Press "Enter" to skip to content

Azərbaycan diLİNİn funksional

Kitab Az
ərbaycan Respublikasının Prezidenti
c
ənab İlham Əliyevin 29 may 2012-ci il tarixli sərəncamına
əsasən çap olunmuşdur.

Kitab Az
ərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə edilmişdir.
(pr.№8, 13.06.2012)

Redaksiya hey
əti:

akademik Abdullayev K.M. (s
ədr)
akademik Axundov A.A.

akademik Hacıyev T.İ.
akademik M
əmmədəliyev V.M.
professor Veys
əlli F.Y.

Azərbaycan dilinin qrammatikası yenidən yazılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu respublikanın ən görkəmli dilçi alimlərin iştirakı ilə Azərbaycan dilinin qrammatikasını yenidən yazacaq.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu respublikanın ən görkəmli dilçi alimlərin iştirakı ilə Azərbaycan dilinin qrammatikasını yenidən yazacaq.

İnstitutun direktor əvəzi Fəxrəddin Veysəlli Trend-ə bildirib ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Azərbaycan dilinin fundamental və monoqrafik tədqiqatları davam etdirilməlidir.

Buna görə də respublikanın görkəmli alimləri cəlb edilməklə vahid normaya uyğun müasir Azərbaycan dilinin fundamental, funksional qrammatikasının yazılması planlaşdırılıb.

F.Veysəlli deyib ki, artıq bu məqsədlə müəllif kollektivi yaradılıb və geniş iş planı hazırlanıb. Yeni yazılacaq “Azərbaycan dilinin qrammatikası”nda Azərbaycan dilinin bütün aspektləri, o cümlədən fonotaktika, intonasiya, vurğu, mətn dilçiliyi və s. yeni aspektdə – təsvirçilik baxımından deyil, sırf nəzəri planda yazılacaq. Nəticədə yeni, funksional aspektdə yazılmış, son illərin nəzəri dilçiliyində olan bütün məsələri özündə əks etdirən qrammatika hazırlanacaq. Azərbaycan dilinin hazırkı qrammatikası isə təsviri qrammatikadır:

“Məsələn, Azərbaycan dilində ismin filan qədər halı var, filan halın şəkilcisi filandir. Bu mərhələ artıq keçib. Bu, mərhələ ötən əsrin 60-cı illərindən başlayıb və 90-cı illərə qədər davam edib. İndi vəziyyət bir qədər dəyişib, cünki dilin leksik fonduna yanaşma tərzi də dəyişib. İndi sözun dil sistemində yerini müəyyənləşdirmək lazımdır. Yəni söz səviyyəsində sistemliliyi sübut etmək lazımdır”.

F.Veysəlli qeyd edib ki, yeni qrammatikanın yazılması üçün müəlliflərə artıq müəyyən istiqamətlər də verilib. Müəlliflərə tövsiyə edilib ki, yeni qrammatika köhnə qrammatikanın təsiri altında yazılmasın:

“Yaxşı olar ki, müəlliflər yeni qrammatikanı yazanda köhnə qrammatikanı bir kənara qoysunlar. Sözsüz ki, onları öyrənmək lazımdır. Ancaq onların təsirindən xilas olmaq da lazımdır. Bir az dünya dilçiliyinə cıxmaq lazımdır. Öyrənmək lazımdır ki, görək, bu məsələlər dünya dilçiliyində necə öz əksini tapır”.

İnstitut direktoru bildirib ki, bir sıra hallarda rus və başqa dillərin təsiri altında Azərbaycan dilinin bəzi qayda-qanunları pozulur.

Onun sözlərinə görə, bəzən sitat yazıldıqdan sonra “filankəs deyib” yazılır ki, bu da rus və digər yad dillərin təsiri altında baş verir:

“Ruslar sitatdan sonra “skazal on” yazırlar. Bizdə də onu tərcümə edib Azərbaycan dilinə ötürürlər. Ancaq bu ötürtürücülk bəzən yaxşı olmur. Ona görə də biz gərək öz dilimizin qayda-qanunlarına əməl edək”.

