış olub-olmamasını müəyyənləşdirir.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Fikrini müxtəlif formalarda ifadə edir.
1.2.2. Fikrini məntiqi ardıcıllıqla ifadə edir.
1.2.3. Nitqində müxtəlif səs çalarlarından istifadə edir.
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif fikirlərə münasibət bildirir.
Şagird:
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Tanış olmadığı sözlərin kontekstə uyğun mənasını dəqiqləşdirir.
2.1.2. Mətndəki sözlərin həqiqi və ya məcazi mənada işləndiyini izah edir.
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Səs tonu, temp və fasiləni gözləməklə mətni oxuyur.
2.2.2. Mətnin tərkib hissələri arasındakı əlaqəni müəyyənləşdirir.
2.2.3. Mətndəki fikrə münasibətini əlavə fakt və məlumatlarla əsaslandırır.
3. Yazı
Şagird:
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Verilmiş mövzunu müxtəlif yazı formalarında (ifadə, inşa, hekayə) ifadə edir.
3.1.2. Topladığı fakt və hadisələrə münasibət bildirməklə mətni zənginləşdirir.
3.1.3. Qurduğu plan əsasında mətnin hissələrini məntiqi cəhətdən əlaqələndirir.
3.1.4. Müxtəlif əməli yazılar (teleqram, izahat) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Cümlələri quruluşuna görə fərqləndirir.
4.1.2. Sözləri ümumi qrammatik mənalarına görə fərqləndirir.
4.1.3. Köməkçi nitq hissələrinin işlənmə məqamından asılı olaraq durğu işarələ-rindən istifadə edir.
4.1.4. Nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.
VIII sinif
VIII sinfin sonunda şagird:
 dinlədiyi fikrin məntiqiliyini əsaslandırır;
 müxtəlif mövqeli fikirləri ümumiləşdirir;
 mətndəki tanış olmayan söz və ifadələrin mənasını şərh edir;
 hissələri arasında əlaqələri gözləməklə mətni oxuyur;
 mətndəki fakt və hadisələri real həyatla müqayisə edir və əlaqələndirir;
 müxtəlif tipli (nəqli, təsviri, mühakimə) yazılar yazır;
 müxtəlif əməli yazılar (arayış, protokol) yazır;
 sözün sintaktik vəzifəsini və sadə cümlənin növünü müəyyənləşdirir;
 cümlədə durğu işarəsi və orfoqrafiya qaydalarına əməl edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.

1.1.1. Suallar verməklə dinlədiyi fakt və hadisələr barədə özünün fikir və mülahi-zələrini dəqiqləşdirir.

1.1.2. Dinlədiyi fikrin məntiqiliyini əsaslandırır.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Auditoriyanın səviyyəsinə uyğun ifadə forması seçir.
1.2.2. Əlavə materiallardan istifadə etməklə nitqini zənginləşdirir.
1.2.3. Nitq etiketlərindən məqamında istifadə edir.
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif mövqeli fikirləri ümumiləşdirir.
Şagird:
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq qarşılığını tapmaqla şərh edir.
2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını nümunələrlə şərh edir.
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Söz sırasını, cümlələr və abzaslar arasında əlaqəni gözləməklə mətni oxuyur.
2.2.2. Mətnin hissələri arasında əlaqəni şərh edir.
2.2.3. Mətndəki fakt və hadisələri real həyatla müqayisə edir və əlaqələndirir.
3. Yazı
Şagird:
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır.
3.1.2. Sitatlardan istifadə etməklə fikir və mülahizələrini qüvvətləndirir.
3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözləməklə yazıya düzəlişlər edir.
3.1.4. Müxtəlif əməli yazılar (arayış, protokol) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sadə cümlənin növlərini fərqləndirir.
4.1.2. Söz və söz birləşmələrinin sintaktik vəzifəsini müəyyən edir.
4.1.3. Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu işarələrindən isti-fadə edir.
4.1.4. Həmcins üzvlərdə şəkilçilərin yazılış qaydalarına əməl edir.
IX sinif
IX sinfin sonunda şagird:
 dinlədiyi fikirlərə münasibət bildirir və onları ümumiləşdirilmiş şəkildə təqdim edir;
 tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir;
 mətni müvafiq intonasiya ilə oxuyur;
 irəli sürülmüş əsas fikirləri dəyərləndirir;

 müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, esse, hekayə) yazılar yazır, təkmilləşdirir;

 müxtəlif əməli yazılar (hesabat, akt) yazır;
 sözləri müxtəlif sintaktik vəzifələrdə işlədir, mürəkkəb cümlənin növlərini müəyyənləşdirir;
 mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən istifadə edir;
 orfoqrafiya və düzgün yazı qaydalarına əməl edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Danışanın mövzuya münasibətini müəyyən etmək üçün tədqiqat xarakterli suallar verir.
1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif formalı mətnlər qurur.
1.2.2. Müxtəlif tipli rabitəli nitq nümunələri qurur.

1.2.3.Nitq prosesində danışığı (səs seçimi, səsin ucalığı, hiss, ton) ilə ifadə tərzini (pauza, jest, mimika) uzlaşdırır.

1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir.
Şagird:
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir.

2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını kontekstə uyğun dəqiq-ləşdirməklə şərh edir.

2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Mətni düzgün intonasiya ilə oxuyur.
2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişləndirir.
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.
3. Yazı
Şagird:
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini

3.1.1. Verilmiş mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, esse, hekayə) mətnlər yazır.

3.1.2. Formalaşmış fikir və mülahizələrini həyat hadisələri ilə əlaqələndirərək əsas-landırır.

3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözləməklə özünün və başqasının yazısını təkmilləşdirir.

3.1.4. Müxtəlif əməli yazılar (hesabat, akt) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir.
4.1.2. Sözlərin və söz birləşmələrini müxtəlif sintaktik vəzifələrdə işlədir.
4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən istifadə edir.

4.1.4. Dialoqlarda və vasitəsiz nitqdə sözlərin böyük və kiçik hərflərlə yazılış qaydalarına əməl edir.

X sinif
X sinfin sonunda şagird:
 dinlədiyi və KİV-dən aldığı məlumatları təqdim edilmə formalarına görə fərqləndirir;
 müxtəlif mülahizələri dəyərləndirməklə təqdimatlar hazırlayır;
 mətndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirir;
 mətni ədəbi dil normalarına uyğun oxuyur;
 mətni tezislər və xülasə şəklində ifadə edir;
 müxtəlif mülahizələrin müqayisəsinə əsaslanan mətnlər yazır;
 müxtəlif əməli yazılar (rəy, məruzə) yazır;
 sözlərdən və cümlələrdən ədəbi dil normalarına uyğun istifadə edir;
 mətnin tərtibat formasını nəzərə almaqla durğu işarəsi və orfoqrafiya qaydalarına əməl edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri dəyərləndirir.
1.1.1. Dinlədiyi və KİV-dən aldığı məlumatlarda yol verilmiş məntiqi nöqsanları müəyyən edir.
1.1.2. Dinlədiyi və KİV-dən aldığı məlumatları təqdim edilmə formalarına görə fərqləndirir.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. İfadə edəcəyi fikrə uyğun üslub seçir.

