Press "Enter" to skip to content

Akademik: “Müasir Azərbaycan dilinin qrammatikası yenidən yazılmalıdır”

!Reklam – Yazi

Azərbaycan dili qrammatikasi

!Reklam – Yazi

Yenicag.az xəbər verir ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda müasir linqvistik tədqiqatlar genişlənməkdədir. İnstitutun Müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov tərəfindən ilk dəfə olaraq «Müasir Azərbaycan dilinin intensivlik qrammatikası» adlı əsər yazılıb. Bu qrammatika adi, normativ qrammatikalardan fərqlənir. Əsərin ayrı- ayrı bölmələrində intensivlik kateqoriyasının mahiyyəti, məzmunu, semantikası açılır, onun dilin qrammatik quruluşunda yeri və mövqeyi açıqlanır, intensivliyin ifadə imkanları və səviyyələri (morfoloji səviyyədə və sintaktik səviyyədə) müəyyənləşdirilir. Burada qrammatik göstəricilərin ekspressiv kəmiyyətinin dərəcələri faktları şərh edilir. Həmin qrammatika qrammatik quruluşun ekspressiv sintaksislə, emosional mətnlərlə, nitq predmetinin qiymətləndirmə faktorları ilə, qraduallıq və kəmiyyət artımı dərəcələri ilə bağlı məsələləri üzə çıxarır. Əsərdə intensivliyin ümumi prinsipləri nitqin funksional sferasında gerçəkləşir. Həmin sferada müqayisə dərəcələri formal göstəricilər kimi çıxış edir. Adektiv və adverbial vahidlər qarşı-qarşıya gəlir, bir-birinə təsir göstərirlər. Bu təsir nəticəsində meydanda olan morfemlərin xarakteristikası üçün «kəsişmə zonaları» yaranır. Bu zonalarda qrammatik intensivlik şkalaları görünür. «Kəsişəmə zonaları» aşağıdakı binar keyfiyyətdə qruplaşır: 1) intensivlik və uzunluq; 2) intensivlik və proseslik (hadisələrin gedişi, inkişafı), 3) intensivlik və qətedicilik, yəni tamamlayıcılıq, son, nəticə; 4) intensivlik və ekspressivlik. Bu «kəsişmə zonaları» dilin ümumi qrammatik prinsiplərinə əsaslanır.

Qrammatikanın çapı nəzərdə tutulub.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Akademik: “Müasir Azərbaycan dilinin qrammatikası yenidən yazılmalıdır”

Akademik: “Müasir Azərbaycan dilinin qrammatikası yenidən yazılmalıdır” Bakı. 7 noyabr. REPORT.AZ/ “Müasir Azərbaycan dilinin qrammatikası” adlı kitaba ciddi ehtiyac yaranıb”.

7 Noyabr , 2018 10:12

https://static.report.az/photo/d226178b-8821-4389-ae11-9ecc627aa9c9.jpg

Bakı. 7 noyabr. REPORT.AZ/ “Müasir Azərbaycan dilinin qrammatikası” adlı kitaba ciddi ehtiyac yaranıb”. “Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nın vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib. O qeyd edib ki, bu adda axırıncı çoxcildlik nəşr XX əsrin yetmişinci illərində Azərbaycan Dövlət Universitetində çalışan görkəmli alimlər tərəfindən hazırlanıb: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev in təşəbbüsü ilə “Müasir Azərbaycan dili” çoxcildlik nəşrinin müəllifləri olan görkəmli dilçi alimlər Dövlət mükafatı laureatı adına layiq görülmüşdülər. Bununla belə, həmin qrammatika kitabının nəşrindən keçən yarım əsrdən çox müddətdə, xüsusən ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra Azərbaycan dilinin leksik tərkibi daha da zənginləşmiş, dildə müəyyən bir milliləşmə prosesi getmişdir. Ona görə də ölkəmizin tanınmış dilçi alimlərinin cəlb olunması ilə müstəqillik mərhələsinin tələbləri əsasında müasir Azərbaycan dilinin qrammatikası yenidən yazılmalıdır. Bu, həm ali məktəblərin filologiya fakültələri üçün dərslik kimi istifadə olunmaq, həm də ümumiyyətlə dil normalarını xalqımıza çatdırmaq üçün son dərəcə əhəmiyyətli bir addım ola bilər”. “Onu da qeyd etməliyəm ki, Nəsimi adına Dilçilik İnstitutunda “Müasir Azərbaycan dilinin qrammatikası” kitabının plan-prospekti hazırlanmışdır. Azərbaycan dilinin qrammatikasının bütün şöbələrini: leksika, fonetika, morfologiya və sintaksis bölmələrini əhatə edəcək bir kitabın yüksək elmi-nəzəri səviyyədə hazırlanması üçün ölkəmizin dilçi alimlərinin yaradıcılıq potensialını birləşdirmək lazımdır. Bundan başqa, Azərbaycan dilinin daxili zənginliyini, söz ehtiyatının rəngarəngliyini xalqımıza, yeni nəsillərə çatdırmaq üçün Azərbaycan dilinin sinonimlər lüğətinin hazırlanmasına da diqqət yetirməyimizə böyük ehtiyac var. Müasir elmi-texniki yeniliklərlə əlaqədar Azərbaycan dilinə daxil olan terminlər və onların dilimizdəki münasib qarşılığı olan sözlər haqqında mütəmadi olaraq mətbuat vasitəsilə xalqımıza zəruri məlumatların çatdırılması da çaşqınlığın, yersiz uydurmaların qarşısını ala bilər”.

Похожие статьи

  • Azərbaycan dili qayda kitabı

    Güvən nəşriyyat Azərbaycan dili qayda kitabı İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir: Azerbaycan Danışıq Dili – f.m.Ağayeva – baki -1987…

  • Azərbaycan dili haciyev

    Azərbaycan Milli Elmlər Akademiyası 1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi….

  • Azərbaycan dili dim haciyev

    Azərbaycan dili və əlifbası Türk adını qədim dövrlərdən yaşadıb gətirən Turukki tay-fası olmuşdur. Turukkilər çox güclü birlik yaratmış və öz…

  • Azərbaycan dili 6 müəllim üçün metodik vəsait

    İDRAK MƏKTƏBİ Nəyi dəyişdik ? Nəyə dəyişdik? Fənn: Azərbaycan dili Sinif: VI mövzu Standartlar: 4.1.2. Sözün qrammatik mənasını kontektsə uyğun izah…

  • Azərbaycan dili hazır tqdk

    Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür Azərbaycan Respublikasında dövlət dili haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan…

Comments are closed, but trackbacks and pingbacks are open.