F.Veysəllinin sözlərinə görə, Azərbaycan dilinin qayda-qanunlarına əsasən, sitat yazılmamışdan əvvəl “filankəs dedi” yazılmalı, daha sonra iki nöqtə qoyulmalı, dırnaq işarəsi acılmalı və sözlər verilməlidir. Bundan sonra dırnaq bağlanmalı və sitatın verilməsi də başa çatmalıdır. Əgər bu zaman sitatın mənbəyi göstərmək lazımdırsa, onda mötərizə açılır, orada əsərin adı və səhifəsi yazılır. İnformasiya yazdıqda isə dırnaq işarəsi bağlandıqdan sonra heç nə yazılmır:

“Qayda belədir. Ancaq bu gün bu qaydalardan kənara çıxma halları baş alıb gedir. Bu gün ən mütərəqqi mətbuat orqanlarından tutmuş dövlət qezetlərinə qədər uzlaşma məsələsi bərbad haldadır. Məsələn, əslində “onlar gəlirlər” yazılmalıdır, ancaq qəzet məqalələrində “onlar gəlir” yazılır. Kəmiyyətə görə uzlaşma pozulur. Bu pozuntuların yaranmasında başqa dillərin təsiri olur. Bizimkilər də onları oxuyanda həmin dillərin təsiri altına düşürlər. İntonasiyadan yayınma halları da baş verir. Məsələn, “Xəzər” televiziyasında işlədilən intonasiya bizə yaddır”.

F.Veysəllinin sözlərinə görə, yeni qrammatika yazıldıqdan sonra bütün bu problemlər həll ediləcək və onların həlli yolları yeni qrammatikada öz əksini tapacaq. Yeni qrammatika klassik formaya, bədii ədəbiyyata əsaslanmayacaq. Yeni qrammatikanın yazılması ciddi tədiqatlar aparılmasını tələb edir. Buna görə də bu qrammatikanın təxminən iki il ərzində başa çatdırılması nəzərdə tutulur.

Azərbaycan diLİNİn funksional

AZƏRBAYCAN DİLİNİN FUNKSİONAL
QRAMMATİKASI: MORFOLOGİYAYA
YENİ BAXIŞLAR VƏ LEKSEMATİKA

ÖN SÖZ (M.M. Musayev)
I.

AZӘRBAYCAN DİLİNİN MORFOLOGİYASINA YENİ
BAXIŞLAR (M.M. Musayev)

II.

TÜRKOLOJİ DİLÇİLİK BU GÜN: PROBLEMLӘR,
PERSPEKTİVLӘR VӘ YENİLİKLӘR (M.M. Musayev)
III.
AZӘRBAYCAN DİLİNİN LEKSİK-SEMANTİK SİSTEMİ
(Q. C
əfərov)

II cild

BAKI

Kitab Az
ərbaycan Respublikasının Prezidenti
c
ənab İlham Əliyevin 29 may 2012-ci il tarixli sərəncamına
əsasən çap olunmuşdur.

Kitab Az
ərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə edilmişdir.
(pr.№8, 13.06.2012)

Redaksiya hey
əti:

akademik Abdullayev K.M. (s
ədr)
akademik Axundov A.A.

akademik Hacıyev T.İ.
akademik M
əmmədəliyev V.M.
professor Veys
əlli F.Y.

Monoqrafiyada Azərbaycan dilinin morfologiyasının bir sıra aktual
məsələləri funksional-morfematik təhlilə cəlb olunur. Söz qavramı, əsası və
forması, morfem, morf və allomorf anlayışları açıqlanır, sözün mənası və anlamı
bir-
birindən konseptual-semiotik özəlliklərinə görə fərqləndirilir. Felin tərz, növ
və şəkil kateqoriyaları həm leksik-semantik, həm də qrammatik-üslubi quruluşları
ilə öyrənilir, ikincilərin və üçüncülərin yeni linqvistik təsnifləndirmələri aparılır.
Bununla b
ərabər, felin leksik-semantik sistemi leksematik olaraq araşdırılır və
Az
ərbaycan dilində feillərin ayrı-ayrı tematik qrupları konkret örnəklərinə görə
t
əsbit edilir.

Kitabın içindәkilәr
Ön söz

I HİSSӘ
AZӘRBAYCAN DİLİNİN MORFOLOGİYASINA
YENİ BAXIŞLAR

I Fəsil
Azərbaycan dilinin funksional qrammatikası:
əsaslar və prinsiplər
1.
1. Funksional qrammatika və funksional-semantik sahə anlayışı
1.
2. Türkoloji dilçilikdə funksional qrammatika məsələsi və tədqiqi
1.
3. Azərbaycan dili funksional qrammatikasının
konseptual-linqvistik perspektivl
əri
Ədəbiyyat

