Attestasiyaya hazırlıq testləri
6. Sözlərin birinin quruluşu fərqlidir.
A) şamdan B) əliboş C) alnıaçıq
D) itburnu E) çör-çöp
Azrbaycan dili ibtidai sinif testler
Əcnəbilər üçün Azərbaycan dili kursları
Azərbaycana səfər etmiş hər bir şəxs bu kurslara qatıla biləcək. Kursun əsas məqsədi Azərbaycan əhalisi ilə birbaşa biznes, mədəni və sosial əlaqə yaratmaq istəyən hər bir əcnəbiyə yardım etməkdir.
Kursumuza yazılan hər bir şəxsə indivudal yanaşılacaq.Qarşılıqlı hörmət və anlaşma ilə Azərbaycan dilinin incəlikləri öyrədiləcək.
Dərslər (Qramatika+Danışıq) müəllimlə fərdi və ya qrup şəklində 3 saat (3 dəfəyə 1 saatdan və ya 2 dəfə 1, 5 saatdan tələbənin seçiminə görə dəyişə bilər) keçirilir.
► Dərslər xüsusi proqramla keçirilir.
► Kursumuzda dərslər və dərs proqramı, əsasən danışığı, və qrammatika üzrə istiqamətlənib.
► Dərs müddətində Siz yeni sözlər öyrənəcək və söz ehtiyatınızı inkişaf etdirəcəksiniz.
► Danışarkən nitqinizdə yol verdiyiniz qrammatik, leksik və s. səhvlər müəllim tərəfindən düzəldiləcəkdir.
► Azərbaycan dilini öyrənmək istəyən hər kəs bu kurslara qatıla bilər!
Biz nəticəyə 100% zəmanət veririk!
Ünvan: R. Behbudov küç. 12. Sahil metrosu, Pedaqoji universitetin yanı, Sahil bağı ilə üzbəüz.
Sahil metrosu. Ə.Xaqani küç. 36
Attestasiyaya hazırlıq testləri
Çoxsaylı müraciətləri nəzərə alaraq ibtidai sinif üçün test hazırladıq. Lakin bu hələ son deyil. İbtidai sinif üçün yaxın zamanlarda daha bir test artırılacaqdır. Buyurun. Bu yalnız ibtidai sinifin Azərbaycan dili fənni üzrə variantıdır
1. Mənsubiyyət şəkilçili sözü göstərin.
A) boyunun B) ovucun C) ağılın
D) burnu E) burunun
2. Cəm şəkilçisi qəbul etməyən ismi göstərin.
A) müəllimlik B) gözlük C) ordu
D) xalq E) meşə
3. Sifət işlənmiş cümləni tapın.
A) Yanğın qonşu binaya da keçmişdi.
B) Hüseyn Cavid Sibirə sürgün olunmuşdur.
C) Coşqun bir dəniz kimi çağlayırdı ürəyim.
D) Qar uçqunu avtomobillərin gediş-gəlişinə maneə yaratmışdı.
E) Bu çayda çoxdandır ki, belə daşqın olmamışdı.
4. Vurğusu son hecaya düşən sözü göstərin?
A) bayaq B) dünən C) sabahkı
D) yəni E) həmişə
5. Hansı ismin qəbul etdiyi mənsubiyyət şəkilçisində yanlışlıq vardır?
A) onun ütüsü B) çayın mənbəyi
C) onların mənafeyi D) sizin taleniz
E) sözün mənbəyi
6. Sözlərin birinin quruluşu fərqlidir.
A) şamdan B) əliboş C) alnıaçıq
D) itburnu E) çör-çöp
7. “Elə” sözünün əvəzlik kimi işləndiyi cümləni göstərin.
A) Elə mən də onu deyirəm ki,bu işdən ötrü bir az əziyyət çəkəcəksiniz
B) Elə təzəcə oturmuşdu ki, qapı döyüldü.
C) Elə tələbə adama başucalığı gətirər.
D) Get, bu gününə şükür elə.
E) Elə mən də sənin kimi düşünürəm.
8. Çıxışlıq halda fərqli tələffüz olunan şəxs əvəzliklərini seçin:
A) biz, siz, sən B) sən, o, onlar
C) mən, sən, o D) hamı, biz, hərə
E) o, onlar, biz
9. Biri alınma sözdür.
A) payız B) altı C) qış D) yaz E) baş
10. “Silahdaş” isminin morfoloji təhlilindəki səhvi göstərin:
A) Ümumi isimdir
B) Təkdədir
C) Adlıq haldadır
D) Quruluşca mürəkkəbdir
E) Kim? sualına cavab verir
11. Həm qrammatik, həm də leksik şəkilçisi olan sözü göstərin.
A) toplantı B) sarsıntı C) dağıntı
D) qaldırdı E) incitmişdi
12. sxeminə uyğun gələn sözü göstərin.
A) müəllimlərdən B) tanışlıqdan
C) həmişəlik D) birdəfəlik
E) həvəskarlıq
13. Mürəkkəb sözlərdən birinin tərkibində mənsubiyyət şəkilçisi var:
A) qohum-qonşu B) soyuqqanlı
C) ev-eşik D) gözübağlı
E) qaragöz
14. Düzəltmə saylardan ibarət cərgəni göstərin.
A) on birinci,çoxlu,yüzlərcə
B) beşinci,onlarla,çoxlu
C) xeyli,bir çox,üçdə beş
D) bir qədər,ikinci,az
E) milyon,neçənci,minlərcə
15. “Əsgərlər mahnı oxuya-oxuya irəliyə addımlayırdılar”-cümləsindəki təsriflənən feillə bağlı düzgün fikri göstərin.
A)Qayıdış növdədir
B)Şühudi keçmiş zamandadır
C)-ır indiki zaman şəkilçisi,-dı idi hissıciyinin qısaldılmış formasıdır
D)Quruluşca sadədir
E)Təsirlidir
16. Eyniköklü sözləri göstərin.
A) bağda, bağlar B) güldan, gülüş
C) otlaq, otlu D) sağıcı, sağlam
E) toxucu, toxluq
17. Dialekt söz hansı bənddir?
A) ayıtmaq B) qarqundey C) morfologiya
D) çağdaş E) dəli
18. Cərgələrdən birində terminlər verilmişdir:
A) kitab, ahəng B) biologiya, dəftər
C) leksika, isim D) qələm, gül
E) gözəl, çiçək
19. Verilən cümlələrdən birində iki müxtəlif köməkçi nitq hissəsi işlənmişdir.
A)Sonanın xalçası,doğrudan da,tamaşa idi.
B)Heyrətlə və ləzzətlə baxan adamlar birbirinə nə isə deyib xalçaya işarə edirdilər.
C)Rəqqasə Təhminə və kor kamançaçı şahzadəni əyləndirmək üçün saraya dəvət edilirlər.
D)Biz bir dəstə cavan qərara almışdıq ki,şahın zülmündən vətənimizi xilas edək.
E)Dərin bir ümidsizlik içində gözlərini yumur.
20. Cingiltili və kar samitlərin qarşılqlarına aid verilmiş nümunələrdən biri səhvdir:
A) y – x B) z – s C) v – f
D) q – k` E) g- k
- Bağlantıyı al
- E-posta
- Diğer Uygulamalar
Comments are closed, but trackbacks and pingbacks are open.