1.2.2. Müfəssəl faktlardan, əyani vəsaitlərdən, müvafiq KİV-dən istifadə etməklə fikrini əsaslandırır.

1.2.3. Fakt və sitatlardan istifadə etməklə nitqini zənginləşdirir.
1.2.4. Müzakirələrdə söylənilmiş mülahizələri dəyərləndirməklə təqdimatlar hazır-layır.
Şagird:
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Mətndəki söz və ifadələri üslubi xüsusiyyətinə görə fərqləndirir.
2.1.2. Söz və ifadələrə əsasən oxuduğu mətnin üslubunu müəyyənləşdirir.
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Mətni ədəbi dilin normalarına uyğun oxuyur.
2.2.2. Mətnin hissələrini tezislər şəklində ifadə edir.
2.2.3. Mətnin məzmununu xülasə şəklində ifadə edir.
3. Yazı
Şagird:
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Mövzuya uyğun üslub seçir.
3.1.2. Mövzu ilə bağlı müxtəlif mülahizələri müqayisə etməklə mətni formalaşdı-rır.
3.1.3. Mətnin üslubu üzərində işləməklə yazıya düzəlişlər edir.
3.1.4. Müxtəlif əməli yazılar (rəy, məruzə) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Ədəbi dilin normalarına uyğun müxtəlif cümlə konstruksiyaları qurur.
4.1.2. Sözün qrammatik-məna xüsusiyyətlərini gözləməklə ədəbi dil normalarına riayət edir.
4.1.3. Müxtəlif cümlə konstruksiyalarında durğu işarələrindən istifadə edir.
4.1.4. Mətnin tərtibatı zamanı müxtəlif yazılış formalarından istifadə edir.
XI sinif
XI sinfin sonunda şagird:
 dinlədiyi və KİV-dən aldığı məlumatlara münasibət bildirir;
 fikrini müxtəlif üslublarda ifadə edir və əsaslandırılmış təqdimatlar hazırlayır;
 söz və ifadələrin üslubi xüsusiyyətlərini izah edir, müxtəlif üslublu mətnləri düzgün oxuyur;
 mətnin məzmununa əlavələr etməklə genişləndirir;
 fərqli yanaşmalara və şəxsi düşüncələrə əsaslanan müxtəlif üslublu mətnlər yazır, təkmilləşdirir;
 müxtəlif əməli yazılar (referat, təqdimat) yazır;
 sözlərdən və müxtəlif cümlə konstruksiyalarından üslubi imkanlarına görə istifadə edir;
 yazıda durğu işarəsi və orfoqrafiya qaydalarına əməl edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri dəyərləndirir.
1.1.1. Dinlədiyi və KİV-dən aldığı məlumatları təhlil edir.
1.1.2. Dinlədiyi və KİV-dən aldığı məlumatlara münasibət bildirir.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Fikrini müxtəlif üslublarda ifadə edir.
1.2.2. Əsaslandırılmış fikir və mülahizələr söyləyir.
1.2.3. Yardımçı vasitələrdən istifadə etməklə müxtəlif nitq nümunələri qurur.
1.2.4. Problemlə bağlı fakt və dəlillərlə əsaslandırılmış təqdimatlar edir.
Şagird:
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Öyrəndiyi söz və ifadələrin üslubi xüsusiyyətlərini izah edir.

2.1.2. Söz və ifadələrə əsasən oxuduğu mətnləri üslubi xüsusiyyətlərinə görə müqayisə edir, qiymətləndirir.

2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Üslubiüsusiyyətlərini nəzərə almaqla mətni oxuyur.
2.2.2. Mətnin məzmununu saxlamaqla strukturunu dəyişir.
2.2.3. Mətni məzmunununa əlavələr etməklə genişləndirir.
3. Yazı
Şagird:
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Üslubi xüsusiyyətləri gözləməklə müxtəlif mətnlər yazır.
3.1.2. Müxtəlif yanaşmalara və şəxsi düşüncələrə istinadən əsaslandırılmış mətnlər qurur.
3.1.3. Mətni üslubi və struktur cəhətdən təkmilləşdirir.
3.1.4. Müxtəlif əməli yazılar (referat, təqdimat) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Müxtəlif cümlə konstruksiyalarından məqsədyönlü istifadə edir.

4.1.2. Qrammatik-semantik xüsusiyyətlərini gözləməklə sözlərdən üslubi imkanlarına görə istifadə edir.

Comments are closed, but trackbacks and pingbacks are open.