II Fəsil
Funksional v
ə konseptual-qrammatik qavramlaşmalar
v
ə kateqoriyalaşmalar
2.1. Türk
ədəbi dillərinin konseptual-struktur qrammatikası
2.1.1. Felin növ kateqoriyasının konseptual-struktur modeli
2.1.1.1. Bir işin yerinə yetirilməsinə dair r (-ar, -er; -ır, -ir, -ur, -ür)
etdir
ənlik feilləri
2.1.1.2. -ar, -er//-
ər etdirənlik feilləri
2.1.1.3. –
ır, (-ir, -ur, -ür) etdirənlik feilləri
2.1.1.4. T (-
ıt, -it, -ut, -üt) etdirənlik feilləri
2.2. Felin şəkil kateqoriyasının konseptual-struktur təsnifləndirməsi
2.2.1. Felin r
əvayət olunan keçmiş zamanının iki növü
2.2.2. Felin dar v
ə geniş mənalı vacib şəkli
Ədəbiyyat

III Fəsil
Söz: vurğusu, mənası, anlamı, əsası və şəkli
3.1. Morfemika, söz
və morfem
3.
2. Söz qavramı və forması
3.
3. Morfem anlayışı və termini haqqında
3.4.
Azərbaycan dili morfemlərinin morfematik təsnifi
Ədəbiyyat

IV Fəsil
Azərbaycan dilində söz yaradıcılığı və ya yeni tipli dil-danışıq
alışqanlıqları
4.1.
Ədəbi dilin di-danışıq normalarında yeni inkişaf meylləri
4.2. Azərbaycan dilində yeni dil-danışıq alışqanlıqları və alınmalar
4.2.1. Türk mənşəli leksik-funksional alınmalar
4.2.2. Sinonim xarakterli və yaxın mənalı leksik-funksional
alınmalar və ya yeni dil-danışıq normaları və normalaşmaları
4.2.3. Azərbaycan dilinə Türkiyə türkcəsindən keçən müxtəlif
mənşəli leksik alınmalar
4.2.4. Azərbaycan və Türkiyə türkcələrində yeni leksik-qrammatik
və sintaktik normalar və normalaşmalar
4.3.
Feil köklərinin müqayisəli-tutuşdurmalı morfematik lüğəti
Ədəbiyyat

II HİSSӘ
TÜRKOLOJİ DİLÇİLİK BU GÜN: PROBLEMLӘR,
PERSPEKTİVLӘR VӘ YENİLİKLӘR

I F
əsil
Türkoloji dilçilikd
ə ənənəvi və yeni linqvistik yöntəmlər
1.1. Ənənəvi-təsviri türkoloji dilçiliyin çatışmazlıqları və ya
tutarsızlıqları
1.2. Modern linqvistik araşdırmalardakı çatışmazlıqlar və ya
tutarsızlıqlar

1.3. Türkoloji dilçilikd
ə modern linqvistik yöntəmlərin tətbiq
olunması
1.3.1. Türkoloji dilçilikd
ə riyazi və sosiolinqvistik istiqamətlər
1.3.1.1. Riyazi-linqvist
ik araşdırmalar
1.3.1.2. Sosiolinqvistik-
filoloji araşdırmalar və fəaliyyətlər
1.3.1.2.1. Mühacir v
ə ya diaspor türk yazı-danışıq dilləri

II F
əsil
Konseptual-
funksional qrammatika anlayışı
v
ə türkoloji dilçilikdə yeni tədqiqatlar
2.1. Sad
ə cümlənin qrammatik-semantik və aktual-konseptual
paradiqması
2.2. Şeirlə söylənilən və ya yazılan bədii mətn örnəkləri
2.3. N
əsrlə söylənilən və ya yazılan bədii mətn örnəkləri
2.3.1. Kamal Abdullanın “Unutmağa kimsə yox” romanının
qavramlar dünyası və konseptual-linqvistik təhlili
2.3.1.1.
“Unutmağa kimsə yox” romanında semasioloji və semiotik
işarələr
2.3.1.2. İşarələrin seçimi dünyasında
2.3.1.3. Kamal Abdullanın bədii mətnində mətnqurucu işarələrin
işlənilməsi
Ədəbiyyat

ƏLAVƏLƏR
I Əlavə

ır, (-ir, -ur, -ür) etdirənlik feilləri
II Əlavə
T (-
ıt, -it, -ut, -üt) etdirənlik feilləri
I
II Əlavə
Oğuz qrupu türk dillərində feilin sadə və mürəkkəb zaman
şəkillərinin morfoloji əlamətləri
IV Əlavə
Az
ərbaycan türkcəsində feil şəkillərinin şəkilçilərinin cədvəli

Comments are closed, but trackbacks and pingbacks are open.