İbtidai sinif müəllimləri üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə seminar təşkil olunub
50 yaşdan çox
Azərbaycan dili üzrə repetitorlar
Universitetə, məktəbə qəbul yaxud sadəcə ana dili biliklərinizi artırmaq üçün hazırlıq müəllimi axtarırsınız? Repetitor.az-da Bakı və regionlardan olan yüzlərlə Azərbaycan dili müəllimi elanı var. Müəllimlər haqda detallı məlumat öyrənmək üçün “Ətraflı” düyməsini sıxın və onun anketi ilə yaxından tanış olun.
Azərbaycan dili üzrə repetitorlar
455 repetitor
Dərsin qiyməti
Tədris dili
Tədris formatı
Müəllimin ünvanında
Şagirdin ünvanında
Məsafədən (Onlayn)
Tədris növü
İndividual
Qrup şəklində
Şagird kateqoriyası
Məktəbəqədər
Məktəblilər
Müəllimin cinsi
Müəllimin yaşı
30 yaşa qədər
50 yaşdan çox
Azərbaycan dili
Təcrübə: 34 il
Azərbaycan dili
Təcrübə: 34 il
Tədris dili:
Azərbaycan dili
Tədris formatı:
Müəllimin ünvanında
Tədris növü:
İndividual, Qrup şəklində
Sumqayıt şəhəri, 3cü mk.da yaşayıram. Sumqayıt şəhəri 3 nomrəli orta məktəbdə uzun illərdir Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edirəm. Hər il neçə-neçə abituriyentlər hazırlayıram. Burada elan yerləşdirməyimin səbəbi isə bu il dərs keçdiyim məktəbdə yuxarı sinfimin olmamağıdır. Yeni qruplar açmışam, boş yerlər var. Maraqlanan valideynlər
Dərsin qiyməti
15 AZN-dən
İbtidai sinif müəllimləri üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə seminar təşkil olunub
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi “Refleksiv müəllim” layihəsi üzrə seminarları davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Bakıdakı Albert Aqarunov adına 154 nömrəli tam orta məktəbdə təşkil edilən növbəti seminarda məktəbin ibtidai sinif müəllimi Təranə Novruzova 2-ci sinif Azərbaycan dili dərsliyində olan “Sözlərin sətirdən sətrə keçirilməsi” mövzusu üzrə dərs icmalı təqdim edib.
Əvvəlcə iştirakçılara seminarın formatı izah edilib və seminardan əldə olunacaq nəticələrə aydınlıq gətirilib. Sonra formata uyğun olaraq təqdimatçı dərsi təqdim edib, standartların reallaşdırılması prosesindən, iş formaları, qiymətləndirmə meyarları və tapşırıqlardan bəhs edib. Seminar iştirakçıları isə dərsin uğurlu tərəflərini sadalayıb, təkliflərini bildiriblər.
Seminar zamanı dərsin məqsədilə standart arasında əlaqə, ev tapşırıqlarının düzgün izahı, tapşırıqların əvvəlki dərslərlə əlaqələndirilməsi, formativ qiymətləndirmə zamanı müvafiq üsul və vasitələrdən istifadə və dərsin varislik prinsipinə əsaslanması məsələləri ətrafında müzakirələr aparılıb.
Aytəkin Məmmədov adına 38 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda isə məktəbin ibtidai sinif müəllimi Elyanə Abbasova 3-cü sinif riyaziyyat dərsliyində olan “Üçrəqəmli ədədlərin toplanması və çıxılması (yeni onluğun və yüzlüyün yaranması)” mövzusu üzrə dərs icmalı təqdim edib.
Seminarda təqdim olunan icmal əsasında fənlərarası inteqrasiya, diferensial yanaşma, konstruktiv rəyin verilməsi, qrup tapşırıqları hazırlayarkən onların tərtibi qaydaları, məzmun standartı ilə məqsəd arasında əlaqə, iş üsullarının seçilməsi, qiymətləndirmə meyarları, refleksiya suallarının tərtibi kimi məsələlər ətrafında müzakirələr aparılıb, iştirakçılar rəy və təkliflərini bildiriblər.
Hər iki seminar zamanı ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.
Qeyd edək ki, metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” layihəsi üzrə mütəmadi olaraq ayrı-ayrı fənlərlə bağlı seminarlar keçirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.