Press "Enter" to skip to content

Azərbaycan dilinin qrammatikası yenilənir – Ən az dəyişiklik Fonetikada olacaq

İnstitut direktorunun sözlərinə görə, dilimizin qrammatikası son dəfə bir neçə il bundan əvvəl işıq üzü görüb: “O, artıq köhnəlib, buna görə də qrammatikanı yeni variantda hazırlamaq lazımdır. Dilimizə yeni daxil olan sözlərin lüğəti hazırlanır. Dilimizə daxil olan yeni sözlərin siyahısını hazırlayaraq onları əvvəlcə ictimaiyyətin müzakirəsinə vermək olar”.

Azrbaycan dili qrammatikası

Bunu AMEA Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən Möhsün Nağısoylu 21 fevral – Beynəlxalq Ana Dili Günü ilə bağlı keçirilən tədbirdə deyib.

İnstitut direktorunun sözlərinə görə, dilimizin qrammatikası son dəfə bir neçə il bundan əvvəl işıq üzü görüb: “O, artıq köhnəlib, buna görə də qrammatikanı yeni variantda hazırlamaq lazımdır. Dilimizə yeni daxil olan sözlərin lüğəti hazırlanır. Dilimizə daxil olan yeni sözlərin siyahısını hazırlayaraq onları əvvəlcə ictimaiyyətin müzakirəsinə vermək olar”.

M.Nağısoylu qeyd edib ki, dilimizin daxili imkanları hesabına müəyyən terminləri özününküləşdirmək lazımdır.

Onun sözlərinə görə, yazılı abidələrimizdə də unudulan çox saylı sözlər var: “Onları unutmuşuq, əvəzində fars və ərəb sözləri dilimizə daxil olub”.

M.Nağısoylunun sözlərinə görə, müsəlman aləmində 3 böyük dil var ki, onlar türk, ərəb və fars dilidir.

O qeyd edib ki, Azərbaycan dili dünyanın ən zəngin və ən qədim dillərindən biri hesab olunur. Dövlət dili statusunu almış Azərbaycan dili hazırda bütün sahələrindəki, o cümlədən elmin bütün sahələrindəki fikirləri incəliyinə qədər ifadə edə bilən bir dildir.

M.Nağısoylu deyib ki, Azərbaycan dilinin dövlət dili statusu alması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan dilinin qrammatikası yenilənir – Ən az dəyişiklik Fonetikada olacaq

O bildirib ki, hazırda “Müasir Azərbaycan dilinin qrammatikası” çoxcildliyi üzərində iş gedir: “Qrammatika 4 cilddən ibarət olacaq, artıq bütün cildlərin planı hazırlanıb. Birinci cild Fonetika, ikinci Leksika, üçüncü Morfologiya, dördüncü Sintaksis adlanacaq. Birinci cild artıq hazırlanır. Durğu işarələri ilə bağlı da kitab hazırlanır ki, o da birinci cildin tərkib hissəsidir”.

Əvvəlki qrammatika kitabları ilə yeni hazırlanan kitablar arasında müəyyən fərqlər olacağını vurğulayan alim, qeyd edib ki, dilçilik elmi ilə bağlı yeni təlimlər, yeni baxışlar var: “Bütün yeniliklər kitablara əlavə olunacaq. Məsələn, dilimizə yeni daxil olan və köhnəlmiş sözlər var ki, onlar Leksika kitabında öz əksini tapacaq. Ən az dəyişiklik Fonetikada olacaq. Fonetikada qismən dəyişiklik olacaq ki, o da durğu işarələri ilə bağlıdır”.

M.Nağısoylu xatırladıb ki, sonuncu Qrammatika kitabları 70-ci illərin axırı, 80-ci illərin əvvəli nəşr olunub.

Onun sözlərinə görə, qrammatika kitablarını əsasən Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsi hazırlayır: “Amma biz Respublikanın digər dilçi alimlərini də bu işə cəlb etmək istəyirik, təkcə institutun qüvvəsi ilə çoxcildiyin hazırlanması çətin olar”.

Akademik qeyd edib ki, 2018-ci ildə Fonetika kitabının tam təhvil verilməsi planlaşdırılır: “Bu kitablar akademik nəşr olacaq. Qrammatika ilə bağlı istinadlar da bu kitaba əsaslanacaq”. (report)

Comments are closed, but trackbacks and pingbacks are open.